Məhkəmə qərarları › İş №1(057)-6/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-6/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-6/2023 27.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 İdarəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi X3, Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə xx.xx.1985-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sabirabad rayonu Cəngən kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sürücü işlədikləri Salyan rayonu Şorsulu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurluq etmək qərarına gəlib 2022-ci il avqustun 12-də saat 15 radələrində Zərərçəkmiş şəxs MMC-nin anbarından hər biri 500 ml həcmdə plastik qutuda 75,0 manat qiymətində olan cəmi 30 ədəd olmaqla cəmi 2250 manat dəyərində bir ədəd karton qutuya qablaşdırılmış Türkiyə istehsalı olan ziyanverici həşaratların məhv edilməsi üçün istifadə edilən maye halında “Emadox” markalı dərman preparatını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-yə həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiqini tapmışdır. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsilə ona yenidən elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki, Salyan rayonu Şorsulu kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-də yük daşıyan avtokar sürücüsü, X4 isə həmin təsərrüfatda “Kamaz” markalı **-YC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sürücüsü işləmişdir. 2022-ci il avqustun 12-də saat 15 radələrində əvvəlcədən razılşadıqları kimi kübrə və dərman preparatları saxlanılan anbardan bir qutu “Emadox” preparatı çıxarıb ambarın qarşısına gətirmişdir. Həmin vaxt Elşən idarə etdiyi yük avtomobilində onu anbarın qarşısında gözləmişdir. Əlindəki qutu ilə anbardan çıxdıqda Elşən avtomobili hərəkətə gətirib onun yanına gəlmişdir. “Emadox” preparat qutusunu maşına qoyduqdan sonra Elşən avtomobili sürüb getmişdir. Avqustun 13-də günorta saatlarında Zərərçəkmiş şəxs MMC-nin mühafizə rəisi Şahid1 və ambar müdiri Şahid2 ona zəng edib təcili təsərrüfata gəlməsini demişdir. Ona görə saat 16 radələrində evdən çıxıb Zərərçəkmiş şəxs MMC-yə gəlmişdir. Orada oğurluq etmələrinin məlum olması aydın olmuşdur. Mühafizə rəisi onun oğurluq etdiyini əks etdirən kamera görüntülərini ona təqdim etdikdən sonra, o hər şeyi etiraf etmişdir. Sonradan “Emadox” preparat qutusunu gətirib Zərərçəkmiş şəxs MMC-yə təhvil vermişlər.Himayəsində 2017-ci ildə anadan olmuş Vidadi və 2015-ci ildə anadan olmuş Nərgiz adlı iki uşağı olmasını, zərərçəkmişə dəymiş ziyanı ödəmələri, əməlindən səmimi peşiman olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümyəndəsi X3 təqsirləndirilən şəxsin təsərrüfatdan oğurluq etdiyini, dəymiş zərəri ödədiyini, barəsində qanuna müvafiq qaydada qərar qəbul olunmasını xahiş etdi. Şahid qismində məhkəmədə ifadə verən X4 göstərmişdir ki, 2022-ci il avqustun 12də saat 15 radələrində əvvəlcədən razılaşdıqları kimi kübrə və dərman preparatları saxlanılan anbardan Vüsal bir qutu “Emadox” preparatını çıxardıb anbarın qarşısına gətirmişdir. Daha sonra Vüsal “Emadox” preparatı olan karton qutunu maşına qoymuşdur. Sonra Vüsal ilə oğurladığı preparatı müvəqqəti gizlətmək məqsədilə avtomobili köhnə Astara-Ələt avtomobil yolu ilə sürüb Qırxçıraq kəndi ərazisindəki hazırda fəaliyyət göstərməyən keçmiş DYP postunun yanına gəlmişdir. Burada həmin dərman preparat qutusunu kabinədən götürüb keçmiş DYP postundakı tikilidə gizlətmişlər. Ertəsi gün, avqustun 13-də saat 11 radələrində Zərərçəkmiş şəxs MMC-nin mühafizə rəisi Şahid1 onu özünün iş otağına çağırıb bir gün əvvəl təsərrüfatın anbarından oğurluq edib-etmədiklərini soruşduqda, o, bir gün əvvəl Vüsal ilə birlikdə təsərrüfatın anbarından bir qutu “Emadox” preparatı oğurladıqlarını və həmin qutunu keçmiş DYP postundakı tikilidə gizlətdiyini etiraf etmişdir. Oğurladıqları dərmanı geri qaytarmışlar. İşə əlavə olunmuş bir CD diskə keçirilmiş baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci il avqustun 12-də işlədiyi Zərərçəkmiş şəxs MMC-nin anbarından içərisində 30 ədəd “Emadox” preparatı olan bir ədəd karton qutunu oğurlayıb anbardan çıxardıb anbarın qarşısında onu gözləyən Elşən Şxaliyevin idarə etdiyi yük avtomobilinin kabinəsinə yerləşdirmiş, avqustun 13-də isə Elşən Şxaliyev həmin “Emadox” preparat qutusunu köhnə Ələt-Astara avtomobil yolundakı hazırda fəaliyyət göstərməyən DYP postunun binasındakı tikilidə gizlətdiyi yerdən götürüb Zərərçəkmiş şəxs MMC-yə qaytarmışdır. Məhkəmədə tədqiq olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6063 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş nümunəyə əsasən 500 ml həcmdə, plastik qutuda, Türkiyə istehsalı, “Emadox” markalı ziyanverici həşəratların məhv edilməsi üçün istifadə edilən maye halında olan dərman preparatının 01 ədədinin 2022-ci ilin avqust ayına olan orta bazar qiyməti təxminən 75,0 manat, 30 ədədi 2250 (30 əd. x 75 man.) manat müəyyən edilir. DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə 01 il müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir, Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Ali Məhkəmənin xx.xx.2005-ci il tarixli qərarı ilə Az.R CM-nin 70-ci maddəsinə əsasən cəzası 01 il sınaq müddəti ilə şərti azad edilmişdir. Sabirabad RİHB-nın Muğan Gəncəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində azyaşlı uşağı vardır. “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs hər hansı xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 18 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-yə avtokar sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. Zərərçəkmiş şəxs MMC-nin icraçı direktoru A.Q.Əliyevin xx.xx.2022-ci il tarixli ərizəsində təsərrüfatın anbarından oğurlanmış “Emadox” dərman preparatının qiyməti cəmi 2300 manat kimi göstərilsə də, istintaq materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6063 №-li rəyinə əsasən baş vermiş cinayət hadisəsi nəticəsində zərərçəkmiş hüquqi şəxs kimi tanınmış Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurlanmış əmlakın dəyəri cəmi 2250 manat kimi qəbul edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-nin nümayəndəsi qismində tanınmış Nümayəndə istintaqa verdiyi ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurlanmış cəmi 30 ədəd plastik qutuda olan “Emadox” dərman prepatı təqsirləndirilən şəxslər tərəfindən təsərrüfata qaytarılmışdır. Təqsirləndirilən şəxslər X4 və Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs MMC-nin anbarından oğurlanmış cəmi 30 ədəd “Emadox” dərman prepatarı və Zərərçəkmiş şəxs MMC-nin anbarından etdikləri oğurluq cinayətini əks etdirən videogörüntülər olan CD disk iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş zərəri tam ödəməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi , himayəsində iki nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsin əəsasən cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir.Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinəəsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərədə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı,məhkəmə iclasında həbsdən azad olunmalı, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, hökm qanuni qüvvəsini alana kimi həmin qətimkan tədbiri qüvvədə saxlanılmalıdır. Salyan RPŞ-nin vermiş olduğu 17 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 06 iyun 2023-cü ildə Rusiya Federasiyasının Krasnodar vilayətində tutulmuşdur.Ona görə də onun həmin vaxtdan həbsdə olduğu üç ay iyirmi bir gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təiyn olunmuş cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Sabirabad rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Sabirabad rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanlamalıdır. İş üzrə ekspertiza xərci olan 50 manat pul digər təqsirləndirilən şəxs X1 tutulduğundan hazırkı iş üzrə həmin məbləğin təqsirləndirilən şəxsdən tutulması məqsədəuğyun deyildir. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülməlidir. İş üzrə sübut növü kimi bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, ona iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılıdğı üç ay iyirmi bir gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində bir il dörd ay on səkkiz gün müddətə azadlığın məhdudlaşıdrılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək tərk etməsinə və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Sabirabad rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclasında həbsdən azad edilsin,barəsində başqa yerə geməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə sübut növü kimi bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün Təqsirləndirilən şəxs dair hissədə icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar