Məhkəmə qərarları › İş №1(057)-54/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-54/2023

25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-54/2023 25.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X11 Yaqub oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Salyan rayonu Peyk kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(057)-1579/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)-954/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 2290.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. Zərərçəkmiş şəxs ilə xx.xx.2010-ci ildə faktiki ailə qurmuş, valideyinlərinə məxsus evdə ər-arvad kimi yaşamışlar. El adəti ilə toy edilsə də, nikahları rəsmiləşdirilməmişdir. Birlikdə yaşadıqları müddətdə münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Ər-arvad kimi birlikdə yaşadıqları müddətlərdə bir müddət mehriban yaşasalar da sonradan yola getmədikləri üçün ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da Zərərçəkmiş şəxs övladları ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130.00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qeydiyyatda olduğu yer üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, ona alimentin ödənilməsi barədə bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə təqsirli bilinərək səkkiz gün müddətinə həbs edilmişdir. İşsiz olduğu və maddi imkanı olmadığı üçün olduğu üçün alimenti ödəməmiş və nəticədə 2290,00 manat aliment borcu yaranmışdır. Hazırda evlidir, övladı yoxdur. Hazırda tikintidə işləyir, gündəlik təxminən 25-30 manat pul qazanır. Zərərçəkmiş şəxs razı olsa, aliment borcunu hissə-hissə ödəyə bilər. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidin ifadələri ilə, elan olunaraq tədqiq edilmiş şahid ifadəsi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Təqsirləndirilən şəxs ilə xx.xx.2010-ci ildə qeyri-rəsmi ailə qurmuş, nikahlarını rəsmləşdirməmişlər. Münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Daha sonra yola getmədiklərindən ayrılmış və övladı ilə birlikdə valideyinlərinin himayəsində yaşayır. Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130.00 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs ev tikintilərində usta kimi işləməsinə, bundan başqa kənd yerində əkin-biçinlə məşğul olmaqla yetərli qədər qazanc əldə etməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti vaxtlı-vaxtında ödəməmiş və nəticədə 25 aprel 2022-ci il tarixədək 2290,00 manat aliment borcu yaranmışdır. Təqsirləndirilən şəxs həmin vaxtdan bu günədək müxtəlif bəhanələrlə alimenti vermir. Odur ki, onun barəsində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. O, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(057)-1579/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 oktyabr 2020-ci il tarixdən başlayaraq cavabdeh Təqsirləndirilən şəxs hər ay 130,00 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində səkkiz gün müddətində inzibati həbs tətbiq edilmişdir.İnzibati həbs tədbirindən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o,öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcun ödənilməsini təmin etməmişdir. Aliment borcunun ödənilməsi üçün Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yenidən xəbərdarlıq verilmişdir.Salyan Rayon Məhkəməsinin 8(057)-01/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək tələbkar X3 2290,00 manat ödənilməyən aliment borcu olduğu kimi qalmış, həmin vaxtdan bu günə qədər də ödəniş etməmişdir. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıq edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tam təmin etməmişdir. Bu da haqlı olaraq tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış lakin o,öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid2 da ifadəsində Şahid3 ifadəsində dediklərini bir daha təsdiq edərək Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(057)-1579/2020 saylı qətnaməsini qərəzli olaraq icra etmədiyini göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Səbinə, Təqsirləndirilən şəxs ilə xx.xx.2010-ci ildə faktiki ailə qurmuş, Təqsirləndirilən şəxs valideyinlərinə məxsus evdə ər-arvad kimi yaşamış, el adəti ilə toy edilsə də nikahları rəsmləşdirilməmişdir. Birlikdə yaşadıqları müddət ərzində münasibətlərindən xx.xx.2011-ci il təvəllüdlü Yağmur adında övladları anadan olmuşdur. Nikahda olduqları müddətlərdə Təqsirləndirilən şəxsla münasibətləri pozulduğundan onlar ayrılmış və həmin vaxtdan da bacısı Səbinə övladı ilə birlikdə onun və valideyinlərinin himayəsində yaşayır. Onlar ayrılandan sonra Elnur övladının saxlanılması ilə əlaqədər bacısına maddi köməklik göstərməmişdir. Bacısı Səbinə isə uşağı təkbaşına saxlaya bilmədiyindən Elnura qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1579/2020 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən hesablanmaqla, qeyd edilən uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130.00 manat sabit pul məbləğində aliment tutularaq bacısı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Salyan Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, Salyan Rayon Məhkəməsinin qərarı ilə səkkiz gün müddətinə həbs edilmişdir. Aparılmış bütün icra tədbirlərinə baxmayaraq ödəməli olduğu aylıq alimenti vaxtlı-vaxtında ödəməmiş və nəticədə təqdimat verilən günə, yəni 25 aprel 2022-ci il tarixədək 2290.00 manat aliment borcu yığılıb qalmışdır. Elnur ev tikintilərində usta işləməklə yetərli qədər pul qazamasına baxmayaraq doğma övladına aliment ödəmir. Bunu bilərək, istəyərək və qərəzli olaraq edir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(057)-1579/2020 saylı qənaməsinin və həmin qətnamə əsasında verilmiş icra vərəqəsinin surətlərindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, həmin tarixdə Salyan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(057)-1579/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli bildirişinin surətindən görünür ki, həmin şöbə tərəfindən Salyan rayon məhkəməsinin 18 noyabr 2020-ci il tarixli 2(057)-1579/2020 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, o, işsiz olduğu üçün borcunu ödəyə bilmir, işlədiyi halda aliment borcunu ödəyəcəkdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin məhkəmənin qanuni qüvvəyə minmiş 18 noyabr 2020-ci il tarixli 2(057)-1579/2020 saylı qətnaməsinin icrasından boyun qaçırdığına görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 gün müddətə inzibati həbs edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs əmlak vəziyyətinin yoxlanılması barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus evdə yoxlama tədbirləri keçirilmiş və evdə zəruri ehtiyaca malik olan ev əşyalarından başqa siyahıya alınıb üzərinə həbs qoyulası əmlak aşkar edilməmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(057)- 01/2022 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Məşğulluq Mərkəzinin 09 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs işlə təmin edilməsi üçün məşğulluq mərkəzinə dəvət göndərilməsinə baxmayaraq müraciət etmədiyindən iş axtaran şəxs kimi qeydiyyata alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və ittiham elan edilməsi üçün tutularaq Bakı şəhər Nərimanov RPİ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin xx.xx.2022-ci il tarixli məktubundan və axtarışda olan şəxsin könüllü gəlməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 11:30-da özü könüllü olaraq Salyan RPŞ-yə gəlmiş və əməkdaşlar tərəfindən Nərimanov RPİ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:30-dan saat 17:20-dək təqsirləndirilən şəxs qismində dindirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan müvəqqəti saxlama yerindən azad edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nərimanov rayon Polis idarəsinin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs hesabına 700 manat pul köçürmüşdür. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu ona ödəməmişdir. O, Təqsirləndirilən şəxs şikayətçidir. Ziyanı tələb edir. İş materiallarında olan AZ İİİ 377654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2011-ci ildə anadan olmuşdur, atası X5, anası Zərərçəkmiş şəxsdır. İş materiallarında olan Salyan rayon Varlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Salyan rayon Peyk kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2020-ci il tarixdən hesablanmaqla, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130.00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Salyan Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli, 2(057)- 1579/2020 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(057)-954/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 2290.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları qiymətləndirərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi qəbul edir, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmiş, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə olan cəzanı yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs zərər çəkmiş şəxslə barışmamış, zərərçəkmiş şəxs ondan şikayətçidir, inzibati məsuliyyətə cəlb olunmasına baxmayaraq qanuni qüvvəyə minmiş qətnamənin icrasını tam təmin etməmiş və bununla da törətdiyi əmələ biganə yanaşmışdır. Bu, isə öz növbəsində xeyrinə aliment tutulan uşağın maraqlarını da əhəmiyyətli dərəcədə pozmaqla yanaşı zərər çəkmiş şəxsin pozulmuş hüququnun bərpasını və dəymiş zərərin ödənilməsini mümkünsüz etmiş, ədalət mühakiməsinin fəaliyyəti nəticəsiz qalmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi isə məhkəmə orqanlarını nüfuzdan salaraq cəmiyyətdə qanunla qorunan hüquq və mənafelərin müdafiəsi ilə əlaqədar inamsızlıq yaradır və zərərçəkənlərin hüquqlarını pozur. Bununla da, məhkəmə həmin şəxsin cəmiyyətdən təcrid olunmaqla azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunmasını, sosial ədalətin bərpa olunmasını, həmçinin onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni cinayətlərin törədilməsinin qarşısının alınmasını və bununla da cəzanın məqsədlərinin təmin olunmasını mümkün hesab etmir. Əksinə, məhkəmənin qənaətinə görə bu, onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, bununla da ədalət mühakiməsinin təmin edilməsi və qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər və bununla da, digər yüngül cəzanın təyin edilməsi cəzanın məqsədlərinin təmin olunması üçün effektli olmaz. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 (iki) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 25 aprel 2023-cü il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sərdlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar