Məhkəmə qərarları › İş №1(057)-5/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-5/2024

27.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-5/2024 27.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1999-cu il təvəllüdlü, Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3-1ci maddələri ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və cəzasının çəkilməmiş bir il müddətə islah işləri cəzası CM-nın 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir gününə bərabər hesablanmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə üzrə ona təyin edimiş cəzaya qismən birləşdirilərək qəti olaraq iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası təiyn olunmuş, Salyan rayonu Qarabağlı kəndində pasport qeydiyyatında olan və hazırda Salyan rayonu Kərimbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti ilə, özgə əmlakını qanunsuz olaraq ələ keçirmək məqsədilə binaya qanunsuz olaraq daxil olub özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 20 iyun 2023-cü il tarixdə saat 04 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus olan Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində yerləşən “playstation” oyun klubuna qapının cəftəsini sındırmaq üsulu ilə qanunsuz olaraq daxil olub həmin oyun klubundan zərərçəkmiş şəxsə məxsus hər birinin ayrı-ayrılıqda dəyəri 200 manat olan 2 ədəd “sony” markalı playstation oyun aparatı və hər birinin ayrı-ayrılıqda dəyəri 20 manat olan 25 ədəd “sony” markalı playstation oyun aparatı pultunu götürüb aparmaqla Zərərçəkmiş şəxs cəmi 900 manat məbləğində maddi ziyan vurub özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və göstərmişdir ki, Əlini tanıyır, Qaraçala kəndində oyun klubu işlədir.Onunla düşmənçiliyi və qərəzçiliyi yoxdur.2023-cü ilin aprel ayından iyul ayının 3-nə qədər Bakı şəhərində olmuşdur.xx.xx.2023-cü ildə Kərimbəyli kəndinə gəlmiş, 2 gün sonra Bakı şəhərinə getmiş, 09 sentyabr 2023-cü ildə kəndə qayıtmışdır.Həmin günü Salyan RPŞ-nin əməkdaşları onu evindən götürüb polisə aparmışlar.Şöbədə polis əməkdaşları ona iyun ayında Qaraçala qəsəbəsində oğurluq olduğunu və həmin oğlurluğu etdiyini demişlər. Oğurluğu boynuna almalarını demişlər.Onlarda həmin oğurluq hadisəsində əl barmaq izlərinin olması və ya görən şahidin olmasını soruşduqda, ona oğurluğu etdiyini demişlər. Oğurluğu boynuna almamış və həmin səbəbdən onu döymüşlər.Onu Vasifin otağında Vasif və Orxan vurmuşdur.Orxan yumruğu ilə çənəsini vurub sındırmışdır.Boynuna almayacağı təqdirdə evindən 1 kq narkotik maddə çıxaracaqlarını, onu və atasını həbs edcəklərini demişlər.Məcbur olub izahat verərək bildirmişdir ki, hadisə günü Bakıdan gecə evə gəlmiş işıqlar sönmüş və ondan istifadə edərək plesteyşen klubuna, qapını qırıb içəri girmiş, 2 plesteyşen və 10 ədəd oyun pultunu götürmüşdür.Evə gətirib və səhərisi günü Bakı şəhərinə aparıb Sabunçu bazarında “bit” bazarında tanımadığı şəxsə satmışdır.İzahatından 2 gün sonra onu zaminə vuraxmışlar.Həmin günü xəstəxanaya getmiş, oradan döyülməsi barədə arayış almışdır.Arayışda nə yazıldığını bilmir, lakin həmin arayışı şikayət ərizəsi ilə birlikdə Baş Prokurorluğa təqdim etmişdir. Ərizəsi əsasında araşdarma aparılmış, lakin nəticəsi məlum deyildir.Qeyd olunan cinayəti etməmişdir.Lakin Şirvan şəhərində Azər adlı şəxsin 920 manat pulunu çıxamış və 16.11.23-cü ildə onu tutmuşlar.Bakı şəhərindən Şirvana gələndə taksi maşınından telefon oğurlamışdır.Özündə yaddaş pozğunluğu və epilepsiya xəstəliyi var, ona görə xəstəxanaya müracət etmişdir.Bakı şəhərində atasının adına olan ********** nömrəli telefonu işlətmiş, xx.xx.2023-cü ildə hadisə günü həmin telefon onda olmuşdur.Bakıda işləmiş, lakin işi rəsmi olmamışdır. Bakıda “Ege” hospitalının yaxınlığında kirayədə Quliyeva Könül adlı şəxslə birlikdə yaşamışdır. ********** nömrəli telefonu iyul-avqust aylarında Bakı şəhərində itirmiş və bu barədə Yasamal RPİ-nin 28-ci bölməsinə ərizə vermişdir. Öz adına başqa telefonlar da olmuş, lakin nömrəsini bilmir. Özünü təqsirli bilmir, oğurluğu etməmiş, bu barədə heç bir sübut yoxdur. Ona görə də işin istintaqa qaytarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərmişdir ki, 20 iyun 2023-cü il tarixdə saat 03 radələrində oyun klubunun qapısını bağlayaraq evinə getmişdir.Həmin günü saat 07 radələrində atası Ənvər onu çağırıb obyektin qapısının açıq olduğunu demişdir. Hadisə yerinə gedib baxmış və 3 və 6-cı kabinetlərdə olan 2 ədəd “sony” markalı oyun aparatlarının və həmçinin ümumilikdə obyektdən 25 ədəd “sony” markalı oyun pultunun oğurlandığını aşkar etmişdir. Ona görə də şikayət ərizəsi ilə müraciət etmişdir.Məlum olmuşdur ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Ona vurulmuş zərər ödənilməmişdir.Ona görə də şikayətçidir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 3-16-16/2-5491/2023 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 900.00 manat müəyyən olunur. O cümlədən: -02 ədəd “Sony” markalı playstation oyun aparatı-400.00(2 x 200 manat) manat; -25 ədəd “Sony” markalı playstation oyun aparatının pultu-500.00(25 x 20 manat) manat. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan rayon Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 338 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: atası- 1967-ci il təvəllüdlü X4 və anası-1974-cü il təvəllüdlü X1. Həmin nümayəndənin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və cinayət işi xx.xx.2023-cü il tarixdə məhkəməyə göndərilmişdir. Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinib qazancından 05 (beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş 16 oktyabr 2023-cü il tarixli, 149149/04 nömrəli məktubda göstərilir ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirli bilinməsi ilə bağlı ona təyin edilmiş 01 il müddətinə isal işləri cəzasının heç bir hissəsini çəkməmişdir. Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3-1-ci maddələri ilə təqsirli bilinərək iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş və cəzasının çəkilməmiş bir il müddətə islah işləri cəzası CM-nın 68.1.3cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmə cəzasının cəzasının bir gününə bərabər hesablanmaqla üç ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-nın 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə üzrə ona təyin edimiş cəzaya qismən birləşdirilərək qəti olaraq iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası təiyn olunmuşdur.Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəli 14 noyabr 2023-cü ildən hesablanmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə psixiotrik ekspertizasının 15 avqust 2024-cü il tarixli 3645 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs anlaqlıdır, hal-hazırda travma mənşəli şəxsiyyət pozuntusu aşkar olunur, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs 07 sentyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulub, 09 sentyabr 2023-cü ildə azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən həmin müddət ona təiyn olunacaq cəza müddətinə hesablanmalıdır. Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması və müharibə iştirakçısı olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Şirvan Şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 noyabr 2023-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə ona təyin olunmuş iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü ildən hesablanmalıdır İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib, ona iki il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ilə ona təyin olunmuş iki il bir ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin edilmiş cəza ilə qismən toplamaqla üzərində iki il iki ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində iki il bir ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, Şirvan Şəhər Məhkəməsinin 17 aprel 2024-cü il tarixli 1(032)-59/2024 saylı hökmü ona azadlıqdan məhrum etmə cəzasının təyin olunması nəzərə alınsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 noyabr 2023-cü ildən hesablansın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X3 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabı Ş.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən: Hakim: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar