Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-55/2025 02.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X15 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan rayonu, Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu, Bəydili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 06 yanvar 2025-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətində həmkəndlisi X4 ona verdiyi borc pulu qaytarmadığı üçün sonuncu ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı anası Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyələrindən qəsdən vuruq və təpik zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sol bazunun yuxarı üçdə birinin ön və iç səthinin qançırı, sol bazu oynağının hərəkət məhdudluğu, sol süd vəzisi nahiyəsinin qançırı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, Salyan rayonu Bəydili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Zərərçəkmiş şəxs və oğlu Şahid2 həmkəndliləridir. Onların münasibəti həmişə normal olmuşdur. Aralarında bu vaxta qədər heç bir düşmənçilik və ədavət olmamışdır. Qeyd etmişdir ki, kənd ərazisində qəssabxana işlətdiyi üçün Səmayənin oğlu Kamil də əvvəllər yanında işləyib bu işin görülməsində ona köməklik etmişdir. 2023-cü ilin əvvəllərində qəssabxanada alver etmək üçün pula ehtiyac olduğundan Kamildən borca pul istəmişdir. Kamilin həmin vaxt nağd pulu olmamışdır. Buna baxmayaraq, onlar alveri birlikdə etdikləri üçün Kamil “Access Bank”-dan öz adına kreditə pul götürməyə qərar vermişdir. Bundan sonra birlikdə “Access Bank”-ın Salyan şəhər filialına getmiş və 31 yanvar 2023-cü il tarixdə Kamil oradan öz adına 10000 (on min) manat kreditə pul götürmüşdür. Onunla birlikdə bacısı oğlu X10, Səmayə və əri Ələkbər də Kamilə zamin durmuşdur. Bundan sonra Kamil hər dəfə kəsib satmaq üçün heyvan alarkən puldan hissə-hissə olmaqla ümumilikdə 8200 (səkkiz min iki yüz) manat borc pul vermişdir. Onlar həmin pul ilə işlətdikləri qəssabxananın alverini təmin edib aylıq xərclərini, o cümlədən götürülmüş kreditin aylıq pulunu ödəmişlər. 2024-cü ilin noyabr ayından ət alveri zəiflədiyi üçün o, kreditin aylıq pulunu ödəyə bilməmişdir. Qəssabxananı bağladığı üçün Kamil ilə birlikdə alveri də bitmişdir. Buna baxmayaraq, Kamil həmin vaxtdan ona kreditin aylıq pulunu ödəməyi bildirmişdir. O isə maddi imkanının zəif olmasını, bir qədər səbirli olmasını Kamilə bildirsə də, Kamil hər dəfəsində ondan kredit pulunu ödəməyi israrla tələb etmişdir. Sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə Kamil ona zəng vurub pulu verməyini bildirmişdir. O da Kamilə bir-iki saatdan sonra yaşadığı evin həyətinə gəlməyi və bununla bağlı söhbət edəcəklərini bildirmişdir. Həmin gün saat 19:00 radələrində Kamil yaşadığı evin həyətinə gəlmişdir. Kamil həyətə daxil olduqdan sonra ona pulu geri qaytarmağı bildirmişdir. Mübahisə zamanı Kamil onu döyməklə hədələdi. Lakin o, Kamili vurmadı. Kamil bu barədə zəng edib anasına demiş, təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs onun evinə gəlmişdir. O, içəri daxil olan zaman nalayiq ifadələrlə onu söyməyə başlamış, o da onun cavabını qaytarmışdır. Lakin onu vurmamışdır. Qohumları mübahisənin böyüməməsi üçün onu evindən kənara aparmışlar. Onlar isə onun həyətində qalmışlar. Həmin vaxt evə Zərərçəkmiş şəxs görə TTYS-nın işçiləri gəlmişdir. Ondan sonra baş verənlər barədə məlumatı olmamışdır. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, canlı şəxsin ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifdə düzdür.Salyan rayonu Bəydili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Şahid2 onun oğludur.Təqsirləndirilən şəxs onların həmkəndliləridir. O, onkoloji xəstə olduğu üçün 2023cü ilin yanvar ayında əməliyyat olunmaq istəmişdir. Əməliyyat olunmaq üçün 10000 (on min) manat pul lazım olduğundan bankdan kredit götürməyi qərara almışlar, Kredit götürmək üçün o və əri Ələkbərdən başqa 2 nəfər əlavə zamin lazım olmuşdur. Həmin ərəfədə oğlu Kamil həmkəndliləri Azərin işlətdiyi qəssabxanaya gedərkən orada bu barədə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və bacısı oğlu X10 oğlu Kamilə zamin duracağını bildirmişlər. 31 yanvar 2023-cü il tarixdə oğlu Kamil Salyan şəhəri ərazisində yerləşən “Access Bank”-dan 10000 (on min) manat pulu kreditə götürmüş və həmin vaxt o və əri Ələkbərdən başqa Təqsirləndirilən şəxs və Röyal İskəndərov da Kamilə zamin durmuşlar. Növbəti gün Azər bacısı oğlu Röyal İskəndərov ilə birlikdə yaşadıqları evin həyətinə gəlib Kamilə həmin məbləğdə pulu ona verməyi, 5-10 günə pulu qaytaracağını və Kamili yanında işə götürüb çörək pulu qazandıracağını bildirib onları aldatmışdır. O, da Azərin bu sözlərinə inanıb 9800 manat məbləğində pulu gətirib evin həyətində Azərə vermişdir. Azər pulu alıb çıxıb getmişdir. Bundan bir neçə gün sonra Kamil Azərin yanında qəssabxanada köməkçi kimi işləməyə başlamışdır. Buna baxmayaraq, deyilən vaxtda Azər pul verməmişdir. Onların pula ehtiyacı olduğundan oğlu Kamilə Azərdən puldan müəyyən məbləğdə alıb gətirməsini bildirmişdir. Kamil də bir neçə gün ərzində çətinliklə Azərdən 100, 200, 300 manat alıb gətirmişdir. Hətta verilən pulun müqabilində qəssabxadan ət də almışdır. Nəhayət, Azər ümumiyyətlə pul verməkdən imtina etməyə başlamışdır. Onlar Azərdən pulu tələb etdikdə Azər hesablayıb 8200 (səkkiz min iki yüz) manat pul borcu qaldığını bildirmiş və onlar da razılaşmışlar. Lakin Azər pulu verməkdən imtina etməsə də, dəfələrlə onlara hədə-qorxu gəlib ölümlə hədələmiş və hətta Kamili başını kəsəcəyini bildirmişdir. Bu hallar dəfələrlə təkrarlanmış və onlar Azərin bu sözlərini təsadüfən bir dəfə mobil telefona qeyd etmişlər. Onlar isə həmin vaxtdan bəri məcbur qalıb çətinliklə də olsa, öz maaşından və əri Ələkbərin pensiyasından krediti ödəmişlər. Qeyd etmişdir ki, Azər pulu ödəmək istəmədiyi üçün mütəmadi olaraq Kamilin telefonunu açmamışdır. Sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə Kamil Azərə zəng vurub puldan bir qədər verməsini bildirmişdir. Azər də Kamilə bir-iki saatdan sonra yaşadığı evin həyətinə gəlməyi və borc puldan verəcəyini bildirmişdir. Bu səbəbdən 06 yanvar 2025-ci il tarixdə saat 19:00 radələrində oğlu Kamil Azərin evinə puldan almağa getmişdir. O isə əri Ələkbər xəstə olduğundan onu qonşu kəndə bacısına aparmışdır. Kamil həmin vaxt həyətə daxil olduqdan sonra Azərə aldığı puldan bir hissəsini verməyi bildirdikdə, Azər pulu olmadığını bildirib Kamili nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra Azər həyətdə Kamilin sol ayağına təpik zərbəsi, sinəsinə isə yumruq zərbəsi vurmuşdur. Kamil yerə yıxıldıqdan sonra Azər onu nalayiq söyüşlərlə təhqir edib yerdə də təpikləməyə başlamış və öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Azərin anası, bacısı oğlu Röyal və qardaşı oğlu Haldun gəlib Azəri Kamildən ayırmışlar. O, yolda gedərkən oğlu Kamil ona zəng vurub Azərin onun başına belə oyunlar açdığını bildirdikdə, o, tez geriyə həmin avtomobil ilə Azərin evinə qayıtmışdır. Saat 20:00 radələrində həyətə daxil olduqda Azər yenidən Kamilin üstünə hücum çəkib bədən nahiyələrindən təpik və yumruq zərbələri vurmuşdur. O, Azərə nə üçün oğlu Kamili döyməsini bildirdikdə, Azər bu zaman onun öz üstünə hücum çəkib sinəsindən, ağzından, başından yumruq zərbələri, habelə ayağından isə təpik zərbələri vurmağa başlamış və qolundan yapışıb onu yerə yıxmışdır. Eyni zamanda Azər onu da nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt o, Azərin vurduğu zərbələrin təsirindən huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt oğlu Kamil təcili tibbi yardıma zəng vurub oraya çağırmışdır. O, bir də ayıldıqda özünü Salyan rayon mərkəzi xəstəxanasında görmüşdür. Bundan sonra Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Ondan şikayətçidir, odur ki, Azərə ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Salyan rayonu Bəydili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun anasıdır. Təqsirləndirilən şəxs onların nəmkəndliləridir. Anası Səmayə onkoloji xəstə olduğu üçün 2023-cü ilin yanvar ayında əməliyyat olunmaq istəmişdir. Əməliyyat olunmaq üçün 10000 (on min) manat pul lazım olduğundan onlar bankdan kredit götürməyi qərara almışlar. Kredit götürmək üçün anası Səmayə və atası Ələkbərdən başqa 2 nəfər əlavə zamin lazım olmuşdur. Həmin ərəfədə o, nəmkəndliləri Azərin işlətdiyi qəssabxanaya gedərkən orada bu barədə söhbət etmişdir. X29 Gülüşov və bacısı oğlu X10 ona zamin duracağını pildirmişlər, 31 yanvar 2023-cü il tarixdə o, Salyan şəhəri ərazisində yerləşən “Access Bank”. dan 10000 (on min) manat pulu kreditə götürmüş və həmin vaxt anası və atasından başqa Təqsirləndirilən şəxs və Röyal İskəndərov da ona zamin durmuşlar. Növbəti gün Azər bacısı oğlu Röyal İşkəndərov ilə birlikdə yaşadıqları evin həyətinə gəlib ona həmin məbləğdə pulu ona verməyi, 5-10 günə pulu qaytaracağını və onu yanında işə götürüb çörək pulu qazandıracağını bildirib onları aldatmışdır. Onlar da Azərin bu sözlərinə inanıb 9800 manat məbləğində pulu gətirib evin həyətində Azərə vermişlər. Azər pulu alıb çıxıb getmişdir. Bundan bir neçə gün sonra o, Azərin yanında qəssabxanada köməkçi kimi işləməyə başlamışdır. Buna baxmayaraq, deyilən vaxtda Azər pul verməmişdir. Onların pula ehtiyacı olduğundan anası ona Azərdən puldan müəvyən məbləğdə alıb gətirməyi bildirmişdir. O da bir neçə gün ərzində çətinliklə Azərdən 100, 200, 300 manat alıb gətirmişdir. Hətta verilən pulun müqabilində qəssabxanadan ət də almışdır. Nəhayət, Azər ümumiyyətlə pul verməkdən imtina etməyə başlamışdır. Onlar Azərdən pulu tələb etdikdə Azər hesablayıb 8200 (səkkiz min iki yüz) manat pul borcu qaldığını bildirmiş və onlar da razılaşmışlar. Lakin Azər pulu verməkdən imtina etməsə də, dəfələrlə onlara hədə-qorxu gəlib ölümlə hədələmiş və hətta onun başını kəsəcəyini bildirmişdir. Bu hallar dəfələrlə təkrarlanmış və onlar Azərin bu sözlərini təsadüfən bir dəfə mobil telefona qeyd etmişlər. Onlar isə həmin vaxtdan bəri məcbur qalıb çətinliklə də olsa, anası öz maaşından və atasının pensiyasından krediti ödəmişlər. Qeyd etmişdir ki, Azər pulu ödəmək istəmədiyi üçün mütəmadi olaraq telefon zənglərini açmamışdır. Sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə o, Azərə zəng vurub puldan bir qədər verməsini bildirmişdir. Azər də ona bir-iki saatdan sonra yaşadığı evin həyətinə gəlməyi və borc puldan verəcəyini bildirmişdir. Bu səbəbdən 06 yanvar 2025-ci il tarixdə saat 19:00 radələrində Azərin evinə puldan almağa getmişdir. Anası isə atası xəstə olduğundan onu qonşu kəndə tibb bacısına aparmışdır. O, həmin vaxt həyətə daxil olduqdan sonra Azərə aldığı puldan bir hissəsini verməyi bildirdikdə, Azər pulu olmadığını bildirib onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra Azər həyətdə sol ayağına təpik zərbəsi, sinəsinə isə yumruq zərbəsi vurmuşdur. O, yerə yıxıldıqdan sonra Azər onu nalayiq söyüşlərlə təhqir edib yerdə də təpikləməyə başlamış və öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Azərin anası, bacısı oğlu Röyal və qardaşı oğlu Haldun gəlib Azəri ondan ayırmışlar. Həmin vaxt anasına zəng vurub Azərin başına belə oyunlar açdığını bildirdikdə, anası tez geriyə Azərin evinə qayıtmışdır. Saat 20:00 radələrində anası Səmayə həyətə daxil olduqda Azər yenidən onun üstünə hücum çəkib bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri vurmuşdur. Anası Azərə nə üçün onu döyməsini bildirdikdə, Azər bu zaman anasının üstünə hücum çəkib sinəsindən, ağzından, başından yumruq zərbələri, habelə ayağından isə təpik zərbələri vurmağa başlamış və qolundan yapışıb onu yerə yıxmışdır. Eyni zamanda Azər anasını da nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt anası Azərin vurduğu zərbələrin təsirindən huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt o, təcili tibbi yardıma zəng vurub oraya çağırmış və anasını Salyan rayon mərkəzi xəstəxanasına aparmışlar. Bundan sonra anası Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Biləsuvar rayonu Bəydili kəndi M.Füzuli küçəsi ev 15-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs barəsində Salyan rayon prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs onun bacısıdır. Təqsirləndirilən şəxs onların həmkəndlisidir. Bacısı Səmayə onkoloji xəstə olduğu üçün 2023-cü ilin yanvar axında əməliyyat olunmaq istəmişdir. Əməliyyat olunmaq üçün 10000 (on min) manat pul lazım olduğundan onlar bankdan kredit götürməyi qərara almışlar. Kredit götürmək üçün Səmayə və əri Ələkbərdən başqa 2 nəfər əlavə zamin lazım olmuşdur. Həmin ərəfədə bacısı oğlu kamil həmkəndliləri Azərin işlətdiyi qəssabxanaya gedərkən orada bu barədə söhbət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs və bacısı oğlu X10 ona zamin duracağını bildirmişlər. 31 yanvar 2023-cü il tarixdə Kamil Salyan şəhəri ərazisində yerləşən “AccessBank”-dan 10000 (on min) manat pulu kreditə götürmüş və həmin vaxt bacısı və ərindən başqa Təqsirləndirilən şəxs və Röyal İskəndərov da Kamilə zamin durmuşlar. Növbəti gün Azər bacısı oğlu Röyal İskəndərov ilə birlikdə bacımgilin yaşadıqları evin həyətinə gəlib onlara həmin məbləğdə pulu ona verməyi, 5-10 günə pulu qaytaracağını və Kamili yanında işə götürüb çörək pulu qazandıracağını bildirib onları aldatmışdır. Onlar da Azərin bu sözlərinə inanıb 9800 manat məbləğində pulu gətirib evin həyətində Azərə vermişlər. Azər pulu alıb çıxıb getmişdir. Bundan bir neçə gün sonra Kamil Azərin yanında qəssabxanada köməkçi kimi işləməyə başlamışdır. Buna baxmayaraq, deyilən vaxtda Azər pul verməmişdir. Onların pula ehtiyacı olduğundan bacısı öz oğlu Kamilə Azərdən puldan müəyyən məbləğdə alıb gətirməyi bildirmiş, o da bir neçə gün ərzində çətinliklə Azərdən 100, 200, 300 manat alıb gətirmişdir. Hətta verilən pulun müqabilində Kamil qəssabxadan ət də almışdır. Nəhayət, Azər ümumiyyətlə pul verməkdən imtina etməyə başlamışdır. Onlar Azərdən pulu tələb etdikdə Azər hesablayıb 8200 (səkkiz min iki yüz) manat pul borcu qaldığını bildirmiş və onlar da razılaşmışlar. Lakin Azər pulu verməkdən imtina etməsə də, dəfələrlə onlara hədə-qorxu gəlib ölümlə hədələmiş və hətta Kamilə başını kəsəcəyini bildirmişdir. Bu hallar dəfələrlə təkrarlanmış və onlar Azərin bu sözlərini təsadüfən bir dəfə mobil telefona qeyd etmişlər. Onlar isə həmin vaxtdan bəri məcbur qalıb çətinliklə də olsa, bacısı öz maaşından və əri pensiyasından krediti ödəmişlər. Sonuncu dəfə 06 yanvar 2025-ci il tarixdə Kamil Azərə zəng vurub puldan bir qədər verməsini bildirmişdir. Azər də ona bir-iki saatdan sonra yaşadığı evin həyətinə gəlməyi və borc puldan verəcəyini bildirmişdir. Bu səbəbdən 06 yanvar 2025-ci il tarixdə saat 19:00 radələrində Kamil Azərin evinə puldan almağa getmişdir. Bacısı isə əri Xəstə olduğundan onu qonşu kəndə tibb bacısına aparmışdır. Kamil həmin vaxt həyətə daxil olduqdan sonra Azərə aldığı puldan bir hissəsini verməyi bildirdikdə, Azər pulu olmadığını bildirib onu nalayiq söyüşlərlə təhqir etməyə başlamışdır. Bundan sonra Azər həyətdə Kamilin sol ayağına təpik zərbəsi, sinəsinə isə yumruq zərbəsi vurmuşdur. Kamil yerə yıxıldıqdan sonra Azər onu nalayiq söyüşlərlə təhqir edib yerdə də təpikləməyə başlamış və öldürəcəyi ilə hədələmişdir. Həmin vaxt Azərin anası, bacısı oğlu Röyal və qardaşı oğlu Haldun gəlib Azəri Kamildən ayırmışlar. Həmin vaxt Kamil bacısına zəng vurub Azərin başına belə oyunlar açdığını bildirdikdə, bacısı tez geriyə Azərin evinə qayıtmışdır. Saat 20:00 radələrində bacısı Səmayə həyətə daxil olduqda Azər yenidən Kamilin üstünə hücum çəkib bədəninin müxtəlif nahiyələrindən təpik və yumruq zərbələri vurmuşdur. Bacısı Azərə nə üçün Kamili döyməsini bildirdikdə, Azər bu zaman bacısının üstünə hücum çəkib sinəsindən, ağzından, başından yumruq zərbələri, habelə ayağından isə təpik zərbələri vurmağa başlamış və qolundan yapışıb onu yerə yıxmışdır. Eyni zamanda Azər bacısını da nalayiq söyüşlərlə təhqir etmişdir. Həmin vaxt bacısı Azərin vurduğu zərbələrin təsirindən huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt Kamil təcili tibbi yardıma zəng vurub oraya çağırmış və bacısını Salyan rayon mərkəzi xəstəxanasına aparmışlar. Bundan sonra bacısı Səmayə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərardan görünür ki, aparılan araşdırma nəticəsində hər hansı cinayət hadisəsinin olmadığı müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.Aparılan araşdırma nəticəsində hər hansı inzibati xətanın olmadığı müəyyən edildiyindən inzibati iş üzrə icraatın başlanması rədd edilsin. Aparılmış araşdırmanın mülki xarakterli olmasını nəzərə alaraq, Zərərçəkmiş şəxs bununla bağlı mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv olunması, cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Salyan RPŞ-nin istintaq bölməsinin müstəntiqi Rza Məmmədovun HK-1/29 saylı material üzrə “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” 31 yanvar 2025-ci il tarixli qərarı Salyan rayon prokuroru Rəşad Mansurov tərəfindən ləğv edilmişdir. Toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, 8200 manat borcu olan həmdkəndlisi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətində onu döyərək xəsarət yetirmişdir. Azərin barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokolundan və fotocədvəllərdən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətində qeyd etdiyi yerə baxış istintaq hərəkəti aydın havada Salyan rayon Bəydili kəndi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin həyətində keçirildi. Baxış zamanı sübut əhəmiyyətli predmet aşkar olunmadığı müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 06 yanvar 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs və oğlu Şahid2 arasında baş vermiş hadisədən sonra Salyan RMX-da olarkən Şahid2 Təqsirləndirilən şəxs ilə telefon danışığını əks etdirən 01 ədəd CD diskdə olan videogörüntüyə baxış keçirilmişdir. Həmin CD diskə baxış keçirilərkən diskin içərisində olan videogörüntünün 03 (üç) dəqiqə 55 (əlli beş) saniyə müddətində olması müəyyən edilmişdir. Həmin videogörüntüyə baxış zamanı telefon danışığının Şahid2 tərəfindən Salyan RMX-da videogörüntü vasitəsilə qeydə alındığı, telefon danışığı zamanı Təqsirləndirilən şəxs ilə Şahid2 qarşılıqlı şəkildə birbirilərini təhqir etdikləri, hadisənin onların arasında borc mübahisəsi üstündə baş verdiyi, habelə Şahid2 hadisə zamanı Təqsirləndirilən şəxs ona təpik zərbəsi atması və anası Zərərçəkmiş şəxs vurmasını bildirməsi müəyyən edilmişdir. Diskə baxış saat 10:30-da başlandı və saat 10:50-də bitmişdir. İş materiallarında olan olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədovun xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “məcburi gətirilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs məcburi qaydada Salyan RPŞ-nə gətirilərək istintaq orqanına təqdim olunması qərara alınmışdır. İş materiallarında olan “Salyan rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-68/2-712/2025 saylı arayışdan görünür ki, Poliklinika Şöbəsinin həkim-narkoloqu və həkim psixiatrının məlumatlarına əsasən Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1ci maddəsi ilə təqsirli bilinib 02 il islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 1(003) 21/2011 saylı 25 yanvar 2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancının 20 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubudan görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza müddətini başa vurduğu üçün xx.xx.2013-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. İş materiallarında olan Salyan rayon İHB-nın Qızılağac kənd inzibati ərazi nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli 5-71-xx/xx/2025 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qızılağac kəndində yaşayır, onun ailə tərkibi həyat yoldaşı xx.xx.1987-ci il təvəllüdlü- X11, qızı xx.xx.2005-ci il təvəllüdlü X13, oğlu xx.xx.2011-ci il təvəllüdlü X6 ibarətdir. İş materiallarında olan Salyan rayon İHB-nın Qızılağac kənd inzibati ərazi nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulmasından ötrü barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən - xx.xx.1983-cü ildə Salyan rayonu Bəydili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Bəydili kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan barəsində axtarış elan olunmuş və olduğu yer müəyyən edildikdə tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilməsi qərara alınmışdır.Qərarın icrası Salyan RPŞ-nə həvalə edilmişdir. Qərarın surəti məlumat üçün Salyan rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “axtarışda olan şəxsin saxlanılması barədə” protokoldan görünür ki, xx.xx.1983-cü ildə Salyan rayonu Bəydili kəndində anadan olmuş və həmin kənddə qeydiyatda olan və barəsində Salyan RPŞ-də xx.xx.2025ci il tarixdə 720122 axtarış işi açılmış Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 10:00-da Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu Bəydili kəndində saxlanılaraq, saat 10:25-də Salyan RPŞ-ə gətirilmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20 saylı rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol bazunun yuxarı üçdə birinin ön və iç səthinin qançırı, sol bazu oynağının hərəkət məhdudluğu, sol süd vəzisi nahiyəsinin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə təpiklə və yumruqla vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli, 21 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – sağ budun orta 1/3-nin bayır səthinin qançırı küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə təpiklə vurma nəticəsində əmələ gələ bilərdilər. Sağlamlığın zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X18 canlı şəxsin ekspertizası rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan olan Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunması qərara alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs və onun müdafəçi X12 tərəfindən daxil olmuş vəsatətdən görünür ki, "xxxx" QSC-nin 10 000 manat məbləğində xx.xx.2023-cü ildə kredit götürdükdən sonra hərəkətləri kredit qaytarmaq vədi ilə alan Təqsirləndirilən şəxs bilərəkdən onu və oğlu Kamili döyməklə bu hərəkətlər kredit pulununu qaytarmamaq üçün etmişdir. Bunun sübutu olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs niyyəti tibbi əməliyyatı üçün götürülmüş 10 000 manat məbləği ələ keçirmiş, nəticədə o, ağır onkoloji xəstə olaraq əməliyyatı keçirə bilməmiş, həmçinin bankdan aldığı bu məbləği faizi ilə qaytarmaqla böyük maddi ziyan çəkmişdir. İki ildən artıqdır ki, Təqsirləndirilən şəxs 15 günlük götürdüyü pulu qəsdən ödəmir, onun köməksiz vəziyyətdə olmağından istifadə edərək pulu və məbləğin əldən çıxma faydasının ödəməməklə ona ailəsinə həm cinayət, həmdə mülki zərər yetirməkdə davam etmişdir. Salyan rayon Prokurorluğuna məlumat verməklə cinayət işinin qaldırılması barədə qərardad çıxarılması və araşdırmaq üçün Prokurorluğa göndərilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs qabaqcadan ankoloji xəstə və əməliyyata ehtiyacı olduğunu bilən Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən əməli qəsdən törətməklə əməlində dələduzluq cinayətinin tərkibi olduğunu qeyd edərək, Zərərçəkmiş şəxs bu əməldə zərərçəkmiş şəxs və mülki iddiaçı şəxsində tanınması əsaslarını nəzərə alınmağını xahiş etmişdir. İş materiallarında olan müstəntiq Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərərçəkmiş və şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının rəyləri və cinayət işinin digər istintaq materialları işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, aparılmış istintaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs, X19 və X1 vurduğu maddi ziyan mülki hüquqi münasibətlərdən irəli gəldiyindən və qeyd olunan hallarla bağlı Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə nəzərdə tutulmuş dələduzluq cinayətinin tərkib əlamətləri müəyyən edilmədiyindən, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs, Fərəc Əsədov və Bədirnisə Tağıyeva arasında olan hallar mülki mühakimə icraatı qaydasında həll edilmiş və Zərərçəkmiş şəxs, Fərəc Əsədov və Bədirnisə Tağıyevaya mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmələri izah edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs qardaşı oğlu X14 və bacısı oğlu X2 Gülüşovun hadisə zamanı Zərərçəkmiş şəxs və Şahid2 vurmadığını bildirsələr də, aparılmış istintaqla Təqsirləndirilən şəxs həmin şəxsləri yumruq və təpik zərbələri ilə vuraraq xəsarət yetirdiyi tam sübuta yetirildiyindən Haldun Gülüşov və Röyal İskəndərovun ifadələrinin sübut əhəmiyyəti kəsb etmədiyi nəzərə alınmış, istintaq zamanı Təqsirləndirilən şəxs 06 yanvar 2025-ci il tarixdə Şahid2 təpiklə vurması faktı üzrə əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati xətanın tərkib əlamətləri aşkar olunduğundan Təqsirləndirilən şəxs həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə göndərilmiş, iş üzrə məhkəmə-tibbi ekspertizası qərarında bir yerdə Zərərçəkmiş şəxs ad, soyad və ata adı “X16” kimi qeyd edilsə də, həmin şəxsin ad, soyad və ata adının Zərərçəkmiş şəxs olması nəzərə alınmış, qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər əvvəllər birbirini tanımış, onlar qonşu olmuş, hadisəyə qədər aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə baxışı zamanı, təqsirləndirilən şəxsin yaşadığı evin həyətində zərərçəkmiş şəxslə münaqişə etməsi mübahisə edilməzdir. Münaqişə nəticəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, onun bədəninin müxtəlif nahiyələrindən qəsdən vuruq və təpik zərbələri ilə vuraraq Zərərçəkmiş şəxs sol bazunun yuxarı üçdə birinin ön və iç səthinin qançırı, sol bazu oynağının hərəkət məhdudluğu, sol süd vəzisi nahiyəsinin qançırı xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsi, Zərərçəkmiş şəxs vurmaması ilə bağlı verdiyi ifadəsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin ifadəsi həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Bu hal şahidlərin ifadələri, ekspertiza rəyi və işdə olan digər sübutlarla tam təkzib edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmasına edilən cəhd kimi qiymətləndirir və tənqidi yanaşaraq rədd edir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən emtəmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına, həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin edilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçidir, ona ağır cəza verilməsini xahiş etmişdir, onlar arasında barışıq əldə olunmamışdır. Təqsirləndirilən şəxs əvvəllər ona CM-nin 221.2.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzadan (islah işləri) heç bir nəticə çıxarmamış, islah olunmayaraq yenidən cinayət törətmiş, zərərçəkmişin sağlamlığına yüngül zərər vurulmasına səbəb olan bədənin müxtəlif yerlərinə müxtəlif xəsarətlər yetirmişdir. Bu hallar Təqsirləndirilən şəxs cəmiyyət və ətrafdakı insanlar üçün yüksək təhlükə potensialına malik olmasını təsdiq edir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsə məhz azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin həyat və sağlamlığın qorunması sahəsində yaranan ictimai münasibətlərin daha ağır nəticələrə səbəb olmaqla pozulması hallarının daha da artmasına, təyin olunacaq cəzanın səmərəsizliyinə, icrasının mümkünsüzlüyünə səbəb ola bilər. Azərbaycan Respublikasının CPM-nin 155.3, 155.3.1-155.3.3-cü maddələrinə əsasən həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər: bu Məcəllənin 155.1.1-155.1.3-cü maddələrində nəzərdə tutulmuş hərəkətlərin qarşısını almaq məqsədi ilə, 2 (iki) ildən artıq müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; cinayət prosesini həyata keçirən orqandan gizlənməsinin qarşısını almaq məqsədi ilə, 2 (iki) ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilə bilən cinayətin törədilməsində ittiham olunan şəxsə; əvvəllər seçilmiş digər qətimkan tədbirinin şərtlərini pozmuş şəxsə və ya hökmün icrasını təmin etmək məqsədilə, barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilmiş şəxsə. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclası zalında həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına dair hüquqi qiymət verilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin olub-olmamasına dair hüquqi qiymət verilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 8 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 88 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-55/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-55/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver