Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-50/2023 05.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X18 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X10 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1964-cü ildə Salyan rayonu Arbatan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 18 gün cəzasından vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,592 qram narkotik vasitə tiryəki 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində tanışı, Salyan şəhər sakini Şahid3 pay olaraq əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, həmin gün saat 12 radələrində Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Salyan rayonu Arbatan kəndi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,592 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və bildirmişdir ki, o, əvvəllər 4 dəfə məhkum olunmuşdur. Narkotik istifadəçisidir. 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində yerləşən qəbiristanlığın yanından keçərkən tanışı Şahid3la rastlaşmış, Elşən ona “evə gedirsənsə, min maşına aparım demişdir”. O, da Elşənin maşınına minmiş, yolda olarkən Elşəndən istifadə etməsi üçün ona tiryək verməsini xahiş etmişdir. Elşən də ona tiryək verəcəyinə vəd vermişdir. Lakin, onlar yolda olarkən polis əməkdaşları onları saxlamış, o, Elşəndən narkotik ala bilməmişdir. Bundan sonra onu polis idarəsinə gətirmişlər və idarənin 2-ci mərtəbəsində polis əməkdaşları ona zor tətbiq edərək, cibinə narkotik vasitə qoymuşlar. O, da qorxduğu üçün məcbur qalıb narkotiki götürmüşdür. Həmin narkotik vasitə ona məxsus deyil. Lakin, polisin ona qarşı zor tətbiq etməsi ilə bağlı indiyədək heç bir orqana şikayət etməmiş və hazırda da şikayəti yoxdur. İstintaq zamanı verdiyi ifadə ondan təzyiq altında almışlar. O, “İ Qarabağ” müharibəsi iştirakçısıdır. Ağdərə rayonunda Çıldıran adlı yerdə 123 saylı polkda xidmət etmiş, 13 gün döyüşdə olmuşdur. X4 isə “Vətən Müharibəsi”nin iştirakçısı olmuş, müharibə veteranıdır, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Odur ki, ahıl yaşda olmasını, xəstə olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, 2020-ci ilin iyul ayında Salyan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Resspublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2021-ci ilin may ayında 02 ay 18 gün vaxtından əvvəl cəzadan azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra mütəmadi olaraq nartkoik vasitə tiryəkdən istifadə etmişdir. 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında Salyan rayonundan tanışı Salahın oğlu Elşən ilə Salyan şəhəri ərazisində rastlaşarkən ondan istifadə etmək üçün narkotik vasitə tiryək istəmişdir. Elşən də ona pay olaraq 1 bükümdə narkotik vasitə tiryəki istifadə etməyi üçün vermişdir. Həmin gün saat 12 radələrində Salyan rayonu Arbatan kəndi ərazisində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o bildirmişdir ki, üzərində narkotik vasitə tiryək vardır və bundan sonra əynindəki qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə tiryək aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə olan tiryəkdir, özünə məxsusdur, həmin narkotik vasitəni bu gün səhər saatlarında Salahın oğlu Elşəndən pay olaraq istifadə etmək üçün alıb üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə tiryəkdən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş və üzərini imzalamışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Bildirmişdir ki, üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki əldə etməkdə məqsədi onu qəbul etmək olmuş, həmin narkotik maddədən başqa şəxsə satmamış və satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəni əvvəlcə təsdiq etmiş, lakin sonra təzyiq altına verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun özünün ziddiyyətli ifadələri ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi, üzləşmə protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Salyan rayonu Arbatan kənd sakini Talehi bir neçə ildir ki, bir həmyerli kimi tanıyır. Taleh adlı şəxsə heç vaxt narkotik vasitə tiryək verməmişdir. 04 noyabr 2022-ci il tarixdə Taleh qəbiristanlığın yaxınlığında onun maşınına minmiş, birlikdə getmişlər. Yolda olarkən polis əməkdaşları onun avtomobilini saxlamışlar. Bu zaman Taleh də onun maşınında olmuşdur. Polis onu saxlayan zaman üzərində olan narkotik vasitə tiryəki maşınının içinə atmışdır. Ola bilər ki, Taleh narkotiki həmin vaxt götürüb. Lakin, o, Talehə narkotik verməmişdir. O, özü də narkotik aludəçisidir. xx.xx.2022-ci il tarixdə tutulmuşdur. Onu və Talehi polislər döyməyiblər. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki haradan əldə etməsini bilmir və bu barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması barədə Salyan RPŞ-nə məlumat daxil olmuş, bununla bağlı əməliyyat tədbiri keçirilmiş və 04 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndi ərazisində yaşadığı evin yaxınlığında saxlanılmış və Salyan RPŞ-yə aparılmışdır. Bundan sonra Salyan RPŞ-də Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, müstəntiqin və vəkilin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması təklif edilmiş, bu zaman o, könüllü şəkildə üzərində olan 01 ədəd içərisində narkotik vasitə - tiryək olan sellofan bükümü polisə təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə tiryəkdir, özünə məxsusdur, həmin narkotik vasitəni tanışı Salahın oğlu Elşən adlı şəxsdən pay olaraq alıb əldə etmiş, bunun müqabilində ona pul verməmiş və narkotik vasitəni qəbul etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə onlarda əməliyyat məlumatı yoxdur. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq göstərilməmiş, özü könüllü olaraq üzərində olan tiryəki təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə analoji ifadə verərək həmin şəxsin göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan 04 noyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 12:40-da şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 12:55-dən saat 13:10-dək Salyan RPŞ-nin İB-nin müstəntiqi X5 tərəfindən Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, Salyan RPŞ-nin əməkdaşları Şahid2, Şahid1 və Pərviz Şükürovun iştirakları ilə Salyan RPŞ-də Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan olunmuş əşyaları könüllü təqdim etməsi təklif edilmiş, həmin şəxs həmin anda əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, üzərindən heç bir şey aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə - tiryəkə oxşar kütlə olan büküm kağız paketdə qablaşdırılmış, üzərində “DİN zərflər üçün №113” sözləri əks olunmuş möhür ilə möhürlənmiş, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şəxsi axtarış aparılarkən “Redmi” markalı mobil telefondan istifadə olunmuşdur. Protokol oxunmuş, iştirakçılar tərəfindən şikayət və vəsatət daxil olmamış, imzalarla təsdiq olunmuş, 1 ədəd DVD disk işə əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 15:35-dən saat 15:50-dək Şahid3 üzərində Salyan RPŞ-nin inzibati binasında şəxsi axtarış və götürmə aparılmış, sorğu zamanı şübhəli şəxs Şahid3 üzərində qanunsuz predmet, əşya və ya narkotik vasitə olduğu halda təqdim etməsi təklif edilmiş, şübhəli şəxs Şahid3 əynində olan qara rəngli gödəkçəsinin sol yaxa cibindən 1 ədəd kıbrıt qutusunu çıxarıb təqdim etmiş, həmin kibrit qutusunun içərisinə baxıldıqda oradan 3 ədəd bükümdə qara rəngli, spesifik qoxuya malik, ilk baxışdan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, sorgu zamanı Şahid3 bildirmişdir ki, 3 ədəd bükümün içərisində olan qara rəngli kütlələr narkotik vasitə tiryəkdir, həmin narkotik vasitə bu gün yəni 04 noyabr 2022-cı il tarixdə idarə etdiyi QAZ 31 markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtomobildə oturmuş tanımadığı şəxs tərəfindən qoyulmuş, daha sonra avtomobilindən tapmış, özü istifadə etmək məqsədilə götürüb üzərində saxlamış və hazırda özünə məxsusdur. Şahid3 həm də bildirmişdir ki, yaşadığı evdə özünə məxsus olan müxtəlif növ narkotik vasitələr olduğu üçün onları təqdim edə və bununla bağlı heç bir etirazı olmadığı üçün yaşadığı evə baxış keçirilməsinə dair ərizə verə bilər. Bundan başqa Şahid3 üzərindən 2 ədəd qara rəngli olmaqla “Samsung” və “Nokia” markalı mobil telefonlar, Şahid3 məxsus şəxsiyyət vəsiqəsi və 873 manat pul aşkar olunmuşdur. Şəxsi axtarış zamanı Şahid3 üzərindən aşkar edilmiş 3 ədəd bükümün içərisində olan narkotik vasitə tiryəkə oxşar kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən ekspertizaya təqdim edilməsindən ötrü kağız paketdə qablaşdırılmış, üzərində “DİN Zərflər üçün N-113” sözləri əks olunmuş möhürü kağızla möhürlənmiş, şübhəli şəxsin özü, müdafiəçisi və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Şübhəli şəxs Şahid3 üzərində şəxsi axtarış və götürmə aparılan zaman “Redmi” markalı mobil telefon ilə videoçəkiliş aparılmış və protokola əlavə olunmuşdur. Bu barədə protokol tərtib olunaraq iştirakçılara ucadan oxunmuş, heç bir qeyd, təklif, ərizə və ya vəsatət daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 04 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:20-dən saat 17:05-dək Şahid3 yaşadığı Salyan şəhəri, N.Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin zirzəmisinə və evin yaxınlığında yerləşən Şahid3 məxsus hazırda istifadə olunmayan mağazaya baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl şübhəli şəxs Şahid3 narkotik vasitələrin, baxış keçiriləcək yaşadığı fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Şahid3 yaşadığı evin zirzəmisində 1 ədəd sellofan torbanın içərisində 02 ədəd bükümdə narkotik vasitə heroinə oxşar kütləni, 06 ədəd bükümdə rarkotik vasitə tiryəkə oxşar kütləni, 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni, 02 ədəd kibrit qutusunda narkotik tərkibli çətənə bitkilərinin toxumlarına oxşar kütlələri və l ədəd elektron tərəzi, habelə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla istifadə olunmayan mağazadan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmişdir. Şifahi sorğu zamanı Şahid3 təqdim etdiyi sellofan torbanın içərisində 2 ədəd bükümdə olan kütlənin narkotik vasitə heroin, 06 ədəd bükümdə olan kütlənin narkolik vasitə tiryək, 03 ədəd bükümdə olan kütlənin narkotik vasitə qurudulmuş marixmanı. 02 ədəd kibrit qutusunda olan kütlənin narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu, habelə yaşadığı evin yaxınlığında yerləşən özünə məxsus olmaqla istifadə olunmayan mağazadan aşkar olunmuş kütlələrin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olduğunu, evin zirzəmisindən aşkar olunmuş narkotik vasitələr və elektron tərəzi rəhmətlik qardaşından qaldığı üçün yaşadığı evdən tapdığını, mağazadan aşkar olunmuş qurudulmuş marixuananı isə bir neçə gün əvvəl Salyan şəhəri ərazisindən Kür çayının kənarından tapdığını, həmin narkotik vasitələrdən istfadə etdiyini, onlardan satmadığını və ya satmaq niyyət ilə saxlamadığını bildirmişdir. Baxış zamanı şübhəli şəxs Şahid3 yaşadığı Salyan şəhəri Nizami Gəncəvi küçəsi 22 nömrəli fərdi yaşayış evinin zirzəmisindən və evin yaxınlığında yerləşən Şahid3 məxsus, hazırda istifadə olunmayan mağazadan aşkar olunmuş narkotik vasitəyə oxşar kütlələr və elektron tərəzi iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə kimyəvi-bioloji ekspertizasına təqdim edilməsindən ötrü kağız zərflərdə və sellofan bağlamada qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2023-cü il tarixli məktubundan görünür ki, Şahid3 Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi həmin məhkəmənin icraatındadır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 05 noyabr 2022-ci il tarixli 18/1197 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 1,592 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə, Şahid3 üzərindən götürülmüş 3 bükümdə və onun evinin zirzəmisindən götürülmüş 5 bükümdə, cəmi 9 ədəd bükümdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi– 1,592 qram (1№li ob.), tədqiqata sərf edildi - 0.05 qram, qalıq – 1,542 qram. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X8 Bölməsi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli 18/1197 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1156 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, qərar həmin tarixdə saat 14:30-da sonuncuya elan olunmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmadan azad edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş xx.xx.2022-ci il tarixli müdafiəçinin iştirakı ilə keçirilmiş üzləşdirmə-dindirmə protokolundan görünür ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs Şahid3la üzləşdirilmiş və ifadəsini onun üzünə deyərək göstərmişdir ki, 04 noyabr 2022-ci il tarixdə ondan 1 bükümdə narkotik vasitə - tiryəki istifadə etməsi üçün pay kimi almış, bunun müqabilində ona pul verməmişdir. Şahid3 isə Təqsirləndirilən şəxs ifadəsini təkzib edərək, onun dediklərinin yalan olmasını, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki onun vermədiyini, sonuncunun həmin narkotik vasitəni necə əldə etməsini bilmədiyini, ümumiyyətlə Talehin üzərindən tapılan narkotikdən xəbəri olmadığını göstərmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından və eyni tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və keçirilmiş ekspertizadan sonra qalıq qalmış 1,542 qram narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün Salyan RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 18 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Şahid3 barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, üzləşdirmə-dindirmə protokolu, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,542 qram çəkidə narkotik vasitə tiryək maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Salyan rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (5 dəfə) məhkum olunmuş, sonuncu dəfə Salyan rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 02 ay 18 gün cəzasından vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 570 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndində yaşayır və onun ailə tərkibi arvadı X3, X4 və oğlu X6 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş 067793 saylı vəsiqənin və hərbi biletin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1992-ci ildən xx.xx.1992-ci ilə kimi Qarabağ uğrunda döyüşlərdə iştirak etmişdir. İş materiallarına əlavə edilmiş İ-3033 nömrəli Azərbaycan Respublikasının medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs oğlu - X12 “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulması və polislər tərəfindən ona zor tətbiq edilməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə etirafedici ifadələr vermiş, üzərindən aşkar olunmuş narkotik vasitəni Şahid3 əldə etdiyini bildirərək polis əməkdaşlarına özü təqdim etmiş, ona qarşı hər hansı bir zorakı hərəkətlərin edilməsi barədə vaxtında hər hansı orqana şikayət etməmiş, məhkəmə baxışı zamanı da bu barədə şikayətçi olmadığını bildirmişdir. Taleh Əhmədvun məlum narkotik vasitəni Şahid3 əldə edib üzərində saxlaması Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ziddiyyətli ifadələri, dindirilmiş şahidlərin ifadələri, iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ekspert rəyləri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş xx.xx.2022-ci il tarixli üzləşdirmə-dindirmə protokolu, Təqsirləndirilən şəxs istintaq orqanında üzərində keçirilmiş şəxsi axtarışı və götürməni əks etdirən videoçəkiliş və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Yuxarıda tədqiq edilən məhkəmə-kimyəvi ekspertizasının rəyindən də görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə, Şahid3 üzərindən götürülmüş 3 bükümdə və onun evinin zirzəmisindən götürülmüş 5 bükümdə, cəmi 9 ədəd bükümdə olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Bu da ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məhz ondan aşkar olunaraq narkotik vasitəni Şahid3 yuxarıda göstərilən vaxtda və şəraitdə əldə etmişdir. Ona qarşı hər hansı zorakı hərəkətlərin edilməsi də öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə təmiz çəkisi 1,592 qram narkotik vasitə tiryəki 04 noyabr 2022-ci il tarixdə səhər saatlarında Salyan şəhəri ərazisində tanışı, Salyan şəhər sakini Şahid3 pay olaraq əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, həmin gün saat 12 radələrində Salyan rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı Salyan rayonu Arbatan kəndi ərazisində yaşadığı evin yaxınlığında şübhəli kimi saxlanılaraq ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,592 qram xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 83, 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Salyan rayon Məhkəməsinin 1(057)- 77/2020 saylı 28 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin qərarı ilə çəkilməmiş cəzasından vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Həmin vaxtdan iki il müddət keçmədən-yəni məhkumluğu ödənilmədən isə hazırkı cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə cəza təyin edilərkən residivə görə cəza təyin edilməsini nəzərdə tutan qaydalar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 61.1, 61.1.1-ci maddələrinə əsasən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətlərin residivini cəzanı ağırlaşdıran hal kimi qəbul edir, cəzanı yüngülləşdirən halları isə müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, özünün müharibə veteranı olmasını, X4nun “Vətən Müharibəsi” iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, işdə məsuliyyəti ağırlaşdıran halı, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin əməlində residiv var, CM-nin 65.2-ci maddəsinə əsasən törətdiyi cinayətə görə ona ittiham olunduğu maddədə müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az cəza təyin edilə bilməz. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş hazırkı cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Təqsirləndirilən şəxs aşkar edilən həmin narkotik vasitəni qanunsuz əldə etməsi, daşıması, saxlamasını, əvvəllər dəfələrlə məhkum olunmasını məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması ilə yanaşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini artıq özünə bir məşğuliyyət növü seçməsi kimi qiymətləndirir. Eyni növ cinayət əməllərini əvvəllər dəfələrlə törətməsi onun sabit kriminal meyilli olmaqla islah yoluna qədəm qoymayaraq ona məhkəmə tərəfindən təyin olunmuş cinayət-hüquqi tədbirlərə məhəl qoymamasına dəlalət edir. Məhz bu hal onun islah olunmadığını təsdiq etməklə şəxsiyyətinin və hərəkətlərinin böyük təhlükə potensialına malik olmasını şərtləndirir, bir sözlə onun cinayət qanununda nəzərdə tutulmuş əməli yenidən törətmək ehtimalına kifayət qədər əsas verir. Həmçinin, opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunan və məcburi müalicəyə ehtiyacı olan Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı ətrafındakı şəxslərdən uzaqlaşmadan islah olunması və narkomaniya xəstəliyindən effektiv şəkildə müalicə olunması məhkəmədə şübhə doğurur. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 93.1, 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar edildiyindən və onun müalicəyə ehtiyacı olduğundan Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X9 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,542 qram çəkidə narkotik vasitə-tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 05 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X9 aparılmış ekspertizadan sonra qalıq qalmış 1,542 qram çəkidə narkotik vasitə-tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. İş materiallarına əlavə olunmuş 01 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-50/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-50/2023
05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver