Məhkəmə qərarları › İş №1(057)-44/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-44/2024

02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-44/2024 02.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1995-ci il təvəllüdlü, Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, məhkumluğu olmayan, Salyan rayonu, Birinci Varlı kəndində pasport qeydiyyatında olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, sonradan tanış olduğu Salyan rayonu, Çadırlı kənd sakini Zərərçəkmiş şəxs onun oğlu X4 pensiyasını bərpa etdirmək adı ilə özünün geniş əlaqələri və təsir imkanlarının olması barədə yalan məlumatlar verərək inandırıb vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin avqust-oktyabr ayları ərzində istintaqa dəqiq məlum olmayan tarix və vaxtlarda, birinci dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evində 1600 manat, ikinci dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evində 400 manat, üçüncü dəfə Salyan rayonu, Çadırlı kəndi ərazisində yerləşən “Kamil Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında zərərçəkmiş şəxsin oğlu X2 300 manat, sonuncu dəfə isə Salyan rayonu, Çadırlı kəndi ərazisində yerləşən “Kamil Petrol” yanacaq doldurma məntəqəsi yaxınlığında zərərçəkmiş şəxsin oğlu X3 420 manat pulu ələ keçirib, Zərərçəkmiş şəxs cəmi 2720 manat məbləğində maddi ziyan vuraraq özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Şəhnaz xanımı Zeynəbin vasitəsi ilə tanımışdır.2023-cü ildə Şəhnaz ona zəng edərək yanına çağırmış və oğluna pensiya işinin düzəldilməsini xahiş etmişdir. Ona köməklik edəcəyini və kiminləsə danışıb ona bildirəcəyini demiş və bunun üçün ondan 1600 manata alacağını demişdir.Bir neçə gündən sonra Şəhnazın evinə gəlmiş və Şəhnaz ona 1000 manat pul vermişdir.Daha sonra müəyyən fasilələrlə 200,100 və 300 manat pul vermişdir.1600 manat pulu pensiya işini düzəldən adama vermiş, lakin həmin adam işdən çıxmışdır.Ona görə pulu qaytarmalı olmuşdur.500 manat pulu 5-6 may 2023-cü ildə qaytarmış, yəni oğlunun kartına vurmuşdur.Aprel ayında 240 manat, 10 apreldə 100 manat, və daha sonra isə 200 manat pulu atası Şəhnazın oğluna, cəmi 1040 manat oğluna vermişdir.560 manat borcu qalır.Şəhnaz polisə birinci dəfə 5000 manat və daha sonra isə 2720 manat demişdir.Pensiya işini düzəldən adam xəstəxanada həkim işləmiş və hazırda işdən çıxmışdır.Şəhnaz ona 1600 manat pul vermiş, ona görə artıq pul verməyəcəkdir.Pulu alandan oğlu, gəlini və bir nəfər müharibə iştirakçısı yanında olmuşdur.200 manat pulu Şəhnazın oğlu Əlisahibdən Elxanın bərbərxanasının yanında almışdır.100 manat pulu isə Zeynəbdən götürmüşdür.300 manat pulu atası Şəhnaz və ya yoldaşından götürmüşdür.500 manat pulu 5-6 mayda Laçın rayonunda olarkən Şahnazın oğlunun ona atdığı karta atmışdır.240 manat və 100 manatı da birbank vasitəsi ilə həmin karta atmışdır.Müstəntiq onun ifadəsini düzgün qeyd etməmişdir.Qərar qəbul olunması üçün məhkəmənin ədalətinə güvəndiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs qismində məhkəmədə ifadə verən X9 bildirmişdir ki,Elməddinlə Zeynəb adlı qadının vasitəsi ilə tanış olmuşdur.Zeynəb ona Bəxtiyarın atasının sosialda işlədiyini demişdir.Zeynəb ona Elməddinin ondan 500 manat aldığını və pensiya işini düzəldəcəyini, lakin düzəldə bilmədiyini demişdir.2022-ci ilin avqust ayında Elməddin ona zəng edərək,nömrəninin ona Zeynəb tərəfindən verildiyini deyərək oğluna pensiya işinə görə köməklik edə biləcəyin demişdir.Ona görə uşağın sənədlərin ona verişdir.Elməddin ona bildirmişdir ki, atası xəstədir, həmin işlərlə özü məşğul olur.Səhərisi günü Elməddin zəng edərək 5000 manat pul lazım olduğunu demişdir. Uşağın da 3 ay Respublika Xəstəxanasında yatmalı olduğunu bildirmişdir.2 gün keçəndən sonra özü, oğlu və Elməddinlə notarisa gedərək ona etibarnamə vermişlər.20 manat pul vermiş və 1 il müddətə etibarnamə almışlar.Elməddin və atası ilə birlikdə Kapital banka gedərək Elməddinin atası bankdan pul götürüb onların əvəzinə vermək istədiyini demiş, lakin ona pul verməmişlər.Özü Şirvan şəhərinə gedib orada 1600-1700 manat dəyərində nisyə olaraq qızıl götürüb gətirib Salyandan Kamranın lombardına qoyaraq 600 manat pul götürmüşdür.Daha sonra evində olan dananı 780 manata satmışdır. Evində 1000 manat pulu Elməddinə vermişdir.Orada həmin vaxt Fərid də olmuşdur.600 manatı da daha sonra öz həyətində Elmədinə vermişdir.420 manatı isə 5-10 gün sonra oğlu Qaraçala kəndində qaz YDM-nın yanında oğlu Şəhriyar Elməddinə vermişdir. Əlisahib oğlu da 300 manatı həmin yerdə Elməddinə vermişdir.Puldan Elməddin 150 manat, 200 manat, 150 manat və daha sonra 150 manat olmaqla 650 manat pulu qaytarmışdır.Bu puldan 200 manatı atası oğlu Şəhriyara vermişdir.O biri pullar hansı qaydada verilməsini bilmir.Xəstə olduğu üçün ilkin ərizəsində 5000 manat aldığını yazmışdır.Lakin 2720 manat pulu Elməddin onlardan almışdır.Elməddinin əvəzinə 100 manat pulu Zeynəbə vermişdir.Elməddinin Zeynəbə 100 manat borcu olduğu üçün həmin pulu vermişdir.Elməddin pulunu vermədiyi halda onun tutulmasını tələb edir. Şahid qismində məhkəmədə ifadə verən Şahid bildirmişdir ki, 2 il əvvəl Elməddini çağıraraq ona pensiya işinin düzəldilməsini xahiş etmişlər.Elməddin əvvəlcə onlardan 5000 manat pul istəmişdir.Əvvəlcə Elməddin anasından 1000 manat pul istəmiş və anası həmin pulu vermişdir.Daha sonra Elməddin anasından 400 manat pul istəmiş, qardaşı Şəhriyar “Kamil” petrolun yanında həmin pulu Elməddinə vermişdir. Bir neçə gün dəllək Elxanın yanına gedərək Elməddinə verilməsi üçün ona 300 manat vermiş və həmin pul da Elməddinə verilmişdir.1 ay sonra “Kamil” petrolun yanında Şəhriyar Elməddinə 420 manat pul vermişdir.Elməddin 200 manat ona qaytarmış, başqa pul qaytarmamışdır. Məhkəmədə elan olunmuş “Salyan rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2024-cü il tarixli, 18-1-68/2-13/2024 nömrəli məktubundan görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin və həkim-psixiatr Xatirə Ağayevanın məlumatlarına əsasən Salyan rayon sakini xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayonu, Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 342 nömrəli arayışda göstərilir ki, Əsədov X6 rayonu, 1-ci Varlı kəndində yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası-1972-ci il təvəllüdlü X7; anası-1966-cı il təvəllüdlü X8 və arvadı-1990cı il təvəllüdlü X5. Həmin nümayəndə tərəfindən verilmiş 30 dekabr 2023-cü il tarixli, 343 nömrəli xasiyyətnamədə göstərilir ki, 1995-ci il, təvəllüdlü, Salyan rayonunda anadan olmuş və hal-hazırda Salyan rayonu, İ Varlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı müddətdə həmyaşıdlarının və kənd sakinlərinin hörmətini qazanmış, xeyir-şər məclislərində iştirak etmiş və onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş ziyanın bir qismini ödəməsi onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş,o, təqsirli bilinib həmin maddənin sanksiya həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə on faiz məbləğdə pul tutulmaqla bir il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli Azərbaycan Respubliakası CİM-nin 45.1-ci maddəsinə əsasən işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar