Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-42/2024 30.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X44 Yaqub oğlunun sədrliyi, X30 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçilər: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Bakı şəhəri 3 saylı vəkil bürosunu vəkili Müdafiəçi4 iştirakları ilə, 26 avqust 1966-cı ildə Qazax rayonu Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu Çaylı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə; xx xxxx 1976-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Bakı şəhərində yerləşən "NZS" firmasında sürücü işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə; xx xxxx 1973-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 60.1-ci maddəsinə əsasən cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmiş, Şirvan şəhəri M. Mirzəyev küçəsi ev 4-34 B-də qeydiyyatda olan, hazırda Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun onun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefonuna qanunsuz hazırlayıb göndərdiyi Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini Təqsirləndirilən şəxs2 çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə onlara göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs2lə birlikdə alaraq, həmin məbləğdən 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu sonuncu əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 verib, qalan 10.180 manat pulu Təqsirləndirilən şəxs2lə öz aralarında bölməklə, eləcə də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs1 onun və Təqsirləndirilən şəxs3 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra Təqsirləndirilən şəxs3 ona məxsus ***-***-**-** nömrəli mobil telefonuna qanunsuz hazırlayıb göndərdiyi Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə onlara göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs1lə birlikdə alaraq, həmin məbləğdən 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs3 verib, qalan 10.180 manat pulu Təqsirləndirilən şəxs1lə öz aralarında bölməklə, eləcə də, Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə 2022-ci ilin iyul ayında Bakı şəhərində tanış olduğu Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup təşkil edərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 28,206.3.1, 28,206.3.2, 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinə əsasən təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən cəzası 11 ilə endirilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs etibarından sui-istifadə etmə və aldatma yolu ilə pulunu ələ keçirmək barədə razılığa gəlib, Zərərçəkmiş şəxs barəsində olan həmin cinayət işinə Azərbaycan Respublikası Ali Məhkəməsində yenidən baxılaraq təyin olunmuş cəzasının 3-4 ilə kimi azaldılacağı barədə qrup üzvləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 vasitəsilə yalan vəd verib aldatmış, bundan sonra Təqsirləndirilən şəxs1 onun və Təqsirləndirilən şəxs2 xəbəri olmadan əvvəlcə Zərərçəkmiş şəxs Gürcüstan Respublikasında yaşayan oğlu Fərəməz Hüseynovun qohumu Şahid3 adına 2022-ci ilin iyul ayının ortalarında bank vasitəsilə göndərdiyi həmin dövrün məzənnəsi ilə 4255 manat dəyərində 2500 ABŞ dollarını Bakı şəhəri Səbail rayonu "Azneft" dairəsi yaxınlığında özü üçün almış, daha sonra o, istintaqla dəqiq məlum olmayan vaxtda və yerdə Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə hüquq verən Azərbaycan Respublikası Ali Məhkəməsinin adından xx.xx.2022-ci il tarixli saxta məhkəmə bildirişini qanunsuz hazırlayıb, həmin saxta bildirişi Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** nömrəli mobil telefona göndərmiş, Təqsirləndirilən şəxs2 saxta məhkəmə bildirişini çap edərək 6 saylı cəzaçəkmə müəssisəsinə gedib orada cəza çəkən Zərərçəkmiş şəxs göstərdikdən sonra, Fərəməz Hüseynovun şəxsiyyəti istintaqa məlum olmayan şəxslə göndərdiyi həmin dövrün məzənnəsi ilə 33.700 manat dəyərində 19.800 ABŞ dollarını 2022-ci ilin noyabr ayının axırlarında saat 15 radələrində Bakı şəhəri, Xətai rayonu, "Ukrayna dairəsi" adlanan ərazidə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alaraq, həmin məbləğdən 10.180 manat pulu sonuncular öz arasında bölməklə, yerdə qalan 17.020 manat dəyərində 10.000 ABŞ dolları və 6.500 manat olmaqla, cəmi 23.520 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 əvvəlcədən razılaşdıqları kimi ona vermiş, eləcə də, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cəzasının azaldılması məqsədilə sonuncunun qeyri-rəsmi nikah münasibətində olduğu Şahid1 2022-ci ilin dekabr ayının 16-da saat 12:53-də adına olan "Kapital Banka" məxsus **********318978 hesab nömrəsinə Salyan şəhərində yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə göndərdiyi 445 manat, həmin gün saat 16 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində, Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasının qarşısında 700 manat, xx.xx.2023-cü tarixdə saat 12:02:22-də Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərində yerləşən “Univermaq” supermarketində quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə göndərdiyi 555 manat olmaqla, cəmi 2300 manat pulu özü üçün almaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 40.255 manat məbləğində xeyli miqdarda pul vəsaitini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib dələduzluq etmiş, hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırıb qanunsuz hazırlamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 15-20 ildir ki, Gürcüstan Respublikası vətəndaşı kimi tanıyır. Onunla yaxın dostu Hicran vasitəsilə tanış olmuş, münasibətləri yaranmışdır. Hicran Şakirin qonşusudur. Hicran Şakirin cəzasının 3-4 il azaldılması üçün kömək etməsini xahiş etmiş, o, da buna razılıq vermişdir. Bundan sonra Şakirin cəzasının azaldılması üçün qohumu Samirlə bu barədə söhbət etmiş, bir ay sonra Samir ona tanışının olduğunu, bu işi həll edə biləcəyini demişdir. Samirlə birgə gedərək Zaurla görüşmüşlər, həmin vaxt Rüfət də orada olmuş, onlar birlikdə Şakirin cəzasının azaldılması ilə bağlı danışmış, Zaur Ali Məhkəmədə tanışlarının olduğunu, Şakirin cəzasını azaldılması işinə kömək edəcəklərini, bu işi həll etmək üçün 25000 manat pul verilməli olduğunu demiş, onlar razılaşmışlar. O, Zaur və Rüfəti əvvəldən tanımamışdır. O və Samir Təqsirləndirilən şəxs3 25.000 manat pulu yalnız Zərərçəkmiş şəxs barəsində işin Ali Məhkəmədə baxılması üçün təyin olunduqdan sonra verəcəklərini demiş, Zaur da razılaşmışdır. Təxminən 2-3 ay sonra Samir ona zəng edərək Şakirin işinin düzəldiyini, Rüfətin onunla əlaqə saxlayaraq Şakirin işinə xx.xx.2022-ci il tarixdə Ali Məhkəmədə baxılacağı barədə bildiriş göndərdiyini bildirmişdir. O, da Samirə həmin bildirişi onun telefonuna da göndərməsini demiş, Samir həmin bildirişi ona göndərmişdir. O, həmin məhkəmə bildirişini yoxlatmış, sonra Samirlə birlikdə Şakirin yanına- cəzaçəkmə müəssisəsinə getmişlər. Orada bildirişi verib Şakirə demişlər ki, onun işi Ali Məhkəmədə baxılmağa təyin olunub, buna görə də Təqsirləndirilən şəxs3la razılaşdıqları məbləği verməlidir. Şakir də buna razı olduğunu bildirib oğlu Fərəməzlə əlaqə saxlayıb ona həmin məbləği göndərməsi barədə tapşırıq vermiş, Fərəməz həmin pulu Hicrana vermişdir. O, Hicrana zəng etdikdə pulu Bakıda olan qohumuna göndərdiyini, həmin şəxsdən götürməsini demişdir. Onlar Hicranın qohumundan Əhmədli qəsəbəsində 33700 manat pul almışlar, həmin pul 10 min dollar və qalan hissəsi isə manat olmuşdur. Həmin pulun 30000 manatını Samirə vermiş, pulun 3700 manatı isə özündə qalmışdır. O, Şakirə işinin həll olunması üçün ilkin olaraq 2500 ABŞ dolları lazım olduğunu bildirmiş, Şakirin oğlu Fərəməz 2500 ABŞ dolları pul vəsaitini onun yaxın qohumu Şahid3 adına köçürmüş, Nadir həmin pulu alıb ona vermişdir. Həmin 2500 ABŞ dollarını şəxsən özü almış, gediş-gəliş üçün, həmçinin Samirlə birlikdə Şakirin işinin düzəlməsi üçün xərcləmişlər. Şakirə istintaq müddətinə qədər 11500 manat pul verilmiş, 4350 dollar isə Şakirin Gürcüstanda yaşayan ailə üzvlərinə göndərilmiş, 10000 dollar pul onda qalmışdır. O, söz verir ki, həmin pulu Şakirə qaytaracaq. İş həll olsaydı onun 2-3 min xeyiri olacaqdı. O, Ali Məhkəmənin hakimini tanımır. 2300 manat puldan xəbəri yoxdur. Şakirin arvadı Elnarə 700 manat pulu Şakirə verməsi üçün ona yox, Samirə vermişdir. O, Elnarəni tanımır. Samir Zaura 23500 manat pul vermiş, Zaur həmin pulun 15500 manatını qaytarmış, 8000 manatını isə Rüfət qaytarmışdır. Samir ona verilmiş 30000 manat pulu Şakirə qaytarıb. Onda 10000 dollar, yəni 17000 manat pul qalıb, qaytaracaq. Əməlindən peşmandır. Şakirdən xahiş edir ki, şikayətini geri götürsün, avqust ayının 20-nə kimi evini girov qoyub kredit götürərək pulu qaytaracaq. Odur ki, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şöhrət onun uzaq qohumudur. Təxminən 2022-ci ilin yay aylarında Şöhrət ona Şakir adlı tanışının cəzasının azaldılması üçün kömək lazım olduğunu demiş, o, da bu barədə tanışı Rüfətə demişdir. Bir neçə gün sonra Rüfət onu Zaur adlı bir şəxslə tanış edib, həmin məsələ ilə bağlı sonuncunun kömək edəcəyini demişdir. O, Şöhrət, Zaur və Rüfətlə birlikdə Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən bir kafedə görüşüb söhbət etmişlər. Söhbət zamanı Zaur onlara Şakirin cəzasını 3-4 il azaltdıra biləcəyini, bunun 25.000 manata başa gələcəyini demiş, onlar razılaşmışlar. Həmin pulu Şakir barəsində olan cinayət işinin Ali Məhkəmədə məhkəmə baxışına təyin olunduqdan sonra verəcəkləri ilə bağlı razılaşmışlar. 3-4 ay sonra Rüfət onun mobil telefonuna zəng edərək göz aydınlığı verib, Şakirin barəsində olan cinayət işi üzrə Ali Məhkəmədə məhkəmə iclasının təyin olunduğunu demiş, bu barədə "pdf" formasında olan məhkəmə bildirişini onun telefonuna göndərmişdir. O, da həmin bildirişi Şöhrətin telefonuna göndərmiş, Şöhrət bildirişi yoxlatdırmış, bildiriş həqiqi çıxmışdır. Bundan sonra o, Şöhrətlə birlikdə 6 saylı çəzaçəkmə müəssisəsinə Şakirin yanına gedərək ona muştuluq verib, məhkəmə bildirişini ona vermiş, onun işinin 25000 manata başa gələcəyini demişlər, o, da razılaşmışdır. Bir gün sonra Şöhrətlə Bakı şəhəri Əhmədli qəsəbəsinə getmiş, orada Şakirin oğlu Fərəməzin Gürcüstandan göndərdiyi 19800 ABŞ dolları məbləğində pulu almışlar. Həmin pulun 10 mini dollar, qalanı isə manat olmuş, həmin puldan 23500 manat pulu Zaura vermişdir. Rüfət onlara “Whatsap” vasitəsilə məhkəmə bildirişi göndərmiş, lakin iş alınmamışdır. Belə ki, xx.xx.2023-cü ildə o və Şakirin arvadı Elnarə ilə birlikdə həmin bildiriş əsasında Ali Məhkəməyə getmiş, lakin orada heç bir məhkəmə iclası olmadığını, belə bir işin olmadığını öyrənmişlər, bu barədə Zaurdan soruşduqda isə o, məhkəmə iclasının qapalı keçirildiyini, məhkəmədən çıxıb getmələrini demiş, onlar da ona inanmışlar. Məhkəmədən çıxanda Elnarə ona 700 manat vermişdir ki, Şakirə versin o, da həmçin pulu Şakirə vermişdir. Ümumilikdə ona 30000 manat pul verilmiş, həmin puldan 25000 manatını Zaura verməli idi, lakin ona 23500 manat vermiş, 1500 manatını özündə saxlamışdır ki, məhkəmə iclasına yaxın versin. Onda 6500 manat pul qalmışdır. Şakir onlardan pulunu tələb etmiş, onlar da Zaurdan ona verdiyi pulları tələb etmiş, Zaur aldığı 23500 manat pulu tam qaytarmışdır. O, 22605 manat pulu Şöhrətə vermişdir. Onda 4350 ABŞ dolları - yəni məzənnə üzrə 7395 manat qalmış, həmin pulu Şakirin Gürcüstanda yaşayan ailəsinə göndərmiş, bu barədə müvafiq qəbzlər vardır. Onun Şakirə borcu qalmayıb, pulları tam qaytarmışdır. O, heç kimə Ali Məhkəmədə işləməsi barədə deməmişdir. Rüfətin bu işdə xeyiri olub-olmadığını bilmir, əgər iş alınsaydı onun da xeyiri olacaqdı. Şakirin işi düzəlsə idi onun 3-4 min manat gəliri olacaqdı, lakin iş alınmadı. Şakirin arvadı Elnarə ona ümumilikdə 2300 manat vermişdir ki, Şakirə versin, Elnarə həmin pulun 700 manatını nağd, qalanını isə onun kartına göndərməklə vermişdir. O, da həmin pulu aparıb kalonda nəzarətçilər vasitəsilə Şakirə vermişdir. Əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxsdir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Şakirə onun tərəfindən vurulmuş ziyan ona aid hissədə tam ödənilmişdir. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4, 320.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Tanışı Rüfət onu Samirlə, Samir isə onu qohumu Şöhrətlə tanış etmiş, sonuncular ona Şakir adlı tanışlarının hazırda cəza çəkdiyini, cəzasının azaldılmasına kömək etməsini xahiş etmişlər. O, da Ali Məhkəmədə tanışının olduğunu, Şakirin cəzasını azaltmağa kömək edə biləcəyini demişdir. Samir ona hissə-hissə 23500 manat pul vermişdir. X3 ona Şakirin işinin 25000 manata düzələcəyini, həmin pulun 23000 manatının guya hakim İlqar Qılıcovun işçiləri Rasim Qaytaranova və Nika xanıma verəcəyini, 2000 manatı isə Heydərə çatacağını demişdir. Lakin iş uzanmış, Heydər onu Ali Məhkəmənin qarşısına çağırıb orada onun telefonuna məhkəmə bildirişi göndərmişdir. O, Heydərə 5000 manat vermiş, iş düzəlsəydi ona da 2000 manat çatacaqdı. İş düzəlmədiyindən Samirə 15500 manat pul qaytarmış, qalan 8000 manat pulu isə Rüfətin ona əvvəlcədən borcu olduğu üçün onun əvəzindən Samirə qaytarmışdır. Ona verilmiş 23500 manat pul tam olaraq qaytarılmışdır. O, Heydər İlyasova 3500 manat pul vermiş, lakin sonuncu pulu qaytarmamışdır, bu barədə heç yerə şikayət etməmişdir. Heydər saxta sənəd düzəldir, QR kodla işləyir, lakin onu bilməmiş, Heydərə inanmışdır. Heydərin kiməsə pul verməsini bilmir. Hazırda Heydər axtarışdadır. Heydərə pulu digər şəxslərin yanında verməmiş, sonuncunun saxta sənəd düzəltməsini heç kimə deməmişdir. Əməlindən peşmandır. O, bu əməli bilərək etməmişdir, onu da aldatmışlar, onun niyyəti Şakirə kömək etmək olmuşdur. Odur ki, məhkəmədən ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların məhkəmə istintaqı zamanı etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş şahidlərin ifadələri ilə eləcə də iş də olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür, lakin bəzi halları təsdiq etmir. Şöhrət onun yanına 6 saylı cəzaçəkmə müəsisəsinə gəlmiş, ona demişdir ki, Ali Məhkəmədə tanışı var, onun cəzasını azaltdıra bilər, bunun üçün 30 min dollar pul lazımdır, o, da razılaşmışdır. Şöhrət ondan 2500 dollar da yol haqqı istəmişdir. O, da Şöhrətin dedikləri ilə razılaşmış, Gürcüstanda yaşayan oğlu Fərəməzə göstəriş vermiş, Fərəməz Şöhrətin dediyi karta 2500 dollar göndərmişdir. Fərəməz Gürcüstandan Hicran vasitəsilə Şöhrətgilə 20 min dollar pul göndərmişdir. Onun arvadı Elnarə, Samirə cəmi 2300 manat pul verib. Samir Rüfətlə birlikdə onun yanına 6 saylı cəzaçəkmə müəsisəsinə söhbətə gəlmiş, 20 ildir ki, Ali Məhkəmədə işlədiyini, gördüyü işə cavabdeh olduğunu deyərək onu inandırmışlar. Bir müddət sonra Şöhrətlə Samir yenidən onun yanına gəlmiş, əllərində məhkəmə sənədi olmuş, həmin sənədi yoxlatdıqlarını, sənədin doğru olduğunu deyərək razılaşdıqları 20000 dollar pulun 2 saat ərzində Ali Məhkəmənin hakimi İlqar Qılıcova çatmalı olduğunu bildirmişlər. O, qonşusu Hicranla danışmış, Hicran ona Şöhrətin onun dostu, qohumu olduğunu, bu işə özünün cavabdeh olduğunu demişdir. O, oğlu Fərməzə zəng edib pulu hazırlamasını və qonşusu Hicran vasitəsilə Şöhrətgilə çatdırmasını demişdir. Fərəməz ona 18 min dolların düzəldiyini 2 min dollar pul çatmadığını, həmin pulu maşınını sataraq düzəldəcəyini demiş, 1 gün sonra oğlu maşını sataraq 20 min dollar pul düzəldərək Hicrana vermişdir. Pulları Hicrana verən zaman telefon vasitəsilə Hicranın pul saymasını videolentə almış, videoçəkiliş var. Hicran pulu aldıqdan sonra ona zəng edib pulun onda olduğunu, narahat olmamasını demişdir. Onun oğlu Fərəməz Samirin kartına 22500 dollar, 2300 manat pul vurmuşdur. Bundan başqa Fərəməz Şöhrətin istədiyi 2500 dollar pulu onun şəxsiyyət vəsiqəsi olmadığı üçün Şöhrətin tanışı olan Şahid3 adına göndərmişdir. Şöhrət kalona gələrək ona cəzasının azaldılması ilə bağlı köməklik təklif etmiş, Samiri təqdim edərək onun işini Samirin düzəltdiyini demişdir. Sonuncular ona məhkəmə sənədi verərək demişlər ki, onun işi Ali Məhkəməyə baxışa təyin olunub. Həmin bildirişdə göstərilən vaxt arvadı Elnarə Ali Məhkəməyə getmiş, lakin orada onun barəsində heç bir məhkəmə prosesi olmadığını demişlər, bu barədə Şöhrət və Samirdən soruşanda isə onlar iclasın qapalı keçirildiyini demişlər. Rüfəti Şöhrət və Samir onunla tanış etmişlər. Rüfətlə bir dəfə kalonda görüşmüş, telefonla onunla 1 saat danışmışdır. Rüfətin Zauru tanımasını bilmir. Verdiyi puldan Rüfətin də xeyiri var. Samirlə telefonla danışarkən demişdir ki, 8000 dolları Rüfətə vermiş, işin düzəlməsi üçün Rüfət qalan pulları da tələb edir.Zaurla bu iş barəsində görüşməmiş, Zauru kalonda cəza çəkdiyi vaxt görmüşdür. Zaurla telefonla danışmış, Zaur ona demişdir ki, ona verilən pulların hamısını qaytarmış, ancaq kimə qaytardığını deməmişdir. Samir və Şöhrət onunla danışanda demişlər ki, onun işini Zaur düzəldir. Ona ümumilikdə 40255 manat ziyan dəymiş, həmin puldan ona Samir hissə-hissə olmaqla 4350 dollar pul vermişdir. Odur ki, qalan pulunun ona verilməsini tələb edir. Ziyanın qalan hissəsi ona ödənilməmişdir, Zaura qarşı şikayəti yoxdur, digər təqsirləndirilən şəxslərdən şikayətçidir, onların barələrində ağır cəzalar verilməsini məhkəmədən xahiş edir. Sonuncu məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 40550 manat ziyan dəymiş, həmin puldan Samir hissə-hissə olmaqla ona və ailəsinə 8000 manat və 4350 dollar məzənnə üzrə 7395 manat, ümumilikdə 15395 manat pul vermiş, 25240 manat borc qalmış, sonuncu dəfə kalonda 20 manat vermiş, 25220 manat borc qalıb, hazıradək ödənilməyib. 2300 manatı Samir tərəfindən guya 6-cı kalonda ona verilməsi yalandır. Bütün ödənişlərin onda qeydiyyatı var. Odur ki, qalan pulunun ona verilməsini tələb edir. Ziyanın qalan hissəsi ona ödənilməmişdir, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Samir onun uşaqlıq dostudur. Samir ondan bir nəfər tanışının cəzasının azaldılması üçün kömək etməsini xahiş etmiş, onların cəzasını azaltmaq istədikləri şəxs Şakir olmuşdur. O, Samir, Şöhrətlə birlikdə tanışı Zaurun yanına gedərək onunla Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən çayxanada görüşmüş, Şakirin cəzasını azaltmaq barədə söhbət etmiş, Zaurla razılaşmışlar, sonra çıxıb getmişdir. Şöhrətgil təxminən 4-5 ay sonra Şakirin işinin həll olunması üçün 23500 manata razılaşmışlar. Samir həmin pulu Zaura vermiş, ona pul verilməmişdir. Zaurun əlaqələri olduğu üçün hesab etmişdir ki, o, Samirgilə kömək edə bilər. Bir müddət sonra Zaur onun telefonuna “Whatsapp” proqramı vasitəsilə Şakirin işinin təyin olunması barədə Ali Məhkəmənin məhkəmə bildirişini göndərmiş və demişdir ki, “Samirin telefonuna göndər”, o, da həmin sənədi Samirə göndərmişdir. Ondan sonra Samir razılaşdıqları pulu Zaura vermişdir. Sonradan bilmişlər ki, həmin məhkəmə bidirişi yalandır. 2023-cü ilin fevral ayının sonu və ya mart ayının əvvəli Zaur aldığı pulu Samirə qaytarmışdır. Pulun verilməsi zamanı orada olmamış, bu barədə ona Samir və Zaur demişdir. Qalan pul Şöhrətdə qalmış, həmin pulun məbləğinin nə qədər olmasını bilmir. Zərərçəkmiş şəxs Şakiri 6-cı kalonda görmüş, Samirlə birgə gedərək 15-20 dəqiqə Şakirin cəzasının azaldılmasına kömək etmək barədə onunla danışmış, demişdir ki, onun işinə kömək olacaq, lakin pul söhbəti olmamışdır. Bu işdə onun pul qazanmaq niyyəti olmamış, Şakirə kömək etmək istəmişdir. Pulu Zaur istəmiş, o, da Samirə demişdir. Onun Zaura 11000 manat borcu olmuşdur. Buna görə də maşınını Samirə vermişdir ki, düzəltdirib satsın və pulu qaytarsın. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Şakir onun əridir. Şakirin ona Samirə pul verməsini tapşırmış, o, da vermiş, Samirin Şakirə həmin pul verməsini bilmir. Samir onun kartına cəmi 6800 manat pul göndərmişdir. Samir onlardan ümumilikdə 22500 dollar pul almış, ziyan tam ödənilməmişdir. Həmin ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, anası ilə birlikdə Salyan rayonu Arbatan kəndində yaşayır. Hazırda Bakı şəhərində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində çəza çəkən Zərərçəkmiş şəxs ilə təxminən 10 il olar ki, qeyri-rəsmi nigahla evlənib ailə həyatı qurmuş və onların bu nikahlarından övladları olmamışdır. Şakir hazırda onun Rusiya Federasiyasında yaşayan qardaşı Gürşadla əvvəllər maşın alveri etdiyndən həmin vaxtlarda Şakir onların evinə gəlib gedən vaxtlarda onlar tanış olub evlənmişlər. Şakirin əvvəlki arvadı Məhruzə övladları ilə birlikdə hazırda Gürcüstan Respublikasının Poniçalı kəndində yaşayır və Şakir tutulmamışdan əvvəl mütəmadi olaraq Gürcüstanda yaşayan ailəsinin yanına gedib-gəlmiş, həm də hərdən bir onun da yanına gəlib getmişdir. Zərərçəkmiş şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə 2018-ci ilin aprel ayının 1-də Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində tutulmuş, onun işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən məhkəmənin xx.xx.2018-ci il tarixli hökmü ilə o, 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən Şakir şikayət verəndən sonra onun işinə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən cəzası azaldılaraq 11 ilə salınmış, sonradan onun işinə Ali Məhkəmədə baxılarkən X19 Məhkəməsi tərəfindən təyin olunmuş cəza öz qüvvəsində saxlanılmışdır. Həmin vaxtdan da əri Zərərçəkmiş şəxs Bakı şəhərində yerləşən 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmiş və o da hərdən bir gedib ona baş çəkmiş, bəzən də Şakir cəza çəkdiyi yerdən ona zəng edib hal-əhval tutmuşdur. Təxminən 2022-ci ilin payız aylarında növbəti dəfə Şakir telefonla zəng vurarkən söhbət zamanı ona Təqsirləndirilən şəxs1 adında tanışının onun yanına cəzaçəkmə müəssisəsinə gəlib onunla görüşdüyünü, təyin olunmuş cəzasını Ali Məhkəmədə 3-4 il müddətinə azaldılacağı barədə ona söz verdiyini, ona görə də deməsinə görə Gürcüstanda yaşayan oğlu Fərəməzə zəng vurub ona Şöhrətin dediyi Nadir adlı şəxsin bank kartına 2500 ABŞ dolları pul vəsaiti göndərməsini tapşırdığını, Fərəməzin də onun bu tapşırığını icra etdiyini, sonradan isə öz tapşırığı ilə oğlu Fərəməzin ona təyin olunmuş cəzanın azaldılacağı ilə əlaqədar Gürcüstan Respublikasında 20.000 ABŞ dolları pul vəsaitini Şöhrətin dediyi adama verdiyini demişdir. Həmin pulların verilməsi söhbətlərində, onların verilməsində bilavasitə iştirak etmədiyindən bunları ancaq Şakirin özündən eşitmiş, növbəti zənglərinin birində Şakir ona telefonda 2022-ci ilin dekabr ayının 16-da onun Ali Məhkəmədə işinə baxılacağını və cəzasının 3-4 il azaldılacağını deyib onun da həmin gün Ali Məhkəməyə gəlməsini tapşırmış, göstərilən tarixdə Bakı şəhərinə gəlməzdən əvvəl Samir adlı şəxsin kartına pul yükləməyi və özü ilə Bakı şəhərinə 700 manat pul gətirməyi və həmin pulu da onu orada gözləyəcək Şöhrət və Samir adlı şəxslərə verməyi tapşırmışdır. Ona görə də Şakirin tapşırığına əsasən Samirin telefonuna mesajla göndərdiyi Təqsirləndirilən şəxs2 adına olan KapitalBanka məxsus **********318979 bank kartına xx.xx.2022-ci il tarixdə saat 12:53-də Salyan şəhərində yerləşən "Araz" marketdən 445 manat pul köçürdükdən sonra rayondan bir taksi maşını tutub həmin maşınla Bakı şəhərinə, Ali Məhkəmənin qarşısına gəlmiş, orada telefonla zəngləşərək əvvəldən tanımadığı Şöhrət və Samir adlı şəxslərlə görüşüb tanış olmuş, məhkəmənin inzibati binasının qarşısında bir xeyli gözlədikdən sonra Şöhrətlə Samir məhkəmə iclasının qapalı keçirildiyini və məhkəmə iclasının təxirə salınaraq başqa vaxta keçirildiyini ona demiş, ondan sonra yaxınlıqdakı çayxananın qarşısına keçib orada saat 16 radələrində Şöhrətin yanında Samirə Şakirin dediyi kimi 700 manat pulu vermişdir. Ondan sonra qayıdıb Salyan rayonuna gəlmiş və sonradan Şakirin tapşırığı ilə xx.xx.2023-cü il tarixdə, saat 12:02:22-də Salyan şəhərindəki "Univermaq" supermarketində quraşdırılmış "Milliön" ödəmə terminalı vasitəsi ilə 600 manat və xx.xx.2023-cü il tarixdə saat 11:32:19-da Salyan şəhərindəki "Univermaq" supermarketində quraşdırılmış "Milliön" ödəmə terminalı vasitəsi ilə 555 manat pulu Samirin adına olan bank kartına göndərmiş və hər dəfə də bu barədə Şakirə məlumat vermişdir. X45 Məhkəmədə işinə baxılmadığını və ona təyin olunmuş cəzasının azaldılmadığını görüb Şöhrət və Samirdən Ali Məhkəməyə şikayət etmiş və onlara verilmiş pulları geri qaytarmalarını tələb etməyə başlamışdır. Şakirin tapşırığı ilə Təqsirləndirilən şəxs2 Bakı şəhərində verdiyi 700 manat pulu və onun bank kartına göndərdiyi 445, 555 və 600 manat pulların hamısını Şakirin oğlu Fərəməz Gürcüstandan ona poçt və bank vasitəsi ilə ABŞ dolları şəklində göndərmiş, o da həmin dollarları manata çevirəndən sonra Şakirin hər dəfə ona verdiyi tapşırığa əsasən onları Samirə vermiş və ya göndərmişdir. Samir və Şöhrətlə Bakı şəhərində yalnız bir dəfə, 16 dekabr 2022-ci il tarixdə, günortadan sonra Ali Məhkəmənin qarşısında görüşmüş və məhz həmin gün saat 16 radələrində tərəfindən Samirə orada 700 manat pul verilmişdir. Tərəfindən Samirə verilmiş və göndərilmiş həmin pullar da Şakirgilin öz pulları olmuş, bu pulların ona heç bir aidiyyəti olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır və DİNnin X35 polis nəfəri kimi xidmət edir. Təqsirləndirilən şəxs1 onun xalası əri olmaqla bir qohum kimi onunla aralarında qohumluq münasibətləri var, heç vaxt narazılıq, ədavət olmamışdır. Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımamış, belə bir adamlarla heç vaxt hər hansı bir formada ünsiyyəti, münasibəti olmamışdır. Təxminən 2022-ci ilin iyul ayının ortalarında qohumları olan Şöhrət rayondan Bakıya qonaq gəlmiş, Şöhrət onlara gələn gün növbədən sonra istirahətdə olduğu üçün o da evlərində olmuş, evlərində olan zaman Şöhrət adına Gürcüstandan pul göndəriləcəyini, lakin şəxsiyyət vəsiqəsi üzərində olmadığından pulu adına göndərə bilmədiklərini deyib göndəriləcək həmin pulun onun adına göndərilməsi üçün ondan şəxsiyyət vəsiqəsinin nömrəsini istəmiş, qohum olduqlarından onun bu xahişinə görə şəxsiyyət vəsiqəsinin nömrəsini Şöhrətə vermiş, bir az sonra isə onunla birlikdə gedib Bakı şəhəri, Səbail rayonu, "Azneft" dairəsi adlanan yerin yaxınlığında yerləşən "RespublikaBank"ın filialından şəxsiyyət vəsiqəsini təqdim edərək adına göndərilmiş 2500 ABŞ dollarını götürüb hamısını Şöhrətin özünə vermişdir. Həmin vaxt bankdan onun adına göndərilmiş pulun kimin tərəfindən və nə məqsədlə Şöhrət üçün göndərilməsini bilməmiş, Şöhrət özü də bu barədə ona bir söz demədiyindən o, da Şöhrətdən bununla bağlı heç nə soruşmamışdır. Şöhrətin xahişi ilə ona öz şəxsiyyət vəsiqəsinin nömrəsini verməkdə və sonradan da adına göndərilmiş 2500 ABŞ dollarını bankdan götürüb hamısını Şöhrətə verməkdə onun heç bir maddi və ya sair marağı olmamış, bunu yalnız Şöhrətin xahişi ilə qohum olduqları üçün onun üçün etmişdir. Şahid3 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə istintaqa verdiyi izahatını təsdiq edir. İşə iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, əvvəllər polis nəfəri kimi bir müddət Naxçıvanda işlədikdən sonra işdən çıxmış və ondan sonra Bakı şəhərində torpaq alveri ilə məşğul olub gündəlik çörək pulunu qazanmışdır. Təqsirləndirilən şəxs2 əvvəldən tanımamış, onunla təxminən 3-4 il əvvəl tanış olmuş, bir neçə dəfə Samir onun yanına torpaq almaq istəyən müştərilər gətirmiş, həmin vaxtlardan da aralarında yaxın münasibət formalaşmışdır. Təqsirləndirilən şəxs1 və Zaur Zahoduvu da sonradan Samirə görə tanımış, onlarla elə də bir yaxın münasibəti olmamışdır. Təxminən 2023-cü ilin əvvəllərində bir dəfə Bakı şəhərində kafedə görüşən zaman Samir ondan borc pul istəmiş, həmin vaxt qohumu olan Şöhrət də Samirin yanında olmuş, Samirdən həmin pulun nə üçün ona lazım olmasının səbəbini soruşanda Samir ona başlarına bir iş gəldiyni, yaxın bir tanışlarının məhkəmədə olan işi ilə əlaqədar ona kömək etmək istədiklərini, lakin işi görməyə söz verən adamların onları aldatdığı üçün indi pulu geri qaytara bilmədiklərini, ona görə ondan borc istədiyini ona demişdir. O da həmin vaxt əlində nağd pulunun olmadığını, ancaq ona kömək üçün Suraxanı rayonu ərazisində öz adına olan 0,22 ha torpaq sahəsini ona verə biləcəyini, həmin torpaq sahəsini satıb borclarını bağlayıb sonra da pulunu hissə-hissə ona qaytara biləcəklərini bildirdikdə Samir onun bu təklifinə razılıq verib sevinmiş, ona görə notariat qaydasında öz adına olan torpaq sahəsinə dair Samirə etibarnamə vermiş, həmin etibarnaməni verərkən də məqsədi yalnız Samirgilə kömək etmək olmuşdur ki, onlar vəziyyətdən çıxa bilsinlər. Etibarnamə verdiyi həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq olmuş, ancaq onun yaxınlığından yüksək gərginlikli elektrik xətti keçdiyindən torpaq sahəsini almaq istəyən olmamış, bu səbəbdən həmin torpaq sahəsi bu günə kimi satılmamışdır. Təxminən 2023-cü ilin yaz aylarında bir dəfə Samirgili ilə kafedə çay içən zaman sonradan tanıdığı Zaur adlı şəxs ora gəlmiş və Samirgili bir qədər kənarda öz aralarında nə isə söhbət etmiş və sonra Zaur Samirgilə pul vermişdir. Zaur adlı şəxsin Samirgilə nə qədər pul verməsini bilməmiş, onlar özləri də bu barədə ona bir söz demədiklərindən o da onlardan bu haqda heç nə soruşmamışdır. Şahid4 xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş teleqramından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində olan cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə istintaqa verdiyi izahatını təsdiq edir. İşə iştirakı olmadan baxılmasını xahiş edir. İş materiallarında olan 6 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs Fərməz oğlunun xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış şikayət ərizəsindən görünür ki, xx.xx.2018-ci ildə Azərbaycan Respublikasının CM-nin 206.3.2, 234.4.3-cü maddələri ilə təqsirləndirilərək 12 dekabr 2018-ci ildə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətə azadlıqdan məhrum edilmişdir. 12 mart 2019-cu il tarixdə isə Şirvan Apellyasiya məhkəməsinin hökmü ilə cəzası 11 il müddətə endirilmişdir. Hüquqi savadı olmadığı üçün yaxın bildiyi tanışları onun işini Ali Məhkəmədə qurtarmaqları üçün ailəsini aldadaraq 22500 ABŞ dolları və 2300 AZN pul alaraq Ali Məhkəmə adından sənəd veriblər. xx.xx.2022-ci il tarixlə Ali Məhkəmənin hakimi X13 imzası ilə ona verilən sənəddə, məhkəmə baxışının xx.xx.2022ci il tarixdə olacağı bildirilmişdir. Bu günə qədər məhkəmədən heç bir xəbər yoxdur. xx.xx.2022-ci il tarixli 2(102)-25/2022 saylı qərarın saxta olub-olmaması ilə bağlı məlumat verilməsini, adı çəkilən sənəddə gösstərilən imzanın İlqar Qılıcova aid olub-olmaması ilə bağlı məlumat verilməsini, bu sənədi onlara verənlərin X14 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb olunmalarına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-25/2022 saylı məhkəmə bildirişindən görünür ki, Zərərçəkmiş şəxs tələbinə dair verilən kassasiya şikayəti üzrə cinayət işinin məhkəmə baxışı xx.xx.2022-ci il tarixə saat 10:30-a Ali Məhkəmənin inzibati binasına təyin edilmişdir (sədrlik edən İlqar Qılıcov). İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədr müavini Çingiz Əsgərovun Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbova ünvanlanmış xx.xx.2023-cü il tarixli 1-8-10/2-11-114xx-xx/2023 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs müraciəti ona əlavə edilmiş sənədlərlə birlikdə baxılıb hüquqi qiymət verilməsi üçün göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Baş prokurorunun müavini- Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması barədə” qərardan görünür ki, Azərbaycan Respublikasının Ali Məhkəməsindən daxil olmuş 02/4-1498-23-d nömrəli material üzrə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs təyin edilmiş azadlıqdan məhrum etmə ilə əlaqədar cəzanın Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarı ilə azaldılacağını vəd edərək məhkəmədə çalışan vəzifəli şəxslərə verəcəyi adı ilə Bakı şəhəri ərazisində müxtəlif vaxtlarda müxtəlif şəxslərdən göndərdiyi pulların ələ keçirilməsi faktı ilə bağlı Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinyət işi başlanmışdır. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi Malik Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi Malik Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınmaq haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 zərərçəkmiş şəxs qismində tanınmış və ona bu barədə məlumat verilərək, qərar ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, həmin tarixlərdə "xxxx" MMC-yə məxsus eManat ödəmə sistemi vasitəsi ilə Kapital Banka məxsus Q*****S*****M*****oğlu adına olan nömrəli karta 445 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 03 ədəd qəbzlərin surətlərindən görünür ki, həmin tarixlərdə "xxxx" MMC-yə məxsus Milli Ön elektron ödəmə sistemi vasitəsi ilə Kapital Banka məxsus A*****A*****E*****oğlu adına olan nömrəli karta hissə-hissə olaraq 505 manat, 100 manat, 583 manat, 300 manat pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli 02 ədəd qəbzlərin surətlərindən görünür ki, həmin tarixlərdə "xxxx" MMC-yə məxsus Milli Ön elektron ödəmə sistemi vasitəsi ilə Kapital Banka məxsus Q*****S*****M*****oğlu adına olan nömrəli karta 555 manat, 600 manat pul vəsaitləri köçürülmüşdür. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi Malik Əhmədov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorun müavini-Baş prokurorun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, İİ dərəcəli dövlət ədliyyə müşaviri Nazim Rəcəbov tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi ibtidai istintaqın ərazi aidiyyatı üzrə davam etdirilməsi üçün Salyan RPŞ-yə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış ********* nömrəli cinayət işi istintaqının aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə "xxxx" MMC-yə məxsus eManat ödəmə sistemi vasitəsi ilə Kapital Banka məxsus Ə*****E*****F*****oğlu adına olan nömrəli karta 100 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə "xxxx" MMC-yə məxsus eManat ödəmə sistemi vasitəsi ilə Kapital Banka məxsus Ə*****E*****F*****oğlu adına olan nömrəli karta 200 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü i tarixli qəbzdən görünür ki, həmin tarixdə "xxxx" MMC-yə məxsus eManat ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus Su***SA***adına olan karta 20 AZN pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, həmin tarixdə "xxxx" QSC-yə məxsus mpay ödəmə sistemi vasitəsi ilə Azərbaycan Beynəlxalq Bankına məxsus Su***SA***adına olan karta 900 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan **********88 reyestr nömrəli çıxarışdan görünür ki, Şahid4 adına Abşeron rayonu 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0,2186 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyevin üzləşdirmə protokolundan görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, üzləşdirmə zamanı ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 416973*****9841 kart hesabından 416973*****8856 kart hesabına 500 manat; xx.xx.2023cü il tarixdə 416973*****8856 kart hesabından 416973*****9841 kart hesabına 1200 manat; xx.xx.2023-cü il tarixdə 540408*****8978 kart hesabından 416973*****8089 kart hesabına 30 manat; xx.xx.2023-cü il tarixdə 416973*****8856 kart hesabından 416973*****5507 kart hesabına 400 manat; xx.xx.2023-cü il tarixdə 540408*****8978 kart hesabından 416973*****5507 kart hesabına 400 manat pul köçürülmüşdür. İş materiallarında olan qəbzdən görünür ki, 416973*****8856 kartan bankomat vasitəsilə 800 manat pul çıxarılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmış, ona bu barədə məlumat verilmiş, qərar elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 201 saylı "xxxx" ASC-nin Salyan rayon filialı tərəfindən verilmiş arayışdan görünür ki, oktyabr-noyabr ayları ərzində 1(bir) ABŞ dollarının məzənnəsi : alış: 1 USD= 1.6970 AZN, satış: 1 USD= 1.7020 AZN təşkil edir. İş materiallarında olan qəbzlərdən görünür ki, xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü, xx.xx.2024-cü il tarixlərdə Ə***R***Ə*** oğlu adına olan 416973****2473 nömrəli karta 100 manat, 100 manat, 200 manat, 200 manat,200 manat, 300 manat pul köçürülmüşdür. İş materiallarında olan Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-352/2018 saylı hökmündən görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 28,206.3.1; 28,206.3.2; 32.5,206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə qəti olaraq 13 il azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli 1(106)-149/2019 saylı qərarından görünür ki, Zərərçəkmiş şəxs apellyasiya şikayəti tam, müdafiəçisi X20 şikayəti isə qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(99)-352/2018 saylı hökmü apellyasiya şikayətlərinə əsasən dəyişdirilmiş, Zərərçəkmiş şəxs 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli 1(106)-149/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 sentyabr 2017-ci il tarixli 1(103)-1429/2017 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin Təqsirləndirilən şəxs3 haqqındakı 13 iyul 2017-ci il tarixli hökmü dəyişdirilmədən, məhkumun müdafiəçisi A.S.Əliyev və zərərçəkmiş-mülki iddiaçı N.Q.Həsənovun müdafiəçisi Ə.H.Mehtiyevin apellyasiya şikayətləri təmin edilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2019-cu il tarixli 1(102) -318/19 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(007)-327/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs3 barəsində “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu tətbiq edilmiş, Təqsirləndirilən şəxs3 məhkum olunduğu CM-nin 178.3-cü maddəsinin sanksiyasının aşağı və yuxarı hədlərinə (yüngülləşdirilməklə) edilmiş dəyişikliklər nəzərə alınmaqla onun cəzası 06 il 06 ay həddində müəyyən edilmişdir. İş materiallarında olan Qazax RİHB-nin Çaylı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri arvadı - 1970-ci il təvəllüdlü X15, oğlu - 1992-ci il təvəllüdlü X21, oğlu – 1995-ci il təvəllüdlü X26, gəlini – 2003-cü il təvəllüdlü X29, gəlini – 1993-cü il təvəllüdlü X22, nəvəsi -2019-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 Nüsrət oğlu, nəvəsi – 2021-ci il təvəllüdlü X23, anası – 1943-cü il təvəllüdlü X9 ibarətdir. İş materiallarında olan Qazax RİHB-nin Çaylı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Qazax rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Qanununa əsasən Əzizbəyov rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi hökmdən xaric edilmiş, üzərində 01 il 06 ay müddətə cəza saxlanılmış, xx.xx.2006-cı il tarixdə Əzizbəyov rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı ilə qalan 05 ay 14 gün müddətə cəzadan vaxtından əvvəl azad olunmuşdur. Məhkumluğu ödənilmişdir. Hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvləri arvadı X4, qızı- X7 qızı- X8 ibarətdir. İş materiallarına əlavə edilmiş “X11”ndən çıxarışdan görünür ki, X18 xx.xx.2007-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Binəqədi RİH Başçısının Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs3 üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birinin üzünə demişlər. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının 28 dekabr 2023-cü il tarixli, 5/1704 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 2(102)-25/2022 nömrəli məhkəmə bildirişi reproqrafik surət olub, çoxaldıcı qurğu vasitəsilə surəti çıxarılmış və üzərində montajın əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli, 5/1704 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş sənədlərin texniki ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan “zərərçəkmiş şəxs kimi iştiraka xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 zərər çəkmiş şəxs kimi iştirakına xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş; Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmiş; Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, və keçirilmiş üzləşdirmə protokolları, məhkəməsənədşünaslıq ekspertizasının rəyi, cinayət işinin materiallarına əlavə edilmiş pul vəsaitinin ödəmə terminalı vasitəsilə göndərilmə qəbzləri cinayət işi üzrə sübut növü kimi tanınmış; Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından hazırlanmış xx.xx.2023-cü il tarixli, 2(102)-25/2022 nömrəli məhkəmə bildirişi blankı maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmış; Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 273-2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsinin tərkibi yaranmadığından barələrində qeyd olunan maddə ilə ittiham verilməmiş; əməlində cinayət tərkibi olmadığından Şahid2 barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə cinayət işinin başlanması rədd edilmiş; Zərərçəkmiş şəxs yaranmış 200 ABŞ dolları fərqlə bağlı məhkəməyə müraciət etmək hüququna malik olması izah edilmiş; Şahid1 zərər çəkmiş şəxs qismində iştirakına xitam verilməsi nəzərə alınmış; Təqsirləndirilən şəxs2 X12 ona qarşı Bakı şəhərində dələduzluq etməsi faktına görə şikayəti olarsa ərazi aidiyyəti üzrə Bakı şəhəri, Binəqədi RPİ-nə müraciət etmək hüququnun olması barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 23206302 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1; 178.2.4 və 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1183 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri 1976-cı il təvəllüdlü X1, anası 1950-ci il təvəllüdlü X2, 1994-cü il təvəllüdlü oğlu X10 və 2004-cü il təvəllüdlü X16 ibarətdir. İş materiallarında olan Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 075 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 60.1-ci maddəsinə əsasən cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu götürülməmiş və ödənilməmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli xasiyyətnaməsindən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bu müddət ərzində təcridxananın daxili-rejim qaydalarına riayət edərək əməkdaşların qanuni tələblərinə əməl etmiş, barəsində tənbeh tədbiri tətbiq edilməmişdir. Onunla bir yerdə saxlanılan şəxslərlə rəftarı qənaətbəxşdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(001)-533/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs3 barəsində ibtidai istintaq müddətinin sonunadək, yəni 27 iyul 2023cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(101)-565/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikasının CM-nin 29,178.3.2; 178.3.2 və 320.1-ci maddələri ilə cinayət işi vardır və o, Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılır. İş materiallarına əlavə olunmuş “X11”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikasının CM-nin 29,178.3.2; 178.3.2 və 320.1-ci maddələri ilə cinayət işi vardır (hakim Əli Məmmədov). İş materiallarına əlavə olunmuş “X11”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında Azərbaycan Respublikasının CM-nin 178.2.1; 29,178.2.4; 273-2; 29,294.3; 32.4,312.2; 320.1;320.2-ci maddələri ilə cinayət işi vardır (hakim Faiq Qəniyev). İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 23206302 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, 23206302 nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-yə daxil olmuş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, tanışı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə onun ümumilikdə 22500 ABŞ dolları və 2300 manat pulunu onu aldadaraq ələ keçirmişlər. Şöhrət və Samir ondan aldıqları puldan ona cəmi 8000 manat qaytarmış, qalan pulunu isə qaytamamışlar. İş materiallarına əlavə olunmuş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən Gürcüstan Respublikasına Sadıkı Phıruza adına xx.xx.2024-cü ildə 990 ABŞ dolları-məzənnə ilə 1699,36 AZN; xx.xx.2024-cü ildə 999,92 ABŞ dolları; xx.xx.2024-cü ildə 1000 ABŞ dolları; xx.xx.2024-cü ildə 353,15 ABŞ dolları; xx.xx.2024-cü ildə 999,9 ABŞ dolları, cəmi 4342,97 ABŞ dolları məbləğində pul köçürülmüşdür. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış yuxarıda sadalanan mötəbər sübutları məcmu halda qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə; Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.4 və 320.1-ci maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı hazıradək ödəməməsini və buna heç bir cəhd göstərməməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4cü maddələrində nəzərdə tutulan 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, o, zərərçəkmiş şəxsə böyük məbləğdə vurduğu ziyanı ödəməmiş, həmin ziyanı aradan qaldırmağa heç bir cəhd göstərməmiş, zərərçəkmiş şəxs ondan şikayətçidir. Bu da, onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi nəzərə alınması üçün məhkəməyə əsas verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beşildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Həmin Məcəllənin 59.1, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı ona aid hissəsini ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halı, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4cü maddələrində nəzərdə tutulan 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 2 ev 80-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının ona təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə vurduğu ziyanı ona aid hissədə ödəmiş, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, əvvəllər məhkum olunmamışdır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının ona təyin olunmasını isə düzgün hesab etmir və hesab edir ki, həmin cəza daha yüngül olmaqla törədilmiş cinayətlə cəza arasında balansın təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.2-ci cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 83.3, 83.3.3-ci maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə 09 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 60.1-ci maddəsinə əsasən cəzası 06 il 06 aya endirilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 09 ay 29 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs3 hazırki cinayət əməlini məhz Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində tətbiq edilmiş qalan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə dövründə, yəni 2022-ci ilin iyul ayında məhkumluğu ödənilmədən törətmişdir. Belə olan halda cinayətlərin residivi yaranır, ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutulan qaydalar nəzərə alınmalıdır. Bundan başqa hazırda onun barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin icraatında Azərbaycan Respublikasının CM-in anoloji maddələri ilə 2 cinayət işi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6, 76.6.3-cü maddələrinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, hazırda Təqsirləndirilən şəxs3 barəsində əvvəlki hökm üzrə-yəni Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin müddəti 05 may 2023-cü il tarixdə başa çatsa da, hazırkı cinayət əməlini cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ərzində-yəni 2022-ci ilin iyul ayında törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, cinayət nəticəsində dəymiş ziyanın ona aid hissəsini ödəməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayətlərin residivini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının; CM-nin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CMnin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini, CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, onun başqa şəxslərə qarşı da oxşar əməlləri törədərək məhkəmə məsuliyyətinə cəlb olunmasını, lakin islah olunmayaraq dələduzluq cinayətini yenidən törətməsini, hazırda da onun barəsində Bakı Ağır Cinayətlə məhkəməsinin icraatında Azərbaycan Respublikasının CM-nin oxşar maddələri ilə cinayət işlərinin olmasını onun sözü gedən cinayəti artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Bundan başqa, Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilmiş, buna baxmayaraq həmin qərarın qəbul edilməsindən 01 ay keçməmiş, islah yoluna qədəm qoymadan hazırki cinayət əməlini törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs3 ona olan etimaddan yetərincə nəticə çıxarmayaraq, qanunlara əməl edilməsi ruhunda tərbiyələnməmiş, həyat tərzini və xarakterini düzgün istiqamətləndirməmiş, başqa sözlə tam islah olunmadan yenidən cinayət əməli törətmişdir. Bu da, onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alınması üçün məhkəməyə əsas verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Bundan başqa, Təqsirləndirilən şəxs3 əməlində cinayətlərin residivi var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilməli və onun başqa iş üzrə həbsdə olması nəzərə alınmalı, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından hazırlanmış xx.xx.2023-cü il tarixli 2(102)-25/2022 nömrəli məhkəmə bildirişi blankı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 65 (altmış beş) manat təşkil edir və Təqsirləndirilən şəxs3 Məmməd oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Binəqədi yolu döngə 2 ev 80-də yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası onun yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin.
3. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.4 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək CMnin 178.2.1, 178.2.4-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına; CM-nin 320.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə tətbiq edilmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin olunmuş 06 (altı) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 29 (iyirmi doqquz) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 30 iyul 2024-cü tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində «həbs» qətimkan tədbiri seçilsin və onun başqa iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs barəsində olan cinayət işinə xx.xx.2022-ci il tarixdə baxılacağı barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin adından hazırlanmış xx.xx.2023-cü il tarixli 2(102)-25/2022 nömrəli məhkəmə bildirişi blankı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs3 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Adil Vəliyev