Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-60/2025 29.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 09 aprel 2025-ci il tarixdə saat 09:48 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi Salyan rayon mərkəzi xəstəxananın ərazisində saxlanılaraq üzərinə keçirilən baxış zamanı əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,326 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Salyan şəhərində yaşamaqla bir neçə ay olar ki, əlinə düşəndə hərdən psixotrop maddə olan metamfetamin qəbul etmiş, tutulmamışdan təxminən 2 gün əvvəl Salyan şəhər avtovağzalı ərazisində yerdə kiçik bir büküm olduğunu görüb götürüb onu açıb baxdıqda bükümün içərisində "patı" deyə adlandırdıqları metamfetaminə oxşar maddə olduğunu aşkar etmiş, həmin “patı” kimi tanıdığı, içərisində metamfetamin olan bükümü özünün istifadə etməsi üçün götürüb cibinə qoymuş və sonradan da tək olanda ondan bir dəfə az miqdarda özü qəbul etmiş, qalanını isə yenidən cibinə qoymuşdur. 2025-ci il aprelin 9-da saat 09:48 radələrində Salyan rayon mərkəzi xəstəxanasının ərazisində piyada hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları onu görüb yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərəndən sonra Salyan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verib videoçəkiliş aparmaqla ondan üzərində nə olmasını soruşmuşlar. Həmin vaxt çarəsiz qaldığından onlara üzərində olan bir bükümdə "patı" yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Ondan sonra polis əməkdaşlarının təklifi ilə əynində olan boz rəbgli cins şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb onu polis əməkdaşlarına təqdim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda onun içərisində az miqdarda metamfetaminə oxşar kütlə olması aşkar edilmiş, daha sonra üzərinə baxış keçirilsədə üzərindən başqa daha heç nə aşkar edilib götürülməmişdir. Təqdim etdiyim həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş və onun çəkisinin 0,39 qram olması müəyyən olunmuşdur. Üzərindən aşkar edilib götürülmüş içərisində “patı” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə olan həmin büküm polis əməkdaşı tərəfindən boş kağız paketə qoyularaq qablaşdırılmış, paketin ağzı “Zərflər üçün № 113” möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra o, polis əməkdaşları tərəfindən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində polis əməkdaşı tərəfindən protokol tərtib olunmuş, tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Daha sonra, polis şöbəsində müstəntiq tərəfindən qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulması ona elan olunmuş və hüquqlarının müdafiə edilməsi üçün ona öz seçimi əsasında vəkil təqdim edilmişdir. 09 aprel 2025-ci il tarixdə saat 09:48 radələrində Salyan şəhərində, rayon mərkəzi xəstəxanasının həyətində üzərindən aşkar olunub götürülmüş bir bükümdəki 0,39 qram çəkidə psixotrop maddə olan metamfetaminə oxşar kütlə ona məxsus olmaqla onu küçədə yerdən tapmış, öz istifadəsi üçün üzərində saxlamış, onu satmaq məqsədi olmamış, tapdığı həmin heroindən də kiməsə verməmiş və ya satmamışdır. Hazırda səhv iş tutduğunu başa düşür və tutduğu bu əməlindən də səmimi peşimandır. İstər polis əməkdaşları tərəfindən saxlanılarkən, istərsə də polis şöbəsinin inzibati binasına gətirildikdən sonra ona qarşı heç bir təzyiq-təsir və zorakılıq göstərilməmişdir. Bildirmişdir ki, etdiyi hərəkətdən çox peşmandır. Bundan sonra bir daha cinayət işinin istintaqına mane olmayacaq. Bir daha istintaq orqanının çağırışından yayınmayacağına və bir daha istintaqdan qaçıb gizlənməyəcəyinə dair söz verir və bütün bunların nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-bioloji və məhkəmənarkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir və Salyan şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəldən yerli rayon sakin kimi tanımaqla onunla hər hansı bir münasibəti də olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatı ilə əlaqədar onun ifşası ilə bağlı 09 aprel 2025-ci il tarixdə tərəfindən raportla şöbə rəhbərliyinə məruzə edilmiş, alınmış məlumatın yoxlanılması üçün razılıq verildikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə müvafiq qərar qəbul olunmuş və tədbiri keçirəcək əməliyyat qrupunun yaradılması ilə bağlı şöbədə müvafiq əmr verilmişdir. Bundan sonra şöbənin NMQ-nun əməliyyat müvəkkili polis kapitanı Şahid2 və şöbənin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs saat 09:48 radələrində Salyan rayon mərkəzi xəstəxanasının həyətində olduğunu görüb ona yaxınlaşmış və özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməkdə, daşımaqda və saxlamaqda şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə məlumat verdikdən sonra video çəkiliş aparmaqla üzərinə baxış keçirəcəklərini bildirib ondan həmin vaxt üzərində nə olmasını soruşmuşlar. Təqsirləndirilən şəxs həmin vaxt çarəsiz qaldığından onlara üzərində bir ədəd bükümdə "patı", yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, təklif edildikdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən həmin bükümü çıxarıb onu təqdim etmiş, təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində az miqdarda kristal formalı metamfetaminə oxşar kütlə olması aşkar edilmiş, daha sonra onun üzərinə baxış keçirilsədə üzərindən başqa daha heç nə aşkar edilib götürülməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm elektron tərəzi vasitəsilə çəkilmiş, çəkisinin 0,39 qram olması müəyyən olunduqdan sonra həmin büküm içərisindəki kütlə qarışıq onlar tərəfindən boş kağız paketə qoyularaq qablaşdırılmış, paketin ağzı “Zərflər üçün № 113” möhürlə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polis əməkdaşı tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Salyan Rayon Polis Şöbəsinə gətirilmiş, polis şöbəsində bütün bunlar barəsində protokol tərtib olunmuş, tərtib edilmiş protokol ucadan oxunduqdan sonra protokolu imzalamışdır. Daha sonra, polis şöbəsində müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama və daşımaqda şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuş və hüquqlarının müdafiə edilməsi üçün ona öz seçimi əsasında vəkil təqdim edilmişdir. Vəkilinin iştirakı ilə izahat verərkən də Təqsirləndirilən şəxs bildirmişdir ki, 09 aprel 2025-ci il tarixdə saat 09:48 radələrində polis əməkdaşları tərəfindən üzərindən aşkar olunub götürülmüş bir bükümdə olan 0,39 qram çəkidə psixotrop madə olan metamfetaminə oxşar kütlə ona məxsusdur, həmin bükümü içərisindəki kütlə ilə birlikdə yerdən tapmış və öz istifadəsi üçün üzərində saxlamış, tapdığı bükümdəki metamfetamindən sonradan kiməsə verməmiş və ya satmamış, onu satmaq məqsədi də olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşları Şahid2 və Şahid3 da Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Cinayət işinə əlavə edilmiş 09 aprel 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsi və şəxsin üzərinə baxış keçirilməsi barədə protokoldan və videogörüntülərdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs Salyan RPŞ əməkdaşları tərəfindən Salyan rayon mərkəzi xəstəxanasının həyətində saxlanılaraq hüquqları ona izah edildikdən sonra üzərinə keçirilən baxış zamanı onun əynindəki boz rəngli şalvarının sağ yan cibindən bir ədəd bükümdə 0,39 qram çəkidə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 tərtib etdiyi xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci ildə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələr və psixotrop maddələr əldə etməsi, daşıması və saxlamasında şübhəli bilindiyi üçün xx.xx.2025-ci il tarixdə 09:48-də Salyan rayon Mərkəzi Xəstəxanasının ərazisində saxlanılaraq hüquqları izah olunmuş, üzəri yoxlanılmış, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmş və həmin maddə 1 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs saat 10:20-də Salyan RPŞ-nə gətirilmişdir. Əməliyyataxtarış tədbirlərinin gedişatına dair qanunvericiliyin tələblərinə uyğun olaraq protokol tərtib olunmuş və videoçəkiliş DVD-yə qeyd olunmuşdur. Göstərilənlərə əsasən müvafiq tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə saat 11:40 dəqiqədə Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı Samir Eynullazadə tərəfindən şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X3 Yerinə təhvil verilmişdir. 08 aprel 2025-ci il tarixli təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolundan görünür ki, 08 aprel 2025-ci il tarixdə Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1985-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Salyan şəhəri Nizami Gəncəvi küçəsi ev 32-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs saat 09:48 dəqiqədə Salyan Rayon Mərkəzi Xəstəxanasının ərazisində saxlanılaraq üzərinə keçirilmiş baxış zamanı üzərindən 0,39 qram psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək qablaşdırılmış və Təqsirləndirilən şəxs maddi sübutla birlikdə rayon polis şöbəsinə gətirilərək istintaqa təqdim edilmişdir. Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi 01 ədəd CD diskə və möhürlənmiş zərfə baxış keçirilməsi və götürmə aparılması zərurəti yaranmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 85, 51 və 236-cı maddələrini rəhbər tutaraq, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 təqdim etdiyi 01 ədəd CD diskə və möhürlənmiş 01 ədəd zərfə baxış keçirilməsi və götürmə aparılması. Məhkəmə-bioloji ekspertizasının 09 aprel 2025-ci il tarixli 18/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,326 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi– 0,326 qram, tədqiqata sərf olundu – 0,05 qram, qalıq – 0,276 qram. Həmin rəyə əlavə edilmiş 09 aprel 2025-ci il tarixli 18/295 saylı bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. Metamfetamin- 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİ siyahı). xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 199 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs metamfetaminin qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 11 aprel 2025-ci il tarixdə “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerində azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad olunmuşdur. xx.xx.2025-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,276 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan RPŞ-nin İB-nin baş müstəntiqi polis polkovnik-leytenantı Arzu Hacıyevin əməliyyat tapşırığından görünür ki, 2025-ci il 09 aprel tarixdə saat 09:48 radələrində Salyan RPŞ-nin əməkdaşlarının Salyan şəhərində keçirdikləri əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs Salyan rayon mərkəzi xəstəxanasının ərazisində saxlanılmış və üzərinə həmin vaxt keçirilmiş baxış zamanı onun istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq əldə edib bir ədəd bükümdə saxladığı 0,326 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Faktla əlaqədar 10 aprel 2025-ci il tarixdə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaqı aparılmışdır. Cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini onun nə vaxt, harada, kimdən, nə məqsədlə və hansı miqdarda əldə etməsi cinayətkar əlaqələri, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olub-olmaması, məşğul olmuşdursa satmaq üçün narkotik vasitələri, psixotrop maddələri kimlərə satması əməliyyat yolu ilə müəyyənləşdirilməlidir. Ona görə də göstərilən xüsusatların əməliyyat yolu ilə araşdırılıb nəticəsi barədə istintaqa rəsmi məlumat verilməsinin təmin edilməsi barədə istintaqa məlumat verilməsinə aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş üzrə verilmiş əməliyyat tapşırığına alınmış xx.xx.2025-ci il tarixli, 3-13-104/1 - 11983/2025 nömrəli cavab raportlarında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş psixotrop maddə olan metamfetamini onun nə vaxt, harada, hansı miqdarda və kimdən əldə etməsinin, həmçinin sonuncunun narkotik vasitələrin qanunsuz satışı ilə bağlı məşğul olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində həyata keçirilən əməliyyat- axtarış tədbirləri zamanı heç bir müsbət nəticə əldə olunmadığı, onun sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdlü Südabə, xx.xx.2012-ci il təvəllüdlü Rəvan və xx.xx.2014-cü il təvəllüdlü Murad adında 3 uşağı vardır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyindən alınmış 04 iyun 2025-ci il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşaması və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. İş üzrə "Salyan rayon mərkəzi xəstəxanası" X7 04 iyun 2025-ci il tarixli, 18-1 -68/2- 964/2025-ci il tarixli məktubundan görünür ki, Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 11 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, onun əldə etdiyi narkotik vasitə qurudulmuş marixuanadan başqa şəxslərə satması və ya satış məqsədi ilə saxlaması təsdiqini tapmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, onun özünün etirafedici ifadələri, şahid ifadələri, əməliyyat-axtarış tədbirinin və şəxsin üzərinə baxış keçirilməsi, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması protokolları, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, maddi sübut və digər sənədlər işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandıqları üçün sübut növü kimi qəbul edilmiş, onun üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,276 qram psixotrop maddə olan metamfetamin maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Salyan RPŞ-də saxlama otağına təhvil verilməsi nəzərə alınmşdır.Qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən, məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə məsuliyyətini yüngülləşdirən halı, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin; 15-1.1-ci maddəsinə əsasən, probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən, probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər. 15-1.3-cü maddəsinə əsasən, probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 17-1.6-cı maddəsinə əsasən, şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya məhkum edilməklə yanaşı, onun barəsində alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarın surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. 17-1.8-ci maddəsinə əsasən, ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicə barədə məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə icra məmuru tərəfindən nəzarət edilir. 51-2.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ünvan 5 ünvanını hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəkməli, cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,276 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə ünvan 1 ünvanında yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, cəza çəkdiyi müddətdə ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-nin maddi sübutlar otağında saxlanılan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin MEM-nin X4 aparılmış ekspertizadan sonra qalıq qalmış 0,276 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №1(057)-60/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-60/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver