Məhkəmə qərarları › İş №1(057)-46/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-46/2024

18.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-46/2024 18.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X15 Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımağa görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,234 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib, yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il yanvarın 15-də saat 16:40 dəqiqədə Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşadığı binanın yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:00 dəqiqədə Ə.Zeynalov küçəsi 62 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə qəbul edir. 2024-cü il yanvarın 15-də yaşadığı binanın yaxınlığında küçədə olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getmişlər. Polis şöbəsində müstəntiq tərəfindən ona müdafiəçinin iştirakı üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 2024-cü il yanvarın 14-də səhər saatlarında yaşadığı binanın yaxınlığında yerləşən uşaq baxçasının yanından yerdən tapmışdır. Sadəcə olaraq tutulan zaman qorxduğu üçün və işinin yüngülləşməsi üçün yalandan Məmməd adlı şəxsdən aldığını demişdir. Məmməd adlı şəxs yoxdur, yalandan özündən uydurmuşdur. Hazırda isə yalan danışdığı üçün çox peşmandır və indi düzgün ifadə verir. Verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 2024-cü il yanvarın 14-də axşam saatlarında tanışı Salyan şəhəri “Promxor” adlanan ərazidə yaşayan Məmməd adlı şəxsdən 20 manata aldığını demişdir. Məmməd adlı şəxsin olmadığını, həmin adda adam tanımadığını, qorxduğu üçün və həyəcanlı olduğuna görə yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 2024-cü il yanvarın 15-də ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün əməliyyataxtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin tarixdə saat 16:40 dəqiqədə o, RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidə etmişlər, Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında görüb, yaxınlaşıb özlərini təqdim edib, onlarla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Birlikdə polis şöbəsinə getmişlər, şöbədə Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs həmin anda əynində olan gödəkçənin cibindən 02 ədəd bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələrdən birincisi “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikincisi isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin kütlələri 2024cü il yanvarın 14-də axşam saatlarında tanışı Salyan şəhəri “Promxor” adlanan ərazidə yaşayan Məmməd adlı şəxsdən 20 manata aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetamə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilib qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü il yanvarın 15-də Salyan şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, həmin gün o, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında müşahidə edib yaxınlaşmışlar. Onlarla birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş, təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələrdən birincisi “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikincisi isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin kütlələri 2024-cü il yanvarın 14-də axşam saatlarında tanışı Salyan şəhəri “Promxor” adlanan ərazidə yaşayan Məmməd adlı şəxsdən 20 manata aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə elektron tərəzi vasitəsilə çəkilmiş, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis X3 qrupunun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, ki, 2024-cü il yanvarın 15-də ünvan 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlaması barədə Salyan Rayon Polis Şöbəsinə məlumat daxil olmuşdur. Həmin tarixdə saat 16:40 dəqiqədə o, RPŞ-nin NMQnin baş əməliyyat müvəkkili Şahid1 və əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ola biləcəyi yerləri müşahidə etmişlər. Təqsirləndirilən şəxs yaşadığı binanın yaxınlığında yaxınlaşıb özlərini təqdim edib, onlarla birlikdə rayon polis şöbəsinə getməyi təklif etmişlər. Şöbədə Mehman müstəntiq tərəfindən müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə varsa təqdim edərək masanın üzərinə qoysun. Təqsirləndirilən şəxs həmin anda əynində olan gödəkçənin cibindən 02 ədəd bükümü və 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələrdən birincisi “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikincisi isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin kütlələri 2024cü il yanvarın 14-də axşam saatlarında tanışı Salyan şəhəri “Promxor” adlanan ərazidə yaşayan Məmməd adlı şəxsdən 20 manata aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilib qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 xx.xx.2024cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 14-cü vərəqində olan “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 21-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ xx.xx.2024-cü il tarixdə, saat 16:40-da məhdudlaşdırılmış, saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-28-ci vərəqlərində olan “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 15 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Salyan Rayon Polis X5 müstəntiqi, polis mayoru X6 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Təqsirləndirilən şəxs, müdafiəçi - X11, Şahid1, Şahid3, Şahid2, Yüzbaşıyev Fuad Elxan oğlunun iştirakları ilə ondan ötrü ki, 2024-cü il yanvarın 15-də tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi və götürmə istintaq hərəkətini keçirmişdir. Belə ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasına dair əsaslı şübhələr müəyyən edilmiş və o, 2024-cü il yanvarın 15-də saat 16:40 dəqiqədə Salyan şəhəri, Ə.Quliyev küçəsində yaşadığı binanın yaxınlığında şübhəli bilinərək saxlanılıb saat 17:00 dəqiqədə rayon polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılması zərurəti yaranmışdır. Şəxsi axtarış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynində tün boz rəngli cins şalvar, rəngli uzunqol köynək, qara rəngli gödəkçə və ayağında qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış aparılmazdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı yazılı bildiriş təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi birinci siqaretin gümüşü rəngli kağızında olan bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli, toz halında narkotik vasitə heroinə oxşar kütlə olduğu, ikinci sellofanda olan bükümə baxış keçirilərkən içərisində kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələr barədə soruşulduqda bildirmişdir ki, həmin kütlələrdən birincisi “kakos” kimi tanıdığı narkotik vasitə heroin, ikincisi isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs həmin kütlələri dünən, yəni 2024-cü il yanvarın 14-də axşam saatlarında tanışı Salyan şəhəri “Promxor” adlanan ərazidə yaşayan Məmməd adlı şəxsdən 20 manata almış və istifadə etmək məqsədilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs həmin kütlələri istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin, Təqsirləndirilən şəxs həmin kütlələrdən heç kimə verməmiş yaxud satmamışdır. Eləcə də, həmin kütlələri üzərində saxlayarkən satış məqsədi olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefona baxış keçirən zaman “Samsung” markalı mobil telefon olması, həmin mobil telefonun üzərində ***-***-**-** saylı mobil nömrənin olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd kağız büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,27 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 0,20 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarışın sonunda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə heroinə oxşar kütlə olan 01 ədəd kağız büküm və içində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd sellofan büküm tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün № 113” möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan “Samsung” markalı mobil telefon aldığı üçün özünə məlumat verilməklə tərəfindən götürülmüşdür. Cinayət işinin 39-42-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/61 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0.234 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.145 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin təmiz çəkisi - 0,234 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,184 qram. Metamfetaminin təmiz çəkisi - 0,145 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,095 qram. Heroin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31.95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Cinayət işinin 49-50-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 75-78-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin “qətimkan tədbirinin seçilməsi haqqında” 4(057)-3/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 81-82-ci vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 18 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 102-103-cü vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X18 “Salyan Rayon Mərkəzi Xəstəxanası” X17 direktoru Ramin Qasımov tərəfindən Salyan RPŞ-nə ünvanlanmış 25 yanvar 2024-cü il tarixli, 18-1-68/2-165/2024 saylı məktubdan görünür ki, poliklinika şöbəsinin həkim-narkoloqu Saraxanım Zərgərlinin və həkim-psixiatrı Xatirə Ağayevanın məlumatlarına əsasən, ünvan 4 ünvanda yaşayan, xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Cinayət işinin 125-ci vərəqində olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin X8 keçirilməsi qərara alınmışdır. Cinayət işinin 127-ci vərəqində olan Gəncə Hərbi Məhkəməsinin 1/140--2006 saylı, 05 sentyabr 2006-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 6 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Cinayət işinin 129-130-cu vərəqlərində olan Salyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 8, mənzil 54 ünvanında yaşayır. Yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 134-cü vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X14 Yoxlamanın xx.xx.2024-cü il tarixli, 177 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 02 ədəd bükümü, sol yan cibindən isə 01 ədəd mobil telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin ekspert tədqiqatından sonra qalıq qalmış 0.184 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini və yaşayış yerindən müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikasının CM-nin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,184 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,095 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin və "xxxx" MMC-dən əldə edilmiş CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlandığı 3 (üç) ay 4 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının 2 (iki) gününə bərabər tutulmaqla, cəmi 6 (altı) ay 8 (səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 8, mənzil 54 ünvanını axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 0,184 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 0,095 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin və "xxxx" MMC-dən əldə edilmiş CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 15 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 90 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya protesti verilməmişsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar