Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-43/2023 23.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan şəhəri T.Davudzadə küçəsi, ev 3 mənzil 5-də qeydiyyatda olmaqla yaşayan, barəsində Salyan Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə axşam saatlarında Salyan şəhəri, A.Ağabəyli küçəsində yerləşən, Salyan şəhər sakini olan tanışı Şahid2 yaşadığı fərdi yaşayış evində təmir işləri görərkən Şahid2 məxsus olan 6 ədəd bükümdə eyni tərkibli narkotik vasitə heroindən qanunsuz olaraq satış məqsədi ilə kustar üsulla hazırlanmış 1 ədəd bükümdə 1,653 qram çəkidə eyni tərkibli narkotik vasitə heroini sonuncudan əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, həmin narkotik vasitədən daha 1 ədəd bükümdə 0,737 qramını 16 noyabr 2022-ci il tarixdə Salyan şəhəri ərazisində Salyan şəhər sakini olan tanışı Şahid1 qanunsuz olaraq 20 manata satmış, həmin gün saat 20 radələrində Salyan Rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Salyan şəhəri, T.Davudzadə küçəsi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,916 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli aşağıdakılarla tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, üzərindən narkotik maddə aşkar olunaraq götürülmüşdür. O, narkotik maddə istifadəçisidir. O, heç kimə narkotik maddə satmamışdır. Şahid1 onun qonşusudur və Rabilin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Şahid2 isə bir müddətdir ki, tanımışdır. Hüseyn ona pay olaraq istifadə etməkdən ötrü 1 bükümdə “kakos” deyilən narkotik vasitə heroin vermişdir. Lakin Hüseyn bunun müqabilində ondan pul almamışdır. Hansılarındasa narkotik vasitə olurdusa bir-birilərinə vermişlər. O, heroini özü qəbul etmək məqsədi ilə üstündə saxlamışdır. Sonda Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamın dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və onu uşaqlıqdan tanıyır. Mahirin mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini bilmişdir. Təqsirləndirilən şəxs ev ustası işlədiyi üçün onun yaninda 4 ay fəhlə işləmiş və həmin müddətdə arabir narkotik qəbul etmişlər. Mahir ona pulu olduğu halda narkotik vasitə sata biləcəyini bildirmişdir. O, da Mahirə ona narkotik vasitə heroin satmasından ötrü 20 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirmişdir ki, onun evində Mahirlə bir yerdə heroin qəbul etmişlər. Mahirə narkotiki satmamış və narkotiki Mahirə pulsuz hədiyyə olaraq vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən şübhəli şəxs kimi saxlayıb Polis şöbəsinə gətirmişlər. Üzərinə baxış keçirilən zaman Mahirin üzərindən əynində olan boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid4 da Şahid3 ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işinin 14-cü vərəqində olan 16 noyabr 2022-ci il tarixli şübhəli şəxs qismində tutma haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2022-ci il taridə saat 20:40 dəqiqədə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 28-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan rayon X6 Bölməsinin müstəntiqi, polis kapitanı X9 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Salyan rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid3 və polis kiçik leytenantı Şahid4; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs - xx.xx.1977-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan şəhəri, T.Davudzadə küçəsi, ev 3 mənzil 5-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində “kakos” deyilən narkotik vasitəni könüllü təqdim etmişdir. Şəxsi axtarış və götürmə zamanı “Redmi” markalı mobil telefon ilə çəkilişi aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir. Cinayət işinin 38-41-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 17 noyabr 2022-ci il tarixli 18/1226 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs..." sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,916 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq çəkisi 0,856 qram olmuşdur. Cinayət işinin 60-62-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli üzləşdirmə - dindirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti həyata keçirilmişdir. Cinayət işinin 74-75-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 75/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, vəsatət və təqdimatın təmin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilmiş və həbsdə saxlanılma müddət 3 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 77-ci vərəqində olan Salyan rayon İH Salyan MİTTİB MMC tərəfindən verilən xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 79-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan Salyan Rayon Məhkəməsinin 1(057)- 35/2015 saylı, xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirili bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 92-ci vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X8 Yoxlamanın xx.xx.2022-ci il tarixli 1191 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılıq sindiromu aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 100-103-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Bölməsinin xx.xx.2023-cü il tarixli 18/15 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroin ilə Şahid2 üzərindən götürüldüyü qeyd edilən 5 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli məhkəmə istintaqında qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Cinayət işinin 30-31-ci vərəqlərində olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi izahatında xx.xx.2022-ci il tarixdə Hüseynin Salyan rayonunun Arbatan kəndində yaşadığı evdə təmir işləri gördüyü üçün onun evində olarkən Hüseyn ona pay olaraq istifadə etməkdən ötrü 1 bükümdə “kakos” deyilən narkotik vasittə olan heron vermiş, lakin pul almamış, xx.xx.2022-ci il tarixdə isə o, Rabilə heroini sataraq əvəzində 20 manat pul almışdır. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində dindirilkərkən və xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən xx.xx.2022-ci il tarixdə verdiyi izahatında göstərdiklərini olduğu kimi təkrarlamışdır. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6.,), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1.), narkomaniyadan məcburi məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 16 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,856 qram narkotik vasitə olan heroin müvafiq qaydada məhv edilsin. Təqsirləndirilən şəxs 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik məbləğində ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan rayon Vəkil Bürosunun vəkili X4 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-43/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-43/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver