Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-53/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü ildə Sabirabad rayonu Xankeçən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olmaqla, ünvan 2, fərdi yaşayış evində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 17 aprel 2025-ci il tarixdə saat 16:32 dəqiqədə Salyan şəhəri M.Quluzadə küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 8,20 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olmaqla Salyan şəhəri T.Davudzadə küçəsində fərdi evdə ailə üzvləri ilə birlikdə yaşayır. Bildirmişdir ki, təxminən 1 ildən çoxdur ki, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə etmişdir. Bildirmişdir ki, 15 aprel 2025-ci il tarixdə günorta saatlarında Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yerləşən pambıq zavodunun yanından keçərkən yerdəki sellofan büküm diqqətini cəlb etmişdir. Əyilib həmin sellofanı yerdən qaldırıb içərisinə baxdıqda orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin maddədən istifadə etdiyi üçün tapdığı, bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürüb cibinə qoymuşdur. O, bu müddət ərzində tapdığı narkotik vasitə qurudulmuş marixuanadan iki dəfə istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün cibində saxlamışdır. 17 aprel 2025-ci il tarixdə saat 16:30 radələrində Salyan şəhəri, M.Quluzadə küçəsi ərazisində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. O, saxlanıldıqdan sonra polis əməkdaşları videoçəkiliş aparmaqla onun üzərinə baxış keçirməyə başlamışlar. Polis əməkdaşları ondan üzərində nə olması barədə soruşduqda, o, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuananı və üzərində olan 1 ədəd “Nokia” markalı mobil telefonu onlara təqdim etmişdir. O, həmin maddədən başqa şəxsə satmamış və satış məqsədi olmamışdır. İlk dəfə cinayət törətdiyini nəzərə alaraq, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı vəzifəsində xidmət edir. 17 aprel 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olmaqla Salyan şəhəri T.Davudzadə küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid2 və RPŞ-nin KCMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 16:32 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri M.Quluzadə küçəsi ərazisində olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Həmin vaxt onlar videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Ondan üzərində nə olması və olduğu halda təqdim etməsi barədə soruşduqda, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri çıxarıb təqdim etmişdir. Ondan həmin kütlələrin nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs sellofan bükümdəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, özünə məxsus olduğunu və istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Baxış zamanı bildirmişdir ki, həmin maddədən heç kimə verməmiş, satmamış və satış məqsədi olmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd “Nokia” markalı mobil telefon da aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olan sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələrin çəkisinin 9,10 qram olması müəyyən edilmiş, həmin kütlələr kağız zərfdə qablaşdırılmış, möhürlənmiş, üzəri Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid3 da Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; 17 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsi protokolundan və qərardan görünür ki, Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi, daşınması və saxlanması barədə daxil olmuş məlumat əsasında videoçəkiliş vasitəsilə keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olmaqla Salyan şəhəri T.Davudzadə küçəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə saat 16:32-də Salyan şəhəri, M.Quluzadə küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, elektron tərəzi vasitəsilə çəkildikdə qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisinin 9,10 qram olması müəyyən olunmuş, həmin kütlələr kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2004-cü ildə Sabirabad rayonunda anadan olmuş, Sabirabad rayonu, Azadkənd ərazi dairəsinin Xankeçən kəndində qeydiyyatda olan və Salyan rayonu, T.Davudzadə küçəsi fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə 16:32-də Salyan şəhəri, M.Quluzadə küçəsində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində “öy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofan torbada içərisində spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə tərəfimizdən aşkar edilərək götürülmüş, elektron tərəzi vasitəsi ilə çəkildi, kütlənin 9.10 qram olması müəyyən olunmuş və həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs saat 16:50-də Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyat-axtarış ədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. Göstərilənlərə əsasən müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. 17 aprel 2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə saat 18:30 dəqiqədə Salyan RPŞ-nin İBnin müstəntiqi, polis leytenantı Orxan Axundov tərəfindən şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X5 Yerinə təhvil verilmişdir. 17 aprel 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, videoçəkiliş vasitəsilə baxış zamanı polis əməkdaşı Şahid1 əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şəxsin üzərinə baxış keçirilməsinə dair protokolu, 01 ədəd CD disk, 01 ədəd möhürlənmiş kağız zərf və Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Nokia” markalı mobil telefonu təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 17 aprel 2025-ci il tarixdə saat 16:32 dəqiqədə Salyan şəhəri M.Quluzadə küçəsi ərazisində narkotik vasitələrin qanusnuz dövriyyəsində şübhəli olduğundan onlar tərəfindən saxlanılmış, üzərindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar olunmuş və həmin kütlələr təqdim etdiyi kağız zərfdə qablaşdırılaraq ağzı möhürlənmişdir. Bundan sonra təqdim olunan 01 ədəd CD diskə baxış zamanı müəyyən olunmuşdur ki, 2025-ci ilin aprelin 17-də saat 16:32 dəqiqdə Salyan Rayon Polis Şöbəsinin əməkdaşları Təqsirləndirilən şəxs Salyan şəhəri, M.Quluzadə küçəsi ərazisində saxlayaraq ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş hər hansı bir əşya vardırsa özü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələri polis əməkdaşlarına təqdim etmiş və bildirmişdir ki, sellofan bükümdəki kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, həmin kütlələri özünün istifadə etməsi məqsədilə üzərində saxlamış, həmin narkotik vasitədən heç kimə satmamış və satmaq niyyəti olmamışdır. Diskin baxışı başa çatdırıldıqdan sonra təqdim olunan 01 ədəd möhürlənmiş kağız zərfə baxış zamanı zərfin içərisində 01 ədəd sellofan bükümdə yaşıl rəngli, ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Baxış zamanı elektron tərəzi vasitəsilə çəkildikdə, həmin kütlələrin çəkisinin 8,99 qram olması müəyyən edilmişdir. Daha sonra həmin kütlələr iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə-bioloji ekspertizasına göndərilməsindən ötrü götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının 18 aprel 2025-ci il tarixli 18/314 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 8,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 8,20 qram, tədqiqata sərf olundu – 0,02 qram, qalıq – 8,18 qram. Həmin rəyə əlavə edilmiş 18 aprel 2025-ci il tarixli 18/314 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun tərtib etdiyi protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş və üzərinə baxış keçirilərkən üzərindən aşkar olunaraq götürülmüş “Nokia” markalı mobil telefonun baxışını aparılmış, baxış keçirilərkən aşağıdakılar müəyyən olunmuşdur. Baxış keçirilən əşya sadə “Nokia” markalı mobil telefon cihazıdır, telefonun üzərində ***-***-**-** saylı nömrə vardır. Telefon saz və işlək vəziyyətdədir.Telefonun korpusu qara rəngli olmaqla plastik materialdandır. Telefona baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal aşkar olunmamışdır. Bununla da, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona baxış başa çatdırılmışdır.Baxış zamanı foto və videoçəkilişdən istifadə edilməmişdir. 19 aprel 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının 22 may 2025-ci il tarixli, 282 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. 19 aprel 2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 19 aprel 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. 21 aprel 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 8,18 qram narkotik vasitə qurudulmuş marixuna iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. 21 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs 1 ədəd “Nokia” markalı telefonunu Salyan RPŞ-nin inzibati binasında təhvil aldığını və buna dair heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Salyan RPŞ-nin İB-nin müstəntiqi polis kapitanı Rza Məmmədovun əməliyyat tapşırığından görünür ki, Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olmaqla Salyan şəhəri T.Davudzadə küçəsində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, 1 ədəd bükümdə təmiz çəkisi 8,20 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 2025-ci il aprelin 17-də şaat 16:32 dəqiqədə Salyan şəhəri M.Quluzadə küçəsi ərazisində şübhəli kimi saxlanılaraq orada üzərinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş və əynində olan göy rəngli cins şalvarın sol yan cibindən həmin narkotik vasitə aşkar olunaraq götürülmüşdür.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.İstintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, 15 aprel 2025-ci il tarixdə günorta saatlarında Salyan şəhəri T.Davudzadə küçəsi ərazisində yerləşən pambıq zavodunun yanından keçərkən yerdəki sellofan büküm diqqətini cəlb etmişdir. Əyilib həmin sellofanı yerdən qaldırıb içərisinə baxdıqda orada narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, həmin maddədən istifadə etdiyi üçün tapdığı, bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı götürüb cibinə qoymuşdur. O, bu müddət ərzində tapdığı narkotik vasitə qurudulmuş marixuanadan iki dəfə istifadə etmiş, qalanını da sonra istifadə etmək üçün cibində saxlamışdır.Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı nə vaxt, harada və kimdən əldə etməsinin, həmin maddədən başqa şəxslərə satmasının və ya satmaq niyyətinin olmasının müəyyən edilməsi istiqamətində aparılan istintaq hərəkətləri ilə yanaşı həmin xüsusatlar üzrə müəyyən əməliyyat-axtarış tədbirləri keçirilməli, Təqsirləndirilən şəxs həyat tərzi, cinayət əlaqələri, bundan əvvəl hər hansı cinayətin törədilməsində iştirakının olub-olmaması əməliyyat-axtarış tədbirləri yolu ilə yoxlanılmalıdır.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 85.4.5-ci maddəsini rəhbər tutaraq, əməliyyat tapşırığının icra olunmasına və nəticəsi barədə istintaqa məlun. verilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması üçün barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərtini pozaraq cinayət prosesini həyata keçirən orqandan gizləndiyi və çağrışa gəlməkdən qəsdən boyun qaçırdığnı nəzərə alaraq, Təqsirləndirilən şəxs tutulması üçün barəsində axtarış elan edilmiş və tutulduğu halda Salyan RPŞ-nin MYS-nə yerləşdirilməsi qərara alınmışdır. Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Tural Məliklinin tərtib etdiyi raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götütürülmüş narkotik vasitə qurudulmuş marixuana nə vaxt, harda, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Bu istiqamətd tədbirləri davam etdirilir və gələcəkdə iş üzrə əməliyyat marağı kəsb edən hər hansı bir məlumat əldə olunarsa bildiriləcəyi qeyd olunmuşdur. Salyan RPŞ-nin İTB-nin sahə rəisi polis kapitanı Zamiq Rüstəmovun tərtib etdiyi raportdan görünür ki, ünvan 2, ev 14-də yaşayan 0.03.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs “Polisin nəzarəti altına vermə qətimkan tədbirin seçilməsi göstərilmişdir. Materialın icrası ilə bağlı olaraq, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs davranışına nəzarət edilməsi məqsədilə tərəfindən qeydiyyata götürülmüşdür. Lakin Təqsirləndirilən şəxs müəyyən edilmiş cədvəl əsasında Rayon Polis Şöbəsinin növbətçi hissəsində deydiyyatdan keçməmiş və bununla da o, “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin tələblərini mütəmadi olaraq pozmuşdur. Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Beyrək Nəsirov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdən axtarışa elan olunmuş, xx.xx.2004-cü ildə Sabirabad rayonunda anadan olmuş və həmin kənddə qeydiyatda olan Təqsirləndirilən şəxs barəsində Salyan RPŞ-də xx.xx.2025-ci il tarixdə 720121 nömrəli axtarış işi açılmışdır. Odur ki, raporta dair müvafiq göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 20 may 2025-ci il tarixli, 18-1-70/2-475/2025 nömrəli məktubdan və xasiyyətnamədən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü, Sabirabad rayonu Xankeçən kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs əsəb-ruhi və narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının Azadkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 may 2025-ci il tarixli, 5-70-14/2-22-2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Ağazadə X4 rayon Azadkənd kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır.Təqsirləndirilən şəxs ailə tərkibi atası X9 xx.xx.1973-cü il təvəllüdlü, anası xx.xx.1965-ci il təvəllüdlü X1 ibarətdir. Salyan RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Beyrək Nəsirov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2004-cü ildə Sabirabad rayonu Xankeçən kəndində anadan olmuş və həmin kənddə qeydiyatda olan və barəsində Salyan RPŞ-də xx.xx.2025-ci il tarixdə 720121 nömrəli axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da özü könüllü olaraq Salyan RPŞ-yə gəlmiş və barəsində müvafiq sənədləşdirmə aparılaraq RPŞ-nin MSY-nə yerləşdirilmişdir.Odur ki, raporta dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnməşdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, hazırki ünvanda daimi yaşadığını, əvvəllər məhkum olunmadığını, könüllü olaraq Salyan RPŞ-yə gəldiyini, cinayət işinin istintaqına mane olmayacağına, bir daha istintaq orqanın çağrışından yayaınmayacağına, həmçinin bir daha istintaq və məhkəmədən qaçıb gizlənməyəcəyinə söz verdiyini nəzərə alaraq, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılmış və Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlaılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur.Qərarın sürəti icra edilməsi üçün Salyan RPŞ-nə və məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan başqa şəxslərə satması və ya satış məqsədi ilə saxlaması təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun özünün etirafedici ifadələri, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış - 8,18 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Salyan ylan saxlama otağına təhvil verilməsi nəzərə alınmşdır.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 03 gün müddətin hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 8,18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 03 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 2ndə yerləşən yaşayış yerini hər gün saat 22:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X6 aparılmış ekspertizadan sonra qalıq qalmış 8,18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-53/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-53/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver