Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-60/2023 22.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 vasitəsi ilə əldə etdiyi Şahid4 adına olan +**********38 mobil nömrə vasitəsi ilə özünə məxsus Redmi NOT 8 telefonunda "xxxx" ASC-nin məhsulu olan "bir bank" tətbiqi yaradaraq xx.xx.2022-ci il tarixdə saat 18 radələrində oğlu Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC-yə aid 4169 7416 0413 5176 şifrəli plastik pul kartında pul olub-olmadığını yoxlatdırmaq məqsədi ilə ona müraciət etmiş həmkəndlisi Nümayəndə verdiyi kartı bankomatda yoxlayaraq guya kartda pul olmadığını sonuncuya bildirdikdən sonra, kartın üzərindəki 16 rəqəmli şifrəni yadında saxlayaraq ertəsi gün, yəni 2022-ci il iyulun 28-də saat 13:24:26-da Salyan rayonu, Kərimbəyli kəndində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs1 adına olan həmin kartdan yaratdığı "bir bank" tətbiqinə 200 manat pulu köçürməklə oğurlayıb talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Şahid2 vasitəsi ilə əldə etdiyi Şahid4 adına olan +**********38 mobil nömrə vasitəsi ilə özünə məxsus Redmi NOT 8 telefonunda "xxxx" ASC-nin məhsulu olan "bir bank" tətbiqi yaradaraq xx.xx.2022-ci il tarixdə saat 18 radələrində oğlu Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə aid 4169 7416 8966 5337 şifrəli plastik pul kartında pul olub-olmadığını yoxlatdırmaq məqsədi ilə ona müraciət etmiş Salyan rayonu, Kərimbəyli kəndində yaşayan Şahid1 ona verdiyi kartı bankomatda yoxlayaraq guya kartda pul olmadığını sonuncuya bildirdikdən sonra, kartın üzərindəki 16 rəqəmli şifrəni yadında saxlamaqla ertəsi gün, yəni xx.xx.2022-ci il tarixdə saat 13:29:10-da Salyan rayonu, Kərimbəyli kəndində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs2 məxsus həmin kartdan yaratdığı "bir bank" tətbiqinə 200 manat pulu köçürməklə oğurlayıb talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 200 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə özünə məxsus Redmi NOT 8 telefonunda Şahid2 vasitəsi ilə əldə etdiyi Şahid4 adına olan +**********38 və öz istifadəsində olan +**********84, +**********68 mobil nömrələr vasitəsi ilə "xxxx" ASC-nin məhsulu olan "bir bank" tətbiqi yaradaraq, əvvəllər onunla Salyan rayonu, Qarabağlı kəndində yerləşən çörək bişirmə sexində işləmiş Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə aid 4169 7414 3611 5875 şifrəli plastik pul kartının üzərindəki həmin 16 rəqəmli şifrəni əzbərləyib yadında saxlayaraq, 2022-ci il 30 avqust tarixdə saat 23:36:03də Salyan rayonu, Kərimbəyli kəndində elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs3 məxsus həmin kartdan Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan tanışı Şahid5 adına olan 416973******1081 nömrəli karta 269 manat məbləğində pulu köçürüb oğurlamaqla talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 269 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə özünə məxsus Redmi NOT 8 telefonunda özünün istifadəsində olan +**********84, +**********68 mobil nömrələr vasitəsi ilə "xxxx" ASC-nin məhsulu olan "bir bank" tətbiqi yaradaraq xx.xx.2022-ci il tarixdə saat 18 radələrində öz adına olan "xxxx" ASC-yə məxsus 4169 7416 6461 3120 şifrəli plastik pul kartında pul olub-olmadığını yoxlatdırmaq məqsədi ilə ona müraciət etmiş Salyan rayonu, Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs4 verdiyi kartı bankomatda yoxlayaraq guya kartda pul olmadığını sonuncuya bildirdikdən sonra kartın üzərindəki 16 rəqəmli şifrəni yadında saxlayaraq, elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə etməklə 2022-ci il 15 sentyabr tarixdə Salyan rayonu, Kərimbəyli kəndində saat 09:38:14-də 89 manat 19 qəpik, 2022-ci il 16 sentyabr tarixdə saat 03:16:19-da 76 manat 58 qəpik, saat 03:30:46-da 69 manat 35 qəpik və saat 03:48:30-da 69 manat 35 qəpik, cəmi 304 manat 47 qəpik pulu Zərərçəkmiş şəxs4 adına olan həmin kartdan nəğdsiz mədaxil və bir kart tətbiqi ilə kartdan karta köçürmə yolu ilə oğurlayıb talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 304 manat 47 qəpik məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşayır. Atası ilə qardaşı hazırda cəzaçəkmə müəssisəsində cəza çəkirlər, anası isə yataq xəstəsi olduğundan özü ona qulluq edir. Əvvəllər Bakı şəhərində otel sistemində ofisiant kimi işləmiş, həmin vaxtlarda əslən Neftçala şəhərindən olan, lakin hazırda Salyan şəhərində yaşayan Şahid2 və Salyan rayon sakini Şahid3 ilə tanış olmuş, son bir ildə onun İlahə ilə arasında yaxın münasibətləri yaranmışdır. Təxminən 7-8 ay əvvəl anasının xəstəliyi və onun kənddəki evlərində tək qaldığından Bakı şəhərindən rayondakı evlərinə qayıtmış, kəndə qayıtdıqdan sonra da iş tapa bilmədiyindən heç bir yerdə işləməmişdir. Qonşu Qarabağlı kəndində yaşayan Müzəffər adlı qəssabın xahişinə əsasən boş vaxtlarında hərdən bir onun qəssab dükanına gedib orada ona kömək etmişdir. Müzəffərin qəssab dükanının yaxınlığındakı "Azər" marketin yanındakı "Kapital Bank”ın naqdlaşdırma terminalından kənd sakinləri öz əmək haqqlarını və pensiyalarını çıxarmaq üçün istifadə etmiş, bəzən kənd sakinləri bu məsələdə çətinlik çəkdikdə ona müraciət etdikləri üçün o da bu şəxslərin pullarını kart vasitəsi ilə bankomatdan çxararaq onların özlərinə vermişdir. Təxminən 2022-ci ilin avqust ayında pulsuz olduğundan kənd sakinlərinin hesabından pul oğurlamaq qərarına gəlmiş, bu məqsədlə əvvəlcə tanışı İlahədən ona təzə bir mobil telefon nömrəsi tapıb verməsini xahiş etmiş, həmin vaxt İlahəyə mobil nömrənin ona nə üçün lazım olmasını deməmiş, İlahə soruşanda mobil nömrənin onun özünə lazım olduğunu bildirib İlahədən alacağı nömrəni öz adına götürməməsini xahiş etmişdir. İlahə də bir söz deməyib bir neçə gündən ona ***-***-**-** mobil nömrəsini vermiş, o da həmin nömrədən istifadə etməklə özünə məxsus Redmi NOT 8 telefonunda ***-***-**-** nömrəli "bir bank" tətbiqi yaratmışdır. Daha sonra isə ona müraciət etmiş kənd sakinlərinin kartlarından pullarını çıxarıb onlara verərkən kartların üzərində olan 16 rəqəmli şifrəni əzbərləyib yadında saxlamış, sonra həmin şifrəni öz telefonundakı "bir bank" tətbiqinə yükləyərək onun vasitəsi ilə ayrı-ayrı vətəndaşlara məxsus hesablara girib vətəndaşların hesablarından çıxardığı pulları əvvəlcə telefonda yaratdığı virtual karta, oradan isə öz hesabına yükləyərək əldə etdiyi pullardan öz şəxsi məqsədləri üçün istifadə etmişdir. Mobil telefonda virtual kart yaratmaq üçün əvvəlcə bir neçə Gmail yaratmaq lazım gəlmiş, bunları yaradandan sonra isə artıq hər Gmail üçün bir virtual kart yaratmaq mümkün olmuşdur. Virtual kartlar yaradıldıqdan sonra isə hesablardan çıxarılan pullar onlara yüklənmişdir. Bu qayda ilə o, ayrı ayrı vaxtlarda 4 şəxsin pul kartından, o cümlədən Zərərçəkmiş şəxs2 kartından 200 manat, Nümayəndə kartından 200 manat, Zərərçəkmiş şəxs4 kart hesabından 304 manat və Zərərçəkmiş şəxs3 kartından isə 269 manat pul oğurlamış, Zərərçəkmiş şəxs3 kartından çıxardığı pulları əvvəllər onunla bir oteldə işləmiş tanışı Elnurun adına olan karta yükləyib sonradan həmin kartdan çıxarmış, Elnurun bundan xəbəri olmamış, həmin dövrdə Elnurdan kartını xahiş edib bir neçə günlüyə almış, kartı alarkən də Elnura ona pul göndəriləcəyini, lakin kartının üstündə olmadığını demiş, Elnur da onun bu sözlərinə inanıb öz kartını ona vermişdir. Həmin oğurluqları hamısını o, yaşadığı Salyan rayonu, Kərimbəyli kəndində olarkən tək etmiş və onun bu oğurluqlarından kiminsə xəbəri olmamışdır. Oğurladığı pulları da anasına dərman alınmasına və öz ehtiyaclarına xərcləmişdir. Bunlardan başqa o, digər heç bir oğurluq hadisəsi törətməmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsini qeyd edərək, zərər çəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, zərər çəkmişlərin ona qarşı heç bir şikayət və tələblərinin olmadıqlarını nəzərə alaraq barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsi, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi, zərər çəkmiş şəxslərin və şahid ifadələri, eləcə də işin biri digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşayır və özüdə heç bir yerdə işləmədiyindən 630 manat ünvanlı sosial yardım alır. Hər ay həmin pullar onun öz adına olan plastik karta köçürülür. 2022-ci il 27 iyul tarixində səhhətində problem olduğundan anası Tamara kəndlərindəki "xxxx"a məxsus bankomat qurğusunun yanına getmiş, anası yaşlı olduğundan və kartdan pul çıxara bilmədiyindən həmin vaxt orada yaxınlıqda olan həmkəndlisi Təqsirləndirilən şəxs ona məxsus kartını bankomatda yoxlamasını xahiş etmişdir. Safa da kartı alıb bankomat qurğusuna yaxınlaşıb kartı yoxladıqdan sonra anasına karta hələlik pulun yüklənmədiyini və bu səbəbdən də kartda pul olmadığını bildirmişdir. Səhəri günü, yəni 28 iyul 2022-ci il tarixdə, axşam saatlarında özü gedib kartını bankomatda yoxlatdıranda kartının bloklanması ona məlum olmuş, ona görə də, dərhal 196 "Qaynar Xətt"inə zəng vurub bunun səbəbi ilə maraqlandıqda oradan ona kartının üzərində olan şifrə vasitəsi ilə kiminsə özünə "birbank" açaraq kartına yüklənmiş pullardan 200 manatını başqa hesaba keçirdiyini bildirmişlər. "Qaynar Xətt"dən bununla bağlı hara müraciət edə biləcəyini soruşanda oradan ona rayon polis şöbəsinə müraciət etməli olduğunu bildirmişlər. O da Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etməzdən əvvəl Safanı tapıb ondan pul kartından 200 manat pul çıxarıldığını və bu işdə ondan şübhələndiklərini bildirdikdə Safa ona bu işdən xəbəri və məlumatı olmadığını, 200 manat pulunu da götürmədiyini bildirmişdir. Ona görə də, Salyan RPŞ-nə gələrək bu barədə yazılı ərizə ilə şöbəyə müraciət etmiş, şöbədə sorğu zamanı o, həmin hadisənin baş verməsində həmkəndlisi Safadan şübhələndiyini bildirmiş, Safadan şübhələnməsinə əsas isə məhz anasının ona məxsus kartı bankomatda yoxlamaq üçün Safaya verəndən sonra bu hadisənin baş verməsi olmuşdur. Sonradan ona məlum olmuşdur ki, həqiqətən də həmin hadisəni Safa törədib və ona məxsus 200 manat pulunu da kartından Safa oğurlayıb. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Kommunsit oğlunun qanunu nümayəndəsi Nümayəndə göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşayır və oğlu da İİ qrup əlil olmaqla 180 manat pensiya, 597 manat isə ünvanlı sosial yardım alır. Həmin pullar oğlunun adına olan plastik karta köçürülür. 2022-ci il 27 iyul tarixdə o, pensiya pulunu və sosial yardımı almaq məqsədi ilə kəndlərindəki "Samir" şadlıq sarayının yanındakı "xxxx"a məxsus bankomat qurğusunun yanına getmiş, bankomatdan pul çıxarmaqda çətinlik çəkdiyindən yaxınlıqda olan Təqsirləndirilən şəxs xahiş etmişdir ki, kartı bankomatda yoxlasın. Safa da kartı alıb bankomat qurğusuna yaxınlaşmış, kartı yoxlayıb ona demişdir ki, karta hələlik pul yüklənməyib və bu səbəbdən də kartda pul yoxdur. Safa kartı alan zaman onun üzərindəki nömrəyə diqqətlə baxdığını və kartın üzərindəki nömrələri bir neçə dəfə oxuyub özü-özünə təkrarladığını gördüyü üçün səbəbini soruşanda Safa ona cavab verməyib oradan uzaqlaşıb getmiş, o isə evə qayıtmışdır. Səhəri günü, yəni 28 iyul 2022-ci il tarixdə saat 19 radələrində o, gedib kartını bankomatda yoxlatdıranda kartın bloklanmasını bilmiş, ona görə də, 196 "Qaynar Xətt"inə zəng vurub bunun səbəbi ilə maraqlandıqda ona kartının şifrəsi ilə kiminsə özünə "birbank" açdığını və karta yüklənmiş pullardan 200 manatını başqa hesaba keçirdiyini bildirmişlər. Ona görə də, şikayətçi olmuşdur. Məhkəmə iclasında Nümayəndə ərizə verərək təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşamaqla özü də kənd məktəbində müəllimə işləyir. Ona əmək haqqını almaq üçün məktəbdən "xxxx"a məxsus plastik kart verilmiş, həmin kartı da o, həmişə əl çantasında saxlamışdır. Təqsirləndirilən şəxs əvvəldən həmkəndli kimi tanımışdır. O həm də bir müddət Safa ilə kənddəki çörəkbişirmə sexində birlikdə işlədiyindən aralarında normal yoldaşlıq münasibəti də olmuşdur. xx.xx.2022-ci il tarixdə əmək haqqlarının karta köçürüldüyünü eşidib bilmiş, ona görə də, 31 avqust 2022-ci il tarixdə Salyan şəhərində olarkən kartından əmək haqqını çıxarmaq istəmiş, bu məqsədlə bankomat qurğusunda kartı yoxlayarkən ona məlum olmuşdur ki, kartına yüklənmiş 269 pul çıxarılmışdır. Həmin pulunu kimin çıxarmasını bilmədiyindən polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluğu Safa törədib və ona məxsus kartdan 269 manat pulunu oğurlayıb. O, Safanın ona məxsus kartın nömrəsini necə əldə etdiyini bilmir. Çünki heç vaxt kartını Safaya verməmiş, Safa onun kartından istifadə etməmişdir. Səfa tərəfindən ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Salyan rayonu, Qarabağlı kəndində yaşayır və özüdə hazırda 304 manat əmək pensiyası alır. Hər ay onun həmin əmək pensiyası öz adına olan plastik karta köçürülür. İyul ayında pensiyasını almaq məqsədi ilə yaşadığı kənddəki "xxxx"a məxsus bankomat qurğusunun yanına getmiş, pensiya kartını bankomata salanda kartda pul olmadığını bilmiş, bununla bağlı həmin aparatdan qəbzi çıxaranda ona məlum olmuşdur ki, pensiya kartına yüklənmiş 304 manat pul 2-3 dəfəyə kartından çıxarılmışdır. Bunu kimin etdiyini bilmədiyindən səhəri günü Salyan şəhərinə gəlib "xxxx"ın Salyan filialından bu məsələni yoxlatdırmaq istəyəndə bankdan ona bununla bağlı Salyan Rayon Polis Şöbəsinə müraciət etməli olduğunu bildirmişlər. Ona görə də, polis şöbəsinə gəlib bununla bağlı ərizə yazıb vermişdir. Sonradan ona məlum olmuşdur ki, həmin oğurluq hadisəsini Safa adlı şəxs törədib və ona məxsus 304 manat pulu da kartdan o, oğurlayıb. Ondan sonra yadına düşmüşdür ki, kartından pul oğurlanmazdan əvvəl onu bir neçə dəfə bankomatın yanında olan şəxslərə verib onlardan kartındakı pulu çıxarıb ona vermələrini xahiş etmiş, Safa da həmin vaxt kartının şifrəsini öyrənib bilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ərizə verərək, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 304 manat maddi ziyan tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını, xəstə olduğundan növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, əslən İmişli rayonunda olmaqla 2007-ci ildə Salyan rayonunda yaşayan X2 ərə gəlmiş və o vaxtdan da Salyan rayonunda yaşayır. Əri, İlqar Ağayev 2020-ci ildə rəhmətə getmiş və hazırda himayəsində 3 azyaşlı uşağı olduğuna görə dövlətdən sosial yardım alır. Salyan rayon sakinləri olan Təqsirləndirilən şəxs və Şahid2 təxminən 1 il olar ki, tanımış, onlarla yaxın münasibəti olmuşdur. Təxminən 2022-ci ilin iyul ayının axırlarında İlahə ona zəng vuraraq şəxsiyyət vəsiqəsini tapa bilmədiyini, ona hazırda təzə mobil nömrə lazım olduğunu bildirib onun üçün öz adına təzə bir mobil nömrə almağı xahiş etmiş, o da həmin vaxt İlahəyə sosial yardım aldığından öz adına ikinci mobil nömrə ala bilməyəcəyini deyəndə İlahə çox xahiş etdiyindən ona "problem yoxdur, gələrsən Salyandakı Azərcellin qarşısına, orada görüşüb sənə təzə nömrə təşkil edib verərəm" deyə cavab vermişdir. İlahə razılıq verəndən sonra həmin gün Salyan şəhərinin mərkəzində onunla görüşmüş, həmin vaxt yanında öz uşağı ilə parka gəzməyə gəlmiş Xəyalə adlı rəfiqəsi də olmuşdur. İlahə onların yanına gələndən sonra onu Xəyalə ilə də tanış etmiş, sonra İlahə çıxarıb ona 5 manat pul vermiş və o da uşaqlara baxmasını İlahədən xahiş edib özü Xəyalə ilə birlikdə yaxınlıqdakı Azercellin mağazasına girmişdir. Orada Xəyalənin adına bir təzə mobil nömrə alıb sonra onu gətirib parkda İlahəyə vemiş, İlahə də buna görə onlara öz təşəkkürünü bildirdikdən sonra onlardan ayrılıb getmişdir. İlahə ondan özü üçün təzə mobil nömrə almağı xahiş edəndə o həmin nömrənin ona nə üçün lazım olmasını bilməmiş və bu barədə İlahə ona heç nə deməmiş, İlahənin həmin nömrəni Safa üçün aldığını da bilməmişdir. Safanın Xəyalənin adına aldığı nömrə ilə cinayət edəcəyini ağlına belə gətirməmiş və bu barədə heç bir məlumatı da olmamışdır. Sadəcə olaraq həmin vaxtlarda İlahə ilə münasibəti yaxşı olduğundan onun bu xahişini yerinə yetirmiş və buna görə də nə dərəcədə səhv iş tutduğunu sonradan başa düşməklə tutduğu bu əməlindən də çox peşman olmuşdur. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbi barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Salyan şəhərində kirayədə yaşayır. Salyan rayon sakinləri olan Təqsirləndirilən şəxs və Şahid3 təxminən 1 il olar ki, tanımış və onlarla yaxın münasibəti olmuşdur. Təranə ilə hazırda münasibətləri pisləşsədə Safa ilə dostluğu davam edir. İmkan olanda hər hansı bir məsələnin həllində onlar biri-birlərinə kömək edirlər. Təxminən 2022-ci ilin iyul ayının axırlarında Safa ilə növbəti görüşü zamanı Safa ondan öz adına olmayan bir mobil nömrə tapmağı xahiş etmiş, həmin vaxt təəcüblənərək ondan nə üçün belə nömrə tapmağını xahiş etməsinin səbəbini soruşanda Safa ona bir adamla onun ciddi söhbətinin olduğunu, öz adına olan mobil nömrə ilə həmin şəxslə danışmaq istəmədiyini, tapacağı nömrənin ona nə üçün lazım olması barədə isə sonra ona məlumat verəcəyini demişdir. O da Safanın bu sözlərinə inandığından daha ona bir söz deməmiş və belə bir mobil nömrə taparsa bu barədə ona bildirəcəyini demişdir. Ondan sonra o, həmin vaxtlarda yaxın münasibətdə olduğu Təranə ilə telefonda danışanda ona mobil nömrə lazım olduğunu, lakin şəxsiyyət vəsiqəsini tapa bilmədiyindən öz adına nömrə ala bilmədiyini bildirib bu məsələdə köməyi lazım olduğunu Təranəyə demiş, Təranə də ona bu məsələdə heç bir problemin olmadığını deyib ona Salyan şəhərindəki Azərcellin qarşısına gəlməyi, orada görüşüb nömrəni alıb ona verəcəyini bildirmişdir. Razılaşandan sonra həmin gün Salyan şəhərinin mərkəzində görüşmüş, görüşən zaman Təranənin yanında onun azyaşlı oğlu və tanımadığı bir qız da olmuş, Təranə onu həmin qızla tanış edəndə həmin qızın adının Xəyalə, özünün isə əslən Neftçala rayonundan olduğunu öyrənmişdir. Sonra çıxarıb mobil nömrə alması üçün Təranəyə 5 manat pul vermiş və o da uşağına baxmağı xahiş edib özü Xəyalə adlı qızla Azercellin mağazasına girmiş, təxminən 15 dəqiqədən sonra oradan çıxıb gətirib ona təzə bir mobil nömrə vermişdir. Bir az orada qalıb onlarla söhbət edəndən sonra onlardan ayrılmış və Safaya zəng vuraraq ona təzə mobil nömrə tapdığını demişdir. Safa gələndən sonra Təranənin alıb ona verdiyi telefon nömrəsini Safaya vermiş və həmin vaxt Safadan bir daha təzə mobil nömrənin nə üçün ona lazım olmasını soruşmuşdur. Safa yenə də ona konkret bir söz deməmiş, nömrənin ona vacib lazım olduğunu, onun nə üçün ona lazım olduğunu ona sonra deyəcəyini bildirmişdir. Safanın xətrini çox istədiyindən daha ona bir söz deməmiş, Safa ona demədiyindən alıb ona verdiyi mobil nömrənin də nə üçün Safaya lazım olduğunu bilməmişdir. Sonradan polis şöbəsin çağırıldığını biləndə bu barədə Safaya demiş, Safa da ona yalvarıb birdən həmin nömrə ilə bağlı ondan polis şöbəsində soruşsalar nömrəni Safaya verdiyini polis əməkdaşlarına deməməyi xahiş etmişdir. O da Safanın sözünə baxaraq gəlib həmin vaxt şöbənin təhqiqat bölməsində doğru izahat verməmişdir. Təhqiqat bölməsində Safaya verdiyi nömrənin Təranənin ona Xəyalə adlı qız vasitəsi ilə aldığını desədə sonradan həmin nömrəni Safaya verdiyini etiraf edib deməmişdir. Lakin sonradan istintaqda ifadə verərkən hər şeyi olduğu kimi düz danışmış, Safanın xahişi ilə ona mobil nömrə alıb verməklə nə dərəcədə səhv iş tutduğunu artıq başa düşmüş və tutduğu bu əməlindən də çox peşman olmuşdur. Əslində Safa onu aldadaraq onu bu işdə çox pis vəziyyətdə qoymuşdur. O, Safanın oğurluq etməkdə istifadə etməsi üçün ondan mobil nömrə istəməsini bilməmiş, bu barədə Safa ona heç nə deməmiş və Safanın bu oğurluq əməllərindən xəbəri olmamışdır. Safa onu aldadaraq ona olan inamından istifadə etmiş, etdiyi oğurluqlardan əldə etdiyi pullardan verməmiş və ya onun üçün xərcləməmişdir. Safanın oğurluqlarından xəbəri olmadığı kimi onun həmin oğurluqlardan əldə etdiyi pulları da hara xərcləməsini bilməmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşayır və özü də heç bir yerdə işləmədiyindən sosial pensiya alır. Əri isə bir neçə ildir ki, yataq xəstəsidir oğlu Vüsal ailəsi ilə birlikdə hazırda onlarla birlikdə yaşayır və Vüsalın ailəsində 03 uşağı var. Vüsalın arvadı da heç bir yerdə işləməməklə uşaqlarına baxır. Ailə vəziyyətləri çətin oldugundan Vüsal 630 manat ünvanlı sosial yardım alır və hər ay həmin pullar onun öz adına olan plastik karta köçürülür. 2022-ci il 27 iyul tarixdə Vüsal xəstələndiyi üçün evdə yatdığından ondan kartına yüklənəcək pulu çıxarıb evə bazarlıq və dərman almağı xahiş etmiş, ona görə də, yaşadıqları kənddəki "xxxx"a məxsus bankomat qurğusunun yanına getmiş, yaşlı olduğundan və sərbəst şəkildə kartdan pul çıxara bilmədiyindən həmin vaxt orada yaxınlıqda olan həmkəndlisi Təqsirləndirilən şəxs verdiyi kartı bankomatda yoxlamağı xahiş etmişdir. Safa da kartı alıb bankomat qurğusuna yaxınlaşıb kartı yoxlayaraq ona karta hələlik pul yüklənmədiyini və bu səbəbdən də kartda pul olmadığını demişdir. Ona görə də, kartı götürüb evə qayıtmış, səhəri günü, yəni 28 iyul 2022-ci il tarixdə saat 19 radələrində Vüsalın səhhəti yaxşılaşdığından özü gedib kartını bankomatda yoxlatdıranda kartın bloklanması ona məlum olmuşdur. Ona görə də, Vüsal dərhal 196 "Qaynar Xətt"inə zəng vurub bunun səbəbi ilə maraqlandıqda Vüsala kartın üzərində olan şifrəsi vasitəsi ilə kiminsə özünə "birbank" açdığını və kartına yüklənmiş pullardan 200 manatını başqa hesaba keçirildiyini bildirmişlər. Ona görə də, Vüsal bununla Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və ərizəsində də o, kartından 200 manat pulun çıxarılmasında həmkəndliləri olan Təqsirləndirilən şəxs şübhələndiyini demişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Salyan rayon sakinləri olan Təqsirləndirilən şəxs və Şahid2 əvvəldən tanımamış, onlarla heç bir münasibəti də olmamışdır. Şahid3 isə uşaqları eyni məktəbdə oxuduğundan təxminən bir il əvvəldən tanımış, aralarında normal münasibət olmuşdur. Təxminən 2022-ci ilin iyul ayının axırlarında bir dəfə öz uşağı ilə Salyan şəhərinin mərkəzindəki parkda gəzən zaman Təranə ilə rastlaşmış, görüşüb söhbət edən zaman Təranə telefonla kiminləsə danışmış və bir azdan onların yanına Təranənin İlahə adlı bir rəqfiqəsi gəlmişdir. İlahə gələndən sonra Təranə onu İlahə ilə tanış etmiş, söhbət zamanı Təranə ona təzə bir mobil nömrə lazım olduğunu, lakin dövlətdən sosial yardım aldığı üçün ikinci nömrə alarsa sosial ödənişinin kəsiləcəyini bildirib ondan öz adına bir mobil nömrə almağı xahiş etmiş, oda münasibətləri yaxşı olduğundan və heç nədən şübhələnmədiyi üçün ona razılıq vermişdir. Həmin vaxt İlahə çıxarıb Təranəyə 05 manat pul vermiş, uşaqlarını İlahəyə tapşırıb özü Təranə ilə yaxınlıqdakı Azercell mərkəzinə getmiş, orada öz şəxsiyyət vəsiqəsini təqdim etməklə təzə bir mobil nömrə alıb onu Təranəyə vermiş, ondan sonra qayıdıb uşaqlarının yanına, yəni İlahənin yanına gəlmişlər. Ondan sonra o, işi olduğu üçün olduğu üçün onlarla sağollaşıb ayrılmış, Təranə isə İlahə ilə birlikdə qalmışdır. Təranənin xahişi ilə onun üçün aldığı mobil nömrəni onun İlahəyə verməsini bilməmiş və bunu görməmişdir. Kiminsə adına aldığı və Təranəyə verdiyi nömrə ilə cinayət edəcəyini heç ağlına da gətirməmiş və bu barədə heç bir məlumatı olmamışdır. Sadəcə olaraq həmin vaxtlarda Təranə ilə münasibətləri yaxşı olduğundan onun bu xahişini yerinə yetirmiş, buna görə də nə dərəcədə səhv iş tutduğunu artıq başa düşməklə tutduğu bu əməlindən çox peşman olmuşdur. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada verilsə də, sonuncu məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə bildirməmişdir. Şahidin məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, Salyan rayon sakini Təqsirləndirilən şəxs təxminən 02 il olar ki, Bakı şəhərində yerləşən oteldə bir yerdə işləyən zamandan tanımış, bir iş yoldaşı kimi Safa ilə münasibəti həmişə yaxşı olmaqla aralarında heç vaxt narazılıq, ədavət olmamışdır. Safa ilə birlikdə oteldə işlədiyi dövrdə onun öz adına "xxxx"a məxsus debet kartı olmuş, həmin kartdan hazırda da istifadə etməklə kartın şifrəsinin son 4 nömrəsi 1081-dir. Təxminən 2022-ci ilin avqust ayının son günlərindən birində Safa öz kartının üzərində olmadığını, ona bir nəfər şəxsin pul göndərəcəyini bildirib ondan həmin kartını xahiş edib istəmiş, o da heç nədən şübhələnmədiyindən və kartında pul olmadığından onu Safaya vermiş və həmin kart bir-iki gün Safa da qalmışdır. Sonradan Safa kartı ona qaytarıb buna görə öz təşəkkürünü də bildirmişdir. İndiyədək Safanın ona məxsus karta oğurladığı pulları yükləyib sonra onları kartdan çıxarmasını bilməmiş, bu barədə onun heç bir məlumatı da olmamışdır, nə də Safa özü bu barədə ona heç nə deməmişdir. Safaya inanıb bir iş yoldaşı kimi bank kartını ona vermiş, indi isə Safanın kartını ondan öz çirkin niyyətini həyata keçirmək üçün alması ona məlum olmuşdur. Bank kartını Safaya etibar edib ona verdiyi üçün hazırda səhvini başa düşür və söz verir ki, bir də heç vaxt belə iş tutmayacaqdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” 09 dekabr 2022-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə X4 barəsində Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul olunmuşdur. Cinayət işinin 27-29-cu vərəqələrində olan Kapital Bankdan alınmış 19 oktyabr 2022-ci il tarixli 157000/2-5170 nömrəli məktuba əlavə olunmuş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs2 adına olan "xxxx" ASC-yə məxsus 4169 7416 8966 5337 şifrəli kartdan 28 iyul 2022-ci il tarixdə saat 13:29:10-da 200 manat pul birbank vasitəsi ilə **********38 mobil nömrəyə köçürülmüşdür. Cinayət işinin 36-ci vərəqində olan 02 noyabr 2022-ci il tarixli "xxxx"MMC-dən alınmış arayışda ********* və ********* mobil nömrələrin Şahid4 adına rəsmiləşdirildiyi göstərilmişdir. Cinayət işinin 75-76-cı vərəqlərində olan "xxxx"dan alınmış 19 oktyabr 2022-ci il tarixli 157000/2-5155 nömrəli məktuba əlavə olunmuş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs1 adına olan "xxxx" ASC-yə məxsus 4169 7416 0413 5176 şifrəli kartdan 28 iyul 2022-ci il tarixdə saat 13:24:26-da 200 manat pul birbank vasitəsi ilə **********38 mobil nömrəyə köçürülmüşdür. Cinayət işinin 102-104, 144-146-cı vərəqələrində olan Kapital Bankdan alınmış 03 noyabr 2022-ci il tarixli 49/596 nömrəli məktuba əlavə olunmuş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASC-yə məxsus 4169 7416 6461 3120 şifrəli kartdan 14 sentyabr 2022-ci il tarixdə saat 17:51:39-da 304,70 manat **********38 mobil nömrəyə nəqdsiz mədaxil edilmiş, 2022-ci il 15 sentyabr tarixdə saat 09:38:14-də 89 manat 19 qəpik, 2022-ci il 16 sentyabr tarixdə saat 03:16:19-da 76 manat 58 qəpik, saat 03:30:46da 69 manat 35 qəpik və saat 03:48:30-da 69 manat 35 qəpik bir kart tətbiqi ilə kartdan karta köçürülmüşdür. Cinayət işinin 147-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 179-181 vərəqələrində olan Kapital Bankdan alınmış 21 dekabr 2022ci il tarixli 49/1155 nömrəli məktuba əlavə olunmuş məlumatlardan görünür ki, Zərərçəkmiş şəxs3 adına olan "xxxx" ASC-yə məxsus 4169 7416 6461 5875 şifrəli kartdan 29 avqust 2022-ci il tarixdə saat 23:36:03-də 269,80 manat bir bank tətbiqi ilə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində qeydiyyatda olan Şahid5 adına olan 416973******1081 nömrəli karta köçürülmüşdür. Cinayət işinin 190-ci vərəqində olan 06 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış arayışda ********* mobil nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi göstərilmişdir. Cinayət işinin 191-ci vərəqində olan 09 fevral 2023-cü il tarixli "xxxx" MMC-dən alınmış arayışda ********* mobil nömrənin Təqsirləndirilən şəxs adına rəsmiləşdirildiyi göstərilmişdir. Cinayət işinin 202-203-cü vərəqələrində olan Salyan rayon İHB-nın Kərimbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 17 fevral 2023-cü il tarixli, 87 nömrəli arayışda Təqsirləndirilən şəxs anası ilə birlikdə Salyan rayonu, Kərimbəyli kəndində yaşadığı, həmin tarixli xasiyyətnamədə isə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunduğu göstərilmişdir. Cinayət işinin 225-227-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrlə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işinin 238-239-cu vərəqələrində olan “qətimkan tədbirinin seçilməsi” haqqında 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərmişdir ki, bank kartlarının oğurlanması, başqa yolla ələ keçirilməsi və ya saxtalaşdırılması və həmin kartlardan istifadə etməklə bankomatlardan özgəsinə məxsus nağd pul vəsaitlərinin talanması, yaxud da hər hansı pul ödənişlərinin aparılması öz ictimai təhlükəliliyinə, törədilmə üsulu və vasitəsinə görə sadə oğurluqdan fərqlənir. Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, oğurluq əməlinin şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən, özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsinə əsasən elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanın tamamilə aradan qaldırdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı Salyan rayonunda yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Beləki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 10, 10.3-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilmişdir. Həmin Sərəncamın 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza çəkmə müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonunda yerləşən evini axşam saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-60/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-60/2023
22.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver