Məhkəmə qərarları › İş №1(057)-56/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-56/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-56/2025 09.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X30 Yaqub oğlunun sədrliyi, X20 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Bakı şəhərində yerləşən “Bakıxanov” adına çörək zavodunda sürücü işləyən, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Yeni Ramanı qəsəbəsi YYM-da yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 22 mart 2025-ci ildə saat 04:30 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 47,9-cu kilometrində idarə etdiyi “Ford Transit yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Astara rayonu istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətdə olduğu zolaqda dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçməli və lazım gəldikdə həmin piyadaya çatmadan avtomobili dayandırmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun hərəkət hissəsində etil spirti və narkotik maddə qəbul edib, yüngül sərxoşluq vəziyyətdə olan dayanmış piyada X12 avtomobilin qabaq hisəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Elnur Mədətova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran başın alın nahiyəsinin əzilmişcırılmış yarası, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, sağ bud sümüyünün orta və aşağı 1/3-nin, sol və sağ bud sümüklərinin, sol baldırın yuxarı 1/3-nin qapalı sınıqları, hər iki göz orbitasının qançır və hematoması xəsarətlərini yetirməklə ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Bakı şəhərində yerləşən “Bakıxanov” adına çörək zavodunda sürücü işləyir, həmin zavoda məxsus “Ford Transit yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə rayonlara çörək daşımaqla məşğuldur. 22 mart 2025-ci ildə həmin avtomobilə zavoddan çörək yığıb iş yoldaşı Əlihüseyn ilə birlikdə Salyan rayonuna aparmışlar. Maşında 1400 ədəd çörək olmuşdur. Həmin gün Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində saat 04:30 radələrində yolun sol tərəfindən qaçaraq qəfil bir nəfər maşının qarşısından keçərkən maşınla onu vurmuşdur. Həmin vaxt idarə etdiyi maşının sürəti təxminən 90 km/saat olmuşdur. Hadisə vaxtı yol qaranlıq və yaş olmuş, ərazi işıqlandırılmamışdır. Maşını tormozlama əməliyyat keçirməsinə baxmayaraq maşın təxminən 100-150 metr məsafədən sonra dayanmış, Əlihüseynlı birlikdə maşından düşərək vurduğu piyadaya yaxınlaşıb onun baş nahiyəsindən xəsarət aldığını, yolun sol kənarında uzanıqlı və hərəkətsiz vəziyyətdə ölmüş olduğunu görmüşdür. Hadisə barədə polisə və təcili tibbi yardım xidmətinə məlumat vermişlər. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, həkim piyadanı müayinə edib onun öldüyünü bildirmiş, meyiti morqa aparmışlar. Hadisə yerində qalıb polis əməkdaşlarına sənədlərini təqdim etmiş, hadisə yerinə keçirilən baxışda iştirak etməklə piyadanın vurulduğu yeri göstərmiş, tərtib olunmuş sxemi və protokolu imzalamışdır. Müəyyən olunmuşdur ki, piyadanın vurulduğu yer yolun hərəkət hissəsindədir. Sonradan məlum olmuşdur ki, vurduğu piyada Salyan rayonunun Qardili kənd sakini X18 olmuşdur. Hadisədən sonra valideyinləri və qohumları Elnurun yas mərasimində iştirak edib onlara yas xərclərinə köməklik etmiş, halhazırda Elnurun qohumlarının ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Əməlindən peşmandır. Himayəsində bir azyaşlı uşağı var, ailədə yeganə qazanc gətirən şəxsdir, ilk dəfədir ki, məhkəmə məsuliyyətinə cəlb olunur. İİ Qarabağ müharibəsinin iştirakçısı olmaqla 80 manat müavinət alır, “Vətən Müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisinin ifadəsi, məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərər çəkmiş şəxsin hüquqi varisi X6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 22 mart 2025-ci ildə saat 04 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 47.9-cu kilometrində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X18 onun əridir. 21 mart 2025-ci ildə Elnur şəxsi işi ilə əlaqədar evdən çıxmışdır. Axşam Elnurla telefon əlaqəsi saxladıqda o, evə qayıdacağını bildirmişdir. 22 mart 2025-ci ildə saat 07 radələrində atası Rahil ona zəng edərək bildirmişdir ki, yaşadıqları kəndin yaxınlığında Elnur magistral yolu keçərkən onu avtomobil vurduğu üçün Salyan Mərkəzi rayon xəstəxanasına aparılmışdır. Sonradan məlum olmuşdur ki, Elnur aldığı xəsarətlərdən ölmüşdür. Həmin gün Elnurun meyiti ekspertiza müayinəsindən keçərək evə gətirilmiş və onu yaşadıqları Salyan rayonunun Qardili kənd qəbiristanlığında dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, Elnuru Haciqabul rayonu Nəvahi qəsəbəsində yaşayan xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. Zərər çəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi kimi tanınmışdır. X16 həyat yoldaşı olmuşdur. 22 mart 2025-ci il tarixdə avtoqəza nəticəsində vəfat etmişdir. Səhhətində problemlər vardır. Bu səbəbdən üzürlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur.Onunla barışmışdır. Cəza verilməsini tələb etmir. İşə onun iştirakı olmadan baxılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 22 mart 2025-ci ildə iş yoldaşı Telmanın idarə etdiyi “Bakıxanov” adına çörək zavoduna məxsus “Ford Transıt yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Salyan, Biləsuvar və Cəlilabad rayonlarındakı mağazalara çörək paylamaq üçün yola çıxmışlar. Avtomobildə 1400 ədəd çörək olmuşdur. Saat 04:30 radələrində Ələt- Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsi ilə Astara rayonu istiqamətinə hərəkətdə olduqları vaxt Telmanın idarə etdiyi avtomobillə nəisə vurduğunu görmüşdür. Telman tormoz edərək avtomobili 100-150 metr qarşıda dayandırmış, avtomobildən düşüb yaxınlaşdıqda görmüşlər ki, Telman avtomobilin qabaq sol hissəsi ilə yolu keçən piyada kişini vurub və piyada vurulduğu yerdən bir qədər qarşıda yolun sol kənarında uzanıqlı vəziyyətdə hərəkətsiz qalmış, ölmüşdür. 103 xidmətinə və DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. Az müddət sonra hadisə yerinə təcili tibbi yardım maşını gəlmiş, həkim piyadanı müayinə edib onun aldığı xəsarətlərdən öldüyünü bildirmiş və meyiti morqa aparmışlar. Həmçinin hadisə yerinə polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər. Hadisə nəticəsində xəsarət almadığı üçün polis əməkdaşlarına özü barədə məlumat verib evinə qayıtmışdır. İş materiallarında olan DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi Vüqar Əhədovun 22 mart 2025-ci il tarixli raportundan görünür ki, 22 mart 2025-ci il tarixdə saat 04:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərizisindən keçən 47,9-cu kilometrində Hacıqabul rayonu Nəvahi qəsəbə sakini, 1996-cı il təvəlludlü X13 idarə etdiyi “Ford Tranzit yük” markalı ** MC *** dovlət qeydiyyat nişanlı avtomobillə Astara istiqamətində hərəkətdə olarkən yolu keçən piyada Salyan rayonu Qardili kəndində yaşayan, 1984-cü il təvəllüdlü X12 vurmuş, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Baş müstəntiq, polis mayoru Elşad Əmirov hadisə yerinə baxış keçirərək müvafiq sənədləşmə aparmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Elşad Əmirov tərəfindən tərtib edilmiş 22 mart 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə olunmuş yol nəqliyyat hadisəsinin sxemindən və fotocədvəldən görünür ki, həmin tarixdə saat 04:30-da yol-nəqliyyat hadisəsi ilə əlaqədar məlumat alıb, Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 47,9-cu kilometrliyinə gəlmişdir. “Ford Tansit yük” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi əzilmiş, dağılmış, şüşəsi sınmış vəziyyətdə yolun sağ ehtiyat hissədə qarşısı Astara istiqamətində dayanmışdır. Piyadanın vurulduğu yer yolun Astara istiqamətinə sağ sarı xətdən 3 metr mərkəzə doğru məsafədədir. Hadisə yerində piyadanın vurulduğu yerin ətrafında avtomobilə məxsus şüşə, plasmas qırıntıları tökülüb qalmışdır. Baxış zamanı hadisə yerinin sxemi və foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Elşad Əmirov tərəfindən verilmiş məlumatdan görünür ki, 22 mart 2025-ci il tarixdə saat 04:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 47,9-cu kilometrliyində Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayan xx.xx.1996cı il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Transit” yük markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayonu istiqamətinə hərəkətdə olarkən yolu keçən piyada Salyan rayonu Qardili kəndində yaşayan xx.xx.1984-cü il təvəllüdlü, X12 vurmuş, nəticədə piyada X18 aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus DİN BDYPİ Qİİ/5 saylı Asan xidmət mərkəzi tərəfindən verilmiş sürücülük vəsiqəsindən görünür ki, ona xx.xx.2014-cü il tarixdən xx.xx.2034-cü ilədək B1,B, C1,C kateqoriyaları üzrə sürücülük hüququ verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnməsindən görünür ki, 2007-ci il istehsallı, “Ford Transit yük” markalı, **-MC-*** qeydiyyat nişanlı avtomobilin sahibi X19r. İş materiallarında olan ƏN-Vİİİ 321054 nömrəli “nəqliyyat vasitəsinin istifadə edilməsi haqqında etibarnamədən görünür ki, X25 tərəfindən Təqsirləndirilən şəxs “Ford Transit yük” markalı, **-MC-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək idarə edilməsi səlahiyyəti verilmişdir. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş 22 mart 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ 467893 nömrəli “ölüm haqqında şəhadətnamə”dən görünür ki, X18 xx.xx.2025-ci il tarixdə “baş beyinin ocaqlı travması” səbəbindən ölmüşdür. İş materiallarında olan alkoqol miqdarının ölçülməsi üçün xüsusi texniki vasitənin göstəricisindən görünür ki, Təqsirləndirilən şəxs müayinə olunmuş, onda alkoqol qəbulu əlamətləri müəyyən edilməmişdir. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 zərərçəkmiş X10 hüquqi varisi qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş X10 hüquqi varisi X6 DİN-in BİTİ-nə ünvanlanmış xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Bu ərizə onun sözləri əsasında tərtib edilmiş, ərizəni oxumuş, ərizə həqiqi niyyətinə uyğundur, razıdır. İmzası ilə təsdiq edir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X11» publik hüquqi şəxsinin tədqiq olunmuş məhkəmə-tibbi (meyitin) ekspertizasının 20 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, 1984-cü ildə anadan olmuş X10 meyitinin məhkəmə tibbi müayinəsinə, əlavə müayinənin cavabına və qərarda qoyulan sualları nəzərə alıb aşağıdakı nəticəyə gəlinir ki:

1. Meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir. Başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, beyin toxumasının əzilməsi, beyinin qişaları altına toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları. Sağ bud sümüyünün orta və aşağı 1/3-nin, sol və sağ said sümüklərinin, sol baldırın yuxarı 1/3-nin qapalı sınığları, hər iki göz orbitasının qançır və hematoması.

2. Göstərilən xəsarətlər küt əşyaların təsiri nəticəsində əmələ gəlmişdir, ola bilər ki, qərarın göstərilən vaxt və şəraitdə yəni xx.xx.2025-ci il tarixdə yolu keçən piyadanı yük maşının vurması nəticəsində törənsin, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər.

3. X10 ölümünə səbəb:başın küt travması nəticəsində alın nahiyəsinin əzilmişcırılmış yarası ilə müşayiət olunan,beyin toxumasının əzilməsi,beyinin qişaları altına toxumasına,mədəciklərinə qansızmalar,kəllə tağı və əsası sümüklərinin sınıqları olmuşdur.

4. X10 məhkəmə-kimya tədqiqatı nəticəsində qanında etil spirti və narkotik maddə aşkar edilmişdir. Canlı şəxslərə yüngül sərxoşluq kimi qiymətləndirilir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/983 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti” haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 8/983 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2-85453/2025 saylı sorğuya cavabından görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə (xx.xx.2034-cü il tarixədək etibar olan) BB 456900 nömrəli "B1 B C1 C" kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli “maddi sübut kimi tanınma” haqqında qərardan görünür ki, “Ford Transit” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmiş və sahibinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan baş müstəntiq Elşad Əmirov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* No-li cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə ittiham elan olunmuş; məhkəmə tibbi və məhkəmə yolnəqliyyat hadisəsi ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. İş materiallarında olan Hacıqabul rayon Nəvahi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 100 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası 1965-ci il təvəllüdlü X5, anası 1973-cü il təvəllüdlü X7, bacısı 1997ci il təvəllüdlü X3, arvadı 1998-ci il təvəllüdlü X1, oğlu 2020-ci il təvəllüdlü X8 ibarətdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2020ci il tarixdə anadan olmuş, onun atası Təqsirləndirilən şəxsdur. İş materiallarında olan Hacıqabul rayon Nəvahi qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X15 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan "xxxx" MMC-nin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, X15 "xxxx" MMC Bakıxanov çörək zavodunda sürücü vəzifəsində işləyir. O, iş yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan İ-78815 nömrəli Azərbaycan Respublikasının medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan İ-15164 nömrəli Azərbaycan Respublikasının medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə”, medalı ilə təltif olunmuşdur. İş materiallarında olan İ-6936 nömrəli Azərbaycan Respublikasının medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 22 mart 2025-ci ildə saat 04:30 radələrində Ələt- Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 47,9-cu kilometrində idarə etdiyi “Ford Transit yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobillə 90 km/saat sürətlə Astara rayonu istiqamətində hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, hərəkətdə olduğu zolaqda dayanmış piyadadan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçməli və lazım gəldikdə həmin piyadaya çatmadan avtomobili dayandırmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib yolun hərəkət hissəsində etil spirti və narkotik maddə qəbul edib, yüngül sərxoşluq vəziyyətdə olan dayanmış piyada X12 avtomobilin qabaq hisəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan Elnur Mədətova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran başın alın nahiyəsinin əzilmişcırılmış yarası, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, kəllə tağı və əsası sümüklərinin sınıqları, sağ bud sümüyünün orta və aşağı 1/3-nin, sol və sağ bud sümüklərinin, sol baldırın yuxarı 1/3-nin qapalı sınıqları, hər iki göz orbitasının qançır və hematoması xəsarətlərini yetirməklə ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərər çəkmiş şəxsin hüquqi varisi X14 barışıq əldə etməsini, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, onun əməlindən peşman olmasını, müharibə iştirakçısı olmaqla “Vətən Müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunmasını, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, onun törətdiyi cinayət nəticəsində zərərçəkmiş şəxs həyatından məhrum olmuşdur. Məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məhz real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi X14 ilə barışıq əldə etmiş, sonuncunun ona qarşı şikayət və tələbi yoxdur, ona cəza verilməsini tələb etmir. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var, o, ailədə yeganə qazanc gətirən şəxsdir, əməlindən səmimi peşmandır, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müharibə iştirakçısı olmaqla “Vətən Müharibəsi iştirakçısı”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunması onun və ailəsinin vətənpərvərlik ruhunda tərbiyə almasını təsdiq edir. Yuxarıda sadalananları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının yuxarıda həddində cəza təyin edilməsi məqsədə müvafiq olmamaqla cəzanın məqsədlərinə və təqsirlənirdirilən şəxsin şəxsiyyətinə uyğun deyil. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkumun qətimkan tədbiri kimi həbsdə saxlanma vaxtı, cəzaçəkmə müəssisələrindən gətirilmə vaxtı cəzanın icrası müddətinə hesablanır. Məhkumun bir gündən artıq icazəsiz məntəqə tipli cəzaçəkmə müəssisəsinin ərazisində olmaması cəzanın icrası müddətinə hesablanmır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq ərazi üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə olmadığından hazırkı hökm qüvvəyə mindiyi zaman məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Ford Transit yük” markalı ** MC *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar