Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-54/2025 17.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X17 Yaqub oğlunun sədrliyi, X13 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X10 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci ildə Tərtər rayonu Hacıqərvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2025-ci il martın 09-da saat 16 radələrində Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətində olarkən rəsmi olaraq ayrılsa da, birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs evin həyətinə daxil olduqdan sonra onu tutduracağını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun sağ çiyninə, sol dirsəyinə və bədəninin digər nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ qulaqaltı, sağ körpücük nahiyələrinin, döş qəfəsinin sağ yuxarı tış hissəsinin, sağ bazu-oynaq, sağ dirsək nahiyələrinin yaraları, habelə Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra baş və sifət nahiyəsinə qəsdən yumruq və təpik zərbələri vuraraq sonuncunun sol göz orbitasının, sağ saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sol gözün ağlı qişasının qansızması, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş və ibtidai sitintaq zamanı verdiyi ifadəsi elan olunmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadə düzdür, həmin ifadəni təsdiq edir. Mehriban onun keçmiş arvadıdır, onlar xasiyətləri uyğun gəlmədiyi üçün boşanmışlar. Mehriban ilə bir evdə yaşayırlar, onlar mütəmadi bir-birləri ilə mübahisələr etmişlər. 2025-ci il mart ayının 09-da yaşadıqları evin həyətyanı sahəsində su çəninin krantı xarab olduğu üçün onu düzəltməklə məşğul olmuş, mətbəx bıçağı ilə taxta yonmuşdur ki, krantı düzəltsin. Həmin vaxt Mehriban əsəbi halda çöl qapıdan içəri girmiş, içəri girən kimi onunla mübahisə edərək üstünə gəlmişdir. Mehriban ona kobud sözlər demiş, o əsəbləşmişdir. Mehriban ona demişdir ki, “səni tutduracağam, səni çöldə qalmağa qoymayacağam, sənin yerin türmədir”. Mübahisə edən zaman onun əlində bıçaq olmuşdur. Mehriban onun üstünə hücum etmiş, bu zaman o, Mehribanı itələmiş, bu hal bir neçə dəfə təkrarlanmış, hər dəfə Mehribanı itələyəndə əlindəki bıçaq Mehribanın qol və çiyin hissələrinə dəymişdir. O, Mehribanı qəsdən bıçaqlamamış, özündən uzaqlaşdırmaq üçün itələyən zaman ona bıçaq dəymişdir. O, əsəbləşdiyi üçün Mehribanı saçından tutub yerə yıxmış, ona bir neçə təpik, sillə, yumruq vurmuşdur. Onun Mehribanı öldürmək və ya ciddi xəsarət yetirmək niyyəti olmamışdır. Mehriban yerdə həmin vəziyyətdə olmağına baxmayaraq yenə də onu təhqir etmişdir. Həyətdə olan dava-dalaş təxminən 15 dəqiqə çəkmişdir. Onlar arasında dava olan zaman evdə heç kim olmamışdır. Bundan sonra o, özü könüllü Salyan Rayon Polis Şöbəsinə gələrək boşandığı arvadı Mehriban ilə dava etdiyini, həmçinin ona müxtəlif sayda bıçaq zərbələri vurduğunu bildirmişdir. O, Mehribana əsəbiləşdiyindən onu cəzalandırmış və ona bir sıra xəsarətlər yetirmişdir. Törətdiyi əməldən peşmandır. Mehribanla barışığa bir neçə dəfə cəhd etsə də, barışıq olmamışdır. Əvvəllər 2 dəfə məhkum olunmuşdur. 1993-cü ilin avqust ayından 1994-cü ilin fevral ayının 12-dək Ağdam ətrafında gedən döyüşlərdə fəal iştirak etmişdir. Söz verir ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcək, odur ki, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifdə düzdür. Ağamirzə onun keçmiş əridir. Ağamirzə ilə boşansalar da, birlikdə yaşayırlar. Ağamirzə ilə boşanmalarına səbəb xasiyyətlərinin uyğun gəlməməsi olmuş, lakin Ağamirzə qonşuluqda yaşayan şəxslərə isə guya onun əxlaqsız işlər ilə məşğul olmasına görə boşandığını bildirmişdir. Boşandıqdan sonra birlikdə yaşadıqları müddətlərdə keçmiş əri Təqsirləndirilən şəxs onu həmişə ölümlə hədələmiş, təhqir edərək əxlaqsız olduğunu demişdir. Ağamirzə mütəmadi üzərində bıçaq gəzdirmişdir. O, otuz səkkiz ildir ki, Salyan rayonu Arbatan kəndində yaşayır, getməyə başqa yeri yoxdur, gedib kürəkənin yanında yaşayası deyil. 06 mart 2025-ci il tarixdə Salyan şəhərində yaşayan Zərri adlı qızıgilə qonaq gedərək 3 gün orada qalmış, 09 mart 2025-ci il tarixdə evə geri qayıtmışdır. Evə gəldikdən sonra qaynıgilin evinə qonaq getmişdir. Qaynıgil və qızları ona mütəmadi maddi köməklik edirlər ki, bazarlıq edən zaman Ağamirzə üçün də ərzaq alsın. Qaynıgildən çıxdıqdan sonra marketə gedib, ərzaq və digər şeylər almış, sonra evə qayıtmışdır. Həyətə daxil olan kimi Ağamirzənin həyətdəki tut ağacının altında gəzişdiyini, əsəbi olduğunu görmüşdür, Ağamirzə onu görən kimi üzərinə doğru gəlmiş, onun yanına çatan kimi “səni öldürəcəm” deyərək üzərində gəzdirdiyi mətbəx bıçağı ilə onun sağ çiyninə vurmuşdur. Daha sonra saçından tutub başına yumruq vurmuş, onu yerə yıxmışdır. O yerdə olan zaman Ağamirzə əlindəki bıçaq ilə onun boğazına vurmaq istəmiş, lakin o qolu ilə özünü müdafiə etmiş, bıçaq onun dirsək nahiyyəsinə dəymişdir. O yerdə olan zaman qışqıraraq “məni vurma” deməsinə baxmayaraq Ağamirzə “səni öldürəcəm” deyərək yerdə ona dəfələrlə əlindəki bıçaqla, yumruq və təpiklə vurmuşdur. Ən sonda Ağamirzə onun başına güclü təpik vurduğundan, qışqıra bilməmiş və gözləri qaralmışdır. Bütün bu proseslər ümumilikdə təxminən 15 dəqiqə çəkmişdir. O, yerdə hərəkətsiz qaldıqdan sonra Ağamirzə ondan əl çəkmişdir. O, yerdə sürünərək çətinliklə həyətdən küçəyə çıxmış, hasarlarının daşlarına söykənmişdir. Küçədə qudası Nəhayətlə qarşılaşmış, kömək istəmişdir. Bu vaxt Ağamirzənin evdən çıxaraq harasa getdiyini görmüşlər. Bundan sonra X15 zəng edilmiş və o Salyan Rayon Mərkəzi Xəstəxanasına aparılmışdır, xəstəxanada 25 gün müalicə almışdır. O, Ağamirzəni təhqir etməmiş, ona heç bir söz deməmişdir, Ağamirzə onu heç bir səbəb olmadan bıçaqla qəsdən vurmuşdur. Hazırda da səhhətində Ağamirzənin onu döyməsi nəticəsində problemlər var. Ondan şikayətçidir, odur ki, Ağamirzəyə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifdə düzdür. Ağamirzə və Mehriban onun qudalarıdır. Onlar boşansalar da, birlikdə yaşayırlar. Evli olduqları vaxt ərzində də, boşanıb birlikdə yaşadıqları vaxt ərzində də Ağamirzə Mehribana qarşı həmişə kobud rəftar etmiş və onu döymüşdür. Ağamirzə Mehribandan boşanmağının səbəbi kimi onlara xasiyyətlərinin uyğun gəlməməsini demişdir. Lakin ətrafdakı qonşulara isə guya Mehribanın əxlaqsız işlər ilə məşğul olurmuş deyə boşandığını demişdir. 09 mart 2025-ci il tarixdə evinin həyətyanı sahəsində olan zaman küçədən səs gəldiyini eşitmişdir. Bu zaman küçəyə çıxan zaman qudası Mehribanın divara söykəndiyini, qan içində olduğunu görmüşdür. Mehribandan nə olduğunu soruşan zaman Ağamirzənin onu döydüyünü, bıçaqla vurduğunu demişdir. Bundan sonra Ağamirzənin həyətdən çıxıb getdiyini görmüşdür. O və qonşular təcili tibbi yardım maşını çağırmış, Mehribanı Salyan RMX-ya aparmışlar. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Ağamirzə onun atası, Mehriban isə anasıdır, onlar boşansalar da, birlikdə yaşayırlar. Mütəmadi olaraq Ağamirzə Mehribana qarşı həmişə kobud rəftar etmiş və onu döymüşdür. Ağamirzə anasından boşanmağının səbəbi kimi onlara xasiyyətlərinin uyğun gəlməməsini demişdir. Lakin ətrafdakı qonşulara isə guya anası əxlaqsız işlər ilə məşğul olurmuş deyə boşandığını demişdir. 09 mart 2025-ci il tarixdə anası Mehriban onun evində olmuş, onların evindən çıxıb getmiş, o isə Salyan şəhərində yerləşən gözəllik salonuna getmişdir. Gözəllik salonunda olarkən bacısının qaynı ona zəng edərək anasının təzyiqinin qalxdığını və təcili tibbi yardım ilə xəstəxanaya göndərildiyini demişdir. Arxasınca isə bacısının əri ona zəng edərək anası Mehribanın atası tərəfindən döyülərək bıçaqlandığını demişdir. O, isə dərhal gözəllik salonundan çıxaraq Arbatan kəndinə getmiş və orada təcili tibbi yardımın anasını apardığını görmüş, həmin maşına əyləşərək anası ilə birlikdə Salyan rayon Mərkəzi Xəstəxanasına getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirlmiş Şahid2 ifadəsində göstəmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Ağamirzə onun atası, Mehriban isə anasıdır, onlar boşansalar da, birlikdə yaşayırlar. Mütəmadi olaraq atası anasına qarşı həmişə kobud rəftar etmiş və onu döymüşdür. Atasının anasından boşanmağının səbəbi kimi onlara xasiyyətlərinin uyğun gəlməməsini demişdir. Lakin ətrafdakı qonşulara isə guya anası əxlaqsız işlər ilə məşğul olurmuş deyə boşandığını demişdir. 09 mart 2025-ci il tarixdə o, Bakı şəhərində olan zaman qaynanası Nəhayət ona zəng edərək anası Mehribanın təzyiqinin qalxdığını və xəstəxanaya aparıldığını demişdir. Bundan sonra o bacısı Zərri ilə əlaqə saxlayaraq anasının vəziyyətinin necə olduğunu soruşmuşdur. Bu zaman telefonda Zərrinin ağladığını görmüşdür. Zərridən nə olduğunu soruşan zaman ona anası Mehribanın atası Ağamirzə tərəfindən döyülərək bıçaqlandığını demişdir. Bundan sonra o yoldaşı ilə bərabər Bakı şəhərindən Salyan Rayon Mərkəzi xəstəxanasına gəlmiş və xəstəxanada anasının üz və göz nahiyyələrinin şişmiş vəziyətdə duğunu həmçinin qanlar içində olduğunu görmüşdür. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Arbatan kəndindəki evinin həyətində ona yumruq və təpik zərbələri vuraraq yerə yıxmış, daha sonra yerdə ona müxtəlif sayda bıçaq zərbələri vuraraq xəsarət yetirmişdir. Ərizəsinin nəzərə alınıb qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi polis mayoru Elman Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 18:45-də Salyan MRX-dan Aslanov, RPŞ-nin NH-nə telefonla məlumat verərək, Salyan rayonu Arbatan kəndində yaşayan 1967-ci il təvəllüdlü X1 çiyinin və sol dirsəyinin çox saylı kəsilmiş yaraları, üz və baş nahiyyəsinin küt travması diaqnozu ilə xəstəxanaya müraciət etməsini və deməsinə görə keçmiş həyat yoldaşı bıçaqla vuraraq xəsarət yetirməsini bildirmişdir.Odur ki, məlumatın yoxlanılması üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin məsul növbətçisi polis mayoru Elman Qasımov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025ci il tarixdə saat 21:22-də, Azərbaycan Respublikası DİN-in 102 xidmətindən daxil olmuş, ********** nömrəli raportda, Salyan rayonu Arbatan kəndində yaşayan X4 ********** nömrədən zəng edərək, anası Mehribana atası Ağamirzə tərəfindən çox saylı bıçaq zərbələri endirməsi hazırda anasının Salyan mərkəzi xəstəxanasında olması barədə məlumat vermişdir.Odur ki, 102 xidmətindən daxil olmuş məlumatının yoxlanılmasından ötrü aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi X9 tərəfindən tərtib olunmuş 09 mart 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi barədə” protokolundan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yerinin Salyan rayonu Arbatan kəndində yaşayan Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyətində olduğu müəyyən olunmuşdur. Baxış zamanı hadisə yerindən 01 ədəd bıçaq qablaşdırılaraq götürülmüşdür.Bıçağa baxış keçirən zaman dəstəyinin 12 sm, tiyəsinin isə 10 sm olması müəyyən edilmişdir. Bıçağın ümumi uzunluğu 22 sm-dir və üzərindəki qara bənzər ləkələr vardır. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, hazırda Salyan RMX-nın Reanimasiya şöbəsində müalicə alan Zərərçəkmiş şəxs vəziyyətinin ağrılığı nəzərə alaraq, hal-hazırda dindirilməsi mümkün olmamışdır. İş materiallarında olan müstəntiq X6 10 mart 2025-ci il tarixli “götürmə aparılması haqqında” qərarından görünür ki, baş vermiş hadisə zamanı xəsarət alan Zərərçəkmiş şəxs əynində olmuş üst geyimi ekspertziya təqdim olunması məqsədilə götürülmüşdür. İş materiallarında olan müstəntiq X9 tərəfindən tərtib olunmuş 10 mart 2025-ci il tarixli “paltara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli köynək, qırmızı rəngli mayka və ağ-qəhvəyi rəngli kofta qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 xx.xx.2025-ci il tarixli 123 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol göz orbitasının, sağ saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sol gözün ağlı qişasının qansızması, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi küt əşya (əşyalar) təsirindən, sağ qulaqaltı, sağ körpücük nahiyələrinin, döş qəfəsinin sağ yuxarı tiş hissəsinin, sağ bazu-oynaq, sağ dirsək nahiyələrinin yaraları deşici-kəsici alətin(təqdim olunmuş bıçağın) təsirindən törənmişdir. Bu xəsarətlər ümumilikdə qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə yumruqla, təpik və bıçaqla vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaq aparılmışdır. İş materiallarında olan olan müstəntiq X6 qəbul etdiyi xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan olan müstəntiq X6 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq zamanı ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif edildikdə bildirmişdir ki, əgər onunla Salyan rayonu Arbatan kəndinə gedilərsə, o, 2025-ci il martın 09-da Təqsirləndirilən şəxs ona xəsarətlər yetirdiyi yeri göstərə bilər. O, Salyan rayonu Arbatan kəndinə gəlmiş və burada Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında avtomobili saxlatdırıb bildirmişdir ki, Təqsirləndirilən şəxs ona məhz həmin evin həyətyanı sahəsində xəsarətlər yetirmişdir.Burada Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması başa çatmış, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən yeni hallar aşkar olunmamışdır.İfadənin yerində yoxlanılması zamanı “İphone” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması protokolu ucadan oxunmuş, əlavə düzəliş və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-68/2-618/2025 saylı arayışdan görünür ki, Poliklinika Şöbəsinin həkim-narkoloqu və həkim psixiatrının məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatında yoxdur. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Rəşad Əliyev tərəfindən tərtib olunmuş raportdan görünür ki, Salyan rayonu Arbatan kənd sakini Təqsirləndirilən şəxs 09 mart 2025-ci il tarixdə Salyan rayonu Arbatan kəndində yerləşən evin həyətyanı sahəsində boşandığı arvadı Zərərçəkmiş şəxs kəsici alətdən istifadə edərək və yumruq təpik zərbələri endirərək müxtəlif sayda xəsarətlər yetirmişdir.Təqsirləndirilən şəxs həmin əməli törədərkən heç kəsin köməyindən istifadə etməmişdir və hadisəni görə biləcək şəxsləri, eləcədə şahid dairəsini mümkün etmək olmamışdır.Hazırda əməliyyat tapşırığında göstərilən xüsusatlarla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir, gələcəkdə hər hansı bir müsbət nəticə əldə edilərsə əlavə olaraq bildiriləcəkdir. Odur ki, tərtib etdiyi raportun aidiyyəti üzrə verilməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 5-71-8/229/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Arbatan kəndində yaşayır, onun ailə tərkibi həyat yoldaşı xx.xx.1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ibarətdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs boşanmışlar. İş materiallarında olan Salyan rayon İHB-nın Arbatan kənd inzibati ərazi nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1995-ci ildə Bakı şəhəri məhkəməsinin hökmü ilə Azərbaycan Respublikasının CM-nin (qüvvədən düşmüş) 226-cı madəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü ildə cəzasının sonu ilə azad olunmuş, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Salyan rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə CM-nın 76-cı maddəsinə əsasən 02 ay 06 gün vaxtından əvvəl şərti azad edilmişdir. Məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Biləsuvar rayon Məhkəməsinin 1(022)-171/15 saylı xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməsi qərara alınmışdır. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-ballistik ekspertizasının 02 may 2025-ci il tarixli, 3/375, 3/382 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin və koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri, ölçüsü və sayı verilib. Köynəyin və koftanın üzərində olan zədələr öz formasına, quruluşuna, və s. ümumi əlamətlərinə görə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə bir tərəfi kəsici ucu deşici xassəyə malik olan bıçaq tiyələri, o cümlədən təqdim edilmiş bıçağın tiyəsi də aiddir.Tədqiqata təqdim edilmiş mayka üzərində trasoloji zədə aşkar edilmədi.Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq - kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan düzəlişlər edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 02 may 2025-ci il tarixli, 3/375, 3/382 nömrəli rəyinə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd manat) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin tərəfindən verilmiş “məhkəmə-ballistik” ekspertizasının və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 canlı şəxsin ekspertizası rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan müstəntiq X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq X9 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq X6 tərtib etdiyi 08 may 2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs istintaq zamanı ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif edildikdə bildirmişdir ki, əgər onunla Salyan rayonu Arbatan kəndinə gedilərsə, o, 2025-ci il martın 09-da Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyi yeri göstərə bilər.Göstərilən tərkibdə avtomobillə Salyan rayonu Arbatan kəndinə gəlmiş və burada Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında avtomobili saxlatdırıb bildirmişdir ki, Zərərçəkmiş şəxs məhz həmin evin həyətyanı sahəsində xəsarətlər yetirmişdir.Burada Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması başa çatmış, ifadənin yerində yoxlanılması zamanı iş üçün əhəmiyyət kəsb edən yeni hallar aşkar olunmamışdır.İfadənin yerində yoxlanılması zamanı “İphone” markalı mobil telefon ilə fotoçəkiliş aparılmış və protokola əlavə edilmişdir.İfadənin yerində yoxlanılması protokolu ucadan oxunmuş, əlavə düzəliş və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarında olan müstəntiq X6 xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərarından görünür ki, iş üzrə 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus olan geyim əşyaları işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan müstəntiq X6 22 may 2025-ci il tarixli “üzləşdirmə-dindirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ifadələrində vermiş olduqları xüsusatları bir daha etiraf etmişlər. İş materiallarında olan müstəntiq X9 tərəfindən qəbul edilmiş 24 may 2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaqla müəyyən edilməli hallar üzrə mümkün sübutların həcmi cinayət işi üzrə mötəbər və yekun nəticəyə gəlməyə imkan verdiyindən toplanmış sübutlar kifayət etmiş hesab olunmuş; qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs 2025ci il mayın 05-də Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120ci maddələri ilə ittiham elan etmək mümkün olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, cinayət işi üzrə 01 ədəd bıçaq, qırmızı rəngli köynək, qırmızı rəngli mayka və ağ-qəhvəyi rəngli kofta cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Məhkəmə-tibbi ekspertizasının 17 mart 2025-ci il tarixli, 123 nömrəli rəyi və kompleks məhkəmə-ballistik və məhkəmə-trasoloji ekspertizasının 02 may 2025-ci il tarixli, 382/2025 nömrəli rəyi, ifadələr və protokollar iş üzrə sübut növü kimi qiymətləndirilməli və cinayət işinə əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq X6 tərtib etdiyi 26 may 2025-ci il tarixli raportdan görünür ki, həmin cinayət işi üzrə 01 ədəd bıçaq və Zərərçəkmiş şəxs məxsus geyim əşyaları maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü rayon polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, 2025-ci il martın 09-da saat 16 radələrində Salyan rayonu Arbatan kəndində yerləşən fərdi yaşayış evinin həyətində olarkən rəsmi olaraq ayrılsa da, birlikdə yaşadığı arvadı Zərərçəkmiş şəxs evin həyətinə daxil olduqdan sonra onu tutduracağını bildirdiyi üçün aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı əlində olan kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilməyən təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə sonuncunun sağ çiyninə, sol dirsəyinə və bədəninin digər nahiyələrinə qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs sağ qulaqaltı, sağ körpücük nahiyələrinin, döş qəfəsinin sağ yuxarı tış hissəsinin, sağ bazu-oynaq, sağ dirsək nahiyələrinin yaraları, habelə Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra baş və sifət nahiyəsinə qəsdən yumruq və təpik zərbələri vuraraq sonuncunun sol göz orbitasının, sağ saidin yuxarı 1/3-nin iç səthinin qançırları, sol gözün ağlı qişasının qansızması, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurması məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən emtəmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir, barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir, əvvəllər ona verilmiş cəzalardan heç bir nəticə çıxarmamış, islah olunmayaraq yenidən cinayət törətmiş, zərərçəkmişin sağlamlığına yüngül zərər vurulmasına səbəb olan bədənin müxtəlif yerlərinə müxtəlif xəsarətlər yetirmiş, həmçinin xəsarətlərin bir qismini bıçaqla yetirmişdir. Bu hallar Təqsirləndirilən şəxs cəmiyyət və ətrafdakı insanlar üçün yüksək təhlükə potensialına malik olmasını təsdiq edir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin həyat və sağlamlığın qorunması sahəsində yaranan ictimai münasibətlərin daha ağır nəticələrə səbəb olmaqla pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikasının CPM-nin 155.3, 155.3.1-155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut kimi tanınmış və Salyan RPŞ-ə saxlanılan cinayətin aləti olan 01 (bir ) ədəd bıçaq müvafiq qaydada məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli köynək, qırmızı rəngli mayka və ağ-qəhvəyi rəngli kofta qanuni sahibinə qaytarılmalıdır. İş üzrə məhkəmə xərcləri 64 (altmış dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 17 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalında həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-ə saxlanılan cinayətin aləti olan 01 (bir ) ədəd bıçaq müvafiq qaydada məhv edilsin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus qırmızı rəngli köynək, qırmızı rəngli mayka və ağ-qəhvəyi rəngli kofta qanuni sahibinə qaytarılsın. İş üzrə məhkəmə xərcləri 64 (altmış dörd) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-54/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-54/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver