Məhkəmə qərarları › İş №1(057)-57/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-57/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-57/2024 07.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1996-cı ildə Salyan rayonu, Noxudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Noxudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində 25 noyabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1 və 234.2-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda 1,132 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 24 oktyabr 2023-cü il tarixdə saat 01:35 radələrində cinayət barədə xəbərsiz olan Şahid3 idarə etdiyi «VAZ 21013» markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara yolunun Biləsuvar rayonu Xırmandalı kəndi ərazisindən keçən 141-ci kilometrliyində yerləşən «Turist 5» kafesinin yaxınlığında hərəkətdə olarkən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə gətirilmiş, həmin tarixdə saat 02:20-də üzərinə şəxsi axtarışı keçirilərkən həmin psixotrop maddə metamfetamin bir ədəd şəffaf rəngli sellofan bükülüdə olmaqla əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq 01 ədəd bükümdə təmiz çəkisi-0,853 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,178 qram və 0,048 qram olmaqla, ümumi çəkisi-1,226 qram psixotrop maddə metamfetamin əldə edib üzərində daşıyaraq saxlamış, 23 noyabr 2023cü il tarixdə yaşadığı Salyan rayonu Aşağı-Noxudlu kəndindəki evin həyətindəki köhnə tikilidə həmin narkotik vasitə və psixotrop maddəni qeyd olunan çəkidə və bükümlərdə Şahid1 585 əyarlı, çəkisi 8,60 qram olan 688 manat dəyərində qızıl üzük və sırğa dəstinin, eləcə də, 585 əyarlı, çəkisi 3,87 qram olan 503 manat dəyərində brilyant qaşlı qızıl üzüyün qarşılığında satmış, 23 noyabr 2023-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Şahid1 yaşadığı Sabirabad rayonu Cəngan kəndində yerləşən evinə baxış keçirilən zaman sonuncunun yataq otağındakı döşəyin altında ondan alıb saxladığı 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,853 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,178 qram və 0, 048 qram olmaqla, ümumi çəkisi-1,226 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bundan əlavə 24 noyabr 2023-cü il tarixdə onun Salyan rayonu Aşağı- Noxudlu kəndində yerləşən yaşadığı evin həyətindəki köhnə tikiliyə baxış keçirilən zaman, narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirmək üçün istifadə etdiyi, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan işlək vəziyyətdə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-cü maddəsi ilə təqsirli bilib, CM-nın 234.2ci maddəsi ilə təqsirli bilmədiyini qeyd edərək bildirmişdir ki, ayın tarixi yadında deyildir,Cəlilabad rayonundan gələrkən yolda Biləsuvar rayonu ərazisində “Turist” kafesinin yaxınlığında polis əməkdaşları onu tutub polisə aparmışlar. 23 noyabr 2023-cü ildə Salyan rayonu Noxudlu kəndində Coşqunla birlikdə olarkən Coşqun ona bir cüt sırğa, bir ədəd üzük və bir ədəd üzərində briliyant qaşı olan üzük verərək pula dəyişdirilməsini xahiş etmişdir.Lakin həmin qızılları pula çevirə bilməmiş və Sabirabad polis əməkdaşları onu tutarkən həmin qızıl əşyalarını götürmüşlər.Natiqə narkotik maddə verməmiş,metamfetamin və heroini tapmışdır.Öz payına düşən hissəni götürmüş,Coşquna düşən payı da özü götürmüşdür. Metamfetamin 4 qram, heroin isə 6 qram olmuş həmin maddələri Bakı şəhərində İran vətəndaşından 230 manata almışlar. 23 noyabr 2023-cü ildə olub, lakin tarix dəqiq yadında qalmamışdır. Bir yerdə Coşqunla gedib almışlar.Yarıyarı istifadə etmişlər.230 manat pulu özü vermiş, qızılları özü satdıqdan sonra pulunu götürəcək idi.Evində tapılan tərəzini qızıla görə almışdır.Həmin tərəzinin üzərində metamfetamin və heroin izlərinin olmasını bilməmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu, narkotik maddə satışında özünü təqsirli bilmədiyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid1 bildirmişdir ki, özü narkotik maddə qəbul edir. Fəqanı qonşu kəndə yaşayan kimi tanıyır.Keçən ilin noyabr ayında evdən bir qızıl dəst və üzük götürmüşdür.Həmin qızılları Fəqana verərək pula dəyişdirilməsini xahiş etmişdir.Fəqan öz cibindən 230 manat qoyaraq Bakı şəhərindən 230 manata kakos almışlar.Sonradan tutulmuş və üzərində narkotik maddə aşkar olunmuşdur.Onda tutulan mal bir yerdə aldıqları mal olmuşdur.Qızılları Fəqanda qalmış, satıb pulunu götürməsini bildirmişdir.İstintaq zamanı verdiyi ifadəsi düzgün qeyd olunmamışdır. Şahid1 məhkəmə iclasında fərqli məzmunda ifadə verdiyi üçün onun istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası CPM-nın 329.1 maddəsinə əsasən elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Cəngan kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Baş vermiş məlum hadisə ilə əlaqədar qeyd etmişdir ki, təxminən 4 ay olar ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qəbul edir. Narkotik vasitə lazım olduqda Salyan rayonu Noxudlu kənd sakini Fəqan adlı şəxslə telefon əlaqəsi saxlayıb yaşadığı Noxudlu kəndinə gələrək pul verib psixotrop maddə metamfetamin və narkotik vasitə heroin almışdır. Aldıqdan sonra isə siqaretin kağızına doldurub yandıraraq tüstüsünü qəbul etmişdir. Təxminən tutulmamışdan 10 gün əvvəl atası onun narkotik vasitə qəbul etməyindən şübhələnmişdir. O da, atasına yalandan demişdir ki, spirtli içki qəbul etmişdir. Sonuncu dəfə, yəni 22 noyabr 2023-cü il tarixdə narkotik vasitə lazım olduğu üçün pulu olmadığına görə anasının yataq otağına daxil olub şkafın siyirməsindəki qızıl qabından 1 ədəd qızıl üzük və 1 dəst sırğa və üzüyü götürüb cibinə qoymuşdur. Təxminən saat 17 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən tanışı Fəqanın istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib Salyan rayonu Noxudlu kəndi ərazisində görüşmüş, özündə saxladığı qızıl-zinət əşyalarını Fəqana vermişdir. Fəqanla belə razılaşmışdır ki, qızılları yoxlatdırdıqdan sonra ona xəbər edəcək, sonra görüşüb əvəzində narkotik verəcəkdir. Təxminən bir-iki saat sonra Fəqan onun mobil telefonuna zəng edib görüşmək istədiyini bildirmişdir. Fəqanla Noxudlu kəndində körpünün yanında görüşmüşdür. Fəqanın təklifi ilə birlikdə ilk əvvəl Bakı şəhərinə getmişlər. Bakı şəhərinə getməkdə məqsədləri Fəqana verdiyi qızılları aparıb satmaq və əvəzində pul əldə etmək olmuşdur. Lakin gecə saatları olduğu üçün Fəqan bildiyi qədər qızılları sata bilməmiş və geriyə, yəni rayona qayıtmalı olmuşlar. Sonra birlikdə Noxudlu kəndinə, Fəqanin yaşadığı evə getmişlər. Fəqan evin həyətindəki köhnə tikilidə təxminən 1 qr heroini və 1,2 qram psixotrop maddə metamfetamini elektron tərəzidə çəkdikdən sonra 2 ədəd sellofona büküb, verdiyim qızılların qarşılığında satmışdır. Əlavə olaraq Bakı şəhərinə gedibgəlməkləri və yemək xərclərini hesabladıqdan sonra ona pul qaytarmamışdır. Əlavə olaraq 1 ədəd kağız bükümdə narkotik vasitə heroin və 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetamini pay olaraq vermiş və başa salmışdır ki, kağız bükümlərdə olan qədər maye ilə qarışdırıb qəbul edər. O da, aldığı bükümləri siqaretin qutusuna yığıb cibinə qoymuşdur. Həmin günü təxminən saat 08 radələrində evə gəlmişdir. Evə gecə gəlmədiyi üçün atası ilə mübahisə etdikdən sonra yataq otağına keçmişdir. Sonra cibində saxladığı siqaretin içərisindəki bükümləri döşəyinin altına qoyub yatmış, təxminən günorta saatlarında eşitmişdir ki, atası onun barəsində polis şikayət etmişdir. Polis şöbəsinə gəldikdən sonra ilkin izahatında narkotik vasitə istifadəçisi olduğunu etiraf etmiş və yaşadıqları evdə narkotik vasitə olduğunu təqdim edə biləcəyini demişdir. Bundan sonra polislərlə birlikdə yaşadıqları evə getmişlər. Yataq otağında döşəyin altında saxladığı siqaret qutusunun içərisindəki kütlələri polis əməkdaşlarına təqdim etmişdir. Baxış zamanı siqaret qutusunun içərisində 2 ədəd sellofon və 2 ədəd kağız bükümlərdə kütlələr aşkar edilmişdir. Bundan əlavə 1 ədəd şüşə ampula və 2 ədəd şpris aşkar edilmişdir. Aşkar edilmiş həmin kütlələr dəvət edilmiş 2 nəfər hal şahidinin iştirakı ilə kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Sonra birlikdə Qaragüney polis bölməsinə gəlmişlər, orada şübhəli şəxs qismində tutulmuşdur. Əlavə olaraq ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə Fəqanın istifadəsində olan ***- ***-**-** saylı mobil telefon nömrəsinə zəng edib əlaqə saxlamış, Fəqandan ümumilikdə 3- 4 dəfə yalnız psixotrop maddə metamfetamin almış, sonuncu dəfə isə Fəqandan 23 noyabr 2023-cü il tarixə verdiyi qızılların qarşılığında narkotik vasitə almışdır. Fəqan Salyan rayonu Aşağı-Noxudlu kəndi ərazisində yerləşən yaşadığı evin həyətindəki köhnə tikilidə elektron tərəzidə çəkdikdən sonra narkotik vasitə heroini və psixotrop maddə metamfetamini ona vermişdir. Evdən götürdüyü qızıl-zinət əşyaları özünə məxsus olmuşdur. Əvvəllər Bakı şəhərində işlədiyi zaman bir qədər pul yığmış, sonra valideynlərinin məsləhəti ilə yığdığı pula 1 ədəd qızıl üzük və 1 dəst sırğa və üzük alıb anasına vermişdir ki, saxlasın, özünə toy edərkən istifadə edər. Ona görə də, anasının yataq otağına daxil olub şkafın siyirməsindən yalnız aldığı qızılları götürmüşdür. Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən heç bir təsir və təzyiq olunmadığına da qeyd etmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid2 bildirmişdir ki,oğlunun narkotik maddələrdən istifadə etməsi ilə bağlı 102 xidmətinə özü şikayət etmişdir.23 noyabr 2023cü ildə oğlu Coşqun Bakı şəhərindən evə gəlmiş və hallı vəziyyətdə olduğunu görmüşdür.Həmin günü evdə bir qızıl dəst və nişan üzüyünün evdə olmadığını görmüşdür.Polis bölməsində Coşqunun qızılları Fəqana verdiyini öyrənmişdir.Polis işçiləri evinə baxış keçirmiş və evdə bükümlərdə narkotik maddə və şpris aşkar etmişlər.Həmin maddələrin Coşquna aid olmasını Coşqun özü etiraf etmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi Şahid4 göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə Qaragüney PB-də əməliyyat istintaq qrupunun üzvü olarkən rayonun Cəngən kənd sakini Şahid2 Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət edərək oğlu Şahid1 narkotik vasitə almaq üçün evdən qızıl-zinət əşyaları götürməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında Şahid1 yaşadığı evə baxış keçirilən zaman Şahid1 məxsus yataq otağındakı çarpayının üzərindəki döşəyin altındakı siqaret qutusunun içərisində 4 ədəd bükümlərdə narkotik vasitəyə oxşar kütlə, 2 ədəd şpris və 1 ədəd şüşə ampula aşkar edilmişdir. Aşkar edilmiş həmin predmetlər qablaşdırılıb götürülmüşdür. Şifahi sorğu zamanı Şahid2 aşkar edilmiş bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmasını və istifadə etmək məqsədi ilə tanışı Salyan rayon sakini Fəqan adlı şəxsdən almasını qeyd etmişdir. Şahid kimi dindirilmiş Şahid5 Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Şahid kimi dindirilmiş Şahid8 məhkəmədə verdiyi ifadəsində göstərmişdir ki, 23 noyabr 2023-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə olarkən polis əməkdaşları ona yaxınlaşıb kənd sakini Şahid2 yaşadığı evə baxış keçiriləcəyini demişlər.Həmin baxışda iştirak etmiş və baxış zamanı Natiqin yaşadığı evdə narkotik maddə və şpris aşkar olunub götürülmüşdür Aşkar edilmiş həmin predmetlər təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şahid qismində məhkəmədə ifadə verən Şahid11 bildirmişdir ki,əməliyyat məlumatı əsasında 24 oktyabr 2023-cü ildə saat 01:30 radələrində Təqsirləndirilən şəxs olduğu VAZ-21013 markalı 10 GE-913 nömrəli avtomaşın Biləsuvar rayonu ərazisində Tursit kafesinin yaxınlığında saxlanılmış və Fəqanı surücü Kamran adlı şəxslə birlikdə polisə aparmışlar. Məhkəmədə şahid qismində ifadə verən Şahid12 və X3 Şahid11 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunmuş 24 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində Biləsuvar RPŞ-nin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi-1,132 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. 23 noyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid1 yaşadığı Sabirabad rayonu Cəngən kəndindəki evinə baxış keçirilən zaman evin yataq otağında çarpayının üzərindəki döşəyin altında 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,853 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,178 qram və 0, 048 qram olmaqla, ümumi çəkisi-1,226 qram psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi-0,216 qram olan narkotik vasitə və psixotrop maddələr aid olmayan tünd qəhvəyimtil rəngli maddə, 02 ədəd şpris, içərisində narkotik vasitə heroinin izi olan 01 ədəd şüşə ampula aşkar edilərək götürülmüşdür. 23 noyabr 2023-cü il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 1 cüt qızıl sırğa-üzük dəsti və 1 ədəd qızıl üzük baxış keçirilərək iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 24 noyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman 1 ədəd “Samsung Duos” markalı mobil telefon aşkar edilib götürülmüş və dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. 24 noyabr 2023-cü il tarixli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonu Aşağı-Noxudlu kəndində yerləşən evinin həyətindəki yardımçı tikiliyə baxış zamanı üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan işlək vəziyyətdə 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 24 oktyabr 2023-cü il tarixli 19/957 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin qablaşdırıldığı zərf....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:1,132 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. Məhkəmə-kimyəvi ekspertizasının 24 noyabr 2023-cü il tarixli 18/1073 saylı rəyindən görünür ki, 1. tədqiqata təqdim edilmiş üzərində: “...Şahid1 evinə baxış...” sözləri yazılmış kağız paketdə 01 ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi-0,853 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-1,178 qr, 0,048 qr, ümumi çəkisi- 1,226 qram olan ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi-0,216 qram olan tünd qəhvəyimtil rəngli maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd şprisin içərisində həcmi-0,70 ml olan şəffaf mayenin tərkibində narkotik vasitə və psixotrop maddələr aşkar edilmədi. 01 ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. 01 ədəd boş şprisdə narkotik vasitə və psixotrop maddələrin izi aşkar edilmədi. 2). Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs evinə baxış...” sözləri yazılmış kağız paketdə olan 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri vardır. Məhkəmə-narkoloji ekspertizasının 02 noyabr 2023-cü il tarixli 1014 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. 12 dekabr 2023-cü il tarixli telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə qarşılıqlı olaraq 22 noyabr 2023-cü il tarixdə saat 18:53-də, 18:33-də, 18:15-də, 18:03-də, 18:02-də, 17:59-da, 17:52-da, 17:45-də, 17:36-da, 17:35-də, 17:34də, 16:47-də, 15:43-də, 15:07-də, 14:53-də, 13:64-də, 13:48-də, 13:33-də, 13:32-də, 13:20-də, 13:19-da, 12:59-da, 12:58-də, 12:54-də, 12:49-da, 21 noyabr 2023-cü il tarixdə saat 20:57-də, 19:18-də, 18:48-də, 04:47-də, 04:45-də, 03:50-də, 03:46-da, 03:06-da, 00:05-də, 20 noyabr 2023-cü il tarixdə saat 23:52-də, 22:24-də, 22:22-də, 22:20-də, 22:05-də, 22:04-də, 21:46-da, 21:36-da, 21:25-də, 21:18-də, 21:17-də, 21:14-də, 21:06da, 20:54-də, 19 noyabr 2023-cü il tarixdə saat 17:49-da, 17:07-də, 10:03-də, 08:29-da, 07:45-də, 07:44-də, 17 noyabr 2023-cü il tarixdə saat 20:05-də, 20:04-də, 17:54-də, 17:48-də,15:24-də, 12:12-də, 15 noyabr 2023-cü il tarixdə saat 21:20-də, 18:17-də, 18:13də, 18:12-də, 18:07-də, 18:06-da telefon zənglərinin olması müəyyən edilmişdir. Sabirabad rayon Kooperativ Cəmiyyətindən daxil olmuş 25 noyabr 2023-cü il tarixli rəydə qeyd edilmişdir ki, 585 əyarlı, çəkisi 8,60 qram olan qızıl üzük və sırğa dəstinin qiyməti 688 manat, 585 əyarlı, çəkisi 3,87 qram olan brilyant qaşlı qızıl üzüyün qiyməti 503 manat olmaqla, ümumi dəyərinin 1191 manat olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 23 noyabr 2023-cü il tarixli protokolla götürülmüş qızıl üzük və sırğa dəsti, 1 ədəd üzərində brilyant qaşları olan qızıl üzük Sabirabad RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi polis mayoru Mirzahid Abasovun 15 dekabr 2023-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və saxlanılması üçün qəbzlə Şahid2 təhvil verilmişdir. Təqsirləndirilən şəxs məxsus və ekspertizadan sonra qalıq qalmış 1,082 qram olan psixotrop maddə metamfetamin, 0,803 qram olan narkotik vasitə olan heroin, 1,186 qram psixotrop maddə olan metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd “Samsung Duos” markalı mobil telefon 21 fevral 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İHB-nın Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 27 noyabr 2023-cü il tarixli, 757 nömrəli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Sayan rayonu, Aşağı Noxudlu kəndində anası və qardaşları ilə birlikdə yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs 23 noyabr 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü ildə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddələrlə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir.Onu təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növü ilə islah etmək mümkün deyildir. Təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulub saxlanıldığı müddət və həbsdə olduğu müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmüyü qaydasında ona təyin olunmuş cəzaları qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyada məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilatiki qeydiyyata alınmalıdır. İş üzrə 23 noyabr 2023-cü il tarixli protokolla götürülmüş qızıl üzük və sırğa dəsti, 1 ədəd üzərində brilyant qaşları olan qızıl üzüyün Şahid2 təhvil verilməsi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məxsus və ekspertizadan sonra qalıq qalmış 1,082 qram olan psixotrop maddə metamfetamin, 0,803 qram olan narkotik vasitə olan heroin, 1,186 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şüşə ampula, 01 ədəd elektron tərəzi məhv edilməli, 1 ədəd “Samsung Duos” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə 5 ədəd DVD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri 96,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilnib ona həmin maddə ilə üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində dörd il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 23 noyabr 2023-cü ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə 23 noyabr 2023-cü il tarixli protokolla götürülmüş qızıl üzük və sırğa dəsti, 1 ədəd üzərində brilyant qaşları olan qızıl üzüyün Şahid2 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məxsus və ekspertizadan sonra qalıq qalmış 1,082 qram olan psixotrop maddə metamfetamin, 0,803 qram olan narkotik vasitə olan heroin, 1,186 qram psixotrop maddə olan metamfetamin, 01 ədəd şüşə ampula, 01 ədəd elektron tərəzi məhv edilsin, 1 ədəd “Samsung Duos” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə 5 ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 96,95 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 12 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 72 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesablarına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: Hakim: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar