Məhkəmə qərarları › İş №1(057)-48/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-48/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-48/2025 02.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X8 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan Rayon Qaz İstismar İdarəsində qaz nəzarətçisi işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2023-cü ilin əvvəllərində Salyan rayonu Qardili kənd sakini Zərərçəkmiş şəxs 2021-ci ilin noyabr ayından ləğv olunmuş İİ qrup müharibə əlilliyi müavinətini bərpa etdirəcəyinə dair ona qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs ilkin olaraq 1500 (min beş yüz) manat məbləğində pulunu ələ keçirmək məqsədilə sonuncu ilə razılaşmış, Zərərçəkmiş şəxs bu məqsədlə Salyan rayonu ərazisindən göndərdiyi 01 mart 2023-cü il tarixdə 200 (iki yüz) manat, həmin gün yenə də 200 (iki yüz) manat, 06 mart 2023-cü il tarixdə 1000 (min) manat, 19 mart 2023-cü il tarixdə 500 (beş yüz) manat, 24 mart 2023-cü 11 tarixdə 200 (iki yüz) manat, 18 aprel 2023-cü il tarixdə 40 (qırx) manat, 24 aprel 2023-cü il tarixdə 200 (iki yüz) manat və 21 may 2023-cü il tarixdə 80 (səksən) manat məbləğində pulları özünə məxsus olmaqla istifadəsində olan "xxxx"-a ald 4169 73** **** 6006 nömrəli kart hesabı, eləcə də 2023-cü ilin ortalarında dəqiq məlum olmayan gündə Zərərçəkmiş şəxs zəng vurub bu məqsədlə pul istədiyi üçün həmin gün Salyan rayonu Qardili kəndi ərazisində Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığında ondan 500 (beş yüz) manat pulu, bundan bir neçə gün sonra yenidən Zərərçəkmiş şəxs zəng vurub bu məqsədlə əlavə pul istədiyindən həmin gün Salyan şəhəri Babazanlı körpüsünün yaxınlığında ondan 600 (altı yüz) manat pulu, bir neçə gün sonra Zərərçəkmiş şəxs yenə də zəng vurub bu məqsədlə əlavə pullar lazım olduğunu bildirdiyindən həmin ərəfələrdə dəqiq məlum olmayan günlərdə Salyan şəhəri ərazisində Zərərçəkmiş şəxs 1000 (min) manat və 500 (beş yüz) manat məbləğində pulları əldə etmiş, bundan əlavə həmin müddət ərzində Zərərçəkmiş şəxs 450 (dörd yüz əlli) manat pulunu da guya bu işlərin yerinə yetirilməsi üçün Bakı, Şirvan şəhərlərində gedilən yerlərə yanacaq puluna və digər ödənişlər üçün xərclətmiş, habelə Zərərçəkmiş şəxs Salyan rayonu ərazisindən göndərdiyi 20 yanvar 2024-cü il tarixdə 800 (səkkiz yüz) manat və İ8 fevral 2024-cü il tarixdə 30 (otuz) manat məbləğində pulları özünə məxsus olmaqla istifadəsində olan "xxxx"-a aid 4169 73 ** **** 1555 nömrəli kart hesabı vasitəsilə əldə etməklə vahid niyyətlə ümumilikdə, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda yəni 6300 (altı min üç yüz) manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Salyan şəhəri C.Cabbarlı küçəsi ev 87, mənzil 2-də qeydiyyatda olmaqla hazırda Salyan şəhəri Ə.Quliyev küçəsi ev 5, mənzil 51-də ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, 2003-cü ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Qazax rayonu ərazisində xidmətdə olarkən kəşfiyyat zamanı minaya düşərək hər iki ayağını itirdiyi üçün İ qrup əlildir. Bildirmişdir ki, Salyan rayonu Qardili kənd sakini Zərərçəkmiş şəxs 2023-cü ilin əvvəllərindən tanımışdır. Həmin vaxtlar İslamla rastlaşdıqda, İslam ona İ Qarabağ Müharibəsində iştirakı zamanı aldığı xəsarətlərlə əlaqədar İİ qrup əlillik müavinətinin ləğv olunduğunu və onun bu işdə ona köməklik edə biləcəyini soruşduqda, o, İslamı aldadıb yalandan bu işi həll edə biləcəyini, bununla əlaqədar tanışlarının olduğunu və onların vasitəsilə onun əlillik müavinətini bərpa etdirəcəyini bildirmişdir. İslam da onunla razılaşmışdır. O, İslama ilkin olaraq bu işi 1500 manata həll edəcəyini bildirmiş və İslam da onunla razılaşmışdır. Bundan sonra o, yalandan bu işin düzəlməsi üçün İslamdan pullar istəməyə başladım. İslam da əlillik müavinətini düzəltməyi üçün xx.xx.2023-cü ildə 200 manat, həmin gün yenə də 200 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat, xx.xx.2023cü il tarixdə 200 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2023-cü il tarixdə 200 manat və xx.xx.2023-cü il tarixdə 80 manat məbləğində pulları istifadəsində olan "xxxx"-a aid 4169 7388 1021 6006 nömrəli adına olan kart hesabına, habelə xx.xx.2024-cü il tarixdə 800 manat və xx.xx.2024-cü il tarixdə 30 manat pulu istifadəsində olan "xxxx"-a aid 4169 737 Yer 1555 nömrəli adına olan kart hesabına göndərmişdir. O da İslamı aldadıb ondan əldə etdiyi həmin məbləğlərdə pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Qeyd etmişdir ki, Zərərçəkmiş şəxs istifadəsində olan kart hesablarına göndərdiyi bu məbləğlərdən əlavə: 2023-cü: il ərzində ayri-ayıt: vaxtlarda: müxtəlif yerlərdə hissələrlə olmaqla bu işin düzəlməsi üçün ona 2600 manat əlavə pul vermişdir. Qeyd etmişdir ki, 2023-cü ilin ortalarında dəqiq xatırlamadığı vaxtda İslama zəng vurub bu işin düzəlməsi üçün 1000 manat pul istəmişdir. İslam isə cəmi 500 manat düzəltdiyini bildirmişdir. Həmin gün İslamın yaşadığı Salyan rayonu Qardili kəndi ərazisinə getmişdir. Həmin vaxt İslamla kənd ərazisində görüşmüş və orada İslam 500 manat pulu əlillik müavinətinin düzəlməsi üçün ona vermişdir. O, pulu aldıqdan sonra oradan çıxıb getmişdir. Bundan bir neçə gün sonra axşam saatlarında yenidən İslama zəng vurub bu işin düzəlməsi üçün yenə də pul istəmişdir. İslam isə cəmi 600 manat pul düzəltdiyini bildirmişdir. Həmin gün Salyan şəhəri Babazanlı körpüsünün yaxınlığında İslamla görüşmüş və 600 manat pulu ondan almışdır. Bundan bir neçə gün sonra yenə də İslama zəng vurub əlilliyinin düzəlməsi üçün əlavə pullar lazım olduğunu bildirdiyindən həmin ərəfələrdə dəqiq xaurlamadığı vaxtlarda İslamla Salyan şəhəri ərazisində görüşüb 1000 manat və 500 manat məbləğində pulları ondan almışdır. İslam bu müddət ərzində ondan işin nə yerdə qaldığını və niyə düzəlmədiyini soruşduqda, o, yalandan İslamı aldadıb səbirli olmağı və yaxın vaxtlarda düzələcəyini bildirmişdir. Artıq, 2024-cü ilin sonlarında İslam ona bu işlə əlaqədar mütəmadi olaraq zənglər etdiyi üçün İslamın telefon zənglərini açmamışdır. Daha sonra İslam onun barəsində polisə şikayət edəcəyini bildirdikdə, ona bu işə polisin baxmadığını və “hara şikayət edirsənsə et” deyə bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, İslam ona verdiyi 5850 manatdan əlavə 450 manatı da bu müddət ərzində onunla birlikdə guya ki bu işlərin yerinə yetirilməsi üçün Bakı, Şirvan şəhərlərində getdikləri yerlərə yanacaq puluna və digər xərclər üçün xərcləmişdir. Bir daha bildirmişdir ki, Zərərçəkmiş şəxs ləğv olunmuş İl qrup əlillik müavinətini bərpa etdirəcəyinə dair yalandan vədlər verib onu aldadaraq onun ümumilikdə 6300 manat pulunu ələ keçirməklə həmin məbləğdə maddi ziyan vurmuşdur. Hazırda Zərərçəkmiş şəxsla aralarında razılığa gəlmiş, özünə məxsus təqaüd kartını zərərçəkmiş şəxsə verdiyini, hər ay ona məxsus təqaüd kartından zərərçəkmiş şəxsə 150 manat pul verəcəyini bildirərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə-dindirmə protokolu, ödəniş qəbzlərinə baxış keçirilməsi və götürmə protokolu, maliyyə əməliyyatlarına dair məlumatların çıxarışlarına baxış keçirilməsi haqqında protokol və cinayət işinin digər istintaq materialları işin faküki hallarına uyğun gəldikləri və iş materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonu Qardili kəndində qeydiyyatda olmaqla ailə üzvlərilə birlikdə yaşayır. O, İ Qarabağ Müharibəsi iştirakçısı olduğu və müharibədə yaralandığı üçün bir neçə il idi ki, İİ qrup müharibə əlilliyi müavinəti almışdır. 2021-ci ilin noyabr ayında onun əlillik müavinəti dayandırılmışdır. Bildirmişdir ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs 2023-cü ilin əvvəllərindən tanımışdır. Həmin vaxtlar kənd sakinlərindən ona Salyan şəhər sakini Təqsirləndirilən şəxs bu işlərlə məşğul olduğunu və onun ləğv olunmuş İİ qrup müharibə əlilliyini bərpa etdirə biləcəyini bildirmişlər. Bu səbəbdən həmin vaxtlar Vüqarla rastlaşdıqda, ona əlilliyinin ləğv olunduğunu bildirmişdir. Vüqar da ona bu işi həll edə biləcəyini, bununla əlaqədar tanışlarının olduğunu və onların vasitəsilə onun əlillik müavinətini bərpa etdirəcəyini bildirmişdir. O, da Vüqarla razılaşmışdır. Vüqar ona ilkin olaraq bu işi 1500 manata həll edəcəyini bildirmiş və o da razılaşmışdır. Bunda sonra Vüqar ondan bu işin düzəlməsi üçün pullar istəməyə başlamışdır. O, da Vüqarın əlillik müavinətini düzəltməsi üçün xx.xx.2023-cü ildə 200 manat, həmin gün yenə də 200 manat, xx.xx.2023-cü ildə 1000 manat, xx.xx.2023-cü ildə 500 manat, 2023-cü ilin mart ayında dəqiq xatırlamadığı gündə 200 manat, 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə 200 manat, 2023-cü ilin aprel ayında dəqiq xatırlamadığı gündə 40 manat, 2023-cü ilin may ayında dəqiq xatırlamadığı gündə 30 manat məbləğində pulları Vüqarın istifadəsində olan "xxxx"-a aid 4169 7388 1021 6006 nömrəli kart hesabına, habelə xx.xx.2024-cü il tarixdə 30 manat pulu Vüqarın istifadəsində olan "xxxx"-a aid 4169 73 ** **** 1555 nömrəli kart hesabına göndərmiş və göndərdiyi pulların qəbzlərini istintaqa təqdim etmişdir. O, Vüqarın istifadəsində olan kart hesablarına göndərdiyi 2400 manatdan əlavə 2023-cü il ərzində ayrı-ayrı vaxtlarda müxtəlif yerlərdə hissələrlə olmaqla bu işin düzəlməsi üçün Vüqar Nəcəfova 3450 manat əlavə pul vermişdir. 2023-cü ilin ortalarında dəqiq xatırlamadığı vaxtda yaşadığı kənd ərazisində həmkəndlisi Şahid2 məxsus dükanda olarkən Vüqar ona zəng vurub bu işin düzəlməsi üçün 1000 manat pul istəmişdir. O, isə cəmi 500 manat düzəltdiyini bildirmişdir. Həmin vaxt Vüqar dükana gəlmişdir. O, Neymətin yanında 500 manat pulu əlillik müavinətinin düzəlməsi üçün Vüqara vermişdir. Vüqar pulu aldıqdan sonra dükandan çıxıb getmişdir. Bundan bir neçə gün sonra axşam saatlarında Vüqar yenidən ona zəng vurub bu işin düzəlməsi üçün yenə də pul istəmişdir. O isə cəmi 600 manat pul düzəltdiyini bildirmişdir. Həmin gün Salyan şəhəri Babazanlı körpüsünün yaxınlığında Vüqarla görüşmüş və 600 manat pulu Vüqara vermişdir. Bundan bir neçə gün sonra Vüqar yenə də ona zəng vurub əlilliyinin düzəlməsi üçün əlavə pullar lazım olduğunu bildirdiyindən həmin ərəfələrdə dəqiq xatırlamadığı vaxtlarda o, Vüqarla Salyan şəhəri ərazisində görüşüb 1000 manat və 500 manat məbləğində pulları Vüqara vermişdir, 2023-cü ilin payız aylarında dəqiq xatırlamadığı vaxtda o, Vüqarla Salyan şəhəri ərazisində görüşdükdə, Vüqar ondan əlilliyinin düzəlməsi üçün yenə də pul istəmişdir. Həmin vaxt pulu olmadığından qardaşı Ağazamanla əlaqə saxlamışdır. O, qardaşı Ağazamana ləğv olunmuş, əlilliyinin bərpa olunması üçün Salyan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsə müəyyən məbləğlərdə pullar verdiyini, hazırda bu işin düzəlməsi üçün yenə də əlavə 850 manat pul lazım olduğunu bildirmişdir. Ağazaman da ondan pul göndərmək üçün kart nömrəsi istəmişdir. O da Vüqarın istifadəsində olan "xxxx"-a aid 4169 73 ** ****1555 nömrəli kart hesabını Ağazamana göndərmişdir. Ağazaman da bir neçə dəqiqə ərzində 850 manat pulu Vüqarın həmin kart hesabına göndərmişdir. O, bir neçə gün ərzində həyətimdə heyvanını satıb qardaşı Ağzamanın pulunu qaytarmışdır. O, bu müddət ərzində Vüqardan iştn nə yerdə qaldığını və niyə düzəlmədiyini soruşduqda, Vüqar ona səbirli olmağı və yaxın vaxtlarda düzələcəyini bildirmişdir. 2024-cü ilin sonlarında Vüqarın telefon zənglərini açmadığını, habelə barəsində polisə şikayət edəcəyini ona bildirdikdə, Vüqar bu işə polisin baxmadığını və “hara şikayət edirəmsə edim” deyə bildirdiyini gördükdə, aldandığını başa düşüb polisə şikayət etməyi qərara almışdır. Təqsirləndirilən şəxs verdiyi 5850 manatdan əlavə 450 manatı da bu müddət ərzində Vüqarla birlikdə bu işlərin yerinə yetirilməsi üçün Bakı, Şirvan şəhərlərində getdikləri yerlərə yanacaq puluna və digər xərclər üçün xərcləmiş və Vüqar ona ümumilikdə 6300 manat maddi ziyan vurmuşdur. Bildirmişdir ki, Vüqara verdiyi pulların 3200 manatını həmkəndlisi Vidadi Tofiq oğundan, 850 manatını qardaşı Ağazamandan almış, amma həmin şəxslərin pullarını qaytarmışdır. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, əslində 21 may 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs istifadəsində olan, "xxxx"-a aid 4169 7388 1021 6006 nömrəli kart hesabına 30 manat yox, 80 manat pul göndərmişdir. Bundan başqa 20 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"-a aid 4169 73 ** ****1555 nömrəli kart hesabına qardaşı Şahid1 tərəfindən 850 manat yox, 800 manat pul göndərilmişdir. O, İ Qarabağ Müharibəsində olduğu və nəticədə başından kontuziya aldığı üçün yaddaşında problemler olduğundan əvvəlki ifadəsində qeyd olunan məbləğləri və onların tarixlərini doğru qeyd etməmişdir. Bildirmişdir ki, 2023-cü ilin ortalarında dəqiq xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs 10 manat pulu yaşadığı Salyan rayonu Qardili kəndi ərazisində dükanda yox, Salyan rayonu Qardili kəndi ərazisində yaşadığı evin yaxınlığında onunla görüşüb orada Təqsirləndirilən şəxs vermişdir. Hazırda Təqsirləndirilən şəxs onda dəymiş ziyanı ödəməsə də, onunla aralarında razılığa gəlmiş, Vüqar özünə məxsus təqaüd kartını ona vermiş, o da həmin kartdan hər ay 150 manat pulu götürəcəkdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanıın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Yaşadığı kənddən qonşu kənddə, yəni Salyan rayonu Qardili kəndində yaşayan Zərərçəkmiş şəxs uzun müddətdir ki tanımış və onunla tanış kimi yaxın münasibətləri vardır. İslam İ Qarabağ Müharibəsi iştirakçısı olduğu və müharibədə yaralandığı üçün bir neçə il idi ki, İİ qrup müharibə əlilliyi müavinəti almışdır. 2021-ci ilin noyabr ayında İslamın əlillik müavinəti dayandırılmışdır. Bildirmişdir ki, 2023-cü ilin yay aylarında dəqiq xatırlamadığı vaxtda İslamla kənd ərazisində rastlaşdıqda İslam ona Salyan şəhər sakini Təqsirləndirilən şəxs adlı şəxsin onun ləğv olunmuş İİ qrup müharibə əlilliyi müavinətini bərpa etdirəcəyini, bunun üçün Təqsirləndirilən şəxs kart hesabına ayrı-ayrı vaxtlarda hissələrlə olmaqla müəyyən məbləğlərdə pullar göndərdiyini bildirib həmin pul qəbzlərini də ona göstərmişdir. İslam Təqsirləndirilən şəxs aldığı pullardan əlavə bu işin düzəlməsi üçün yenə də pul istədiyini bildirmiş və həmin vaxt Vüqara verməyə pulu olmadığından ondan borc pul istəmişdir. O, da İslama borc pul verməyə razı olmuşdur. Həmin vaxt İslam Vüqara verməsi üçün ondan 1000 manat borc pul almışdır. Bundan sonra İslam həmin ilin yəni 2023-cü ilin payız aylarınadək olan müddət ərzində ayrı-ayrı vaxtlarda hissələrlə olmaqla İslam ondan Vüqara verməsi üçün ümumilikdə 3200 manat borc pul almışdır. Təqsirləndirilən şəxs tanışı İslam İİ qrup müharibə əlilliyi müavinətini bərpa etdirəcəyini vəd verib ümumilikdə İslamdan 6300 manat pul almışdır. Qeyd etmişdir ki, hazırda İslam bu iş üçün ondan aldığı 3200 manat borc pulu ona qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Salyan rayonu Qardili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Salyan rayonu Qardili kəndində yaşadığı evin yaxınlığında özünə məxsus ərzaq mağazası işlədir. Həmkəndlisi olan Zərərçəkmiş şəxs müəyyən vaxtlarda mağazasından alver edib getmişdir. İslamın İ Qarabağ Müharibəsi iştirkçısı olduğu və müharibədə yaralandığı üçün bir neçə il idi ki, İİ qrup müharibə əlilliyi müavinəti aldığını və bir neçə il bundan əvvəl əlillik müavinətinin dayandırıldığını eşitmişdir. O, İslamın müəyyən vaxtlarda mağazaya gəldikdə kənd sakinləri ilə söhbət edərkən onun tanımadığı, İslamın özünün Salyan şəhərindən olan tanışı, sonradan adını bildiyi Vüqar adlı şəxsin vasitəsilə İİ qrup müharibə əlilliyini düzəltdirməyə çalışdığını eşitmişdir. Bir dəfəsində, yəni 2023-cü ilin ortalarında dəqiq xatırlamadığı vaxtda İslam ona məxsus dükanda olarkən İslama zəng gəlmişdir. İslam ona onun üçün əlillik müavinətini düzəldəcək şəxsin kəndə gələcəyini və ona bundan ötrü pul verəcəyini bildirmişdir. Bundan sonra İslam dükandan ayrılıb getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 07 mart 2025-ci il tarixli “baxış və götürmə haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 9 ədəd ödəniş qəbzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. 07 mart 2025-ci i tarixli “baxış keçirilməsi götürmə barədə” protokoldan görünür ki, təqdim olunmuş ödəniş qəbzlərinə baxış zamanı Zərərçəkmiş şəxs 01 mart 2023-cü il tarixdə 200 (iki yüz) manat, həmin tarixdə 200 (iki yüz) manat, 06 mart 2023-ci il tarixdə 1000 (mni) manat, 19 mart 2023-cü il tarixdə 500 (beş yüz) manat, 24 mart 2023-cü il tarixdə XƏ0 akt yüz) manat, 18 aprel 2023-cü il tarixdə 40 (qırx) manat, 24 aprel 2023-cü il tarixdə 200 (iki nüz) manat və 21 may 2023-cü il tarixdə 80 (səksən) manat pulu göndərdiyi, habelə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs adına olan 4169 73** ****1555 nömrəli kart hesabına 18 fevral 2024-cü il tarixdə 30 (otuz) manat pulu göndərdiyi müəyyən olunmuşdur. Zərərçəkmiş şəxs Azərbaycan Resoublikasının Daxili İşlər Nazirinə ərizə ilə müraciət edərək bildirmişdir ki, 2023-cü ildə Vüqar adlı şəxs ondan 6300 manat pul almış, pensiya bərpa etmək adı ilə,hal-hazırda qaz idarəsində işləyir, onun pulunun geri alınmasında köməklik edilməsini xahiş etmişdir. 15 mart 2025-ci il tarixdə “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. 24 mart 2025-ci il tarixdə “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Salyan rayon PŞ-nə gətirilərək istintaq orqanına təqdim olunmuşdur. 25 mart 2025-ci il tarixli DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli “Amnistiya” Qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Salyan rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli, 1(057)-153/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. 07 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan ediilmədi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan barəsində axtarış elan olunmuş və olduğu yer müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Salyan Rayon Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qərarından görünür ki, ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs adına "xxxx"-a aid hansı kart hesablarının olması, Təqsirləndirilən şəxs istifadəsində olan, "xxxx"-a aid 4169 7388 1021 6006 və 4169 73** ****1555 nömrəli kart hesablarının kimə məxsus olması, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddətdə həmin kart hesablarına və Təqsirləndirilən şəxs adına olan digər kart hesablarına nə qədər pul məbləğlərinin köçürülməsi, həmin hesabların kimə (kimlərə) məxsus olması və həmin hesab sahiblərinin anket məlumatları "xxxx" ASC-dən götürülməsi qərara alınmışdır. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 11 aprel 2025-ci il tarixli, 181-68/2-650/2025 nömrəli məktubundan görünür ki, Salyan şəhəri C.Cabbarlı küçəsi ev 87, mənzil 2-də qeydiyyatda olan, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. 21 aprel 2025-ci il tarixli “axtarışda olan şəxsin könüllü gəlməsi barədə” protokoldan görünür ki, Salyan RPŞ-nin İstintaq Bölməsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməklə xx.xx.2025-ci il tarixdən Salyan RPŞ-nin İB-si tərəfindən axtarışa elan olunaraq həmin tarixdən Salyan RPŞ-də barəsində 720084 nömrəli axtarış işi açılmış xx.xx.1983-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:40-da özü könüllü olaraq Salyan rayon PŞ-nə gəlmişdir.Odur ki, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, protokol tərtib olunan zaman əlavə, ərizə və şikayət daxil olmamış, protokolun doğruluğunu imzalarla təsdiq edilmişdir. 21 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:40-da özü könüllü olaraq Salyan RPŞyə gələrək Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. 21 aprel 2025-ci il tarixli üzləşdirmə-dindirmə protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs üzləşdirilən zaman Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onun İİ qrup müharibə əlilliyi müavinətini bərpa etdirəcəyinə dair yalan vədlər verib onu aldatması nəticəsində ümumilikdə qna 6300 manat maddi ziyan vurduğunu Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs də İslam Yusubov tərəfindən üzünə qarşı deyilənləri təsdiq etmişdir. 23 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. 23 aprel 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. 23 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. 01 may 2025-ci il tarixli maliyyə əməliyyatlarına dair məlumatların çıxarışlarına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olmuş "xxxx"-a aid 4169 73******6006 nömrəli kart hesabı üzrə 2023-2024-cü illər ərzində maliyyə əməliyyatlarına dair bank məlumatlarının çıxarışlarına baxış zamanı 01 mart 2023-cü il tarixdə həmin kart hesabına 200 (iki yüz) manat, həmin gün qeyd olunan kart hesabına yenə 200 (iki yüz) manat, 06 mart 2023-cü il tarixdə kart hesabına 1000 (min) manat, 19 mart 2023-cü il tarixdə kart hesabına 500 (beş yüz) manat, 24 mart 2023cü il tarixdə kart hesabına 200 (iki yüz) manat, 18 aprel 2023-cü il tarixdə kart hesabına 40 (qırx) manat, 24 aprel 2023-cü il tarixdə kart hesabına 200 (iki yüz) manat və 21 may 2023-cü il tarixdə 80 (səksən) manat məbləğində pul ödənişlərinin mədaxil olunduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olmuş “Xapital Bank”-a aid 4169 73** ****1555 nömrəli kart hesabı üzrə 2023-2024-cü illər ərzində maliyyə əməliyyatlarına dair bank məlumatlarının çıxarışlarına baxış zamanı 20 yanvar 2024-cü il tarixdə həmin kart hesabına 800 (səkkiz yüz) manat və 18 fevral 2024cü il tarixdə 30 (otuz) manat məbləğində pul ödənişlərinin mədaxil olunduğu müəyyən olunmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-cü il tarixdən mina partlayışından sonra sağ baldırın orta 1/3 sən amputasiya olunduğu göstərilmişdir. İş materiallarında olan sənəddən görünür ki, Təqsirləndirilən şəxs “X9” İctimai Birliyinin üzvüdür. Həmçinin DSMF Salyan rayon şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ömürlük İ qrup əlillik verilmişdir (hərbi xidmət vəzifəsini yerinə yetirərkən). “ARAN” Regional Kilinkasının xx.xx.2024-cü il tarixli Lomber MRT müayinədən görünür ki, nəticə: -Lomber lordozda düzləşmə. -Osteodegenerasiya əlamətləri. -L4-L5 fəqərəarası diskdə diffuz qabarma zəminində - 4mm ölçüdə geniş əsaslı sağ paramedian protruziya. Sağ sinir kökünə lateral resses səviyyəsində kompressiya izlənilir. -L5-841 fəqərəarası diskdə diffuz qabarma zəminində -3.6 mm ölçüdə sol paramedian-foraminal protruziya, sol tərəfli faset oynaq artrozu. Sol sinir kökünə foramen səviyyəsində kompressiya izlənilir. -L5-S1 səviyyədə sol lateral ressesdə sol S1 radiksini sıxan — 8 mm kraniokaudal ölçüdə — 5 mm anterior-posterior ölçüdə hipo-izointens görünüm (inferiora miqrasiya etmiş sekvestr ilə uyğun) olduğu göstərilmişdir. Salyan rayonu İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC-nin 02 may2025-ci il tarixli 353 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkib hissəsi arvadı 1990-ci il təvəllüdlü X1, qızı-2019-cu il təvəllüdlü X6, oğlu 1997-ci il təvəllüdlü X4 ibarətdir. O, Salyan şəhəri C.Cabbarlı küçəsi 87 saylı ev 2 saylı mənzildə pasport qeydiyyatındadır, lakin həmin mənzildə yaşamır, Təqsirləndirilən şəxs barəsində şikayət və ərizə daxil olmadığı bildirilmişdir. 03 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxsla razılığa gəlmişlər, hər ay ona məxsus Prezdent təqaüdü kartından ona 150 manat verəcəyini və bu səbəbdən kartı İslama verdiyini, İslamla 2500 manatla razılaşdığını, ondan şikayət və tələbi olmadığını, bir daha 2500 manat pulun tam ödəniləcəyinədək kartın İslamda qalacağına söz verdiyini qeyd etmişdir. Zərərçəkmiş şəxs Vidadi oğlunun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə aralarında razılığa gəlmişlər, ona görə də Vüqar özünə məxsus kartı ona vermiş, o da həmin kartdan 150 manat məbləğində pulu götürür, bununla da razılığa gəldiyi 2500 manat pulu Vüqar ona verməyi öhdəsinə götürmüşdür. Buna görə də, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Odur ki, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İbtidai istintaq orqanının 05 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, üzləşdirmə-dindirmə protokolu, ödəniş qəbzlərinə baxış keçirilməsi və götürmə protokolu, maliyyə əməliyyatlarına dair məlumatların çıxarışlarına baxış keçirilməsi haqqında protokol və cinayət işinin digər istintaq materialları işin faküki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, bəzi istintaq materiallarında Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olan 4169 73** ****6006 nömrəli kart hesabına 2023-cü ilin may ayında dəqiq müəyyən edilməyən vaxtda 30 (otuz) manat, habelə Zərərçəkmiş şəxs qardaşı Şahid1 tərəfindən 2023-cü ilin payız aylarında dəqiq müəyyən edilməyən vaxtda Təqsirləndirilən şəxs adına olmaqla istifadəsində olan 4169 73** ****1555 nömrəli kart hesabına 850 (səkkiz yüz əlli) manat göndərildiyi qeyd edilsə də, aparılmış istintaqla həmin xüsusatlar üzrə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs 4169 73** ****6006 nömrəli kart hesabına 21 may 2023-cü il tarixdə 80 (səksən) manat, habelə Zərərçəkmiş şəxs qardaşı Şahid1 tərəfindən 20 yanvar 2024-cü 11 tarixdə Təqsirləndirilən şəxs 4169 73** ****1555 nömrəli kart hesabına 800 (səkkiz yüz) manat pulun göndərildiyi müəyyən olunduğu üçün iş üzrə həmin xüsusatlar nəzərə alınmışdır. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş ziyanının qismən aradan qaldırılmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə edərək, dəymiş ziyanı qismən aradan qaldırımış, himayəsində azyaşlı uşaqları vardır. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 5, mənzil 51 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 5, mənzil 51 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun "xxxx"ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar