Məhkəmə qərarları › İş №1(057)-43/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-43/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-43/2024 19.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi1, Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə xx.xx.1991-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə xx.xx.1988-ci ildə Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2023-cü il noyabrın 22-də saat 09 radələrində Salyan rayonu Arbatan kəndində yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan təsərrüfatın saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq heyvan kəsimi yerindəki asılqandan asılmış kəsilib soyulmuş vəziyyətdə olan 107 kq çəkidə 1391 manat qiymətində dana ətini və 13 kq çəkidə 221 manat qiymətində quzu ətini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1612 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yeri hesab edilən əraziyə qanunsuz daxil olaraq özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib 2023-cü il noyabrın 22-də saat 09 radələrində Salyan rayonu Arbatan kəndində yerləşən Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan təsərrüfatın saxlanc yeri hesab edilən ərazisinə qanunsuz daxil olaraq heyvan kəsimi yerindəki asılqandan asılmış kəsilib soyulmuş vəziyyətdə olan 107 kq çəkidə 1391 manat qiymətində dana ətini və 13 kq çəkidə 221 manat qiymətində quzu ətini gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 1612 manat maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Hər iki təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, 2023-cü il noyabrın 22-də səhər saat 09 radələrində Nofəlin kənddəki həyətinə keçib oradan ət oğurlamaq istəmişdir. Taksi sürücüsü həmkəndlisi Təqsirləndirilən şəxs2 zəng edib demişdir ki, satılıq dana əti vardır, aparıb satmaq lazımdır. Həmin vaxt Əkbər demişdir ki, Biləsuvar rayonunda tanış qəssab mağazasını tanıyır, əti aparıb həmin mağazaya satmaq olar. Təxminən 15-20 dəqiqədən sonra Əkbər özünün idarə etdiyi Vaz-2106 markalı avtomobili ilə Nofəlin həyətinə gəlmiş və onlar birlikdə köməkləşib qarmaqlarda olan dana və quzu yarım cəmdəklərini Əkbərin avtomobilinə yükləyib birlikdə Biləsuvar rayonuna aparmışlar. Orada əti Ayturan adlı şəxsə satmışlar. Bundan sonra onlar Salyan rayonuna qayıtmış və maşında qalan quzunun yarısını qəssaba göstərmiş, lakin sonuncu bəyənməmişdir. Həmin quzunun yarı cəmdəyini Əkbər özü ilə aparmışdır. Zərərçəkmişə dəymiş ziyanı ödəmiş, zərərçəkmişin onlardan heç bir şikayət və tələbi yoxdur.Himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, özünə məxsus Vaz-2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğuldur.2023-cü il noyabrın 22də səhər saat 09 radələrində Salyan rayonundakı heyvan bazarında müştəri gözləyən zaman Sədulla ona zəng edib demişdir ki, Nofəlin kənddəki həyətində satılıq heyvan əti vardır, Nofəlin xəbəri olmadan həmin əti aparıb satmaq lazımdır. Arbatan kəndinə Nofəlin təsərrüfatı olan həyətin qarşısına gəlmiş və həyətə girdikdə Sədulladan başqa heç kimi görməmişdir. Sədulla ilə birlikdə həmin Nofəlin ət kəsimi yerindən heyvan cəmdəklərini öz avtomobilinin arxa yük yerinə yükləyib Biləsuvar rayonuna aparıb orada satmışlar. Qəssab mağazasında işləyən əvvəllər tanımadığı sonradan adı ona məlum olmuş Ayturan onların gətirdiyi dana yarım cəmdəyini tərəzidə çəkdikə ətin çəkisi 99 kq olmuşdur. Əti alan Ayturan ilə 15 kq-mı sümüyə çıxıb qalan 84 kq ətin hər bir kiloqramına 7 manat verəcəyi barədə razılığa gəlmişlər və bundan sonra Ayturan sayıb ona 580 manat vermişdir. Onlar quzu ətini sata bilmədikləri üçün əti qaytarıb avtomaşına qoymuşlar və avtomaşına əyləşdikdə oğurladıqları ətin satışından əldə etdikləri pulu öz aralarında bölmüşlər və Sədulla ona 240 manat vermişdir, qalan pulu isə özünə götürmüşdür. Bundan sonra onlar Salyan rayonuna yola düşmüşlər və maşında qalan quzu ətini satmaq üçün Salyan şəhəri Nizami küçəsindəki qəssab dükanına gəlmişlər. Burada o, quzu ətini maşından götürüb qəssab Familə göstərmişdir, lakin qəssab quzu ətinə baxıb bəyənməyib əti almamışdır. O, avtomaşına qayıdıb Sədullaya demişdir ki, quzu ətini sata bilməmişdir və Sədulla ona əti öz evinə aparmasını demişdir. Zərərçəkmişə dəymiş ziyanı ödəmiş, zərərçəkmişin onlardan heç bir şikayət və tələbi yoxdur.Himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmə baxışının yeri və vaxtı barədə məlumatlandırılmış zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərərin ödənildiyini, şikayəti və tələbi olmadığını qeyd edərək işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası CPM-nın 329.1-ci madəsinə əsasən zərərçəkmişin istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuşdur.O. həmin ifadəsində göstərmişdir ki, ailəsilə birlikdə Salyan şəhəri C.Cabbarlı küçəsi ev 20, mənzil 21-də yaşayır, Salyan rayonu Arbatan kəndində fermer təsərrüfatı vardır, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. 2023-cü il noyabrın 22-də səhər saat 06 radələrində Arbatan kəndində yerləşən özünün fermer təsərrüfatının ət kəsimi yerində özünə məxsus bir baş dana və bir baş quzu kəsdirmişdir. Hər iki heyvanın yarım cəmdəklərini avtomobilə yükləyib Salyan şəhərindəki qəssab dükanlarına payladıqdan sonra saat 10 radələrində təsərrüfatın ərazisinə qayıtdıqda görmüşdür ki, bir az əvvəl ət kəsimi yerində asılqanlardan asılmış dana və quzu yarım cəmdəkləri yerində yoxmuşlar. Həmin ətlərin oğurlandığını başa düşüb yenidən Salyan şəhərinə qayıdıb qəssab dükanlarını gəzib yeni kəsilmiş ət cəmdəklərin dükanlara təklif edilib-edilmədiyi barədə soraqlaşmağa başlamışdır. Təxminən saat 13 radələrində Salyan şəhəri Nizami küçəsində yerləşən qəssab dükanı işlədən Famil ilə dükanda görüşüb soraqlaşan zaman Famil ona demişdir ki, bir az əvvəl adını bilmədiyi hündür boylu arıq bədənli köhnə Vaz-2106 markalı avtomobilin Arbatan kənd sakini olan sürücüsü onun dükanına gəlib yarım cəmdək quzu əti almağı təklif etmişdir. O, Famildən gətirilən heyvan cəmdəyinin əlamətlərini öyrəndikdə ona aydın olmuşdur ki, həmin ət cəmdəyinin və sürücünün əlamətləri ona tanışdır və onun təsərrüfatından ət cəmdəklərini oğurlamış adamın həmkəndlisi Əkbər olduğunu bilmişdir. Ona görə özünə məxsus avtomobilə əyləşib Salyan şəhəri və Arbatan kəndi ərazisində Əkbəri axtarmağa başlamışdır. Həmin gün təxminən saat 14 radələrində Arbatan kənd orta məktəbinin qarşısından keçərkən Əkbəri özünə məxsus Vaz-2106 markalı avtomaşın ilə gəldiyini görüb öz avtomobilini qarşısına verib Əkbəri saxlatdırmışdır. Avtomobildən düşən kimi sükan arxasında oturan Əkbəri yanına çağırıb avtomobilinin arxa yük yerini açmağını istəmişdir. Əkbər avtomobilin arxa yük yerini açdıqda avtomobilin baqaj yerində balıq tilovlarını və yeni kəsilmiş ətin qan izlərini görmüşdür. Üzümü Əkbərə tutub “elə bilirdin səni tuta bilməyəcəm” deyə soruşmuşdur, lakin Əkbər cavab verməmişdir. O zaman Əkbərə “səninlə işim var, mənimlə gedəcəksən” demişdir. Bundan sonra Əkbəri öz avtomobilinə əyləçdirib birlikdə Familin işlətdiyi qəssab dükanına gəlmişlər. Famil onun yanında Əkbəri gördükdə tanıyıb demişdir ki, bir az əvvəl quzu yarım cəmdəyini gətirib təklif edən şəxsdir. Bundan sonra Əkbər etiraf edib həmin gün səhər saat 09 radələrində həmkəndliləri Sədulla ilə birlikdə onun həyətindən dana və quzu yarım cəmdəklərini oğurlayıb aparıb Biləsuvar rayon bazarında satdıqlarını, quzu yarım cəmdəyini isə öz evinə apardığını demişdir. Daha sonra Əkbər ilə birlikdə evinə getmiş və Əkbər öz evindəki soyuducuda saxladığı quzunun yarım cəmdəyini ona qaytardıqda, o həmin heyvan cəmdəyini tanıyıb özünə məxsus olduğu üçün götürmüş və aparıb qəssab dükanında satmışdır. Ertəsi gün Biləsuvar rayon bazarına gedib soraqlaşıb Ayturan adlı qəssab dükanı işlədən şəxsi tapmış və Ayturan ona danışmışdır ki, bir gün əvvəl iki nəfər Salyan rayon sakini bazara gəlib ona dana və quzu yarım cəmdəklərini təklif etmişlər, lakin o, 580 manata yalnız dana yarım cəmdəyini almış və həmin ətin yarı hissəsini satmışdır. Daha sonra, o, Ayturandan həmin heyvan cəmdəyinin qalan hissəsini götürüb gətirib qəssab dükanında satmışdır. Əkbər və Sədulla onun həyətindən etdikləri oğurluq nəticəsində ona ümumilikdə 1612 manat maddi ziyan vurmuşlar. Belə ki, 107 kq çəkidə dana ətinin hər bir kiloqramını 13 manatdan hesablamaqla cəmi 1391 manat və 13 kq çəkidə quzu ətininin hər bir kiloqramını 17 manatdan hesablamaqla cəmi 221 manat olmaqla ümumilikdə 1612 manat təşkil etmişdir. Bu səbəbdən noyabrın 22-də DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermiş və daha sonra rayon polis şöbəsinə gəlib şikayət ərizəsi yazmışdır. Şahid qismində dindirilmiş məhkəmədə ifadə verən Şahid1 göstərmişdir ki, 2023-cü il noyabrın 22-də təxminən saat 12 radələrində qəssab dükanında olan zaman Əkbər Vaz- 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib dükanın qarşısında dayanmışdır. Əkbər avtomobildən düşüb onun yanına gəlib salamlaşıb demişdir ki, toy üçün heyvan almışlar, artıq qaldığından satırmış və həmin heyvanı almağı təklif etmişdir. O, Əkbərin təklif etdiyi heyvana baxmaq üçün avtomobilə yaxınlaşmış, lakin Əkbər avtomobilin arxa yük yerini açdıqda orada yarım cəmdək quzu ətin olduğunu görmüşdür. O, Əkbərə bildirmişdir ki, özləri yalnız diri heyvan alır, kəsilmiş ət almırl. Bundan sonra Əkbər öz avtomobilinə əyləşib oradan getmişdir. Bundan təxminən 2 saat sonra Nöfəl onun dükanına gəlib salamlaşıb hal-əhval tutduqdan sonra həyətindəki qəssab yerindən dana və quzu cəmdəklərinin oğurlandığını deyib bu gün almaq üçün ona ət gətirib təklif edənlərin olub-olmadığını soruşmuşdur. O, Nofələ demişdir ki, bir az əvvəl taksi sürücüsü kimi tanıdığı Əkbər gəlib almaq üçün ona yarım cəmdək quzu əti gətirmişdir. Bundan sonra Nofəl sağollaşıb çıxıb getmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar Xidmətlər Agentliyinin Salyan Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin 24 noyabr 20243-cü il tarixli məktubundan görünür ki, 2023-cü ilin noyabr ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan satışı bazarında 1 (bir) kq iri buynuzlu heyvanın (dana) ətinin orta bazar qiyməti 13 (on üç) manat və 1 (bir) kq xırda buynuzlu heyvanın (quzu) ətinin orta bazar qiyməti 17 (on yeddi) manat kimi müəyyən edilmişdir. “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkoloji və psixonevroloji qeydiyyatlarda mövcud deyillər. Salyan RİHB-nın Arbatan inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 4 azyaşlı uşağı vardır. Salyan RİHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 2 azyaşlı uşağı vardır. DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İstintaq zamanı zərərçəkmiş şəxs X2 ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışdığını, cinayət nəticəsində ona vurulmuş maddi ziyanın onlar tərəfindən tam olaraq ödənildiyini, onlara qarşı tələb və şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi və cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, hər iki təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, onlar təqsirli bilinib həmin maddələrin sanksiya həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, hər iki şəxsə Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, hər iki təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Hər iki təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən hər iki təqsirləndirilən şəxsin cəzasının əvvəli onlarn cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri təqsirli bilinərək üç il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində iki il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Salyan rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs1 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün . Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs2 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçilər tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar