Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-55/2023 06.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X13 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi-Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Şirvan (Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2022-ci il dekabrın 25-də saat 16:30-da Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli bilinərək saxlanılıb saat 17:10-da ünvan 2 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik və istifadəyə yararlı olan soyuq silah və şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 1,313 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin qəbul edir. Bir neçə il əvvəl dəqiq xatırlamadığı tarixdə yaşadığı Şirvan şəhərində “təzə şəhər” adlanan ərazidə gəzdiyi vaxt yerdən metal beşbarmaq tapmış və həmin beşbarmağı götürüb özündə saxlamışdır. 2022ci il dekabrın 23-də yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsində evdən çıxaraq marketə getdiyi vaxt yerdə sellofan torbacığın içində olan parlaq şəkildə kütlə diqqətini cəlb etmiş, həmin torbacığı əlinə götürüb baxdığı vaxt içində olan 6 ədəd bükümdə metamfetamin olduğunu bilmişdir. 1 bükümü istifadə etmiş, digər 5 bükümü istifadə etmək məqsədilə özü ilə götürmüşdür. 2022-ci il dekabrın ayının 25-də Salyan rayonunun Kərimbəyli kəndində yaşayan qohumunun yas mərasiminə iştirak etmək qərarına gəlmiş, evdən çıxarkən beşbarmağı və metamfetamini də özü ilə götürərək cibinə qoymuşdur. Saat 15 radələrində Şirvan şəhərinin çıxışında dayanaraq Salyan rayonu istiqamətində gələn avtomobillərə əli ilə işarə etməyə başlamış, “Vaz 21723” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, Qaraçala qəsəbəsinə getdiklərini dedikləri üçün Salyan rayonunun Kərimbəyli kəndində getdiyini demiş və onu da aparmasını xahiş etmişdir. Arxa oturacaqda əyləşmişdir. Qaraçala qəsəbəsi ərazisində qohumuna zəng edərək yolu soruşmuş, o, da qəsəbənin içinə doğru getməsini dediyi üçün 1 manat pulu sürücüyə vermək istədikdə sürücü qəsəbənin içinə doğru getdiyini deyib sürmüşdür. Kür çayının kənarından keçəndə sürücüdən durmasını istəmiş və yenidən qohumuna zəng etmişdir. Telefonla danışdığı vaxt sürücü Pərviz və digər sərnişin də avtomobildən düşmüş, həmin anda polis əməkdaşları onlara tərəf gəldiklərini görmüşdür. Polis əməkdaşları yaxınlaşaraq onlarla söhbət etməyə başlamışlar. Üzərlərində qanunla qadağan edilmiş əşya olubolmadığını soruşmuşlar. Polis əməkdaşlarının onun üzərini yoxlaya biləcəklərini və onsuz da hər şeyin aşkara çıxacağını düşündüyü üçün cibində psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu demişdir. Polis xidməti avtomobilində Polis Şöbəsinə gəlmişlər. Polis şöbəsində onu müstəntiqin xidməti otağına aparmışlar. Şəxsi axtarış zamanı cibində 5 ədəd bükümdə psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf rəngli sellofan torbacığı və 1 ədəd metal beşbarmağı çıxarıb masanın üzərinə qoymuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci il dekabrın 25-də, saat 16:30-da Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində avtopatrul marşurutu üzrə polis serjantı Şahid2lə birlikdə xidmət apardıqları vaxt Kür çayının yaxınlığında “Vaz 21723” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında 3 nəfər şəxsin dayandığını və həmin şəxslərdən birinin şübhəli hərəkətlər etdiyini görmüş, həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdən sonra şifahi sorğu aparmağa başlamışlar. Həmin anda şübhəli hərəkətlər edən şəxs üzərində “patı”, yəni psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu bildirdiyindən həmin şəxslərdən onlarla birlikdə polis şöbəsinə gəlmələrini xahiş etmiş və saat 17:10-da hər üç şəxsi və avtomobili Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Rayon polis şöbəsində məlum olmuşdur ki, üzərində psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu bildirən şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxs, yanında dayanan şəxslər isə Şahid4 və Şahid5dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon PŞ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, hadisə 2022-ci il dekabr ayının 25-də olub, hadisə dəqiq yadında qalmayıb. Lakin xatırlayır ki, Salyan rayonu Qaraçala qəsəbəsi ərazisində xidmət apardıqları vaxt Kür çayının yaxınlığında avtomobilin yanında 3 nəfər şəxsin dayandığını müşahidə etmişlər, həmin ərəfədə ərazidə oğurluq hadisəsi olduğundan kənar şəxslərə diqqət artırılmışdır. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etdikdə şəxslərdən biri şübhəli hərəkətlər etdiyini görmüşlər, şifahi sorğu aparmağa başlamışlar. Şübhəli hərəkətlər edən şəxs üzərində “patı”, yəni psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu bildirdiyindən həmin şəxsləri Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Rayon polis şöbəsində məlum olmuşdur ki, üzərində psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu bildirən şəxs Şirvan şəhər sakini Təqsirləndirilən şəxs, yanında dayanan şəxslər isə Şahid4 və Şahid5dur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 25 dekabr 2022-ci il tarixdə Salyan rayon PŞ-nin PPXB-nin əməkdaşları Təqsirləndirilən şəxs və başqa iki nəfər vətəndaşı Salyan Rayon Polis Şöbəsinə gətirmişlər. Şahidlərin, müstəntiqin, vəkilin və onun iştirakı ilə İlkinin üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. İlkinin üzərindən metamfetaminə oxşar kütlə olan 5 ədəd politlen kəsiyə bükülmüş narkotik vasitə və 1 ədəd metal beşbarmaq aşkar edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, qaynatası Salyan rayonunun Qaraçala qəsəbəsində yaşayır, buna görə qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Şahid4la bir neçə dəfə ailə üzvlərini qəsəbəyə gətirib-aparmışdır. 2022-ci ilin dekabrın 25-də saat 15 radələrində Pərvizə zəng edərək ailə üzvlərinin Salyan rayonu Qaraçala qəsəbəsində olduqlarını və birlikdə gedib onları gətirməyi xahiş etmişdir. O da razılıq verdiyi üçün görüşərək, Pərvizin idarə etdiyi “Vaz 21723” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. Şirvan şəhərinin çıxışında yanacaqdoldurma məntəqəsinin qarşısında dayanan bir nəfər avtomobilə əli ilə işarə etmişdir. Pərviz avtomobili dayandırdıqdan sonra həmin şəxs yaxınlaşıb hara getdiklərini soruşmuş, Salyan rayonu Qaraçala qəsəbəsinə getdiklərini dedikdə həmin şəxs Salyan rayonu Kərimbəyli kəndinə getdiyini demiş və onu da aparmalarını xahiş etmişdir. Pərviz həmin şəxsin avtomobilə minməsinə razılıq vermişdir. Salyan rayonu Qaraçala qəsəbəsinə çatdıqda İlkin avtomobildən düşmək istədiyini demiş, lakin onların qəsəbənin içinə doğru getdiyini gördüyü üçün fikrindən daşınaraq avtomobildən düşməmişdir. Kür çayının kənarından keçən yolda hərəkətdə olduqları vaxt İlkin mobil telefonla danışmaq üçün ondan avtomobili dayandırmağı xahiş etmiş, Pərviz avtomobili dayandırdıqdan sonra İlkin avtomobildən düşüb mobil telefonla danışmağa başlamışdır. Həmin anda onlar, hava almaq üçün avtomobildən düşmüşlər. İlkin mobil telefonla danışdığı anda polis əməkdaşları onlara yaxınlaşıb kim olduqları ilə maraqlanmışlar. İlkin həmin anda özünü təlaşlı apardığı üçün polis əməkdaşları İlkindən üzərində qanunla qadağan edilmiş əşya olub-olmadığını soruşmuş, İlkin isə üzərində “patı” və beşbarmaq olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onlarla birlikdə polis şöbəsinə gəlmələrini bildirmişlər. Polis əməkdaşlarından biri Pərvizin idarə etdiyi avtomobilə əyləşmiş, İlkin isə polislərin idarə etdiyi polis avtomobilinə əyləşmişdir. İlkinin üzərində psixotrop maddə metamfetamin və metal beşbarmaq olduğunu ümumiyyətlə bilməmiş, İlkin bu barədə nə ona, nə də Pərvizə məlumat verməmişdir. Polis şöbəsində İlkinin üzərində narkotik və beşbarmaq olduğunu görmüşdür. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid4 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 15-ci vərəqində olan 25 dekabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 dekabr 2022-ci il tarixdə saat 16:30-da tutulmuşdur. Cinayət işinin 22-24-cü vərəqələrində olan “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” 25 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Salyan rayon X9 Bölməsinin müstəntiqi, polis kapitanı X17 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Azərbaycan Respublikası CPM-in 85.4.2, 207.4, 242-245.2-ci maddələrinin tələblərinə əsasən iştirakçılar Təqsirləndirilən şəxs, müdafiəçisi X15, Salyan rayon PŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri, polis kiçik leytenantı Şahid3 və Salyan rayon PŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1; barəsində axtarış və götürmə aparılan şübhəli şəxs xx.xx.1978-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, M.Mirzəyev küçəsi, ev 5-də qeydiyyatda olan və orada yaşayan Təqsirləndirilən şəxs üzərində 1 ədəd “Nokia” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar, beşbarmaq tipində hazırlanmış, vurucu-əzici xassəyə malik və istifadəyə yararlı olan soyuq silah və şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 1,313 qram olan 5 ədəd polietilen kəsiyi bükümü müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə zamanı “Sony” markalı videokamera ilə çəkilmiş aparılmışdır. Cinayət işinin 54-56-cı vərəqlərində olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 26 dekabr 2022-ci il tarixli 18/1343 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketindəki 5 ədəd polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri – 0,240 qram, 0,246 qram, 0,302 qram, 0,243 qram, 0,282 qram, ümumi çəkisi 1.313 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimiyəvi tərkibi komponentlerinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Tədqiqatdan sonra qalıq çəkisi 1,063 qram olmuşdur. Cinayət işinin 71-72-ci vərəqlərində olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 86-cı vərəqində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon PŞ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPMnin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 101-ci vərəqində olan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 19 yanvar 2023-cü il tarixli, 51 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. Cinayət işinin 102-105-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 27 dekabr 2022-ci il tarixli 18/1344 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd predmet – kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik olan soyuq silahdır, istifadəyə yararlıdır. Cinayət işinin 107-108-ci vərəqlərində olan 10 noyabr 2022-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” Şirvan şəhər X9 bölməsinin müstəntiqi Elvin Əlizadənin xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 73.2-ci və Azərbaycan Respublikası CPM-in 40.3-cü maddələrinə əsasən xitam verilmişdir. Cinayət işinin 127-ci vərəqində olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs “sağ bud sümüyünün yuxarı 1/3 hissəsinin qeyri-düzgün bitişmiş köhnə sınığı. Sağ aşağı ətrafın 2 sm qısalığı, yerişin pozulması diaqnozu xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona müddətsiz üçüncü dərəcəli əlillik təyin olunmuşdur. Cinayət işinin 128-ci vərəqində olan Azərbaycan Respubikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Əlizadə Hüseyn İlkin oğluna “ataksız serbral iflic, aşağı ətraflarda əzələ zəifliyi, distoniyadistal hipotonus, hiporefleksiya, aktiv hərəkət məhdudluğu diaqnozu xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və sağlamlıq imkanları məhdud uşaq olması müəyyən edilmişdir. Cinayət işinin 134-135-ci vərəqələrində olan Şirvan şəhəri İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilən xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əlizadə X8 Aytən Ramil qızı ilə evlidir, onların birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü Əlizadə Hüseyn İlkin oğlu adlı uşaqları doğulmuşdur. Və yaşayış yeri üzrə heç bir şikayət və ərizə daxil olmamışdır. Cinayət işinin 138-140-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Şirvan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 145-ci vərəqində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X2 X14 Yoxlamanın xx.xx.2022-ci il tarixli 1310 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindiromu aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin AA******* nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş Ağcabədi regional “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli X3 görünür ki, X16 xx.xx.2021-ci il tarixdə hərbi əməliyyatlar nəticəsində ölmüşdür. Cinayət işinə əlavə olunmuş 006470 nömrəli Şəhid Ailəsinin üzvünün vəsiqəsinin surətindən görünür ki, X11 şəhid ailə üzvüdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs oğlunun üzərində keçirilən şəxsi axtarışın videogörüntüsünü əks etdirən 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cidindən 2 ədəd sellofan torbaçığı və bir ədəd metal predmet aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi, özünün ifadəsi ilə yanaşı mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla, üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 dekabr 2003-cü il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 228-ci maddəsi “Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə” adlanır. Bu normanın tərkib hissəsi olan 228.4-cü maddədə isə qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Odlu silahla soyuq silahı eyniləşdirmək olmaz, onlar öz konstruksiyasına, təyinatına, iş prinsipinə və istifadə edilmə qaydasına görə bir - birindən xeyli fərqlidir. Odlu silah soyuq silahdan təkcə hazırlanma, təyinat və istifadə edilmə qaydası ilə deyil, həm də cəmiyyət üçün son dərəcədə təhlükəliliyi ilə fərqlənir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, “narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir”. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 5-ci bəndinə əsasən narkotik vasitə hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 0,15 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.313 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, azyaşlı oğlu Əlizadə Hüseyn İlkin oğlunun sağlamlıq imkanları məhdud uşaq olmasını, arvadı X4 qardaşı X6 Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması zamanı şəhid olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 107,14 manat (bir yüz yeddi manat on dörd qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbinə əsasən cəzalar qismən toplanmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlanılmasını nəzərə alaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirləri təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan qalıq çəkisi 1,063 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin müvafiq qaydada məhv edilsin. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən Salyan rayon PŞ-də saxlanılan kustar üsulla, beşbarmaq (kastet) tipində hazırlanmış, vurucu-əzici xassəyə malik və istifadəyə yararlı olan soyuq silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 1 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 106,74 manat (bir yüz altı manat yetmiş dörd qəpik) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-55/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-55/2023
06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver