Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-6/2025 11.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Yetkinlik yaşına çatmayan, xx.xx.2007-ci ildə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmayan, fərdi əməklə məşğul olan (yemək paylayan), Neftçala rayonu, Xıllı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq və döyüş sursatını talama cinayət əməlini törətməyə görə ittiham verilmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədilə ünvan 1 ünvanında yaşayan qohumları Zərərçəkmiş şəxs və Şahid yaşadıqları evdən oğurluq etmək qərarına gəlib 2024-cü il iyulun 24-də saat 15 radələrində ev sahiblərinin evdə olmadığından istifadə edərək qanunsuz olaraq Zərərçəkmiş şəxs həyətinə daxil olub bir gün əvvəl həmin evdə qonaq qismində olarkən oğurluq etmək məqsədilə əvvəlcədən gizli yolla əldə etdiyi qapı açarı ilə evin ikinci mərtəbəsindəki otağın giriş qapısını açıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olaraq paltar dolabındakı rəflərdə yataq dəstinin arasında saxlanılan Zərərçəkmiş şəxs məxsus həmin tarixdə 340 manat ekvivalentində olan 200 ABŞ dolları və 150 manat nağd pul vəsaitini, həmin otaqdakı sandıqda saxlanılan cəmi 2621,0 manat dəyərində, ayrı-ayrılıqda 8,0 manat qiymətində 32,16 qram çəkidə sarı rəngli qiymətsiz metal ərintisindən hazırlanmış 1 ədəd qolbağını, 348,0 manat qiymətində 4,09 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “583” damğası olan 01 ədəd üzüyü, 585,0 manat qiymətində 6,88 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “583” damğası və 1 ədəd qırmızı çalarlı Korund qrup qaşlara aid 1 ədəd qaşı olan 01 ədəd üzüyü, 238,0 manat qiymətində 2,80 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “583” damğası və qiymətsiz rəngsiz şəffaf qaşları olan 01 ədəd üzüyü, 246,0 manat qiymətində 2,89 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “583” damğası və qiymətsiz rəngsiz şəffaf qaşları olan 01 ədəd üzüyü, 600,0 manat qiymətində 6,65 qram çəkidə 900 əyarlı qızıldan, asılqan hissəsi isə 700 əyarlı qızıldan hazırlanmış üzərində “5 RUBLEY 1877” və s. yazıları olan 01 ədəd 5-lik sikkə-kulonu, 254,0 manat qiymətində 2,99 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “583” damğası olan 01 cüt sırğanı, 342,0 manat qiymətində 4,02 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində “585” damğası olan 01 cüt sırğanı, həmin otaqdakı güzgülü dolabın gözündə saxlanılan cəmi 12 manat qiymətinə 3 ədəd “Kent-4” markalı siqaret qutusunu, ümumilikdə 3123 manat dəyərində əmlakı, həmçinin həmin dolabda saxlanılan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların ştat patronları olan, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan 2 ədəd patronu gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Salyan şəhərində fəaliyyət göstərən “Terrasa” kafesində ofisiant işləyir. ünvan 1 ünvanında bibisi Zərərçəkmiş şəxs və onun oğlu Elmarın evindən oğurluğu özü etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, bir gün əvvəl bibisi Vicuzənin evinə qonaq kimi getmişdir. Həmin gün masanın üzərində olan açarı götürərək evdən çıxıb getmişdir. Ev iki mərtəbəlidir. Evdən qızıl, pul, siqaret və patron götürərək aparıb “Kür” oteldə otaqda bir gün saxlamışdır. Evdən oğurluq edib çıxan zaman onu heç kim görməmişdir. Pulların harada olduğunu əvvəldən bilməmiş, evi axtararaq tapmışdır. Patronu bəzək əşyası kimi götürmüşdür. Polis əməkdaşları gəlib ondan qızıl əşyalarının və pulun yerini soruşduqdan sonra, polis əməkdaşları ilə birlikdə “Kür” otelə getmişdir. “Kür” oteldə gizlətdiyi qızıl əşyalarını, pulu, siqareti və patronu polis əməkdaşlarına təhvil vermişdir. Etdiyi oğurluqdan ailə üzvləri və iş yoldaşlarının xəbəri olmamışdır. Götürdüyü 200 ABŞ dollarını bibisi Vicuzəyə qaytarmışdır. Lakin 150 manat pulu isə telefonun təmirinə xərcləmişdir. Mütəmadi olaraq bibisinin evinə gedib-gəlmişdir. Bibisindən pul istəyən zaman bibisi ona pul vermişdir. Heç bir vaxt “Kalaşnikov” markalı silahı əlinə almamışdır. Patronun nə olduğunu şəkillərdən bilmişdir. Patronun istifadəyə yararlı olub-olmaması barədə məlumatı olmamışdır. Törətdiyi əməldən peşmandır. Dəymiş ziyanı ödəmiş və zərər çəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Abzərə babasının adını qoymuşlar. Oğlu Şahid ilə birlikdə ünvan 1-da yaşayır. Salyan şəhərindəki “Kür” otelində xadimə işləyir. Yaşadığı evin həyətində oğlu Elmarla iş gördükləri zaman, oğlu Elmar evə siqaretini götürmək üçün çıxmış, geri qayıdaraq siqaretinin yerində olmadığını bildirmişdir. Bir gün əvvəl Abzər onların evində qaldığı üçün oğlu Elmar siqaretin Abzər tərəfindən götürülə biləcəyini düşündüyündən onun dalınca getmişdir. Daha sonra o, evə çıxmış pul qabısında pulunun olmadığını gördükdən sonra digər otaqda olan sandığın içərisini açıb baxmış və qızılların yerində olmadığını gördükdən sonra Abzərin işlədiyi “Terassa” restoranına getmişdir. Ondan pulların və qızıl əşyalarının yerini soruşduqda o bu barədə məlumatı olmadığını bildirmişdir. Qızıl əşyaları və 200 ABŞ dolları Abzər tərəfindən ona geri qaytarılsa da, 150 manat pulu geri qaytarmamışdır. O, həmin pulu tələb edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, evdən çıxarkən həmişə masa üzərində saxladığı evin qapı açarlarını tapmamış, işə gecikdiyi üçün açarları axtarmamışdır, düşünmüşdür ki, onsuz da oğlu Elmar evə ondan tez gəlir və o, işdən evə gəldikdə qapıda qalmayacaqdır. Elmarın evdə patron saxlaması ilə bağlı məlumatı olmamışdır. Evindən oğurlanmış qızılların bəziləri qızına məxsusdur. Qızı kirayədə yaşadığı üçün qızıllarını saxlamaq üçün ona vermişdir. O və oğlu Elmar qardaşı oğlu Abzər ilə söhbət edib evdən oğurladığı qızılları qaytarmasını, kimə satıbsa onun adını deməsini dəfələrlə desələr də heç bir nəticəsi olmamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona olan 150 manat borcunu da artıq ödəmişdir. Abzərdən heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dayısı oğludur. Onların münasibətləri normal olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Patronu atasının qəbrini ziyarət üçün Salyan şəhər qəbiristanlığına gedərkən yerdən tapmışdır. Patronları evdə hansı yerə qoyduğunu sonradan unutmuşdur. Abzər onların evinə girərək evdəki dolabdan qızıl-zinət əşyaları və pul oğurlamışdır. Oğurladığı pulu və qızıl zinət əşyalarını geri qaytarmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Abzər onların evinə masanın üzərində olan açarı götürdüyü üçün qapını açaraq girmişdir. Oğurlanan əşyalardan siqaret və patron ona məxsus olmuşdur. Başqa bir şəxslə düşmənçilikləri və ədavətləri olmadığı üçün oğurluq hadisəsi ilə bağlı ilk dayısı oğlundan şübhələnmişdir. Oğurluq hadisəsi 23 iyul 2024-cü il tarixdə baş vermişdir. Hadisədən 2 3 gün əvvəl Abzər onlara gəlmiş, bir gecə onlarda qalmışdır. Evlərində olan oğurluq hadisəsində ilk Abzərdən şübhələndiyi üçün ona məxsus olan mobil nömrəyə zəng etsə də, o telefonu açmamışdır. Abzər telefonu açmadığı üçün onun iş yerinə “Terrasa” restoranına getmiş, evlərinə gələnə kimi yol boyu onunla söhbət edərək, evlərinin açarlarını götürüb-götürmədiyini soruşmuşdur. Abzər ona açarı götürmədiyini, nə də evdən oğurluq etmədiyini bildirmişdir. O da məcbur olaraq Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Polis əməkdaşlarının araşdırması zamanı evlərindən edilmiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədildiyi məlum olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs və kiçik qızı Məsmə ilə birlikdə Neftçala rayonu Xıllı qəsəbəsində yaşayırlar, orada yerləşən “İstisu” sanatoriyasında xadimə işləyir. Mərhum əri 2 il əvvəl vəfat etmişdir. Abzər Salyan şəhərindəki “Terrasa” kafesində ofisiant işləmiş və Salyan şəhərində qalmışdır. O, yay tətili ilə bağlı 2 günlük işdən icazə alıb qohumlarına baş çəkmək üçün iyulun 24-də Salyan şəhərinə gəlib “Kür” otelində yerləşmişdir. Salyan şəhər sakini Zərərçəkmiş şəxs onun baldızıdır, yəni mərhum ərinin bacısıdır, Elmar isə baldızının oğludur, həmişə mehriban olmuşlar, aralarında heç vaxt ədavət və ziddiyyət olmamışdır. O, oğlu Abzərin bibisinin evindən oğurluq etdiyini iyulun 27-də günorta saatlarında Salyan RPŞ-nə dəvət edildikdə bilmişdir. Belə ki, polis şöbəsində oğlu Abzər onun iştirakı ilə izahat verərkən bildirmişdir ki, bibisinin evindən qızıl-zinət əşyaları, pul və siqaret oğurlamışdır, həmin əşyaları gətirib onun “Kür” otelində qaldığı otaqda öz əşyalarının arasında gizlətmişdir. Daha sonra o, polis əməkdaşları və oğlu Abzər ilə birlikdə “Kür” otelinə gəlmişlər və burada Abzər onun qaldığı otaqda içərisində öz paltarları olan sellofan paketdə gizlətdiyi bibisinin evindən oğurladığı 4 ədəd qızıl qadın üzüyünü, 2 cüt qızıl sırğa dəstini, 1 ədəd beşlik qızıl kulonu, 1 ədəd qadın bilərziyini, 200 ABŞ dollarını, 11 manat pulu və 2 ədəd avtomat patronunu polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 28 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsilə cinayət işi başlanaraq istintaq edilməsi qərara alınmışdır. Cinayət işinin 4-cü vərəqində olan Şahid tərəfindən Salyan RPŞ-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, xx.xx.2024-cü il tarixdə ona məlum olmuşdur ki, yaşadığı evdən anasına məxsus qızıl-zinət əşyaları, 200 ABŞ dolları, 150 manat pul naməlum şəxs tərəfindən ona məlum olmayan vaxt və şəraitdə oğurlanmışdır. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Baş vermiş oğurluq nəticəsində onlara təxminən 2500 manat ziyan dəymişdir. Cinayət işinin 8-12-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması” barədə protokoldan və 06 ədəd fotoşəkildən görünür ki, Elmar Ələsgərov və Zərərçəkmiş şəxs qızıl-zinət əşyaları, pul vəsaitləri, “Kent-4” markalı siqaretin olduğu yerləri göstərmişdir. Cinayət işinin 18-22-ci vərəqlərində olan xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan və 06 ədəd fotoşəkildən görünür ki, xx.xx.2024cü il tarixdə Salyan şəhərindəki fəaliyyət göstərən “Kür” otelinin otağında Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmış anası Qanuni nümayəndə və hal şahidlərinin iştirakı ilə qohumu Zərərçəkmiş şəxs evindən oğurladığı 4 ədəd qızıl qadın üzüyünü, 2 cüt qızıl sirğa dəstini, 1 ədəd beşlik qızıl kulonu, 1 ədəd qadın bilərziyini, 200 ABŞ dollarını, 11 manat pulu, qapı açarını və 2 ədəd avtomat patronunu polis əməkdaşlarına təqdim etmişdir. Cinayət işinin 29-cu vərəqində olan 27 iyul 2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması qərara alınmışdır. Cinayət işinin 30-cu vərəqində olan Salyan RPŞ-nin İB-nin müstəntiqi İlqar İsmayılovun tərtib etdiyi “tutma haqqında məlumat”dan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2024-cü il tarixdə saat 13:30-da Salyan RPŞ-nin İB-də tərəfindən şübhəli şəxs qismində tutularaq Salyan RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 38-ci vərəqində olan “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 27 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlıq hüququ 27 iyul 2024-cü il tarixdə saat 12:00-da məhdudlaşdırılmış, 27 iyul 2024-cü il tarixdə, saat 13:30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 66-69-cu vərəqlərində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 24/1293 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 02 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların ştat patronudur, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Cinayət işinin 70-71-ci vərəqlərində olan 29 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan olunmuşdur. Cinayət işinin 83-84-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Neftçala rayonu, Aşağı Xıllı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 87-ci vərəqində olan “təqsirləndirilən şəxsin X3n azad edilməsi haqqında” 29 iyul 2024-cü il tarixli qərardan görünür ki, Salyan RPŞ-nin X3 saxlanılan Təqsirləndirilən şəxs tutulmadan azad olunmuşdur. Cinayət işinin 100-103-cü vərəqlərində olan xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan və 06 ədəd fotoşəkildən görünür ki, Elmar Ələsgərov qanunu nümayəndəsi və müdafiəçisinin iştirakı ilə ifadəsi yerində yoxlanılmış və oğurladığı qızıl-zinət əşyaların, pul vəsaitlərinin, “Kent-4” markalı siqaretin və 2 ədəd patronun olduğu yerləri göstərmişdir. Cinayət işinin 110-cu vərəqində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 114-cü vərəqində olan Azərbaycan Respublikası “TƏBİB” X4 “Neftçala Rayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji dispanser qeydiyyatlarında yoxdur. Cinayət işinin 117-118-ci vərəqlərində olan Neftçala Rayon İcra Hakimiyyəti Başçısının Xıllı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əhədov X2 rayonu, Xıllı qəsəbəsində ailəsi ilə birlikdə yaşayır və yaşadığı dövrdə barəsində Xıllı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin 121-ci vərəqində olan 06 sentyabr 2024-cü il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra istintaqa qaytarılmış 02 ədəd 7,62x39 mm kalibrli patronların demontaj olunmuş komponentləri işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin 123-126-cı vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 2257 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət hadisəsini adekvat olaraq qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində özündən uydurmağa meyillik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs əqli və psixi inkişafı normaya uyğun olmaqla, onda kənar təsir altına düşmə əlamətləri aşkar olunmur. Cinayət işinin 128-131-ci vərəqlərində olan Məhkəmə Ekspertizası Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4347-9/7060 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən məmulatların modeli və digər göstəriciləri nəzərə alınmaqla 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2621 manat müəyyən edilir. Həmin məmulatların ayrı-ayrılıqda adları və qiyməti rəyin cədvəl hissəsində göstərilmişdir. Qərarda göstərilən 01 qutu “Kent-4” markalı siqaretin 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada 4 manat müəyyən edilir. Cinayət işinin 133-cü vərəqində olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, qardaşı oğlu Təqsirləndirilən şəxs bağışlamış, cinayət nəticəsində ona vurulmuş maddi zərərin tam olaraq ona ödənilmiş, ona qarşı heç bir tələb və şikayəti yoxdur, onunla barışmışdır. Cinayət işinin 143-144-cü vərəqlərində olan 19 sentyabr 2024-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 232.1-ci maddələrində nəzərdə tutulan ittiham yenidən elan olunmuşdur. Cinayət işinin 157-ci vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, evindən oğurlanmış iki cüt qızıl sırğaları, dörd ədəd qızıl üzüyü, bir ədəd beşlik qızıl klonu, bir ədəd bilərziyi, iki yüz dollar pulu, 11 manat pul və evinin qapı açarını təhvil almışdır. Bununla bağlı heç bir tələb və şikayəti yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafından başqa, iş üzrə dindirilmiş zərər çəkmiş şəxs və şahid ifadəsi, baxış və götürmə protokolu, ona əlavə edilmiş fotocədvəl, ifadənin yerində yoxlanılması protokolu, ona əlavə edilmiş bir ədəd CD disk və digər istintaq sənədləri ilə onlara tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 232.1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödənilməsi, zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 232.1-ci maddəsinə əsasən, odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama, yaxud hədə-qorxu ilə tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini və Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və barəsində həmin Məcəllənin 70-ci maddəsinin tətbiq olunaraq təyin edilmiş cəzanın sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbayjan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.4-cü bəndlərinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamının 13, 13.3 və 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Cinayət Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayan şəxslər hesab olunur. Cinayət Məcəlləsinin 84.2 və 85.1.4-cü maddələrinə əsasən yetkinlik yaşına çatmayanlar cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edə bilər. Cinayət Məcəlləsinin 86.1-ci maddəsinin tələbinə əsasən “yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır”. “Uşaq hüquqları haqqında” Konvensiyanın 1-ci bəndində göstərilir ki, uşaqlar barəsində bütün tədbirlərdə diqqət uşaq mənafeyinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbir sosial təminat məsələləri ilə məşğul olan dövlət idarəsi və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 37-ci maddəsinin b) bəndində göstərilir ki, “heç bir uşaq qanunsuz və ya özbaşına azadlıqdan məhrum edilməsin. Uşağın həbsə alınması, tutulması və ya həbsxanaya salınması qanunauyğun həyata keçirilir və yalnız son tədbir kimi və mümkün qədər daha qısaolan müddət ərzində tətbiq edilir”. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Plenumunun 30 iyun 2008-ci il tarixli qərarının 11-ci bəndində göstərilir ki, “Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələləri həll edərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa həmçinin Cinayət Məcəlləsinin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsri və s.) nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdır ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təyin olunacaq cəzanın real olaraq çəkilməsini ona görə məqsədəmüvafiq hesab etmir ki, ona real cəzanın təyin edilməsi ədalətli və humanist olmamaqla törədilmiş cinayətlə cəza arasında balansın pozulmasına, onun özünün və ailəsinin məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Bu səbəbdən də məhkəmə hesab edir ki, onun barəsində təyin olunmuş cəzanın şərti hesab olunması tam ədalətli və humanist olmaqla onun islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün kifayətdir və bu halda cinayətlə cəza arasındakı balans tam təmin olunar, gələcəkdə belə hərəkətlərin edilməsinin qarşısı alınar. Cinayət qanunun mənasına görə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimaitəhlükəllik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Konkret bu halda təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb, şəxsiyyəti müsbət cəhətdən səciyyələndirilir, zərər çəkmiş şəxslə barşıq əldə olunmuşdur. Cinayət qanunun tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəllik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bütün bu qeyd olunan hallar ona dəlalət edir ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs real olaraq çəkilməsi üçün azadlıqdan məhrum etmə cəzasının tətbiq olunması ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün olmaz. Ona görə də təyin olunacaq azadlıqdan məhrum etmə cəzası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla şərti hesab olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, “islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər”. Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən, “məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır”. Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir”. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “30” aprel 2021-ci il tarixli qərarının 2.21-ci bəndində göstərilmişdir ki, qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” 2.22. Qərarın 26-cı bəndinin 3-cü abzası aşağıdakı redaksiyada verilsin: “Şərti məhkum edilmiş şəxs, o cümlədən Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə uyğun olaraq barəsində sınaq müddətinin ən yuxarı həddi təyin edilmiş şəxs üzərinə düşən vəzifələri yerinə yetirməkdən boyun qaçırdığına və ya ictimai qaydanı pozduğuna görə inzibati tənbehə məruz qalmışsa məhkəmə Cinayət Məcəlləsinin 71.1-ci maddəsində göstərilən dövlət orqanının təqdimatı əsasında onun davranışını və şəxsiyyətini səciyyələndirən başqa məlumatları da nəzərə alaraq sınaq müddətini bir ildən çox olmayaraq uzada bilər.” Ona görə Təqsirləndirilən şəxs maddənin sanksiyasında göstərilən hədlərdə cəza təyin edilən zaman faktiki həbsdə olduğu (27-29 iyul 2024-cü il tarixləri üzrə tutulduğu iki gün) müddət təyin edilmiş cəzadan çıxılmamalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il, 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, ibtidai istintaq dövründə tutulduğu 2 (iki) gün müddət onun cəzasından çıxılmamalı, Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il, 1 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməli və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalı, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı və iş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul CPM-nin 198.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış - 2 (iki) ədəd atəşə yararlı patronların demontaj olunmuş komponentlərinin Salyan Rayon Məhkəməsinin 1(057)- 142/2024, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası DİN-in Təchizat İdarəsinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış - 1 (bir) ədəd üzərində iri qırmızı rəngli qaşı olan setka qadın qızıl üzüyü, 1 (bir) ədəd üzərində ağ rəngli xırda qaşları olan qadın qızıl üzüyü, 1 (bir) ədəd üzərində ağ rəngli xırda qaşları olan kəpənək formalı qadın qızıl üzüyü, üzərində qaşları olmayan qızıl qadın nişan üzüyü, üzərində qaşları olmayan 2 (iki) cüt qızıl qadın sırğa dəsti, 1 (bir) ədəd üzərində “5 rubley 1877” sözləri yazılmış qızıl kulon, 1 (bir) ədəd sarı rəngli qiymətsiz metaldan hazırlanmış qadın bilərziyi, 200 ABŞ dolları, 11 manat, 1 (bir) ədəd kilid açarının ibtidai istintaq dövründə zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il, 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 3 (üç) il, 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il, 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təyin edilmiş cəzaçəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Neftçala rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanun qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - 2 (iki) ədəd atəşə yararlı patronların demontaj olunmuş komponentlərinin Salyan Rayon Məhkəməsinin 1(057)-142/2024, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası DİN-in Təchizat İdarəsinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış - 1 (bir) ədəd üzərində iri qırmızı rəngli qaşı olan setka qadın qızıl üzüyü, 1 (bir) ədəd üzərində ağ rəngli xırda qaşları olan qadın qızıl üzüyü, 1 (bir) ədəd üzərində ağ rəngli xırda qaşları olan kəpənək formalı qadın qızıl üzüyü, üzərində qaşları olmayan qızıl qadın nişan üzüyü, üzərində qaşları olmayan 2 (iki) cüt qızıl qadın sırğa dəsti, 1 (bir) ədəd üzərində “5 rubley 1877” sözləri yazılmış qızıl kulon, 1 (bir) ədəd sarı rəngli qiymətsiz metaldan hazırlanmış qadın bilərziyi, 200 ABŞ dolları, 11 manat, 1 (bir) ədəd kilid açarının ibtidai istintaq dövründə zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. İş üzrə ekspertiza xərci 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 30 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 180 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-6/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-6/2025
11.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver