Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-50/2025 15.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X49 Yaqub oğlunun sədrliyi, X29 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X9 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2007-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci ilin yanvar ayının 02-də saat 02 radələrində Salyan şəhəri İ.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab edilən “Məhəllə” ərzaq məhsulları satılan marketə gələrək əvvəlcədən üzərində gətirdiyi kəlbətin və armaturdan istifadə etməklə marketin dəmir barmaqlıqda olan kilidi qırmış və daha sonra yuxarısı şüşə, aşağısı isə plastik olan qapının alt hissəsini qırıb qapının kilidini açıb içəriyə qanunsuz daxil olaraq vitrindən 1 ədədi 50 qəpik dəyərində olan 30 ədəd alışqan, 1 ədədi 3 manat 50 qəpik dəyərində olan 30 ədəd qalın “LD” markalı siqaret, 1 ədədi 4 manat dəyərində olan 38 ədəd “Kent 8” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 32 ədəd ağ rəngli “Sobranie” markalı siqaret, 1 ədədi 4 manat dəyərində olan 25 ədəd qara rəngli nazik “Winston” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 32 ədəd ağ rəngli qalın “Sobranie” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 37 ədəd nazik “Sobranie ksss blue” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik dəyərində olan 16 ədəd “Argo nano” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 25 ədəd “Sobranie ksss black” markalı siqaret, 1 ədədi 3 manat 10 qəpik dəyərində olan 27 ədəd “X25” markalı siqaret, 1 ədədi 3 manat 50 qəpik dəyərində olan 12 ədəd “Cardinal caster compact” markalı siqareti, şkafın rəfindən isə 90 manat nağd pul, 1 ədədi 1 manat dəyərində olan 30 ədəd nar kontur, 1 ədədi 2 manat dəyərində olan 30 ədəd nar kontur, 1 ədədi 5 manat dəyərində olan 35 ədəd nar konturu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1461 manat 30 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 17 fevral 2025-ci il tarixdə saat 03:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan X7 həyətyanı sahəsində yerləşən sonuncuya məxsus və saxlanc yeri hesab edilən “Ülkər” marketə gələrək marektin qapısının şüşəsini daşla sındırıb dəmir reşotkalarını əydikdən sonra marketə qanunsuz daxil olaraq vitrindən 1 ədədi 3.10 manat dəyərində olan 7 ədəd “X20” markalı, 1 ədədi 4 manat dəyərində 3 ədəd “X30 Silver” markalı, 1 ədədi 4.50 manat dəyərində 4 ədəd “Sobranie KSSS Blue ” markalı, 1 ədədi 2.60 manat dəyərində 02 ədəd “X63 ” markalı, 1 ədədi 4.50 manat dəyərində 3 ədəd “Sobranie KSSS Black” markalı, 1 ədədi 4.50 manat dəyərində 4 ədəd “Sobranie KS Blue” markalı, 1 ədədi 4.50 manat dəyərində 2 ədəd “Sobranie KS White” markalı siqaret qutularını və dəftərin arasında olan 100 manat pulu gizli yolla talayaraq zərərçəkmiş Əlövsət Axundova ümumilikdə 197 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə 2025-ci ilin fevralın 21-də saat 04 radələrində Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən saxlanc yeri hesab edilən "xxxx" marketin qarşısına gələrək əvvəlcədən üzərində gətirdiyi kəlbətindən istifadə etməklə marketin plastik qapısını açıb içəriyə qanunsuz daxil olaraq vitrindən 1 ədədi 2.80 manat dəyərində 03 ədəd “Want Nano” markalı, 1 ədədi 4.20 manat dəyərində 19 ədəd “Kent Nano” markalı, 1 ədədi 3.10 manat dəyərində 50 ədəd “X66” markalı, 1 ədədi 4 manat dəyərində 59 ədəd “X30 Silver” markalı, 1 ədədi 3.10 manat dəyərində 21 ədəd “X20” markalı, 1 ədədi 2.90 manat dəyərində 13 ədəd “West Silver” markalı, 1 ədədi 2.80 manat dəyərində 22 ədəd “İmperial Classic QS Silver” markalı, 1 ədədi 2.60 manat dəyərində 12 ədəd “X53 ” markalı, 1 ədədi 3.10 manat dəyərində 66 ədəd “Winchester KSS Silver” markalı, 1 ədədi 2.40 manat dəyərində 10 ədəd “Bakı KS” markalı, 1 ədədi 2.60 manat dəyərində 32 ədəd “X54” markalı, 1 ədədi 3.60 manat dəyərində 49 ədəd “LD Club KSSS Platinum ” markalı, 1 ədədi 4.50 manat dəyərində 15 ədəd “Sobranie KSSS Blue ” markalı, 1 ədədi 2.60 manat dəyərində 04 ədəd “X63 ” markalı, 1 ədədi 4.50 manat dəyərində 40 ədəd “Sobranie KSSS Black” markalı, 1 ədədi 4.50 manat dəyərində 18 ədəd “Sobranie KS Blue” markalı, 1 ədədi 4.50 manat dəyərində 15 ədəd “Sobranie KS White” markalı, 1 ədədi 4.50 manat dəyərində 18 ədəd “Sobranie KSSS White” markalı, 1 ədədi 3.10 manat dəyərində 10 ədəd “X25” markalı, 1 ədədi 4 manat dəyərində 76 ədəd “Winston XS Silver” markalı, 1 ədədi 4 manat dəyərində 9 ədəd “X43” markalı, 1 ədədi 2.40 manat dəyərində 14 ədəd “Argo KS Blue” markalı, 1 ədədi 4.20 manat dəyərində 9 ədəd “Kent 4” markalı, 1 ədədi 4.20 manat dəyərində 12 ədəd “Kent 8” markalı, 1 ədədi 4.20 manat dəyərində 20 ədəd “Kent Fell” markalı, 1 ədədi 4.20 manat dəyərində 16 ədəd “Kent Nano” markalı, 1 ədədi 3.10 manat dəyərində 26 ədəd “X50 Qaragat” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X39” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X51” markalı, 1 ədədi 3.10 manat dəyərində 9 ədəd “X40” markalı, 1 ədədi 4 manat dəyərində 14 ədəd “X44” markalı, 1 ədədi 2.60 manat dəyərində 11 ədəd “X59” markalı, 1 ədədi 4.50 manat dəyərində 17 ədəd “Sobranie KSS Caster” markalı, 1 ədədi 3.40 manat dəyərində 40 ədəd “LD Conpact White” markalı, 1 ədədi 3.10 manat dəyərində 17 ədəd “Winchester KS SS Blue” markalı, 1 ədədi 2.60 manat dəyərində 24 ədəd “Viceroy N-Series Silver” markalı, 1 ədədi 4 manat dəyərində 29 ədəd “X35” markalı, 1 ədədi 4.50 manat dəyərində 9 ədəd “Sobranie KSSS Caster” markalı, 1 ədədi 2.60 manat dəyərində 9 ədəd “Viceroy N-Series Blue” markalı, 1 ədədi 2.60 manat dəyərində 10 ədəd “X55” markalı, 1 ədədi 2.90 manat dəyərində 1 ədəd “X67 Nano” markalı, 1 ədədi 2.60 manat dəyərində 9 ədəd “X52” markalı, 1 ədədi 2.60 manat dəyərində 4 ədəd “X64” markalı, 1 ədədi 2.80 manat dəyərində 2 ədəd “X60” markalı, 1 ədədi 2.60 manat dəyərində 1 ədəd “X65” markalı, 1 ədədi 4.50 manat dəyərində 13 ədəd “Sobranie KSS Blue” markalı, 1 ədədi 3.10 manat dəyərində 8 ədəd “X7 Nano Black 4 ” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X7 nano Blue 4” markalı, 1 ədədi 3.50 manat dəyərində 12 ədəd “X26” markalı, 1 ədədi 3.50 manat dəyərində 17 ədəd “X36” markalı, 1 ədədi 3.50 manat dəyərində 7 ədəd “X27” markalı, 1 ədədi 3.50 manat dəyərində 3 ədəd “X41” markalı, 1 ədədi 3.50 manat dəyərində 8 ədəd “X21” markalı, 1 ədədi 3.10 manat dəyərində 8 ədəd “X7 Compact Blue” markalı, 1 ədədi 3.10 manat dəyərində 10 ədəd “X7 Compact Silver” markalı, 1 ədədi 3.10 manat dəyərində 15 ədəd “X7 X56” markalı, 1 ədədi 3.10 manat dəyərində 07 ədəd “X7 X68” markalı, 1 ədədi 2.80 manat dəyərində 18 ədəd “X45” markalı, 1 ədədi 2.80 manat dəyərində 14 ədəd “X61” markalı, 1 ədədi 2.30 manat dəyərində olan 3 ədəd “X31” markalı, 1 ədədi 2.60 manat dəyərində 10 ədəd “X62 Silver” markalı, 1 ədədi 2.60 manat dəyərində 20 ədəd “X62 Aroma” markalı siqaret qutularını gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" marketə ümumilikdə 3710 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və ibtidai istintaq zamanı veridiyi ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. 2025-ci ilin yanvar ayının 2-də saat 02 radələrində Salyan rayonu İ.Qurbanov küçəsində yerləşən “Məhəllə” marketə gizli daxil olaraq ittiham aktında adı çəkilən əşyaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1461 manat 30 qəpik məbləğində maddi ziyan vurmuşdur. O, 2025-ci ilin fevralın 17-də Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən “Ülkər” adlı marketə gizli yolla daxil olmuş, oradan ittiham aktında adı çəkilən əşyaları gizli yolla talayaraq zərərçəkmiş şəxs Əlövsət Axundova ümumilikdə 197 manat 40 qəpik maddi ziyan vurmuşdur.O, 20 fevral 2025-ci il tarixdə saat 15 radələrində Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən "xxxx" marketə gizli yolla daxil olaraq oradan ittiham aktında adı çəkilən əşyaları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" marketə ümumilikdə 3710 manat 20 qəpik maddi ziyan vurmuşdur. Əməlindən səmimi peşimandır. Yetkinlik yaşına çatmamışdır. O, 2025-ci ilin iyun ayına qədər təxminən 1 il dönər satmaqla məşğul olmuş ayda 400-450 manat əmək haqqı almışdır. İyun ayından hava şəraiti ilə əlaqədar müvəqqəti işləmir. O, işə düzəlməklə bağlı bir kafe ilə razılaşmışdır, avqust ayından etibarən işə başlayacaqdır. Mülkiyyətində hər hansı əmlakı yoxdur. Vurulmuş ziyanın bir hissəsini ödəmişdir. Mülki iddianı qəbul edir. Alacağı əmək haqqıdan mülki iddianı ödəyəcəkdir. Odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə izahat verərək bildirmişdir ki, Amin onun oğludur. Onun Aminin oğurluq etməsindən əvvəlcədən xəbəri olmamış, sonradan bilmiş, onu tutduğu əmələ görə danlamışdır. Amin son 1 ildə dönərxanada işləmiş, ayda 400-450 manat əmək haqqı almışdır, iyun ayından bəri işləmir, lakin yeni işə başlayacaq, mülki iddianı qəbul edir. Dəymiş ziyanın bir hissəsi ödənilmişdir, qalan hissəni də Amin işləyib ödəyəcək. Amin tutduğu əməldən peşmandır, yetkinlik yaşına çatmamışdır, söz verib ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, Aminin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxslərin ifadələri ilə, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsi, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 istintaqa verdiyi ifadəsindən görünür ki, yaşadığı Salyan şəhəri İ.Qurbanov küçəsində yerləşən evinin həyətyanı sahəsində özüməməxsus “Məhəllə” ərzaq məhsulları marketi mövcuddur. 2025-ci ilin yanvar ayının 2-də saat 10 radələrində evdə olarkən yoldaşı Xanım Səfərova onu səsləyərək marketlərində oğurluq olduğunu bildirmiş. O həyətyanı sahəsində olan marketə gələn zaman marketin üstü şüşə altı plastikdən olan qapısının alt hissəsinin qırıldığını və marketin dəmir raşotkasında olan kilidin açıldığını görmüş. Bundan başqa marketin içərisinə diqqət yetirərəkən vitrindən 1 ədədi 50 qəpik dəyərində olan 30 ədəd alışqan, 1 ədədi 3 manat 50 qəpik dəyərində olan 30 ədəd qalın “LD” markalı siqaret, 1 ədədi 4 manat dəyərində olan 38 ədəd “Kent 8” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 32 ədəd ağ rəngli “Sobranie” markalı siqaret, 1 ədədi 4 manat dəyərində olan 25 ədəd qara rəngli nazik “Winston” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 32 ədəd ağ rəngli qalın “Sobranie” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 37 ədəd nazik “Sobranie ksss blue” markalı siqaret, 1 ədədi 2 manat 60 qəpik dəyərində olan 16 ədəd “Argo nano” markalı siqaret, 1 ədədi 4 manat 50 qəpik dəyərində olan 25 ədəd “Sobranie ksss black” markalı siqaret, 1 ədədi 3 manat 10 qəpik dəyərində olan 27 ədəd “X25” markalı siqaret, 1 ədədi 3 manat 50 qəpik dəyərində olan 12 ədəd “Cardinal caster compact” markalı siqaretin, həmçinin vitrinin yanındakı şkafın rəfindən 90 manat nağd pul, 1 ədədi 1 manat dəyərində olan 30 ədəd nar kontur, 1 ədədi 2 manat dəyərində olan 30 ədəd nar kontur, 1 ədədi 5 manat dəyərində olan 35 ədəd nar konturun oğurlandığını aşkar etmiş. Bundan sonra yoldaşı Xanım Səfərova Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-X32 bu barədə məlumat vermiş. Həmin tarixdə Salyan Rayon Polis Şöbəsinə gəlmiş və ərizə ilə müraciət etmiş. Ümumilikdə oğurluq nəticəsində ona 1461 manat 30 qəpik maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərəçəkən şəxsdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Həmin ifadə düzdür. Ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs ilə barışmış, ona cəza verilməsini tələb etmir. Xahiş edir ki, bütün məhkəmə iclasları onun iştirakı olmadan keçirilsin. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs3 istintaqa verdiyi ifadəsindən görünür ki, o təxminən 1 ildir ki, yaşadığı evin həyətində özünə məxsus ərzaq mağazası işlədir. Mağazasının adını “Ülkər” market qoymuş. Mağazada gündəlik özü işləyir, hər gün saat 08-də mağazanı açıb axşam 20-də bağlayır. 16 fevral 2025-ci il tarixdə saat 20 radələrində o mağazanı bağlamış. Mağazanı bağlamamışdan qabaq kassadakı pulu saymış. Həmin vaxt kassada 100 manat pul var imiş. O, kassadakı həmin 100 manat pulu götürməmiş. Bundan sonra evinə getmiş.17 fevral 2025-ci il tarixdə səhər saat 08 radələrində o, həmişəki kimi mağazaya gəlmiş. Mağazanın qarşısına çatan zaman qapının şüşəsinin sındırıldığını və dəmir barmaqlıqların əyildiyini görmüş. Dərhal dəmir barmaqlıqların kilidini açıb mağazaya daxil olmuşdur. Bu zaman şüşəni sındıran daş parçasının içəridə olduğunu aşkar etmişdir. Dərhal kassaya baxmışdır. Bu zaman kassada saxladığı 100 manat pulun oğurlandığını müəyyən etmişdir. Buna görə də 17 fevral 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə naməlum şəxs və ya şəxslərin ona məxsus həmin mağazanın qasının şüşəsini sındırmaqla içəri daxil olaraq mağazadan 100 manat pul oğurlanmasını bildirmişdir. Sonradan o, mağazada olan ərzaq və digər məhsullarının oğurlanıb-oğurlanmadığına baxarkən məlum olmuşdur ki, 17 fevral 2025-ci il tarixdə naməlum şəxs və ya şəxslər mağazadan 1 ədədi 3.10 manat dəyərində 7 ədəd “X20” markalı, 1 ədədi 4 manat dəyərində 3 ədəd “X30 Silver” markalı, 1 ədədi 4.50 manat dəyərində 4 ədəd “Sobranie KSSS Blue ” markalı, 1 ədədi 2.60 manat dəyərində 02 ədəd “X63 ” markalı, 1 ədədi 4.50 manat dəyərində 3 ədəd “Sobranie KSSS Black” markalı, 1 ədədi 4.50 manat dəyərində 4 ədəd “Sobranie KS Blue” markalı, 1 ədədi 4.50 manat dəyərində 2 ədəd “Sobranie KS White” markalı siqaret qutularını da oğurlamışlar. Bununla da ümumilikdə ona 197 manat 40 qəpik dəyərində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərəçəkən şəxsdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Həmin ifadə düzdür. Ona vurulmuş ziyan 10 iyul 2025-ci il tarixdə təqsirləndirilən şəxsin atası tərəfindən ödənilmişdir. Təqsirləndirilən şəxs cəza verilməsini tələb etmir. Bütün məhkəmə iclasları onun iştirakı olmadan keçirilməsini və əvvəlki ərizəsinin etibarsız hesab edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxs”Oba Market” MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, 2025-ci martın 04-dən "xxxx" MMC-nin aparıcı hüquqşunas vəzifəsində çalışır. 2025-ci ilin mart ayında ona verilən məlumata əsasən 1 nəfər şəxs Salyan şəhəri A.Ağabəyli küçəsində yerəşən "xxxx" marketə daxil olaraq oradan 3710 manat dəyərində tütün məhsullarını oğurlamışdır. Hadisədən dərhal sonra mağazada oğurlanan mallarının adlarının, saylarının və qiymətlərinin müəyyən edilməsi məqsədilə sayım keçirilib və aktlaşdırılmasını tələb etmiş. Sayım zamanı müəyyən olunmuş ki, 21 fevral 2025-ci il tarixdə marketdən 1 ədədi 2.80 manat dəyərində 03 ədəd “Want Nano” markalı, 1 ədədi 4.20 manat dəyərində 19 ədəd “Kent Nano” markalı, 1 ədədi 3.10 manat dəyərində 50 ədəd “X66” markalı, 1 ədədi 4 manat dəyərində 59 ədəd “X30 Silver” markalı, 1 ədədi 3.10 manat dəyərində 21 ədəd “X20” markalı, 1 ədədi 2.90 manat dəyərində 13 ədəd “West Silver” markalı, 1 ədədi 2.80 manat dəyərində 22 ədəd “İmperial Classic QS Silver” markalı, 1 ədədi 2.60 manat dəyərində 12 ədəd “X53 ” markalı, 1 ədədi 3.10 manat dəyərində 66 ədəd “Winchester KSS Silver” markalı, 1 ədədi 2.40 manat dəyərində 10 ədəd “Bakı KS” markalı, 1 ədədi 2.60 manat dəyərində 32 ədəd “X54” markalı, 1 ədədi 3.60 manat dəyərində 49 ədəd “LD Club KSSS Platinum ” markalı, 1 ədədi 4.50 manat dəyərində 15 ədəd “Sobranie KSSS Blue ” markalı, 1 ədədi 2.60 manat dəyərində 04 ədəd “X63 ” markalı, 1 ədədi 4.50 manat dəyərində 40 ədəd “Sobranie KSSS Black” markalı, 1 ədədi 4.50 manat dəyərində 18 ədəd “Sobranie KS Blue” markalı, 1 ədədi 4.50 manat dəyərində 15 ədəd “Sobranie KS White” markalı, 1 ədədi 4.50 manat dəyərində 18 ədəd “Sobranie KSSS White” markalı, 1 ədədi 3.10 manat dəyərində 10 ədəd “X25” markalı, 1 ədədi 4 manat dəyərində 76 ədəd “Winston XS Silver” markalı, 1 ədədi 4 manat dəyərində 9 ədəd “X43” markalı, 1 ədədi 2.40 manat dəyərində 14 ədəd “Argo KS Blue” markalı, 1 ədədi 4.20 manat dəyərində 9 ədəd “Kent 4” markalı, 1 ədədi 4.20 manat dəyərində 12 ədəd “Kent 8” markalı, 1 ədədi 4.20 manat dəyərində 20 ədəd “Kent Fell” markalı, 1 ədədi 4.20 manat dəyərində 16 ədəd “Kent Nano” markalı, 1 ədədi 3.10 manat dəyərində 26 ədəd “X50 Qaragat” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X39” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X51” markalı, 1 ədədi 3.10 manat dəyərində 9 ədəd “X40” markalı, 1 ədədi 4 manat dəyərində 14 ədəd “X44” markalı, 1 ədədi 2.60 manat dəyərində 11 ədəd “X59” markalı, 1 ədədi 4.50 manat dəyərində 17 ədəd “Sobranie KSS Caster” markalı, 1 ədədi 3.40 manat dəyərində 40 ədəd “LD Conpact White” markalı, 1 ədədi 3.10 manat dəyərində 17 ədəd “Winchester KS SS Blue” markalı, 1 ədədi 2.60 manat dəyərində 24 ədəd “Viceroy N-Series Silver” markalı, 1 ədədi 4 manat dəyərində 29 ədəd “X35” markalı, 1 ədədi 4.50 manat dəyərində 9 ədəd “Sobranie KSSS Caster” markalı, 1 ədədi 2.60 manat dəyərində 9 ədəd “Viceroy N- Series Blue” markalı, 1 ədədi 2.60 manat dəyərində 10 ədəd “X55” markalı, 1 ədədi 2.90 manat dəyərində 1 ədəd “X67 Nano” markalı, 1 ədədi 2.60 manat dəyərində 9 ədəd “X52” markalı, 1 ədədi 2.60 manat dəyərində 4 ədəd “X64” markalı, 1 ədədi 2.80 manat dəyərində 2 ədəd “X60” markalı, 1 ədədi 2.60 manat dəyərində 1 ədəd “X65” markalı, 1 ədədi 4.50 manat dəyərində 13 ədəd “Sobranie KSS Blue” markalı, 1 ədədi 3.10 manat dəyərində 8 ədəd “X7 Nano Black 4 ” markalı, 1 ədədi 3.10 manat dəyərində 11 ədəd “X7 nano Blue 4” markalı, 1 ədədi 3.50 manat dəyərində 12 ədəd “X26” markalı, 1 ədədi 3.50 manat dəyərində 17 ədəd “X36” markalı, 1 ədədi 3.50 manat dəyərində 7 ədəd “X27” markalı, 1 ədədi 3.50 manat dəyərində 3 ədəd “X41” markalı, 1 ədədi 3.50 manat dəyərində 8 ədəd “X21” markalı, 1 ədədi 3.10 manat dəyərində 8 ədəd “X7 Compact Blue” markalı, 1 ədədi 3.10 manat dəyərində 10 ədəd “X7 Compact Silver” markalı, 1 ədədi 3.10 manat dəyərində 15 ədəd “X7 X56” markalı, 1 ədədi 3.10 manat dəyərində 07 ədəd “X7 X68” markalı, 1 ədədi 2.80 manat dəyərində 18 ədəd “X45” markalı, 1 ədədi 2.80 manat dəyərində 14 ədəd “X61” markalı, 1 ədədi 2.30 manat dəyərində olan 3 ədəd “X31” markalı, 1 ədədi 2.60 manat dəyərində 10 ədəd “X62 Silver” markalı, 1 ədədi 2.60 manat dəyərində 20 ədəd “X62 Aroma” markalı siqaret qutularını oğurlanmışdır. Bununla da "xxxx" marketə ümumilikdə 3710 manat 20 qəpik maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2019-cu il tarixindən hazırkı vaxta qədər Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən "xxxx" marketdə işləyir. Son 5 il müddətinə yaxın olar ki, həmin marketdə müdir kimi fəaliyyət göstərir. Market səhər saat 07-dən axşam saat 23 radələrinə kimi fəaliyyət işləyir. Hər gün axşam saat 23 radələrində iş bitdikdən sonra marketin qapılarını bağlayaraq daxili siqnalizasiya sistemini qoşur. Marketə hər hanısa bir müdaxilə olan zaman daxili siqnalizasiya sistemi dərhal işə düşərək ilk öncə ona məxsus mobil nömrəyə, sonra baş ofisdə oturan gözətçiyə məlumat verir. xx.xx.2025-ci il tarixdə ona məxsus mobil nömrəyə marketin siqnalizasiya robortundan zəng gəldiyini görüb marketə yaxınlaşan zaman marketin plastikdən olan giriş qapısının aralı olduğunu görmüşdür. Sonradan marketə baxış keçirən zaman naməlum şəxsin marketdən 3710 manat dəyərində tütün məmumlatları oğurladığını bilmişdir. İş materiallarında olan Şahid Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, hazırda müdiri olduğu Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən "xxxx" marketdən xx.xx.2025-ci il tarixdə saat təxminən 04 radələrində naməlum şəxs qapını zorla açmaq yolu ilə daxil olaraq 3710 manat dəyərində tütün məhsullarını oğurlamışdır. Həmin şəxsin tapılaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən tərtib edilmiş 21 fevral 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə edilmiş fotocədvəldən görünür ki, Salyan RPŞ-nın TB-in təhqiqatçısı polis baş leytenantı X34, Salyan RPŞ-nin əməkdaşı X18, Şahid, hal şahidləri X13 və X11 iştirakları ilə Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən "xxxx" market mağazasına baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2025-ci il tarixdə saat 04 radələrində "xxxx" marketdən naməlum şəxs marketin plastik qapısını zorla açmaqla içəri daxil olmuş və içəridən tütün məmulatları oğurlamışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin rəisi Cahid Quliyev tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan şəhəri, A.Ağabəyli küçəsində yerləşən "xxxx" marketdə xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində göstərilən oğurluq hadisəsini törətməkdə xx.xx.2007-ci il təvəllüdlü, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olan və yaşayan X24 şübhəli olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11-30 radələrində Arbatan kəndi ərazisində saxlanılaraq saat 12-10-da RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30da Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində "xxxx" marketə maddi ziyan vurulduğundan zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 10:35-dən 10:53-dək Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazada aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs həmin mağazadan oğurluq etdiyi yeri göstərmiş, ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Redmi” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protkola əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Salyan RPŞ-nin İB-nin Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 25072008 nömrəli cinayət işi üzrə fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan X12 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə ailələrinə məxsus Salyan şəhəri İ.Qurbanov küçəsində yerləşən mağazalarından naməlum şəxs və şəxslər daxil olaraq oradan müxtəlif tütün məlumatları ilə yanaşı qida oğurlamışlar. Həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə ona məxsus Salyan şəhəri İ.Qurbanov küçəsində yerləşən mağazalarından naməlum şəxs və şəxslər daxil olaraq oradan müxtəlif tütün məlumatları ilə yanaşı qida oğurlamışlar. Həmin şəxslərin tapılaraq məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Faiq Əzizov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Faiq X3, hal şahidləri X16, X17 iştirakları ilə X14 məxsus Salyan şəhəri, İ.Qurbanov küçəsində yerləşən “Məhəllə” marketə baxış keçirilmiş, baxış zamanı ərzaq və qeyri-ərzaq məhsullarının oğurlanması protokollaşdırılmış, “Məhəllə” marketin divarı mişar daşı ilə tikilməklə üstü şiferlə örtülmüş, iki qapılı. Çöl qapısı dəmir reşotka ilə olmaqla, əlavə plastik hissəsi var. xx.xx.2025-ci il tarixdə naməlum şəxs və ya şəxslər çöl tərəfdən dəmir reşotkanın kilidini qırmaqla açılmış plastik qapının da aşağı gözününü laminat hissəsini qıraraq marketə daxil olmuşdur.Həmin marketə daxil olmaqla siqaret və konturla yanaşı pul oğurlnmışdır. Baxış zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Tural Əhmədlinin xx.xx.2025-ci il tarixli 3-13-104/1-317/2025 nömrəli raportu icraata daxil olmuşdur. Salyan şəhəri, İ.Qurbanov küçəsi, ev 6-da yaşayan X14 məxsus mağazada xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin xx.xx.2007-ci il təvəllüdlü, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilərək, Təqsirləndirilən şəxs tərəflərindən xx.xx.2025-ci il tarixdə saat 13:50 radələrində X.R.Ulutürk küçəsində saxalnılaraq rayon polis şöbəsinə gətirilmişdir. İş materiallarında olan müstəntiq Salyan RPŞ-nin İB-nin müstəntiqi Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:50də Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-458/2025 saylı məktubundan görünür ki, Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-104/2-10/2025 nömrəli məktubu vasitəsi 11ə xx.xx.2025-ci 11 tarixdə ünvan 1 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazada baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 04 ədədi (İAMAS məlumat bankında olan) xx.xx.2007-ci il tarixdə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət (02 dəfə) və sol əlinin böyük, adsız barmaqlarının (sındırılmış plastik qapının üzərindən götürülmüş) əksləri ilə 01 ədədi (ADİS-in məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.1994-cü il tarixdə Samux rayonunda anadan olmuş X6 əlinin orta barmağının (pul qoyulan plastik qutunun üzərindən götürülmüş) əksi ilə eynilik müəyyən etmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan RMX-nin 23 yanvar 2025-ci il tarixli 18-1-68/2- 107/2025 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Tural Əhmədlinin verdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan rayon PŞ-nin İstintaq Bölməsinin müstəntiqi Orxan Axundov tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş xx.xx.2025-ci il tarixli 3-13-104/1-1515/2025 nömrəli əməliyyat tapşırığı icraatına daxil olmuşdur. Əməliyyat tapşırığının icrası ilə əlaqədar Salyan rayon PŞ-nin şəxsi heyəti və polisin digər yardımçı qüvvələri təlimatlandırılaraq, onlara müvafiq tapşırıqlar verilmiş, xidməti ərazilərdə bir sıra əməliyyat-axtarış xarakterli tədbirlərin həyata yeçirilməsi təmin edilmişdir. Tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş məlumatlar baxmayaraq Salyan şəhəri, İ.Qurbanov küçəsi, ev 6-da yaşayan Zərərçəkmiş şəxs1 məxsus mağazada xx.xx.2025-ci il tarixdə baş vermiş oğurluq hadisəsini xx.xx.2007-ci il təvəllüdlü, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs tərəfindən törətmiş, qeyd olunan cinayət əməlini törədərkən hər hansı bir şəxsin köməyindən istifadə etməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa tərəfimdən keçirilmiş bir sıra tədbirlər nəticəsində sonuncunun qeyd olunan cinayət əməlində və ya digər cinayətlərdə hər hansı formada iştirakını, həmçinin hadisəni görə biləcək hər hansı şahid dairəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan müstəntiq Orxan Axundov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 11:40-dan 11:59-dək Salyan şəhəri İ.Quliyev küçəsində yerləşən “Məhəllə” market adlı mağazada aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “İphone” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan Zərərçəkmiş şəxs3 Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə məxsus olan yaşadığı kənd ərazisində yerləşən ərzaq mağazasının qapısının şüşəsini sındıraraq içəridən 100 manat pul oğurlamışlar. Bu barədə tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, baxış həmin tarixdə saat 08:50-də başlamış, saar 09:20-də başa çatmışdır. Zərərçəkmiş şəxs3 oğurluq hadisəsi baş vermiş mağazasına baxış keçirilmişdir. Baxış zamanı mağazanın dəmir barmaqlıqlarının əyildiyi, qapının şüşəsinin isə sındırılması, həmçinin işıq sayğacından işığın ayrılması, mağazasının kassa hissəsindən 100 manat pulun oğurlanması müəyyən olunmuşdur. İş materiallarında olan Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 müraciəti əsasında toplanmış material üzrə naməlum şəxs və ya şəxslərin əməllərində cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Salyan rayon prokuroru Rəşad Mansurov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması rədd edilməsinə dair qərarın ləğv edilməsi barədə qərardan görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlının xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ləğv edilmiş, material araşdırılması üçün Salyan RPŞ-nin İB-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-2783/2025 saylı məktubundan görünür ki, Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli 3-13-104/2-6025/2025 nömrəli məktub vasitəsi ilə, xx.xx.2025-ci il tarixdə, Salyan rayonu, A.Ağabəyli küçəsində yerləşən vətəndaş Şahid işlədiyi "xxxx" marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əlizlərindən 01 ədədi (İAMAS məlumat bankında olan) xx.xx.1986-cı ildə Salyan rayonunda anadan olmuş X4 əlinin şəhadət barmağı (giriş qapısının iç hissəsindən) ilə, 02 ədədi (ADİS məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.2007-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük və orta barmaqları (giriş qapısının çöl hissəsindən) ilə, digər 01 ədədi isə (A4DİS məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş X1 əlinin şəhadət barmağı (giriş qapısının iç hissəsindən) ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-2830/2025 saylı məktubundan görünür ki, Salyan RPŞ-nin xx.xx.2025-ci il tarixli, 3-13-104/2-5595/2025 nömrəli məktub vasitəsi ilə 102.2025-ci 11tarixdə Salyan rayonu Kürdqaraqaşlı kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus ərzaq mağazasında baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2025-ci il tarixdə KTİ-yə daxil olmuşdur. Tədqiqata təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Salyan RPŞ-dən daxil olan) xx.xx.1962-ci 11 tarixdə Neftçala rayonunda anadan olmuş X2 əlinin böyük barmağının əksi eynilik müəyyən edilmişdir. Digər eyniliklər müəyyən edilməmişdir. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinin icraata qəbul edilməsi və ibtidai istintaqın davam etdirilməsi; ********* nömrəli cinayət işinin CM-nin 177.2.3-cü maddəsi ilə müstəntiqin icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 17:35-dən 17:46-dək Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən “Ülkər” market adlı mağazada aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs oğurluq etdiyi yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Redmi” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan Salyan rayonu Arbatan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Salyan rayonu Arbatan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası Qanuni nümayəndə, anası X5, qardaşı X15 qardaşı babyev Toğrul ramin oğlundan ibarətdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə o, Salyan RPŞ-yə müraciət edərək edərək ona 1501 manat 30 qəpik ziyan vurulduğunu bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona vurulan ziyan tam ödənilmişdir. Buna görə də Amin babyev ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 2025-ci il yanvarın 15-də və martın 06-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın məzmununda əlavələr edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ona yenidən ittiham elan edilmiş; istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət hesab edilmiş; təqsirləndirilən şəxs, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolları, digər istintaq hərəkətlərinin protokol və sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilsin və cinayət işinə əlavə olunmuş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi iş üzrə toplanmış dəlillərlə kifayət qədər sübuta yetirilmiş və hazırda onun barəsində cinayət təqibinə xitam verilməsinə əsas olan hallar mövcud olmadığı nəzərə alınmışdır. İş materiallarında olan müstəntiq Samir Eynullazadə tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş mülki iddiaçı (zərərçəkmiş şəxs) "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 3710 (üç min yeddi yüz on) manat 20 (iyirmi) qəpik və ödənilmiş dövlət rüsumu olan 57 (əlli yeddi) manat 51 (əlli bir) qəpik, cəmi 3767 (üç min yeddi yüz altmış yeddi) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) “Oba Market MMC-yə verilməsi xahiş edilmişdir. İş materiallarına əlavə edilmiş mülki iddia ərizəsinə əlavə olunmuş dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət büdcəsinə 58 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin 10 iyun 2025-ci il tarixli iclasının qərarı ilə "xxxx" MMC mülki iddiaçı kimi, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmışlar. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2025-ci ilin yanvar ayının 02-də saat 02 radələrində Salyan şəhəri İ.Qurbanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən və saxlanc yeri hesab edilən “Məhəllə” ərzaq məhsulları satılan marketə qanunsuz daxil olaraq ittiham aktında göstərilən əşyaları gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1461 manat 30 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; təkrarən 17 fevral 2025-ci il tarixdə saat 03:00 radələrində Salyan rayonu Kürqaraqaşlı kəndində yaşayan X7 həyətyanı sahəsində yerləşən sonuncuya məxsus və saxlanc yeri hesab edilən “Ülkər” marketə qanunsuz daxil olaraq ittiham aktında göstərilən əşyaları gizli yolla talayaraq zərərçəkmiş Əlövsət Axundova ümumilikdə 197 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; təkrarən 2025-ci ilin fevralın 21-də saat 04 radələrində Salyan şəhəri A.Ağabəyli küçəsində yerləşən saxlanc yeri hesab edilən "xxxx" marketə qanunsuz daxil olaraq ittiham aktında göstərilən əşyaları gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" marketə ümumilikdə 3710 manat 20 qəpik maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.2, 59.1.12, 59.1.14-cü maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1 və 85.1.3-1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəza növü təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli qərarının 11-ci bəndinə əsasən, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması). Yetkinlik yaşına çatmayan şəxsləri valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verərkən, məhkəmə əmin olmalıdır ki, göstərilən şəxslər yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəklər. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yeniyetmənin maddi təminatı imkanlarının və s. yoxlanılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valideynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır. Həmin Qərarın 24-cü bəndinə əsasən, CM-nin 85.2-ci maddəsinə əsasən cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaşına çatmayan məhkuma təyin edilir. Həmin maddədə cərimənin müstəqil əmək haqqı olmayan yetkinlik yaşına çatmayanların valideynlərindən, yaxud digər qanuni nümayəndələrindən tutulması nəzərdə tutulmadığından hökmdə cərimənin həmin şəxslərdən tutulmalı olması barədə göstəriş verilə bilməz. Buna görə də, ilk növbədə, yetkinlik yaşına çatmayanın əməli nəticəsində vurulmuş ziyanın onun özü tərəfindən ödənilməsi imkanları müzakirə edilməlidir. Yalnız cərimə cəzasının icrası zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1104.1-ci maddəsi ilə müəyyən olunan normalar tətbiq oluna bilər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslər- Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 ilə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 09 (ay) müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 (səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır, vurulmuş ziyan qismən ödənilmişdir, iş üzrə zərərçəkmiş şəxslərin ikisi -Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanlar ödənilmiş, həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbi yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 88-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməsi məqsədə müvafiq deyildir. Belə ki, onların cinayət məsuliyyətindən azad olunması sosial ədalətin bərpası, onların islah edilmələri və həm özlərinin, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və bununla da cəzanın məqsədlərinin təmin olunması üçün kifayət etməz, cinayətlə cəza arasında balansın pozulmasına səbəb ola bilər. Belə ki, həmin şəxsə cəza təyin edərkən məhkəmə CM-nin 58-ci maddəsinin tələblərini nəzərə almaqla yanaşı, həmin şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini də nəzərə alır. Baxmayaraq ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır, lakin o, bir neçə epizod üzrə təkrar oğurluq cinayətini törətmiş, zərərçəkmiş şəxslərə maddi ziyan vurmuş, həmin cinayətləri planlı şəkildə müxtəlif üsullarla saxlanc yerlərinə gizli daxil olmaqla törətmişdir. "xxxx" MMC-yə vurduğu ziyanı hazıradək ödəməmişdir. Bu hallar da onun gələcəkdə eyni qəbildən olan cinayətləri yenidən törətmələrinə məhkəmədə əsaslı şübhə yaradır. Məhkəmə ona görə hesab edir ki, təqsirləndirilən şəxsin məsuliyyətdən azad olunması üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 89.4.3-cü maddəsinə əsasən mülki iddiaçı verdiyi iddianı müdafiə etmək məqsədi ilə bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar və materiallar təqdim etmək hüququnu həyata keçirir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikasının MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1104.1-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1104.2-ci maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. CPM-nin 181.1-181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Həmin Məcəllənin 181.2, 181.2.1-181.2.4-cü maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; itirilmiş gəlirin ödənilməsini; mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3, 181.3.1-181.3.4-cü maddələrinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə; sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Həmin Məcəllənin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Həmin Məcəllənin 354.1, 354.1.2, 354.1.3-cü maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi; iddianın rədd edilməsi; iddianın baxılmamış saxlanması kimi qərarlardan biri əks etdirilir. Mülki iddiaçı (zərər çəkmiş şəxs) “Oba Market MMC tərəfindən verilmiş mülki iddianı müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə həmin iddia təmin edilməlidir. Belə ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxs olmasına baxmayaraq, məhkəmə iclasında müəyyən olundu ki, son zamanlara qədər işləyərək aylıq 400-450 manat qazanc əldə etmiş, məhkəmədə mülki iddianı qəbul edərək söz vermişdir ki, işləyərək mülki iddianı təmin edəcəkdir. Bundan başqa, onun vurduğu zərər valideynin təqsiri üzündən yaranmamış, ona görə də məhkəmə hesab edir ki, məhz Təqsirləndirilən şəxs zərər vurulmasına gətirib çıxarmış hərəkətləri üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşımalıdır. Beləliklə təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli nəticəsində mülki iddiaçı (zərər çəkmiş şəxs) “Oba Market MMC-yə 3710 (üç min yeddi yüz on) manat 20 (iyirmi) qəpik məbləğində maddi ziyanın vurulması onun öz etiraf ifadəsi ilə yanaşı məhkəmə istintaqı zamanı təqdid olunaraq elan olunmuş mülki iddiaçının (zərər çəkmiş şəxsin) nümayəndəsinin, şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mülki iddia təmin edilməli, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi - 3710 (üç min yeddi yüz on) manat 20 (iyirmi) qəpik və ödənilmiş dövlət rüsumu olan 57 (əlli yeddi) manat 51 (əlli bir) qəpik, cəmi 3767 (üç min yeddi yüz altmış yeddi) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) “Oba Market MMC-yə verilməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 04 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 08 (səkkiz) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Arbatan kəndində yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Mülki iddia təmin edilsin. Mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs maddi ziyanın əvəzi - 3710 (üç min yeddi yüz on) manat 20 (iyirmi) qəpik və ödənilmiş dövlət rüsumu olan 57 (əlli yeddi) manat 51 (əlli bir) qəpik, cəmi 3767 (üç min yeddi yüz altmış yeddi) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) “Oba Market MMC-yə verilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-50/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-50/2025
15.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver