Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-6/2024 16.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi2 iştirakı ilə xx.xx.1966-cı ildə Ermənistan Respublikası Vedi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsi ev 20, mənzil 34-də qeydiyyatda olan və Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi ev 26, mənzil 38-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək qərarına gələrək bu məqsədlə Salyan rayonu Kürqaraqaşlı kənd sakini Zərərçəkmiş şəxs özünü Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək vəkillik fəaliyyəti ilə məşğul olduğunu bildirib Zərərçəkmiş şəxs buna inandıraraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi, Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Şəhəri Sabunçu Rayonu İcra Şöbəsində çalışan tanışlıq və qohumluq əlaqəsində olduğu vəzifəli şəxslərə rüşvət verməklə təsir göstərib sonuncunun oğlanları Ruslan və Xalid Rüstəmov qardaşları barəsində çıxarılan məhkəmə qərarlarına, həmçinin müvafiq hüquq verən sənədlərin əldə edilməsinə və borc öhdəliyinin icrasına yönələn digər vəzifəli şəxslərin qərarlarına təsir göstərəcəyi barədə bilə-bilə yalan, həqiqətə uyğun olmayan vədlər verməklə Zərərçəkmiş şəxs vahid niyyətlə 2018-ci il oktyabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda məhkəmə və digər dövlət orqanlarında Ruslan və Xalid Rüstəmov qardaşlarını təmsil etməsi üçün Vəkillər Kollegiyasının balansına pul köçürəcəyi adı ilə Biləsuvar şəhərində yerləşən Notariusun qarşısında 500 manat, 2018-ci il oktyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Xətai Rayon Məhkəməsində hakimlərdən birinə verməsi adı ilə Bakı- Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 2.000 manat, 2018-ci il oktyabr ayının sonlarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Sabunçu Rayon Məhkəməsində hakimlərdən birinə qətnamə çıxarması üçün verəcəyi adı ilə Bakı-Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 2.500 manat, 2018-ci il noyabrın 10-da saat 06 radələrində Şahid1 Zabrat qəsəbəsində yerləşən mübahisəli evinin torpağına sonuncunun adına çıxarış almaq adı ilə Sabunçu Rayon İcra Hakimiyyətinin torpaq şöbəsində işləyən tanıdığı vəzifəli şəxsə verməsi adı ilə Biləsuvar rayonunda yaşadığı evin həyətində 2.000 manat, 2018-ci il noyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda sözügedən evin planının çəkilməsi üçün Sabunçu Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsində işləyən tanıdığı vəzifəli şəxsə verməsi adı ilə Bakı- Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 300 manat, həmin tarixdə və həmin ünvanda işçilərin həyətə aparılıbgətirilməsini təşkil edən işçiyə hörmət edilməsi adı ilə 150 manat, 2018-ci il noyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Ruslanın qardaşı Xalid Rüstəmova və mübahisəli mənzili satdığı X2 39 saylı notariat ofisində əvvəllər verdiyi etibarnaməni ləğv elətdirmək üçün notariusa verməsi adı ilə istintaqa məlum olmayan bank hesabına köçürmə yolu ilə 150 manat, 2020-ci il iyul ayının əvvəllində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Ali Məhkəməyə şikayət vermək üçün vəkil tutmaq adı ilə Bakı- Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 300 manat, 2020-ci il iyul ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda şikayətləri yazması üçün bu işlə məşğul olan bir qıza hörmət edilməsi adı ilə Bakı-Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 200 manat, 2020-ci ilin oktyabr ayının əvvəlində istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Ruslan və Xalid Rüstəmov qardaşları barədə olan axtarışın ləğv edilməsi və onların adına olan icra işinin Sabunçu Rayon İcra Şöbəsinə aparılması adı ilə Bakı-Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 400 manat, həmin tarixdə və həmin ünvanda mübahisəli evin kommunal xərclərinin ödənilməsi adı ilə 130 manat, həmçinin həmin mənzildə yaşamaları haqqında arayış almaq üçün Sabunçu Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbəsi üzrə nümayəndəsinə verməsi adı ilə 200 manat, 2021-ci ilin iyul-avqust aylarında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Xalid Rüstəmov barəsində Salyan Rayon İcra və Probasiya Şöbəsi və Sabunçu Rayon İcra Şöbəsi, Şahid1 barəsində isə Sabunçu Rayon İcra Şöbəsi tərəfindən verilən axtarışın ləğv edilməsi üçün Ədliyyə Nazirliyində işləyən tanışlarına verməsi adı ilə Bakı-Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 300 manat, 2021-ci ilin noyabr ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda torpaq və evin kommunal təsisatlarının Şahid1 adına rəsmiləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri idarəsində işləyən vəzifəli şəxsə verməsi adı ilə Bakı-Astara magistral avtomobil yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 300 manat, 2022-ci il martın 31-də Xalid Rüstəmov barəsində olan sərhədkeçməyə məhdudiyyət qoyulması haqqında qərarın ləğvinin götürülməsi adı ilə ünvan 3 ünvanında yerləşən Bakı şəhəri, Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, Şahid4 xidməti otağında Zərərçəkmiş şəxs qaytarılması adı ilə sonuncudan aldığı 1.000 manat, 2022-ci ilin iyul-avqust ayında istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Sabunçu Rayon Məhkəməsində Ruslan və Xalid Rüstəmov qardaşları barəsində verilmiş axtarışı dayandırmaq üçün hakimə verməsi adı ilə Bakı- Astara magistral yolunun Salyan rayonu Aşağı Noxudlu kəndindən keçən hissəsində 500 manat pulu alaraq Zərərçəkmiş şəxs xeyli miqdarda, ümumilikdə 10.930 manat məbləğində pulunu ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş və verilmiş mülki iddanı qəbul etməyərək göstərmişdir ki, zərərçəkmiş Müzəffəri 2018-ci ilin oktyabr ayında bacısı oğlunun həyətində tanımşıdır.Bacısı oğlu Mirisa Müzəffərin problemi olduğunu və ona köməklik olunmasını xahiş etmişdir. Problemin nədən ibarət olduğunu Müzəffərdən soruşulduqda Müzəffər oğlunun Bakının Zabrat qəsəbəsində evinin olduğunu və həmin evinin gəlini tərəfindən əlindən alındığını bildirmişdir.Vaqif adlı şəxs evi kirayəyə vermiş və evə görə oğlunun məhkəməyə verərək məhkəməni udmuşlar.Müzəffərdən sənədləri istəmiş və sənədlərə baxıdıqdan sonra etibarnamə istəmiş, etibarnamə aldıqdan sonra apellyasiya şikayəti verəcəyini bildirmişdir.Özü vəkil olmadığını ona bildirmiş və ona görə də oğlunun məhkəməyə gələcəyini demişdir.Müzəffərin hər iki oğlunun adından etibarnamə almış və hər etibarnaməyə görə 500 manat, cəmi 1000 manat pul almışdır.Müzəffər sənədləri ona Biləsuvarda vermişdir.Xətai Rayon Məhkəməsindən Müzəffərin oğlunun adından ərizə yazaraq qətnaməni almış, apellyasiya şikayəti hazırlayaraq vermişdir.Apellyasiya Məhkəməsində Müzəffərin uşaqlarının xeyrinə 12970 manat pul tələbini ləğv etdi.Qarşı tərəfin şikayətinə əsasən Müzəffərin uşaqlarının ziyanına 30000 manat pul kəsildi.Kassasiya şikayətinin verilməsi üçün vəkil Mirəyyub Qasımlı ilə müqavilə bağlanmış və daha sonra şikayəti hazırlayıb vermişlər.Ali Məhkəmə şikayəti təmin etmədi.Sonra iş icraya göndərilmişdir.Müzəffərin oğlu Ruslanı 10 sutka inzibati qaydada həbs etmişlər.Vəkillə Salyan İcra Şöbəsinə gələrək işi Sabunçu İcra Şöbəsinə göndərtdirmişlər.Sabunçu Rayon Məhkəməsində Ruslanın adından evə köçürmə ilə bağlı iddia vermişlər.Ruslana həbs verilmiş, lakin apellyasiyada cərimə ilə əvəz olunmuşdur.Apellyasiya Məhkəməsində Müzəffər Vaqifə 10000 manat pul verərək razılaşmışlar.Qalan pul üçün isə qəbz yazıb vermişdir. 2019-cu ildə Müzəffərdən 500 manat borc almışdır.Həmin ilin axırında vəziyyəti ağır olduğu üçün Müzəffər onun adına olan karta 200 manat pul göndərmişdir.2019-cu ilin əvvəlində maşını yolda xarab olduğu üçün Müzəffərdən pul istəmiş və sonuncu da ona 165 manat pul vermişdir. 2021-ci ilin axırında Bakıdakı evin eskizinin hazırlanması üçün Müzəffər ona 150 manat pul vermişdir.Eskizi zazırlatdıraraq Müzəffərə vermişdir. 2021-ci ilin axırında Müzəffər evin komunal xərclərinin ödənilərək arayışın alınması üçün ona 150 manat pul vermişdir.Həmin pulu vəkilə verərək vəkil də arayışı alıb ona vermişdir. Müzəffər 1000 manata pulu ona verməmiş, həmin pulu Müzəffərin oğlu icra məmuru Şahid4 vermişdir.Lakin qeyd olunan pulu Müzəffər ondan tələb edir.Özü Müzəffərdən cəmi 1865 manat pul almışdır.Müzəffər bir dəfə ona yarım cəmdək qoyun əti və 2 ədəd xoruz vermişdir. İstintaq dövründə Müzəffərə xədmət haqqı kimi aldığı puldan 1500 manatı qaytarmışdır.Vəkilə 700-800 manat pulu özü ödəmişdir.İstintaq dövründə Müzəffərə 3500 manat pul təklif etmişdir. İstintaq dövründə zərərçəkmişə 1500 manat ödəmiş, hazırda da 9430 manat pul verdiyini, özünün xəstə olduğunu, himayəsində yetkinlik yaşına uşağının olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi göstərmişdir ki, Elşənlə Mirisa vasitəsi ilə tanış olmuşdur.İşi ilə bağlı Mirisa ona vəkil olduğunu və ona köməklik edəcəyini, həmin vəkil Elşəndir, Bakı şəhərinin onun dediyi ilə oturub durduğunu demişdir.Elşən gəldikdən sonra onunla danışmış və daha sonra sənədləri istəmişdir.Müzəffər ona etibarnamə verilməsini və hər etibarnaməyə görə 500 manat pul istəmişdir.Ona görə də Salyana gəlib oğlu Ruslan və Xalidin adından Elşənə 2 ədəd etiğarnamə vermişlər.Hər iki etibarnaməyə görə Elşənə 1000 manat pul verilmişdir.2- 3 gün keçdikdən sonra Elşən zənc edərək 2000 manat pul istəmişdir.Həmin pulu ona axşam vaxtı Noxudlu yolunun ipək yolu ilə kəsişdiyi yerdə aparıb Elşənə vermişdir.Həmin pulu məhkəmə qətnaməsi ilə onlaran tələb olunan 13000 manatı ləğv etdirəcəyini demişdir. 1 həftə sonra Elşən ondan Sabunçu məhkəməsində işin onun xeyrinə həll edilməsi üçün 2500 manat pul istəmişdir.Yəni oğlunu evə göçürəcək, gəlini isə evdən çıxaracaqlar.Həmin pulu Noxudlu kənd yolunun üstündə olan çayxanada vermişdir. 3-4 gün keçəndən sonra Elşən icra hkimiyyəti ilə danışdığını və evin sənədlərini düzəltmək üçün 2000 manat pul lazım olduğunu demişdir.Həmin vaxt iki oğlu ilə İrana gedərkən aparıb evinin qapısı qarşısında Elşənə vermişdir. 1 ay keçəndən sonra evin çertyojuna görə 300 manat pul istəmiş və həmin pulu da Noxudlu yolunun üstündə ona vermişdir.Lakin evin çertyojunu ona verməmiş, sadəcə olaraq 12 vərəqəlik dəftərdə çertyoja oxşamayan dəftər vermişdir. İkinci uşağın axtarışının dayandırlması üçün Elşən ondan 400 manat pul almışdır. Ali Məhkəməyə ərizənin hazırlanması üçün vəkil tutduğunu və ona 300 manat lazım olduğunu bildirmiş, sənədlərin düzəldilməsi üçün isə 200 manat lazım olduğunu bildirmiş və həmin pulu ona vermişdir. Elşən Xalidn xaricə çıxışına olan qadağanın götürülməsi üçün 200 manat pul almışdır. Evin komunnal xərclərinin ödənilməsi üçün 160 manat pul almış, lakin ödənilməsini təsdiq sənədi onlara verməmişdir.Həmin qəbzin alınması üçün 200 manat rüşvət verdyini deyərək istəmiş və ona həmin pulu vermişdir. 1000 manat pulu oğlunun adına yollamış və oğlu həmin pulu oğlu icra məmuru Səbirə xanıma vermişdir.Səbirə xanım da oğlunun işini düzəlməmiş və həmin pulu Elşən Səbirə xanımdan almışdır. Elşən evin qaz, işıq və torpaq sənədlərinin alınması üçün ondan 300 manat pul almışdır. İcra şöəbəsində iki oğlu barəsində axtarış verilməsini 4 ay sonra bilmişdir. Elşənə zəng etmiş və sonuncu 500 manat cəriməyə göər, 500 manatı da hakimə verilməsi üçün ondan almışdır. İkinci uşağının işinə görə də 300 manat almışdır.Elşən ondan 2 dəfəyə 500 manat olmaqla 1000 manat,200 manat və 150 manat borc almışdır. Elşən oğlu Xalidin xaricə çıxışının ləğv olunması üçün ondan 300 manat pul almışdır. Elşən evin Ruslanın adına qaytarılması üçün ondan 150 manat pul almışdır.Lakin sözünə əməl etmədi və özləri həmin sənədi düzəltdirmişlər.150 manat taksi pulu adı ilə ondan almışdır.Elşən ona olan borcundan 1500 manat qaytarmış, 350 manat isə qalmışdır. Elşən Sabunçu məhkəməsində hakim Tahirə xanım 1500 manat pul verdiyini, baş hakimin dəyişildiyini deyərək əlavə 500 manat pul lazım olduğunu hakimin ona dediyini bildirmişdir.Sabunçu məhkəməsi onların ziyanına qərar qəbul etdikdən sonra Elşənin onları aldatdığını bilmişdir.Səbirə xanım oğlunu çağırıb ondan əvvəlcə 1000 manat pul istəmiş, lakin oğlu 500 manat olduğunu demiş, sonuncu razılaşmadığı üçün məcburiyyət qarşısında qalaraq 1000 manat vermişdir.Elşən polisdə ona 4500 manat pul təklif etmişdir.Ona dəymiş ziyanı tələb edir, odur ki,qanuna müvafiq qərar qəbul olunmasını xahiş etdi.Təqsirləndirilən şəxs tərəfindən ona istintaq zamanı 1500 manat, hazırda da 9430 manat ödənildiyini,ondan borc kimi aldığı 1500 manat pulun gələcəkdə qaytaracağı ilə bağlı qəbz yazıb verəcəyi təqdirdə ondan şikayətçi olmayacağını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2021-2022-ci illərdə Sabunçu Rayon Məhkəməsində işi olmuş və ölkədən çıxışına qadağa qoyulmuşdur.İcra məmuru ona həmin qadağanının götürülməsi üçün ondan 1000 manat pul istəmişdir.xx.xx.2022-ci ildə Səbirə xanıma 1000 manat pulu vermişdir.Lakin Səbirə xanım üzərinə qoyulmuş qadağanı götürməmişdir.2 ay keçəndən sonra Səbrə xanım ona nümayəndəsi olduğu Elşənin pulu ondan götürdüyünü demişdir.Elşən ona verilmiş etibarnamə əsasında pulu götürmüş, lakin şəmin pulu ona qaytarmamışdır.Elşən pulu aldığını etiraf etmiş, lakin ona verməmişdir.Elşən evin sənədləşməsi üçün atasından 2000 manat, Sabunçu rayon məkəməsi üçün 2500 manat və daha sonra hissə-hissə pullar almış və qaytarmamışdır.Elşən atasına axırıncı dəfə 1500 manat pul qaytarmışdır.Elşənə özü pul verməmişdir.Atasına Elşənə nahaq pul verdyini və evin sənədlərini düzəldilməsinin mümkün olmadığını demişdir. Şahid qismində məhkəmədə dindirilmiş Şahid3 bildirmişdir ki, pandemiyadan əvvəl atası ilə birlikdə İrana gedərkən atası evdən 2000 manat pul götürmüş və Ruslanın işinə görə vəkil Elşənə verəcəyini demişdir.X3 evinin qarşısına gedərək atası maşından düşüb maşının arxa tərəfində pulu Elşənə vermişdir.Evlərində daim bu barədə söhbət olmuş, hətta atasını onlarda pul saxlamadığını demişdir.Elşən atasından pul tələb etdiyi üçün atası da ona inanıb vermişdir. Şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında atasının işə görə Elşənə pul verdiyini bildirmişdir. Şahid2 daha sonra susaraq ifadə verməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nın 329.1-ci maddəsinə əsasən onun istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur.O, həmin ifadəsində göstərmişdir ki, onun və bacısı Vüsalənin müalicəsi üçün 10 noyabr 2023-cü il tarixində saat 05 radələrində yaşadığı Salyan rayonu Kürqaraqaşlı kəndində yerləşən evindən yola çıxaraq atasına məxsus olan Vaz 21011 markalı avtomobil ilə Biləsuvar rayonu X4 getmişlər ki, İran İslam Respublikasına getsinlər. Biləsuvar rayonun ərazisində olan zaman atası telefonla kiməsə zəng edərək gəldiyini bildirmişdir. Sonra tanımadığı evin qapısı kənarında avtomobili dayandırıb həyətə keçmişdir. Təxminən 5 dəqiqə həyətdə olduqdan sonra yenidən avtomobilə yaxınlaşmışdır. Avtomobilə oturan zaman evdən bir orta yaşlı kişi qapının azına çıxıb atasını yola salmışdır. Atasının həmin kişi ilə nə məqsədlə görüşməsini bilmir, çünki atası ona bu barədə heç bir söz deməmişdir. Lakin sonradan həmin kişi atasını aldatdıqdan sonra onlara məlum olmuşdur ki, həmin kişi Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs həmin vaxt qardaşı Ruslan və Xalidin məhkəmədə olan işlərini həll edəcəyini söz verib atasından 2000 manat pul almışdır. Atası həmin səhər bu məqsədlə Elşənlə görüşüb onun Biləsuvar rayonunda yerləşən evinə gedərək ona həmin 2000 manat pul vermişdir. O, avtomobildə oturduğu üçün həyətin içini görməmişdir. Elşənə atasının pul verdiyinə şahid deyil. Sadəcə olaraq atasının əvvəlcə həmin Elşən adlı şəxslə telefonla danışdığını, sonradan isə onların evinə səhər saat 05 radələrində gedərək onların həyətində 5 dəqiqə həmin kişi ilə görüşüb söhbət etdiyinin şahidi olmuşdur. Həmin günü onlar birlikdə İran İslam Respublikasına getmişlər. İranda bir gün qaldıqdan sonra 11 noyabr 2023-cü il tarixində yenidən evə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid4 bildirmişdir ki, hər iki tərəflə heç bir qohumluğu və şəxsi qərəzliyi olmamışdır.Onları icraatında olan icra işi ilə bağlı tanımışdır.Təqribən 3-4 il bundan əvvəl Təqsirləndirilən şəxs zərərçəkmiş Müzəffərin oğlanları Ruslan və Xalidin nümayəndəsi kimi icra şöbəsinə gəlmişdir.Tələb hər iki şəxsin Vaqif və qızı Ülkər Niftullayevlərə 30000 manat borc tələbi ilə bağlı olmuşdur.Özü hər iki borclunun gəlməsini tələb etmiş, lakin nümayəndə Elşən isə onların gəlməsini təmin etməmişdir.Ona görə də hər iki borclunun axtarışa verilməsi üçün qərar qəbul etmişdir.Sonradan Elşən məhkəməyə axtarışın ləğv olunması ilə bağlı müraciət etmişdir.Həmin müraciətə hakim Əşir Səmədov baxmış və qərarı ləğv etmişdir.Tələbkar müəyyən müddət gözləmiş, bir il müddət keçmiş, lakin borc ödənilməmişdir.Tələbkarın nümayəndəsi zəng edərək borcun ödənilməməsini bildirmişdir. Ruslan 1000 manat pul gətirmiş və qardaşının ölkədən çıxışına qoyulmuş qadağanın ləğv olunmasını xahiş etmişdir.Ona görə də tələbkarın nümayəndəsi Taryel müəllimə zəng edərək borclunun 1000 manat vermək istədiyini və bunun üçün Xalidin ölkədən çıxışına qoyulmuş qadağanın götürülməsini xahiş etdiyini bildirmişdir.Taryel müəllim 5000 manat pul verildiyi halda razı olacaqlarını demişdir.Qarşı tərəf razı olmadığı üçün həmin 1000 manat pulu nümayəndə Təqsirləndirilən şəxs qaytarmış.1 ay keçdikdən sonra yenidən hər iki borclunu axtarışa vermiş və tələbi onların əmək haqqısının yarısına yönəltmişdir.Ruslan icra şöbəsinə gəlmiş, barəsində inzibati protokol tərtib olunaraq 500 manat cərimə olunmuşdur.Bir müddət sonra isə 15000 manat ödəmişlər.Daha sonra hər iki borclunun axtarışını dayandırmışdır.Ruslana ərizə yazmağa köməklik etmiş və hakim Tahirə xanım ərizəyə baxaraq Xalidin üzərinə qoyulmuş məhdudiyyəti götürmüşdür.Daha sonra tələkarlarla borclular özləri razılaşaq, bu barədə ərizə vermişlər, nəticədə icra işinin icraatına xitam verilməsi barədə qərar qəbul olunmuşdur. Məhkəmədə elan olunmuş Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə xx.xx.2019-cu il tarixdə məsuliyyətə cəlb olunaraq Abşeron RPİ-də barəsində Azərbaycan Respublikası CM-in 178.2.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2019-cu il tarixdə məhkəməyə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 sentyabr 2008-ci il tarixli 1-115/2008 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 213.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 05/09/S/142851-23 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, himayəsində az yaşlı uşaqları vardır. Təqsirləndirilən şəxsin zərərçəkmişə dəymiş zərəri tam ödəməsi və himayəsində azyaşlı uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsin həbsdə olduğu bir ay altı gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclasında həbsdən dərhal azad edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli,həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasının əvvəli onlarn cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə üç il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu bir ay altı gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində iki il doqquz ay on səkkiz gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclasında həbsdən dərhal azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, həmin qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə yazılmışdır. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-6/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-6/2024
16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver