Məhkəmə qərarları › İş №1(057)-42/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-42/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-42/2025 20.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X14 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.2008-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair, xx.xx.2008-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir neçə gün ərzində hissə-hissə olmaqla vahid niyyətlə oğurluq etmək qərarına gəlib bu məqsədlə 2025-ci il yanvarın 27-də saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə metal tordan olan hasardan keçməklə qanunsuz daxil olub həyətdən 85 manat dəyərində olan 1 ədəd markası bilinməyən su matorunu, saxlanc yeri hesab edilən evdən hər biri 50 manat olan cəmi 200 manat dəyərində 4 ədəd aliminium böyük qazan, 100 manat dəyərində olan 1 ədəd “Ariston” markalı qızdırıcı su çəni, 100 manat dəyərində olan 1 ədəd “Acer” markalı monitor, 30 manat dəyərində olan 1 ədəd markası bilinməyən ütü, 50 manat dəyərində olan 1 ədəd markası bilinməyən ətçəkən maşın, hər biri 80 manat olan cəmi 160 manat dəyərində 2 ədəd “Tefal” markalı qazan dəsti, hər biri 50 manat olan cəmi 200 manat dəyərində 4 ədəd markası bilinməyən qazan, hər biri 20 manat olan cəmi 80 manat dəyərində 4 ədəd sac altlığı, cəmi 50 manat dəyərində olan “LG” markalı soyuducu və “Samsung” markalı televizorun kabellərini, 2025-ci il fevralın 01-də günorta saatlarında həyətdən 700 manat dəyərində olan 1 ədəd su çənini vahid niyyətlə gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1755 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qohumu Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən bir neçə gün ərzində hissə-hissə olmaqla vahid niyyətlə oğurluq etmək qərarına gəlib bu məqsədlə 2025-ci il yanvarın 27-də saat 12 radələrində Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə metal tordan olan hasardan keçməklə qanunsuz daxil olub həyətdən 85 manat dəyərində olan 1 ədəd markası bilinməyən su matorunu, saxlanc yeri hesab edilən evdən hər biri 50 manat olan cəmi 200 manat dəyərində 4 ədəd aliminium böyük qazan, 100 manat dəyərində olan 1 ədəd “Ariston” markalı qızdırıcı su çəni, 100 manat dəyərində olan 1 ədəd “Acer” markalı monitor, 30 manat dəyərində olan 1 ədəd markası bilinməyən ütü, 50 manat dəyərində olan 1 ədəd markası bilinməyən ətçəkən maşın, hər biri 80 manat olan cəmi 160 manat dəyərində 2 ədəd “Tefal” markalı qazan dəsti, hər biri 50 manat olan cəmi 200 manat dəyərində 4 ədəd markası bilinməyən qazan, hər biri 20 manat olan cəmi 80 manat dəyərində 4 ədəd sac altlığı, cəmi 50 manat dəyərində olan “LG” markalı soyuducu və “Samsung” markalı televizorun kabellərini, 2025-ci il fevralın 01-də günorta saatlarında həyətdən 700 manat dəyərində olan 1 ədəd su çənini vahid niyyətlə gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1755 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə2 onkoloji xəstədir, atası Elşən isə 7 ildir rəhmətə getmişdir. Maddi durumları çox aşağıdır, anası arada bir Bakı şəhərində yerləşən onkoloji xəstəxanaya gedib ximya olunur. Buna görə də anasının müalicəsinə pul lazım olmuşdur. O, bibisi oğlu Təqsirləndirilən şəxs2 ilə söhbət edən zaman maddi durumlarının aşağı olduğunu və pula ehtiyacları olduğunu demişdir. Əkbər də ona maddi durumlarının pis olduğunu bildirmişdir. Onlar aralarında söhbət edən zaman qonşuları Xırda xalanın evinin boş olduğunu və yaşayış olmadığını, oradan oğurluq edə biləcəkləri barədə danışmışlar. 2025-ci il yanvarın 27-də saat 12 radələrində o, Əkbər ilə birlikdə Xırdanın evinin qarşısına getmişlər. Onlar ərtafa baxmışlar, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dəmir setkadan keçərək həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra həyətdə yerləşən tikilinin yanında boş vəziyyətdə böyük su çəni, su matoru və digər əşyaların olduğunu görmüşlər. Onların hamısını birlikdə oğurluğa bilməyəcəklərini düşünərək hissə-hissə oğurlamağı qərarlaşdırmışlar. Bu gün birini, səhəri gün də başqa əşyaları oğurlayıb satmaqlarına qərar vermişlər. Bundan sonra o, Əkbər ilə birlikdə həyətdə yerləşən tikilinin yanındakı su matorunu oğurlamışlar. Sonra da birlikdə fərdi yaşayış evinin yanına getmişlər. Əkbər əli ilə pəncərəni açmış və onlar birlikdə evə daxil olmuşlar. Evin otaqlarına baxmışlar və əşyaların otaqlardan birinə yığıldığını görmüşlər. O bildirmişdir ki, Əkbər ilə birlikdə 4 ədəd aliminium böyük qazan, 1 ədəd Ariston markalı qızdırıcı su çəni, 1 ədəd markası bilinməyən ütü, 1 ədəd markası bilinməyən ətçəkən maşın, 2 ədəd Tefal markalı qazan, 4 ədəd markası bilinməyən qazan, 4 ədəd sac altlığı, 1 ədəd monitor və soyuducu ilə televizorun elektrik kabellərini kəsib oğurlayaraq Xırdanın evinin arxa tərəfindən keçən Kür çayının kənarına apararaq orada gizlətmişlər. Sonradan ikisi birlikdə Xırdanın evindən oğurladıqları bəzi əşyaları çəkiclə əzmişlər, digərlərini isə söküb içərisinin aliminumunu çıxartmışlar. Bildirmişdir ki, yaramayan hissələrini isə Kür çayına atmışlar. Oğurluq əşyaların içərisində olan 1 ədəd monitoru isə orada gizlətmişlər. Əldə etdikləri metalları əllərində götürərək Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparmışlar. Sonda metal qəbul məntəqəsindəki tanımadığı şəxs oğurladıqları əşyaların metal olan hissələrinə 30 manat pul vermişdir. O da həmin 30 manat pulu anasına vermişdir. O, anası Pərvanəyə günlük işləyib pul qazandığını demişdir. 2025-ci il yanvarın 29-da təxminən saat 16 radələrində Əkbər ilə birlikdə oğurladıqları və Kür çayının kənarında gizlətdikləri 1 ədəd monitoru isə Kərimbəyli kəndində yerləşən “Emil telekom” mağazasına getmişlər və işçiyə monitoru satdıqları demişlər. Emilin işçisi Emilə məlumat vermiş, işçidə Emilin 15 manata aldığını bildirmiş, onlar da məcbur qalıb 15 manata razılaşmışlar. Oğurluq nəticəsində əldə etdikləri 15 manat puldan 5 manatına şirniyyat alıb yemişlər, yerdə qalan 10 manatını isə anasını həkimə aparmaq üçün yol pulu etmişlər. O, anası Pərvanəyə günlük işləyib pul qazandığını demişdir. 2025-ci il fevralın 01-də günorta saatlarında əvvəlcədən aralarında danışdıqları kimi Əkbər ilə birlikdə yenidən Xırdanın evinə gedib yenə oğurluq etməyə qərar vermişlər. Günorta saatlarında o, Əkbər ilə birlikdə Xırdanın evinin qarşısına getmişlər, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dəmir setkadan keçərək həyətə daxil olmuşlar. Həyətdə olan su çənini aşıra-aşıra setkanın yanına aparmışlar, setkanı açaraq çəni çölə çıxartmışlar. Bundan sonra su çənini aparmaq üçün Kərimbəyli kəndinə tərəf gedib avtomobil axtarmışlar. Kərimbəyli kəndində yol kənarında taksi fəaliyyəti ilə məşğul olan nömrəsini xatırlamadığı Qaz 31 markalı avtomobilin dayandığını görmüşlər. Onlar həmin avtomobilin yanına getmişlər, Əkbər sürücüyə su çəni olduğunu və onu aparmaq lazım olduğunu demişdir. Tanımadığı sürücü isə müştərisi olduğunu, onu gözlədiyini bildirmişdir. Sonra sürücü onlara da müştərisi ilə birlikdə avtomobilə əyləşmələrini və birlikdə gedib müştərisini düşürdükdən sonra dedikləri yerə gedəcəyini bildirmişdir. Onlar da sürücü ilə razılaşmışlar. Təxminən 30 dəqiqə sonra Xırdanın evinin qarşısına getmişlər. Sürücü çənin kimə məxsus olduğunu soruşmuş, onlar da özlərinə məxsus olduğunu demişlər.Üçü birlikdə köməkləşib su çənini avtomobilin üzərinə qaldırmışlar. Sürücüyə çəni Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparıb satdıqlarını demişlər. Sürücü də onlarla razılaşaraq avtomobili dedikləri ünvana sürmüşdür. Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinin qarşısına çatdıqdan sonra onlar su çənini köməkləşib yerə qoymuşlar. Metal qəbul məntəqəsində tanımadığı bir nəfər şəxsə yaxınlaşmışlar su çənini satmaq istədiklərini demişlər. Həmin şəxs su çənini qapanda çəkərək 125 kiloqram gəldiyini və çəkisinin 42 manat pul etdiyini bildirmişdir. Onlar da razılaşmışlar və pulu almışlar. Həmin 42 manat puldan 10 manatını taksi sürücüsünə vermişlər, 2 manatına bulku alıb yemişlər, yerdə qalan 30 manat pulu isə anasını həkimə aparmaq üçün yol pulu etmişlər. O, anası Pərvanəyə günlük işləyib pul qazandığını demişdir. Hazırda törətdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki o, Qanuni nümayəndə2 onun mərhum dayısı Elşənin arvadıdır, Pərvanə onkoloji xəstədir. Maddi durumları çox aşağıdır. Pərvanə Bakı şəhərində yerləşən Onkoloji xəstəxanaya gedib ximya olunur. Bunun üçün də pul lazımdır. O, dayısı oğlu Təqsirləndirilən şəxs1 ilə söhbət edən zaman maddi durumunun pis olduğunu bildirmiş, o da maddi durumlarının pis olduğunu demişdir. Onlar aralarında söhbət edən zaman qonşuları Xırda xalanın evinin boş olduğunu və yaşayış olmadığını, oradan oğurluq edə biləcəkləri barədə danışmışlar. 2025-ci il yanvarın 27-də saat 12 radələrində o, Bəylər ilə birlikdə Xırdanın evinin qarşısına getmişlər. Onlar ərtafa baxmışlar, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dəmir setkadan keçərək həyətə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra həyətdə yerləşən tikilinin yanında boş vəziyyətdə böyük su çəni, su matoru və digər əşyaların olduğunu görmüşlər. Onlar hamısını birlikdə oğurluğa bilməyəcəklərini düşünərək hissə-hissə oğurlamağı qərarlaşdırmışlar. Bügun birini, səhəri gün də başqa əşyaları oğurlayıb satmalarına qərar vermişlər. Bundan sonra o, Bəylər ilə birlikdə həyətdə yerləşən tikilinin yanındakı su matorunu oğurlamışlar. Sonra da birlikdə fərdi yaşayış evinin yanına getmişlər. O, əli ilə pəncərəni açmış və onlar birlikdə evə daxil olmuşlar. Evin otaqlarına baxmışlar və əşyaların otaqlardan birinə yığıldığını görmüşlər. O bildirmişdir ki, Bəylər ilə birlikdə 4 ədəd aliminium böyük qazan, 1 ədəd Ariston markalı qızdırıcı su çəni, 1 ədəd markası bilinməyən ütü, 1 ədəd markası bilinməyən ətçəkən maşın, 2 ədəd Tefal markalı qazan, 4 ədəd markası bilinməyən qazan, 4 ədəd sac altlığı, 1 ədəd monitor və soyuducu ilə televizorun elektrik kabellərini kəsib oğurlayaraq Xırdanın evinin arxa tərəfindən keçən Kür çayının kənarına apararaq orada gizlətmişlər. Sonradan ikisi birlikdə Xırdanın evindən oğurladıqları bəzi əşyaları çəkiclə əzmişlər, digərlərini isə söküb içərisinin aliminumunu çıxartmışlar. Bildirmişdir ki, yaramayan hissələrini isə Kür çayına atmışlar. Oğurluq əşyaların içərisində olan 1 ədəd monitoru isə orada gizlətmişlər. Əldə etdikləri metalları əllərində götürərək Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparmışlar. Sonda metal qəbul məntəqəsindəki tanımadığı şəxs oğurladıqları əşyaların metal olan hissələrinə 30 manat pul vermişdir. Həmin 30 manat pulu Bəylər anasına vermişdir. 2025-ci il yanvarın 29-da təxminən saat 16 radələrində Bəylər ilə birlikdə oğurladıqları və Kür çayının kənarında gizlətdikləri 1 ədəd monitoru isə Kərimbəyli kəndində yerləşən “Emil telekom” mağazasına getmişlər və o, işçiyə monitoru satdığını demişdir. Emilin işçisi Emilə məlumat vermiş, işçidə Emilin 15 manata aldığını bildirmiş, onlar da məcbur qalıb 15 manata razılaşmışlar. Oğurluq nəticəsində əldə etdikləri 15 manat puldan 5 manatına şirniyyat alıb yemişlər, yerdə qalan 10 manatını isə Bəylər anasına vermişdir. 2025-ci il fevralın 01-də günorta saatlarında əvvəlcədən aralarında danışdıqları kimi Bəylər ilə birlikdə yenidən Xırdanın evinə gedib yenə oğurluq etməyə qərar vermişlər. Günorta saatlarında o, Bəylər ilə birlikdə Xırdanın evinin qarşısına getmişlər, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra dəmir setkadan keçərək həyətə daxil olmuşlar. Həyətdə olan su çənini aşıra-aşıra setkanın yanına aparmışlar, setkanı açaraq çəni çölə çıxartmışlar. Bundan sonra su çənini aparmaq üçün Kərimbəyli kəndinə tərəf gedib avtomobil axtarmışlar. Kərimbəyli kəndində yol kənarında taksi fəaliyyəti ilə məşğul olan nömrəsini xatırlamadığı Qaz 31 markalı avtomobilin dayandığını görmüşlər. Onlar həmin avtomobilin yanına getmişlər, o, sürücüdən su çəni olduğunu və onu aparmaq lazım olduğunu demişdir. Tanımadığı sürücü isə müştərisi olduğunu, onu gözlədiyini bildirmişdir. Sonra sürücü onlara da müştərisi ilə birlikdə avtomobilə əyləşmələrini və birlikdə gedib müştərisini düşürdükdən sonra dedikləri yerə gedəcəyini bildirmişdir. Onlar da sürücü ilə razılaşmışlar. Təxminən 30 dəqiqə sonra Xırdanın evinin qarşısına getmişlər. Sürücü çənin kimə məxsus olduğunu soruşmuş, onlar da özlərinə məxsus olduğunu demişlər.Üçü birlikdə köməkləşib su çənini avtomobilin üzərinə qaldırmışlar. Sürücüyə çəni Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinə aparıb satdıqlarını demişlər. Sürücü də onlarla razılaşaraq avtomobili dedikləri ünvana sürmüşdür. Qarabağlı kəndində yerləşən metal qəbul məntəqəsinin qarşısına çatdıqdan sonra onlar su çənini köməkləşib yerə qoymuşlar. Metal qəbul məntəqəsində tanımadığı bir nəfər şəxsə yaxınlaşmışlar və su çənini satmaq istədiklərini demişlər. Həmin şəxs su çənini qapanda çəkərək 125 kiloqram gəldiyini və çəkisinin 42 manat pul etdiyini bildirmişdir. Onlar da razılaşmışlar və pulu almışlar. Həmin 42 manat puldan 10 manatını taksi sürücüsünə vermişlər, 2 manatına bulku alıb yemişlər, yerdə qalan 30 manat pulu isə Bəylər anasını həkimə aparmaq üçün yol pulu etmişlər. Hazırda törətdiyi oğurluq cinayətini səmimi etiraf etmişdir. Törətdiyi əməldən peşmandır, özünü təqsirli hesab etdiyini bildirmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənildiyini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət əməlini törətmələri özlərinin etirafedici ifadələrindən əlavə olaraq ifadələrinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin protokolları və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Salyan rayonu, Gomuşlu kəndində yerləşən fərdi yaşayış evi vardır. O, Bakı şəhərində yaşayır, hazırda onun Gomuşlu kəndində yerləşən fərdi yaşayış evində yaşayan yoxdur. 2025-ci il fevralın 1-də o, Bakı şəhərindən çıxaraq Salyan rayonu, Gomuşlu kəndində yerləşən fərdi yaşayış evinə getmişdir. O, həyətə daxil olduqdan sonra həyətdəki su çəninin yerində olmadığını görmüşdür. Bundan sonra evə daxil olmuşdur. Evə daxil olduqdan sonra evin dağınıq olduğunu, pəncərənin açıq olduğunu aşkar etmişdir. Bundan sonra o, mətbəxə daxil olmuş və naməlum şəxs və ya şəxslər tərəfindən bir çox məişət əşyalarının olmadığını və oğurlandığını başa düşmüşdür. Bildirmişdir ki, naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus olan fərdi yaşayış evinin həyətindən 35 il bundan əvvəl alınmış 700 manat dəyərində olan 1 ədəd su çəni, 1 il bundan əvvəl alınmış markası bilinməyən 85 manat dəyərində olan 1 ədəd su motoru, yaşadığı evdən isə 40 il bundan əvvəl alınmış hər biri 50 manat dəyərində olan 4 ədəd aliminium böyük qazan, 10 il bundan əvvəl alınmış 100 manat dəyərində olan 1 ədəd “Ariston” markalı qızdırıcı su çəni, 10 il bundan əvvəl alınmış 100 manat dəyərində olan 1 ədəd “Acer” markalı monitor, 4 il bundan əvvəl alınmış 30 manat dəyərində olan 1 ədəd markası bilinməyən ütü, 3 il bundan əvvəl alınmış 50 manat dəyərində olan 1 ədəd markası bilinməyən ətçəkən maşın, 3 il bundan əvvəl alınmış hər biri 80 manat dəyərində olan 2 ədəd “Tefal” markalı qazan dəsti, 3 il bundan əvvəl alınmış hər biri 50 manat dəyərində olan 4 ədəd markası bilinməyən qazan, 2 il bundan əvvəl alınmış hər biri 20 manat dəyərində olan 4 ədəd sac altlığı oğurlanmışdır. Bundan başqa naməlum şəxs və ya şəxslər yaşadığı evdə olan 2 il bundan əvvəl alınmış 1200 manat dəyərində olan “LG” markalı soyuducunun və 1000 manat dəyərində olan “Samsung” markalı televizorun elektrik kabellərini qırmışlar. Baş vermiş oğurluq nəticəsində ona 1705 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan tam ödənilmişdir. Onlarla barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, X10 Salyan rayonu, Qarabağlı kəndində “Emil elektronika” adlı mağazası vardır. O, həmin mağazada satıcı işləyir. Bununla bağlı onun əmək müqaviləsi vardır. Həmin mağazada elektronik əşyalar satılır. Bununla yanaşı işlənmiş elektronika əşyaları da alınır. 2025-ci il yanvarın 29-da təxminən saat 17 radələrində o, işdə olan zaman 2 nəfər cavan oğlan mağazaya gələrək manotir satdıqlarını bildirmişlər. O, monitora baxmış, “Acer” markalı monitor olduğunu görmüş, sonra monitoru yoxlamış və işlədiyini görmüşdür. O, onlardan monitorun kimə məxsus olduğunu soruşmuş, onlar isə özlərinə məxsus olduğunu bildirmişlər. O, Whatsapp sosial şəbəkə vasitəsilə Emilə mesaj yazaraq mağazaya iki nəfər şəxsin gəldiyini, “Acer” markalı monitor gətirdiklərini və satdıqlarını demişdir. Emil də ona monitorun şəklini çəkib atmağını bildirmiş, o da monitorun şəklini çəkib Emilə göndərmişdir. Emil monitorun şəklinə baxdıqdan sonra qiymətinin 15-20 manat etdiyini bildirmişdir. O da Emilə həmin şəxslərin monitoru satmaq istədiklərini demiş, Emil də 15 manat verib almağını bildirmişdir. Onun həmin monitorun oğurluq olmasından heç bir məlumatı olmamışdır. Həmin şəxslər də bu barədə məlumat verilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinin başlanmasına səbəb: Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Salyan rayonu, Gomuşlu kəndində yaşayan, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 2025-ci il yanvarın 27-də saat 12 radələrində Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Salyan rayonu, Gomuşlu kəndində yaşayan, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Salyan rayonu, Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən 1705 manat dəyərində müxtəlif çeşiddə və adda məişət əşyalarını oğurlamaları faktları və həmin faktlar üzrə toplanmış materiallar olmuşdur. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə Salyan RPŞ-yə müraciət edərək bildirmişdir ki, xx.xx.2025ci il tarixdə Salyan rayonu Gomuşlu kəndində yerləşən fərdi yaşayış evindən naməlum şəxslər tərəfindən 1705 manat dəyərində məişət əşyalarının oğurlandığı aşkar edilmişdir. Odur ki, həmin şəxs və ya şəxsləri müəyyən edərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokoldan və foto cədvəllərdən görünür ki, cinayət əməlinin baş verdiyi yerin Salyan rayonu, Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən fərdi yaşayış evinin olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Salyan RPŞ-nin CAB-nin rəisi polis mayoru Cahid Quliyev tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan rayonu Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evindən baş vermiş oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxlərsin Salyan rayonu Gomuşlu kənd sakinləri xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 Səadil oğlu olmaları müəyyən edilmişdir.Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Səadil oğlu xx.xx.2025-ci il tarixdə saat 15:00-da Salyan rayonu Gomuşlu kəndi ərazisində saxlanılaraq saat 16:30-da RPŞ-nə gətirilmişdir. Odur ki, raporta dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Qanuni nümayəndə2 xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi kimi tanınmağına köməklik göstərilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin qanuni nümayəndəsi kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə2 cinayət prosessində onun qanuni nümayəndəsi kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 2025-ci il fevralın 03-də saat 18:00-da şübhəli şəxs qismində tutulmuş, fevralın 05-də Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuş, həmin tarixdə barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli “qanuni nümayəndənin təyin edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 anası Qanuni nümayəndə1 onun qanuni nümayəndəsi kimi tanınmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 2025-ci il fevralın 03-də saat 19:00-da şübhəli şəxs qismində tutulmuş, fevralın 05-də Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuş, həmin tarixdə barəsində “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Şəhriyar İbrahimovun tərtib etdiyi raportdan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Salyan RPŞ-nin X15 yerləşdirilməsi üçün aidiyyəti əməkşalarına göstəriş verilməsini xahiş etmişdir. 03 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, X1 surətdə təqdim etdiyi “Acer” markalı monitora baxış keçirildikdən sonra götürülmüşdür. 04 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid1 könüllü surətdə təqdim etdiyi 01 ədəd su çəninə və 01 ədəd aliminium qazana baxış keçirildikdən sonra götürülmüşdür. 04 fevral 2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid1 könüllü surətdə təqdim etdiyi 01 ədəd su çəninə və 01 ədəd aliminium qazana baxış keçirildikdən sonra götürülmüşdür Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefona baxış keçirilmişdir.Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 məxsus olan "Samsung Galaxy A10” markalı mobil telefonda ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinin olduğu müəyyən edilmişdir. Mobil telefona baxış keçirən zaman hər hansı bir cinayət xarakterli bir məlumat əldə olunmamışdır.Mobil telefona baxış saat 11:00-da başlandı saat 11:10-da bitmişdir. xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs Muhmud qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Salyan RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin X11 azad ediməsi haqqında” qərarından görünür ki, Salyan RPŞ MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 tutulmadan azad olunmuşdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən və evindən oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir.İfadənin yerində yoxlanılması zamanı “İphone 14” markalı mobil telefonun kamerası vasitəsi ilə fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər çıxarıldıqdan sonra protokola əlavə olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini ifadəsi yerində yoxlanılan zaman Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən və evindən oğurluq etdiyi yeri göstərməklə bir daha təsdiq etmişdir.İfadənin yerində yoxlanılması zamanı “ İphone 14” markalı mobil telefonun kamerası vasitəsi ilə fotoşəkillər çəkilmiş, həmin fotoşəkillər çıxarıldıqdan sonra protokola əlavə olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Gomuşlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladıqları 1 ədəd su çəni, 1 ədəd böyük qazan və 1 ədəd “Acer” markalı monitor işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Salyan RPŞ-nin İB-in müstəntiqi polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə 2025-ci il yanvarın 27-də saat 12 radələrində Salyan rayonu, Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən 1 ədəd markası bilinməyən su matorunu, evdən 4 ədəd aliminium böyük qazan, 1 ədəd “Ariston” markalı qızdırıcı su çəni, 1 ədəd “Acer” markalı monitor, 1 ədəd markası bilinməyən ütü, 1 ədəd markası bilinməyən ətçəkən maşın, 2 ədəd “Tefal” markalı qazan dəsti, 4 ədəd markası bilinməyən qazan, 4 ədəd sac altlığını, fevralın 01-də yenidən Zərərçəkmiş şəxs məxsus həyətindən 1 ədəd su çənini oğurlamışlar. Bəylər və Əkbər qeyd olunan cinayət əməllərini törədərkən hər hansı şəxsin köməyindən istifadə etməmişlər. Bəylər və Əkbər oğurladıqları metal əşyaları Qarabağlı kəndində metal qəbul məntəqəsi işlədən Şahid1 satmışlar, monitoru isə Emil Bədirxanova satmışlar. Bəylər və Əkbər oğurladıqları metal əşyaları və monitoru Azad və Emilə satarkən oğurluq yolu ilə əldə edilməsi barədə bir söz deməmişlər, özlərinə məxsus olmalarını bildirmişlər. Bununla bağlı video görüntülər 1 ədəd DVD diskə köçürülərək istintaqa təqdim olunur. Bəylər və Əkbər törətdikləri oğurluq əməlindən əlavə olaraqda başqa bir cinayətin törədilməsində iştirakları olmamışdır. Bundan başqa ağ rəngli Qaz 31 markalı avtomobilin sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Həsən Şahbazov adına Kərimbəyli tam orta məktəbin 04 fevral 2025-ci il tarixli, 118 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 2023-2024-cü tədris ilinin sonunda dərsə davamiyyəti olmadığı üçün məktəbdən xaric edilmişdir. Təzəkənd kənd ümumi orta ümumtəhsil məktəbinin 06 fevral 2025-ci il tarixli, 216 nömrəli arayışından görünür ki, X13 xx.xx.2024-cü il tarixdə keçirilən Pedoqoji Şuranın 5 nömrəli qərarı ilə məktəbin şagird kontingentindən xaric edilmişdir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan RQİ və TBŞ-nin 13 fevral 2025-ci il tarixli, 3-13-16-7/2-962/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu, Qarabağlı kəndində yaşayan vətəndaş X9 və Təqsirləndirilən şəxs2 adında hər hansı nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud olmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, X9 məhkumluğu olmadığı göstərilmişdir. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmadığı göstərilmişdir. Salyan RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Elsevər Tağıyevin xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs2 ilə 2025-ci il yanvarın 27-də saat 42 radələrində Salyan rayonu, Gomuşlu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətindən 1 ədəd markası bilinməyən su matorunu, evdən 4 ədəd alminum böyük qazan, 1 ədəd "Ariston" markalı qızdırıcı su çəni, 1 ədəd "Acer” markalı münitor, 1 ədəd markası bilinməyən utü, 1 ədəd markası bilinməyən ətçəkən maşın, 2 ədəd “Tefal” markalı qazan dəsti, 4 ədəd markası bilinməyən qazan, 4 ədəd sac altlığını, fevralın 01-də yenidən Xirda Cabbarovaya məxsus həyətindən 1 ədəd su çənini oğurlamışlar. Bəylər və Əkbər qeyd olunan cinayət əməllərini törədərkən hər hansı şəxsin köməyindən istifadə etməmişlər. Bəylər və Əkbər oğurladıqları metal əşyaları Qarabağlı kəndində metal qəbul məntəqəsi işlədən Şahid1 satmışlar, monitoru sə Emil Bədirxanova satmışlar. Bəylər və Əkbər oğurladıqları metal əşyaları və monitoru Azad və Emilə satarkən oğurluq yolu ilə əldə edilməsi barədə bir söz deməmişlər, özlərinə məxsus olmalarını brldirmişlər. Bununla bağlı video görüntülər 1 ədəd DVD diskə köçürülərək istintaqa təqdim olunmuşdur.Bəylər və Əkbər törətdikləri oğurluq əməlindən əlavə olaraqda başqa bir cinayətin törədilmələrində iştirakları olmamışdır. Bundan başqa ağ rəngli Qaz 31 markalı avtomobilin sürücüsünü müəyyən etmək mümkun olmamış, sürücünün şəxsiyyəti müəyyən olunan zaman dərhal İstintaq Bölməsinə gətirilməsi təmin olunacağı bildirilmişdir, İş üzrə maraq kəsb edən hər hansı məlumat əldə olunarsa, əlavə olaraq məlumat veriləcəyo və tərtib edilmiş raportua aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Salyan Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən 1 ədəd DVD diskə “ACER” markalı komputerdə nümayiş etdirməklə baxış keçirilmişdir. DVD diskdə 3 ədəd video görüntünün olması müəyyən olunmuşdur.Birinci videoda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə mağazaya gələrək oğurladıqları monitoru gətirmələri, monitoru satıcıya - satmaq istəmələri bildirmələri, satıcınında monitora baxdıqdan sonra pulunu verərək alması müəyyən olunmuşdur.İkinci videoda Təqsirləndirilən şəxs1 əllərində metal əşyalar ilə birlikdə metal qəbul məntəqəsinə gəlməsi müəyyən olunmuşdur.Üçüncü videoda isə Təqsirləndirilən şəxs2 nömrəsi görünməyən Qaz 31 markalı avtomobil ilə metal qəbul məntəqəsinin qarşısına gəlməsi, həmin avtomobilin üzərindəki yük yerində metal su çəninin olması müəyyən olunmuş, DVD diskə baxış saat 11:00-da başlandı saat 11:20-də bitmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Salyan RPŞ-nin İB-də olan ********* saylı cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs2 məxsus olan “Samsung Galaxy A03S” markalı mobil telefon ona təhvil verilmişdir. Salyan rayon İHB-nin Salyan rayonu, Qarabağlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 fevral 2025-ci il tarixli, 5-71-17/2-155/2025 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Ailə üzvləri xx.xx.1979-cu il təvəllüdlü - anası Qanuni nümayəndə2, xx.xx.2005-ci il təvvəlüdlü - bacısı X3 və xx.xx.2006-cı il təvəllüdlü- X7 ibarətdir. Salyan rayon İHB-nin Salyan rayonu, Qarabağlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 fevral 2025-ci il tarixli, 5-71-17/2-156/2025 nömrəli ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 anası ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur.Onun ailə üzvləri xx.xx.1976-cı il təvəllüdlü -anası Qanuni nümayəndə1 Bəylə qızından və xx.xx.1996-cı il təvəllüdlü qardaşı- X4 ibarətdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Salyan RPŞ-nin İB-də olan ********* saylı cinayət işi ilə əlaqədar X12 məxsus olan “Samsung Galaxy A10” markalı mobil telefon ona təhvil verilmişdir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “X25” Salyan Rayon Mərkəzi Xəstəxanası” X22 17 fevral 2025-ci il tarixli, 18-1-68/2-315/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Salyan rayonu, Gomuşlu kəndində yaşayan xx.xx.2008-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs1 və Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və Salyan rayonu, Gomuşlu kəndində yaşayan xx.xx.2008-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X22 13 saylı Şirvan Ərazi İdarəsinin 24 fevral 2025-ci il tarixli, 3-21-3-38/2-572/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Gomuşlu kəndində yaşayan Təqsirləndirilən şəxs1 və Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Salyan rayonu, Gomuşlu kəndində yaşayan Təqsirləndirilən şəxs2 adına hər hansı daşınmaz əmlak haqqında məlumat aşkar olunmamışdır. DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 19 fevral 2025-ci il tarixli, 3-13-11/2- 2312/2025 nömrəli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan rayonu, Gomuşlu kəndində yerləşən vət. Zərərçəkmiş şəxs məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-nə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədi (ADİS-in məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.2008-ci il tarixdə Salyn rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sağ əlinin böyük barmağının (plastik qapının üzərindən götürülmüş iz) və sol əlinin ovucunun əksi (mətbəxin pəncərəsinin iç hissəsindən götürülmüş) ilə, 01 ədədi isə (ADİS-in məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.2008-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs2 sol əlinin böyük barmağının (qaz sobasının şüşəsinin üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. Salyan RPŞ-nin İB-in müstəntiqi polis kapitanı Şəhriyar İbrahimovun 10 mart 2025-ci il tarixli raportundan görünür ki, xx.xx.2025-ci il tarixli, 4339 ömrəli məktubuna əlavə edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində 050-19-25-43 və ***-***-**-**, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində ***-***-**-** saylı mobil nömrələrə daxil olan və həmin mobil nömrələrdən çıxan zənglərin çıxarışları, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatları, daxil olan və göndərilən SMS mətnləri, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən, üzərində “Verbatim” və “CD-R disk” markalanma yazısı və “2503” nömrəsi yazılmış ağ fonlu “CD” diskə Salyan Rayon Polis X6 yerləşən xidməti iş otağında baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində ***-***-**-** və ***-***- **-**, həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində 050-97951-36 saylı mobil nömrələrə daxil olan və həmin mobil nömrədən çıxan zənglərin çıxarışlarına, həmin nömrəyə daxil olan və həmin nömrədən göndərilən SMS mətnlərinə nəzər saldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Diskə baxış saat 11:00-da başlandı saat 11:20-də bitmişdir. Fiziki şəxs X5 alınmış xx.xx.2025-ci il tarixli məktuba əsasən adları göstərilən əşyaların 2025-ci ilin yanvar və fevral aylarına olan pərakəndə satış qiymətləri aşağıdakı kimi olmuşdur:

1. 1 ədəd markası bilinməyən su matoru 85 manat.

2. 4 ədəd aliminum qazan 200 manat.

3. 1 ədəd “Ariston” markalı qızdırıcı su çəni 100 manat.

4. 1 ədəd “Acer” markalı monitor 100 manat.

5. 1 ədəd markası bilinməyən ütü 30 manat.

6. 1 ədəd markası bilinməyən ətçəkən maşın 50 manat.

7. 2 ədəd “Tefal markalı qazan dəsti 160 manat.

8. 4 ədəd markası bilinməyən qazan 200 manat.

9. 4 ədəd dəmir metaldan olan sac altlığı 80 manat.

10. 1 ədəd metaldan olan su çəni 700 manat.

11. “LG” makralı soyuducu və “Samsung” markalı televizorun kabelləri 50 manat məbləğində təşkil etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AZF/LGL-2664/25 saylı məktubundan görünür ki, Salyan rayon məhkəməsinin 5(057)-23/2025 saylı xx.xx.2025-ci il tarixli qərarında axtarış müddəti qeyd olunmadığından icra mümükün olmamışdır. 01 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 elan edilmiş ittihama dəyişiklik edilərək ona tərəfimdən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. 01 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihama dəyişiklik edilərək ona tərəfimdən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən oğurluq etdiklərini bildirmişdir. Bununla bağlı Salyan RPŞ-nə müraciət etmişdir. Hazırda ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayət və tələbinin olmadığını bildirmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 2025-ci il aprelin 01-də Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sədayı oğlunun törətdikləri cinayət əməllərini səmımı etiraf etmələri bütün sübutların məcmusu ila təsdiq eqildiyindən onlara qarşı ittihamın əsası kimi qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Şahid1 va Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ila cinayət təqibinin başlanması rədd edilmiş, şəxsiyyəti məlum olmayan taksi sürücüsünün əməlində cinayət tərkibi müəyyən edilmədiyindən həmin şəxs barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası CM-in 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi, həmin məcəllənin 59.1.13-cü maddəsina əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Gomuşlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladıqları 1 ədəd su çəni, 1 ədəd böyük qazan və 1 ədəd “Acer” markalı monitor işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi subut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmış, cinayət işi üzrə təqsirləndirilən şəxslərin etirafedici ifadələrindən əlavə olaraq ifadələrinin yerində yoxlanılması protokolları, zərərçəkmiş şəxsin ifadəsi, baxış protokolu, istintaq hərəkətlərinin protokolları, fiziki şəxs X5 alınmış məktub iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinin materiallarına əlavə edilmiş, qərarın surətinin 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməsi qərara alınmışdır. Salyan RPŞ-nin İB-in müstəntiqi polis kapitanı Şəhriyar İbrahimovun xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tamah niyyəti və özgə əmlakını gizli olaraq talamaq məqsədilə Salyan rayonu Gomuşlu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evindən oğurladıqları 1 ədəd su çəni, 1 ədəd böyük qazan və 1 ədəd “Acer” markalı monitor işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq özlərinin etirafedici ifadələri ilə yanaşı ibtidai istintaq zamanı toplanmış, bir-birinə uyğun gələn və bir-birini tamamlayan təkzibedilməz sübutlarla, o cümlədən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, üzləşdirmə, baxış keçirilməsi haqqında protokol və cinayət işində olan digər istintaq materialları ilə sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[399] 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CMnin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayancəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, cinayətin yetkinlik yaşına çatmamış şəxs tərəfindən törədilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Göstərilənləri nəzərə almaqla, məhkəmə təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər hadisəni törədərkən yetkinlik yaşına çatmadıqlarına görə onlara Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla həmin həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Belə ki, AR Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarların şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, hadisəni törədərkən yetkinlik yaşına çatmamış, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmişlər. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülməlidir. Bundan başqa, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd su çəni, 1 ədəd böyük qazan və 1 ədəd “Acer” markalı monitorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış ünvanını saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək,müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd su çəni, 1 ədəd böyük qazan və 1 ədəd “Acer” markalı monitorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Müdafiəçi fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN ********** hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar