Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-50/2024 19.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X22 Yaqub oğlunun sədrliyi, X17 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli- himayəsində iki azyaşlı uşaqları olan, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu İİ Varlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə saat 21 radələrində Salyan rayonu İİ Varlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu ilə yazışdığını görüb qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə ilə vurub bədəninin müxtəlif yerlərindən dişləyərək sağ alın, sağ gözaltı, sağ bazunun yuxarı 1/3-nin, sağ əlin arxa səthinin, sağ süd vəzisinin yaraları, üst dodağın selikli qişasının qansızması ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun arvadıdır, birlikdə Salyan rayonu İİ Varlı kəndində yaşayırlar. Onlar 2009-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki azyaşlı uşaqları var. Əvvəllər münasibətləri yaxşı olsada, sonradan aralarında bir neçə dəfə ailə-məişət yönümündə problemlər yaşanmışdır. Həmin problemlərə görə, əvvəllər dəfələrlə mübahisələri olmuş, arvadı Fatmanı döydüyü üçün barəsində araşdırma aparılmış və 20 iyul 2022-ci il tarixdə barəsində zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə xitam verilmişdir.12 fevral 2024-cü il tarixdə işdən çıxıb yaşadığı ünvana gəlmiş, saat təxminən 21 radələrində yaşadığı ünvanda olarkən Fatmanın telefonla yazışmasını görmüş və onun yazışmasına görə telefonu əlindən alıb, qardaşının yanına aparmaq istəmişdir. Fatmanın başqa şəxslərlə telefonla danışmasını əvvəllər bilirmiş. Bu səbəbdən də, telefonu Fatmadan alan zaman onlar əlbəyaxa olmuş və Fatmanın bədəninin müxtəlif hissələrindən vurmuş və dişləyərək ona xəsarətlər yetirmişdir. Həmin hadisəni törətməmişdən əvvəl tərkibində 8 faiz spirt olan enerji içkisi qəbul etmişdir. Bundan sonra hər ikisi yaşadıqları evi tərk etmiş, Fatma ondan Salyan rayon Polis şöbəsinə şikayət ərizəsi vermiş, o, isə özü DİN-nin “102” xidmətinə zəng edərək arvadı Fatmanın bir neçə nəfərlə mobil telefon vasitəsilə münasibətdə olmasını bildirmişdir. Hadisə onların yaşadığı evdə yataq otağında baş vermiş, uşaqları həmin zaman qonaq otağında televizora baxmışlar, hadisəni görməmişlər. Bundan sonra onun barəsində hazırki iş başlanılmış və o, təhqiqata cəlb edilmişdir. Hazırda törətdiyi əməlinə görə peşmandır, zərər çəkmiş şəxslə barışmış, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, himayəsində iki azyaşlı uşaqları vardır, söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin verdiyi ifadəsi ilə, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. Onunla 2009-cu ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki az yaşlı uşaqları var, birlikdə Ruslana məxsus Salyan rayonu İİ Varlı kəndində yaşayırlar. Evli olduğu müddətdə münasibətləri normal olmuşdur. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisədən təxminən 20 gün əvvəl, Ruslanla münasibətləri soyumuş, buna səbəb isə Ruslanının mütəmadi olaraq yaşadığı evdə spirtli içki qəbul edərək, dava salması olmuşdur. 12 fevral 2024-cü il tarixdə saat təxminən 21 radələrində Ruslana bank kreditini ödəmək lazım olduğunu bildirmiş, o isə buna narazılığını bildirərək, onun üstünə hücum çəkərək, onun bədəninin müxtəlif yerlərinə vurmağa başlamış və bədəninin müxtəlif yerlərindən dişləmişdir. O, əri Ruslanının barəsində tədbir görülməsi üçün Salyan RPŞ-nə müraciət etmiş, onun barəsində təhqiqat aparılmışdır. Hadisə onların yaşadığı evdə yataq otağında baş vermiş, uşaqları həmin zaman qonaq otağında televizora baxmışlar, hadisəni görməmişlər. Əvvəldə Ruslan onu döymüş, Salayn RPŞ-də araşdırma aparılmış, Ruslanla barışdığına görə onun barəsində cinayət təqibinə xitam verilmişdir. Hazırda Ruslanla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, bunları nəzərə alınaraq Ruslanın barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində həyat yoldaşı Ruslan ilə arasında yaranmış mübahisə zamanı Ruslanın onu döyməsini və bədəninin müxtəlif hissələrindən dişləməsini bildirmişdir. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin növbətçisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru Elşən Yusifovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə saat 18:25-də Salyan RMX-nın tibb bacısı Nağıyeva telefonla məlumat verərək, Salyan rayonu İİ Varlı kəndində, 1995-cü il təvəllüdlü X5 çiyin, sinə, sağ dirsək, sağ əldə dişlənmiş yara, sağ çiynində, sol bazı nahiyyəsində səthi sıyrıqlar, sol budunun küt travması diaqnozu ilə Salyan RMX-na müraciət etməsini bildirmişdir. Deməsinə görə həyat yoldaşı tərəfindən dişlənərək döyülmüşdür. Odur ki, məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan X9 Salyan RPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, 12 fevral 2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs Salyan rayonu İİ Varlı kəndində yerləşən evdə onu döymüşdür. Ruslanla münasibətləri soyuq olmuş, Ruslan mütəmadi olaraq yaşadığı evdə spirtli içki qəbul etmiş və dava-dalaş salmışdır. 12 fevral 2024-cü il tarixdə o, Ruslana bank kreditini ödəmək lazım olduğunu bildirmiş, lakin Ruslan buna narazılığını bildirərək, onun üstünə hücum çəkmiş, onun bədəninin müxtəlif yerlərinə vurmağa başlamış və bədəninin müxtəlif yerlərindən dişləmişdir. Bu barədə əri Ruslan barəsində tədbir görülməsi üçün rayon polis şöbəsinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X6 tərəfindən Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahverdi Cəfərovun, hal şahidləri X14 və X10 iştirakları ilə tərtib edilmiş 13 fevral 2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 16:00-dan saat 16:30-dək Zərərçəkmiş şəxs döyüldüyü fərdi yaşayış evi Salyan rayonu İİ Varlı kəndində yerləşir. Baxış keçirilən fərdi yaşayış evinin ətrafı daş hasarla örtülmüş, giriş qapısı dəmir qapıdan ibarətdir, ətrafda kənd tipli tiklilər mövcuddur, həyətə daxil olduqda həyətdə bir mərtəbəli ev və dam vardır, fərdi yaşayış evi bir mərtəbədən ibarətdir, fərdi yaşayış evinin giriş qapısı seyf qapıdan olmaqla, fərdi yaşayış evi 3 otadqdan ibarətdir. Evə daxil olduqda qonaq otağı və irəlidə yataq otağı yerləşmiş, döyüldüyü yer yataq otağı olmuş, Zərərçəkmiş şəxs hadisə yerini göstərərək, Təqsirləndirilən şəxs tərəfindən məhz həmin fərdi yaşayış evində döyüldüyünü bildirmişdir. Bu barədə prootokol tərtib edilmiş, baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş Salyan RPŞ-nin məsul növbətçisi, polis mayoru Elman Qasımovun xx.xx.2024-cü il tarixli raportundan görünür ki, 12 fevral 2024-cü il tarixdə, saat 21:29-da DİN-nin “102” Xidmətindən daxil olmuş, Salyan rayonu İİ Varlı kəndində yaşayan Təqsirləndirilən şəxs ***-***-**-** nömrədən zəng edərək arvadı Fatmanın mobil telefonla bir neçə nəfərlə münasibətinin olmasını aşkar etməsi barədə məlumat vermişdir. Odur ki, “102” xidmətindən daxil olmuş məlumatının yoxlanmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X12 X18 xx.xx.2024-cü il tarixli 67 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ alın, sağ gözaltı, sağ bazunun yuxarı 1/3-nin, sağ əlin arxa səthinin, sağ süd vəzisinin yaraları, üst dodağın selikli qişasının qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2024-cü il tarixdə dişləmə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Dərəcələrinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan YÜNGÜL zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xx.xx.2022-ci il tarixdə CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmişdir. Hazırda o, məhkumluğu olmayan şəxsdir. İş materialarında olan Salyan rayon Polis şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Tural Fərmanlı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 73.2 və Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli 5-71-21/2-71/2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ Varlı kəndində yaşayır, onun ailə tərkibi həyat yoldaşı 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs, qızı 2011-ci il təvəllüdlü X1, qızı 2012-ci il təvəllüdlü X2 ibarətdir. İş materiallarına əlavə olnunmuş AZE 12925767 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə olnunmuş AZE 12925613 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2012-ci ildə anadan olmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 fevral 2024-cü il tarixli 18-1-68/2-364/2024 saylı məktubundan görünür ki, həmin xəstəxananın Poliklinika şöbəsinin həkim-psixiatrı Xatirə Ağayevanın məlumatına əsasən qeydiyyatda yoxdur. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə əri Təqsirləndirilən şəxs onu döyməsi və dişləməsi barədə Salyan RPŞ-yə müraciət etmişdir. Hazırda əri Təqsirləndirilən şəxslə barışdığını, onun barəsində şikayət və tələbinin olmadığını göstərmiş, ona dəymiş ziyan ödənilmişdir. Odur ki Təqsirləndirilən şəxs barəsində aparılan icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2024-cü il tarixdə arvadı Zərərçəkmiş şəxs döyməsi və dişləməsi barədə Salyan RPŞ-yə müraciət etmişdir. Hazırda arvadı Fatma Mustafayevlə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirmiş və onun barəsində aparılan icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı polis baş leytenantı Mircəlal Ağalarov tərəfindən qəbul edilmiş 04 mart 2024-cü il tarixli “məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmiş hesab edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, material üzrə ifadələr, baxış protokolu və ekspertiza rəyi sübut növu kimi qəbul edilmiş, araşdırma materialına əlavə edilmiş sənədlərin bir qismində X8 adı səhvən Fatimə kimi qeyd edilmiş, şəxsiyyət vəsiqəsində Fatma kimi qeyd olunduğundan həmin ad əsas götürülmüşdür. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan rayon məhkəmsinə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, hazırda Ruslan onun həyat yoldaşıdır, hazırda onunla barışmışdır, şikayəti və tələbi yoxdur, onun barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 12 fevral 2024-cü il tarixdə saat 21 radələrində Salyan rayonu İİ Varlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs özünə məxsus mobil telefonu ilə yazışdığını görüb qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə sillə ilə vurub bədəninin müxtəlif yerlərindən dişləyərək sağ alın, sağ gözaltı, sağ bazunun yuxarı 1/3-nin, sağ əlin arxa səthinin, sağ süd vəzisinin yaraları, üst dodağın selikli qişasının qansızması ilə nəticələnən yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşaqların olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, uşaqlarının olmasını, onun zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanı aradan qaldırmasını və sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin və iddiasının olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsnin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu İİ Varlı kəndinə yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o, məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi, iş materiallarında olan xx.xx.2022-ci il tarixli Salyan RPŞ-nin “Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə” qərar ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 73.2-ci maddəsinə və Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə həmin əsasla cinayət məsuliyyətindən azad oluna və barəsində olan cinayət təqibinə xitam verilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində təhqiqat zamanı qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu İİ Varlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-50/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-50/2024
19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver