Məhkəmə qərarları › İş №1(057)-46/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-46/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-46/2025 01.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X46 Yaqub oğlunun sədrliyi, X36 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X5 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X29 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Şəmsi oğlunun, Müdafiəçilər: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Neftçala rayonu Abasallı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli -himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Abasallı kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1, xx.xx.1994-cü ildə Neftçala rayonu Mirzəqurbanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evlihimayəsində dörd azyaşlı uşaqları olan, orta təhsilli, X33 Sistemlərinin istismarı İdarəsində maşinist vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Neftçala rayonu Mirzəqurbanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Neftçala rayonu Mirzəqurbanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qoruq ərazisində ceyran ovlamaqla bağlı əvvəlcədən razılığa gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Təqsirləndirilən şəxs2la birlikdə 2025-ci il yanvarın ayının 15-də saat 14 radələrində qadağan edilmiş yerdə və vaxtda, qanunsuz ov etmək məqsədi ilə lazımi icazə olmadan etibarnamə əsasında idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu, Qaramanlı kəndi ərazisindən qoruq ərazisi sayılan Şirvan Milli Parkına daxil olaraq həmin Parkın Salyan rayonu, Yenikənd kəndi yaxınlığındakı ərazisinə gəlib özləri ilə gətirdikləri, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd, 21-K-10862 nömrə ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz özünə dolan, odlu yivsiz silah sayılan ov tüfəngini cibində gətirdiyi özünə məxsus, xarici dövlətə aid "Zuber" şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 2 ədəd ov patronu ilə doldurduqdan sonra orada həmin tüfəngdən iki dəfə atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş subgutturosa növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranı qanunsuz ovlayaraq təbiətə xeyli miqdarda 1650 manat məbləğində zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Neftçala rayonu Abasallı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qoruq ərazisində ceyran ovlamaqla bağlı əvvəlcədən razılığa gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Təqsirləndirilən şəxs1la birlikdə 2025-ci il yanvarın ayının 15-də saat 14 radələrində qadağan edilmiş yerdə və vaxtda, qanunsuz ov etmək məqsədi ilə lazımi icazə olmadan Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu Qaramanlı kəndi ərazisindən qoruq ərazisi sayılan Şirvan Milli Parkına daxil olaraq həmin Parkın Salyan rayonu, Yenikənd kəndi yaxınlığındakı ərazisinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 cibində gətirdiyi özünə məxsus, xarici dövlətə aid "Zuber" şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 2 ədəd ov patronunu özləri ilə gətirdikləri, ona məxsus 01 ədəd, 21-K-10862 nömrə ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz-özünə dolan, odlu yivsiz silah sayılan ov tüfənginə doldurduqdan sonra həmin tüfəngdən orada iki dəfə atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş subgutturosa növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranı qanunsuz ovlayaraq təbiətə xeyli miqdarda 1650 manat məbləğində zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. ünvan 1 ünvanında yaşayır. 15 yanvar 2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 zəng edərək ova getmək istədiyini demiş, əgər işi yoxdursa onunla ova getməsini təklif etmişdir. Səxavət onunla razılaşmış və tüfəngini də götürmüşdür. Səxavətin patronları quş ovlamaq üçün nəzərdə tuutlduğundan o, özü ilə heyvan ovu üçün nəzərdə tutulan 2 ədəd patron da götürmüşdür. Həmin patronlardan onda çox sayda var .Onlar birlikdə ona məxsus olan “Qrand Jiroke” markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə quş ovlamaq üçün qoruq ərazisinə tərəf getmişlər. Sonradan bilmişdir ki, ov ovladıqları ərazi Şirvan Milli Parkının ərazisidir. Ov zamanı istifadə etdikləri tüfəng Səxavətə məxsus olmuş, ceyrana atəş açmaq üçün istifadə etdiyi partonlar isə özünün olmuşdur. Onlar qoruq ərazisinə daxil olmuş, Səxavət maşında gözləmiş, o, isə Səxavətin tüfəngini və özünə məxsus olan heyvan ovu üçün nəzərdə tutulmuş 2 ədəd patronu götürüb maşından düşmüşdür. O, ceyranları gördükdə ovlamaq istəmiş, bu məqsədlə qoruğun ərazisində ceyranların su içmək üçün gəldikləri yerə -kanala gəlib bir qədər aralıda dayanaraq gözləmiş, ceyranlar gəldikdə bir baş ceyrana 2 dəfə atəş açaraq onu ovlamış, güllənin ceyrana dəyməsi nəticəsində ceyran yerə yıxılıb çapalamağa başlamış, həmin vaxt üzərindəki bıçaqla ceyrana yaxınlaşıb, başını kəsib yerə atmış, ceyranı gətirdikləri kisəyə qoyub maşına aparmış, maşınını yük yerinə qoymuşdur. Səxavət maşına çatanda onun ceyran ovladığını görmüş, ona ceyran ovunun qadağan olunduğunu demişdir. Bundan sonra maşını hərəkət etdirib qoruğun ərazisindən yaşadığı kəndə getmiş, Neftçala rayonu, Cəngan kəndi istiqamətindən asfalt yola çıxmağa az qalmış bir ağ rəngli Niva markalı avtomaşının ona tərəf gəldiyini görüb maşının sürətini artırmış, Niva markalı maşında olanlar da bunu görüb onu təqib etməyə başlamış, onların saxla işarəsinə məhəl qoymayaraq, maşını saxlamamışdır. Maşınının sürətini artırdığından Niva markalı maşın ona çata bilməmiş, həmin maşından bir xeyli aralandıqdan sonra maşınla gəlib Neftçala rayonu, Bankə qəsəbəsinə gedən körpünün üzərinə qalxıb orada maşını saxlamış və orada Səxavətlə birlikdə ovladığı bir baş ceyranın cəmdəyini öz aralarında iki hissəyə bölüb götürmüşlər. Ona düşən hissəni atasının qorxusundan evə aparmayaraq Kür çayına atmışdır. Polis tərəfindən axtarıldığını bilib, sonradan özü könüllü olaraq Salyan RPŞ-nə gəlmişdir. Törətdiyi əməldən peşmandır. Vurulmuş ziyan tam ödənilmişdir. Himayəsində iki azyaşlı uşaqları var, valideynləri də onun himayəsindədirlər, ailədə yeganə qazanc gətirən şəxsdir, ilk dəfədir ki, qoruqdan ov ovlayıb, həmin halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmiş və söz vermişdir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 15 yanvar 2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona zəng vuraraq birlikdə ova getməyi təklif etmiş, o, da razılıq vermişdir. Həmin gün Elvin günorta Qrand Jiroke markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə gəlib onu evlərindən götürmüş, o, özünə məxsus “Kral arms” markalı tüfəngi də götürmüşdür. Onlar maşınla ova getmişlər, maşını Elvin özü sürmüş, o, isə onun yanında oturmuşdur. Onlar quş ovlamaq üçün getmişlər, sonradan bilmişdir ki, həmin ərazi qoruq ərazisidir. O, maşında oturmuş, Elvin isə ova getmiş, bir müddət keçdikdən sonra 2 dəfə atəş səsinin gəldiyini eşitmişdir. Təxminən 1 saat sonra Elvinin maşına əlində kisədə nə isə gətirdiyini görmüş, yaxınlaşdıqda sonuncu ona ceyran vurduğunu demişdir, ceyranın vurulduğunu və başının kəsilməsini görməmişdir. Elvin ceyranı gətirib maşının yük yerinə qoymuş, maşını həmin yerdən yaşadıqları Neftçala rayonu istiqamətinə sürmüşdür. Yolda olarkən ağ rəngli “niva” markalı maşınla rastlaşmışlar, həmin maşın onları gördükdə işığını yandırıb “saxla” işarəsi vermiş, lakin onlar dayanmamışlar. Elvin maşının sürətini artırmış, Niva markalı maşında olanlar da bunu görüb onları təqib etməyə başlamış, lakin, onlara çata bilməmişlər. Onlar maşınla Neftçala rayonu Bankə qəsəbəsinə gedən körpünün üzərinə qalxıb Kür çayının sahilinə çatandan sonra Elvin maşını çayın kənarında saxlamış və köməkləşib orada ceyranının dərisini soymuş, ətini iki yerə bölmüşlər. Ceyranının cəmdəyinin bir hissəsi ona, digər hissəsi isə Elvinə qalmış, sonra Elvin gətirib onu öz kəndlərində maşından düşürəndən sonra öz maşını ilə çıxıb getmiş, özü isə payına düşən ceyranı evinə aparıb onu ailəsi ilə birlikdə bişirib yemişlər. Sonradan eşitmişdir ki, Elvini polis əməkdaşları axtarır, ona görə də Elvinin özü könüllü olaraq Salyan Rayon Polis Şöbəsinə getmişdir. Törətdiyi əməldən peşmandır. Vurulmuş ziyan tam ödənilmişdir. Himyəsində dörd azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir, özü və ailə üzvləri xəstədir, ilk dəfədir ki, ova çıxmış, həmin halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmiş və söz vermişdir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə-ballistik ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2000-ci ildən təbiətin mühafizəsi sahəsində işləyir. 15 yanvar 2025ci il tarixdə Şirvan Milli Parkın ərazisindən güllə səslərinin eşidilməsi və əraziyə daxil olmuş bir avtomobillə qanunsuz ov aparılması barədə məlumat alınmış, sonradan Parkın əməkdaşları tərəfindən əraziyə baxış keçirilərkən ov aparılmış həmin yerdən bir baş ceyranın kəsilmiş başı və iki ədəd boş patron gilizləri aşkar edilib götürülmüş, bu barədə Salyan RPŞ-nə məlumat verildikdən sonra faktla bağlı cinayət işi başlanmışdır. Sonradan müəyyən olunmuşdur ki, həmin ceyran Neftçala rayon sakinləri olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ovlanmışdır. Qoruqda ümumiyyətlə qanunsuz quş ovu da qadağandır, turac adı ”Qırmızı kitab” düşmüş quşdur. Təqsirləndirilən şəxslər bir baş dişi cinsli ana ceyran ovlamışlar ki, ana ceyran nəsil artıran heyvandır. Qoruq ərazisində kifayət qədər plakatlar var, həmçinin orada çoxlu kanallar var, təqsirləndirilən şəxslər də bu ərazinin sakinləri olduğundan sözügedən ərazinin xüsusi mühafizə olunan ərazi olduğundan xəbərdar olmuşlar. Məhkəmə zalında da göründü ki, təqsirləndirilən şəxslər təhlükəli adamlar deyillər, buna baxmayaraq təbiətə ziyan vurmuşlar. Təqsirləndirilən şəxslər dövlət büdcəsinə vurulan zərəri ödəsə də, bu hal onları məsuliyyətdən azad etmir. Onlar qanuna uyğun şəkildə məsuliyyətə cəlb olunmalıdırlar ki, həmin şəxslər təbiəti mühafizə ruhunda tərbiyələnsin, gələcəkdə həm onlar, həm də digər şəxslər tərəfindən bu qəbildən olan cinayətlərin törədilməsinə rəğbət olmasın. Onların niyyəti təqsirləndirilən şəxslərə ağır cəza verilməklə aqressiya yaratmaq deyil, onların qanuna uyğun məsuliyyətə cəlb olunmasıdır ki, bir daha belə qanunzidd hərəkərlər etməsinlər, qanuna riayət etmək ruhunda tərbiyələnsinlər. Təqsirləndirilən şəxslər başa düşməlidirlər ki, bu ceyranlar təkcə onlara yox, hamıya məxsusdur, qorunmasında məqsəd nəslini artırmaq, təbiəti gözəlləşdirməkdir. Odur ki, təqsirləndirilən şəxslər barəsində qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 yanvar 2025-ci il tarixdə saat 15 radələrində Milli Parkın direktoru vəzifəsində işlədiyi dövrdə mühafizə postunun yegiri X23 telefonla ona qoruğun ərazisindən güllə səslərinin eşidilməsi və əraziyə daxil olmuş bir avtomobillə qanunsuz ov aparılması barədə məlumat vermiş, o, əməkdaşlara müvafiq tədbirlər görülməsini, Milli Parkın "Dürovdağ" istiqamətindən Neftçala rayonuna tərəf gedən yolu bağlamağı tapşırmışdır. Köməyə göndərilmiş əməkdaşlar da həmin gün saat 16 radələrində telefonda ona qanunsuz ov edən şəxsin olduğu avtomobilin Neftçala rayonu, Qardaşbəyli kəndi istiqamətində hərəkət etdiyini və məhz həmin istiqamətdən Milli Parkın ərazisindən çıxmağa çalışacağını deyəndən sonra özü də həmin maşının qarşısını kəsmək üçün öz xidməti Niva markalı maşını ilə qeyd edilən əraziyə getmişdir. O, Neftçala rayonu, Qardaşbəyli kəndində asfalt yolla Neftçala şəhəri istiqamətində hərəkətdə olarkən bir boz rəngli, qarşı tərəfindəki dövlət qeydiyyat nişanı palçığa batmış, arxa hissəsinin üzərində isə dövlət qeydiyyat nişanı olmayan, bir JEEP avtomobilin torpaq yolla sürətlə gəlib asfalt yola çıxdığını görmüş, həmin maşına yaxınlaşana kimi qeyd edilən avtomobil asfalt yolla yüksək sürətlə Neftçala şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Həmin maşının dalınca bir xeyli maşını sürsə də ona çata bilməmiş və qarşısında gedən maşının sürəti daha çox olduğundan aralarındakı məsafə getdikcə artmış və bir müddətdən sonra avtomaşın aralanıb gözdən itmişdir. 16 yanvar 2025-ci il tarixdə ov edilmiş ərazini müəyyənləşdirmək məqsədi ilə Milli Parkın yegiri Şahid2 və müfəttiş Füzuli Qənbərovu əraziyə göndərmiş, onlar da əraziyə baxış keçirərkən orada Ofrod təkərli avtomobilin təkər izlərinə əsasən qanunsuz ov edilmiş sahəni tapmış, həmin yerə baxarkən oradan iki ədəd ov tüfənginə məxsus boş patron gilizi, bir ədəd bıçaqla kəsilmiş ana ceyran başı və qan izləri aşkar edərək 2 ədəd boş patron gilizini və bir ədəd kəsilmiş ceyran başını götürmüş, həmin yerdə fotoşəkillər çəkərək videoçəkiliş aparmışlar. Onlar tərəfindən bütün bunlar barədə akt tərtib olunmuş və müvafiq tədbir görülməsi üçün 16 yanvar 2025-ci il tarixdə Salyan RPŞ-nə göndərilmişdir. Həmin vaxt Şirvan Milli Parkının ərazisində kimin tərəfindən qanunsuz ov aparılmasını onlar bilməmiş, sonradan onlara məlum olmuşdur ki, qoruq ərazisində bir baş ana ceyranı qanunsuz ovlayanlar Neftçala rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, 2007-ci ildə Şirvan Milli Parkında mühafizə yegiri vəzifəsində işləyir. 15 yanvar 2025ci il tarixdə saat 15 radələrində işlədiyi X43 mühafizə yegiri Şahid3 telefonla ona zəng vuraraq qoruğun ərazisindən güllə səslərinin eşidilməsi və əraziyə daxil olmuş bir avtomobillə qanunsuz ov aparılması barədə məlumat vermiş, o da dərhal bu barədə Milli Parkın direktoru Şahid1 telefonla məlumat vermişdir. O, digər yeger Səbuhi Məmmədovla birlikdə Milli Parkın "Durovdağ" adlanan hissəsindən Neftçala rayonu istiqamətinə gedən yolu bağlamışlar. Lakin onlar qanunsuz ov edənləri görməmişlər. 16 yanvar 2025-ci il tarixdə Milli Parkın direktorunun göstərişinə əsasən ov edilmiş ərazini müəyyənləşdirmək məqsədi ilə müfəttiş Füzuli Qənbərovla birlikdə əraziyə baxış keçirərkən orada Ofrod təkərli avtomobilin təkər izlərinə əsasən qanunsuz ov edilmiş sahəni tapmış, həmin yerə baxarkən oradan iki ədəd ov tüfənginə məxsus boş patron gilizi, bir ədəd bıçaqla kəsilmiş ana ceyran başı və qan izləri aşkar edərək 2 ədəd boş patron gilizini və bir ədəd kəsilmiş ceyran başını götürmüş, həmin yerdə fotoşəkillər çəkərək videoçəkiliş aparmışlar. Tərtib edilmiş akt 16 yanvar 2025-ci il tarixdə Salyan RPŞ-nə göndərilmişdir. Sonradan onlara məlum olmuşdur ki, qoruq ərazisində bir baş ana ceyranı qanunsuz ovlayan şəxs Neftçala rayon sakini Təqsirləndirilən şəxs1dur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, 2006-cı ilin fevral ayından Şirvan Milli Parkının mühafizə yegiri vəzifəsində işləyir. 15 yanvar 2025-ci il tarixdə o, növbədə olarkən axşamüstü Parkın ərazisində, mühafizədə qaldığı yerdən bir qədər aralıda güllə səsləri eşidib postunu özbaşına tərk etməmək üçün və piyada olduğuna görə bu barədə işlədiyi Şirvan Milli Parkının mühafizə postunun yegiri X16 telefonla məlumat vermişdir. Sonradan bilmişdir ki, qoruq ərazisində bir baş ceyran brokonyerlər tərəfindən ovlanıb. Həmin gün saat 17 radələrində brokonyerlərin qoruq ərazisindən keçib getdiyini eşitmişdir. Səhəri gün qoruq ərazisində qoruq işçiləri tərəfindən ceyranın ovlandığı yer, həmin yerdə olan ceyran başı və boş patraonlar aşkar edilmişdir. Sonradan onlara məlum olmuşdur ki, hadisəni törədənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə qoruq ərazisində bir baş ceyranın ovlanması barədə məlumat almışlar. Əraziyə baxış keçirmək üçün maşınla təkər izləri istiqaməti ilə getmişlər. Ceyranın kəsildiyi yeri tapmışlar, orada kəsilmiş vəziyyətdə bir ceyran başı, həmçinin iki ədəd boş patron olmuşdur. Hadisə ilə bağlı müvafiq akt tərtib etmişlər. Sonradan onlara məlum olmuşdur ki, hadisəni törədənlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Neftçala rayonu, Abasallı kənd sakini olan Təqsirləndirilən şəxs1 təxminən 10 il olar ki, tanıyır. 15 yanvar 2025-ci il tarixdə saat 19 radələrində Elvin ona zəng vurub ondan həyətində maşın saxlamağa yerin olubolmamasını soruşmuş və o da cavabında Elvinə yaşadığı evin həyətinin boş olduğunu və orada maşın saxlaya biləcəyini demişdir. Bir az keçmiş Elvin bir JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla onun həyətinə gəlmiş, onunla görüşəndən sonra Elvin ona "maşın qoy bir neçə gün sizin həyətdə qalsın, sonra gəlib onu aparacam" deyə bildirmiş, o da Elvinin bu xahişinə görə ona etiraz etməmişdir. Ondan sonra Elvin maşını həyətdə saxlayıb özü çıxıb getmiş, həmin vaxt aralarındakı münasibətə görə Elvinin nəyə görə maşını onun həyətində saxlamasının səbəbini ondan soruşmamışdır. Elvin qeyd edilən maşını onun həyətinə gətirən zaman maşın palçığa batmış vəziyyətdə olmuş, maşının arxa dövlət qeydiyyat nişanı üzərində olmasa da qabaq dövlət qeydiyyat nişanı üzərində olmuşdur. 21 yanvar 2025-ci il tarixdə Elvin axşamçağı polis əməkdaşları ilə birlikdə onun həyətinə gələndən sonra onun özündən öyrənmişdir ki, Elvin həmin maşınla qoruğa ova getmiş, orada bir baş ceyran vurandan sonra izi itirmək üçün maşını gətirib onun həyətində saxlamışdır. Özü ovçu olmadığından heç vaxt ova getməmiş və nə də həmin gün Elvinin qoruğa gedib orada ceyran ovlamasından da xəbəri olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının Salyan RPŞ-yə ünvanladığı 16 yanvar 2025-ci il tarixli ŞMP 12 nömrəli müraciətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Milli Parkın əməkdaşları tərəfindən aparılan nəzarət tədbirləri zamanı qoruğun mühafizə rejimi pozularaq ceyran ovlanması faktı aşkarlanmışdır və bununla bağlı AA 003148 nömrəli Akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən hadisə yerinə baxış keçirilərkən bir baş ovlanmış ceyranın predmeti (başı) və 2 ədəd istifadə olunmuş boş giliz əməkdaşlar tərəfindən maddi sübut kimi aşkar olunaraq götürülmüşdür. Odur ki, təqsirkar olan şəxslərin məsuliyyətə cəlb edilməsi xahiş edilmişdir. İş materiallarında olan Şirvan Milli Parkının əməkdaşları tərəfindən tərtib edilmiş 16 yanvar 2025-ci il tarixli, AA 003148 nömrəli aktdan və eyni tarixli arayışdan görünür ki, 15 yanvar 2025-ci il tarixdə saat 15:50 radələrində Şirvan Milli Parkının 7 saylı mühafizə postunun mühafizə yegiri X23 telefonla Milli Parkın direktoru Şahid1 zəng vuraraq qoruğun mühafizə rejiminin pozulması, qoruğun ərazisindən güllə səslərinin eşidilməsi və əraziyə daxil olmuş bir avtomobillə qanunsuz ov aparılması barədə məlumat vermiş, ona görə Milli Parkın əməkdaşları ərazini bağlayıb həmin avtomaşını imkan daxilində orada saxlamağa çalışmış, qanunsuz ov edən şəxsin olduğu avtomobilin Neftçala rayonu, Qardaşbəyli kəndi istiqamətində hərəkət etdiyini və məhz həmin istiqamətdən Milli Parkın ərazisindən çıxmağa çalışacağı barədə məlumat aldıqdan sonra Milli Parkın direktoru Şahid1 həmin maşının qarşısını kəsmək məqsədi ilə öz xidməti Niva markalı maşını ilə qeyd edilən əraziyə getmiş, həmin vaxt boz rəngli, qarşı tərəfindəki dövlət qeydiyyat nişanı palçığa batmış, arxa hissəsinin üzərində isə dövlət qeydiyyat nişanı olmayan, Ofrod təkərli bir avtomobil torpaq yolla sürətlə gəlib asfalt yola çıxmış, həmin vaxt maşınlar arasında təxminən 30-40 metr məsafə olduğundan maşının sürücüsünü dəqiq görüb tanıya bilməmiş, həmin maşına yaxınlaşana kimi qeyd edilən avtomobil asfalt yolla yüksək sürətlə Neftçala şəhəri istiqamətində hərəkət edərək gözdən itmişdir. 16 yanvar 2025-ci il tarixdə ov edilmiş ərazini müəyyənləşdirmək məqsədi ilə Milli Parkın yegiri Şahid2 və müfəttiş Füzuli Qənbərov əraziyə baxış keçirərkən orada Ofrod təkərli avtomobilin təkər izlərinə əsasən qanunsuz ov edilmiş sahəni tapmış, həmin yerə baxarkən oradan iki ədəd ov tüfənginə məxsus boş patron gilizi, bir ədəd bıçaqla kəsilmiş ana ceyran başı və qan izləri aşkar edərək 2 ədəd boş patron gilizini və bir ədəd kəsilmiş ceyran başını götürmüş, həmin yerdə fotoşəkillər çəkərək videoçəkiliş aparmışlar. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 17 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CMnin 258.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmiş, ETSN-nin Şirvan Milli Parkına maddi ziyan vurulduğu üçün Şirvan Milli Parkı iş üzrə zərərçəkmiş qismində tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri düzən üzərində qurumuş və yaş halda ot bitkiləri ilə örtülmüş bir sahədir, ətrafda heç bir tikili və digər obyekt nəzərə çarpmır. Baxış zamanı torpaq səthinin üzərində 15x25 sm -lik bir sahədə tökülmüş qan izləri aşkar edilmişdir. Həmin qan ləkələri qurumuş vəziyyətdə olsa da, nisbətən təzə olması nəzərə çarpır. Baxış zamanı nisbətən nəm vəziyyətdə olan torpaq səthi üzərində Ofrod təkərli avtomobilə məxsus protektor izləri aşkar edilmişdir. Həmin izlər Neftçala rayonu ərazisi tərəfdən həmin yerə istiqamətlənmiş və sonra da həmin rayona istiqamətlənmiş vəziyyətdədir. Baxış zamanı Cavid Abiyev bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə və Şirvan Milli Parkı ərazisində qanunsuz ov aparılmasına görə hadisə yerini tapmaqdan ötəri xx.xx.2025-ci il tarixdə ərazini gəzərkən hadisə yerini tapıb müəyyənləşdirmiş, oradan bir ədəd kəsilmiş ceyran başı aşkar edib götürmüşlər. Kəsilmiş ceyran başını aşkar etdikləri yerdə qan ləkələri olduğundan bir baş ceyranın da vurulduqdan sonra başının orada kəsilməsini müəyyən etməyə imkan vermişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya institutunun 17 yanvar 2025-ci il tarixli, 34-0/07 nömrəli məktubundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, 15 yanvar 2025-ci il tarixdə aşkar edilmiş, ovlandıqdan sonra başı kəsilmiş bir baş heyvan başı 3-4 yaşı olan yetkin dişi ceyran (Gazella subgutturosa) fərdinə məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Şirvan Milli Parkının 17 yanvar 2025-ci il tarixli, ŞMP 13 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və X18 İttifaqının "Qırmızı Siyahısı"na düşmüş nadir heyvan növlərindən, məməlilər sinfinə aid, yaşından, ölçüsündən və çəkisindən asılı olmayaraq bir baş ceyran üçün ziyanın miqdarı 550 manat müəyyənləşdirilmişdir. Hesablama Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 176 nömrəli qərarına əsasən aparılmışdır. Ceyran- 550 manat bir baş 550x3- 1650 manat. X22 ərazilərində və Milli Parkın xüsusi mühafizəsinin hüquqi rejimi tətbiq edilən zonalarında Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na və X18 İttifaqının "Qırmızı Siyahısı"na düşmüş vəhşi heyvan növləri və onların yuvaları, mağaraları və s. yaşayış yerləri qanunsuz olaraq məhv və ya əldə edilərsə, təbiətə dəymiş ziyana görə cərimələr hər bir növ və yuva üçün vəhşi heyvan növü üzrə təyin olunmuş cədvələ əsasən üçqat ölçüdə hesablanır. Bir baş ceyranın ovlanması nəticəsində Şirvan Milli Parkına 1650 (min altı yüz əlli) manat ziyan dəymişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirini boynuna almaqla könüllü gəlmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə saat 14:45də könüllü olaraq Salyan RPŞ-yə gələrək 2025-ci ilin yanvarın 15-də saat 14:40 radələrində Şirvan Milli Parkının ərazisində bir baş ana ceyranın onun tərəfindən ovlandığını etiraf etmiş və nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqdim etmə və götürmə barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə yaşadığı Neftçala şəhəri, M.Ə. Sabir küçəsindəki nömrəsi olmayan fərdi yaşayış evinə daxil olub oradan içərisində ov silahı saxlanılan, qara rəngli, üzərində HUĞLU sözləri yazılmış bir ədəd futlyar gətirib təqdim etmiş və bildirmişdir ki, həmin futlyarda olan bir ədəd HUĞLU markalı, 12 kalibrli tüfəng rəsmi qaydada ona məxsusdur. 15 yanvar 2025-ci il tarixdə məhz həmin silahdan istifadə etməklə tərəfindən Şirvan Milli Parkının ərazisində bir ədəd ceyran qanunsuz olaraq ovlanmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin qara rəngli, ov silahı saxlamaq üçün istifadə olunan futlyar açıldıqda onun içərisində bir ədəd sökülmüş vəziyyətdə HUĞLU markalı, 12 kalibrli, üzərində 20R8389 nömrəsi olan ov tüfəngi və içərisində 4 ədəd 12 kalibrli boş patron gilizləri olan balaca qara qutu aşkarlanmış və iş üzrə sübut əhəmiyyətinə malik olması nəzərə alınaraq həmin ov tüfəngi 4 ədəd boş patronlarla birlikdə tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 15 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkının ərazisinə ceyran ovlamaq üçün getdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşını hadisədən sonra gətirib evinin yaxınlığında yaşayan tanışı Şahid6 həyətində saxladığını və hazırda həmin avtomobilin saxlanıldığı evi də göstərmək istədiyini bildirmişdir. Ona görə də tərəflərindən ünvan 2 ünvanda yerləşən evin sahibi Elşən Məm -sev çağırıldıqdan sonra o, həqiqətəndə 15 yanvar 2025-ci il tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 özünə məxsus (JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşını onu həyətində saxladığını etiraf edərək bizi öz həyətinə dəvət etmişdir. Həyətə daxil olduqdan sonra məlum olmuşdur ki, həyətdə mişar daşından inşa edilmiş iki mərtəbəli yaşayış evinin qarşısında JEEP GRAND CHEROKE markalı bir avtomaşın var və həmin avtomaşının arxa hissəsində dövlət qeydiyyat nişanı olmasada qabaq hissəsində ** KX *** dövlət qeydiyyat nişanı vardır. Həmin avtomaşına baxdıqda onun qapılarının açıq vəziyyətdə və palçığa bulaşmış vəziyyətdə olması, içərisində də əhəmiyyət kəsb edəcək heç bir şeyin olmadığı müəyyən edilmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyindən JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı həmin avtomaşın Təqsirləndirilən şəxs1 tərəfindən işə salınaraq onun özünün iştirakı ilə gətirilib Salyan RPŞ-nin duracağına gətirilib yerləşdirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfində\n tərtib edilmiş “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2025-ci il tarixli qərarından və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 yanvar 2025ci il saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən Şirvan Milli Parkının hesabına 1652 manat ziyan məbləği köçürülmüşdür. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, ifadənin yerində yoxlanılmasına başlamazdan əvvəl müstəntiq tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 nə vaxt, harada, kiminlə və hansı qaydada ov etməsi barədə soruşduqda o, onları əyləşdikləri avtomobillərlə əvvəlcə Şirvan Milli Parkının Salyan rayonu ərazisində yerləşən çöllük sahəsinə gətirərək bildirmişdir ki, 15 yanvar 2025- ci il tarixdə saat 14 radələrində o, idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu ərazisindən Şirvan Milli Parkının mühafizə olunan sahəsinə daxil olaraq orada saat 14:40 radələrində özü ilə gətirdiyi özünə məxsus HUĞLU markalı, 12 kalibrli, üzərində 20R8389 nömrəsi olan ov tüfəngi ilə bir baş ceyran ovlamış, ovladıqdan sonra həmin ceyranın başını kəsərək ora atıb cəsədini maşınının yük yerinə qoymuş, sontra idarə etdiyi avtomaşınla Neftçala rayonu, Cəngan kəndi istiqamətindən qoruğun ərazisindən çıxarkən mühafizə işçilərinin maşınla onu izlədiklərini görüb idarə etdiyi avtomobilin sürətini artırmaqla qoruğun ərazisindən çıxaraq oradan uzaqlaşmış, bir qədər aralandıqdan sonra qorxduğundan ovladığı bir baş ceyranı yolda gedərkən körpünün üstündən Kür çayına atmışdır. Hadisə zamanı o, tək olmuş və yalnız bir baş ceyran ovlamışdır. Ondan sonra Təqsirləndirilən şəxs1 göstərdiyi həmin yerə diqqətlə baxdıqda həmin yerdə bitmiş ot bitkilərinin üzərində heyvan cinsinə aid qurumuş qan izlərinin olması aşkar edilmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 bizi hadisə günü idarə etdiyi avtomaşınla qoruğun mühafizə ərazisindən çıxarkən qoruq əməkdaşlarına rast gəldiyi yeri də göstərib təqdim etmişdir.Protokola videogörüntünü əks etdirən disk əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 258.2.3 və 258.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 258.2.3 və 258.2.4-cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 MSY-dən azad edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş “maddi sübut kimi tanıma” haqqqında 28 yanvar 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şirvan Milli Parkının əməkdaşları tərəfinə aparılan nəzarət tədbirləri zamanı qoruğun mühafizə rejiminin pozularaq orada ovlanması tamamilə qadağan olunmuş subgutturosa növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranın ovlandıqdan sonra kəsilmiş başı maddi sübut hesab edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş “maddi sübutun məhv edilməsi barədə” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınmış ceyran başında kəskin iylənmə əlamətləri müşahidə edildiyindən və bu səbəbdən saxlamaq mümkün olmadığına, eləcə də istifadəyə yararsız olduğu üçün tərəflərindən xx.xx.2025-ci il tarixdə Salyan rayon X1mış dərin çalaya basdırılaraq məhv edilmişdir. İş materiallarında olan Neftçala rayon Tatar məhlə kənd İƏDÜN-nin xx.xx.2025-ci il tarixli 40 saylı arayışından görünür ki, Əskərov X26 rayonu Abasallı kəndində qeydiyyatda olmaqla Neftçala şəhəri M.Ə.Sabir küçəsində yaşayır, onun ailə üzvləri 2004-cü il təvəllüdlü arvadı X9, oğlu 2022-ci il təvəllüdlü X17, oğlu 2024-cü il təvəllüdlü X19, anası 1969-cu il təvəllüdlü Əskərova Hicran Lazım qızından ibarətdir. İş materiallarında olan Neftçala rayonu Tatarməhlə kənd İƏN-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X32 xx.xx.2022-ci il və X34 xx.xx.2024-cü il tarixlərdə anadan olmuşlar, onların ataları Təqsirləndirilən şəxs1dur. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan iş üzrə verilmiş əməliyyat tapşırığına alınmış 06 mart 2025-ci il tarixli, 3-13-104/1-14997/2024 nömrəli cavab raportundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində əməliyyat yolu ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə Şirvan Milli Parkının ərazisində Təqsirləndirilən şəxs1 qanunsuz ceyran ovu edərkən onunla həmin vaxt hadisə yerində yaxın dostu, Neftçala rayonu, Mirzəqurbanlı kənd sakini Təqsirləndirilən şəxs2 da olmuş və həmin vaxt onlar birlikdə qanunsuz ov etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 olduğu yer müəyyən edilmiş və o, dəvət edilərək hadisə zamanı istifadə olunmuş "Kral-ARMS" markalı ov tüfəngi ilə birlikdə Salyan RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş “cinayət əməlinin yenidən tövsif edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş əməl Azərbaycan Respublikası CM-nin 258.2.3 və 258.2.4-cü maddələrindən 258.3.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, bir baş ceyran onun tərəfindən tanışı Təqsirləndirilən şəxs2 məxsus “Kral-arms” markalı, 12 kalibrli, 1-K-10862 nömrəli yivsiz ov tüfəngi ilə özünə məxsus ov patronlarından istifadə edilməklə vurulmuşdur, həmin patronlardan onun yaşadığı Neftçala şəhərindəki evndə yenə də var, həmin evə baxış keçirilməsinə və patronların götürülməsinə etriaz etmir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BİTİ tərəfindən verilmiş 1455 nömrəli şəhadətnamədən görünür ki, həmin şəhadətnamə Təqsirləndirilən şəxs2 12 kalibrli, “Kral-arms” markalı, 21-K-10862 nömrəli yivsiz lüləli ov silahının saxlanılması və təyinatı üzrə istifadə edilməsi üçün 18 avqust 2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2025-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 həmin gün saat 18:50-də Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs2 Salyan RPŞ-yə ünvanlanmış ərizədən görünür ki, xx.xx.2025-ci il tarixdə Şirvan Milli Parkının ərazisində bir baş ceyran tanışı Təqsirləndirilən şəxs1 tərəfindən ona məxsus “Kral-arms” markalı, 21-K-10862 nömrəli yivsiz ov tüfəngi ilə vurulmuşdur. Həmin tüfəngə məxsus patronlar olan partondaşı hazırda yaşadığı Neftçala rayonu Mirzəqurbanlı kəndində yerləşən evdədir, həmin evə baxış keçirilməsinə etiraz etmir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Neftçala rayonu Mirzəqurbanlı kəndində yerləşən evə baxış keçirilmişdir. Baxış saat 21:30-da başlamış, 21:55-də başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 özü könüllü evin yataq otağında iki qapılı şkafı açaraq bir ədəd ov patronlarının saxlanılması üçün istifadə olunan patrondaşını təqdim etmişdir. Həmin patrondaşına baxış zamanı məlum olmuşdur ki, onun üzərində iki ədəd istifadə edilməmiş 12 kalibrli ov tüfənglərində istifadə emək üçün nəzərdə tutulmuş gövdəsi yaşıl rəngdə olan patronları vardır. Təqsirləndirilən şəxs2 baxış zamanı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə ona məxsus “Kral-arms” markalı ov tüfəngi ilə tanışı Təqsirləndirilən şəxs1 özü ilə gətirdiyi ov üçün nəzərdə tutulan öz patronlarından istifadə etməklə bir ədəd ceyran ovlamışdır. Həmin patrondaşı iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün tərəflərindən ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş “baxış keçirilməsi və götürmə barədə” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Neftçala şəhəri M.Ə.Sabir küçəsində yerləşən evə baxış keçirilmişdir. Baxış saat 22:20-da başlamış, 22:45-də başa çatmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs1 evin mətbəxində şkafın qapısını açaraq bir ədəd ağ rəngli 12 kalibrli ov tüfənglərində istifadə etmək üçün nəzərdə tutulan patronu təqdim etmişdir. O, bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Şirvan Milli Parkında ov edərkən Təqsirləndirilən şəxs2 “Kral-arms” markalı ov tüfəngində əqdim etdiyi ov patronlarından olan özünəməxsus patronlardan istifadə etməklə atəş açaraq bir baş ceyranı ovlamışdır. Təqsirləndirilən şəxs2 məxsus patronlardan istifadə etməməsinin səbəbi o patronların quş ovlamaq üçün nəzərdə tutulması, özünə məxsus olan patronların isə heyvan ovlamaq üçün nəzərdə tutulması olmuşdur. Elvin Əskəroun təqdim etdiyi patrona baxarkən müəyyən olundu ki, onun tamlığı pozulmamış, xarici ölkədə istehsal olunmuşdur.Həmin patron iş üçün sübuti əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılaraq tərəflərindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, əyləşdikləri avtomobillə onları Şirvan Milli Parkının Salyan rayonu ərazisində yerləşən çöllük sahəsinə gətirərək orada bildirmişdir ki, 15 yanvar 2025ci il tarixdə saat 15 radələrində o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qanunsuz ov etmək məqsədi ilə özünün idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu ərazisindən Şirvan Milli Parkının mühafizə olunan sahəsinə daxil olaraq orada özləri ilə gətirdikləri Təqsirləndirilən şəxs2 məxsus Türkiyə istehsalı olan, "beşaçılan" adlandırdıqları ov tüfəngindən özünə məxsus iki ədəd ov patronu ilə atəş açaraq bir baş ceyran ovlamış, ovladıqdan sonra həmin ceyranın başını kəsərək ora atıb cəsədini maşınının yük yerinə qoymuş, sonra idarə etdiyi avtomaşınla qoruğun ərazisindən çıxarkən mühafizə işçilərinin maşınla onları izlədiklərini görüb idarə etdiyi avtomobilin sürətini artırmaqla qoruğun ərazisindən çıxaraq oradan uzaqlaşmış, bir qədər aralandıqdan sonra artıq izlənmədiklərinə əmin olduqdan sonra Neftçala rayonu ərazisində, Kür çayının üzərindən keçən körpünü keçdikdən sonra maşını çayın sahilində saxlamış, orada ovladıqları ceyranı kəsib dərisini soyub onu tən yarı olaraq iki hissəyə bölmüş, ceyranın bir hissəsini özünə götürüb qalan hissəsini Təqsirləndirilən şəxs2 vermiş, sonradan ceyranın özünə çatan hissəsini qorxduğundan Kür çayına atmış, Səxavət isə özünə düşən payı yaşadığı evinə aparmışdır. Hadisə zamanı tanışı Səxavətdən başqa yanında digər heç kim olmamışdır. Təklif olunduqdan sonra Əskərov X28 Qasımova məxsus ov tüfəngindən bir baş ceyrana atəş açdığı yeri təqdim edib göstərmişdir. Həmin yerə baxış zamanı oradan bir ədəd qoşalüləli ov tüfənglərində istifadə üçün nəzərdə tutulmuş bir ədəd atılmış patron gilizi aşkar edilib tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs1 həmin yerdən aşkar edilib götürülmüş boş patron gilizinə baxdıqdan sonra həmin patron gilizinin onun qeyd edilən yerdə ceyran ovlayarkən istifadə etdiyi ov patronunun gilizinə oxşadığını bildirmişdir. Protokola videonu əks etdirən CD disk və fotoşəkillər əlavə olunmuşdur. İş materiallarında olan Salyan rayon məhkəmsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin baş müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 06 mart 2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin məhkəmə-ballisitik ekspertizasının xx.xx.2025-ci il tarixli, 25/374 nömrəli rəyindən və ona əlavə olunmuş fotocədvəldən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd, 20-R-8389 nömrəli silah, zavod üsulu ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli, HUĞLU RENOVA modelli sürgülü, hamar lüləli, öz-özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 04 ədəd boru və 01 ədəd açar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş, borular 12 kalibrli hamar lüləli ov silahlarında istifadə edərkən atışın məsfəsinin dəqiqliyini azaltmaq və ya artırmaq üçün nəzərdə tutulmuş boğucu borulardır, 01 ədəd açar isə boruları silahın lüləsinə bərkidmək üçün nəzərdə tutulmuş ləvazimatdır. Həmin əşyalar döyüş sursatı hesab edilmirlər. - Tədqiqata təqdim edilmiş, 02 ədəd gilizlər zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir, boş atılmış gilizlərdir və hal-hazırda atəş üçün yararsızdır. Həmin gilizlər digər 12 kalibrli hamar lüləli naməlum ov silahından atılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin məhkəmə ballistik ekspertizasının 07 mart 2025-ci il tarixli, 25/380 nömrəli rəyindən ona əlavə olunmuş fotocədvəldən görünür ki, - Tədqiqata təqdim edilmiş 01 ədəd, 21-K-10862 nömrəli ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 02 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70kalibrli ov patronlarıdır, ov döyüş sursatıdırlar, istifadəyə və atəşə yararlıdırlar. (bax silahının tədqiq hissəsinə) - Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir, boş atılmış gilizdir və hal-hazırda atış üçün yararsızdır. Həmin giliz tədqiqata təqdim edilmiş 01 ədəd 12 kalibrli, 21-K-10862 nömrəli, KRAL ARMS AZARAX modelli tüfəngdən atılmışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd kəmər zavod üsulu ilə düzəldilmiş 24 ədəd ov patronları daşımaq üçün nəzərdə tutulmuş patrondaşdır, istifadə üçün yararlıdır və döyüş sursatı hesab edilmir. Qeyd: təqdim edilmiş 2 ədəd 12 kalibrli patronlardan bir ədədi eksperimental atəş zamanı istifadə olundu. Həmin eksperimental qaydada atılmış patronun gilizi sizə təqdim olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Neftçala rayon İHB-nın Tatarməhlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 62 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Neftçala rayonu, Mirzəqurbanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun ailə üzvləri 1966-cı il təvəllüdlü atası -X20, anası -1962-ci il təvəllüdlü X6, arvadı -1999-cu il təvəllüdlü X7, oğlu- 2018-ci il təvəllüdlü X3, qızı 2020-ci il təvəllüdlü X4, qızı 2022-ci il təvəllüdlü X2, oğlu 2023-cü il təvəllüdlü X10 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 və onun arvadı X21 qaraciyər xəstəliyindən əziyyət çəkirlər. X14 isə düz bağırsağın korsenoması ( C20- düz bağırsağın bədxassəli yenitörəməsi cT4aN1M0 mərhələ İİİ G2 R 0 L Vİ 1), cərrahi əməliyyatdan və PKT-dən sonrakı vəziyyət diaqnozu ilə xəstədir. İş materiallarında olan arayışdan görünür ki, Qasımov X15 Su meliorasiya Sistemlərinin İstismarı İdarəsində nasos qurğularının maşinisti vəzifəsində işləyir. İş materiallarında olan istehsalat xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 iş yeri üzrə müsbt xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 xx.xx.2018-ci il tarixdə, X13 xx.xx.2020-ci il tarixdə, X11 xx.xx.2022-ci il tarixdə, X25 xx.xx.2023-cü il tarixdə anadan olmuşlar, onların ataları Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin KTİ-nin əlavə məhkəməballistik ekspertizasının 02 may 2025-ci il tarixli, 25/703 nömrəli rəyindən və ona əlavə olunmuş fotocədvəldən görünür ki:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd, 21-K-10862 nömrəli ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz özünə dolan ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70kalibrli ov patronudur, ov döyüş sursatıdır, Tədqiqata təqdim edilmiş patronun dib hissəsində olan alışdırıcı kapsulun üzərində hər hansı bir odlu silahın vurucu milinin izinə xarakterik olan sferik izlərin olmaması və tamlığının pozulmamasını nəzərə alaraq müəyyən edildi ki, həmin patron atəş üçün yararlıdır. Beləliklə, tədqiqat zamanı müəyyən edildi ki, tədqiqata təqdim edilmiş 02 ədəd patronlar təyinatı üzrə istifadə və atış üçün yararlıdırlar. Patronlardan 01 ədədi Zuber şirkətində, digər 01 ədədi Sterling şirkətindfə istehsal olunmuşdur.

3. Tədqiqata təqdim edilmiş 04 ədəd gilizlər zavod üsulu ilə xarici dövlətdə 03 ədəd Sterling şirkətində, 01 ədədi Zuber şirkətində istehsal olunmuş 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsidir, boş atılmış gilizlərdir. Tədqiqata təqdim edilmiş 04 ədəd 12 kalibrli gilizlərdən, 02 ədədi tədqiqata təqdim edilmiş, 12 kalibrli, 21-K-10862 nömrəli, KRAL ARMS AZARAX modelli tüfəngdən atılmışdır. Onlardan gövdəsi yaşıl rəngdə olan giliz 07 mart 2025-ci il tarixdə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində eksperimental qaydada atılmış və 01 ədədi isə hadisə yerindən götürülərək təqdim edilmiş gilizdir. (Bax: 25/380R nömrəli ekspert rəyinə) Digər 02 ədəd gilizlər isə, həmin kalibrli başqa bir odlu yivsiz ov tüfəngindən atılmışdır.

4. Qərarda qeyd olunan "16 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkının əməkdaşları tərəfindən hadisə yerindən tapılıb götürülmüş zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov silahlarından atış açmaq üçün nəzərdə tutulmuş ov patronunun bir hissəsi olan boş atılmış 4 ədəd gilizlər Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 12x70 kalibrli 02 ədəd patronları ilə eynilik təşkil edirmi?", "İş üzrə Təqsirləndirilən şəxs1 evinə baxış zamanı onun təqdim etdiyi bir ədəd xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronu onun ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən tapılıb götürülmüş və sonradan ekspertizaya təqdim olunaraq rəy alınmış bir ədəd boş atılmış gilizlə eynilik təşkil etmiş; 2 suallarına cavab olaraq bildiririk ki, tədqiqata təqdim edilmiş 03 ədəd yaşıl rəngdə olan giliz və 01 ədəd yaşıl rəngdə olan patron xarici dövlətində Sterling şirkətində, 01 ədəd ağ rəngli patron və 01 ədəd ağ rəngli giliz Zuber şirkətində istehsal olunmuşdur. Patronların və gilizlərin üzərində istehsal ili olmadığından, onların buraxılış ilini müəyyən etmək mümkün olmadı. Qeyd: Tədqiqata təqdim edilmiş 01 ədəd 12 kalibrli 21-K-10862 nömrəli KRAL ARMS AZARAX modelli ov tüfəngi, 01 ədəd 12 kalibrli ov patronu, 01 ədəd patrondaş, DİN-in, Kriminalistik Tədqiqatlar İdarəsində 07 mart 2025-ci il tarixdə 25/380R nömrəli xx.xx.2025-ci il tarixli ekspert rəyi tərtib olunaraq, 01 ədəd patronun, 01 ədəd silahın istifadəyə və atəşə yararlı olub-olmaması ekspert rəyində qeyd edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası DİN-nin KTİ-nin xx.xx.2025-ci il tarixli, 25/374 saylı; 07 mart 2025-ci il tarixli, 25/380 saylı; 02 may 2025-ci il tarixli, 25/703 saylı məhkəmə-ballistik ekspertizalarının rəylərini müzakirə edərək işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılması barədə protkoldan və ona əlavə olunmuş video çəkilişi əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs2 nə vaxt, harada, kiminlə və hansı qaydada qanunsuz ceyran ovu etməsi barədə soruşduqda o, bizi əyləşdikləri avtomobillə əvvəlcə Şirvan Milli Parkının Salyan rayonu ərazisində yerləşən çöllük sahəsinə gətirərək bildirmişdir ki, 15 yanvar 2025-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs1 ona birlikdə ova getməyi təklif edib öz ov tüfənginin evində olduğundan ondan öz tüfəngini götürməsini xahiş etmiş, razılaşdıqdan sonra özünə məxsus Kral Arms markalı ov tüfəngini götürüb Elvinin maşınına qoymuş və sonra birlikdə qanunsuz ov etmək məqsədi ilə həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu ərazisindən Şirvan Milli Parkının mühafizə olunan sahəsinə daxil olaraq qoruq ərazisində ceyranların həmişə su içmək üçün gəldikləri yerə gəlmiş, maşını saxlayandan sonra Təqsirləndirilən şəxs1 ona məxsus ov tüfəngini götürüb içərisindəki patronları çıxardıqdan sonra özünə məxsus iki ədəd ov patronunu ov tüfənginə salıb bir qədər kənarda qazılmış kanalın kənarına tökülmüş torpaq qalağının arxasında gizlənmiş, o isə maşında qalmışdır. Bir az keçmiş bir baş ceyranın su içmək üçün həmin yerə yaxınlaşdığını görən Təqsirləndirilən şəxs1 həmin ceyrana tərəf iki güllə atmış, güllə ceyrana dəydiyindən ceyran yerə yıxılaraq çapalamağa başlamış, bunu görüb tez qaçaraq ceyranın yanına gəlmiş, Elvin üzərindəki bıçaqla ceyranın başını kəsmiş, o da həmin vaxt ceyranı tutaraq Elvinə kömək etmış, ceyranın başını kəsdikdən sonra onun başını yerə tullayaraq cəmdəyini isə özləri ilə gətirdikləri kisəyə salıb sonra kisəni maşına qoymuş və ərazidən uzaqlaşmışlar. Neftçala rayonu ərazisində, Kür çayının sahilində Elvin maşını saxlamış, orada ovladıqları ceyranı kəsib dərisini soyaraq onu tən yarı, iki hissəyə bölmüş, Elvin ceyranın bir hissəsini özünə götürüb qalan hissəsini ona vermiş, o da özünə düşən payı yaşadığı evinə aparıb orada ailəsi ilə birlikdə bişirib yemişdir. Əvvəllər heç vaxt ov etmək məqsədi ilə Şirvan Milli Parkının ərazisinə gəlməmiş və orada da heç vaxt ov etməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs2 15 yanvar 2025-ci il tarixdə Şirvan Milli Parkının ərazisində bir baş ceyranı ovlamamışdan əvvəl Təqsirləndirilən şəxs1 gizləndiyi və sonradan ceyranı vurduğu yeri də təqdim edib göstərmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş; Təqsirləndirilən şəxs2 CM-nin 258.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə keçirilmiş baxış, ifadələrin yerində yoxlanması protokolları, onlara əlavə olunmuş fotocədvəllər və CD diskləri, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun 17 yanvar 2025-ci il tarixli, 34-0/07 nömrəli və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şirvan Milli Parkının 17 yanvar 2025-ci il tarixli, “MPNT9 nömrəli “məktubları, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli AZF/LGL-160/25 ə xx.xx.2025-ci il tarixli AZFALGL- 167925 nömrəli məktublarla göndərilmiş CD diskləri, məhkəmə-balisitik ekspertizasının rəylərii cinayət işi üzrə sübut növü kimi tanınmış; Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd 12 kalibrli, 21-K- (0862 nömrəli, KRAL ARMS AZARAX modelli ov tüfəngi və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması zamanı hadisə yerindən tapılıb götürülmüş bir ədəd ov tüfənginə aid boş giliz və Təqsirləndirilən şəxs1 evinə baxış zamanı onun təqdim etdiyi bir ədəd xarici dövlətə aid "Zuber" şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 1 ədəd ağ rəngli, dolu vəziyyətdə olan ov patronu maddi sübut kimi tanınmış; xx.xx.2025-ci il tarixdə maddi sübut kimi tanınmış bir baş kəsilmiş ceyran başını saxlamaq mümkün olmadığına görə və həmin ceyran başının saxlanılmasına şərait olmadığından sonradan onun məhv edilməsi nəzərə alınmış; 2025-ci il yanvarın 16-də Şirvan Milli Parkının əməkdaşları tərəfindən qoruq ərazisindən aşkarlanıb götürülmüş iki ədəd ov tüfənginə məxsus istifadə olunmuş yaşıl rəngli boş gilizlər, Təqsirləndirilən şəxs1 məxsus 12 kalibrli, üzərində 20R8389 nömrəsi olan HUĞLU markalı ov tüfəngi və Təqsirləndirilən şəxs2 məxsus patrondaş, həmin patrondaşın üzərindəki bir ədəd "Sterlinq" şirkətində istehsal olunmuş 12 kalibrli, yaşıl rəngli ov patronu, həmçinin məhkəmə-ballistik ekspertizası keçirilərkən tədqiq zamanı həmin patrondaşın üzərindən dolu vəziyyətdə götürülərək istifadə olunmuş bir ədəd "Sterlinq" şirkətində istehsal olunmuş 12 kalibrli, yaşıl rəngli ov patronunun gilizi sübut əhəmiyyəti kəsb etmədiyindən maddi sübut kimi tanınmamışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Arzu Hacıyev tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 1(057)-46/2025 saylı qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirlmədən qüvvəsində saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Neftçala rayonu Mirzəqurbanlı kənd sakini Təqsirləndirilən şəxs2 ilə qoruq ərazisində ceyran ovlamaqla bağlı əvvəlcədən razılığa gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Təqsirləndirilən şəxs2la birlikdə 2025-ci il yanvarın ayının 15-də saat 14 radələrində qadağan edilmiş yerdə və vaxtda, qanunsuz ov etmək məqsədi ilə lazımi icazə olmadan etibarnamə əsasında idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu, Qaramanlı kəndi ərazisindən qoruq ərazisi sayılan Şirvan Milli Parkına daxil olaraq həmin Parkın Salyan rayonu, Yenikənd kəndi yaxınlığındakı ərazisinə gəlib özləri ilə gətirdikləri, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd, 21-K-10862 nömrə ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz özünə dolan, odlu yivsiz silah sayılan ov tüfəngini cibində gətirdiyi özünə məxsus, xarici dövlətə aid "Zuber" şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 2 ədəd ov patronu ilə doldurduqdan sonra orada həmin tüfəngdən iki dəfə atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş subgutturosa növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranı qanunsuz ovlayaraq təbiətə xeyli miqdarda 1650 manat məbləğində zərər vurması; Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Neftçala rayonu Abasallı kənd sakini Təqsirləndirilən şəxs1 ilə qoruq ərazisində ceyran ovlamaqla bağlı əvvəlcədən razılığa gəlib bu məqsədlə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən Təqsirləndirilən şəxs1la birlikdə 2025-ci il yanvarın ayının 15-də saat 14 radələrində qadağan edilmiş yerdə və vaxtda, qanunsuz ov etmək məqsədi ilə lazımi icazə olmadan Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi JEEP GRAND CHEROKE markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomaşınla Neftçala rayonu Qaramanlı kəndi ərazisindən qoruq ərazisi sayılan Şirvan Milli Parkına daxil olaraq həmin Parkın Salyan rayonu, Yenikənd kəndi yaxınlığındakı ərazisinə gəldikdən sonra Təqsirləndirilən şəxs1 cibində gətirdiyi özünə məxsus, xarici dövlətə aid "Zuber" şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş 2 ədəd ov patronunu özləri ilə gətirdikləri, ona məxsus 01 ədəd, 21-K-10862 nömrə ilə Türkiyə dövlətində, silah zavodunda istehsal olunmuş 12 kalibrli, KRAL ARMS AZARAX modelli sürgülü, hamar lüləli, öz-özünə dolan, odlu yivsiz silah sayılan ov tüfənginə doldurduqdan sonra həmin tüfəngdən orada iki dəfə atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş subgutturosa növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı”na daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranı qanunsuz ovlayaraq təbiətə xeyli miqdarda 1650 manat məbləğində zərər vurması və bununla da, onların Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.10, 59.1.13-cü maddələrinə əsasən cinayəti törətmiş şəxslərin himayəsində azyaşlı uşaqların olması; şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində iki azyaşlı uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilmədiyini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 03 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi ) ay 24 (iyirmi dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 4 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində dörd azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri və iş yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilmədiyini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə həbsdə saxlanıldığı cəmi 03 ay 25 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, vurulmuş ziyan tamamilə ödənilmişdir, onun himayəsində iki azyaşlı uşağı var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, könüllü gəlib təqsirini boynuna almışdır,əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, vurulmuş ziyan tamamilə ödənilmişdir, onun himayəsində dörd azyaşlı uşağı var, özü və ailə üzvləri xəstədirlər, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni cərimə cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir. Belə ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs şəklində ovlanması tamamilə qadağan olunmuş “gazella subgutturosa” növünə aid, Azərbaycan Respublikasının “Qırmızı kitabı” daxil edilmiş bir baş, 3-4 yaşı olan, yetkin dişi ceyranı qanunsuz ovlayaraq təbiətə ziyan vurmaqla cinayət törətmişlər. Belə ki, qiymətli fauna növləri sırasında ceyran (gazella subgutturosa) xüsusi yer tutur, ceyranın ovlanması istər mühafizə olunan ərazilərdə (qoruqlarda, Milli Parklarda), istərsə də ümumi statuslu ərazilərdə cinayət sayılır və heç bir şərtlə onların ovlanmasına icazə, lisenziya verilmir (hətta 1 milyon manata da). Təqsirləndirilən şəxslər tərəfindən təbiətə vurulan zərərlə bağlı dövlət büdcəsinə müəyyən olunmuş qaydada ödəniş edilsə də, qiymətli fauna növü olan ceyranın ovlanması təbiətə misilsiz zərər vurmuşdur, həmin ceyranın məhv edilməsi və sonradan onun dəyərinin ödənilməsi təbiətə vurulmuş itkinin bərpası kimi qiymətləndirilə bilməz. Həmin cinayət əməli ətraf mühitin və ekologiyanın qorunması sahəsində dövlət tərəfindən qorunan ictimai münasibətlərə ciddi zərər vurmaqla bərabər, dövlətin ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində olan siyasətinə qarşı yönəlmiş ictimai təhlükəli əməl kimi qiymətləndirilir. Məhkəmənin qənaətinə görə həmin şəxslərə daha yüngül cəzanın təyin olunması onlar və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Bu səbəbdən, cinayətin ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri əməlin cəmiyyət arasında mənfi rezonans doğurmasını, onlara daha yüngül cəza təyin ediləcəyi təqdirdə digər şəxslərin də analoji əməl törədə biləcəyi ehtimallarını nəzərə alınmaqla, məhkəmə hesab edir ki, daha yüngül cəzanın -yəni cərimə cəzasının təyin edilməsi məqsədə müvafiq deyil. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması daha effektiv olmaqla cəzanın məqsədlərinə nail olunar. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, o, məhkəmə iclası zalında həbsdən dərhal azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd 12 kalibrli 21-K-10862 nömrəli, KRAL ARMS AZARAX modelli ov tüfəngi, bir ədəd xarici dövlətə aid “Zuber” şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ağ rəngli, dolu vəziyyətdə ov patronu və bir ədəd boş giliz hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd ceyran başının 28 yanvar 2025-ci il tarixdə çaya basdırılaraq məhv edilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş 07 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı cəmi 03 ay 27 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi ) ay 24 (iyirmi dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 4 (dörd) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı ünvan 1 ünavnında yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zalında həbsdən dərhal azad edilsin.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 258.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə həbsdə saxlanıldığı cəmi 03 ay 25 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 07 (yeddi) ay 20 (iyirmi) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə ovçuluq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə 02 (iki) il 4 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Neftçala rayonu, Mirzəqurbanlı kəndində yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Neftçala rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zalında həbsdən dərhal azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, 01 ədəd 12 kalibrli 21-K-10862 nömrəli, KRAL ARMS AZARAX modelli ov tüfəngi, bir ədəd xarici dövlətə aid “Zuber” şirkətində istehsal olunmuş, 12x70 kalibrli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ağ rəngli, dolu vəziyyətdə ov patronu və bir ədəd boş giliz hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd ceyran başının 28 yanvar 2025-ci il tarixdə çaya basdırılaraq məhv edilməsi nəzərə alınsın. İş materiallarına əlavə olunmuş 07 ədəd disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar