Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-53/2023 14.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X25 Yaqub oğlunun sədrliyi, X22 oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X17 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Salyan rayonu Yolüstü bələdiyyəsinin sədri Nümayəndə, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1978-ci ildə Sayan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir yetkinlik yaşına çatamayan uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, Siyavuş Qurbanov adına Salyan rayonu Yeni Uluxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyən, Salyan rayonu Yeni Uluxanlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2021-ci ilin sentyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində yerləşən və Salyan rayonu Yolüstü bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,90 ha torpaq sahəsində özbaşına becərmə işləri aparıb sonrakı müddətdə torpaq sahəsindən örüş sahəsi kimi istifadə edərək həmin torpaq sahəsini özbaşına tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 03 dekabr 2014-cü il tarixdə Salyan rayonu Yolüstü bələdiyyəsi ilə icarə müqaviləsi bağlayaraq 8,00 ha təyinatı örüş otlaq olan torpaq sahəsini 15 il müddətə icarəyə götürmüşür. 2021-ci ilin sentyabr ayında icarəsinə ayrılmış 8 ha torpaq sahəsini yonca əkmək üçün şumlayarkən bilmədən onun icarəsinə ayrılmış torpaq sahəsinə bitişik olan Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsus 2,90 ha torpaq sahəsini də şumlamış, həmin torpaq sahələrinə yonca toxumu səpmiş, sonrakı müddətdə ərazidə cücərmiş yonca bitkilərini becərmişdir. 2022-ci il noyabrın 23-də Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi şöbəsinin əməkdaşları Şahid1, Şahid2, Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3, Yolüstü kənd bələdiyyəsinin sədri Nümayəndə ilə birlikdə monitorinq aparan zaman yaşadığı kənddə yerləşən onun icarəsinə ayrılmış torpaq sahəsinin təyinatına uyğun olmayaraq yonca əkdiyini, həmçinin onun icarəsinə ayrılmış 8 ha torpaq sahəsindən əlavə Yolüstü bələdiyyəsinə məxsus 2,90 ha torpaq sahəsini də şumlayaraq yonca əkməklə torpaq sahəsinin zəbt edildiyini müəyyən etmişlər. Bundan sonra həmin ərazidə ölçmə işləri aparılmış, Şahid1 tərəfindən müvafiq akt tərtib edilmiş, aktı bütün iştirakçılar imzalasa da, lakin o, aktı imzalamaqdan imtina etmişdir. İcarəsinə ayrılmış 8 ha torpaq sahəsində təyinatına uyğun olmayaraq yonca əkdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 07 dekabr 2022-ci il tarixli qərarla 500 manat cərimə olunmuş, dekabr ayının 26-da həmin cəriməni ödəmişdir. İcarəsinə ayrılmış 8 ha torpaq sahəsindən əlavə 2,90 ha torpaq sahəsində də şumlama və becərmə işləri aparsa da, lakin həmin torpaq sahəsinin özünə məxsus olduğunu düşünərək becərmə işi aparmış, yəni, həmin torpaq sahəsini zəbt etdiyini dərk etməmişdir. Hal-hazırda icarəsinə ayrılmış 8 ha torpaq sahəsindən əlavə 2,90 ha torpaq sahəsini Yolüstü bələdiyyəsinə qaytarmışdır. Zərər çəkmiş hüquqi şəxsin ona qarşı şikayət və tələbi yoxdur, törətdiyi əməldən peşmandır. Səhv etdiyini başa düşür, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Onun bacısı X8 ərindən boşandığı üçün iki uşağı ilə birlikdə uzun müddət onun himayəsində yaşamışlar. Sonradan atası ilə birlikdə bacısı Almaz üçün yaşadıqları kənddə ev tikmişlər. Bacısının oğlu xx.xx.2000-ci il təvəllüdlü X9 İİ Qarabağ müharibəsi veteranı olmaqla, medallarla təltif olunmuşdur. Bacısının digər oğlu xx.xx.2004-cü il təvəllüdlü X11 isə İİİ qrup əlildir, hazırda da həmin şəxslərə himayədarlıq edir. O, hazırda Salyan rayonu Yeni Uluxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır. O, həmçinin Yeni Azərbaycan Partiyasının Yeni Uluxanlı kəndi üzrə sədridir. İş qrafiki ilə əlaqədar Salyan rayonu ərazisinin hüdudlarını mütəmadi tərk edərək, Şirvan, Bakı və digər şəhər və rayonlara getməli olur. Odur ki, barəsində şərti cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Salyan rayonu Yolüstü bələdiyyəsinin sədri Nümayəndə ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2022-ci il noyabrın 23-də Əmlak Məsələləri Dövlət Xidmətinin 13 saylı Şirvan Ərazi şöbəsinin əməkdaşları Şahid1, Şahid2 və Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid3la birlikdə Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində monitorinq keçirən zaman Təqsirləndirilən şəxs yaşadığı kənd ərazisində yerləşən icarəsində olan 8,0 ha torpaq sahəsindən əlavə Yolüstü bələdiyyəsinə məxsus 2,90 ha torpaq sahəsini də zəbt edərək orada şumlama apararaq yonca əkməsi faktı aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmin zəbt torpaq sahəsi Təqsirləndirilən şəxs tərəfindən hazırda bələdiyyəyə qaytarılmışdır. Ona qarşı şikayət və tələbləri yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs bacısı X8 ərindən boşandığı üçün iki uşağı ilə birlikdə uzun müddət Ramilin himayəsində yaşamışlar. Sonradan Ramil, bacısı Almaz üçün yaşadıqları kənddə ev tikmişdir. Ramilin bacısının oğlu xx.xx.2000-ci il təvəllüdlü X9 İİ Qarabağ müharibəsi veteranı olmaqla, medallarla təltif olunmuş, bacısının digər oğlu – xx.xx.2004-cü il təvəllüdlü X11 isə İİİ qrup əlildir, həmin şəxslərə hazırda da Ramil himayədarlıq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin məsləhətçi müfəttişi Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Əsasnaməyə uyğun olaraq xidmət etdiyi ərazidə mütəmadi olaraq torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi məqsədilə monitorinqlər aparır. 2022-ci il noyabrın 23-də Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində Şirvan Ərazi Şöbəsinin məsləhətçisi Şahid2, Salyan Rayon İcra Hakimiyyəti Başçısının Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid3, Yolüstü bələdiyyəsinin sədri Nümayəndə ilə birlikdə növbəti monitorinq tədbirlərini həyata keçirdikləri vaxt Yolüstü bələdiyyəsi ərazisində Təqsirləndirilən şəxs tərəfindən **********59 reyestr nömrəli çıxarışla heyvandarlıq məqsədilə icarəsinə ayrılan 8,0 ha torpaq sahəsindən əlavə 2,90 ha bələdiyyənin örüş torpaq sahəsinin zəbt edilərək yonca əkini aparılması faktı müəyyən edilmişdir. Təqsirləndirilən şəxs qanunsuz becərmə işləri apararaq istifadə etdiyi 2,90 ha torpaq sahəsinə dair hər hansı bir hüquqi sənədinin olubolmaması soruşulduqda hər hansı sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən mülkiyyət, istifadə və icarə hüququ olmadan 2,90 ha kənd təsərrüfatı təyinatlı bələdiyyənin örüş torpaq sahəsi zəbt olunaraq qanunvericiliyin tələbləri pozulduğundan akt tərtib edilmiş, həmin akt bütün iştirakçılar tərəfindən imzalansa da, Təqsirləndirilən şəxs aktı imzalamaqdan imtina etmişdir. Təqsirləndirilən şəxs icarəsinə ayrılmış 8 ha torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə etdiyi üçün onun barəsində Azərbaycan Respublikasının İXM-in 247.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və 07 dekabr 2022-ci il tarixli qərarla 500 manat cərimə olunmuşdur. Hazırda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs zəbt etdiyi torpaq sahəsini Yolüstü bələdiyyəsinə qaytarmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə vermişlər. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışın surətindən görünür ki, Salyan rayonu Yolüstü kəndi ərazisində yerləşən sahəsi 8,0 ha olan kateqoriyası kənd təsərrüfatı təyinatlı, məqsədli istifadə növü örüş otlaq olan **********59 reyestr nömrəli torpaq sahəsi bələdiyyə mülkiyyət növü əsasında Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsusdur. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, ******* saylı çıxarışın surətindən, AA 003471 saylı “torpağın planı və ölçüsü”nün surətindən və ********* saylı Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şəhadətnaməsinin surətindən görünür ki, Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsus Salyan rayonu Yolüstü kəndi ərazisində yerləşən örüş otlaq məqsədli sahəsi 8,0 ha olan torpaq sahəsi 15 il müddətə Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli icarə müqaviləsindən görünür ki, Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsus Salyan rayonu, Yolüstü kəndi ərazisində yerləşən sahəsi 8,0 ha olan torpaq sahəsi 15 il müddətinə, xx.xx.2014-cü ildən xx.xx.2029-cu ilədək Təqsirləndirilən şəxs icarəsinə verilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 247.2-ci maddəsi ilə 500 manat cərimə edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslı tərəfindən tərtib edilmiş 16 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən özbaşına becərmə işləri aparılmış 2,90 ha torpaq sahəsi Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində kənd daxili yolun kənarında yerləşməklə örüş sahəsidir. Ərazinin giriş hissəsində su kollektorunun üzərində metaldan hazırlanmış giriş qapısı mövcuddur. Qeyd olunan sahədə torpaq üzərində yaşıl rəngli biçilmiş halda olan yonca bitkisinə oxşar bitki vardır. Örüş sahəsi kənarlardan kollektor tipli kanallarla əhatə olunmuşdur və ərazinin hüdudları döngəlidir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli, 3-21-3-38/2-89/2023 nömrəli məktubu ilə istintaqa daxil olmuş mütəxəssis rəyindən və ona əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planından görünür ki, elektron kadastr məlumatlarına əsasən Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs tərəfindən əkin sahəsi kimi istifadə olunan 10,90 ha torpaq sahəsinin 8,0 ha olan hissəsi Yolüstü bələdiyyəsinin mülkiyyətinə aid olmaqla **********59 reyestr nömrəli çıxarışla dövlət qeydiyyatına alınmış Təqsirləndirilən şəxs icarəsində olan örüş sahəsidir. Mübahisəli 2,90 ha hissəsi isə Yolüstü bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş sahəsidir və faktiki olaraq Təqsirləndirilən şəxs tərəfindən istifadə olunur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Nahid Abbaslının xx.xx.2023cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan yaşadığı kənd ərazisində Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsus icarəsinə ayrılan 8,0 ha torpaq sahəsindən əlavə 2,90 ha kənd təsərrüfatı təyinatlı bələdiyyənin örüş topaq sahəsini özbaşına becərməsinə dair əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin 27 yanvar 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan Salyan rayonu Yolüstü bələdiyyəsinin 25 yanvar 2023-cü il tarixli, 07 nömrəli məktubundan görünür ki, Salyan rayonu Yeni Uluxanlı kənd sakini Təqsirləndirilən şəxs tərəfindən yaşadığı kənd ərazisində özbaşına becərmə işləri aparılmış 2,90 ha torpaq sahəsi Salyan rayonu Yolüstü bələdiyyəsinə məxsus olmaqla kənd təsərrüfatı təyinatlıdır və Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair mülkiyyət, istifadə və ya icarə hüququ yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 24 yanvar 2023-cü il tarixli, 192 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğu narkoloji, ruhi-əsəb yaxud digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. İş materiallarında olan Salyan rayonu Yeni Uluxanlı kənd məktəbinin 35 saylı xx.xx.2023-cü il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Siyavuş Qurbanov adına Salyan rayonu Yeni Uluxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir və iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Elm və Təhsil Nazirliyi Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Yeni Uluxanlı kənd tam orta məktəbində təsərrüfat müdiri vəzifəsində işləyir. İş materiallarında olan Salyan RİHB-nin Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 39 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Yeni Uluxanlı kəndində yaşayır, ailə tərkibi atası - 1951-ci il təvəllüdlü, təqaüdçü İskəndər Xıdırovdan; anası - 1955-ci il təvəllüdlü, təqaüdçü Dilarə Xıdırovadan; həyat yoldaşı – 1981-ci il təvəllüdlü, işləməyən Kəmalə Xıdırovadan; oğlu – 2005-ci il təvəllüdlü, məktəbli X4 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, X12 xx.xx.2005-ci ildə anadan olmuşdur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə baxış keçirilməsi barədə protokollar, təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 19 yanvar 2023-cü il tarixli, 3-21- 3-38/2-89/2023 nömrəli məktubu ilə istintaqa daxil olmuş mütəxəssis rəyi, Zərərçəkmiş şəxs 25 yanvar 2023-cü il tarixli, 07 nömrəli məktubu və digər istintaq sənədləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Salyan RİHB-nin Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs bacısı X8 övladları xx.xx.2000-ci il təvəllüdlü X9 və xx.xx.2004-cü il təvəllüdlü X11 azyaşlı olduğu vaxdan ailəsindən ayrılıb və bir müddət övladları ilə birlikdə qardaşının evində yaşayıb. Almaz Xıdırova ha-hazırda özünə məxsus evdə övladları ilə birlikdə yaşayır, onun oğlu X9 44 günlük Vətən müharibəsi iştirakçısıdir. Digər oğlu X11 isə İİİ qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X11 müddətsiz İİİ dərəcəli əlildir. İş materiallarına əlavə edilmiş xx.xx.1978-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, atası X10, anası X5r. İş materiallarına əlavə edilmiş xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, atası X10, anası X5r. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2000-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, atası X7, anası X2r. İş materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, atası X7, anası X2r. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının medallarının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs bacısının oğlu X9 “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. İş materiallarına əlavə edilmiş zərər çəkmiş hüquqi şəxs Salyan rayonu Yolüstü bələdiyyəsinin sədri Nümayəndə məhkəmə iclası zamanı xx.xx.2023-cü il tarixdə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs zəbt etdiyi 2,9 ha torpaq sahəsini bələdiyyəyə qaytarmışdır. Bələdiyyəyə dəymiş ziyan tam ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Salyan rayonu Yeni Uluxanlı kəndi ərazisində yerləşən və Salyan rayonu Yolüstü bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı 2,90 ha torpaq sahəsində özbaşına becərmə işləri aparıb sonrakı müddətdə torpaq sahəsindən örüş sahəsi kimi istifadə edərək həmin torpaq sahəsini özbaşına tutması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Həmin Məcəllənin 188.3-cü maddəsinə əsasən, bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə -üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Həmin Məcəllənin 70.6-cı maddəsinə əsasən, şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun bacısının oğlu X6 Vətən Müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, himayəsinə bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilməli və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Məhkəmə məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, onun himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var, hal-hazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, həmin şəxsə real olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilərsə, o və ailəsi əlavə məhrumiyyətlərə məruz qala bilər, həmçinin təqsirkarın şəxsiyyətinə uyğun gəlməz. Bundan başqa zərərçəkmiş hüquqi şəxsə dəymiş zərəri tam aradan qaldırmış və həmin hüquqi şəxsin ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Onun bacısının oğlu X1 Müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmuşdur. Bu isə Təqsirləndirilən şəxs ailə üzvlərinin vətənpərvər, Azərbaycan Respublikasının dövlətçiliyinin qorunması ruhunda tərbiyə olunmasını təsdiq edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Bundan başqa, məhkəmə yuxarıda sadalanan halları, o cümlədən Təqsirləndirilən şəxs məşğul olduğu əmək fəaliyyətinin xarakterini – yəni məktəbdə təsərrüfat müdiri işləməklə iş fəaliyyəti ilə əlaqədar yaşayış yerini və ərazi hüdudlarını müəyyən vaxtlarda tərk etmək zərurətini nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, həmin cəzanın təyin edilməsi zamanı məhkəmə tərəfindən məhkumun üzərinə yaşayış yerini və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulur. Bu da onun əmək fəaliyyətinə mənfi təsir göstərməklə özünün və ailəsinin yeganə dolanacaq mənbəyi olan həmin işindən mərhum olmasına, bu isə öz növbəsində təyin olunacaq cəzanın ədalətli olmamaqla cinayətlə cəza arasındakı balansın pozulmasına, özünün və ailəsinin əlavə məhrumiyyətlərə düçar olmalarına səbəb ola bilər. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351- 353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq olunaraq təyin olunmuş cəza şərti hesab edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Davranışına nəzarət etmək yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №1(057)-53/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-53/2023
14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver