Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-49/2023 19.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1997-ci ildə Sabirabad rayonu Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olan, Sabirabad rayonu Ulacalı ərazi dairəsinə aid Şıxlar kəndində qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının ortalarından kirayədə yaşadığı Salyan rayonu, Şorsulu kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evindən həmin ilin oktyabrın 30-da saat 23 radələrində 350 manat dəyərində, 35-40 m2 ölçüdə "Elite" markalı bir ədəd kondisioneri, 70 manat dəyərində bir ədəd "Marcus" markalı su mühərriki və hidroforu, "Fab" markalı, 10 kq çəkidə, 2 ədəd 110 manat dəyərində "Megaplus" iç cəbhə ev boyasını gizli olaraq talayıb oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs cəmi 530,0 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Sabirabad rayonunun Şıxlar kəndində yaşayır və özü də 2022-ci ilin əvvəlində yaşadığı kənddə həmkəndlisi Etimad adlı şəxsə məxsus 12 baş qoyunu oğurladığına görə Sabirabad Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. 2022-ci ilin yay aylarında işləmək üçün Salyan rayonunun Şorsulu kəndinə gələrək orada kəndə işıq çəkən briqadada işləməyə başlamış, başqa evdə qalsada sonradan həmin evdən çıxdığından özünə ev axtarmış, Şövqi adlı şəxsin evini kirayə verdiyini öyrənmişdir. Şövqiyə zəng edərək evini ona kirayə verməsini xahiş etmişdir. Şövqi ilə razılaşmaya əsasən o, Şövqiyə oktyabr ayının sonunda 50 manat, növbəti aydan sonra isə hər ay 200 manat pul verəcəyini demişdir. 2022-ci ilin oktyabr ayının ortalarında Şövqinin kənddəki evinə yığışıb orada qalmağa başlamış, etdiyi oğurluq əməlinə görə Sabirabad Rayon Məhkəməsində işə baxılan zaman Sabirabad rayonuna gedib gəlməyə pul lazım olduğundan evdən oğurluq etmək qərarına gəlmiş, həyətdəki bir ədəd su nasosunu üzərindəki hidroforla birlikdə açıb götürmüş, sonra evdə olan 2 ədəd təzə boyaları da oğurlayıb həmin əşyaları yaxınlıqdakı Ələt-Astara yoluna çıxarıb onları yoldan keçən tanımadığı bir maşının sürücüsünə satmışdır. Oğurladığı kondisioneri aparmaq üçün ona maşın lazım olacağını nəzərə alaraq həmkəndlisi Rəşidə zəng vurub ondan maşını ilə Salyan rayonu Şorsulu kəndinə gəlib onu oradan götürüb kəndlərinə aparmasını xahiş etmiş, əvəzində buna görə ona yol pulu verəcəyini demişdir. Rəşid özünə məxsus “Mercedes” markalı maşınla Salyan rayonu Şorsulu kəndinə gəlib maşınla onu yeməkxanadan götürəndən sonra kirayədə qaldığı Şövqinün evinə gətirmiş, qapıya çatandan sonra maşından düşüb özündə olan açarla həyət darvazasını açmış və Rəşiddən maşını həyətə salmasını xahiş etmişdir. Rəşid də onun sözü ilə maşını həyətə salmış, o isə gedib Şövqinün evinin baş tərəfində quraşdırılmış kondisioneri bağlandığı yerdən açıb çıxararaq onu gətirib Rəşidin maşınına qoymaq istəyəndə Rəşid buna qəti etirazını bildirib ondan nə üçün həmin kondisioneri oradan götürməsinin səbəbini soruşmuşdur. O da yalandan Rəşidə həmin kondisioneri ona guya ev sahibinin verdiyini desədə Rəşid onun sözlərinə inanmamış və kondisioneri maşınına götürməyib maşını həyətdən çölə çıxarmışdır. O vəziyyəti belə görüb kondisioneri götürüb darvazanın arxasına qoymuş, sonra darvazanı açarla bağlayıb Rəşidin maşınına mindikdən sonra Sabirabad rayonuna yola düşmüşlər. Yolda o, tanışı Tural adlı şəxsə zəng vurub ona maşını ilə gəlib onu Salyan şəhərindən götürməsini xahiş etmiş, Salyan şəhərində Rəşidin maşınından düşüb orada Turalı gözləmiş, Tural gələndən sonra isə onun maşını ilə Salyan rayonu, Şorsulu kəndinə qayıtmışdır. Kənddə Şövqinin həyətinin darvazasını açıb darvazanın arxasına qoyduğu kondisioneri götürüb onu Turalın maşınına qoymuşdur. Həmin vaxt Tural ondan kondisioneri ona kimin verməsini soruşanda yalandan ona həmin kondisioneri ev sahibinin gördüyü işə görə zəhmət haqqı kimi veridiyini demişdir. Ondan sonra onlar maşınla onun yaşadığı Sabirabad rayonu Şıxlar kəndinə gəlmiş, orada kondisioneri maşından düşürüb evlərinin zirzəmisində gizlətmiş, gecə olduğundan evdəkilərin onun evə kondisioner gətirməyindən xəbərləri olmamışdır. Sonra Turala 35 manat pul verib onu yola salmış, həmin vaxt dalınca evlərinə gəlmiş Rəşid də ondan yol pulunu istəyəndə ona pulunu bir neçə günə verəcəyini bildirmiş, Rəşid də onun sözünə inanıb çıxıb getmişdir. Səhəri günü Sabirabad şəhərinə gedib kondisioner ustalarına onda işlənmiş kondisioner olduğunu bildirib onu satmaq istədiyini bildirdikdə ustaların əksəriyyəti artıq yay mövsümünün başa çatdığını, kondisionerə tələbatın olmadığını bildirib onu almaqdan imtina etmiş, onlardan yalnız Avtandil adlı şəxs onun çox xahiş etdiyini və pula ehtiyacını nəzərə alaraq kondisioneri almağa razılaşmışdır. Ona görə də kəndə qayıdıb kondisioneri yoldan keçən bir taksi maşını ilə Avtandilin yanına gətirmiş və onu həmin şəxsə 100 manata satmışdır. Səhəri günü Sabirabad rayon PŞ-nin əməkdaşları axtarışda olduğuna görə onu tutmuş və o vaxtdan da həbsdə qalmışdır. Oğurluq etdiyinə görə hazırda səhvini başa düşür və tutduğu əməlindən də səmimi peşimandır. Zərərçəkmiş şəxslə barışdığını, vurduğu ziyanı ödəyərək zərəri aradan qaldırmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Salyan rayonu, Şorsulu kəndində fərdi yaşayış evi olsada o, 5 ildir ki, ailəsi ilə birlikdə Abşeron rayonu, Masazır qəsəbəsində yaşayır və həmin vaxtdan da onun Şorsulu kədindindəki evi boş qalmış, hərdən kəndə gələndə evə özləri baş çəkmiş, indiyədək yaşadığı kənddə oğurluq olmadığından evlərinə də dəyən olmamışdır. Təxminən 2022-ci ilin oktyabr ayının ortalarında Səyyid ona zəng edərək kənddə qalmağa ev axtardığını deyib ondan evini ona kirayə verməsini xahiş etmiş, o da həmin vaxt Səyyidə kəndə gələndə onunla görüşüb söhbət edəcəyini demişdir. Ondan sonra kəndə gələndə Səyyidlə görüşmüş, görüşən zaman Səyyid ona kənddə işlədiyindən hazırda gecələməyə yeri və pulu olmadığını, ona görə də kənddə özünə gecələmək üçün yer axtardığını, ondan hələlik bir neçə gün evində gecələməyə icazə verməsini xahiş edib hələlik ona ancaq 50 manat pul verəcəyini, bir neçə gün gecədən gecəyə gəlib evində qalacağını, işlərini qaydaya salandan sonra isə ona ayda 200 manat pul verəcəyini demiş, həmin vaxt Səyyidə yazığı gəldiyi üçün ona həmin pula bir neçə günlük evində gecələməsinə etiraz etmədiyini, ancaq evini ona yalnız gecələmək üçün verdiyini, evdə olan əşyalarından isə ona istifadə etməyə icazə vermədiyini, nə vaxt ona aylıq kirayə haqqı kimi 200 manat verərsə onda evindəki əşyalardan istifadə etməyə icazə verəcəyini bildirmiş, Səyyid də onun bu şərtləri ilə razılaşmışdır. Razılaşandan sonra evini bir neçə günlük gecələməsi üçün Səyyidə vermiş və verərkəndə Səyyidin sonradan evindən oğurladığı bütün əşyaları, o cümlədən bir ədəd az işlənmiş "Elite" markalı kondisioneri, "Marcus" markalı bir ədəd su nasosu, bir ədəd gidroforu, 2 ədəd ev boya evində olmuşdur. 29 oktyabr 2022-ci il tarixdə kənddə hüzr məclisi olduğundan orada iştirak etmək üçün kəndə gəlmiş, hüzr məclisindən iştirak etdikdən sonra kənddəki evinə baş çəkib Səyyidlə görüşüb tanış olmuşdur. Həmin vaxt evinə baxan zaman evindəki bütün əşyalarının yerində olduğunu da görmüşdür. Söhbət zamanı Səyyid ona 30 oktyabr 2022-ci il tarixdə əmək haqqını alacağını və ona zəng vuraraq kartına 50 manat pul yükləyəcəyini bildirmiş, bir az söhbət etdikdən sonra Səyyidlə sağollaşıb Bakı şəhərinə qayıtmışdır. 30 oktyabr 2022-ci il tarixdə Səyyid ona pul göndərmədiyindən ona bir neçə dəfə zəng vurmuş, lakin Səyyid onun telefonunu açmayaraq ona cavab verməmiş, ona görə də məcbur qalıb 31 oktyabr 2022-ci il tarixdə axşam Salyan rayonu, Şorsulu kəndindəki evinə gəlmiş, evə gələndən sonra Səyyidin evində olmadığını, evindəki bir ədəd "Elite" markarlı kondisionerinin, bir ədəd "Markus" markalı su nasosunun, bir ədəd hidroforunun, 2 ədəd təzə, işlənməmiş ağzı bağlı emulsiya boyasının oğurlandığını görmüş, Səyyidi nə qədər axtarsada onu tapa bilmədiyindən gecəynən DİN-in 102 Xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Oğurlanmış əşyalarının təxmini dəyəri 1180 manat təşkil etmiş, Salyan RPŞ-nə ərizə verərkən bir ədəd dəmir qazanının oğurlandığını göstərsədə sonradan həmin qazanının evində olduğunu, qeyd etdiyi digər əşyalarının isə oğurlandığını müəyyən etmişdir. Ona görə də Salyan RPŞ-nə yazdığı ərizəsində həmin şəxsin tapılıb məsuliyyətə cəlb olunmasını və ona dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona vurulmuş maddi və mənəvi ziyanının tam olaraq ödənildiyini, ona qarşı hər hansı bir mülki iddia, şikayət və tələnbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, etibarnamə əsasında “Mersedes Benz” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə etməklə gündəlik çörək pulunu qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs həmkəndlisidir. 2022-ci ilin oktyabr ayının sonlarında bir dəfə Bakı şəhərindən maşınla qayıdan zaman Səyyid axşamçağı saat 18 radələrində ona zəng vurub Salyan rayonunda olduğunu, yolda maşına başqa müştəri götürməməsini və gəlib onu Salyan rayonundan götürməyini tapşırıb buna görə ona 70 manat pul verəcəyini bildirmiş, razılıq verəndən sonra o da öz maşını ilə Səyyidin dediyi yerə, yəni Salyan rayonu, Şorsulu kəndinə gəlmişdir. Kənddə Səyyid onu bir yeməkxananın qarşısında qarşılamış, həmin vaxt Səyyid sərxoş vəziyyətdə olmuş, görüşəndən sonra Səyyid ona kirayədə qaldığı evinə gedib oradan əşyalarını götürüb aparmagı xahiş etmiş, razılıq verəndən sonra Səyyidin evin kondisionerini çıxardığını görüb ondan nə etdiyini soruşanda Səyyid ona narahat olmamasını, həmin kondisioneri ona ev sahibinin verdiyini demiş, lakin Səyyidin sözünə inanmadığından onunla razılaşmayaraq tez maşınını həyətdən çıxarıb çöldə saxlamışdır. Səyyid bunu görüb gəlib maşına əyləşərək ona narazılıq etməyə başlamış, o da Səyyidə belə işlərə heç vaxt baş qoşmadığını, nahaq yerə ona zəng vurub bura çağırdığını demişdir. Yolda gedərkən Səyyid kiməsə zəng vurub həmin şəxsdən gəlib onu Salyandan aparmasını xahiş etdiyindən maşını saxlatdıraraq yolda maşından düşmüş, Səyyidi yolda düşürəndən sonra o, öz yaşadığı kəndə gəlib Səyyidi yolda gözləməyə başlamış, təxminən 2 saatdan sonra Səyyidin qırmızı rəngli bir VAZ 2106 markalı maşınla kəndə gəldiyini görüb həmin maşını saxlatdırıb Səyyiddən yol pulunu istəmiş, lakin Səyyid ona hazırda pulunun olmadığını, onun pulunu sonra verəcəyini bildirmişdir. O da vəziyyəti belə görüb daha ona bir söz deməmiş, 3-4 gün sonra rayonda Səyyidin Sabirabad rayonunda tutulduğunu eşitmişdir. O, öz maşını ilə Səyyidlə Salyan rayonu, Şorsulu kəndindən heç nə götürüb aparmamış, Səyyidin oradan nə oğurlamasını, oğurladığı əşyaları kiminlə, hara aparmasını da bilməmiş və bu barədə onun heç bir məlumatı olmamışdır. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1, Şahid3 və Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdilər. Cinayət işinin 55-56-cı vərəqələrində olan Şahid3 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, Sabirabad şəhərində özünə məxsus kiçik təmir sexində kondisioner ustası kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs o, əvvəldən tanımamış və onunla heç bir münasibəti də olmamışdır. 31 oktyabr 2023-cü il tarixdə tanımadığı bir şəxs ona zəng edərək pula ehtiyacı olduğu üçün özünə məxsus kondisionerini satmaq istədiyini bildirmiş, o da həmin şəxsə kondisioneri işlədiyi yerə gətirməyi tapşırmışdır. Bundan bir az sonra özünü ona Səyyid kimi təqdim edən bir şəxs işlədiyi sexə işlənmiş bir ədəd "Elite" markalı kondisioner gətirmiş, əvvəlcə o, yay mövsümünün artıq başa çatdığı və kondisionerlərə tələbatın azaldığını bildirərək kondisioneri almaq istəməsədə Səyyid adlı şəxs evində pula çox ehtiyacı olduğunu, məhz bu səbəbdən də kondisioneri mütləq satmalı olduğunu ona demiş, Səyyidin bu sözlərindən sonra danışıb 100 manat verməklə həmin kondisioneri ondan almışdır. Kondisioneri Səyyidən alan zaman onun oğurluq olmasını bilməmiş, bu barədə heç bir məlumatı olmamış, Səyyid onun yanına tək gəlmiş, Səyyidin kondisioneri gətirdiyi avtomobili də görməmişdir. Sonradan polis əməkdaşları onun işlədiyi yerə gəlib bu barədə ondan soruşduqda o, hər şeyi olduğu kimi etiraf etmiş və Səyyid adlı şəxsdən aldığı bir ədəd işlənmiş "Elite" markalı kondisioneri də onlara təqdim etmişdir. Polis əməkdaşları bu barədə protokol yazıb oxuduqdan sonra həmin kondisioneri də götürüb aparmışlar. Cinayət işinin 32-33-cü vərəqələrində olan Şahid4 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, 7 ildir ki, "xxxx" MMC-də briqadir vəzifəsində işləyir və briqadir kimi vəzifəsinə müdiriyyətin ona tapşırdığı sahədə görüləcək işlərin təşkilini həyata keçirmək, həmin işləri görəcək işçilərin işinə nəzarət etmək və hər bir işçinin gördüyü iş barədə müdiriyyətə həftəlik məlumat verməkdən ibarətdir. Təqsirləndirilən şəxs o 2022-ci ilin yay aylarından tanımış, belə ki, həmin vaxtlarda Bakı şəhərində işləyərkən kirayə qaldığı evlə qonşu mənzildə yaşayan Təqsirləndirilən şəxslə tanış olmuş, tanış olandan sonra Səyyid ona iş olarsa onu da işə götürməsini ondan xahiş etmiş, bununla bağlı ona öz mobil telefon nömrəsini də vermişdir. 2022-ci ilin əvvəllərində işlədiyi "xxxx" MMC Salyan rayonunda iş götürdüyündən onların briqadası işləmək üçün Salyan rayonuna gəlmiş və onlar rayonun Şorsulu kəndində işıqlandırma işlərini həyata keçirmişlər. Salyan rayonunda işə başlayandan sonra Səyyidə zəng vurub onu işləməyə dəvət etmiş, Səyyid gələndən sonra ona işə başlamasına icazə verib görəcəyi işləri ona başa salıb izah etmişdir. 21 oktyabr 2022-ci il tarixdə özünün ailə problemi olduğu üçün Gəncə şəhərinə getmiş, 26 oktyabr 2022-ci il tarixdə Gəncədən qayıdıb gələndən sonra Səyyidi iş yerində tapa bilməmişdir. Səyyidin bacısına zəng vurub ondan Səyyidin harada olmasını soruşanda bacısı Səyyidin Sabirabad rayonunda həbs olunduğunu bildirmiş, lakin 29 oktyabr 2022-ci il tarixdə Səyyid onun yanına gəlib bir az problemləri olduğunu, hazırda onları həll etdiyini və 30 oktyabr 2022-ci il tarixdən işə çıxacağını bildirmiş, o da Səyyidin vəziyyətini nəzərə alıb onun işə başlamasına razılıq vermişdir. Lakin göstərilən tarixdə Səyyid yenə işə çıxmamış və ona etdiyi telefon zənglərinə də cavab verməmişdir. Sonradan məlum olmuşdur ki, Səyyid Salyan rayonu, Şorsulu kəndində kirayə qaldığı evdən oğurluq edib. Onun oradan nə oğurladığını və oğurladığı əşyaları, hara, kimə verdiyini bilməmiş, bu barədə də heç bir məlumatı olmamışdır. Cinayət işinin 32-33-cü vərəqələrində olan Şahid1 istintaq orqanına verdiyi ifadəsindən görünür ki, o, etibarnamə əsasında qırmızı rəngli, Vaz 2106 markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobildən taksi kimi istifadə etməklə həmin maşınla gündəlik çörək pulunu qazanıb ailəsini dolandırır. Təqsirləndirilən şəxs 2022-ci ilin yay aylarından tanımış, bir neçə dəfə Səyyid ona zəng vurub xahiş etdiyi üçün müştəri kimi Səyyidi ğz maşını ilə müxtəlif ünvanlara aparmış və buna görə hər dəfə ondan öz taksi pulunu almışdır. Sonuncu dəfə 2022-ci ilin oktyabr ayının axırlarında saat 22 radələrində Səyyid ona zəng vurub Salyan rayonunda olduğunu və gəlib onu aparmasını xahiş etdiyindən öz maşını ilə Salyan şəhərinə gəlib Səyyidlə orada görüşmüş, görüşəndən sonra Səyyid ona rayonun Şorsulu kəndində kondisioneri olduğunu, həmin kondisioneri zəhmət haqqı kimi ev sahibinin ona verdiyini bildirib maşınla gedib onu götürüb aparmağı xahiş etmiş, o da müştərisi kimi Səyyidin sözünü yerə salmayıb onunla birlikdə Salyan rayonu, Şorsulu kəndinə gəlmişdir. Həmin kənddəki bir həyətin qarşısında Səyyid maşından düşüb həyətə girərək əvvəldən içəri tərəfdən darvazanın arxasına qoyulmuş bir ədəd kondisioneri motoru ilə birlikdə gətirib maşına qoymuş, Səyyid həmin həyətə arxayın girdiyindən və kondisioneri də çox rahat şəklildə götürüb maşına qoyduğundan kondisionerin oğurluq olması onda heç bir şübhə oyatmamış, ondan sonra Səyyidi gətirib yaşadığı Sabirabad rayonundakı evlərində düşürəndə Səyyid maşından kondisionerini də götürüb ona 35 manat pul vermiş, Səyyidi düşürəndən sonra o, qayıdıb Şirvan şəhərinə gəlmişdir. Səyyidlə Salyan rayonu Şorsulu kəndinə gedərkən, eləcə də ondan sonra Səyyidin həmin kondisioneri oğurladığını bilməmiş, bu barədə Səyyidlə arasında heç bir söhbət olmamış, kondisionerdən başqa o, Səyyidlə birlikdə başqa heç nə aparmamış, Səyyidin həmin evdən digər əşyalar oğurlamasını bilməmiş və nə də görməmişdir. Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 01 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Salyan rayonu, Boranıkənd kəndindəki evində kirayədə yaşayan Təqsirləndirilən şəxs Xəxrəddin oğlu 30 dekabr 2022-ci il tarixdə evdə olan 800 manat dəyərində bir ədəd "LG" markalı kondisioneri, 180 manat dəyərində "Marcus" markalı su nasosu və bir ədəd gidroforu, 200 manat dəyərində boya və dəmir qazanlarının oğurlandığını, bununlada həmin şəxsin ona 1180 manat dəyərində madd ziyan vurulmuşdur. Cinayət işinin 8-12-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmiş, oğurlanmı əşyaların yeri Zərərçəkmiş şəxs tərəfindən göstərilmişdir. Cinayət işinin 20-22-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin tədqiqatçısı, polis baş leytenantı X3 tərəfindən tərtib olunmuş baxış keçirilməsi və əşyanın köçürülməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iştirakçıların və hal şahidlərinin iştirakı ilə evdən oğurlanmış “Elite” markalı kondisaner Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işinin 50-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsi ilə üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan mərhumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 53-54-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8780 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş, 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə aşağıdakı kimi müəyyən olunur: Bir ədəd 35- 40 kv.m ölçüdə 1 ədəd “Elite” markalı kondisoner, "Marcus" markalı su mühərriki və hidrofor və 2 ədəd “Fab” markalı 10 kq boya, cəmi 530 manat təşkil edir. Cinayət işinin 66-67-ci vərəqələrində olan Sabirabad rayon İH-nin Ulacalı kənd İƏDÜN-dən verilmiş 16 yanvar 2023-cü il tarixli yaşayış yeri barədə arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun bir azyaşlı xx.xx.2018ci il təvəllüdlü X2 var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 68-71-ci vərəqələrində olan Sabirabad Rayon Məhkəməsinin 1(056)- 69/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsiri bilinərək barəsində 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsi ilə üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətinə azadlıqdan mərhumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 96-97-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ila ittiham elan olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir”. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, himayəsində bir azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışmasını, vurulmuş ziyanın ödənilməsini, ona qarşı hər hansı bir mülki iddia, şikayət və tələnbin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkillər tərəfindən təqdim edilmiş hesabatları nəzərdən keçirərək müdafiəçilərin hesabatlarında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş hazırkı cəzaya qismən toplansın və üzərində qəti olaraq, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-49/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-49/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver