Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-44/2025 30.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X4 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Salmanlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin noyabr ayında Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivində fərdi evdə yaşayan Zərərçəkmiş şəxs valideynlərinə məxsus Sabirabad rayonu Çölbeşdəli kəndində yerləşən fərdi yaşayış evini adına keçirəcəyinə dair ona qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində pulunu ələ keçirmək məqsədilə sonuncu ilə razılaşmış, 16 noyabr 2022-ci il tarixdə yaşadığı Abşeron rayonu Saray qəsəbəsi S.Kərimova küçəsi 22 nömrəli fərdi yaşayış evinin qarşısında 3500 (üç min beş yüz) manat pulu əldə etmiş, bir həftə sonra Zərərçəkmiş şəxs zəng vurub pulun qalanını da gətirməyini bildirdiyi üçün istifadəsində olan kart hesabı vasitəsilə əlavə 1500 (min beş yüz) manat pulu əldə etmiş, təxminən 2 ay sonra yenidən Zərərçəkmiş şəxs zəng vurub bu işi Şirvan Apellyasiya Məhkəməsində həll edəcəyini bildirdiyi üçün Şirvan şəhəri ərazisində Zərərçəkmiş şəxs əlavə 3100 (üç min yüz) manat pulu əldə etmiş, təxminən 15-20 gün sonra yenidən Zərərçəkmiş şəxs zəng vurub şad xəbəri olduğunu və işi həll etdiyini bildirərək Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Qatar” çay evində bu işin düzəlməsi üçün Zərərçəkmiş şəxs əlavə 1200 (min iki yüz) manat pulu əldə etmiş, təxminən 1 ay sonra yenidən Zərərçəkmiş şəxs zəng vurub sənədlərin rayondan gəldiyini, gəlib götürməyini və bu iş üçün əlavə 600 (altı yüz) manat verəcəyini bildirdiyi üçün onunla Salyan şəhərində yerləşən “Muğan” şadlıq $arayına toya gələrkən orada Zərərçəkmiş şəxs həmin məbləğdə pulu əldə etmiş, sonuncu Olaraq isə 26 yanvar 2024-cü il tarixdə Zərərçəkmiş şəxs yenidən zəng vurub bu işin düzəlməsi üçün əlavə pul istədiyindən Zərərçəkmiş şəxs həmin gün Salyan rayonu Şorsulu kəndi ərazisində yerləşən “Ay işığı” marketdə olan ödəmə terminalından göndərdiyi 450 (dörd yüz əlli) manat pulu istifadəsində olan kart hesabı vasitəsilə əldə etməklə vahid niyyətlə ümumilikdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda yəni 10350 (on min üç yüz əlli) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs yuxarıda təsvir olunmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək qeyd etmişdir ki, Sabirabad rayonu Salmanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Saray qəsəbəsi Səma Kərimova küçəsi ev 22-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 3 il bundan əvvəl yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Səma Kərimova küçəsi ərazisində kanalizasiya xəttinin çəkilməsi işində işlədiyi üçün həmin vaxtlar onunla tanış olmuşdur. O zaman özünü Eldənizə vəkil kimi təqdim edib onu inandırmışdır. Həmin vaxtlar Eldəniz anasının vəsiyyəti əsasında valideynlərinə məxsus Sabirabad rayonu Çölbeşdəli kəndində yerləşən ata evini öz adına keçirmək istədiyini, lakin kiçik qardaşı evi adına keçirməyinə razılıq vermədiyi üçün onunla arasında mülki mübahisə yarandığını ona bildirmiş və o da Eldənizi vəkil olduğuna inandırdığı üçün yalandan bu işi həll biləcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayında Eldəniz ilə bu barədə danışdıqda, Eldənizə valideynlərinə məxsus həmin evi adına keçirəcəyinə dair yalan vəd verib onu inandıraraq bu işi 10000 manata təll edəcəyini bildirmişdir. Eldəniz həmin məbləğə imkanı çatmadığını bildirdikdə, yalandan bu işi 7500 manata həll edəcəyini bildirmişdir. Bundan sonra onun dəvəti ilə 16 noyabr 2022-ci il tarixdə Eldəniz yaşadığı Abşeron rayonu Saray qəsəbəsi Səma Kərimova küçəsi 22 nömrəli fərdi yaşayış evinin qarşısına gəlmişdir. Eldəniz onun da tanıdığı Şahid1 ilə gəlmişdir. Həmin vaxt Eldəniz Akifin yanında ilkin olaraq 3500 manat pulu ona vermişdir. Bundan bir həftə sonra yenidən Eldənizə zəng vurub pulun qalanını da gətirməyini bildirmişdir. Eldəniz ondan kart hesabı istəmiş və o da istifadəsində olan kart hesabını ona demişdir. Həmin vaxt Eldəniz bu işin düzəlməsi üçün 1500 manat pulu ona dediyi kart hesabına göndərmişdir. Təxminən 2 ay sonra yenidən Edənizə zəng vurub pulun qalanını da gətirməyini bildirmişdir. Sumqayıt şəhərində görüşdükdə, yalandan Eldənizə bu işi Şirvan Apellyasiya Məhkəməsində həll edəcəyini bildirdiyi üçün Eldəniz də ona inanmış və onlar yola düşüb Şirvan şəhərinə gəlmişlər. Eldənizi aldadıb yalandan Şirvan Apellyasiya Məhkəməsinə gəldiklərini bildirmişdir. Orada Eldənizdən 3100 manat pulu alıb guya məhkəməyə gedib işi həll edəcəyini bildirmiş və avtomobildən düşüb tanımadığı bir idarəyə daxil olmuşdur. Eldəniz də elə başa düşmüşdür ki, Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Daha sonra geri qayıdıb işin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. Təxminən 15-20 gün sonra Eldəniz ona zəng vurub işin nə yerdə olmasını soruşduqda, yalandan şad xəbəri olduğunu və işi həll etdiyini bildirmişdir. Həmin gün Eldəniz ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Qatar” çay evində görüşmüşdür. O, yalandan bu işin düzəlməsi üçün əlavə 1200 manat lazım olduğunu bildirdiyi üçün Eldəniz də orada cibindən həmin məbləğdə pulu çıxarıb ona vermişdir. Təxminən 1 ay sonra yenidən Eldənizə zəng vurub yalandan sənədlərin rayondan gəldiyini, gəlib götürməyini və bu iş üçün əlavə 600 manat verəcəyini bildirmişdir. Həmin vaxt Eldəniz ilə Sumqayıt şəhərində görüşmüşdür. O, həmin gün arvadı ilə Salyan şəhərində yerləşən “Muğan” şadlıq sarayına toya gəlmişdir. Eldəniz avtomobili ilə onu arvadı ilə birlikdə toya gətirmişdir. Şadlıq sarayının qarşısında Eldəniz ona 600 manat da bu işin düzəlməsi üçün əlavə pul vermişdir. Toydan çıxdıqdan sonra onlar Şirvana şəhərinə getmişlər. Daha sonra isə Sabirabad rayonu Salmanlı kəndində yerləşən ata yurduna gedib gecəni orada qalmışlar. Səhəri gün yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Bu müddət ərzində Eldəniz dəfələrlə ona zəng vurub işin nə yerdə olmasını soruşduqda, yalandan yaxın günlərdə işin düzələcəyini bildirmişdir. 26 yanvar 2024-cü il tarixdə yenidən Eldənizə zəng vurub bu işin düzəlməsi üçün əlavə 600 manat pul istəmişdir. Eldəniz ona Salyan rayonuna sərnişin gətirdiyini bildirib orada yerləşən ödəmə terminalından 450 manat pulu ona göndərdiyi, öz adına olan kart hesabına göndərmişdir. Qeyd etmişdir ki, törətdiyi başqa dələduzluq cinayət əməlinə görə 2024-cü ilin avqust ayında Salyan Rayon Polis X2 cinayət işi istintaq edilərkən şikayət etməsin deyə Eldənizi aldadaraq pulunu qaytaracağını bildirmiş və həmin vaxt Eldənizin ona göndərdiyi kart hesabına 900 manat pulu geri qaytarmışdır. Bir daha bildirmişdir ki, Zərərçəkmiş şəxs üçün valideynlərinə məxsus evi adına keçirəcəyinə dair ona yalan vədlər verib aldadaraq 16 noyabr 2022-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 10350 (on min üç yüz əlli) manat pulunu alaraq ələ keçirmişdir. Hazırda dəymiş ziyan tamamilə ödənilmiş və dəymiş ziyanın 25 %-i həcmində dövlət büdcəsinə ödəniş edilmişdir. Bunu nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi faktı sübuta yetirilmiş sayılmalıdır. Zərərçəkmiş şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 6 saylı MTCM-də cəza çəkdiyi üçün onun məhkəmə iclasında iştirakının təmin edilməsi üçün həmin cəzaçəkmə müəssisəsinə rəsmi məktub göndərilmiş, lakin onun iştirakı təmin edilməmişdir. xx.xx.2025-ci il tarixdə 6 saylı MTCM tərəfindən Zərərçəkmiş şəxs ərizəsi məhkəməyə ünvanlanmış, o, həmin ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Sabirabad rayonu Çölbeşdəli kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 3 il bundan əvvəl Abşeron rayonu Saray qəsəbəsi Səma Kərimova küçəsi ərazisində kanalizasiya xəttinin çəkilməsi işində işlədiyi üçün həmin vaxtlar Sabirabad rayonu Salmanlı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Saray qəsəbəsi Səma Kərimova küçəsi ev 22-də yaşayan Təqsirləndirilən şəxs adlı şəxslə tanış olmuşdur. Mehdi özünü ona vəkil kimi təqdim edib inandırmışdır. Həmin vaxtlar anasının vəsiyyəti əsasında valideynlərinə məxsus Sabirabad rayonu Çölbeşdəli kəndində yerləşən ata evlərini öz adına keçirmək istəmişdir. Lakin kiçik qardaşı evi adına keçirməyinə razılıq vermədiyi üçün mülki mübahisə aranmışdır. Mehdi onu vəkil olduğuna inandırdığı üçün bu barədə ona bildirdikdə, Mehdi bu məsəlləni həll edə biləcəyini bildirmişdir. 2022-ci ilin noyabr ayında Mehdi ilə bu barədə danışdıqda, Mehdi ona valideynlərinə məxsus həmin evi adına keçirəcəyinə dair yalan vəd verib onu inandırımış və bu işi 10000 manata həll edəcəyini bildirmişdir. O, həmin məbləğə imkanı çatmadığını bildirdikdə, Mehdi bu işi 7500 manata həll edəcəyini bildirmişdir. Bundan sonra Mehdinin dəvəti ilə 16 noyabr 2022-ci il tarixdə Mehdinin yaşadığı Abşeron rayonu Saray əsəbəsi Səma Kərimova küçəsi 22 nömrəli fərdi yaşayış evinin qarşısına getmişdir. Həmin vaxt yanında qonşuluğunda yaşayan Şahid1 da olmuşdur, Akifin yanında ilkin olaraq 3500 manat pulu Mehdiyə vermişdir. Bundan bir həftə sonra Mehdi ona zəng vurub pulun qalanını da gətirməyini bildirmişdir. Bu səbəbdən qonşusu Akiflə Sumqayıt şəhərində yerləşən “Kapital Bank”-ın filialına yaxınlaşmışlar. Akif 1500 manat pulu Mehdinin ona verdiyi kart hesabına bu işin düzəlməsi üçün göndərmişdir. Daha sonra həmin pulu Akifə qaytarmışdır. Təxminən 2 ay sonra Mehdi yenidən ona zəng vurub ulun qalanını da gətirməyini bildirmişdir. Onlar Sumqayıt şəhərində görüşdükdə, Mehdi ona bu işi Şirvan Apellyasiya Məhkəməsində həll edəcəyini bildirdiyi üçün yola düşüb Şirvan şəhərinə gəlmişlər, Mehdi onu aldadıb yalandan Şirvan Apellyasiya Məhkəməsinə gəldiklərini bildirmişdir. Ondan orada 3100 manat pulu alıb məhkəməyə gedib işi həll edəcəyini bildirmiş və avtomobildən düşüb bir idarəyə daxil olmuşdur. Daha sonra geri qayıdıb işin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. O, daha sonra bilmişdir ki, X5 Məhkəməsinə deyil, Şirvan şəhərində sosial müdafiə idarəsinə getmiş və onu aldadıb yalan demişdir. Təxminən 15-20 gün sonra Mehdiyə zəng vurub işin nə yerdə olmasını soruşduqda, Mehdi şad xəbəri olduğunu və işi həll etdiyini bildirmişdir. Həmin gün Mehdi ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən “Qatar” çay evində görüşmüşdür. Mehdi ona bu işin düzəlməsi üçün əlavə 1200 manat lazım olduğunu bildirdiyi üçün o da orada cibindən həmin məbləğdə pulu çıxarıb Mehdiyə vermişdir. Təxminən 1 ay sonra Mehdi ona zəng vurub sənədlərin rayondan gəldiyini, gəlib götürməyini və bu iş üçün əlavə 600 manat verəcəyini bildirmişdir. Həmin vaxt Mehdi ilə Sumqayıt şəhərində görüşmüşdür. Mehdi həmin gün arvadı ilə Salyan şəhərində yerləşən “Muğan” şadlıq sarayına toya gəlmişdir. O, avtomobili ilə Mehdini arvadı ilə birlikdə toya gətirmişdir. Şadlıq sarayının qarşısında Mehdiyə 600 manat da bu işin düzəlməsi üçün əlavə pul vermişdir. Toydan çıxdıqdan sonra Şirvana şəhərinə getmişlər. Daha sonra isə Sabirabad rayonu Salmanlı kəndində yerləşən Mehdinin ata yurduna gəlib gecəni orada qalmışlar. Səhəri gün yenidən Sumqayıt şəhərinə qayıtmışlar. Bu müddət ərzində dəfələrlə Mehdiyə zəng vurub işin nə yerdə olmasını soruşduqda, Mehdi yaxın günlərdə işin düzələcəyini bildirmişdir. 26 yanvar 2024-cü il tarixdə Bakı beynalxalq avtovağzalında taksi sürücüsü işləyərkən Mehdi ona zəng vurub bu işin düzəlməsi üçün əlavə 600 manat pul istəmişdir. Həmin gün Salyan rayonuna sərnişin gətirdiyi üçün Salyan rayonu Şorsulu kəndi ərazisində yerləşən “Ay işığı” marketdə olan ödəmə terminalından 450 manat pulu Mehdinin ona göndərdiyi, öz adına olan kart hesabına göndərmişdir. Bundan sonra Mehdinin Salyan rayon polis şöbəsində dələduzluqla bağlı cinayət işi olduğunu bildikdə, Mehdinin onu aldadaraq pulunu ələ keçirdiyini bilmişdir. Mehdiyə şikayət edəcəyini bildirdikdə, o, tanışının kart hesabına 2024-cü ilin avqust ayında 900 manat pulu geri qaytarmışdır. Təqsirləndirilən şəxs valideynlərinə məxsus evi adına keçirəcəyinə dair ona yalan vədlər verib aldadaraq 16 noyabr 2022-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək olan müddət ərzində hissəhissə olmaqla ümumilikdə 10350 (on min üç yüz əlli) manat pulunu alaraq ələ keçirmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaq ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyni, səhhətində olan prblemlə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o göstərmişdir ki, Sumqayıt şəhəri Yaşıl dərə yaşayış massivində ailə üzvləri ilə birlikdə yaşayır. Əhmədov dəniz Akif oğlunu uzun müddətdir ki, tanımış və onunla yaxın münasibətləri olmuşdur. dəniz onun qonşuluğunda yaşayır. Təqsirləndirilən şəxs isə təxminən 3 il bundan əvvəl Abşeron rayonu Saray qəsəbəsi ərazisində kanalizasiya xəttinin çəkilməsi ilə əlaqədar Eldənizlə birlikdə işləyərkən tanımış və Mehdi ilə tanışlığı yaranmışdır. Həmin vaxtlar o, Eldəniz ilə birlikdə olarkən X3 rayonu Çölbeşdəli kəndində yerləşən ata evini adına keçirmək istədiyini bildirmişdir. Mehdi də Eldənizə bu işi yerinə yetirəcəyini bildirib ona vəd vermişdir. 16 noyabr 2022-ci il tarixdə Eldəniz ilə birlikdə Abşeron rayonu Saray qəsəbəsinə Mehdinin yaşadığı evin yaxınlığına getmişdir. Eldəniz onun yanında ilkin olaraq 3500 (üç min beş yüz) manat pulu həmin işi yerinə yetirəcəyini vəd verdiyi üçün Təqsirləndirilən şəxs vermişdir. O da bunun şahidi olmuşdur. Bundan bir həftə sonra Mehdi bu işin düzəlməsi üçün Eldənizdən əlavə pullar istədiyindən Eldəniz bu iş üçün ondan borca 1500 (min beş yüz) manat pul istəmişdir, Həmin vaxt qeyd olunan məbləğdə pulu Eldənizə vermişdir. Eldəniz isə onun yanında 1500 (min beş yüz) manat pulu ödəmə terminalı vasitəsilə Mehdinin ona verdiyi kart hesabına göndərmişdir. Daha sonra Eldəniz 1500 manat pulu ona qaytarmışdır. Bir müddət sonra bilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Sabirabad rayonu Çölbeşdəli kəndində yerləşən ata evini onun adına keçirəcəyinə dair yalan vəd verib onu aldadaraq Zərərçəkmiş şəxs ümumilikdə 10350 (on min üç yüz əlli) manat pulunu alaraq ələ keçirmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı 17 fevral 2025-ci il tarixli ərizəsindən və 01 may 2025-ci il tarixli teleqramından və məhkəmə istintaqı zamanı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş dələduzluq əməli nəticəsində dəymiş olan 10350 (on min üç yüz əlli) manat maddi ziyan ona tam ödənilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, Salyan Rayon Polis Şöbəsinin 01 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən azad edilmiş və onun CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilmişdir. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin «Qeyd» hissəsinin 1-ci bəndinə əsasən «Şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair» 28 dekabr 2022-ci il tarixli Plenum Qərarının nəticəvi hissəsinin 2-ci bəndində qeyd olunmuşdur ki, «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir». Yuxarıda qeyd olunduğu kimi, Salyan Rayon Polis Şöbəsinin Təqsirləndirilən şəxs barəsində “cinayət işinə xitam verilməsi” qərarı 01 sentyabr 2024-cü ildə qəbul olunub. Hazırkı iş üzrə cinayət əməli isə bundan əvvəl, yəni 26 yanvar 2024-cü ildə törədilib. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə cinayət məsuliyyətindən həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən azad edilməli və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə və barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344 – 348, 356, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs kimi həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına, dəymiş ziyanı tamamilə ödədiyinə və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin və onun CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxsn barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbirinə Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən xitam verilsin. Qərardan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-44/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-44/2025
30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver