Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-61/2023 06.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru - Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci ildə Neftçala rayonu, Mikayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Neftçala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Neftçala rayonu, Mikayıllı kəndində qeydiyyatda olmaqla, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 104 nömrəli yataqxanada yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2022-ci il noyabr ayının ortalarında günorta saatlarında Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, 104 nömrəli yataqxanada yaşadığı mənzilin qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs aid 52 nömrəli mənzilə, yəni yaşayış sahəsinə öz yaşadığı mənzildən divarın faner materialını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub orada Zərərçəkmiş şəxs məxsus 550 manat dəyərində olan 1 ədəd “İndesit” markalı soyuducu, 500 manat dəyərində olan 1 ədəd 3x4 metr ölçüdə və 1 ədəd 2x1 metr ölçüdə olmaqla 2 ədəd xalçalar, 70 manat dəyərində olan 1 cüt yəni 2 ədəd yataq dəstləri, 150 manat dəyərində olan 3 ədəd süfrələr, 50 manat dəyərində olan 7 ədəd dəsmallar, 80 manat dəyərində olan 1 ədəd “BK-2003” markalı kondisioner, 250 manat dəyərində olan 1 ədəd 82 ölçüdə “LG” markalı televizor, 70 manat dəyərində olan 1 ədəd “LG” markalı tozsoran aparatı, 110 manat dəyərində olan 1 ədəd “İKEA” markalı radiator 80 manat dəyərində olan 1 ədəd “İltimat” markalı radiator və 60 manat dəyərində olan 1 ədəd “Arsha” markalı ətçəkən maşını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1970 (min doqquz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Neftçala rayonu, Mikayıllı kəndində qeydiyyatda olsa da 2002-ci ildən Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 nömrəli yataqxananın 53 nömrəli mənzilində anası ilə birlikdə yaşayır. Hazırda subaydır. Vaxtilə olan evliliyindən 2006-cı ildə bir qızı doğulmuşdur, hazırda Cəlilabad rayonunda keçmiş arvadının himayəsində yaşayır. Heyvan oğurluğu etdiyinə görə Neftçala Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 2019-cu ilin aprel ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2021-ci ilin oktyabr ayında cəzasının sonu ilə azad olunmuşdur. Qeyd etmişdir ki, bir neçə il ərzində həmin yataqxanada fasilələrlə yaşamışdır. 2011-ci ildə Bakı şəhərində kirayədə yaşadığı müddətdə adam bıçaqladığına görə 8 il müddətinə həbs olunmuş və 2015-ci ilin dekabr ayının 28-də Əfv sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur. Ona görə də, həbsdə olduğu müddətdə yataqxanada yaşadığı mənzilin qonşuluğunda yerləşən 52 nömrəli mənzildə vaxtilə yaşamış Zərərçəkmiş şəxs tanımamış və onunla heç bir münasibəti olmamışdır. Zərərçəkmiş şəxs ilk dəfə 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı gündə görmüşdür. Həmin vaxt Aysel özünə aid olan mənzildən televizor aparmışdır. Həmin vaxt Ayselin mənzilində ona məxsus olan müxtəlif növ ev əşyalarının olmasını bilmişdir. Ona görə də, bundan bir neçə ay sonra həmin mənzildən oğurluq etmək qərarına gəlmişdir. Ayselə aid olan mənzil ilə yaşadığı mənzil daşdan tikilmiş olsa da, həmin mənzillər arasında olan otaqlardan biri vaxtilə Zərərçəkmiş şəxs tərəfindən faner materialı bağlanmış və mənzillər arasında heç bir giriş-çıxış olmamışdır. 2022-ci ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı gün günorta saatlarında öz yaşadığı mənzilin içərisindən əli ilə faner materialını sındırıb Ayselə aid olan mənzilə daxil olmuşdur. Bundan sonra mənzilin içərisində Ayselə məxsus olan 1 ədəd soyuducu, 1 ədəd 3x4 metr ölçüdə xalça, 1 ədəd 2x1 ölçüdə xalça, 2 ədəd yataq dəstləri, 3 ədəd süfrələr, 7 ədəd dəsmallar, 1 ədəd kondisioner, 1 ədəd televizor, 1 ədəd tozsoran aparatı, 2 ədəd radiator və 1 ədəd ətçəkən maşın oğurlayıb öz yaşadığı mənzilə daşımışdır. Ayselin mənzilindən oğurladığı 1 ədəd soyuducunu daha sonra Salyan şəhəri, Ə.Hüseynzadə küçəsi ərazisində elektron əşyalar mağazası işlədən Azər adlı şəxsə satmaq istəmişdir. Həmin vaxt Azər ondan soyuducunun kimə məxsus olduğunu soruşduqda, həmin əşyanın özünə məxsus olduğunu və evindən gətirdiyini bildirmişdir. Azər ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Onun isə şəxsiyyət vəsiqəsi Bakı şəhərində anasında olduğu üçün vəsiqəni verə bilməmiş və bu səbəbdən Azər ona soyuducuya dair heç bir məbləğdə pul ödəməmişdir. Həmin vaxt Ayselin mənzilindən oğurladığı kondisioneri söküb içərisində olan mis metalını Salyan şəhəri, 20 yanvar küçəsi ərazisində yerləşən metal qəbulu məntəqəsinə 22 manata satıb şəxsi ehtiyaclarına xərcləmişdir. Ayselin mənzilindən oğurladığı 2 ədəd xalçanı isə həmin vaxt yataqxanada yaşayan Sevil kimi tanıdığı yaşlı bir qadına 10 manata satmışdır. Sevil ondan xalçaların kimə məxsus olmasını və haradan əldə etdiyini soruşduqda, xalçaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün evindən gətirib satdığını bildirmişdir. Ayselin mənzilindən oğurladığı 1 ədəd televizor, 1 ədəd tozsoran aparatı, 2 ədəd radiator, 1 ədəd ətçəkən maşını, 2 ədəd yataq dəstləri, 3 ədəd süfrələr və 7 ədəd dəsmalları isə həmin həftə Salyan rayon heyvan bazarına gedib orada tanımadığı şəxslərə dəqiq xatırlamadığı xırda məbləğlərə satıb həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş baxış keçirilməsi və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmişin, şahidlərin ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Salyan rayonu, Arbatan kəndində qeydyyatda olmaqla ünvan 1 ünvanında 3 övladı ilə birlikdə yaşayır. 27 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlumat və 28 noyabr 2022-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Salyan şəhəri, H.Z.Tağıyev küçəsi, 104 nömrəli yataqxanadan ona məxsus olan mənzildən özünə məxsus müxtəlif növ ev əşyalarının oğurlanmasını bildirmişdir. Eyni zamanda göstərmişdir ki, 2012-ci ildə boşandıqdan sonra Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 nömrəli yataqxanada mənzil alıb yaşamağa başlamışdır. İki il orada yaşadıqdan sonra 2014-cü ildə Bakı şəhərinə köçmüşdür. Bakı şəhərinə gedən zaman yataqxananın mənzilində özünə məxsus olan müxtəlif növ ev əşyaları evdə qalmışdır. O, adətən, il ərzində bir-iki dəfə Salyan rayonuna gəlib mənzilinə baş çəkmişdir. Sonuncu dəfə 2022-ci ilin iyul ayında mənzilə gəlib baş çəkərkən ev əşyaları hamısı yerində olmuşdur. Bundan bir neçə ay sonra yəni 2022-ci ilin noyabr ayının 27-də yataqxanada yerləşən mənzilinə gələrkən mənzilinin divarının sökülmüş vəziyyətdə olmasını görmüşdür. Daha sonra içəriyə daxil olduqda oradan özünə məxsus 1 ədəd “İndesit” markalı soyuducu, 1 ədəd 3x4 metr ölçüdə xalça, 1 ədəd 2x1 ölçüdə xalça, 2 ədəd yataq dəstləri, 3 ədəd süfrələr, 7 ədəd dəsmallar, 1 ədəd “BK-2003” markalı kondisioner, 1 ədəd 82 ölçüdə “LG” markalı televizor, 1 ədəd “LG” markalı tozsoran aparatı, 1 ədəd “İKEA” markalı radiator, 1 ədəd “İltimat” markalı radiator və 1 ədəd “Arsha” markalı ətçəkən maşının oğurlandığını müəyyən etmişdir. Bildirmişdir ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 104 nömrəli yataqxanada olan mənzilindən ona məxsus olan 550 manat dəyərində olan 1 ədəd “İndesit” markalı soyuducu, 500 manat dəyərində olan 1 ədəd 3x4 metr ölçüdə və 1 ədəd 2x1 metr ölçüdə olmaqla 2 ədəd xalçalar, 70 manat dəyərində olan 1 cüt yəni 2 ədəd yataq dəstləri, 150 manat dəyərində olan 3 ədəd süfrələr, 50 manat dəyərində olan 7 ədəd dəsmallar, 80 manat dəyərində olan 1 ədəd “BK-2003” markalı kondisioner, 250 manat dəyərində olan 1 ədəd 82 ölçüdə “LG” markalı televizor, 70 manat dəyərində olan 1 ədəd “LG” markalı tozsoran aparatı, 110 manat dəyərində olan 1 ədəd “İKEA” markalı radiator, 80 manat dəyərində olan 1 ədəd “İltimat” markalı radiator və 60 manat dəyərində olan 1 ədəd “Arsha” markalı ətçəkən maşın oğurlanmış və baş vermiş hadisə nəticəsində ümumilikdə, ona 1970 manat maddi ziyan dəymişdir. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini, ziyanın ödənilməsini tələb edir və ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qisimində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 8 il olar ki, ünvan 2 ünvanda yaşadığı fərdi yaşayış evinin qarşısında özünə məxsus olan elektrik və məişət əşyaları satılan mağazanı işlədir. Əvvəllər tanımadığı, hazırda adını bildiyi Təqsirləndirilən şəxs 2022-ci il noyabr ayının ortalarında mağazaya “İndesit” markalı soyuducunu satmaq üçün gətirmişdir. Ondan həmin soyuducunun kimə məxsus olduğunu və neçəyə satmasını soruşduqda, soyuducunun özünə məxsus olduğunu və 150 manata satmaq istədiyini bildirmişdir. Soyuducu tozlu və baxımsız olduğu üçün şübhələnmiş və şəxsiyyət vəsiqəsi ilə ala biləcəyini demişdir. O, da şəxsiyyət vəsiqəsinin anasında olduğunu və daha sonra vəsiqəni gətirəcəyini bildirmişdir. Ona görə də, soyuducu mağazada qalmışdır. Sonra bilmişdir ki, soyuducu oğurluq yolu ilə əldə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2021-ci ilin dekabr ayından “X8” QSC-nin Salyan şəhəri, 20 yanvar küçəsində yerləşən Salyan rayon metal qəbulu məntəqəsində baş mütəxəssis vəzifəsində işləyir. 2022-ci il noyabr ayının ortalarında dəqiq xatırlamadığı gündə Təqsirləndirilən şəxs metal qəbulu məntəqəsinə təxminən 2 kiloqram yarım çəkidə mis metalını satmaq üçün gətirmişdir. Ondan həmin mis metalının kimə məxsus olduğunu soruşduqda, həmin şəxs yaşadığı evdən özünə məxsus kondisioneri söküb içərisində olan misi çıxarıb satdığını bildirmişdir. Ona inandığı üçün adını, soyadını və yaşadığı ünvanı qeyd etdikdən sonra məntəqəyə satdığı mis metalının müqavilində ona 22 manat pul ödəmişdir. Məntəqədə mis və ya dəmir metalları yığıldığı gün və ya növbəti gün maşına vurulub şirkətə təhvil verilir. Həmin mis metallarını götürərkən onların oğurluq yolu ilə əldə edildiyini bilməmiş, çünki həmin şəxs mis metallarını metal qəbulu məntəqəsinə satarkən yaşadığı evdə özünə məxsus kondisioneri söküb içərisindən çıxardığını və götürüb məntəqəyə gətirdiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış şahid X2 məhkəmə iclasına gəlməmişdir. Şahid X1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, Salyan şəhəri, 20 yanvar küçəsi ev 8-də qeydiyyatda olmaqla Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 104 saylı yataqxanada 15-20 ildir ki, yaşayır. Bildirmişdir ki, ona yataqxanada Sevil deyə müraciət edirlər. Yataqxanada yaşayan Ələkbər adlı oğlanı bir neçə ildir ki, tanımışdır. 2022-ci ilin noyabr ayının ortalarında dəqiq xatırlamadığı gündə yataqxanada mənzilində olarkən Ələkbər oraya gəlib özünə məxsus olan, yaşadığı evdən götürdüyü biri böyük və biri balaca olmaqla 2 ədəd xalçanı satmaq istədiyini bildirmişdir. Ona xalçaların kimə məxsus olmasını və neçəyə satdığını soruşduqda, Ələkbər ona xalçaların özünə məxsus olduğunu və ikisini 10 manata satdığını bildirmişdir. Ələkbərə inandığı üçün 2 ədəd xalçanı 10 manata ondan almışdır. Daha sonra balaca xalça xoşuna gəlmədiyi üçün onu aparıb zibilliyə tullamışdır. Böyük xalçanı isə 30 noyabr 2022-ci il tarixdə polis əməkdaşları gələrkən onlara təqdim etmiş və həmin xalça onlar tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs 2 ədəd xalçanı alarkən onların Ələkbər tərəfindən oğurluq yolu ilə əldə edildiyini bilməmiş, çünki Ələkbər xalçaları satarkən yaşadığı evdə özünə məxsus olduğunu bildirmişdir. O, 30 noyabr 2022-ci il tarixdə polis əməkdaşları gəldikdən sonra Ələkbərin həmin xalçaları yataqxanada qonşuluğunda yaşayan Aysel adlı qadının evindən oğurladığını bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 19 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsi 104 nömrəli yataqxanada yaşadığı mənzilin qonşuluğunda yerləşən, Zərərçəkmiş şəxs aid 52 nömrəli mənzilə yəni yaşayış sahəsinə öz yaşadığı mənzildən divarın faner materialını sındırmaq yolu ilə qanunsuz olaraq daxil olub orada Zərərçəkmiş şəxs məxsus 550 manat dəyərində olan 1 ədəd “İndesit” markalı soyuducu, 500 manat dəyərində olan 1 ədəd 3x4 metr ölçüdə və 1 ədəd 2x1 metr ölçüdə olmaqla 2 ədəd xalçalar, 70 manat dəyərində olan 1 cüt yəni 2 ədəd yataq dəstləri, 150 manat dəyərində olan 3 ədəd süfrələr, 50 manat dəyərində olan 7 ədəd dəsmallar, 80 manat dəyərində olan 1 ədəd “BK-2003” markalı kondisioner, 250 manat dəyərində olan 1 ədəd 82 ölçüdə “LG” markalı televizor, 70 manat dəyərində olan 1 ədəd “LG” markalı tozsoran aparatı, 110 manat dəyərində olan 1 ədəd “İKEA” markalı radiator, 80 manat dəyərində olan 1 ədəd “İltimat” markalı radiator və 60 manat dəyərində olan 1 ədəd “Arsha” markalı ətçəkən maşını oğurlamaqla, Zərərçəkmiş şəxs ümumilikdə 1970 (min doqquz yüz yetmiş) manat maddi ziyan vurmuşdur. Cinayət işinin 5-11-ci vərəqlərində olan Salyan RPŞ-nin TB-nin tədqiqatçısı X3 tərəfindən tərtib olunmuş “baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmiş, oğurlanmış əşyaların yeri Zərərçəkmiş şəxs tərəfindən göstərilmişdir. Cinayət işinin 19-20-ci vərəqlərində olan 30 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə” protokolundan görünür ki, Şahid1 məxsus ünvan 3 ünvanda yerləşən məişət əşyaları satılan mağazaya baxış keçirilərkən oradan Zərərçəkmiş şəxs qızma məxsus, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd “İndesit” markalı soyuducu aşkar olunaraq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin 26-29-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2022-ci il tarixli, 9/8782 nömrəli rəyindən görünür ki; 2013-cü ildə alınmış “İndesit” markalı soyuducu - 1 ədədinin qiyməti 180 manat 2013-cü ildə alınmış 3x4 metr ölçüdə xalça - 1 ədədinin qiyməti 120 manat. 2013-cü ildə alınmış 2x1 metr ölçüdə xalça - 1 ədədinin qiyməti 80 manat. 2012-ci ildə alınmış yataq dəsti - hər birinin qiyməti 20 manat olmaqla 2 ədədinin qiyməti 40 manat. 2012-ci ildə alınmış süfrə - hər birinin qiyməti 10 manat olmaqla 3 ədədinin qiyməti 30 manat. 2012-ci ildə alınmış dəsmal - hər birinin qiyməti 2 manat olmaqla 7 ədədinin qiyməti 14 manat. 2013-cü ildə alınmış “BK-2003” markalı kondisioner - 1 ədədinin qiyməti 50 manat. 2013-cü ildə alınmış 82 ölçüdə olan “LG” markalı televizor - 1 ədədinin qiyməti 150 manat. 2013-cü ildə alınmış “LG” markalı tozsoran aparatı - 1 ədədinin qiyməti 50 manat. 2013-cü ildə alınmış “İKEA” markalı radiator - 1 ədədinin qiyməti 70 manat. 2013cü ildə alınmış “İltimat” markalı radiator - 1 ədədinin qiyməti 50 manat. 2013-cü ildə alınmış “Arsha” markalı ətçəkən maşın - 1 ədədinin qiyməti 30 manat. Ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 864,0 manat müəyyən edilir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməsindən görünür ki, təqsirləndirilən şəxs Nəcəfov X4 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 45-55-ci vərəqələrində olan Neftçala Rayon Məhkəməsinin 1(053)- 25/2019 nömrəli, 09 aprel 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsiri bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. CM-nin 69.3-cü maddəsi ilə üzərində qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan mərhumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 59-63-cü vərəqələrində olan “şahidin ifadəsinin yerində yoxlanılması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğuruğ etdiyi mənzili və oğurladığı elektrik və məişət əşyalarının yerini göstərmişdir. Cinayət işinin 71-72-ci vərəqələrində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ila ittiham elan olunmuşdur. Cinayət işinə əlavə edilmiş Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir”. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən, dəymiş ziyanı qismən ödəməsi (bəzi əşyaların qaytarılması) Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən etdi. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəlilik dərəcəsi onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli 16 aprel 2023-cü il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olması qənaətinə gəlir. Belə ki, müdafiəçi 5 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 iş saatına görə 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından müvafiq olaraq Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu gündən, yəni 16 aprel 2023-cü il tarixdən hesablansın. Salyan Rayon Məhkəməsinin 1(057)-61/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Salyan Rayon Polis Şöbəsində maddi sübut olaraq saxlanılan 1 ədəd ”İndesit” markalı soyuducu və 1 ədəd 3x4 metr ölçüdə xalça hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, Dövlət xəzinadarlığı Agentliyi, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(057)-61/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-61/2023
06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver