Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-45/2024 28.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 12 dekabr 2023-cü il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobili idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olmadan idarə edib həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «VAZ 21060» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan-Noxudlu- Sabirabad avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 5-ci kilometrliyində Sabirabad rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sol kənarındakı ağaca vurmuşdur. Hadisə nəticəsində ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ körpücük-akromion oynağının çıxığı, sağ əl daraq sümüklərinin sınığı, baş nahiyyəsində kəsilib-cırılmış yara, sağ qulaq seyvanında dərisinin qopması, sağ gicgah nahiyəsində kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, sürücülük vəsiqəsi olmadan müxtəlif vaxtlarda müxtəlif avtomobillər idarə etmişdir. Təxminən 2 ay əvvəl «VAZ 21060» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin pulunu tam ödəyərək almışdır. Ancaq imkan edib öz adına sənədləşdirə bilməmişdir. Həmin avtomobillə rayondaxili sərnişin daşımaqla çörəkpulu qazanır. xx.xx.2023-cü il tarixdə Salyan-Noxudlu-Sabirabad yolunun Salyan rayonu ərazisində yerləşən Noxudlu körpüsü deyilən yerdən kəndçisi Orxanı götürüb Sabirabad rayonu istiqamətində Noxudlu kəndinə gedərkən avtomobildə qabaq sağ oturacaqda dostu Orxan oturmuşdur. Salyan-Noxudlu- Sabirabad yolu ilə hərəkətdə olan zaman avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub, avtomobildə bir nəfər sərnişin olmuşdur. Avtomobili öz zolağı ilə təxminən 55-60 km/saat sürətlə idarə edən zaman qarşıdan Salyan rayonu istiqamətində minik avtomobili gəlirmiş. Həmin avtomobil gəlib yanından keçən zaman qəflətən avtomobilin qabaq sağ təkərinin altında it qalmışdır. Bu vaxt itdən yayınmaq üçün tormoz verib sükanı sola döndərmişdir. Avtomobilin sükanını sola döndərən vaxt yol yaş olduğu üçün idarəetmədən çıxıb yolun soluna doğru hərəkət edib torpaqlıq hissəni keçəndən sonra ağaca dəymişdir. Zərbənin təsirindən özündən getmiş və təcili yardım avtomobilinə mindirilərkən oyanmışdır. Xəsarət aldığı üçün hadisə yerinə gələn təcili yardım avtomobili ilə Salyan RMX-na getmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Əməlindən peşman olduğunu, dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışdığını bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxsin dindirmə protokolu, məhkəmə-tibbi ekspertizası və məhkəməyol nəqliyyat hadisəsi üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut və digər istintaq hərəkəti protokolları, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin, işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 12 dekabr 2023-cü il tarixdə dostu Təqsirləndirilən şəxsla Salyan rayonu ərazisində yerləşən Noxudlu körpüsü deyilən yerdən Bəhruzun idarə etdiyi «VAZ 21060» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı minik avtomobildə sağ oturacaqda oturaraq Sabirabad rayonu istiqamətində yaşadığı Noxudlu kəndinə gedərkən hava yağışlı olmuşdur. Bəhruz avtomobili öz zolağında idarə edərkən yolun sağ kənarından sahibsiz it qaçaraq yolun hərəkət hissəsinə daxil olmuşdur. Bu zaman Bəhruz tormoz edərək sükanı sola döndərib həmin itdən yayınmaq istəmiş, buna baxmayaraq, iti avtomobillə vurduqdan sonra avtomobil idarəetmədən çıxıb yolun sol hissəsinə doğru hərəkət edərək oradakı ağaca dəymişdir. Hadisə nəticəsində xəsarət aldığı üçün hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadası onu Salyan RMX-ya aparmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan-Noxudlu-Sabirabad avtomobil yolunun 5-ci km-nə gəlmiş BDYPİ YPXA-nın 10-cu tağımının YPX-nin inspektoru polis serjantı X7 hadisə yerinə baxış keçirmiş, yolun yaş havanın isə yağışlı olmasını tədqiq etmişdir. Həmçinin, əlavə edilmiş fotoşəkillərdən və sxemdən görünür ki, hadisəsinin baş vermə trayektoriyası və avtombilin son vəziyətti YPX-nin əməkdaşı tərəfindən tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli 197 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə” aktdan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli 662 nömrəli Məkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, 1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin, bel-oma nahiyyəsinin əzilməsi küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməmişdir. xx.xx.2024-cü il tarixli 663 nömrəli Məkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi publik hüquqi şəxsinin ekspert rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər – sağ körpücük-akromion oynağının çıxığı. Sağ əl daraq sümüklərinin sınığı. Baş nahiyəsində kəsilib-cırılmış yara. Sağ qulaq seyvanında dərisinin qopması. Sağ gicgah nahiyəsində kəsilmiş yara küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. xx.xx.2024-cü il tarixli 8/63 saylı Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası rəyindən görünür ki, «VAZ 21060» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. xx.xx.2024-cü il tarixli “maddi sübutun tanınması haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ 21060» markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuş, iş üzrə məhkəmə tibbi və məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 12 dekabr 2023-cü il tarixdə saat 22 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq avtomobili idarə etmək üçün müvafiq sürücülük vəsiqəsi olmadan idarə edib həmin qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə riayət etməyərək, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «VAZ 21060» markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan-Noxudlu-Sabirabad avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 5-ci kilometrliyində Sabirabad rayonu istiqamətində hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili yolun sol kənarındakı ağaca vurmuşdur. Hadisə nəticəsində ehtiyyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağ körpücükakromion oynağının çıxığı, sağ əl daraq sümüklərinin sınığı, baş nahiyyəsində kəsilibcırılmış yara, sağ qulaq seyvanında dərisinin qopması, sağ gicgah nahiyəsində kəsilmiş yarası kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmişin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263-1.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı tam ödəməsini, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 85 manat (səksən beş manat) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X4 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X3 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X4 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-45/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-45/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver