Məhkəmə qərarları › İş №1(057)-59/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-59/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-59/2023 04.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X20 Yaqub oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Salyan rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1983-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 2022-ci il aprelin 29-da saat 09 radələrində köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 56-cı kilometrliyində idarə etdiyi “Mercedes Benz 240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olduğu vaxt Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolunun kəsişməsinə çatdıqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli və həmin nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək onun təhlükəsiz keçib getməsini təmin etməli, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra avtomobili sola doğru manevr etdirməli olduğu halda həmin tələblərə riayət etməyib onunla eyni əhəmiyyətli yolda qarşı tərəfdən əks istiqamətdə düzünə hərəkət etməkdə olan Salyan rayonu Aşağı Kürkənd kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən sola dönmə əməliyyatını təhlükəli şəkildə icra etməsi səbəbindən həmin avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ diz qapağının qapalı yerini dəyişən sınığı ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət almasına, həmçinin sonuncunun idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmaqla ona 2220 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, Salyan rayonu Noxudlu kəndi ərazisində Salyan-Şirvan avtomobil yolu üzərində yerləşən atasına məxsus avtomobil təmiri sexində işləyir. O, 2022-ci ilin aprel ayının 29-da Vüsal İsgəndərova məxsus təmirdə olan “Mercedes Benz 240” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sazlığını yoxlamaq məqsədi ilə həmin avtomobilə əyləşib idarə etmişdir. Avtomobillə sexə geri qayıdarkən köhnə Ələt-Astara avtomobil yolu ilə Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolunun kəsişməsində yolayrıcında sola dönərkən əks istiqamətli zolaqda Salyan rayonu Aşağı Kürkənd kəndindən Salyan şəhəri istiqamətində Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə onun təqsiri üzündən olmuşdur. Hadisədən sonra dərhal təcili tibbi yardım xidmətinə zəng vurmuş, təcili yardım maşını gəlmiş, xəsarət alanları xəstəxanaya aparmışdır. Hadisədən sonra onun idarə etdiyi və Rəsulun idarə etdiyi avtomobillər əzilmiş, hadisə zamanı onun özü də xəsarət almışdır. Onun atası Şahid3 Rəsulun atası Şahid1la razılaşmışlar ki, Rəsul hadisənin onun təqsiri üzündən baş verdiyini öz üzərinə götürsün və belə məzmunda ifadələr versin. Bunun əvəzində isə onlar bütün xəstəxana xərclərini və maşının təmir xərclərini öz üzərlərinə götürürlər. Şahid1 da bu təkliflə razılaşmış, buna görə də Salyan RPŞ-nin TB-də razılaşdıqları kimi ifadə vermişlər. Buna görə də ilkin olaraq hadisənin Zərərçəkmiş şəxs təqsiri ucbatından baş verdiyi müəyyən edilmiş və Rəsula cərimə yazılmışdır. Atası ilə birlikdə Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmiş, ümumilikdə 1000 manat pul xərcləmişlər. Eyni zamanda Rəsulun avtomobilini onun və atası Əliqismətin razılığı ilə ustaya apararaq təmir etdirmiş, təmir üçün 2200 manat pul xərcləmişlər. Eyni zamanda 130 manatlıq ərzaq məhsulları alaraq onların evinə aparmışdır. İlk günlərdə Zərərçəkmiş şəxs və atası Şahid1 razılıq etdikləri üçün araşdırma zamanı onun barəsində şikayət etməmişlər. Lakin, sonrakı müddətdə Şahid1 oğlunun müalicəsi üçün əlavə 3000 manat pul istəmiş, atası Rəfail Əliqismətə 1000 manat verə biləcəyini dedikdə isə Əliqismət razılaşmamışdır. Bundan başqa, sonrakı müddətdə Şahid1 yaşadığı evə getdiyi vaxt Əliqismət oğlunun müalicəsi üçün 5000 manat pul verməyini istəmiş, Əliqismətə oğlunu velosiped sürərkən gördüyünü və müalicəyə ehtiyac olmadığını demişdir. Buna baxmayaraq Şahid1 1000 manat pul verə biləcəyini desə də, Şahid1 yenə də həmin pulu götürmək istəməmişdir. Son zamanlarda isə Şahid1 yol-nəqliyyat hadisəsi nəticəsində arvadı Şahid2 da xəsarət aldığını, buna görə də onlardan 10000 manat pul tələb etmişdir. Atası 2000 manat pul verə biləcəyini demiş, lakin Şahid1 razılaşmayaraq ondan şikayət edəcəyini və həmin pulu ondan alacağını demişdir. Əliqismətin arvadı Şahid2 hadisə nəticəsində ümumiyyətlə xəsarət almamışdır. Yol-nəqliyyat hadisəsi məhz onun təqsiri nəticəsində baş vermişdir, buna görə də Zərərçəkmiş şəxs və valideynlərinə dəymiş ziyanı artıq şəkildə ödəmişdir. Törətdiyi əməldən peşmandır, hadisə ehtiyatsızlıqdan törənmişdir. Himayəsində biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan məktəbli uşaqları var, həmçinin qardaşları da onun himayəsindədirlər. Ailədə yeganə qazanc gətirən şəxsdir. İşi ilə əlaqədar tez-tez Bakı, Sumqayıt, Gəncə şəhərlərinə getməli olur. Göstərdiklərinin nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərərçəkmişin və şahidlərin ifadələri ilə məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, özünə məxsus “VAZ 21011” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili var və həmin avtomobili BC kateqoriyalı, AE 510512 seriya və nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 2022-ci il aprelin 29-da saat 09 radələrində anası Şahid2 və atası Şahid1 ilə birlikdə idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları Aşağı Kürkənd kəndindən Salyan şəhərinə yas mərasiminə gəldikləri vaxt atası Əliqismət avtomobilin qabaq sağ oturacağında, anası Gülnaz isə onun arxa hissəsində olan oturacaqda əyləşmişdir. Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində saatda 50-60 km sürətlə hərəkətdə olduğu vaxt Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolunun kəsişməsinə çatdıqda əks istiqamətli yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və sola dönmək üçün onun idarə etdiyi avtomobilin keçməsini gözlədiyini görmüşdür. Yolayrıcına çatdığı vaxt Təqsirləndirilən şəxs sola, yəni Salyan rayonu Noxudlu kəndi istiqamətinə dönərkən avtomobili dayandırıb onun idarə etdiyi avtomobilə yol verməli olduğu halda dayanmadan qəfil şəkildə sola dönməyə başlamış, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi onun idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsinə dəymişdir. Hadisə nəticəsində o, atası Əliqismət və anası Gülnaz xəsarət almışlar. Daha sonra o, təcili tibbi yardım çağırmış və onları Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonrakı müddətdə yol-nəqliyyat hadisəsi ilə bağlı Salyan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmağa başlanmış, araşdırma zamanı atası Əliqismət ilə Təqsirləndirilən şəxs atası Şahid3 arasında olan razılaşmaya əsasən hadisənin baş vermə prosesini dəyişmişlər. Belə ki, Şahid3 oğlu Təqsirləndirilən şəxs barəsində şikayət etməmələrini xahiş etmiş, bundan başqa, Rəfail oğlunun idarə etdiyi avtomobilin sığorta olunmadığını, buna görə sığorta pulu ala bilməyəcəyini demişdir. Rəfail hadisənin sxemini dəyişməyi, nəticədə onun təqsirli olmağını, Aruzun alacağı sığorta pulunu onların götürmələrini, həmçinin Aruzun onların bütün maddi ziyanını ödəyəcəyini bildirmişdir. İlkin tibbi yardım zamanı Şahid3 xəstəxana xərclərini ödəmiş və digər bütün ziyanları da ödəyəcəyini bildirmişdir. Salyan şəhər sakini kimi onlara inandıqları üçün Rəfaillə razılığa gəlmişlər. Etiraz etmədikləri üçün hadisənin sxemi dəyişdirilmiş və araşdırma nəticəsində onun təqsirli olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona məxsus avtomobil keyfiyyətsiz şəkildə təmir olunmuş, təhqiqatçı tərəfindən qərar qəbul edildikdən sonra onun barəsində protokol tərtib edilərək 200 manat cərimə olunmuşdur. Bundan sonra X15 ilə əlaqə saxlayıb onun cərimə olunduğunu demiş, Rəfail isə cəriməni ödəyəcəklərini bildirmişdir. Sonrakı müddətdə atası Əliqismət onun və anasının müalicəsi üçün təxminən 5000 manatadək pul xərcləmişdir. X15 Məcidovla əlaqə saxladığı vaxt isə Rəfail artıq onlarla razılaşdıqları kimi deyil, başqa istiqamətdə danışmağa başlamışdır. Rəfail artıq hadisə ilə bağlı araşdırma aparılıb qərar qəbul edildiyini və hadisədə onun təqsirli olduğunu demişdir. Rəfaildən aralarında olan razılaşma barədə soruşduqda Rəfail ilkin xəstəxana xərclərini ödədiyini, cəriməni ödədiyini və onun avtomobilini təmir etdirdiyini demişdir. Rəfail onlara əlavə pul verməyəcəyini və narazı olduqları halda şikayət edə biləcəklərini demişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs sığorta ödənişini alsa da, onlara pul verməmişdir. Atası ilə birlikdə Təhqiqat bölməsinə gələrək narazılıqlarını bildirdikdən sonra qəbul edilmiş qərar Salyan rayon prokurorluğu tərəfindən ləğv edilmişdir. Təhqiqat bölməsində yenidən aparılan araşdırma zamanı hadisənin sxemi yenə də onların razılaşdıqları formada, yəni həqiqətdə olmadığı kimi qalmış və həmin sxemə uyğun olaraq məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən yenə də hadisədə o, təqsirli bilinmişdir. Buna görə də atası Əliqismət bir neçə dəfə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonrakı müddətdə hadisə olduğu kimi sənədləşdirilmiş və yenidən məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Sonuncu ekspert rəyinə əsasən hadisədə məhz Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmişdir. Anası Şahid2 yol-nəqliyyat hadisəsindən sonrakı müddətdə səhhətində gündən-günə narahatlıqları artmışdır. İlkin məhkəmə-tibbi ekspertizasının rəyində anası Şahid2 ümumiyyətlə xəsarətinin olmadığı qeyd olunsa da, lakin anası Gülnaz hadisə nəticəsində infarkt keçirmişdir. Yol-nəqliyyat hadisəsi məhz Təqsirləndirilən şəxs təqsiri nəticəsində baş vermiş, hadisənin baş verməsində onun heç bir təqsiri olmamışdır. Zərərçəkmiş şəxs məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsindən və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. Salyan Rayon Polis X19 Polisi bölməsinin yol-patrul xidməti inspektoru vəzifəsində xidmət edir. 2022-ci il aprelin 29-da saat 09 radələrində xidmətdə olduğu vaxt köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 56-cı kilometrliyində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal həmin əraziyə getmiş, orada ona aydın olmuşdur ki, köhnə Ələt-Astara avtomobil yolunun Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolu ilə kəsişməsində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və xəsarətlə nəticələnən yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə yerində hər iki avtomobil Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolu istiqamətində dayanmış vəziyyətdə olmuşdur. O, hadisə yerində Arzu Məcidovun olduğunu görmüş, lakin orada təcili yardım maşını görməmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı təhqiqatçı tərəfindən sənədləşmə işləri aparıldıqdan sonra hər iki nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən götürülmüş və polis şöbəsinin duracağına yerləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Salyan rayonu Noxudlu kəndi ərazisində Salyan-Şirvan avtomobil yolu üzərində yerləşən avtoservisdə usta işləyir. 2022-ci il mayın 12-də servisdə işdə olduğu vaxt Şahid3 oğlu Təqsirləndirilən şəxsla birlikdə “Vaz 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili sexə gətirmişlər. Avtomobilin qabaq hissəsi və digər detalları yol-nəqliyyat hadisəsi nəticəsində əzilmişdir. Təxminən 1 ay ərzində avtomobil sexdə qalmış və həmin müddətdə avtomobil tam şəkildə təmir edilmişdir. Hətta avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki müddətdə olan nasazlıqlarını da təmir etmişlər. Bundan başqa, avtomobilin təkcə zərər görmüş qabaq hissəsini deyil, bütünlüklə rəngləyərək təmiri yekunlaşdırmışlar. Avtomobili təmir etdikləri müddətdə avtomobilin sahibi Zərərçəkmiş şəxs və atası Şahid1 mütəmadi olaraq sexə gəlib təmirə nəzarət etmiş və təmir yekunlaşdıqdan sonra da onlar tam razı şəkildə ayrılmışlar. Avtomobilin ümumi təmir xərci 2000 manatdan artıq olmuş və təmirin bütün xərcləri Təqsirləndirilən şəxs və atası Şahid3 tərəfindən ödənilmişdir. Avtomobilin keyfiyyətsiz təmir edilməsi ilə bağlı Zərərçəkmiş şəxs və Şahid1 ifadələrində göstərdikləri tamamilə yalandır. Belə ki, avtomobili tam şəkildə təmir edərək əvvəlki vəziyyətindən də yaxşı vəziyyətə gətirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsi düzdür, həmin ifadəni təsdiq edir. Aruz onun oğludur. 2022-ci il aprelin 29-da saat 09 radələrində Aruz ona zəng edərək sexdə saxlanılan tanışına məxsus “Mercedes Benz 240” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi vaxt “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşduğunu və yol-nəqliyyat hadisəsi törətdiyini demiş, o da dərhal Salyan rayon mərkəzi xəstəxanasına getmişdir. Orada Aruzla söhbət etdiyi vaxt hadisənin Aruzun təqsiri nəticəsində baş verdiyi məlum olmuşdur. Aruzun məsuliyyətinin ağır olacağını düşünmüş, buna görə də xəstəxanada zərərçəkmişin atası Şahid1la söhbət edərək hadisə nəticəsində Zərərçəkmiş şəxs təqsirli olmasını təklif etmiş, bunun müqabilində bütün xəstəxana və avtomobilin təmir xərclərini ödəyəcəklərini demişdir. Şahid1 da həmin təkliflə razılaşdığı üçün Təhqiqat bölməsində araşdırma aparıldığı müddətdə hadisə barədə olduğu kimi deyil, məhz aralarındakı razılığa uyğun olaraq izahatlar vermişlər. Aruzla birlikdə Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmiş, eyni zamanda Rəsulun avtomobilini onun və atası Əliqismətin razılığı ilə tam şəkildə təmir etdirərək 2220 manat pul xərcləmişlər. Bundan başqa, o, Şahid1 ümumilikdə 1000 manat pul vermiş, eyni zamanda, ərzaq məhsulları alaraq onların evinə aparmışdır. İlk günlərdə Zərərçəkmiş şəxs və atası Şahid1 razılıq etdikləri üçün araşdırma zamanı oğlu Aruz barəsində şikayət etməmişlər. Lakin sonrakı müddətdə Şahid1 oğlunun müalicəsi üçün əlavə 3000 manat pul lazım olduğunu dedikdə həmin məbləğin çox olduğunu demiş və Zərərçəkmiş şəxs özünün xəstəxanaya aparmasını təklif etmişdir. Şahid1 isə narazılıq edərək 3000 manat nağd pul istədiyini dedikdə Əliqismətə 1000 manat verə biləcəyini desə də, Əliqismət yenə də onunla razılaşmamışdır. Bundan başqa, sonrakı müddətdə Şahid1 yaşadığı evə getdiyi vaxt Əliqismət oğlunun müalicəsi üçün 5000 manat pul verməsini istəmiş, Əliqismətə oğlunu velosiped sürərkən gördüklərini və müalicəyə ehtiyac olmadığını demişlər. Buna baxmayaraq Əliqismətə 1000 manat pul verə biləcəklərini desələr də, Əliqismət yenə də həmin pulu götürmək istəməmişdir. Son zamanlarda isə Əliqismət yol-nəqliyyat hadisəsi nəticəsində arvadı Şahid2 da xəsarət aldığını, buna görə də onların 10000 manat pul verməli olduqlarını demişdir. Artıq Əliqismətin istəklərinə narazılıq edərək 2000 manat pul verə biləcəklərini dedikdə Əliqismət onlardan şikayət edəcəyini və həmin pulu onlardan alacağını demişdir. Hadisədən sonrakı müddətdə Zərərçəkmiş şəxs müalicəsi üçün ümumilikdə təxminən 1000 manat, Rəsula məxsus avtomobilin təmiri üçün isə 2220 manat pul xərcləmişlər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, oğlu Zərərçəkmiş şəxs özünə məxsus “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili var. Rəsul həmin avtomobili qüvvədə olan sürücülük vəsiqəsi əsasında idarə edir. 2022-ci il aprelin 29-da saat 09 radələrində arvadı Şahid2 ilə birlikdə oğlu Rəsulun idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadıqları Aşağı Kürkənd kəndindən Salyan şəhərinə yas mərasiminə gəldikləri vaxt o, avtomobilin qabaq sağ oturacağında, arvadı Gülnaz isə sürücünün arxa hissəsində olan oturacaqda əyləşmişdir. Oğlu Rəsul köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən hissəsində saatda 50-60 km sürətlə hərəkətdə olarkən köhnə Ələt-Astara avtomobil yolu ilə Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolunun kəsişməsinə çatdıqları vaxt əks istiqamətli yolda Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını və sola dönmək üçün oğlu Rəsulun idarə etdiyi avtomobilin keçməsini gözlədiyini görmüşlər. Yolayrıcına çatdıqları vaxt Təqsirləndirilən şəxs sola, yəni Salyan rayonu Noxudlu kəndi istiqamətinə dönərkən avtomobili dayandırıb Rəsulun idarə etdiyi avtomobilə yol verməli olduğu halda dayanmadan qəfil şəkildə sola dönməyə başlamış, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ tərəfi onların içində əyləşdikləri “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşı hissəsinə dəymişdir. Hadisə nəticəsində oğlu Zərərçəkmiş şəxs, arvadı Şahid2 və o, özü xəsarət almışlar. Daha sonra oğlu Zərərçəkmiş şəxs təcili tibbi yardım çağırmış və onları Salyan Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Sonrakı müddətdə yol-nəqliyyat hadisəsi ilə bağlı Salyan Rayon Polis Şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmağa başlanmışdır. Araşdırma zaman Təqsirləndirilən şəxs atası Şahid3 dəfələrlə ona hadisədə oğlunun təqsirli olduğunu, oğlunun avtomobili etibarnamə olmadan idarə etdiyini, buna görə də məsuliyyətinin ağır olduğunu demiş, Rəfail ondan hadisənin baş vermə prosesini dəyişmələrini və oğlu Təqsirləndirilən şəxs barəsində şikayət etməmələrini xahiş etmişdir. Bundan başqa, Rəfail oğlunun idarə etdiyi avtomobilin sığorta olunmadığını, buna görə sığorta pulu ala bilməyəcəyini demişdir. Rəfail hadisənin sxemini dəyişməyi, nəticədə onun oğlu Zərərçəkmiş şəxs təqsirli olmasını, oğlunun alacağı sığorta pulunu götürmələrini, həmçinin onların bütün maddi ziyanını ödəyəcəyini bildirmişdir. İlkin tibbi yardım zamanı Şahid3 xəstəxana xərclərini ödəmiş və digər bütün ziyanları da ödəyəcəyini bildirmişdir. Salyan şəhər sakini kimi onlara inandığı üçün Rəfaillə razılığa gəlmiş, oğlu Rəsul da etiraz etmədiyi üçün hadisənin sxemini dəyişdirmişlər. Araşdırma nəticəsində oğlu Zərərçəkmiş şəxs təqsirli olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs tərəfindən oğlu Zərərçəkmiş şəxs məxsus avtomobil keyfiyyətsiz şəkildə təmir olunmuşdur. Təhqiqatçı tərəfindən qərar qəbul edildikdən sonra oğlu Zərərçəkmiş şəxs barəsində protokol tərtib edilərək 200 manat cərimə olunmuşdur. Bundan sonra Rəfail ilə əlaqə saxlayıb oğlunun cərimə olunduğunu dedikdə Rəfail cəriməni ödəyəcəklərini bildirmişdir. Sonrakı müddətdə özünün, arvadının və oğlunun müalicəsi üçün təxminən 5000 manatadək pul xərcləmişdir. Şahid3la əlaqə saxladığı vaxt isə Rəfail artıq onunla razılaşdıqları kimi deyil, başqa istiqamətdə danışmağa başlamışdır. Rəfail artıq hadisə ilə bağlı araşdırma aparılıb qərar qəbul edildiyini və hadisədə onun oğlu Rəsulun təqsirli olduğunu demişdir. Rəfaildən aralarında olan razılaşma barədə soruşduqda Rəfail ilkin xəstəxana xərclərini ödədiyini, cəriməni ödədiyini və avtomobili təmir etdirdiyini, ona əlavə pul verməyəcəyini və narazı olduğu halda şikayət edə biləcəyini demişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs sığorta ödənişini alsa da, onlara pul verməmişdir. Təhqiqat bölməsinə gələrək narazılıqlarını bildirdikdən sonra qəbul edilmiş qərar Salyan rayon prokurorluğu tərəfindən ləğv edilmişdir. Təhqiqat bölməsində yenidən aparılan araşdırma zamanı hadisənin sxemi yenə də onların razılaşdıqları formada, yəni həqiqətdə olmadığı kimi qalmış və həmin sxemə uyğun olaraq məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Ekspert rəyinə əsasən yenə də hadisədə oğlu Rəsul təqsirli bilindiyindən bir neçə dəfə DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Sonrakı müddətdə hadisə olduğu kimi sənədləşdirilmiş və yenidən məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmişdir. Sonuncu ekspert rəyinə əsasən hadisədə məhz Təqsirləndirilən şəxs təqsirli olduğu müəyyən edilmişdir. Arvadı Şahid2 məhkəmə-tibbi ekspertizasından keçdikdən sonrakı müddətdə səhhətində gündən-günə narahatlıqları artmışdır. Məhkəmə-tibbi ekspertizasının rəyində arvadı Şahid2 ümumiyyətlə xəsarətinin olmadığı qeyd olunsa da, lakin arvadı Gülnaz hadisə nəticəsində infarkt keçirmişdir. İş üzrə Şahid1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 Salyan RPŞ-yə verdiyi xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli izahatlarından görünür ki, Zərərçəkmiş şəxs onun oğlu, Şahid1 isə həyat yoldaşıdır. Oğlu Rəsulun VAZ-21011 minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Zərərçəkmiş şəxs avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmaqla bütün sənədləri tam qaydasındadır. 29 aprel 2022-ci il tarixdə saat 09 radələrində ailəvi olaraq hazırlaşıb Salyan şəhərinə qardaşının qırx mərasiminə getmək üçün bacısı Esmira, həyat yoldaşı Əliqismət və oğlu Rəsul ilə birlikdə oğlu Rəsulun idarə etdiyi VAZ-21011 minik **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə evdən çıxaraq Salyan şəhərinə yas mərasiminə getmişlər. Salyan rayonun Aşağ Kürkənd kəndindən çıxmaqla Bakı-Ələt-Astara avtomobil yolunda Salyan şəhər istiqamətində hərəkət etmişlər. Həmin vaxt maşını Rəsul idarə etmiş, həyat yoldaşı Əliqismət maşının qabaq oturacağında, oğlunun sağ tərəfində oturacaqda oturmuş, o isə bacısı ilə birlikdə maşında arxa oturacaqda oturmuşdur. Rəsul idarə etdiyi avtomobil ilə Salyan şəhər ərazisindən keçən keçmiş Ələt-Astara magistral avtomobil yolu ilə Sabirabad-Noxudlu yolunun kəsişməsində qarşı tərəfdən hərəkətdə olan Aruz adlı şəxsin idarə etdiyi “Mersedes-Benz” markalı dəqiq nömrə nişanını bilmədiyi avtomobil onlara yol verməli olduğu halda həmin yolda anidən Salyan-Sabirabad yoluna döndüyü üçün onun olduğu avtomobil ilə qarşı-qarşıya toqquşaraq dayanmışlar. Həyat yoldaşı Əlqismət və oğlu hər ikisi ciddi bədən xəsarətlər aldıqları üçün oraya təcili tibbi yardım maşını çağırıldığından təcili yardım maşınında rayon mərkəzi xəstəxanasına aparılmışlar. Onların cidd əzilmələrini isə yerində biləndə onun da yüksək şəkər xəstəsi olması ilə əlaqədar pis həyəcan keçirdiyi üçün halı birdən- birə pisləşmişdir. Ona görə onlar xəstəxanaya gedəndən bir neçə dəqiqə sonra onu da Salyan rayon mərkəzi xəstəxanasına apararaq orada həkimlər lazımi tibbi yardım göstərmişlər. Səhhəti yaxşı olmadığı üçün xəstəxananın reanimasiya şöbəsində bir həftə süni tənəfüs verilməklə müalicədə olmuş, lakin həyat yoldaşı Əliqismət və qarşı tərəfin xahişi ilə xəstəxanada reanimasiya şöbəsindən palataya köçürülmüş, bir həftə qalandan sonra qarşı tərəfin xahişi ilə evdə müalicə olunmasına razılıq verərək xəstəxanadan evə gətirilmişdir. Hal-hazırda evdə mülaicə olunur. Həyat yoldaşı Əliqismət ilə qarşı tərəf öz aralarında razılaşaraq bütün xərcləri qarşı tərəf ödəyəcəklərinə söz verdiyindən ailəvi olaraq təqsirin onlarda olması barədə yalnış izahat verməli olmuşlar. İş üzrə Şahid2 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 30 aprel 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə olunmuş sxem və fotocədvəldən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayev həmin tarixdə saat 09:10-da Salyan RPŞ-nin DYBB-nin YPX inspektoru Şahid5 məlumat alıb Ələt-Astara magistral avtomobil yolu ilə Salyan-Sabirabad yolunun kəsişməsində yerləşən hadisə yerinə getmiş və Arzu Məcidov, hal şahidləri X2 və X3 iştirakları ilə yolnəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Baxış həmin tarixdə saat 09:20-də başlamış, saat 10:00-da bitmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Salyan şəhəri ərazisindən keçən Ələt-Astara magistral avtomobil yolu ilə Salyan-Sabirabad magistral avtomobil yolunun kəsişdiyi yerdir. Yolun hərəkət hissəsi döngəli, düzdür. Örtüyün növü asfalt-beton, vəziyyəti quru, eni 8 metrdir. Toqquşan nəqliyyat vasitələri “Vaz-21011-minik” markalı, **-BL-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 240” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillərdir. Müəyyən olunmuşdur ki, hər iki avtomobil əzilmələrə məruz qalmışdır. “Mercedes” markalı avtomobilə dair asfaltın üzərində 3 metr uzunluğunda tormoz izi vardır. Nəqliyyat vasitələrinin sürücülərinin bildirməsinə əsasən, hadiəsədn əvvəl idarə etdikləri nəqliyyat vasitələri saz vəziyyətdə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi yerinin fotoşəkili “Sony” markalı fotoaparatla çəkilərək iş materiallarına əlavə olunmuşdur. Baxış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli 71 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 10:10-da keçirilmiş müayinə zamanı Təqsirləndirilən şəxs ayıq olması və onda alkoqol əlamətlərinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan 29 aprel 2022-ci il tarixli 73 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 13:25-də keçirilmiş müayinə zamanı Zərərçəkmiş şəxs ayıq olması və onda alkoqol əlamətlərinin olmaması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 232 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1963-cü il təvəllüdlü Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 13 may 2022-ci il tarixli, 233 saylı rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ diz qapağının qapalı yerini dəyişən sınığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 234 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1961-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alın, burun nahiyələrinin əzilmiş-cırılmış yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının 236 nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, 1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət alın nahiyəsinin yarası küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığa qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və X6 xx.xx.2023-cü il tarixli, T22/2023 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən (iş materialları üzrə ekspertiza) görünür ki, 1963-cü il təvəllüdlü Şahid2 adına tərtib edilmiş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: Vətəndaş Şahid2 ilkin məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya onun izi aşkar edilməmişdir. Vətəndaş Şahid2 xx.xx.2022-ci ildə keçirdiyi ÜİX-ön arakəsmə, Zirvə, yan divara keçməklə transmural infarktı “X1 Təsnifatı”nda ayrıca nazoloji vahid kimi göstərildiyindən onun sağlamlığa zərərvurma dərəcəsinin təyini nəzərdə tutulmamışdır. Ürəyin işemik xəstəliklərinin əmələ gəlməsində əsas risk faktorlarına psixi-emosional gərginlik, mənfi stress reaksiyalar və s. aiddir. xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı Şahid2 hər hansı xəsarət aşkar edilmədiyindən onda yaranmış miokard infarktını avtoqəza ilə bir başa əlaqələndirmək mümkün deyil. xx.xx.2022-ci il tarixli, 232 nömrəli rəyin nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. İş materiallarından görünür ki, Şahid2 təkrar təyin olunmuş məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün ekspert idarəsinə getməmiş, buna görə də iş materialları üzrə espertiza rəyi verilmişdir. İş materiallarında olan AS/SHTD-009515 saylı "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, onlar tərəfindən sığortalanmış Zərərçəkmiş şəxs məxsus “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Salyan rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində maddi zərərə məruz qalmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2022-ci il tarixli, 8/1466 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 “Dayanmadan keçmək qadağandır” üstünlük yol nişanının tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/1466 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş təkrar məhkəmə-yolnəqliyyat hadisələri ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 8/2462 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz E240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məcidov “Mercedes Benz E240” markalı avtomobili etibarnaməsi olmadan idarə etdiyindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2462 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi ekspertizasının rəyləri və təkrar məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 8/2462 saylı rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 327.2-ci və 327.8-ci maddələrinin, Təqsirləndirilən şəxs əməlində isə Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsinin tərkibləri olduğundan onlar barəsində inzibati tənbeh tədbirləri görülməsi üçün qərarın surətinin Salyan RPŞ-nin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan Salyan rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Akif Abdullayevin cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Salyan RPŞ-nin TB-nə göndərilmişdir. İş materiallarında olan Salyan RPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, İXP ******* saylı protokolunun və TP ******* saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-in 332.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə oğlu – Zərərçəkmiş şəxs idarə etdiyi Vaz 21011 markalı ** BL *** dövət qeydiyyat nişanlı avtomobili Salyan RPŞ-nin həyətində yerləşən duracaqda tapdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona məxsus Vaz 21011 markalı ** BL *** dövət qeydiyyat nişanlı avtomobili təmirli şəkildə Salyan RPŞ-nin həyətində yerləşən dayancaqdan təhqiqatçı Akif Abdullayevdən təhvil almış, bununla bağlı heç bir narazılığı yoxdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli AD N 055627 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Mercedes Benz 240 minik” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli AD N 552542 saylı “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Vaz 21011 minik” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs adına qeydiyyata alınmışdır. İş materiallarında olan “BC” kateqoriyalı AC 814978 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2030-cu il yanvarın 11-dək nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materiallarında olan “BC” kateqoriyalı AE 510512 seriya və nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs 2024-cü il iyun ayının 6-dək nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. İş materiallarında olan 11 may 2022-ci il tarixli ziyan aktlarından görünür ki, “Mercedes minik” markalı **-TG-*** dövlət nömrə nişanlı avtoqəza nəticəsində avtomobilə ümumilikdə 5140 manat, “Vaz 2101 minik” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilə isə avtoqəza nəticəsində ümumilikdə 2220 manat ziyan dəymişdir. İş materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 07 noyabr 2022-ci il tarixli, 2698 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkoloji, ruhi-əsəb və ya hər hansı digər xəstəliklər üzrə qeydiyyatda yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 322.2-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 700 manat cərimə cəzasına məhkum olunmuşdur. Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarının 1.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan Salyan "xxxx" MMC-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Salyan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Az-İ 407379 saylı nikah haqqında şəhadətnaməin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasındakı nikah Salyan rayon Qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə 216 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, Sevinc Balakşiyeva “Məcidova” soyadını qəbul etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə, X9 xx.xx.2012-ci il tarixdə anadan olmuşlar. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə istintaqı aparılan 20726009 nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikasi CPM-in 39.1 1 və 39.1.2-ci maddələrinə əsasən xitam verilmiş, cinayət işi üzrə icraata xitam verilməsinə dair qərarın surətləri maraqlı şəxslərə göndərilmiş və tərəflərə dəymiş ziyanla bağlı mülki iddia qaydasında aldiyyəti üzrə məhkəməyə şikayət etmək hüquqlarının olması barədə məlumat verilmiş, qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Salyan rayon prokuroruna göndərilmişdir. İş materiallarında olan Salyan rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə ibtidai araşdırması aparılmış ********* nömrəli cinayət işi üzrə icraatın xitam edilməsi haqqında Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Nahid Abbaslının qəbul etdiyi 01 dekabr 2022-ci il tarixli qərarı qanunsuz və əsassız olduğu üçün ləğv edilmiş və iş üzrə icraat təzələnmiş, cinayət işi icraata qəbul edilib ibtidai araşdırma aparılması üçün aidiyyəti üzrə Salyan RPŞ-nin İstintaq Bölməsinə göndərilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 2023-cü il fevralın 13-də Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 185.1 və 264-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi üçün qəbul edilmiş qərarın surəti Salyan Rayon Polis X19 Polisi bölməsinə göndərilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Şahid1 almış olduğu alın, burun nahiyyələrinin əzilmiş-cırılmış yaraları ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlər Azərbaycan Respublikasının CM-in 263.1-ci maddəsində cinayət tərkibinin yaranması üçün nəzərdə tutulmuş sağlamlığa zərərvurma dərəcəsindən aşağı olduğundan həmin xüsusatın Təqsirləndirilən şəxs elan edilmiş ittihama daxil edilmədiyi nəzərə alınmış, cinayət işi üzrə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi ekspertizasının 13 may 2022-ci il tarixli, 233 nömrəli və təkrar məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 05 oktyabr 2022-ci il tarixli, 8/2462 nömrəli rəyləri və digər istintaq materialları iş üzrə sübut növü kimi qiymətləndirilmiş və cinayət işinə əlavə olunmuş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 20 iyun 2022-ci il tarixli, 8/1466 nömrəli rəyi iş üzrə sübut növü kimi qəbul edilməmiş, cinayət işinin istintaq materiallarında olan müəyyən sənədlərdə Təqsirləndirilən şəxs səhvən “Arzu” kimi qeyd olunmuş adı “Aruz” kimi tanınmışdır. İş materiallarında olan Salyan RPŞ-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat məbləğində cərimə olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 2022-ci il aprelin 29-da saat 09 radələrində köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 56-cı kilometrliyində idarə etdiyi “Mercedes Benz 240” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt qəsəbəsi istiqamətində hərəkətdə olduğu vaxt Salyan rayonu Noxudlu kəndinə gedən avtomobil yolunun kəsişməsinə çatdıqdan sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yəni sola dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən nəqliyyat vasitəsinə yol verməli və həmin nəqliyyat vasitəsinin hərəkətinə üstünlük verərək onun təhlükəsiz keçib getməsini təmin etməli, hərəkətin təhlükəsizliyinin təmin olunmasına əmin olduqdan sonra avtomobili sola doğru manevr etdirməli olduğu halda həmin tələblərə riayət etməyib onunla eyni əhəmiyyətli yolda qarşı tərəfdən əks istiqamətdə düzünə hərəkət etməkdə olan Salyan rayonu Aşağı Kürkənd kənd sakini Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən sola dönmə əməliyyatını təhlükəli şəkildə icra etməsi səbəbindən həmin avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ diz qapağının qapalı yerini dəyişən sınığı ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarət almasına, həmçinin sonuncunun idarə etdiyi “VAZ 21011” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmaqla ona 2220 manat məbləğində maddi ziyan dəyməsinə səbəb olması, bununla da, onun həmin hərəkətləri ilə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.14-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.1, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, himayəsində bir azyaşlı uşağının olmasını, dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi qəbul edir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun zərər çəkmiş şəxslə barışmağa cəhd etməsini, həmin şəxsə maddi yardım göstərməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, hadisə nəticəsində Təqsirləndirilən şəxs özünün də xəsarət almasını nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasının, əlavə cəza növü olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzaların hər hansı birinin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Onun himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşaqları var, halhazırda əməlindən səmimi peşman olmuş, ailədə yeganə qazanc gətirən şəxsdir. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. «VAZ-21011» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 256 (iki yüz əlli altı) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə aylıq qazancının 10 (on) faizi məbləğində dövlət nəfinə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli aylıq qazancından dövlət nəfinə ilk məbləğ tutulan vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. «VAZ-21011» markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 256 (iki yüz əlli altı) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE**********0002088501 (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar