Məhkəmə qərarları › İş №1(057)-56/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-56/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-56/2023 18.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X19 Yaqub oğlunun sədrliyi, X15 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi: Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsi 08 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs olunanadək ünvan 1-də qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikasının PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Salyan şəhəri Y.Zərgərli küçəsi 126 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinin arxa tərəfində dəmir torla çəpərlənmiş bağ hissəsinə yəni saxlanc yerinə dəmir tor çəpərdən tullanma yolu ilə qanunsuz olaraq daxil olub orada Zərərçəkmiş şəxs məxsus olan hər biri 120 manat dəyərində olmaqla 360 manat dəyərində 3 ədəd 80-lik ölçüdə 4 metr uzunluğunda dəmir şiveller, hər biri 50 manat dəyərində olmaqla 650 manat dəyərində 13 ədəd 8 hissəli çuqun radiator, hər biri 120 manat dəyərində olmaqla 480 manat dəyərində 4 ədəd 150 diametr ölçüdə su krantı, hər biri 25 manat dəyərində olmaqla 250 manat dəyərində 10 ədəd çəpər çəkmək üçün nəzərdə tutulmuş dəmir parçası, 1 ədəd 130 manat dəyərində su çəni, 1 ədəd 150 manat dəyərində avtomobil ehtiyat hissəsi olan kardan, 1 ədəd 200 manat dəyərində dəmir nərdivan, hər metri 20 manat dəyərində olmaqla hər biri 100 manat dəyərində olan ümumilikdə 500 manat dəyərində 5 ədəd 5 metrlik 150 sm-lik ölçüdə olan dəmir boru və 1 ədəd 150 manat dəyərində katok deyilən asfaltbasanı oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2870 (iki min səkkiz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini qismən təsdiq edir. 15 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində yaşadığı evin yaxınlığında Kür çayının bəndinin üstündə gəzişərkən bəndin aşağı hissəsində yerləşən tanışı olan Mehdiyə məxsus evin bənd tərəfdən dəmir torla çəpərlənmiş həyətində müxtəlif növ dəmir əşyalarının olmasını görüb onları oğurlayıb satmaq məqsədilə həyətin çəpərindən tullanıb həyətə daxil olmuş, oradan bir ədəd su çənini, bir ədəd avtomobil ehtiyat hissəsi olan kardanı oğurlayıb həyətin dəmir tordan olan çəpərindən çölə çıxarmışdır. Daha sonra özü ilə həyətlərindən gətirdiyi dəmirdən olan zibil arabası ilə oğurladığı dəmir əşyalarını daşıyıb yaşadığı evin həyətinə gətirmişdir. Mehdinin həyətindən oğurladığı həmin dəmir əşyalarını üzdən tanıdığı taksi fəaliyyəti ilə məşğul olan Gülməmməd adlı şəxsin üstü baqajlı taksi avtomobili ilə Salyan şəhəri 20 yanvar küçəsi ərazisində yeləşən metal qəbulu məntəqəsinə aparıb orada 70 manata satmışdır. Əməlindən peşmandır. Hal-hazırda zərərçəkmişə vurduğu ziyanı tamamilə ödəmiş, buna görə də zərərçəkmiş şəxs ondan şikayətçi deyil. Ailəlidir, himayəsində iki azyaşlı uşaqları vardır, həbs olunmasını istəmir. Odur ki, barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə verdiyi ifadəsindən görünür ki, Kür çayının bəndinə yaxın yaşadıqları üçün evlərinin yaxınlığında bəndin aşağı tərəfində yaşayan Zərərçəkmiş şəxs bir neçə ildir ki, üzdən tanısa da, onunla heç bir münasibəti, həmçinin ədavət və ziddiyyəti olmamışdır. 15 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində yaşadığı evin yaxınlığında Kür çayının bəndinin üstündə gəzişərkən bəndin aşağı hissəsində yerləşən Mehdiyə məxsus evin bənd tərəfdən dəmir torla çəpərlənmiş həyətində müxtəlif növ dəmir əşyalarının olmasını görüb həmin vaxt həyətdə heç kim olmadığından onları oğurlayıb satmaq qərarına gəlmişdir. Bu səbəbdən həyətin dəmir tordan olan çəpərindən tullanıb həyətə daxil olmuşdur. Daha sonra həyətdə ağacların arasında olan iki ədəd dəmir şivelleri, 10-dan çox çuqun radiatorları, bir neçə ədəd su krantlarını, bir başqa dəmir parçasını, bir ədəd su çənini, avtomobil ehtiyat hissəsi olan kardanı, dəmir nərdivanı, bir neçə metr uzunluğunda dəmir borunu və digər dəmir əşyalarını oğurlayıb həyətin dəmir tordan olan çəpərindən çölə yəni bəndin üstünə çıxarmışdır. Daha sonra özü ilə həyətlərindən gətirdiyi dəmirdən olan zibil arabası ilə oğurladığı dəmir əşyalarını daşıyıb yaşadığı evin həyətinə gətirmişdir. Bundan sonra Salyan şəhəri ərazisində taksi fəaliyyyəti ilə məşğul olan, üzdən tanıdığı Gülməmməd adlı şəxsi yaşadığı evin həyətinə çağırmışdır. Mehdinin həyətindən oğurladığı həmin dəmir əşyalarını Gülməmmədin üstü baqajlı taksi avtomobili ilə Salyan şəhəri 20 yanvar küçəsi ərazisində yeləşən metal qəbulu məntəqəsinə aparıb orada satmışdır. Həmin puldan 10 manat taksi kimi dəmir əşyalarını aparması üçün Gülməmmədə vermişdir. Qalanını isə gün ərzində şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs məxsus evin həyətindən dəmir əşyalarını tək oğurlamışdır. Bu işdə ona heç kim kömək etməmişdir. Oğurladığı dəmir əşyalarını Gülməmməd adlı şəxsin avtomobili ilə apararkən ona həmin əşyaların oğurluq yolu ilə əldə edildiyini bildirməmişdir. Gülməmməd ondan bu barədə soruşduqda dəmir əşyalarının həyətində özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, özünün qismən etirafı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri ilə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 2022-ci ilin sentyabrın 14-dən 15-nə keçən gecə Mirsaleh onun həyətindən oğurluq edərək, onun həyətinin bağ sahəsindən dəmir əşyalar oğurlamışdır. Mirsaleh ittiham aktında adları göstərilmiş bütün dəmir əşyalarını oğurlamışdır. Ona bu oğurluq nəticəsində cəmi 2870 manat ziyan dəymişdir. Həmin ziyanı təqsirləndirilən şəxs Mirsalehin anası ona ödəmişdir. Polis İdarəsindən ona bildirmişdirlər ki, Mirsaleh həmin əşyaları Ceyhun adlı şəxsə satmışdır. Ona dəymiş ziyan tam ödənildiyi üçün Mirsalehə qarşı şikayət və tələbi yoxdur. Buna görə də onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. bir neçə ildir ki, özünə məxsus olan VAZ 2102 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olmuşdur. 15 sentyabr 2022-ci il tarixdə günorta saatlarında avtomobilində oturub müştəri gözləyərkən bir nəfər əvvəllər tanımadığı, sonradan adını bildiyi Mirsaleh adlı şəxs ona yaxınlaşıb yaşadığı evin həyətində özünə məxsus müxtəlif növ dəmir metallarını metal qəbulu məntəqəsinə aparmasını təklif etmişdir. O da taksi fəaliyyəti ilə məşğul olduğu üçün həmin dəmir metallarını aparması qarşılığında Mirsalehdən 10 manat məbləğində haqq istəmiş, onlar razılaşmışlar. Bundan sonra birlikdə Mirsalehin yaşadığı evin həyətinə getmiş, oradan müxtəlif növ dəmir metallarını götürmüş və avtomobilinə yerləşdirmişlər. Mirsaleh ona həmin dəmir metallarını Salyan şəhəri 20 yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə aparmalı olduqlarını bildirmişdir. O da Mirsalehin sözü ilə avtomobili dediyi yerə sürmüş, Mirsaleh həmin yerdə aparılan müxtəlif növ dəmir metallarını satdıqdan sonra yenidən geri qayıtmışlar və razılaşdıqları kimi Mirsaleh ona 10 manat pul vermişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən müxtəlif dəmir əşyalarını idarə etdiyi avtomobili ilə apararkən onların oğurluq yolu ilə əldə edildiyini bilməmiş və Təqsirləndirilən şəxs ona bu barədə bildirməmişdir. Mirsaleh həmin dəmir əşyalarının özünə məxsus olduğunu bildirdiyi və öz həyətindən apardığı üçün dəmir əşyalarının Mirsalehin özünə məxsus olduğunu bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir, həmin ifadə düzdür. 2021ci ilin dekabr ayından Salyan şəhəri 20 yanvar küçəsində yerləşən Salyan rayon metal qəbulu məntəqəsində baş mütəxəssis vəzifəsində işləyir. Əvvəllər tanımadığı, hazırda adını bildiyi Salyan şəhər sakini Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə metal qəbulu məntəqəsinə bir taksi avtomobili ilə gələrək çoxlu, müxtəlif növ dəmir əşyalarını gətirib məntəqəyə satmışdır. Mirsaleh bundan əvvəl də onun işlədiyi məntəqəyə dəmir satmışdır. Ondan və onu gətirən taksi sürücüsündən həmin dəmirlərin kimə məxsus olduğunu soruşduqda, hər ikisi həmin əşyaların Mirsalehin özünə məxsus olduğunu və yaşadığı evin həyətindən götürüb satdığını bildirmişlər. Bu səbəbdən ona inandığı üçün həmin dəmir əşyalarını hər kiloqramını 50 qəpikdən ondan götürmüşdür. Daha sonra həmin şəxsin məntəqəyə satdığı dəmir əşyalarını Salyan şəhər sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətindən oğurladığını bilmişdir. Məntəqədə dəmir əşyaları yığıldığı gün və ya növbəti gün maşına vurulub şirkətə təhvil verildiyi üçün onun həmin dəmir əşyalarını təqdim etməsi mümkün deyildir. Dəmir əşyalarını götürərkən onların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, çünki həmin şəxs dəmir əşyalarını metal qəbulu məntəqəsinə satarkən özünə məxsus olduğunu və yaşadığı evin həyətindən götürüb gətirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Elşad Bağırlı tərəfindən Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı X7, TPŞ-nin İTB-nin sahə rəisi polis kiçik leytenantı X13, X11, hal şahidləri X5, X10 iştirakları ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:30-dan saat 16:00-dək Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus dəmir materiallarının oğurlandığı yerə baxış keçirilmişdir. Baxış zamanı oğurluq hadiəsinin fərdi yaşayış evinin həyətyanı bağ sahəsində baş verdiyi, bağ sahəsinə dəmir çəpərdən daxil olunduğu, çəpərin qapı hissəsinin kəsilərək çıxarıldığı, bağ sahəsindən dəmir materiallarının götürüldüyü müəyyən olunmuş, baxış keçirilməsi barədə protokol tərtib olunmuş, fotoşəkilləri çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 12 dekabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 15:20-dan 16:00-dək Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Zərgərli küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus evin həyətindən Zərərçəkmiş şəxs məxsus dəmir əşyalarını oğurladığını bildirmiş və həmin yeri əli ilə göstərmişdir. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6834 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına fotoşəkilləri təqdim olunmuş 80-lik ölçüdə 4 metr uzunluğunda dəmir şivellər, 13 ədəd 8 hissəli çuqun radiator, 150 metr diametr ölçüdə olan su krantı (gidrant), su çəni, avtomobil ehtiyat hissəsi olan (kardan), 150 sm-lik ölçüdə olan dəmir boru, asfaltbasandan ibarət cəmi 6 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1430 manat müəyyən olunur. 3 adda mallar barədə kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/6834 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. İş materiallarında olan ibtidai istintaq orqanının 25 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, istintaq zamanı məhkəməəmtəəşünaslıq ekspertizasının rəyində maddi ziyanın qiyməti 1430 manat olması göstərilsə də, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona dəymiş maddi ziyanın 2870 manat olmasını göstərərək ekspertiza rəyi ilə razı olmadığını və maddi ziyanın göstərdiyi qiymətdə tanınmasını xahiş etdiyi üçün iş üzrə verilmiş ittihamda maddi ziyanın dəyərinin 2870 manat olması nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs etirafedici ifadələri, zərər çəkmiş və şahid ifadələri, ifadənin yerində yoxlanması protokolu, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçmək barədə” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən və Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(057)-125/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 7(057)- 79/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 08 ay 23 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1 ay müddətə inzibati həbs tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3295 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, ailə tərkibi həyat yoldaşı X9, 2015-ci il təvəllüdlü X6, 2018-ci il təvəllüdlü X1 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü Əsmər və xx.xx.2018-ci il təvəllüdlü Mirmöhsüm adlı iki azyaşlı uşaqları vardır. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən zərəri ödəmiş, ondan şikayəti və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ittiham aktında göstərilmiş 9 adda dəmir əşyalarından yalnız ikisini, yəni bir ədəd su çənini və bir ədəd avtomobil ehtiyat hissəsi olan kardanını oğurladığı barədə məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarekteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilin iştirakı ilə etirafedici ifadələr vermiş, ona qarşı irəli sürülmüş ittihamda göstərilmiş 9 adda dəmir əşyalarını Zərərçəkmiş şəxs həyətindən oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxs ittihamda göstərilmiş 9 adda dəmir əşyalarını oğurlaması məhkəmədə verdiyi ziddiyyətli ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, iş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ekspert rəyi, “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokol və ona əlavə olunmuş fotocədvəl, “baxış keçirilməsi haqqında” protokol və ona əlavə olunmuş fotocədvəl və iş üzrə əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs həmin ifadəsini məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirərək rədd edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 sentyabr 2022-ci il tarixdə günorta saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı Salyan şəhəri Y.Zərgərli küçəsi 126 nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsinin arxa tərəfində dəmir torla çəpərlənmiş bağ hissəsinə yəni saxlanc yerinə dəmir tor çəpərdən tullanma yolu ilə qanunsuz olaraq daxil olub orada Zərərçəkmiş şəxs məxsus olan hər biri 120 manat dəyərində olmaqla 360 manat dəyərində 3 ədəd 80-lik ölçüdə 4 metr uzunluğunda dəmir şiveller, hər biri 50 manat dəyərində olmaqla 650 manat dəyərində 13 ədəd 8 hissəli çuqun radiator, hər biri 120 manat dəyərində olmaqla 480 manat dəyərində 4 ədəd 150 diametr ölçüdə su krantı, hər biri 25 manat dəyərində olmaqla 250 manat dəyərində 10 ədəd çəpər çəkmək üçün nəzərdə tutulmuş dəmir parçası, 1 ədəd 130 manat dəyərində su çəni, 1 ədəd 150 manat dəyərində avtomobil ehtiyat hissəsi olan kardan, 1 ədəd 200 manat dəyərində dəmir nərdivan, hər metri 20 manat dəyərində olmaqla hər biri 100 manat dəyərində olan ümumilikdə 500 manat dəyərində 5 ədəd 5 metrlik 150 sm-lik ölçüdə olan dəmir boru və 1 ədəd 150 manat dəyərində katok deyilən asfaltbasanı oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 2870 (iki min səkkiz yüz yetmiş) manat maddi ziyan vurması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1.12, 59.1.13, 59.1.4-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən halardır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halı, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, həmçinin Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzanın-yəni azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxs birinci hökm üzrə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasından qərəzli boyun qaçırdığına görə cəzası daha ağır cəza növü olan azadlıqdan məhrumetmə ilə əvəz edilmişdir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir və Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli barəsində «həbs» qətimkan tədbiri seçildiyi 02 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar