Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-47/2024 23.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Salyan rayonu Şikarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə 2023-cü il avqustun 07-də Salyan rayonu Kolanı kəndində yaşayan Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək oğlu Şahid1 Ədliyyə Nazirliyinə işə düzəltdirəcəyi barədə yalan vəd verməklə aldadıb inandırmış, bu məqsədlə vahid niyyətlə Zərərçəkmiş şəxs həmin tarixdə yaşadığı evin həyətində 1275 manat dəyərində 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 1275 manat dəyərində 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli, 1200 manat dəyərində 6 illik, diri halda çəkisi 140 kq olan 1 baş dişi cinsli, 1000 manat dəyərində 1 illik, diri halda çəkisi 100 kq olan 1 baş erkək cinsli, 650 manat dəyərində 6 aylıq, diri halda çəkisi 75 kq olan 1 baş erkək cinsli və 600 manat dəyərində 6 aylıq, diri halda çəkisi 65 kq olan 1 baş dişi cinsli iribuynuzlu heyvan, ümumilikdə 6000 manat dəyərində 6 baş iribuynuzlu heyvanı almış, 2023-cü il avqustun 08-də Salyan rayonu Xalac kəndində yerləşən X2 yanında Zərərçəkmiş şəxs 6000 manat alaraq sonuncunun xeyli miqdarda, ümumilikdə 12000 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin avqust ayının 7də Nərimanın yanına getmiş, sonuncu ona oğlunun ədliyyə nazirlyində işə düzəltmək istədiyini demişdir.Ona görə ondan əvvəlcə 12000 manat və iş düzələndən sonra isə 3000 manat alacağını demişdir.Həmin məqsədlə Nəriman ona 3 baş inək və 3 baş balasını vermiş, özü həmin heyvanlara satıb 5600 manat pul əldə etmişdir.Səhəirsi günü isə Nərimandan 6000 manat pul alaraq ona gözləməsini demişdir.Lakin sonradan iş düz gəlmədiyi üçün Nəriman pulunu istəmiş, lakin pullara xərclədiyi üçün verə bilməmişdir. Nərimana 19 mart 2024-cü ildə 600 manat, bir gün sonra 50 manat,daha sonra isə 350 manat pul vermişdir. Zərərçəkmişə dəymiş ziyandan 4000 manatı 20 aprel 2024-cü ildə ödəyəcəyini qeyd edərək işin həmin vaxta təxirə salınmasını xahiş etdi. Məhkəmənin sonrakı iclasında təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş ziyandan 3200 manat ödədiyini, sonuncunun ondan şikayətçi olmamasıını, xəstə övladının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, oğlu İsmayılı ədliyyə nazirliyndə işə düzəltmək üçün 2023-cü ilin avqust ayında Vqarla görüşmüş, sonuncu ona köməklik edə biləcəyini demişdir.Həmin məqsədlə Vüqar ondan 12000 manat və iş düzələndən sonra isə 3000 manat alacağını demişdir.6 baş heyvanını Vüqara vermiş, sonuncu həmin heyvanları yaxşı qiymətə satmışdır.Səhərisi günü bankdan pul götürmüş və 6000 manat pulu Vüqara vermişdir.Bir müddət keçdikdən sonra oğlunun işinin dzəlməməsini görmüş və pulunu geri istədikdə Vüqar verməkdən imtina etmişdir.Hazırda Vüqar ona 1000 manat pul qayarmışdır.Pulunu tam aldıqdan sonra şikayətçi olmayacağını demişdir.Məhkəmənin sonrakı iclasında zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ona vurduğu ziyandan 3200 manat öədədiyini, 8800 manat borclu qaldığını, qalan pulunu da verəcəyinə söz verdiyi üçün şikayətçi olmamasını, onun tutulmamasını xahiş etdi. Şahid1 məhkəmədə göstərmişdir ki, atası Nəriman onu penitensiar xidmətdə nəzarətçi işinə düzəltmək üçün özünə məxsus olan iribuynuzlu heyvanlardan 6 başını Vüqara vermişdir.Daha sonra isə atası bankdan pul götürmüş və 6000 manatı ona vermişdir.Lakin işi düzəlmədiyi üçün atası pulunu geri istəmişdir. İş düzələndən sonra Vüqara daha 3000 manat da verilməli idi. Məhkəmədə elan olunmuş Salyan rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən alınmış 17 yanvar 2024-cü il tarixli, 3-22-1-2-47/2-1-2024 nömrəli mütəxəssis rəyindən görünür ki, - 6 illik, diri halda çəkisi 140 kq olan 1 baş dişi cinsli -1200 manat dəyərində, - 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli - 1275 manat dəyərində, - 3 illik, diri halda çəkisi 170 kq olan 1 baş dişi cinsli - 1275 manat dəyərində, - 1 illik, diri halda çəkisi 100 kq olan 1 baş erkək cinsli - 1000 manat dəyərində, - 6 aylıq, diri halda çəkisi 75 kq olan 1 baş erkək cinsli - 650 manat dəyərində, - 6 aylıq, diri halda çəkisi 65 kq olan 1 baş dişi cinsli - 600 manat dəyərindədir. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan Regional Qİ və TBŞ-nin 25 yanvar 2024-cü il tarixli 3-13-16/-7/2-678/2024 saylı arayışından görünür ki, Salyan rayonu Yenikənd kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs adında nəqliyyat vasitəsinin olması barədə Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Biləsuvar rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, CM-in 62-ci maddəsi tətbiq edilərək cəzası 1 il 6 ay endirilib, xx.xx.2017-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə CM-in 513 və 520-ci maddələrinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən şərti azad edilmişdir. Salyan RMX-nin 8 fevral 2024-cü il tarixli 18-1-68/2-251/2024 saylı arayışından görünür ki, Salyan rayonu Şikarlı kəndində anadan olan, Salyan rayonu Yenikənd kənd sakini xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 01 dekabr 2017-ci il tarixli 7(003)-384/2017 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 3 ay 21 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Salyan rayon İHB-nin Salyan rayonu Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 13 fevral 2024-cü il tarixli, 5-71-24/2-19/2024 nömrəli məktuba əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Biləsuvar rayon Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 1(022)-11/17 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi,zərərçəkmişə dəymiş ziyanın bir qismini ödməsi, zərərçəkmişin ondan şikayətinin olmaması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı,cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsin həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasının əvvəli onlarn cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat ertəsi gün 06:00-dək tərk etməsinə və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarınaHökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-47/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-47/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver