Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-58/2025 15.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X18 Yaqub oğlunun sədrliyi, X12 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X1, Müdafiəçilər: Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 və Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.2007-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Salyan şəhəri 20 Yanvar küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.2010-cu ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Salyan şəhəri 20 yanvar küçəsi ev 1, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 mart 2025-ci il tarixdə gecə saat 01:20 radələrində "xxxx" market MMC-nin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən mağazasının başqa saxlanc yerinə, yəni kənar şəxslərin girişi üçün qadağan olan müdir otağına qanunsuz olaraq daxil olmaqla orada stolun üzərindən 1420 (min dörd yüz iyirmi) manat məbləğində pulları oğurlamaqla, zərərçəkmiş şəxs "xxxx" market MMC-yə 1420 (min dörd yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 mart 2025-ci il tarixdə gecə saat 01:20 radələrində "xxxx" market MMC-nin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən mağazasının başqa saxlanc yerinə yəni kənar şəxslərin girişi üçün qadağan olan müdir otağına qanunsuz olaraq daxil olmaqla orada stolun üzərindən 1420 (min dörd yüz iyirmi) manat məbləğində pulları oğurlamaqla, zərərçəkmiş şəxs "xxxx" market MMC-yə 1420 (min dörd yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 verdiyi ifadəsindən və elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 14 mart 2025-ci il tarixdə gecə saatlarında tanışı Yusiflə birlikdə Salyan şəhəri 20 yanvar küçəsində yaşadıqları evin yaxınlığında yerləşən "xxxx" marketə getmişlər. Mağazada olarkən oradan qabaqcadan əlbir olan şəxs halında oğurluq etmək istəmişlər. O, mağazanın satıcısı Orucun mağazanın müdir otağını nəzarətsiz qoymasından istifadə edərək, müdir otağına girmiş, stolun üstündə olan pulların bir hissəsini oğurlamışdır. Pulu oğurladıqdan sonra onlar mağazadan çıxıb getmişlər. Yolda Yusiflə pulları sayarkən ümumilikdə oğurladıqları pulların 1420 manat məbləğində olduğunu görmüşlər. Onlar əvvəlcə pulları bölmək istəsələr də, lakin, törətdikləri oğurluğun üstünün açılacağını bildikləri və tutulacaqlarından qorxduqları üçün pulları geri qaytarmaq istəmişlər. Özləri geri qayıtmağa qorxuduqlarından Yusif qardaşı Müşviqə zəng vurub bu barədə demişdir. Onlar həmin pulları yaxınlıqda olan zibil qutusunun yanına qoyub Müşviqə yerini və pulları həmin yerdən götürdükdən sonra aparıb marketə təhvil verməsini bildirmişlər. Sonra onlar həmin pulları zibil qutusunun yanına qoyub evə getmişlər. Bir neçə saat sonra Salyan RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib onunla Yusifi şöbəyə dəvət etmişlər. 14 mart 2025-ci il tarixdə Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketdən 1420 manat pulu Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. Bu oğurluğu törədərkən X8 onlara heç bir kömək etməmişdir və onun bu işdə iştirakı olmamışdır. Törətdiyi əməldən səmimi peşmandı. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə olunmuş, ona qarşı şikayət və tələb yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadə verərək bildirmişdir ki, Vahid onun oğludur. Onun Vahidin oğurluq etməsindən əvvəlcədən xəbəri olmamış, sonradan bilmişdir. Dəymiş ziyan ödənilmişdir, Vahid tutduğu əməldən peşmandır, söz verib ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 verdiyi ifadəsindən və elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Salyan şəhər 8 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. 14 mart 2025-ci il tarixdə gecə saatlarında tanışı Vahidlə birlikdə Salyan şəhəri 20 yanvar küçəsində yaşadıqları evin yaxınlığında yerləşən "xxxx" marketə getmişlər. Mağazada olarkən oradan qabaqcadan əlbir olan şəxs halında oğurluq etmək istəmişlər. Vahid mağazanın satıcısı Orucun mağazanın müdir otağını nəzarətsiz qoymasından istifadə edərək, müdir otağına girmiş, stolun üstündə olan pulların bir hissəsini oğurlamışdır. Pulu oğurladıqdan sonra onlar mağazadan çıxıb getmişlər. Yolda Vahidlə pulları sayarkən ümumilikdə oğurladıqları pulların 1420 manat məbləğində olduğunu görmüşlər. Onlar əvvəlcə pulları bölmək istəsələr də, lakin, törətdikləri oğurluğun üstünün açılacağını bildikləri və tutulacaqlarından qorxduqları üçün pulları geri qaytarmaq istəmişlər. Özləri geri qayıtmağa qorxuduqlarından o, qardaşı Müşviqə zəng vurub bu barədə demişdir. Onlar həmin pulları yaxınlıqda olan zibil qutusunun yanına qoyub Müşviqə yerini və pulları həmin yerdən götürdükdən sonra aparıb marketə təhvil verməsini bildirmişlər. Sonra onlar həmin pulları zibil qutusunun yanına qoyub evə getmişlər. Bir neçə saat sonra Salyan RPŞ-nin əməkdaşları yaşadığı evə gəlib onunla Vahidi şöbəyə dəvət etmişlər. 14 mart 2025-ci il tarixdə Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketdən 1420 manat pulu Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Bu oğurluğu törədərkən X8 onlara heç bir kömək etməmişdir və onun bu işdə iştirakı olmamışdır. Törətdiyi əməldən səmimi peşmandı. Hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyan tamamilə ödənilmiş, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə olunmuş, ona qarşı şikayət və tələb yoxdur. O, yetkinlik yaşına çatmayan şəxsdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi X3 ifadı verərək bildirmişdir ki, Yusif onun nəvəsidir. Onun Yusifin oğurluq etməsindən əvvəlcədən xəbəri olmamış, sonradan bilmiş, onu tutduğu əmələ görə danlamışdır. Dəymiş ziyan ödənilmişdir, Yusif tutduğu əməldən peşmandır, məktəblidir, söz verib ki, bir daha hüquqazidd hərəkətlərə yol verməyəcəkdir. Odur ki, onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin etirafları, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 2021-ci ildən "xxxx" market MMC-də, 2022-ci ildən isə MMC-nin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən mağazasında müdir vəzifəsində işləyir. Mağaza adətən, saat 02:00-da bağlandığı üçün baş satıcı Şahid1 həmin vaxta qədər mağazanı tək idarə etmişdir. Mağaza bağlanmazdan təxminən 1-2 saat əvvəl Oruc günlük uçot işlərini yəni pul haqqhesab işlərini yerinə yetirmişdir. 14 mart 2025-ci il tarixdə gecə saat 00:00 radələrində Oruc günlük haqq-hesab işlərinə başlayarkən mağazaya müştərilər gəlmiş və Oruc uçotu dayandırıb kassaya qayıdıb müştəriləri yola salmışdır. Saat 00:30 radələrində mağazaya əvvəllər tanımadıqları, sonradan adını bildikləri, yaxınlıqda yaşayan iki yetkinlik yaşına çatmayan Vahid və Yusif adlı oğlanlar gəlmişdir. Vahid və Yusif mağazada bir qədər gəzdikdən sonra oradan “Coca-cola”, qatıq, toyuq ciyəri və 2 ədəd çörək alıb mağazadan getmişlər. Təxminən 5-10 dəqiqədən sonra Vahid və Yusif yenidən mağazaya qayıtmışlar. Yenə də bir neçə dəqiqə ərzində mağazada gəzməyə başlamışlar. Oruc onlara nəsə alacaqlarsa alıb mağazadan getmələrinə dair irad bildirmişdir. Bundan sonra həmin şəxslər 1 ədəd “Tutku” şirniyyatı, 1 ədəd suxarik alıb pulunu ödəmişlər və mağazada gəzməyə başlamışlar. Həmin vaxt Oruc uçot işlərini davam etdirmək üçün mağazanın içərisində seyf, kamera və digər zəruri əşyalar olan və girişi qadağan olunan onun xidməti otağına daxil olub pul saymağa başlamışdır. Oruc müştəri gəldiyi halda xəbəri olsun deyə müdir otağının qapısını yarım açıq vəziyyətdə saxlamışdır. Bu zaman mağazaya müştəri gəldiyi üçün Vahid və Yusif Orucu çölə çağırmışlar. Oruc da müdir otağının qapısını kilidlə bağlamadan örtüb kassaya yaxınlaşmışdır. Müştərini yola saldıqdan sonra Yusif bir ədəd “Dirol” saqqızı alıb Orucun başını qataraq çekə vurmağını bildirmişdir. Oruc həmin vaxt onunla məşğul olduqda yanındakı oğlan Vahid tez Yusifin yanına gəlib çıxıb getmələrini bildirmiş və onlar birlikdə mağazadan getmişlər. Oruc yenidən müdir otağına qayıdıb uçot işlərini davam etdirmək istədikdə, stolun üstündə olan 1420 manat pulun olmadığını görmüşdür. Həmin vaxt Oruc həmin məbləğdə pulların Vahid və Yusif tərəfindən oğurlandığını başa düşüb çölə çıxaraq onları səsləmişdir. Lakin, heç kim olmadığı üçün yenidən mağazaya qayıdıb ona zəng vurub məlumat vermişdir. Saat 03:00 radələrində mağazaya gəlmişdir. Orucla birlikdə mağazanın kamera görüntülərinə baxdıqdan sonra 1420 manat pulun yaxınlıqda yaşayan Vahid və Yusif tərəfindən oğurlandığına əmin olmuşlar. Bundan sonra Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş və Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketdən 1420 (min dörd yüz iyirmi) manat pul oğurlanmış və həmin məbləğdə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərlə barışmışdır. Məhkəmə iclasının onsuz keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 7 ilə yaxındır ki, "xxxx" market MMC-də, 1 ildən çoxdur ki, MMC-nin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən mağazasında baş satıcı vəzifəsində işləyir. Mağaza adətən, saat 02:00-da bağlandığı üçün o da həmin vaxta qədər mağazanı tək idarə etmişdir. Mağaza bağlanmazdan təxminən 1-2 saat əvvəl günlük uçot işlərini yəni pul haqq-hesab işlərini yerinə yetirmişdir. 14 mart 2025-ci il tarixdə gecə saat 00:00 radələrində günlük haqq-hesab işlərinə başlayarkən mağazaya müştərilər gəlmiş və o, uçotu dayandırıb kassaya qayıdıb müştəriləri yola salmışdır. Saat 00:30 radələrində mağazaya əvvəllər tanımadıqları, sonradan adını bildiyi, yaxınlıqda yaşayan iki yetkinlik yaşına çatmayan Vahid və Yusif adlı oğlanlar gəlmişdir. Vahid və Yusif mağazada bir qədər gəzdikdən sonra oradan “Coca-cola”, qatıq, toyuq ciyəri və 2 ədəd çörək alıb mağazadan getmişlər. Təxminən 5-10 dəqiqədən sonra Vahid və Yusif yenidən mağazaya qayıtmışlar. Yenə də bir neçə dəqiqə ərzində mağazada gəzməyə başlamışlar. Onlara nəsə alacaqlarsa alıb mağazadan getmələrinə dair irad bildirmişdir. Bundan sonra həmin şəxslər 1 ədəd “Tutku” şirniyyatı, 1 ədəd suxarik alıb pulunu ödəmişlər və mağazada gəzməyə başlamışlar. Həmin vaxt uçot işlərini davam etdirmək üçün mağazanın içərisində seyf, kamera və digər zəruri əşyalar olan və girişi qadağan olunan müdir otağına daxil olub pul saymağa başlamışdır. Müştəri gəldiyi halda xəbəri olsun deyə müdir otağının qapısını yarım açıq vəziyyətdə saxlamışdır. Bu zaman mağazaya müştəri gəldiyi üçün Vahid və Yusif onu çölə çağırmışlar. O da müdir otağının qapısını kilidlə bağlamadan örtüb kassaya yaxınlaşmışdır. Müştərini yola saldıqdan sonra Yusif bir ədəd “Dirol” saqqızı alıb onun başını qataraq çekə vurmağını bildirmişdir. Həmin vaxt onunla məşğul olduqda yanındakı oğlan Vahid tez Yusifin yanına gəlib çıxıb getmələrini bildirmiş və onlar birlikdə mağazadan getmişlər. O, yenidən müdir otağına qayıdıb uçot işlərini davam etdirmək istədikdə, stolun üstündə olan 1420 manat pulun olmadığını görmüşdür. Həmin vaxt həmin məbləğdə pulların Vahid və Yusif tərəfindən oğurlandığını başa düşüb çölə çıxaraq onları səsləmişdir. Lakin, heç kim olmadığı üçün yenidən mazğaya qayıdıb mağaza müdiri Zərərçəkmiş şəxs zəng vurub məlumat vermişdir. Saat 03:00 radələrində Zərərçəkmiş şəxs mağazaya gəlmişdir. Onlar birlikdə mağazanın kamera görüntülərinə baxdıqdan sonra 1420 manat pulun həmin şəxslər tərəfindən oğurlandığına əmin olmuşlar və bundan sonra Zərərçəkmiş şəxs Azərbaycan Rspunlikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan şəhər 8 saylı tam orta məktəbin 11-ci sinfində təhsil alır. 14 mart 2025-ci il tarixdə gecə saat 03:30 radələrində yaşadığı evdə olarkən qardaşı Yusif ona zəng vurub tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə 1-2 saat əvvəl yaşadıqları evin yaxınlığında yerləşən "xxxx" marketdən pul oğurladıqlarını, hazırda pulu geri qaytarmaq istədiklərini, lakin qorxduqları üçün pulu onun aparıb mağazaya təhvil verməyini bildirmişlər. Onlar ona pulu zibil qutusunun yanında yerə qoyduqlarını bildirmişlər. Bundan sonra o, evdən çıxıb Yusiflə Vahidin dediyi yerə gəlmişdir. O, həmin yerdən pulu tapıb saymış və 1210 manat olduğunu görmüşdür. Bundan sonra mağazaya gəlib 1210 manat pulu mağaza müdiri Nuranəyə vermək istəmişdir. Lakin, Nuranə pulu ondan qəbul etməyib artıq, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə şikayət etdiyini bildirmişdir. Salyan RPŞ-nin əməkdaşları hadisə baş verən yerə gəlib onu şöbəyə dəvət etmişlər. Qardaşı Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 "xxxx" marketdən pul oğurlamaları nəticəsində ona bildirdikləri yerdən tapdığı 1210 manat pulu həmin vaxt istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxs2 və tanışı Təqsirləndirilən şəxs1 bu oğurluğu törədərkən onlara heç bir kömək etməmişdir. Onun bu işdə heç bir iştirakı və əlaqəsi olmamışdır. Onlar birlikdə "xxxx" marketdən pulu oğurladıqdan sonra geri qaytarmağı üçün pulu zibil qutusunun yanına qoyub yerini ona bildirmişlər və o da tapdığı 1210 manat pulu istintaqa təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dəvət olunmuş Şahid2, Təqsirləndirilən şəxs2 onun yaxın qohumu- yəni qardaşı olduğu üçün ona qarşı ifadə verməkdən imtina etmişdir. İş materiallarında olan Salyan şəhər N.Babayev küçəsi ev 6, bina 6-da yaşayan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən, müdiri olduğu "xxxx" marketdən naməlum şəxslər tərəfindən marketin müdir otağından 1420 AZN pul oğurlanmışdır. Odur ki, həmin şəxslərin müəyyən edilib tədbir görülməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən Salyan RPŞ-nin CAB-nin rəisi X7, CAB-nin əməliyyat müvəkkili X5, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, hal şahidləri X6, X4 iştirakları ilə tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 04:10-dan saat 04:45-dək Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazadan oğurluq edilməsi yerinə baxış keçirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Cəmil Cəfərov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən OBA marketdən 1420 manat pulun oğurlanmasında Salyan şəhəri 20 Yanvar küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşayan 2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1, Salyan şəhəri 20 Yanvar küçəsi ev 4, mənzil 1-də qeydiyyatda olmaqla yaşayan 2008-ci il təvəllüdlü Şahid2 və onun qardaşı 2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 şübhəli olmaları müəyyən edilmişdir Tərəflərindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1, Şahid2 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə saat 05:10da Salyan şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq saat 05:30-da RPŞ-nə gətirilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “baxış və götürmə haqqında” qərardan görünür ki, Şahid2 təqdim etdiyi 1210 manat pul iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, həmin tarixdə saat 08:25-dən saat 08:50-dək Salyan RPŞ-nin İB-nin rəisi X10, Şahid2, X1 iştirakları ilə Şahid2 təqdim etdiyi pullara baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, baxış keçirilən pullar Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan yetkinlik yaşına çatmayanlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə saat 01:20 radələrində Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən "xxxx" market MMC-nin mağazasının müdir otağından oğurlanması nəticəsində Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan qardaşı Şahid2 tərəfindən təqdim edilən pullardır.Həmin pullara baxış zamanı 100, 50, 20 və 10 manatlıq əskinazların olduğu müəyyən edilmişdir. Baxış zamanı Şahid2 tərəfindən təqdim edilən həmin pulların ümumilikdə 1210 manat məbləğində olması müəyyən olunmuşdur. Şahid2 şifahi sorğu zamanı bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 03:30 radələrində yaşadığı evdə olarkən qardaşı Yusif ona zəng edərək tanışı Vahidlə birlikdə 1-2 saat əvvəl yaşadıqları evin yaxınlığında yerləşən "xxxx" market pul oğurladıqları, hazırda pulu geri qaytarmaq istədiklərini, pulu zibil qutusunun yanında yerə qoyduqlarını və aparıb mağazaya təhvil vermək istədiklərini bildirmiş, həmin yerdən pulu tapıb sayaraq 1210 olduğunu görmüş, mağazaya gəlib həmən məbləğdə pulu mağaza müdiri Nuranəyə vermək istəmiş, lakin Nuranə pulu ondan qəbul etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən oğurlanması nəticəsində Şahid2 tərəfindən təqdim edilmiş pullar iş üçün sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş, həmin protokol iştirakçılara ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalanmış, “Samsung” markalı mobil telefonla fotoşəkillər çəkilmiş, toplanmış materiala əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “diskdə olan videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, HK-1/484 nömrəli material üzrə 14 mart 2025-ci il tarixdə Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketdən pul oğurlanması ilə bağlı hadisə yerinin 01 ədəd CD diskdə olan videogörüntüyə xidməti otağında baxış keçirmişdir. Həmin CD diskə baxış keçirilərkən diskin içərisində olan videogörüntünün 01 (bir) dəqiqə 11 (on bir) saniyə müddətində olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, 14 mart 2025-ci il tarixdə gecə saat 01:00 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketin içərisində olarkən marketin satıcısı Şahid1 girişi kənar şəxslərə qadağan olan, qapısı bağlı müdir otağının giriş hissəsində dayanmış, daha sonra Təqsirləndirilən şəxs1 kassaya yaxınlaşdığı üçün Şahid1 da kassaya qayıtmış, bu zaman Təqsirləndirilən şəxs1 əlində olan əşyanı tanışı Təqsirləndirilən şəxs2 verdikdən sonra özü həmin müdir otağına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs2 kassada marketin satıcısının başını qarışdırarkən Təqsirləndirilən şəxs1 müdir otağının qapısını iki dəfə açıb-bağlayaraq ətrafı gözətləmiş, yenidən qapını açaraq otaqda stolun üzərində yığılmış 100 manatlıq əskinasları götürüb oğurlayaraq qapını örtmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 yenidən kassaya yaxınlaşmış və Təqsirləndirilən şəxs2la birlikdə qaçaraq marketi tərk etmişlər. Diskə baxış saat 09:00-da başlanmış və saat 09:30-da bitmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar, eyni tarixli protokoldan və eyni tarixli tutma haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 10:00-da Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar, eyni tarixli protokoldan və eyni tarixli tutma haqqında məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 11:10-da Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs və onun nümayəndəsi qismində tanınma haqqında” qərardan görünür ki, "xxxx" market MMC zərərçəkmiş şəxs qismində tanınmış və zərərçəkmiş şəxsin nümayəndəsi cəmiyyətin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən marketin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs tanınmaqla hüquq və vəzifələri ona izah edilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs qıznın Salyan RPŞ-yə ünvanlanmış ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" marketdən 1420 manat oğurlanması nəticəsində dəymiş maddi ziyanın 1210 manatını Salyan RPŞ-də təhvil almışdır. Dəymiş maddi ziyanın 210 manat hissəsi isə ödənilməmiş qalmışdır. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 MSY-dən azad olunmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin İB-nin müstəntiqi Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 268 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11 aprel 2025-ci il tarixli, 18-1-68/2-654/2025 nömrəli məktubundan görünür ki, Salyan şəhəri 20 yanvar küçəsi ev 15-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2007-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və Salyan şəhəri 20 yanvar küçəsi ev 1, mənzil 4-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 narkoloji və psixonevroloji qeydiyyatlarda yoxdurlar. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 11:30-dan 12:10dək Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazada aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olaraq həmin mağazadan 1420 manat məbləğində pul oğurladıqlarını etiraf etməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protkola əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti həmin tarixdə saat 15:30-dan 16:15dək Salyan şəhəri 20 yanvar küçəsində yerləşən "xxxx" MMC-yə məxsus mağazada aparılmış, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olaraq həmin mağazadan 1420 manat məbləğində pul oğurladığı yeri göstərməklə bir daha ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı “Samsung” markalı mobil mobil telefonla fotoçəkiliş aparılmış və tərtib olunmuş protokola əlavə olunmuşdur. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 15 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr olunaraq ona həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş; Təqsirləndirilən şəxs2 15 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-nın 177.2.1-ci maddəsi ilə elan edilmiş ittihama əlavələr olunaraq ona həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmiş; Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətmələri barədə özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, baxış keçirilməsi və götürmə protokolu, CD diskdə olan videogörüntüyə baxış keçirilməsi protokolu, ifadənin yerində yoxlanılması protokolları, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş; istintaq zamanı Şahid2 əməlində Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin əlamətləri müəyyən edilmədiyindən barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan müstəntiq Rza Məmmədov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 mart 2025-ci il tarixdə gecə saat 01:20 radələrində "xxxx" market MMC-nin Salyan şəhəri 20 yanvar küçəsində yerləşən mağazasının başqa saxlanc yerinə, yəni kənar şəxslərin girişi üçün qadağan olan müdir otağına qanunsuz olaraq daxil olmaqla orada stolun üzərindən 1420 (min dörd yüz iyirmi) manat məbləğində pulları oğurlamaqla, zərərçəkmiş şəxs "xxxx" market MMC-yə 1420 (min dörd yüz iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmələri bununla da, onun Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.2, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsi; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə, onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Həmin Məcəllənin 85.1 və 85.1.3-1-ci maddələrinə əsasən yetkinlik yaşına çatmayanlara azadlığın məhdudlaşdırılması cəza növü təyin edilir. Həmin Məcəllənin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. Həmin Məcəllənin 88.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 nömrəli qərarının 11-ci bəndinə əsasən, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası CM-nin 88-ci maddəsinin tələblərinə müvafiq olaraq yetkinlik yaşına çatmayan şəxs barəsində eyni zamanda bir neçə tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər (məsələn, xəbərdarlıq edilməsi və valideynlərin nəzarəti altına verilməsi, vurulmuş ziyanın ödətdirilməsi və asudə vaxtının məhdudlaşdırılması). Yetkinlik yaşına çatmayan şəxsləri valideynlərin və ya onları əvəz edən şəxslərin nəzarəti altına verərkən, məhkəmə əmin olmalıdır ki, göstərilən şəxslər yeniyetməyə müsbət təsir göstərə, onun törətdiyi əməli düzgün qiymətləndirə, davranışı üzərində gündəlik nəzarəti təmin edə biləcəklər. Bunun üçün müvafiq materialların tələb edilməsi, valideynlərin və ya onları əvəz edən şəxslərin həyat şəraitinin, yeniyetmənin maddi təminatı imkanlarının və s. yoxlanılması zəruridir. Qanunvericilikdə yetkinlik yaşına çatmayan şəxslərə nəzarət edilməsi üçün nəzarətlərinə verilmiş valideynlərin və ya onları əvəz edən şəxslərin bu haqda razılıqlarının alınması tələb olunmasa da, belə razılıq alınmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan şəhəri 20 Yanvar küçəsi ev 15-də yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi, əməlindən peşman olmasını müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan şəhəri 20 yanvar küçəsi ev 1, mənzil 4-də yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə olunmuşdur, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmamışdır, vurulmuş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin nümayəndəsi ilə barışıq əldə olunmuşdru, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, hal-hazırda əməlindən səmimi peşman olmuş, əvvəllər məhkəmə məsuliyyətinə cəlb edilməmişdir, məktəblidir. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 88-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməsi məqsədə müvafiq deyildir. Belə ki, onların cinayət məsuliyyətindən azad olunması sosial ədalətin bərpası, onların islah edilmələri və həm özlərinin, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması və bununla da cəzanın məqsədlərinin təmin olunması üçün kifayət etməz, cinayətlə cəza arasında balansın pozulmasına səbəb ola bilər. Belə ki, həmin şəxslərə cəza təyin edərkən məhkəmə CM-nin 58-ci maddəsinin tələblərini nəzərə almaqla yanaşı, həmin şəxslərin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onların şəxsiyyətlərinin digər xüsusiyyətlərini və kənar şəxslərin onlara təsirini də nəzərə alır. Baxmayaraq ki, təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmamışlar, lakin onlar qabaqcadan əlbir olan bir qrup halında, düşünülmüş surətdə həmin cinayəti zərərəkmiş şəxsi müxtəlif üsulla açıq-aşkar aldatmaqla törətmişlər. Bu da onların gələcəkdə eyni qəbildən olan cinayətləri yenidən törətmələrinə məhkəmədə əsaslı şübhə yaradır. Məhkəmə ona görə hesab edir ki, təqsirləndirilən şəxslərin məsuliyyətdən azad olunmaları üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 01 ədəd disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşadığı Salyan şəhəri 20 Yanvar küçəsi ev 15-də yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan şəhəri 20 yanvar küçəsi ev 1, mənzil 4-də yerləşən evi axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «yetkinlik yaşına çatmayanı nəzarət altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə olunmuş 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerləri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
SƏDRLİK EDƏN: ADİL VƏLİYEV