Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-57/2025 02.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi qaydada sürücü işləyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsaəsən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd, üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, metadonun təsiredici maddəsinin miqdarı üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram təşkil edən narkotik vasitə metadon tərkibli həbi əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı ünvan 1-də yerləşən evin qonaq otağındakı divanın altında gizlədərək saxlamış, 2025-ci il martın 26-da saat 11:42 dəqiqədə Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında saxlanılaraq üzərinə və yaşadığı evə keçirilmiş baxış zamanı yaşadığı evin qonaq otağındakı divanın altında gizlədərək saxladığı həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi ilə birlikdə ünvan 1-də yaşayır, sürücü işləyir. Özü narkotik vasitələrin aslılığından əziyyət çəkir. Təxminən bir neçə ay bundan qabaq Salyan şəhərində avtovağzal ərazisində piyada hərəkət edən zaman yerdən metadon həbini tapmışdır. Həmin həbi sonradan istifadə etmək məqsədilə götürüb evində qonaq otağında olan divanın altında gizlətmişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün bəzən ağrıları olurmuş. Ona görə ağrıları olan zaman həmin həbdən istifadə edəcəkmiş. Lakin, həmin narkotik vasitədən heç kimə verməmiş, satmamış, satmaq məqsədi və niyyəti olmayıb. 2025-ci ilin martın 26-da saat 11:42-də Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında mülki geyimdə olan şəxslər onu saxlayıb özlərini polis əməkdaşları kimi təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. O saxlanıldıqdan sonra polis əməkdaşları video çəkiliş aparmaqla ona təklif etmişlər ki, üzərində və ya digər hər hansısa bir yerdə qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü çıxarıb təqdim etsin. Bundan sonra o əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan Samsung markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun üzərinə baxış keçirmişlər və baxış zamanı əlavə heç bir əşya və ya predmet aşkar etməmişlər. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, digər hər hansısa bir yerdə qadağan olunmuş əşya və ya predmet vardırsa onları özü çıxarıb təqdim etsin. O, evində 01 ədəd metadon həbinin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları ondan evimdə saxladığı həmin metadon həbini təqdim edə bilib-bilməyəcəni soruşmuşlar. O, polis əməkdaşlarına həmin metadon həbini təqdim edə biləcəyini demişdir. Sonra polislər onun yaşadığı evin yataq otağına getmişlər. Qonaq otağında o divanın altında gizlətdiyi 01 ədəd metadon həbini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları evin qonaq və digər otaqlarına onun icazəsi və iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı qonaq otağında olan şkafdan 03 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Polis əməkdaşları ondan həmin elektron tərəzi barəsində soruşduqda o həmin tərəzilərin rəhmətlik anama məxsus olduğunu və anasının sağ ikən qızıl alveri ilə məğul olduğunu bildirmişdir. Polis əməkdaşları ondan tərəzilərdən narkotik vasitələrin çəkisinin ölçülməsində istifadə edibetmədiyini soruşmuşlar. O həmin tərəzilərdən istifadə etmədiyini bildirmişdir. Sonra polis əməkdaşları 01 ədəd metadon həbini bir zərfə, 03 ədəd elektron tərəzini də bir zərfə qoyularaq zərfin ağzını möhürlü kağızla möhürləmişlər.O və polis əməkdşları həmin zərflərin üzərini imzalamışlar. Bundan başqa baxış zamanı evdən başqa heç bir əşya və ya predmet aşkar etməmişlər. Sonra polis əməkdaşları yaşadığı evin həyətində olan nəqliyyat vasitəsinin kimə məxsus olduğunu soruşmuşlar. O həmin **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olduğunu demiş. Polis əməkdaşları həmin nəqliyyat vasitəsinə onun icazəsi və iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı nəqliyyat vasitəmdən ona məxsus şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi aşkar olunaraq götürülmüşdür. Nəqliyyat vasitəsindən başqa heç bir əşya və ya predmet aşkar etməmişlər. Sonra həyətyanı sahəsində olan digər tikililərə baxış keçirilmişdir. Əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonda polis əməkdaşları ondan həmin metadon həbini istifadə edib-etmədəyini və kiməsə satıb-satmadığını soruşmuşlar. O həmin metadon həbindən heç kimə vermədiyini, yaxud satmadığını, evində saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Salyan Rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Törətdiyi əməldən peşman olaraq, səmimi etiraf etməsini məhkəmədən cəza təyini zamanı nəzərə almasını xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmənin iclasında ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə iclasında özünü təqsirli bilməməsi ilə bağlı məhkəməyə verdiyi izahatında söylədikləri yalnız özünü müdafiə məqsədilə və məsuliyyətdən yayınmaq xarakteri daşımışdır. Hazırda ona qarşı irəli sürülən ittihama münasibətdə özünü tam təqsirli bilir. Həmçinin ona məxsus mənzildə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Şahid4 həmin əməliyyat-axtarış tədbirində iştirak etməmiş, yalnızca sonradan gəlmiş və təxminən 5 dəqiqəlik onun mənzilində olmuş və hər hansı müdaxilə xarakterli hərəkət etməyərək, həmin mənzildən getmişdir. Əməliyyataxtarış tədbiri zamanı ona qarşı hər hansı qanuna zidd zorakı və psixoloji xarakter daşıyan təzyiqlər olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 mart 2025-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən raportla məruzə edərək ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. Alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunaraq bu məqsədlə o, Şahid3 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər tərəflərindən əməliyyat nəzarətinə götürülmüşdür. 2025-ci ilin martın 26-da saat 11:42 dəqiqədə Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahəsində və digər başqa tikililərdə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs bir neçə ədəd dərman olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin dərmanları təqdim edə biləcəyi soruşmuşlar. Təqsirləndirilən şəxs təqdim edə biləcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin qonaq otağına getmişlər. Təqsirləndirilən şəxs qonaq otağındakı divanın altında gizlətdiyi 01 ədəd metadon həbinə bənzər həbi götürüb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həbindən başqa narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşduqda, Təqsirləndirilən şəxs əlavə heç bir şey olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onun iştirakı və icazəsi ilə vizual baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı sevantdan 03 ədəd elektron tərəzi aşkar oldunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzilər hansı məqsədlə istifadə etdiyi soruşmuşlar. Təqsirləndirilən şəxs həmin tərəzilərin rəhmətlik anasına məxsus olduğunu, anasının qızıl alveri ilə məşğul olduğunu və anasından xatirə kimi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra tərəflərindən narkotik vasitə metadon həbinə bənzər 01 ədəd həb və 03 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, üzərləri şöbənin “Zərflər üçün № 113” saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzərləri imzalandıqdan sonra tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan tikililər və sonuncuya məxsus **-MH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı keçirmişlər. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa əlavə heç bir əşya və ya predmet aşkar etməmişlər. Təqsirləndirilən şəxs həmin metadon həbini yaşadığı evdə hansı məqsədlə saxladığı, istifadə edib-etmdəyini və kiməsə satıbsatmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin metadon həbini ağrıdığı vaxt istifadə edəcəyi məqsədilə yaşadığı evdə saxladığını, həmin həbdən heç kimə vermədiyini, yaxud satmadığını, yaşadığı evdə saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Əlavə olaraq Təqsirləndirilən şəxs evində gizlətdiyi metadon həbindən ailə üzvlərindən heç kimin məlumatının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 26 mart 2025-ci il tarixdə ünvan 1də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. 2025-ci ilin martın 26-da saat 11:42 dəqiqədə Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahəsində və digər başqa tikililərdə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs bir neçə ədəd dərman olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin dərmanları təqdim edə biləcəyi soruşmuşlar. Təqsirləndirilən şəxs təqdim edə biləcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin qonaq otağına getmişlər. Təqsirləndirilən şəxs qonaq otağındakı divanın altında gizlətdiyi 01 ədəd metadon həbinə bənzər həbi götürüb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həbindən başqa narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs əlavə heç bir şey olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onun iştirakı və icazəsi ilə vizual baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı mebel dəstindən 03 ədəd elektron tərəzi aşkar oldunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzilər hansı məqsədlə istifadə etdiyi soruşmuşlar. Təqsirləndirilən şəxs həmin tərəzilərin rəhmətlik anasına məxsus olduğunu, anasının qızıl alveri ilə məşğul olduğunu və anasından xatirə kimi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra tərəflərindən narkotik vasitə metadon həbinə bənzər 01 ədəd həb və 03 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs həmin metadon həbini ağrıdığı vaxt istifadə edəcəyi məqsədilə yaşadığı evdə saxladığını, həmin həbdən heç kimə vermədiyini, yaxud satmadığını, yaşadığı evdə saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 26 mart 2025-ci il tarixdə əməliyyat qrupunun digər üzvləri ilə birlikdə ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, saxlaması və daşımasında şübhəli olması bildirilmişdir. 2025-ci ilin martın 26-da saat 11:42 dəqiqədə Salyan şəhəri Ə.Hüseynov küçəsində yaşadığı evin qarşısında olduğunu müşahidə edib video çəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim etmişlər. Sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs təklif etmişlər ki, üzərində qadağan olunmuş əşya və ya predmet vardırsa onları könüllü çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol iç cibindən üzərində ***-***-**-** saylı mobil nömrə olan “Samsung” markalı mobil telefonu çıxarıb onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və baxış zamanı əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, həyətyanı sahəsində və digər başqa tikililərdə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşulmuşdur. Təqsirləndirilən şəxs bir neçə ədəd dərman olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs həmin dərmanları təqdim edə biləcəyi soruşmuşlar. Təqsirləndirilən şəxs təqdim edə biləcəyini bildirmişdir. Onlar Təqsirləndirilən şəxsla birlikdə onun yaşadığı evin qonaq otağına getmişlər. Təqsirləndirilən şəxs qonaq otağındakı divanın altında gizlətdiyi 01 ədəd metadon həbinə bənzər həbi götürüb onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs təqdim etdiyi metadon həbindən başqa narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşduqda, Təqsirləndirilən şəxs əlavə heç bir şey olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə onun iştirakı və icazəsi ilə vizual baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağındakı mebel dəstindən 03 ədəd elektron tərəzi aşkar oldunmuşdur. Təqsirləndirilən şəxs həmin tərəzilər hansı məqsədlə istifadə etdiyi soruşmuşlar. Təqsirləndirilən şəxs həmin tərəzilərin rəhmətlik anasına məxsus olduğunu, anasının qızıl alveri ilə məşğul olduğunu və anasından xatirə kimi saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən əlavə heç bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra tərəflərindən narkotik vasitə metadon həbinə bənzər 01 ədəd həb və 03 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs həmin metadon həbini ağrıdığı vaxt istifadə edəcəyi məqsədilə yaşadığı evdə saxladığını, həmin həbdən heç kimə vermədiyini, yaxud satmadığını, yaşadığı evdə saxlayarkən satış məqsədinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Salyan Rayon Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs iştirakı ilə tərəflərindən “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsinə dair” protokol tərtib olunmuş və tərtib edilmiş protokol iştirakçılara ucadan oxunduqdan sonra iştirakçılar trəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs maddi sübutla birlikdə raportla aidiyyatı üzrə İstintaq Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid4 ifadəsində göstərmişdir ki, 26 mart 2025-ci il tarixdə özünə məxsus nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, Salyan şəhəri Ə.Hüseynov küçəsində iş yoldaşlarının nəqliyyat vasitəsinin həmin ərazidə yerləşən evin qarşısında olduğunu görmüş və həmin mənzilin həyət qapısı açıq olduğundan həmin məznilə daxil olmuşdur. Daxil olduqdan sonra bilmişdir ki, həmin mənzil əvvəllər tanımadığı şəxs Təqsirləndirilən şəxs məxsusdur və Şahid1, Şahid3 və Şahid2 ibarət əməliyyat qrupu tərəfindən həmin mənzilə baxış keçirildiyinin şahidi olmuşdur. Müvafiq qərarla əməliyyat qrupunda olmadığından bir neçə dəqiqə həmin mənzildə olduqdan sonra mənzili tərk etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid4 ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan ünvanda yerləşən Təqsirləndirilən şəxs məxsus mənzildə olarkən, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə keçirilən əməliyyat-axtarış tədbirinə hər hansı formada müdaxilə edilməmişdir.Təqsirləndirilən şəxsə onun tərəfindən heç bir fiziki və ya psixoloji zorakılıq olunmamışdır. Həmin mənzilə daxil olmasındakı hər hansı məqsədi olmamışdır, sadəcə olaraq xx.xx.2025-ci il tarixdə həmin ərazidən nəqliyyat vasitəsi ilə keçdiyi zaman iş yoldaşları olan polis əməkdaşlarının nəqliyyat vasitələrinin orada olması və nqəliyyat vasitələrinin qarşısında saxlandığı mənzilin qapısının açıq olması səbəbindən qaynaqlanmışdır. Təqsirləndirilən şəxs məhkəmənin iclasında iştiak edən Şahid4 qeyd etdiyi hallara münasibətdə izahat verməsi üçün ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən onun mənzilinə baxış keçirilərkən, sonradan Şahid4 ona məxsus mənzilə gəlmiş və bir neçə dəqiqə həmin mənzildə olmuşdur. Lakin sonradan əməliyyat-axtarış tədbirinə hər hansı formada müdaxilə etmədən mənzili tərk etmişdir və mənzildə olarkən Şahid4 tərəfindən ona qarşı hər hansı fiziki və ya psixiki zorakılığa yol verilməmişdir. Həmçinin bir daha bildirmişdir ki, keçirilən cari məhkəmə iclasında bildirdiyi ifadələrin yalnız özünü müdafiə xarakteri daşıdığını və məsuliyyətdən yayınmaq məqsədi daşıdğını məhkəmənin diqqətinə çatdırdı. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadənin 27 mart 2025-ci il tarixli qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin 13-14-cü vərəqlərində olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəxsin üzərinə baxış keçirilməsinə dair” 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə metadon həbinə bənzər həb aşkar edilərək götürülmüş və 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra evinə baxış keçirilən zaman qonaq otağında olan dolabdan 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş və həmin tərəzilər bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Cinayət işinin 18-19-cu vərəqlərində olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otaqğındakı divanın altında gizlədərək saxladığı üzərində M40 yazısı olan narkotik vasitə metadon həbinə bənzər 01 ədəd həb aşkar edilərək qablaşdırılmışdır. Daha sonra evinə baxış keçirilən zaman qonaq otağında olan dolabdan 3 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin tərəzilərin rəhmətlik anasına məxsus olduğunu, anasının qızıl alveri ilə məşğul olduğunu və anasından xatirə kimi saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən narkotik vasitəı metadon həbinə bənzər 01 ədəd həb və 03 ədəd elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış, üzərləri şöbənin “Zərflər üçün № 113” saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzlandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Cinayət işinin 28-ci vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 26 mart 2025-ci il tarixdə, saat 11:42 dəqiqədən məhdudlaşdırılmış, 26 mart 2025-ci il tarixdə, saat 14:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 41-43-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 mart 2025-ci il tarixli, 6/1193 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: Azərbaycan Respublikası DİN Zərflər üçün №113 dairəvi möhür əksi, “...Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan zərfdə, zavod üsulu ilə qablaşdırılmaya uyğun üzərində “F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı həb metadon tərkibli həbdir və 1(bir) ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,04 qram təşkil edir. (üzərində qeyd olunmuş göstəriciyə əsasən). Cinayət işinin 49-50-ci vərəqlərində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi polis leytenantı Samir Eynullazadənin “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 28 mart 2025-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 62-ci vərəqində olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 28 mart 2025-ci il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. Cinayət işinin 65-ci vərəqində olan “qətimkan tədbirinin seçilməsi haqqında” Salyan RPŞ-nin İB-nin müstəntiqi Samir Eynullazadənin 28 mart 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 80-81-ci vərəqlərində olan “maddi sübut kimi tanıma haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 01 ədəd, üzərində F/M40” yazısı həkk olunmuş, qəhvəyi rəngli, dairəvi formalı, metadon tərkibli həb və 03 ədəd elekton tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 90-cı vərəqində olan Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X7 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 200 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-94-cü vərəqlərində olan Salyan rayon İHB-nin Salyan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 09 aprel 2025-ci il tarixli, 5-71-6/2-75/2025 saylı məktubuna əlavə edilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, arvadı 1983-cü il təvəllüdlü X2, 2003-cü il təvəllüdlü oğlu X5 və 2004-cü il təvəllüdlü qızı X3 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 95-97-ci vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 98-ci vərəqində olan Salyan RMX-nin 11 aprel 2025-ci il tarixli 18-1- 68/2-656/2025 saylı arayışından görünür ki, xx.xx.1972-ci ildə Salyan rayonunda anadan olmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs 2024-cü il tarixdən “Kannabinoidlərin” qəbulundan yaranan aslılıq sindromu ilə narkoloji qeydiyyatdadır. Psixonevroloji qeydiyyatda yoxdur. Cinayət işinin 112-ci vərəqində olan 11 may 2025-ci il tarixli “telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar olunmuş mobil telefon “Samsung” markalıdır və üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Telefona baxış zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 117-ci vərəqində olan 14 may 2025-ci il tarixli “CD formatlı diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, ***-***-**-** saylı mobil telefon nömrəsi xx.xx.2016-cı il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti ev 2-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin adına qeydiyyatdan keçmiş və Təqsirləndirilən şəxs istifadəsində olmuşdur. Diskdə olan məlumatların öyrənilməsi və təhlili zamanı iş üçün sübut əhəmiyyətinə malik ola biləcək hər hansı məlumatlar aşkar edilməmişdir. Cinayət işinin 118-ci vərəqində olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli. 10019203/4 nömrəli məktubundan görünür ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsaəsən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər təyin edilmiş cəza müddətinin 06 ay 22 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti isə 01 il 05 ay 04 gün təşkil edir. Cinayət işinə əlavə olunmuş və məhkəmə istintaqı zamanı verilmiş müvafiq sorğuya cavab olaraq Salyan Rayon İcra və Probasiya Şöbəsi tərəfindən təqdim olunmuş N: 0019203/4 saylı, xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Salyan Rayon Məhkəməsinin 1(057)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə qədər təyin edilmiş cəza müddətinin 11 ay 09 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti isə 01 il 17 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun istintaq zamanı verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma- bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,02 qram olan metadon şəxsi xeyli miqdar, 1.6 qram olduqda isə külli miqdar hesab olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahid şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd olunur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Plenum qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Odur ki, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin özünün vermiş olduğu ifadələri, şahid ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin bir-birini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməllərini Salyan Rayon Məhkəməsinin 1(057)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün qanuni qüvvəyə minməsindən sonra törədilməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Salyan Rayon Məhkəməsinin 1(057)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan CM-nin 18.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə ittiham olunan maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın növü və həddinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Məhkəmə cəzaçəkmə müddətinin əvvəlinə münasibətdə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, məhkəmə qeyd olunan bu hala münasibətdə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli Hökmü ilə azadlığın məhdudlaşdırıması təyin edilmiş və həmin hökmün icrası ilə əlaqədar Salyan Rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin olunacaq cəzaya münasibətdə yenidən icra orqanında qeydiyyata alınması zərurəti yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək cəzaya Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 17 gün azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək ona qəti cəza təyin edilməli və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınmaqla ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı metadon tərkibli həb və 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhdudlaşdırılması cəzasını yaşayış yerində - Salyan rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Salyan İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 1(057)-130/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 (bir) il 17 (on yeddi) gün müddət azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 26 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu ərazisində olan yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayon ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Salyan Rayon İcra və Probasiya Şöbəsində cəzanın icrası ilə bağlı qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan və Salyan Rayon PŞ-də saxlanılan 01 ədəd üzərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli, dairəvi formalı metadon tərkibli həb və 03 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq qaydada məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 114 (bir yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №1(057)-57/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-57/2025
02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver