Məhkəmə qərarları › İş №1(057)-52/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-52/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-52/2025 02.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X24 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs X16 və onun müdafiəçisi-Salyan Rayon Vəkil Bürosunun vəkili X17 iştirakları ilə, xx.xx.1999-cu ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Xaçmaz rayonu Qaraqurdlıı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilən X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X16 Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 14 mart 2025-ci il tarixdə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 90-cı kilometrliyində quraşdırılmış üzərində “90” rəqəmi yazılmış yol nişanın altında istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş xeyli miqdarda 43,723 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:27 dəqiqədə Salyan rayon ərazisindən keçən Ələt- Astara yolunun 163-cti kilometrliyində yerləşən “KİA Optima” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq orada üzərinə yoxlama keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi 43,723 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X16 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, təxminən 3 aydır ki, narkotik vasitələrin marixuana növündən istifadə edir. Bildirmişdir ki, o evlidir və 4 yaşında bir qızı vardır. Təxminən 7-8 ay bundan əvvəl istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə bir nəfər şəxs hazırda xatırlamadığı nömrəsi ilə ona mesaj yazaraq iranlı olmasını deyərək, ona istifadə etməyi üçün narkotik vasitələr sata biləcəyini demişdir. O da hazırda narkotik vasitələrdən istifadə etmədiyini demiş və onunla razılaşmamışdır. Bildirmişdir ki, Masallı rayonunda onun restoran işlədən tanışları vardır. Həmin tanışlar onu dəfələrlə qonaq çağırmışdır. Lakin onun avtomobili və pulu olmadığı üçün gedə bilmirmiş. 14 mart 2025-ci il tarixdə o, Xaçmaz rayon sakini kimi tanıdığı və əvvəlcədən münasibəti olan Şahid1la axşam saat 01 radələrində Xaçmaz ərazisində rastlaşmışdır. Həmin vaxt X30 markalı, **- HS-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə edirmiş. O ondan avtomobilin kimə məxsus olmasını və nə üçün idarə etdiyini soruşmuşdur. Nəsrulla da ona avtomobilin özünə məxsus olmasını və taksi kimi fəaliyyət göstərməsini bildirmişdir. O da ondan xahiş etmişdir ki, onu Masallı rayonuna aparsın. Nəsrulla ondan gedib-gəlmək üçün yol haqqı kimi 250 manat pul istəmişdir. O da onunla razılaşmış və qayıtdıqdan sonra pulu verə biləcəyini demişdir. Bundan sonra onlar Masallı rayonuna getmək üçün yola düşmüşlər. Təxminən səhər saatlarında onlar Masallı rayonuna daxil olmuşlar. Orada adını bilmədiyi kafelərin birində çörək yemişlər. Həmin vaxt adının Həmid olmasını və İran İslam Respublikasının vətəndaşı olmasını deyən şəxs ona mesaj yazmış və yenidən narkotik vasitə verə biləcəyini təklif etmişdir. O bu səfər onun təklifi ilə razılaşmış, lakin Masallı rayonunda olduğunu demişdir. Bu zaman Həmid adlı şəxs ona narkotik vasitəni Biləsuvar rayon ərazisində qoyduracağını demişdir. O da ona götürəcəyini demişdir. Həmid adlı şəxs ilk olaraq ona narkotik vasitə marixuananı pay verəcəyini demişdir. O bu barədə Nəsrullaya heç bir məlumat verməmişdir. Biraz sonra onlar Masallı rayonundan çıxmışlar. Çıxmamışdan əvvəl Nəsrulla yorulmasını və hazırda yuxusunun gəlməsini deyərək ondan avtomobili idarə etməyini istəmişdir. O da avtomobili idarə etmiş və Masallıdan bir başa Biləsuvar rayonuna gəlmişdir. Həmin vaxt Nəsrulla avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Həmid adlı şəxs ona əvvəlcədən marixuananı götürəcəyi yerin elektron ünvanını göndərmişdir. O da həmin ünvana çatmış və köhnə Ələt-Astara yolunun 90-cı kilometrliyini göstərən yol nişanın yanında avtomobili saxlamışdır. Bundan sonra avtomobildən düşmüş və gedib oraya qoyulmuş bir ədəd bükülünü götürmüşdür. Həmin vaxt Nəsrulla avtomobildə yatmışdır. O da avtomobilə əyləşmiş və hərəkətini davam etdirərək Xaçmaz istiqamətində getməyə başlamışdır. O bir qədər getdikdən sonra YPXnin əməkdaşları ona saxla işarəsi vermişlər. Lakin o həmin vaxt üzərində narkotik vasitə ilə yaxalanmamaq və sürücülük vəsiqəsi olmadığı üçün hərəkətini davam etdirmiş və Bakı istiqamətində təzə Ələt-Astara yoluna daxil olmuşdur. Həmin vaxt Nəsrulla yatmışdır. O bir az getdikdən sonra Həmidlə danışdığı mobil telefonunu avtomobilin pəncərəsindən yerə atmışdır. Təxminən 45-50 dəqiqə hərəkətini davam etdirdikdən sonra özü avtomobili saxlamış, çünki yanında olan Nəsrulla oyanmış və o da avtomobillə yol nəqliyyat hadisəsi törətməmək üçün kənara saxlamışdır. Bundan sonra polis əməkdaşları videogörüntü ilə onlara yaxınlaşmışlar və hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnu izah etmişlər. Bundan sonra saxlanıldığı yerdə yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələr varsa verməyi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra üstü yoxlanılmış və yoxlama zamanı o əynində olan şalvarın sağ yan cibində olan bir ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində 55 qram narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sonra isə avtomobilin sürücüsü Şahid1 üstünə yoxlama keçirilmiş və ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Şahid1 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet aşkar edilməmişdir. Bundan sonra Şahid1 məxsus “Kia Optima” markalı **- HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən heç bir qansuz əşya aşkar edilməmişdir. Bundan sonra onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona öz istəyi ilə dövlət hesabına müdafiəçi kimi Biləsuvar vəkil bürosunun vəkili X18 təmin etmişlər. Bundan sonra onu tutmuşlar. Bildirmişdir ki, o Həmid adlı şəxsin kim olmasını bilmir, sadəcə olaraq “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsi ilə tanış olmuşdur. Şahid1 hansı məqsədlə Biləsuvar şəhərinə gəlməyi və aşkar olunmuş narkotik vasitə marixuana barədə məlumatı yox imiş. Həmin bükülünün içərisində olan xeyli miqdarda narkotik vasitə marixuananı şəxsi istifadəsi üçün əldə etmişdir. Bildirmişdir ki, narkotik vasitə barədə Şahid1 heç bir məlumat verməmişdir, buna görə də ona narkotik vasitə marixuanadan verməyəcəkmiş. Narkotik vasitənin Azərbaycan Respublikasına hansı yolla gəlməsini bilmir və Həmid adlı şəxs ona bu barədə heç bir məlumat verməmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuananı Biləsuvar rayonu, Xırmandalı kəndi ərazisindən əldə etmişdir. Saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmədən sonda ailə vəziyyətini, azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs X9 qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində göstərmişdir ki, Biləsuvar rayon polis X6 Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rtitbəsindədir. Bildirmişdir ki, xx.xx.1999-cu təvəllüdlü, Xaçmaz rayonu, Qara qurdlıı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınması ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün 14 mart 2025-ci il tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında əməliyyat qrupu yaradılmşdır. Əməliyyat qrupunun tərkibinə onunla yanaşı Biləsuvar RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı, Şahid4, RPŞ-nin DYPB-nin YPX-nın baş inspektoru, polis baş serjantı X22 və RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid6 daxil edilmişdir. Əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərara uyğun olaraq Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və daşıması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı xx.xx.2025-ci il tarixdə saat 14:20-də Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “KİA Optima ” markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobil Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndində keçən hissəsində 102- ci kilometirliyində əməliyyat qurupunun üzvləri olan Biləsuvar RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən saxla işarəsi verilmiş, lakin saxla işarəsinə məhəl qoymayaraq hərəkəti davam etdirmişdir. Daha sonra saat 15:25 dəqiqədə Ələt-Astara yolunun 163-cü kilometirliyində avtomobili saxlamışdır. Bundan sonra RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı, Şahid4 tərəfindən «Samsung A32» markalı videokamera vasitəsi ilə video çəkiliş aparılmaqla yaxınlaşıb özlərini təqdim etmiş, həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs başqa avtomobilin sürücüsü X5 olması məlum olmudur. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən yapışqanlı lentə sarılmış bir ədəd bükülünü təqdim edərək içərisində özünə məxsus narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş, əlavə üzərində başqa qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmiş, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildikdə 55 (əlli beş) qram olması müəyyən edilmişdir. Bundan sonra həmin bükülü qablaşdırılaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış. Yoxlama zamanı üzərindən əlavə olaraq iş üzrə əhəmiyyətə malik ola biləcək əşya predmet aşkar edilməmiş, əlavə olaraq Təqsirləndirilən şəxs narkotik vasitəyə bənzər kütləni Biləsuvar rayon ərazisindən əldə etdiyini və şəxsi istifadə məqsədi ilə üzərində saxlamasını bildirmişdir. X1 üstünə yoxlama həmin yerdə keçirilmiş və ona da paltarında, əşyasında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri vermələri təklif edilmişdir. Bu təklifdən sonra Nəsrıılla Cavadov üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra Şahid1 üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya predmet aşkar edilməmişdir. Daha sonra ‘KİA Optima” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də heç bir qanunla qadağan edilmiş əşya predmet aşkar edilməmişdir. Avtomobildən iki ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Protokolu yerində tərtib etmək üçün şərait olmaması səbəbindən Biləsuvar RPŞ-nin inzibati binasında tərtib edilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüqııqıı və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka l(bir) ədəd DVD diski əlavə edilmişdir. Qeyd etdikləri barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı Surac Əhmədova həvalə edilmişdir. Təqsirləndirilən şəxs müvafiq qaydada hüquq və vəzifələri, o cümlədən, vəkil dəvət etmək hüququ izah olunmuşdur. O, vəkil siyahısı ilə tanış olduqdan sonra bildirmişdir ki, hüquqlarının vəkil X25 tərəfindən müdafiə olunmasını istəyir. Vəkil Habil Məmmədov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Bildirmişdir ki, onlar həmin vaxtı narkotik vasitə qurudulmuş marixuananı qablaşdırması ilə birlikdə çəkdikləri üçün o qədər çəkidə olmuşdur. Ekspert rəyində göstərilən çəki düzdür, ekspert rəyi ilə razıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Biləsuvar Rayon Polis X6 qrupunun əməliyyat müvəkkilli, polis baş leytenantı Şahid3 digər şahid Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəməyə ərizə ünvanlayan Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş serjantı X22 və Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid6 bildirmişdirlər ki, xidməti fəaliyyətlərinə görə məhkəmə iclasında iştirak edə bilmirlər. Bu səbəbdən ibtidai istintaqda verdikləri ifadələrini təsdiq edirlər. Xahiş etmişdirlər ki, məhkəmə onların iştirakı olmadan keçirilsin. İbtidai istintaq zamanı ifadə vermiş Biləsuvar Rayon Polis X6 Qrupunun baş əməliyyat müvəkkili Şahid2, Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru, polis baş serjantı X22 və Biləsuvar RPŞ-nin DYPB-nin YPX-nın inspektoru, polis baş serjantı Şahid6 da şahid Biləsuvar Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəlcədən tanıyır və aralarında münasibət normal olmuşdur. Bildirmişdir ki, o bacısına məxsus olan Kia Oplima markalı, 99- HS-130 dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edərək, Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olur. 14 mart 2025-ci il tarixdə axşam saat 01 radələrində Xaçmaz ərazisində tanışı Təqsirləndirilən şəxs ilə rastlaşmışdır. Həmin vaxt Sahib, ondan avtomobilin kimə məxsus olmasını və nə üçün idarə etdiyini soruşmuşdur. O da Sahibə avtomobilin özünə məxsus olmasını və taksi kimi fəaliyyət göstərməyini bildirmişdir. Bundan sonra Sahib ondan onu Masallı rayonuna aparmağım xahiş etmişdir. O isə ondan gedib- gəlmək üçün yol haqqı kimi 250 manat pul istəmişdir. Sahib də onunla razılaşmış və qayıtdıqdan sonra pulu verə biləcəyini demişdir. Bundan sonra onlar Masallı rayonuna getmək üçün yola düşmüşlər. Təxminən səhər saatlarında onlar Masallı rayonuna daxil olmuşlar. Orada adını bilmədiyi kafelərin birində çörək yemişlər. Biraz sonra Sahib ona geri qayıtmağını istəişdir. Həmin vaxt o yorğun olduğunu və hazırda yuxulu olduğunu deyərək Sahibdən avtomobili idarə etməsini istəmişdir. Həmin vaxt o avtomobilin qabaq sağ oturacağında əyləşmiş və yatmışdır. Bir qədər sonra o yuxudan ayılmış və artıq Bakı istiqamətində Salyan rayon ərazisində hərəkətdə imişlər. Həmin vaxt o avtomobilə arxa tərəfdən YPX əməkdaşlarının saxla işarəsi vermələrini görmüşdür. Bundan sonra Sahibdən avtomobili saxlamasını tələb etmişdir. Sahib də avtomobili kənara çəkərək saxlamışdır. Bundan sonra polis əməkdaşları videogörüntii ilə onlara yaxınlaşmışlar və hüquq və vəzifələrini, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüquqlarını izah etmişlər. Bundan sonra saxlanıldıqları yerdə yoxlamağa başlamışlar. Təqsirləndirilən şəxs üstünə yoxlama və götürmə aparılmasından əvvəl paltarlarında, əşyalarında və ya bədənində narkotik vasitələr varsa verməyi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya predmet olmadığını bildirmişdir. Sonra üstü yoxlanılmış və yoxlama zamanı əynində olan şalvarın sağ yan cibində olan bir ədəd bükülünü təqdim edərək içərisində narkotik vasitə marixuana olmasını bildirmişdir. Həmin bükülü açılıb baxıldıqda içərisində 55 qram narkotik vasitə olan qurudulmuş marixuana olması müəyyən edilmişdir. Sonra isə onun üstünə yoxlama keçirilmiş və paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri qanunla dövriyyəsi qadağan edilmiş əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet olmadığını bildirmişdir. Onun üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən qanunla dövriyyəsi qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra ona məxsus “Kia Optima'’ markalı **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobildən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Bundan sonra onları Biləsuvar rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona öz istəyi ilə dövlət hesabına müdafiəçi kimi Biləsuvar vəkil bürosunun vəkili X26 təmin etmişlər. Bundan sonra onu tutmuşlar. Bildirmişdir ki, o Təqsirləndirilən şəxs əvvəlcədən tanımış və aralarında münasibət yaxşı olmuşdur. Bildirmişdir ki, o İran İslam Respublikasının vətəndaşının kim olmasını bilmir və Təqsirləndirilən şəxs həmin şəxslə əlaqəsi barədə məlumatı olmamışdır. Onun Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitədən məlumatı olmamışdır. Həmçinin aşkar olunmuş narkotik vasitədən xəbəri olmadığı üçün ona heç bir vədd verməmişdir. O Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülünü haradan götürməsini görməmişdir. O saxlanılan zaman ona qarşı heç bir zor tətbiq olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, X16 xx.xx.2025-ci il tarixdə saat 18:20-də Biləsuvar RPŞ-də şübhəli şəxs qismində tutularaq Biləsuvar Rayon Polis X13 Yerinə təhvil verilmişdir. Cinayət işinin istintaq materiallarında olan 2025-ci il martın 14-də tərtib edilmiş “Əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə” haqqında protokoldan və 01 ədəd diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X10 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2025-ci il tarixli 19/114 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə...” yazıları qeyd edilmiş bağlamada 01 ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 43,723 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 43.723 qram, tədqiqata sərf edildi cəmi – 0,1 qram, qalıq cəmi – 43.623 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X20 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 15 mart 2025-ci il tarixli 19/114 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “həbs qətimkan tədbirinin seçilməsi üçün verilmiş vəsatətin təmin edilməməsinə dair” qərardan görünür ki, təqsirləndirilən şəxs X9 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs X2 RPŞ MSYdan azad olunmuş və təqsirləndirilən şəxs X9 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxs X9 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 43.623 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 150 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X21 tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X3 dəfə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-136/2022 saylı hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş 1000 manat cərimə cəzaının 50 manatını icra etmişdir. 950 manat cəriməni ödəməmişdir. Biləsuvar RPŞ-nin əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə edib saxlamışdır. Lakin keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı haradan, kimdən və hansı yolla əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin istintaq materiallarında olan Xaçmaz rayon İHB-nın Qaraçı kənd İƏD üzrə nümayəndəliyinin ailə tərkibi haqqında arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə uzun müddətdir ki, Bakı şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin xx.xx.2021-ci il təvəllüdlü X19 adlı övladı vardır. “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 17 may 2025-ci il tarixli 18-1-43/2-729/2025 nömrəli məktubundan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs “Eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi və digər psixoaktiv maddələrdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları və kəskin intoksikasiya” diaqnozu ilə Xaçmaz RMX-nın poliklinika şöbəsinə ambulator müraciət etmişdir. Narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, X9 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, X9 özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış, X9 üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 43.623 qram metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Biləsuvar RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nə göndərilməsi və Təqsirləndirilən şəxs cinayət işinin istintaq materialları ilə tanış olduqdan sonra saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, X9 üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixində məhkəmənin qərarı ilə təqsirləndirilən şəxsin məhkəmədən gizləndiyinə görə barəsində axtarış elan olunmuş və barəsindəki qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 20 iyun 2025-ci il tarixdə tutularaq Müvəqqəti Saxlama yerinə yerləşdirilmiş, həmin vaxtdan həbsdədir. Göründüyü kimi, X9 istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan 14 mart 2025-ci il tarixdə Biləsuvar rayon, Xırmandalı kəndi ərazisindən keçən Ələt-Astara yolunun 90-cı kilometrliyində quraşdırılmış üzərində “90” rəqəmi yazılmış yol nişanın altında istintaqa məlum olmayan şəxs tərəfindən gizlədilmiş xeyli miqdarda 43,723 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlayaraq daşımış, Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının alınmış məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 15:27 dəqiqədə Salyan rayon ərazisindən keçən Ələt- Astara yolunun 163-cti kilometrliyində yerləşən “KİA Optima” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan zaman saxlanılaraq orada üzərinə yoxlama keçirilərkən əynində olan şalvarın sağ yan cibindən bir ədəd sellofana bükülmüş xeyli miqdarda, təmiz çəkisi 43,723 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X9 törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir azyaşlı övladının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxs X11 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. X16 narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Həmçinin, kannabinioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır. X9 cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab edilmir. Beləliklə, məhkəmənin qənaətinə görə X11 məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Məhkəmə hesab edir ki, X16 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, X16 cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş, ödənilməmiş 950 (doqquz yüz əlli) manat məbləğində cərimə cəzası hazırki hökmlə ona təyin olunmuş cəzaya tam birləşdirilməklə üzərində 01 (bir) il müddətə azadlıqdan məhrumetmə və 950 (doqquz yüz əlli) manat cərimə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 950 (doqquz yüz əlli) manat cərimə və 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 43,623 qram olan bitki mənşəli kütlə tərkibində narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində məhkəmə xərcləri X16 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, həmçinin, hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili X23 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs X11 hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul büronun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin olunmuş cərimə cəzasının ödənilməmiş 950 (doqquz yüz əlli) manat hissəsi hazırki hökmlə ona təyin olunmuş cəzaya tam birləşdirilməklə üzərində 01 (bir) il müddətə azadlıqdan məhrumetmə və 950 (doqquz yüz əlli) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 gün müddət ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 950 (doqquz yüz əlli) manat cərimə və 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 20 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-in X21ndə aparılmış ekspertizadan sonra qalıq qalmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 43,623 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 60 (altmış) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X8, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili X23 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar