Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-5/2025 09.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il ildə Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxsdir. (fəhləbağban), əvvəllər məhkum olunmayan, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Südçülük Sovxozu ərazisində nömrəsiz fərdi tikilidə (qardaşıgildə) yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmaqla xx.xx.2005-ci il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160,00 manat olmaqla iki uşağa cəmi 320,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(011)-7764/2019 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(057)-366/2022 nömrəli qərarı ilə səkkiz gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli, 3(057)-1065/2022 nömrəli qərarı ilə səkkiz gün və məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(057)-1206/2023 nömrəli qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2023-cü il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 8860,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə xx.xx.2004cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X22 və xx.xx.2016-cı il təvəllüdlü X5 doğulmuşdur. Zərərçəkmiş şəxs ilə ayrılmış, uşaqlar analarının himayəsində qalmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 160 manat olmaqla iki uşağa cəmi 320 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə səkkiz gün, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə səkkiz gün və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə on gün müddətində inzibati qaydada həbs edilmişdir. Bakı şəhərində bağ evlərində fəhlə-bağban işləyir. Stabil qazancı olmur, gündəlik 15-20 manat pul qazanır. Salyan rayonu, Qızılağac kəndində adına 0.64 ha torpaq sahəsi var. Həmin torpaq sahəsini təxminən 2021-ci il tarixdə 4000 manat qarşılığında rəsmi olaraq etibarnamə əsasında 20 illik qardaşı Rasim Abasova icarəyə vermişdir. Aliment borcundan 7 ay, cəmi 2500 manat ödəniş etmişdir. Borcunun əvəzində evini Zərərçəkmiş şəxs adına keçirtmək istəyir. Daha sonra bildirmişdir ki, aliment borcunu tam ödəmişdir, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur və onun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Odur ki, barəsində olan cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qisimində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs aliment borcunu ödəməmişdir. Müstəntiqin təkidi ilə Cavid 1750 (bir min yeddi yüz əlli) manat pul ödəmişdir. Sonradan 200 (iki yüz) manat, daha sonra isə 400 (dörd yüz) manat pul ödəmişdir. Qızının ad günündə isə 100 (bir yüz) manat pul ödəmişdir. Tutulmamışdan əvvəl iki həftə gündəlik 10 (on) manat olmaqla, cəmi 140 (bir yüz qırx) manat pul ödəmişdir. Oğlunun müalicəsi üçün 7000 (yeddi min) manat pul xərclədiyi halda Cavid 100 manat pul vermişdir. Yaşadıqları yarı tikili ev bələdiyyə mülkiyyətində olan torpaqda yerləşir. Borcunun əvəzinə yaşadıqları evi onun və ya qızının adına rəsmiləşdirilməsini istəyir. Yaranmış aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, tutulmasını istəmir. Zərər çəkmiş şəxs növbəti məhkəmə iclasında iştirak etmədiyi üçün məhkəmə aparatının əməkdaşı Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlamış, məhkəmə iclasının keçirildiyini, məhkəmə iclasının audio-video yazısının aparıldığını, danışığının qeydə alındığını bildirdikdə, məhkəməyə ünvanladığı teleqramanın məzmununa uyğun fikir bildirməklə təqsirləndirilən şəxslə razılığa gəldiyini bildirməklə fikirini ifadə etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəyən ziyanı ödəmişdir, nəzərə alınmasını xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Barışıblar və ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 ifadəsində bildirmişdir ki, icra işi icra məmuru Şahid1 icraatında olmuşdur. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(011)-7764/2019 nömrəli qətnaməsini qərəzli olaraq icra etmir. İcra sənədinin icrası ilə bağlı borcluya dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində protokollar tərtib edilməsinə baxmayaraq heç bir nəticəsi olmadığı üçün barəsində cinayət işinin başlanması ilə bağlı təqdimat verilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, icra sənədinin icrası ilə bağlı borclu tərəfindən heç bir ödəniş edilməmişdir. O, icra məmurunun göstərişlərinə etinatsız yanaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, 15 oktyabr 2019-cu il tarixli icra vərəqəsi 2024-cü ildən icraatında olduğunu, borclunun çağırışlarına gəlmədiyini qeyd etmişdir. Borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Salyan Rayon Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 3(057)-366/2022 saylı qərarına əsasən barəsində 8 gün, 23 dekabr 2022-ci il tarixli, 3(057)-1065/2022 saylı qərarına əsasən yenidən 8 gün inzibati qaydada həbs edilmişdir. Salyan Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 8(056)-3/2023 saylı qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Çağırışlardan yayındığı üçün borclu Təqsirləndirilən şəxs barəsində 04 sentyabr 2023-cü il tarixli 144/03 saylı axtarış qərarı qəbul edilərək Salyan Rayon Polis Şöbəsinə göndərilmiş və onun barəsində 72050 nömrəli axtarış işi açılmışdır. Borclu 11 dekabr 2023-cü il tarixində polis əməkdaşları tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə təhvil verilmiş və onun barəsində 11 dekabr 2023-cü il tarixində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Salyan Rayon Məhkəməsinin 11 dekabr 2023-cü il tarixli, 3(057)-1206/2023 saylı qərarına əsasən Təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün inzibati qaydada həbs edilmişdir. İcra sənədi üzrə ümumilikdə 8860 manat aliment borcu yaranmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməmiş, alimentin və yaranmış borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə məhkəmə qərarlarının icrasından müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq yayınmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Qardaşı Cavid yaranmış aliment borcundan 2000 manat ödəmişdir. Qardaşı Cavid Bakı şəhərində bağ evlərində fəhlə-bağban işləyir. Stabil qazancı olmur. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi Elşən Tağıyevin 29 aprel 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqqında” qərarından görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin 11-14-cü vərəqlərində olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş 22 iyul 2005-ci il təvəllüdlü X13 və 06 aprel 2016-cı il təvəllüdlü X24 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 sentyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin 15-ci vərəqində olan Salyan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli, icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu xx.xx.2013-cü il tarixdə qərarın surətini qəbul etmişdir. Cinayət işinin 16-cı vərəqində olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli bildirişinin surətindən görünür ki Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Borclu xx.xx.2013-cü il tarixdəbildirişin surətini qəbul etmişdir. Cinayət işinin 35-ci vərəqində olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Salyan X33 Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu Bəydili kənd sakini xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs X19 sistemində heç bir qeydiyyatı olmadığı üçün Dövlət tərəfindən verilən əkin və məhsul subsidiyasından yararlanmır. Cinayət işinin 37-ci vərəqində olan Salyan rayon X15 rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 3-16-5/8-19-109/2 saylı, 12 aprel 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ilə Abasova (Məmmədova) Xəyalə Telman qızının nikahı haqqında Salyan rayon Qızılağac kənd İƏN-yi tərəfindən xx.xx.2004-cü il tarixli, 20 nömrəli akt qeydi tərtib olunmuş və həmin akt qeydinin üzərində nikahın pozulması və ya etibarsız hesab edilməsinə dair hər hansı qeyd aparılmamışdır. Cinayət işinin 38-ci vərəqində olan 26 aprel 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Borclu xəbərdarlıqla xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. Cinayət işinin 41-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən X6, X10 və X7 iştirakları ilə tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədində göstərilən Salyan rayonu, Bəydili kəndində yaşamır. Cinayət işinin 42-ci vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 tərəfindən X17, X18 və X3 iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdə zəruri ehtiyaca malik olan ev əşyaları və tələbin yönəldilə bilmədiyi əmlak növlərindən başqa üzərinə həbs qoyulub borcun, cərimənin, ziyan, ekspertiza xərci, dövlət rüsumu, aliment pulu, aliment borcunun və.s. ödənilməsini təmin edən hər hansı əmlak, mal-qara aşkar edilməmişdir. Cinayət işinin 44-cü vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən X17, X18 və X11 iştirakları ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu evə baxış zamanı müəyyən olunmuşdur ki, o həmin ünvanda yaşamır. Qonşuların deməsinə görə Təqsirləndirilən şəxs uzun müddətdir həmin ünvanda yaşamır və harada yaşaması barədə məlumatları yoxdur. Beləliklə Təqsirləndirilən şəxs Salyan rayon, Bəydili kəndində yaşamadığı müəyyən edilmişdir. Cinayət işinin 46, 49, 59-60-cı vərəqlərində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan İsarfilovun xx.xx.2020-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 66-68-ci vərəqlərində olan Təqsirləndirilən şəxs tərəfindən Salyan rayon İcra və Probasiya Şöbəsində verilmiş izahatdan görünür ki, o Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən xəbərdardır. İşsiz olduğu üçün icra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməmişdir. İcra sənədinə əsasən bu günədək nə qədər ödəniş etdiyini xatırlamır. İcra sənədi üzrə bugünə olan 9860 manat aliment borcunu tam şəkildə ödəyə bilməyəcəkdir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. Cinayət işinin 73-cü vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-366/2022 saylı, 18 aprel 2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 77-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 3(057)-1065/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində səkkiz gün müddətində inzibati həbs tətbiq edilmişdir. Cinayət işinin 82-86-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 3(057)- 1206/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətə inzibati həbs edilmişdir. Cinayət işinin 92-ci vərəqində olan Salyan Rayon Məhkəməsinin 8(057)-3/2023 saylı, 19 yanvar 2023-cü il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 103-cü vərəqində olan Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 08 iyun 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1983-cü ildən 2003-cü ilə kimi Bəydili kəndində yaşamışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 2003-cü il tarixdən hal-hazıra kimi Bakı şəhərində yaşayır. Yaşadığı müddət ərzində ondan nümayəndəliyə bu günə kimi yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin 105-ci vərəqində olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin X4 filialının 10 aprel 2023-cü il tarixli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Əmək və Məşğulluq altsistemində qeydiyyatı aşkarlanmamışdır. Bununla əlaqədar vətəndaşın ünvanına bildiriş məktubu göndərilmişdir. Vətəndaşa qeydiyyata (işaxtaran (müvəqqəti)) alınmağı üçün filial Salyan rayon Xidmət şöbəsinə yaxınlaşması tövsiyyə olunmuşdur. Cinayət işinin 117-120-ci vərəqlərində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs xeyrinə ümumilikdə 16480 manat aliment borcundan 7620 manat ödənilmiş, ödənilməyən qalıq məbləğ 8860 manat təşkil edir. Cinayət işinin 148-ci vərəqində Salyan rayonu Qızılağac Bələdiyyəsinin 30 aprel 2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Bəydili kəndində qeydiyyatda olan, lakin 2002-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra Bakı şəhərində onlara məlum olmayan ünvanda yaşayan Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə rəsmi iş yeri olmamışdır. Hal-hazırda ərazidə ona məxsus 0.64 ha pay torpaq sahəsi qeyri rəsmi olaraq qardaşı X1. Təqsirləndirilən şəxs əlaqə telefonu ***-***-**-**-dür. Cinayət işinin 153-cü vərəqində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 22 aprel 2024-cü il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 158-ci vərəqində olan MilliÖN elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs plastik kartına 200 manat ödəniş edilmişdir. Cinayət işinin 180-181-ci vərəqlərində olan 12 iyun 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 194-cü vərəqində olan MilliÖN elektron ödəmə sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tələbkar Zərərçəkmiş şəxs plastik kartına 1650 manat ödəniş edilmişdir. Cinayət işinin 195-196-ci vərəqlərində olan 20 iyun 2024-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs teleqramalarında göstərmişdir ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Barışıblar və ona dəymiş ziyan ödənilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7764/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən 22 iyul 2005-ci il təvəllüdlü X13 və 06 aprel 2016-cı il təvəllüdlü X24 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 17 sentyabr 2019-cu il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay hər uşağa görə 160 manat, cəmi 320 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün, xx.xx.2022-ci il tarixli qərarı ilə 8 (səkkiz) gün və xx.xx.2023-cü il tarixli qərarı ilə 10 (on) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2024-cü il tarixinədək cəmi 8860 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmiş və həmin səbəbdən o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Cinayət Məcəlləsinin həmin Maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Cinayət Prosessual Məcəlləsinin 321.2 və 321.2.1-ci maddələrinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır: cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(011)-7764/2019 nömrəli qətnaməsini hazırkı iş üzrə hökm çıxarılanadək tam icra edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir və bu barədə məhkəməyə müvafiq teleqramalar təqdim ünvanlamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının CPM-nin 40, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 20 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 120 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-5/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-5/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver