Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-48/2024 04.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X32 Yaqub oğlunun sədrliyi, X25 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X20 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli-himayəsində üç azyaşlı uşağı olan, Salyan rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Salyan rayonu Xıdırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Xıdırlı kəndində yaşayır, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədilə 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan Azərbaycan Təcrübəvi Dəniz X26 məxsus olmaqla hazırda fəaliyyət göstərməyən, Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən nohurçuluq yəni balıq artırma təsərrüfatına məxsus binalardan hər metri 15 manat dəyərində olmaqla 1155 manat dəyərində olan 77 metr uzunluğunda dəmir şiveller, hər metri 55 qəpik dəyərində olmaqla 22 manat dəyərində olan 40 metr uzunluğunda dəmir armatur və 100 manat dəyərində dəmir katenka tellərini sökərkən kənar şəxs olan, Salyan şəhər sakini Şahid2 onlara əmlakın talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərini dayandırmalarını tələb etməsinə baxmayaraq, buna əhəmiyyət vermədən öz hərəkətlərini davam etdirib zərər çəkmiş hüquqi şəxs Azərbaycan Təcrübəvi Dəniz X22 ümumilikdə 1277 manat dəyərində həmin əmlaklarını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədilə 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində olan Azərbaycan Təcrübəvi Dəniz X26 məxsus olmaqla hazırda fəaliyyət göstərməyən, Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən nohurçuluq yəni balıq artırma təsərrüfatına məxsus binalardan hər metri 15 manat dəyərində olmaqla 1155 manat dəyərində olan 77 metr uzunluğunda dəmir şiveller, hər metri 55 qəpik dəyərində olmaqla 22 manat dəyərində olan 40 metr uzunluğunda dəmir armatur və 100 manat dəyərində dəmir katenka tellərini sökərkən kənar şəxs olan, Salyan şəhər sakini Şahid2 onlara əmlakın talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərini dayandırmalarını tələb etməsinə baxmayaraq, buna əhəmiyyət vermədən öz hərəkətlərini davam etdirib zərər çəkmiş hüquqi şəxs Azərbaycan Təcrübəvi Dəniz X22 ümumilikdə 1277 manat dəyərində həmin əmlaklarını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun yaşadığı Salyan rayonu Xıdırlı kənd ərazisində ETSN-nin nəzdində Azərbaycan Təcrübəvi Dəniz Balıq Artırma təsərrüfatı vardır. Həmin balıqçılıq təsərrüfatı uzun illərdir işləmədiyi üçün təsərrüfatın ərazisinə heç kim tərəfindən nəzarət olunmamışdır. O, həmkəndlisi və tanışı Şahinə həmin təsərrüfatın ərazisində dəmir metalları olduğunu bildirmiş və oradan oğurluq etməyi təklif etmiş, Şahin də onunla razılaşmışdır. 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Şahinin idarə etdiyi üçtəkərli motosikletlə təsərrüfatın ərazisinə getmiş, oradan təxminən 70 metr uzunluğunda dəmir şivellerləri, təxminən 40 metr uzunluğunda dəmir armaturları və betonun içərisindən çıxardıqları təxminən 15 metr uzunluğunda dəmir katenka tellərini oğurlamışlar. Onlar oğurluq edən zaman İslam adlı şəxs onları görmüş, onlara irad tutaraq oğurluq etməmələrini bildirmiş, lakin onlar İslama məhəl qoymayaraq oğurluq əməllərinə davam etmiş, oğurladıqları dəmir hissələrini Şahinin motosikletinə yükləyərək oradan getmişlər. Oğurladıqları dəmir armaturları və dəmir katenka tellərini yaşadıqları kənddə tanışları olan Raqif adlı şəxsə 100 manata satmışlar. Şahinlə birlikdə oğurladıqları dəmir şivellerləri kəndlərində metal qəbul məntəqəsi işlədən Telman adlı şəxsə 300 manata satmışlar. Həmin əşyaları satarkən alıcılara oğurluq olması barədə deməmişlər. Onlar ümumilikdə oğurladıqları dəmir hissələrinə görə 400 manat pul əldə etmiş, həmin pulu aralarında bərabər bölmüş və o payına düşən pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Onlar vurduqları ziyanı tam ödəmişlər, zərərçəkmiş tərəfin onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Oğurluq əməlini maddi çətinliyi olduğu üçün etmişdir. Əməlindən peşmandır. Hazırda Dəmir yol İdarəsində keçid növbəçisi işləməklə aylıq 450-500 manat əmək haqqı alır. “Vətən Müharibəsi”nin iştirakçısı olmuş, “Xocavəndin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Himyəsində üç azyaşlı uşaqları var, ailədə yeganə qazanc gətirən şəxsdir, həmin halları nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etmiş və söz vermişdir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun yaşadığı Salyan rayonu Xıdırlı kənd ərazisində uzun illərdir ki, fəaliyyət göstərməyən balıq artırma təsərrüfatı vardır. Həmin təsərrüfat işləmədiyi üçün nəzarətsizdir. Həmkəndlisi və tanışı olan Yasər ona həmin təsərrüfatın ərazisindən oğurluq edib pul əldə etməyi təklif etmiş, o da maddi vəziyyəti aşağı olduğu üçün Yasərlə razılaşmışdır. Bu səbəbdən 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus olan üçtəkərli motosikletlə Yasərlə birlikdə təsərrüfatın ərazisinə gedərək oradan dəmir hissələri oğurlamışlar. Həmin vaxt onlar təsərrüfatın ərazisindən təxminən 70 metr uzunluğunda dəmir şivellerləri, təxminən 40 metr uzunluğunda dəmir armaturları və betonun içərisindən çıxardığı təxminən 15 metr uzunluğunda dəmir katenka tellərini oğurlayıb bir tərəfə yığmışlar. Oğurluq etdikləri vaxt orada İslam adlı şəxs onları görmüş yaxınlaşaraq oğurluq etdikləri üçün onlara irad tutmuş, onlar ona bir daha belə hərəkət etməyəcəklərini bildirdikdən sonra İslam oradan çıxıb getmiş, onlar isə öz əməllərinə davam etmişlər. Oğurladıqları dəmir hissələrini onun idarə etdiyi motosikletə yüklədikdən sonra oradan çıxıb getmişlər. Oğurladıqları dəmir armaturları və dəmir katenka tellərini Raqif adlı şəxsə 100 manata, dəmir şivellerləri isə kəndlərində metal qəbul məntəqəsi işlədən Telman adlı şəxsə 300 manata sataraq ümumilikdə 400 manat pul əldə edərək həmin pulu aralarında yarı bölmüşlər. Əməlindən peşmandır. Vurulmuş ziyan tam ödənilmiş, zərərçəkmiş tərəfin onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmiş və söz vermişdir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqı zamanı onların səmimi etirafları ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələyi, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, ETSN-nın nəzdində Azərbaycan Təcrübəvi Dəniz Balıq Artırma zavodunda direktor əvəzi vəzifəsində işləyir. Zavodun Salyan rayonu Xıdırlı kəndi ərazisində balıq artırma təsərrüfatı yerləşsə də, uzun illərdir ki, həmin təsərrüfat fəaliyyət göstərmir. 03 dekabr 2023-cü il tarixdə İslam adlı şəxs ona zəng vurub bir neçə şəxsin təsərrüfatın ərazisindən dəmir hissələrini oğurlayıb apardıqlarını bildirmişdir. O növbəti gün yəni 04 dekabr 2023-cü il tarixdə təsərrüfat ərazisinə gəlib baxış keçirmiş, baxış zamanı naməlum şəxslər tərəfindən 03 dekabr 2023-cü il tarixdə təsərrüfata məxsus anbarın ərazisindən dəmir şiveller, dəmir armatur və dəmir katenka tellərinin oğurlandığını aşkar etmişdir. 06 dekabr 2023-cü il tarixdə Salyan rayon polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Təsərrüfatın ərazisindən dəmir əşyalarını oğurlamış şəxslərin Salyan rayonu Xıdırlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu sonradan bilmişdir. 03 dekabr 2023-cü il tarixdə təsərrüfatdan 77 metr uzunluğunda dəmir şiveller, 40 metr uzunluğunda dəmir armatur və 100 manat dəyərində dəmir katenka telləri oğurlanmış və həmin oğurluq nəticəsində təsərrüfata ümumilikdə 1277 manat maddi ziyan dəymişdir. Təsərrüfata dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmiş, onlardan şikayətçi deyildir, xahiş edir ki, onların barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilsin. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, təsərrüfata dəymiş 1277 manat maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənilmişdir. Şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan rayonu Cəngən kəndində yaşayır. 2013-cü ildən ETSN-nin nəzdində Azərbaycan Təcrübəvi Dəniz Balıq Artırma zavodunda nəzarətçi vəzifəsində işləyir. Zavodun Salyan rayonu Xıdırlı kəndi ərazisində balıq artırma təsərrüfatı yerləşsə də, uzun illərdir ki, həmin təsərrüfat fəaliyyət göstərmir. Buna baxmayaraq, təsərrüfatın 910 ha ərazisi olmaqla həmin ərazidə təsərrüfata məxsus bir yaşayış binası və iki anbar vardır. 03 dekabr 2023-cü il tarixdə o evdə olduğu zaman Salyan rayonu Xıdırlı kəndi ərazisində heyvandarlıq təsərrüfatı ilə məşğul olan İslam adlı şəxs ona və direktor əvəzi Nümayəndə zəng vurub tanıdığı Yasər adlı şəxslə digər bir şəxsin təsərrüfatın ərazisindən dəmir hissələrini oğurlayıb apardıqlarını bildirmişdir. O və Nümayəndə 04 dekabr 2023-cü il tarixdə təsərrüfatın ərazisinə gəlib baxış keçirmiş, baxış zamanı naməlum şəxslər tərəfindən 03 dekabr 2023-cü il tarixdə təsərrüfata məxsus anbarın ərazisindən dəmir şiveller, dəmir artmatur və dəmir katenka tellərinin oğurlandığını aşkar etmişlər. 06 dekabr 2023-cü il tarixdə Salyan rayon polis şöbəsinə gedərək Nümayəndə bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan məlum olmuşdur ki, həmin oğurluğu Yasər və Şahin adlı şəxslər törətmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Salyan rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. 03 dekabr 2023-cü il tarixdə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə gələrək özlərinə məxsus dəmir hissələri olmasını və istədiyi halda ona sata biləcəklərini bildirmişlər. O, onlardan həmin dəmir hissələrini götürməzdən əvvəl kimə məxsus olduğunu soruşduqda, onlar dəmir hissələrinin özlərinə məxsus olduğunu bildirmişlər. O, da onlara inandığı və hazırda yeni ev tikəcəyi üçün dəmir armaturları və dəmir katenka tellərini onlardan almışdır. O, onlardan aldığı təxminən 40 metr uzunluğunda dəmir armaturlara və dəmir katenka tellərinə görə Yasər və Şahinə 100 manat pul ödəmişdir. Daha sonra həmin dəmir armaturları və dəmir katenka tellərini tikdiyi ev üçün beton töküləndə istifadə etmişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdıqları dəmir armaturların və dəmir katenka tellərinin yaşadığı Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən, X15 Nazirliyinin nəzdində olmaqla hazırda fəaliyyət göstərməyən balıqçılıq təsərrüfatının ərazisindən oğurladıqlarını bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsindən, eləcə də onun elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhəri E.Hüseynov küçəsi ev 5-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır.Təxminən 10 il müddətinə Salyan rayonu Xıdırlı kəndinin çöl ərazisində yerləşən, hazırda istifadə olunmayan balıq artırma təsərrüfatının yaxınlığında iribuynuzlu heyvandarlıq təsərrüfatı ilə məşğul olmuş və iki ilə yaxındır ki, həmin təsərrüfatı ləğv etmişdir. 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində o, Salyan rayonu Xıdırlı kəndi ərazisində dəniz kənarına balıq tutmağa gedərkən həmin yerin yaxınlığından keçmiş, o, həmin vaxt Salyan rayonu Xıdırlı kənd sakinləri əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və yanında olan digər şəxs, əvvəllər tanımadığı, sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 təsərrüfata məxsus binaları sökərək bir neçə metr uzunluğunda dəmir şivellerləri, dəmir armaturları və betonun içərisindən dəmir katenka tellərini çıxarıb bir tərəfə yığdıqlarını görmüşdür. Onlara yaxınlaşıb niyə oğurluq etdiklərini bildirdikdə, həmin şəxslər ona bir daha belə hərəkət etməyəcəklərini bildirmişlər. Daha sonra oradan çıxıb dəniz kənarına balıq tutmaq üçün getmişdir. Növbəti gün yəni 04 dekabr 2023-cü il tarixdə zavodun direktor əvəzi Nümayəndə onunla əlaqə saxlayıb naməlum şəxs (şəxslər) tərəfindən zavoda məxsus binaların dağıdıldığını və oradan oğurluq edildiyini bildirmiş, bunun kim tərəfindən edilə biləcəyi barədə ondan soruşduqda, o, Salyan rayonu Xıdırlı kənd sakinləri əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 tərəfindən oradan oğurluq etdiklərini ona bildirmişdir. O, həmin ərazidə heyvandarlıq təsərrüfatı ilə məşğul olan vaxt oradan heç bir oğurluq hadisəsi baş verməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Atasının adı Canmirzə olsa da, ona kənd içərisində “Ağaşirin” deyə müraciət etmişlər. Bildirmişdir ki, bir neçə aydır ki, Salyan rayonu Xıdırlı kəndində yerləşən yaşadığı evin həyətində metal qəbulu məntəqəsi işlətmişdir. 03 dekabr 2023-cü il tarixdə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətinə gələrək özlərinə məxsus 70 metr uzunluğunda dəmir şivellerləri satmaq istədiklərini bildirmişlər. O, onlardan həmin dəmir şivellerləri götürməzdən əvvəl kimə məxsus olduğunu soruşduqda, onlar dəmir şivellerlərin özlərinə məxsus olduğunu bildirmişlər. O, da onlara inandığı üçün dəmir şivellerlərin müqabilində onlara 300 manat pul ödəmişdir. Həmin gün o, dəmir şivellerləri digər dəmir metalları ilə birlikdə “X33”-nın Salyan şəhəri ərazisində yerləşən filialına təhvil vermişdir. Bir neçə gün sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona satdıqları dəmir şivellerlərin yaşadığı Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində olmaqla hazırda fəaliyyət göstərməyən nohurçuluq yəni balıqçılıq təsərrüfatının ərazisindən oğurladıqlarını bilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli Salyan RPŞ-yə yazdığı ərizəsindən görünür ki, 03 dekabr 2023-cü il tarixdə Ekologiya və Təbil Sərvətlər Nazirliyinin tərkibində olan Azərbaycan Təcrübəvi Dəniz X22 Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən və hazırda fəaliyyət göstərməyən nohurçuluq yəni balıq artırma təsərrüfatının ərazisindən 77 metr uzunluğunda dəmir şiveller, 40 metr uzunluğunda dəmir armatur və 100 manat dəyərində dəmir katenka tellərinin oğurlanması nəticəsində təsərrüfata ümumilikdə 1000 manat maddi ziyan dəydiyini bildirmişdir.Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin gün saat 11:10-dan saat 11:50-dək hadisə yerinə baxış keçirilmiş, baxış keçirilən yer ETSN-nin nəzdində Azərbaycan Təcrübəvi Dəniz X26 məxsus, Salyan rayonu Xıdırlı kəndi ərazisində yerləşən nohurçuluq yəni balıq artırma təsərrüfatıdır.Təsərrüfatın ərazisi açıq olmaqla hasarlanmamışdır.Ərazidə təsərrüfata məxsus bir neçə uçuq-sökük vəziyyətdə binaların yerləşdiyi müəyyən olunmuşdur. Baxış zamanı təsərrüfatın uzun illər əvvəl SSRİ dönəmində tikildiyi, hazırda fəaliyyət göstərmədiyi, lakin Azərbaycan Təcrübəvi Dəniz X22 balansında olmaqla zavoda məxsus olduğu və 03 dekabr 2023-cü il tarixdə təsərrüfata məxsus həmin binaların sökülərək 77 metr uzunluğunda dəmir şiveller, 40 metr uzunluğunda dəmir armatur və dəmir katenka tellərinin oğurlandığı müəyyən olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahverdi Cəfərovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Salyan rayon sakini xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 14:15-də Salyan rayonu Xıdırlı kəndində evinin yaxınlığında saxlanılaraq saat 15:40-da Salyan RPŞ-nə gətirilmiş və aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahverdi Cəfərovun xx.xx.2023-cü il tarixli raportundan görünür ki, Salyan rayon sakini xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 16:20-də Salyan rayonu Xıdırlı kəndində evinin yaxınlığında saxlanılaraq saat 17:40-da Salyan RPŞ-nə gətirilmiş və aidiyyatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərarından və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 dekabr 2023-cü il saat 15:40-da şübhəli şəxs qismində tutulmuş, Salyan RPŞ-nin X21 təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun “şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərarından və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 dekabr 2023-cü il saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, Salyan RPŞ-nin X21 təhvil verilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Qaçayev X9 Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə ona ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarından görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs1 MSY-dən azad olunması qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarından görünür ki, Məmmədov X2 Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddə ilə ona ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” xx.xx.2023cü il tarixli qərarından görünür ki, Salyan RPŞ-nin MSY-də saxlanılan Təqsirləndirilən şəxs2 MSY-dən azad olunması qərara alınmışdır. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə 03 dekabr 2023-cü il tarixdə Salyan rayonu Xıdırlı kəndində yerləşən balıq artırma təsərrüfatından dəmir hissələrini oğurladığını bir daha etiraf etmişdir. İş materiallarında olan “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 ilə birlikdə 03 dekabr 2023-cü il tarixdə Salyan rayonu Xıdırlı kəndində yerləşən balıq artırma təsərrüfatından dəmir hissələrini oğurladığını bir daha etiraf etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 fevral 2024-cü il tarixli, 9/907 nömrəli rəyindən görünür ki, qərarda göstərilən 77 metr uzunluğunda istifadədə olan 14lük şvellerin və 40 metr uzunluğunda istifadədə olmuş 12-lik dəmir armaturun 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur. - 77 metr uzunluğunda istifadədə olmuş 14-lük şveller-1155,00(77 metr x15man) manat. - 40 metr uzunluğunda istifadədə olmuş 12-lik dəmir armatur-22,00(40 metr x 55man) manat. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 23 fevral 2024-cü il tarixli, 9/907 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli manat) manat təşkil edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs1 09 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi; Təqsirləndirilən şəxs2 09 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilməsi; iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsi və şahidlərin ifadələri, ifadənin yerində yoxlanılması protokolları, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamladıqları üçün sübut növü kimi qəbul edilməsi; istintaq zamanı Şahid3 və Şahid4 əməllərində cinayət tərkibi aşkar olunmadığından barələrində Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxslərə yenidən ittiham elan edilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 180.2.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı təqdim edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən cinayət əməli nəticəsində vurulmuş ziyan məbləği olan 1277 manat pulu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkib arvadı 2000-ci il təvvəllüdlü X10, oğlu 2018-ci təvəllüdlü X13, qızı 2019cu il təvəllüdlü X5, qızı 2023-cü il təvvəllüdlü X11 ibarətdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X18 xx.xx.2023-cü il tarixdə, X24 xx.xx.2018-ci il tarixdə, X14 xx.xx.2019-cu il tarixdə anadan olmuşlar. İş materiallarında olan Salyan rayon İHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 139470 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs1 müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs1 “Xocavəndin azad olunmasına görə”, “Vətən Müharibəsi iştirakçısı” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 30/3 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 "xxxx" QSC-də “keçid növbətçisi” vəzifəsində işləyir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Salyan rayon məhkəməsinin 13 may 2009-cu il tarixli 1(003)-53/2009 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) saat ictimai işlər cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 02 may 2024-cü il tarixli 7(057)- 255/2024 saylı qərarından görünür ki, Salyan rayon məhkəməsinin 13 may 2009-cu il tarixli 1(003)-53/2009 saylı hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) saat ictimai işlər cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 cəza çəkməkdən azad edilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon İHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi arvadı 1981-ci il təvvəllüdlü X3, qızı 2005-ci təvəllüdlü X7, oğlu 2006-cı il təvəllüdlü X1, oğlu 2015-ci il təvvəllüdlü X12 ibarətdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, X8 xx.xx.2006-cı il tarixdə, X19 xx.xx.2015-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan Salyan rayon İHB-nin Xıdırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını açıq talama məqsədi ilə 03 dekabr 2023-cü il tarixdə saat 11 radələrində Ekologiya və Təbil Sərvətlər Nazirliyinin tərkibində olan Azərbaycan Təcrübəvi Dəniz X26 məxsus olmaqla hazırda fəaliyyət göstərməyən, Salyan rayonu Xıdırli kəndi ərazisində yerləşən nohurçuluq yəni balıq artırma təsərrüfatına məxsus binalardan hər metri 15 manat dəyərində olmaqla 1155 (min yüz əlli beş) manat dəyərində olan 77 metr uzunluğunda dəmir şiveller, hər metri 55 qəpik dəyərində olmaqla 22 (iyirmi iki) manat dəyərində olan 40 metr uzunluğunda dəmir armatur və 100 (yüz) manat dəyərində dəmir katenka tellərini sökərkən kənar şəxs olan, Salyan şəhər sakini Şahid2 onlara əmlakın talanması ilə bağlı əhatə olunan hüquqazidd hərəkətlərini dayandırmalarını tələb etməsinə baxmayaraq, buna əhəmiyyət vermədən öz hərəkətlərini davam etdirib zərər çəkmiş hüquqi şəxs Azərbaycan Təcrübəvi Dəniz X22 ümumilikdə 1277 (min iki yüz yetmiş yeddi) manat dəyərində həmin əmlaklarını açıq talamaqla soyğunçuluq etmələri və bununla da, onların Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayəti törətmiş şəxslərin himayəsində azyaşlı uşaqların olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən əlavə cəzalar isə real icra olunduğundan hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, “cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Odur ki, təqsirləndirilən şəxslərin faktiki həbsdə olduğu müddət onlara təyin edilmiş cəzalardan çıxılmalı deyil. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən Şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində üç azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş tərəflə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, “Vətən Müharibəsi” iştirakçısı olmaqla çoxsaylı medallarla təltif olunmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəzanın şərti hesab edilməsini və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində üç azyaşlı uşaqları vardır, hal-hazırda əməlindən səmimi peşman olmuş, Təqsirləndirilən şəxs1 "xxxx" QSC-də “keçid növbətçisi” işləməklə ailədə yeganə qazanc gətirən şəxsdir. Cəzasını real olaraq çəkməsi onun əmək fəaliyyətinə mənfi təsir göstərməklə özünün və ailəsinin yeganə dolanacaq mənbəyi olan həmin işindən məhrum olmasına səbəb ola bilər. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bundan başqa zərərçəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, zərər çəkmiş şəxsin nümayəndəsi onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. O, Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmuşdur. Bu isə Təqsirləndirilən şəxs1 vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsini, zərərçəkmiş tərəflə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini, işdə cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 03 (üç) il 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəzanın şərti hesab edilməsini və ona 02 (iki) il 06 (altı) ay sınaq müddətinin müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bundan başqa zərərçəkmiş şəxsə dəymiş zərəri tam aradan qaldırmış və həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, zərər çəkmiş şəxsin nümayəndəsi onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 180.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilsin. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X6, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-48/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-48/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver