Məhkəmə qərarları › İş №1(057)-59/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-59/2025

05.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-59/2025 05.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun X4 İdarəsinin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs –Təqsirləndirilən şəxs, Müdafiəçi – Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu Quyçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə, daşıma, saxlama və qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda bitkiləri kultivasiya etmə cinayət əməllərini törətmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib yerini dəyişməklə daşıyaraq yaşadığı Salyan rayonu Quyçu kəndində yerləşən evinə gətirib orada saxlamış, 2025-ci il aprelin 26-da saat 11:41 dəqiqədə Salyan rayonu Quyçu kəndi ərazisində Salyan RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb yaşadığı evinə keçirilmiş baxış zamanı evin qonaq otağındakı divanın altında saxladığı qara rəngli bel çantasının içərisindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3,76 qram, 3,40 qram, 11 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 80 qram, 17 qram, 28 qram, 42 qram, 60 qram, 17 qram, 22 qram, 12 qram, 12 qram, 62 qram, 20 qram, ümumi təmiz çəkisi 379,16 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2025-ci ilin mart ayında Salyan rayonu Quyçu kəndində yerləşən yaşadığı evin həyətində açıq havada qanunsuz olaraq əkməklə xeyli miqdarda çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib yetişdirərək kultivasiya etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Salyan rayon polis şöbəsinin əməkdaşları tərəfindən 2025-ci il aprelin 26-da saat 12 radələrində həmin ünvanda keçirilmiş baxış zamanı cəmi 11 ədəd yaş vəziyyətdə kök üstə olmaqla ümumi təmiz çəkisi 11,94 qram olan və həmin tarixdə yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana ilə eyni tərkibli olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оnа elаn edilmiş ittihаmlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Salyan rayonu Quyçu kəndində anası və xəstə qardaşı ilə birlikdə öz evində yaşayır, bərbər kimi yaşadığı kənddə fərdi əməklə məşğuldur. Təxminən 5-6 ildir müəyyən fasilələrlə narkotik vasitə qurudulmuş marixuana qəbul edir. Təxminən 4 ay əvvəl, yanvar ayının ortalarında günorta saatlarında yaşadığı Quyçu kəndi ərazisindən keçən köhnə Ələt-Astara avtomobil yolunun kənarındakı avtobus dayancağında avtobus gözləyən zaman yolun kənarındakı çalada qara rəngli bel çantası diqqətini cəlb edib, həmin çantanı qaldırıb açıb içərisinə baxdıqda orada ayrı-ayrı selofan paketlərdə quru halda ot kütləsinin olduğunu görmüşdür. Özü qurudulmuş marixuana qəbul edən olduğundan tapdığı bel çantasının içərisindəki kütlənin qoxusundan və görünüşündən narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmiş və həmin narkotiki özü qəbul etmək məqsədilə həmin bel çantasını yaşadığı evə gətirib yatdığı otaqdakı divanın altında gizlətmiş və sonrakı müddətdə həmin narkotik vasitədən özü qəbul etmişdir. Bel çantasında olan narkotik vasitəni ayrı-ayrı polietilen torbalara və kibrit qutularına özü qablaşdırmamışdır, həmin narkotiki taparkən artıq bu cür ayrı-ayrı polietilen torbada və kibrit qutusunda olmuşdur. Mart ayının ortalarında istifadə etdiyi narkotik vasitənin azaldığını görüb həmin narkotik vasitə qurudulmuş marixuananın toxumlarından bir qədər toplayıb yaşadığı evin həyətində əkmişdir. Sonrakı müddətdə cücərmiş həmin çətənə bitkilərinə qulluq etməyə, vaxtıvaxtında suvarmağa başlamışdır. 26 aprel 2025-ci il tarixdə günorta saatlarında yaşadığı evin yaxınlığında mülki geyimdə olmuş şəxslər özlərini polis əməkdaşları kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Onun üzərinə baxış keçirilmiş, lakin əlavə heç bir əşya və pul aşkar edilməmişdir. Polis əməkdaşları ondan soruşduqda o, bildirmişdir ki, evində narkotik vasitə qurudulmuş marixuana vardır və həmin narkotiki təqdim edə bilər. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin ikinci mərtəbəsinə qalxıb özünə aid otağa keçmişlər və burada o, divanın altından bel çantasını çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları onun təqdim etdiyi bel çantasının içərisinə baxdıqda orada 11 ədəd selofan paketdə və 02 ədəd kibrit qutusunda olmuş narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər, daha sonra həmin narkotikin hamısını birlikdə elektron tərəzidə çəkdikdə çəkisi 0,510 qram təşkil etmişdir. Bundan sonra o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evin həyətində sayını bilmədiyi qədər narkotik tərkibli çətənə bitkiləri əkmişdir və həmin bitkiləri də göstərə bilər. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə düşüb təxminən bir ay əvvəl həyətdə əkdiyi çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. 11 ədəd çətənə bitkiləri müəyyən edilmişdir. Sonra həmin çətənə bitkiləri polis əməkdaşları tərəfindən torpaqdan çıxarılaraq iki ədəd polietilen torbaya qablaşdırılmışdır. Yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini tapdığı həmin qurudulmuş marixuananın toxumlarından sonradan özü istifadə etmək məqsədilə əkmişdir, həmin çətənə bitkilərini satış məqsədilə əkməmişdir. Ondan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı yalnız özünün şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır, həyətində əkib-becərdiyi çətənə bitkilərini də yalnız öz istifadəsi üçün əkmişdir, özü narkotiklərin satışı ilə məşğul olmurmuş, heç kimə narkotik satmamışdır, pay və bəxşiş verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il aprelin 26-da Salyan rayonu Quyçu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu, yaşadığı evdə və üzərində narkotik vasitə saxlayıb gəzdirdiyi barədə alınmış əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və yaradılmış əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 11:41 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu Quyçu kəndində yaşadığı evin yanında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrinə dair məlumat vermişlər. Daha sonra videoçəkiliş aparmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşya və narkotik olmadığını bildirmiş, üzərinə baxış keçirildikdə özünə məxsus şəxsiyyət vəsiqəsi və ***-***- **-** nömrəli “İnfinix Smart7” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana vardır və həmin narkotiki təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evin ikinci mərtəbəsinə qalxıb özünə aid otaqda Təqsirləndirilən şəxs divanın altından bel çantasını çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bel çantasının içərisinə baxıldıqda orada 11 ədəd selofan paketdə və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, narkotik vasitəyə oxşar həmin kütlə elektron tərəzidə çəkdikdə ümumi çəkisi 0,510 qram təşkil etmiş, selofan torbaya qablaşdırıb ağzı möhürlü kağızla möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətində sayını bilmədiyi qədər narkotik tərkibli çətənə bitkiləri əkmişdir və həmin bitkiləri də göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evin həyətinə düşüb özünün göstərdiyi ərazidə əkilmiş kök üstə yaş vəziyyətdə çətənə bitkilərinə oxşar bitkilərin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bitkilər sayıldıqda cəmi 11 ədəd olduğu müəyyən edilmiş, həmin bitkilər torpaqdan çıxarılaraq iki ədəd polietilen torbaya qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş və bağlamaların üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra birlikdə Salyan RPŞ-nə gəlib Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuana və həyətindən 11 ədəd çətənə bitkisinin aşkar edilməsi barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs protokolu imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar edilmiş içərisində 11 ədəd polietilen torbada və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olan bel çantasını bu ilin yanvar ayında yaşadığı kənddə avtobus dayanacağının yaxınlığından tapmışdır, yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini tapdığı həmin qurudulmuş marixuananın toxumlarından özünün istifadəsi məqsədilə əkmişdir, qurudulmuş marixuananı yalnız öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır, narkotiklərin satışı ilə məşğul deyilmiş, heç kimə narkotik satmamışdır, pay və bəxşiş verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərində və yaşadığı ünvanda baxış keçirilərək maddi sübutların götürülməsini əks etdirən videogörüntü, bu barədə tərtib edilmiş protokol və maddi sübutlar videoçəkiliş aparılmaqla istintaqa təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid4 ifadəsində bildirdi ki, Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 2025-ci il aprelin 26-da Salyan rayonu Quyçu kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu, yaşadığı evdə və üzərində narkotik vasitə saxlayıb gəzdirdiyi barədə alınmış əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və yaradılmış əməliyyat qrupunun tərkibində Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 11:41 dəqiqədə Təqsirləndirilən şəxs Salyan rayonu Quyçu kəndində yaşadığı evin yanında müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrinə dair məlumat vermişlər. Daha sonra videoçəkiliş aparmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs üzərində heç bir qadağan olunmuş əşya və narkotik olmadığını bildirmiş, üzərinə baxış keçirildikdə özünə məxsus şəxsiyyət vəsiqəsi və ***-***- **-** nömrəli “İnfinix Smart7” markalı mobil telefon aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana vardır və həmin narkotiki təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evin ikinci mərtəbəsinə qalxıb özünə aid otaqda Təqsirləndirilən şəxs divanın altından bel çantasını çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bel çantasının içərisinə baxıldıqda orada 11 ədəd sellofan paketdə və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, narkotik vasitəyə oxşar həmin kütləni elektron tərəzidə çəkdikdə ümumi çəkisi 0,510 qram təşkil etmiş, sellofan torbaya qablaşdırıb ağzı möhürlü kağızla möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evin həyətində sayını bilmədiyi qədər narkotik tərkibli çətənə bitkiləri əkmişdir və həmin bitkiləri də göstərə bilər. Bundan sonra Təqsirləndirilən şəxs ilə birlikdə onun yaşadığı evin həyətinə düşüb özünün göstərdiyi ərazidə əkilmiş kök üstə yaş vəziyyətdə çətənə bitkilərinə oxşar bitkilərin olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bitkilər sayıldıqda cəmi 11 ədəd olduğu müəyyən edilmiş, həmin bitkilər torpaqdan çıxarılaraq iki ədəd polietilen torbaya qablaşdırılmış, möhürlü kağızla ağzı möhürlənmiş və bağlamaların üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra birlikdə Salyan RPŞ-nə gəlib Təqsirləndirilən şəxs yaşadığı evdən narkotik vasitə qurudulmuş marixuana və həyətindən 11 ədəd çətənə bitkisinin aşkar edilməsi barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra Təqsirləndirilən şəxs protokolu imzalamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evindən aşkar edilmiş içərisində 11 ədəd polietilen torbada və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olan bel çantasını bu ilin yanvar ayında yaşadığı kənddə avtobus dayanacağının yaxınlığından tapmışdır, yaşadığı evin həyətində əkdiyi çətənə bitkilərini tapdığı həmin qurudulmuş marixuananın toxumlarından özünün istifadəsi məqsədilə əkmişdir, qurudulmuş marixuananı yalnız öz şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır, narkotiklərin satışı ilə məşğul olmamış, heç kimə narkotik satmamışdır, pay və bəxşiş verməmişdir. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərində və yaşadığı ünvanda baxış keçirilərək maddi sübutların götürülməsini əks etdirən videogörüntü, bu barədə tərtib edilmiş protokol və maddi sübutlar videoçəkiliş aparılmaqla istintaqa təqdim edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Salyan RPŞ-nin əmkdaşları Şahid2 və Şahid3 digər şahidlər ilə oxşar məzmunlu ifadə verərək onların dediklərini bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi qismində təyin olunmuş vəkil Müdafiəçi təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, onun himayəsində 2-ci qrup əlil qardaşının olmasını, ailəli olmasını və ailəyə gəlir gətirən tək şəxs olmasını nəzərə alaraq azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1 və 237.1-ci maddələri ilə cinayət işi başlanılaraq icraatına qəbul edilmişdir. Cinayət işinin 12-13-cü vərəqlərində olan “Əməliyyat-axtarış təbirlərin keçirilməsinə, şəxsin üzərinə, yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə dair” xx.xx.2025ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu Quyçu kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, salvarının sağ yan cibindən 1 ədəd ***-***-**-** nömrəli “İnfinix” markalı mobil telefon cihazı, əməliyyat tədbirinin davamı olaraq yaşadığı evinə keçirilmiş baxış zamanı qonağ otağındakı çarpayının altından aşkar edilmiş bel çantasının içərisindən 11 ədəd selofan bükümdə və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, əməliyyat tədbirinin davamı olaraq yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı isə açıq ərazidə əkilmiş kok üstə yaş vəziyyətdə olan 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilib götürülmüşdür. Cinayət işinin 21-22-ci vərəqlərində olan “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 26 aprel 2025-ci il tarixdə Salyan RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Salyan rayonu Quyçu kəndində yaşadığı evin yaxınlığında saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı əynindəki şalvarın sol yan cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi, salvarının sağ yan cibindən 1 ədəd ***-***-**-** nömrəli “İnfinix” markalı mobil telefon cihazı, əməliyyat tədbirinin davamı olaraq yaşadığı evinə keçirilmiş baxış zamanı qonağ otağındakı çarpayının altından aşkar edilmiş bel çantasının içərisindən 11 ədəd selofan bükümdə və 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə, əməliyyat tədbirinin davamı olaraq yaşadığı evin həyətyanı sahəsinə keçirilmiş baxış zamanı isə açıq ərazidə əkilmiş kok üstə yaş vəziyyətdə olan 11 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitkilər aşkar edilib götürülmüşdür. Cinayət işinin 24-cü vərəqində olan xx.xx.2025-ci il tarixli Mütəxəssis-Aqronom rəyindən görünür ki, Salyan rayonu Quyçu kənd sakini Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı aşkar olunmuş kök üstə yaş vəziyyədə olan 11 ədəd bitki nümunələri gövdə və yarpaq quruluşuna, eləcə də spesifik qoxusuna görə çətənəkimilər fəsiləsinə aid bitki cinsli olmaqla narkotik tərkiblidirlər, hər bir bitkinin boyu, gövdə, budaq və yarpaqlarının inkişafına görə belə nəticəyə gəlinmişdir ki, həmin çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Cinayət işinin 35-ci vərəqində olan xx.xx.2025-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüquqları 26 aprel 2025-ci il tarixdə, saat 11:41 dəqiqədə məhdudlaşdırılmış, 26 aprel 2025-ci il tarixdə, saat 14:45 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 44-47-ci vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin X8 18/347 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən ... 11 ədəd ...” sözləri və imzalar olan polietilen torbada 11 ədəd, yaş vəziyyətdə, təmiz çəkisi 11,94 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun rəyinə əsasən təqdim olunmuş 11 ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən ... marixuanaya bənzər ...” sözləri və imzalar olan polietilen torbada 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3,76 qram, 3,40 qram, 11 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi 80 qram, 17 qram, 28 qram, 42 qram, 60 qram, 17 qram, 22 qram, 12 qram, 12 qram, 62 qram, 20 qram, ümumi çəkisi 379,16 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 11 ədəd çətənə bitkiləri və marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidirlər. Çətənə bitkisi tədqiqata sərf edildi-0.22 qram, qalıq-11.72 qram, marixuana tədqiqata sərf edildi-1.30 qram, qalıq-377.86 qram. Cinayət işinin 65-66-cı il vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 82-84-cü vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 4(057)- 20/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqində olan 28 aprel 2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 11 ədəd cəmi 11,72 qram çəkidə çətənə (kannabis) bitkiləri və cəmi 377,86 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılır. Cinayət işinin 103-cü vərəqində olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 07 may 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin 104-107-ci vərəqində olan Salyan RİHB-nın Qızılağac kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Quyçu kəndində ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. Cinayət işinin 108-109-cu vərəqlərində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur və xx.xx.2009-cu ildə cəzanın sonu ilə azad edilmişdir. Cinayət işinin 114-cü vərəqində olan 009627 nömrəli vəsiqədən görünür ki, X5 2-ci qrup əlildir. Cinayət işinin 120-ci vərəqində olan 04 iyun 2025-ci il tarixli “CD formatlı diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, məhkəmə qərarı əsasında "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd CD diskdə olan məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş “İnfinix Star7” markalı mobil telefonun üzərində olan ***-***-**-** saylı nömrəyə dair məlumatlarda onun yaşadığı ünvandan aşkar edilmiş narkotik tərkibli bitkilərin satış məqsədilə əkilib-becərilməsinə, həmçinin həmin ünvandan aşkar edilmiş qurudulmuş marixuananın satış məqsədilə toplanılıb saxlanmasına dair iş üçün sübut əhəmiyyətinə malik hər-hansı məlumat aşkar edilməmişdir. Cinayət işinin 123-cü vərəqində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerinə keçirilməsi haqqında” qərarından görünür ki, ********* №-li cinayət işinin istintaq zərurəti ilə əlaqədar Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasından 10 gün müddətinə Salyan RPŞ-nin X7 keçirilmişdir. Cinayət işinin 128-ci vərəqində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın xx.xx.2025-ci il tarixli, 321 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 130-131-ci vərəqlərində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 0486/04 saylı, xx.xx.2004-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 5 qram olan qurudulmuş marixuana xeyli miqdar, 500 qram olduqda isə külli miqdar, 50000 qram olduqda xüsusilə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 3-15 ədəd çətənə növlü bitkilər xeyli miqdar, 16-800 ədəd olduqda isə külli miqdar, 801-dən çox olduqda xüsusilə külli miqdar hesab olunur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının yuxarıda göstərilən müvafiq rəyini müzakirə edərək həmin rəyi işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında qeyd olunur ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmçinin Plenum qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.1-ci maddəsinə görə bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 17.3-cü maddəsinə görə şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. CM-in 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Hazırki iş üzrə Təqsirləndirilən şəxs CM-nin 234.1 və 237.1-ci maddələri ilə ittiham elan olunduğundan ona CM-nin 66.2-ci maddəsinin tələblərinə əsasən cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunacaq cəzaları qismən toplamaq yolu ilə ona qəti cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə görə məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 48-ci bəndinə görə cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, həmçinin barəsində CMnin 62-ci və 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlərlə cəzalar arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Çünki Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş cinayətləri törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Həmçinin məhkəmə cəza təyini ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusunu təşkil edən CM-in 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsini hər bir törədilən cinayətə onların xarakteri və ictimai təhlükəliliyinə münasibət bildirilməlidir. Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci və CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayətlərə dair qarışıqlı şəkildə müqayisə etməklə bağlı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlamada ifadə olunan əməli törətməsi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) hərəkətlərində ifadə olunan əməllər arasında təqsirləndirilən şəxs tərəfindən baxmayaraq, CM-237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinə münasibətdə sanksiyada daha yüngül cəza da nəzərdə tutulur, lakin şəxsin tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) hərəkəti davamlı xarakter daşıyan hərəkətlərlə yəni, həmin bitkilərə mütəmadi şəkildə lazımi qulluq göstərməklə həmin bitkilərin sonrakı emalı nəticəsində daha çox narkotik vasitəni əldə etməsinə yönəlik davranış kimi ictimai təhükəlik baxımından daha yüksək və təqsirləndirilən şəxsin sabit kriminallığa meyliliyinə dəlalət edir. Qeyd olunan bu davranışlar təqsirləndirilən şəxsin krimonogen xarakterinin və psixoloji portertinin tam təsvir olunmasına daha müfəssəl xidmət etmiş olur. Məhz bu aspektdən yanaşan məhkəmə onun narkotik tərkibli bitkiləri kultivasiya etməkdə ifadə olunan davamlı hərəkətlərini daha ictimai təhlükəli olduğu qənaətinə gələrək, şəxsə cəza təyin edərkən bu kimi halları mütləq şəkildə nəzərə alınmasının vacibliyinə diqqət çəkməyin məqsədəmüvafiq olmasının zəruriliyini qeyd etməyi lazımlı bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 26 aprel 2025-ci il tarixdən hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Salyan rayon PŞ-də saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 11 ədəd cəmi 11,72 qram çəkidə çətənə (kannabis) bitkiləri və cəmi 377,86 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmin Məcəllənin 93-1.1-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Ərazi Narkoloji Kabinetində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş materiallarına əlavə olunmuş 02 ədəd “CD” disk işdə saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülməlidir: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X2, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə 1 (il) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 2 (iki) il 3 (ay) müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ərazi Narkoloji Kabinetində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Salyan Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 11 ədəd cəmi 11,72 qram çəkidə çətənə (kannabis) bitkiləri və cəmi 377,86 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin, 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X2, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar