Məhkəmə qərarları › İş №1(057)-62/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-62/2025

02.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-62/2025 02.10.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslərin müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum olunmuş və hazırda cəza çəkən, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1994-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1999-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan rayonu Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində "Polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəldikdə oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəlib avtomobilin arxa yük yerini açdıqdan sonra yol kənarında gözləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanl avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəldikdə oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2024-cü ildə Salyan rayon məhkəməsinin hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəzasını çəkir. Həmkəndliləri Zərərçəkmiş şəxs həyətindəki tövlədən 2 baş qoyunu həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurlamışlar. Belə ki, o, xəstə ailə üzvlərini həkimə aparmağa pulu olmadığından Qənirənin heyvanlarını oğurlayıb sataraq pul əldə etmək istəmişdir. 2025-ci il fevralın 09-da gecə saatlarında o, yeyib içdikdən sonra kənddə yerləşən marketin yanından keçərkən Vurğunun avtomobilinə yaxınlaşıb gecə onunla işi olacağını və zəngini gözləməyi demiş, bu vaxt Həqiqət də maşında olmuşdur Bir neçə dəqiqə sonra o, həmkəndlisi Vurğuna zəng edərək evinin qarşısına çağırmış, bir qədər sonra Vurğun və Həqiqət avtomobillə evinin qarşısına gəlmişlər. O, yoldaşlarına arvad və uşaqlarının xəstə olduğunu, həkimə aparmağa pulunun olmadığını, heyvan oğurlayaraq satıb pulunu aralarında bölməyi təklif etmiş, Vurğun və Həqiqət razılaşmışlar, sonra Həqiqət ilə birlikdə həmkəndlisi Qənirənin heyvanını oğurlamağa getmişlər, Vurğun isə onları gözləmişdir. Onlar Qənirənin yaşadığı evin həyətinə çatıb qamış çəpərdən aşıb həyətə keçmiş, tövlənin arxa tərəfindən qapısını açmışlar. Həqiqətlə birlikdə tövləyə girmiş, o, 2 baş qoyunu tutub ayaqlarını bağlayıb çölə çıxarmışdır. Sonra Həqiqətlə birlikdə heyvanları qucaqlarına götürüb hadisə yerindən uzaqlaşmışlar. Həqiqət Vurğuna zəng edib gəlib onları götürməsini demişdir. Bir neçə dəqiqədən sonra Vurğun avtomaşınla onların yanına gəlmiş, avtomobilin arxa yük yerini açmış, qoyunları avtomobilin arxa yük yerinə qoymuşlar, yola düşmüşlər. Onlar aralarında razılığa gəlmişlər ki, şübhə yaratmamaq üçün heyvanları qonşu rayonların bazarlarında satsınlar, buna görə də əvvəlcə Sabirabad, sonra isə Saatlı rayonlarına getmişlər, lakin həmin gecə həmin rayonlarda heyvan bazarı olmadığından qayıdıb, Salyan rayonundakı heyvan bazarına getmişlər. O, Vurğuna və Həqiqətə tapşırmışdır ki, avtomaşında qalıb onu gözləsinlər, özü isə avtomobilin yük yerindən heyvanları götürüb bazarda tanımadığı, sonradan adı ona məlum olmuş Şahid2 cəmi 460 manata satmışdır. Heyvanları satdıqdan sonra yoldaşları ilə yaşadıqları kəndə yola düşmüşlər. Yolda oğurlayıb satdığı heyvanların pulundan Həqiqətə 150 manat, Vurğuna isə 100 manat vermişdir. Evinə çatdıqda Vurğuna tapşırmışdır ki, səhər tezdən gəlib onu və ailəsini həkimə aparsın və Vurğun onları xəstəxanaya aparıb-gətirdiyi üçün əlavə olaraq Vurğuna 15 manat vermişdir. Əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Himayəsində 3 azyaşlı uşağı var. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, təxminən 2-3 aydır gündəlik icarə əsasında “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğuldur. Qarabağlı kənd sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmkəndliləri kimi tanıyır. 2025-ci il fevralın 09-da gecə saatlarında kənddə saxladığı avtomobildə həmkəndlisi Təqsirləndirilən şəxs3 ilə birlikdə oturub söhbət etmişlər. Həmin vaxt Suleymanı içkili vəziyyətdə piyada onların yanından keçərkən “gecə onunla işi olacağını və zəngini gözləməyi” demişdir. Təxminən 10-15 dəqiqə sonra Suleyman ona zəng etmişdir. O və Həqiqət maşınla Suleymanın yaşadığı evin qarşısına gəlmişlər. Suleyman onlara arvadı və uşaqları xəstədir, lakin həkimə aparmağa pulu olmadığını və bu gecə birlikdə 2 baş heyvan oğurlayıb onun avtomaşını ilə aparıb bazarda satıb pulu öz aralarında bölməyi təklif etmiş, onlar razılaşmışlar. Suleyman həmkəndliləri Qənirəgilin tövləsindən oğurluq edəcəklərini bildirmiş, ona tapşırmışdır ki, zəng etdikdə onları maşınla gəlib götürər o, da razılaşmışdır. Təxminən bir saatdan sonra Həqiqət ona zəng etmiş, o idarə etdiyi avtomobillə şətrləşdikləri yerə-Həqiqəgilin yanına gəlmişdir. Avtomobilin arxa yük yerini açmış Suleyman Həqiqət ilə birlikdə ayağı bağlı 2 baş qoyunu gətirib onun avtomobilinin yük yerinə qoymuşlar. Onlar aralarında razılığa gəlmişlər ki, şübhə yaratmamaq üçün heyvanları qonşu rayonların bazarlarında satsınlar, buna görə də əvvəlcə Sabirabad, sonra isə Saatlı rayonlarına getmişlər, lakin həmin gecə həmin rayonlarda heyvan bazarı olmadığından qayıdıb, Salyan rayonundakı heyvan bazarına getmişlər. O, avtomobili bazarın giriş qapısından bir qədər aralıda saxlamışdır. Suleyman hər iki qoyunu avtomobilin yük yerindən götürüb bazar girmiş, təxminən 10-15 dəqiqədən sonra qayıdıb qoyunları 460 manata satdığını demişdir. Onlar yaşadıqları kəndə yola düşmüşlər, yolda Suleyman ona 100 manat, Həqiqətə isə 150 manat vermişdir. Suleyman öz evinin qarşısında avtomobildən düşərkən ona tapşırmışdır ki, səhər saatlarında gəlib onu və arvad-uşaqlarını götürüb xəstəxanaya aparsın, buna görə Suleyman yol haqqı olaraq ona 15 manat vermişdir. Əvvəllər Suleyman üçün və ya digər şəxslər üçün oğurluq heyvan daşımamışdır, bu kimi hal ilk dəfə baş vermişdir. Onun himayəsində 3 azyaşlı uşağı vardır, ailənin yeganə qazan mənbəyi özüdür, məhkum olunmamışdır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 2025-ci il fevralın 09-da axşam saatlarında yaşadığı kənddə həmkəndlisi Vurğunun maşınında oturub öz aralarında maddi vəziyyətlərinin çətinliyi barədə söhbət etmişlər. Həmin vaxt oradan keçən Suleyman onların avtomobilinə yaxınlaşmış, Vurğuna gecə onunla işi olacağını və zəngini gözləməyini demişdir. Bir qədər sonra Vurğunun telefonuna Suleymandan zəng gəlmiş, Vurğunla birlikdə avtomaşınla Suleymanın yaşadığı evin qarşısına gəlmişlər. Suleyman onları küçədə qarşılayıb, maşına oturmuş, onlara təklif etmişdir ki, həmkəndlisi Qənirənin həyətindən heyvan oğurlayıb aparıb bazarda satıb pulu öz aralarında bölsünlər, onlar da razılaşmışlar. Suleyman demişdir ki, Vurğun onları avtomobildə oturub kənarda gözləyəcək, özləri isə birlikdə Qənirənin həyətinə girib tövlədən heyvan oğurlayacaqlar, sonra zəng edib Vurğuna xəbər verəcəklər və Vurğun gəlib onları avtomaşınla götürəcəkdir. O və Suleyman fevralın 10-na keçən gecə təxminən saat 01 radələrində Qənirənin həyətinə qamışdan olan çəpərdən keçib tövlənin arxa qapısını açmışlar, tövləyə girmişlər, Suleyman 2 baş qoyunu tutmuş, onlar birlikdə qoyunların ayaqlarını bağlayıb tövlədən çıxarmışlar. Qoyunları götürüb hadisə yerindən uzaqlaşmışlar. Vurğuna onları götürməsi üçün zəng etmişdir.Bir qədər sonra Vurğun gəlmiş, avtomobilin arxa yük yerini açmış, qoyunları yük yerinə qoymuş, yola düşmüşlər. Onlar aralarında razılığa gəlmişlər ki, şübhə yaratmamaq üçün heyvanları qonşu rayonların bazarlarında satsınlar, buna görə də əvvəlcə Sabirabad, sonra isə Saatlı rayonlarına getmişlər, lakin həmin gecə həmin rayonlarda heyvan bazarı olmadığından qayıdıb, Salyan rayonundakı heyvan bazarına getmişlər. O və Vurğun maşında gözləmiş, Suleyman heyvanları bazara aparmış, bir qədər sonra maşına qayıtmış, heyvanları 460 manata satdığını demiş, Suleyman həmin puldan ona 150 manat, Vurğuna isə 100 manat vermişdir. Yaşadıqları kəndə qayıtmışlar. Suleyman avtomobildən düşərkən Vurğuna tapşırmışdır ki, səhər gəlib onu və arvaduşaqlarını götürüb xəstəxanaya aparsın. Vurğun onu gətirib yaşadığı ünvanda düşürmüşdür. Əməlindən peşamandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin cinayət əməllərini törətməkdə təqsirli olmaları, özlərinin etirafları, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Salyan rayonu Qarabağlı kəndində öz bacısı ilə birlikdə yaşayır, evdar qadındır, duldur. Yaşadığı evin həyətindəki tövlədən xırdabuynuzlu heyvanların oğurlanması barədə Salyan RPŞ-nə şikayət ərizəsini özü yazmışdır. Belə ki, şəxsi təsərrüfatında 1 qoç, səkkiz 8 qoyun və 3 quzu olmaqla cəmi 9 baş xırdabuynuzlu heyvan, xeyli sayda ev quşları vardır. Xırdabuynuzlu heyvanları gündüzlər özü otarır, gecələr isə həyətindəki tövlədə saxlayırmış. Tövlənin 2 qapısı varmış, bir qapısı həyətə, digər qapısı isə arxadakı meyvə bağına açılırmış. 2025-ci il fevralın 10-da səhər saat 08 radələrində heyvanları otlağa çıxartmaq üçün tövləyə yaxınlaşdıqda həyətə açılan qapının yarıaçıq vəziyyətdə, bağ tərəfə açılan qapının isə açıq vəziyyətdə olduğunu görmüşdür. Tövləyə girib baxdıqda məlum olmuşdur ki, 2 baş dişi qoyun yerində yoxmuş. Heyvanların özbaşına gecə saatlarında tövlədən çıxıb getmələri mümkün olmadığından anlamışdır ki, gecə saatlarında naməlum şəxs tərəfindən ona məxsus 2 baş dişi qoyun oğurlanmışdır. Ona görə Salyan rayon polis şöbəsinə gəlib baş vermiş oğurluq barədə şikayət ərizəsi yazmışdır. Oğurlanmış hər iki dişi heyvan 2 yaşında, qara-qırmızı rəngdə, hər biri təxminən 18-19 kq çəkidə, qulaqları uzun olmuşdur, heyvanlardan birinin buynuzu olmamış, digərinin isə bir buynuzu qırılmışdır. Daha sonra polis əməkdaşları ilə bilrikdə Salyan rayonundakı heyvan bazarına gəlmişdir ki, bəlkəm bazarda satılan heyvanların arasında özünə məxsus heyvanları görüb tanıya bildi. Təxminən saat 12 radələrində heyvan bazarının qarşısında 8-9 baş heyvandan ibarətə sürüyə yaxınlaşqıda həmin heyvanların arasında özünün 2 baş heyvanını tanımışdır. Heyvanların yanında dayanmış, əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Elşad bildirdi ki, həmin heyvanları bir az əvvəl həmin bazarda İbrahim adlı şəxsdən almışdır. Bundan sonra heyvanlarını görüb tanıdığı barədə bazara birlikdə gəlmiş polis əməkdaşlarına məlumat vermişdir. Daha sonra polis əməkdaşları İbrahimi və Elşadı, ona məxsus həmin 2 baş heyvan ilə birlikdə rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, ona məxsus tövlədən 2 baş qoyunu həmkəndlisi Təqsirləndirilən şəxs1 oğurlamışdır, həmin qoyunları bazarda Şahid2 satmışdır, İbrahim də öz növbəsində onun qoyunlarını Şahid3 satmışdır. Baş vermiş oğurluq nəticəsində ona 600 manat maddi zərər vurulmuşdur. Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tamamilə ödənilmişdir. Səhhəti ilə bağlı yay fəsli olduğundan yaşadığı evdən çıxa bilmir. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir və əlavə ifadəsi olmadığını nzəərə alaraq onun iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, valideynləri və ailəsilə birlikdə Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayır, məhkum olunmamışdır, ara günləri taksi fəaliyyəti ilə, heyvan bazarı günləri isə atası İbiş ilə birlikdə Salyan və Sabirabad rayonlarında heyvan alqısatqısı ilə məşğul olurmuş. 2025-ci il fevralın 10-da gecə saat 03 radələrində atası ilə birlikdə Salyan rayonundakı heyvan bazarına özlərinə məxsus yanıbalalı qoyun satmağa gəlmişlər. Atası bazarın içərisində heyvan satmaqla məşğul olmuşdur, özü isə bazardan kənarda bazara heyvan gətirənlərin arasında gəzişmişdir ki, münasib qiymətə heyvan satan olsa alıb aparıb satmaq üçün atasına versin. Təxminən saat 04 radələrində magistral avtomobil yolu tərəfdən bazara doğru piyada olaraq hündürboylu və iri cüssəli bədəni olan bir nəfərin gələrək özü ilə ayaqları bağlı 2 baş qoyun gətirdiyini görmüşdür. Ondan əvvəl həmin adama tanımadığı 2-3 nəfər yaxınlaşıb qoyunları almaq istəmişlər, lakin heyvan sahibi 2 baş qoyunu 550 manata satdığından aralarında alver baştutmamışdır. Bundan sonra, o, həmin adama yaxınlaşıb heyvanlarına baxmış və məlum olmuşdur ki, bunlar iki baş dişi heyvandır, qara-qırmızı rəngdədir, hər biri təxminən 15-16 kq çəkidədir, qulaqları uzundur, heyvanlardan birinin buynuzu yoxdur, digərinin isə bir buynuzu qırıqdır. O, heyvanları nəzərdən keçirib 460 manata almaq istədiyini dedikdə adını bilmədiyi heyvan sahibi heyvanların Qarabağlı kəndindən olduğunu, öz heyvanları olduğunu, evində xəstəsi oldğundan məcbur olub heyvanları satışa çıxardığını deyib son olaraq həmin heyvanları cəmi 500 manata satacağını demişdir. Onlar qiymətdə razılaşa bilmədikləri üçün o çevrilib başqa heyvan satanlar istiqamətində getdikdə həmin adam arxadan onu səsləyib heyvanları onun dediyi qiymətə satacağına razılıq vermişdir. Bundan sonra, o, həmin heyvanaları 460 manata alıb gətirib bazarda atasına vermişdir. Təxminən 15-20 dəqiqədən sonra bazarda heyvan alveri ilə məşğul olan şəxs kimi tanıdığı Elşad onlara yaxınlaşıb bir az əvvəl aldığı həmin 2 baş heyvanı bəyənib almaq istədiyini demiş və onlar həmin heyvanları Elşada 500 manata satmışlar. Elşad heyvanları alıb getdikdən sonra atası ilə birlikdə günorta saatlarınadək bazarda qalıb alver etdikdən sonra öz yaşadıqları evə qayıtmışlar. Həmin gün axşama yaxın saatlarında həyətlərinə gəlmiş polis əməkdaşları onları rayon polis şöbəsinə dəvət etmişlər və polis şöbəsində olarkən onlara məlum olmuşdur ki, həmin gecə əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Təqsirləndirilən şəxs1 adlı şəxsdən aldığı 2 baş dişi qoyun oğurluq heyvanlar olmuşdur və həmin qoyunları Salyan rayonu Qarabağlı kənd sakini Zərərçəkmiş şəxs tövləsindən oğurlamışdır. Ona həmin 2 baş heyvanı satmış Suleyman adlı şəxsi əvvəllər heç vaxt görməmişdir, heç vaxt ondan heyvan almamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə anoloji olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, valideynləri ilə birlikdə Şamaxı şəhəri, Aşıq Məmmədalı küçəsi ev 15-də yaşayır, məhkum olunmamışdır. Təxminən 3 ildir heyvan bazarı günlərində əmisi Vüqar Nuriyev ilə birlikdə Şamaxı, Ağsu, İmişli və Salyan rayonlarına gedib heyvan alqı-satqısı ilə məşğul olur. 2025-ci il fevralın 10-da gecə saat 04 radələrində əmisi Vüqar ilə birlikdə Salyan rayonundakı heyvan bazarına gəlmişlər. Bir qədər bazarda gəzişdikdə bazarda heyvan alveri ilə məşğul olan İbrahimin öz atası ilə birlikdə 2 baş dişi heyvan satdıqlarını görüb onlara yaxınlaşmış, satılan heyvanlara baxdıqda məlum olmuşdur ki, bunlar iki baş dişi heyvandır, qara-qırmızı rəngdədir, hər biri təxminən 15-16 kq çəkidədir, qulaqları uzundur, heyvanlardan birinin buynuzu yoxdur, digərinin isə bir buynuzu qırıqdır. İbrahim və atası İbiş kişi ilə alver edib sonda həmin 2 baş heyvanı cəmi 500 manata onlardan almışdır. Daha sonra həmin heyvanları bazardan çıxardıb əmisinin özü üçün aldığı heyvanların yanına gətirib bağlamışdır ki, daha baha qiymətə satıb qazanc əldə etsin, lakin həmin heyvanları sata bilməmişdir. Təxminən saat 12 radələrində artıq bazardan çıxıb Şamaxı rayonuna qayıtmaq üçün bütün heyvanları bazardan küçəyə çıxardıb yol kənarında dayanıb əmisinin avtomobili onun yanına sürməyini gözləyən zaman əvvəllər tanımadığı, sonradan adı ona məlum olmuş Qənirə adlı qadın ona yaxınlaşıb bir az əvvəl İbrahimdən aldığı 2 baş dişi heyvanları göstərib bildirmişdir ki, həmin heyvanlar onun özünə məxsusdur, həmin gecə həmin heyvanları tövləsindən oğurlamışlar. O, Qənirə adlı qadına bildirmişdir ki, tanıdığı heyvanları bir az əvvəl bazarda İbrahim adlı şəxsdən almışdır. Qənirə onu burada gözləməyi tapşırıb getmiş, bir azdan polis əməkdaşları ilə birlikdə yenidən onun yanına gəlmişdir. Şifahi sorğu zamanı, o, polis əməkdaşlarına heyvanları aldığı yeri və İbrahimin əlamətlərini söyləmişdir. Bundan sonra polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər və burada ona məlum olmuşdur ki, həqiqətən İbrahimdən aldığı 2 baş dişi heyvan bazarda ona yaxınlaşmış Qənirə adlı qadına məxsusdur, həmin heyvanları həmin gecə Qənirənin həmkəndlisi Suleyman adlı şəxs tərəfindən tövlədən oğurlanmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının CMnin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Salyan rayonu, Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki,xx.xx.2025-ci il tarixdə gecə saatlarında naməlum şəxs hyətindəki tövlədən 2 baş qoyunu oğurlamışdır.Nəticədə ona 600 manat ziyan dəymişdir. Bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi və götürmə aparılması barədə protokoldan və ona əlavə olunmuş forocədvəldən görünür ki, həmin tarixdə müstəntiq İlqar İsmayılov tərəfindən Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, saxlanc yeri hesab edilən zərərçəkmiş şəxsə məxsus mişar daşından inşa edilmiş tövlədə hazırda 7 baş xırdabuynuzlu heyvan saxlanılır, tövlənin arxa hissəsindən bağ sahəsinə açılan daha bir qapı vardır, baxış keçirilən zaman zərərçəkmiş şəxs bildirmişdir ki, tövlənin məhz arxa qapısından ona məxsus cəmi 9 baş xırdabuynuzlu heyvandan 2 baş dişi qoyun fevralın 10-da gecə saatlarında oğurlanmışdır. xx.xx.2025-ci il tarixli “maddi sübutun sahibinə təhvil verilməsi barədə” qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən oğurlanmış 2 baş dişi qoyun maddi sübut kimi məhkəməyədək saxlanıması üçün sahibi Zərərçəkmiş şəxs qaytarılmışdır. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Qurbanov süleyman Qara oğlu Zərərçəkmiş şəxs həyətindəki tövlədən edilmiş oğurluq cinayətini törətməkdə şübhəli olduğu üçün həmin tarixdə saat 19:00-da Salyan rayonu Qarabağlı kəndi ərazisində saxlanılaraq saat 19:30-da RPŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar, eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:30-da Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş,azadlığı faktiki olaraq həmin tarixdə saat 19:00-dan məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolundan görünür ki, Şahid2 olğu və şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, onlar ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birinin üzlərinə demişlər. xx.xx.2025-ci il tarixli Salyan rayon Baytarlıq İdarəsinin 3-22-1-2-47/2-10/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 2025-ci ilin fevral ayı ərzində Salyan rayonu ərazisində yerləşən heyvan bazarında 2 yaşında 18 kq diri çəkisi olan 1 baş dişi qoyunun qiyməti təxminən 300 manat olmuşdur. xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 istintaq zamanı ifadəsində bildirdiklərini hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “Sony” rəqəmsal kamera ilə videçəkiliş aparılmış və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması protokolu ucadan oxunmuş, əlavə düzəliş və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs1 tutulmadan azad olunmuşdur. DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəzası davam edir. Salyan İcra və probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə probasiya qeydiyyatına alınmaqla cəza müddətinin əvvəli xx.xx.2023-cü il tarixdə, cəzasının sonu xx.xx.2026-cı il tarix müəyyən edilmiş, xx.xx.2025-ci il tarixə qədər təyin edilmiş cəza müddətinin 01 il 05 ay 09 gün hissəsini çəkmiş, çəkilməmiş cəza müddəti isə 01 il 21 gün təşkil edir. “Salyan Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. Salyan RİHB-nın Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 3 azyaşlı uşağı vardır. Salyan rayonu, Noxudlu kəndində yaşayan Şahid2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona vurduğu maddi zərəri tam ödəmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Rzayev X4 Dadaşovanın həyətindəki tövlədən edilmiş oğurluq cinayətini törətməkdə şübhəli olduğu üçün həmin tarixdə saat 16:30-da Salyan rayonu Qarabağlı kəndi ərazisində saxlanılaraq Salyan RPŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar, eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 18:30-da Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş,azadlığı faktiki olaraq həmin tarixdə saat 17:00-dan məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, onlar ifadələri bir-birinin üzlərinə demişlər. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs2 tutulmadan azad olunmuşdur. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan ittiham yenidən elan edilmişdir. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri və əldə olunmuş əməliyyat məlumatları nəticəsində müəyyən edilmişdir ki, 10 fevral 2025-ci il tarixdə gecə saatlarında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus tövlədən 2 baş xırdabuynuzlu heyvanları Təqsirləndirilən şəxs1 ilə Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs2 birlikdə oğurlamışlar, həmin gecə heyvanları Təqsirləndirilən şəxs2 idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Salyan rayonu ərazisindəki iri və xırda buynuzlu heyvanların satışı bazarına gətirib cəmi 460 manata satmışlar, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 digər cinayətlərdə iştiraklarına dair əməliyyat marağı kəsb edən məlumatlar əldə edilməmişdir. DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən və məhkəmə hökmünün surətindən görünür ki, Rzayev X5 rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Salyan RİHB-nın Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində 3 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışdığını, cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, tələb və şikayəti olmadığını bildirmişdir. “Salyan Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Ağayev X6 Dadaşovanın həyətindəki tövlədən edilmiş oğurluq cinayətini törətməkdə şübhəli olduğu üçün həmin tarixdə saat 13:30-da Salyan rayonu Qarabağlı kəndi ərazisində saxlanılaraq 14:30-da Salyan RPŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar, eyni tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 13:30-da Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş,azadlığı faktiki olaraq həmin tarixdə saat 15:00-dan məhdudlaşdırılmışdır. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 üzləşdirilmiş, onlar ifadələri bir-birinin üzlərinə demişlər. xx.xx.2025-ci il tarixli “üzləşdirmə-dindirmə protokolundan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzləşdirilmiş, onlar ifadələri bir-birinin üzlərinə demişlər. xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs3 istintaq zamanı ifadəsində bildirdiklərini hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “Sony” rəqəmsal kamera ilə videçəkiliş aparılmış və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması protokolu ucadan oxunmuş, əlavə düzəliş və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddədə nəzərdə tutulan ittiham ona elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, Salyan RPŞ-nin müvəqqəti saxlama yerində saxlanılan Təqsirləndirilən şəxs3 tutulmadan azad olunmuşdur. xx.xx.2025-ci il tarixli Salyan RİHB-nın Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ailə tərkibi haqqında arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur və himayəsində azyaşlı uşağı yoxdur. “Salyan Mərkəzi Rayon Xəstəxanası” PHŞ-in arayışından görünür ki, Təqsirləndirilən şəxs3 hər hansı bir xəstəlik üzrə dispanser qeydiyyatında dayanmır. DİN-in BƏSİİ-nin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum edilməmişdir. xx.xx.2025-ci il tarixli “ifadənin yerində yoxlanılması” protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı ifadəsində bildirdiklərini hadisə yerində göstərmişdir. İfadənin yerində yoxlanılması zamanı “Sony” rəqəmsal kamera ilə videoçəkiliş aparılmış və protokola əlavə edilmişdir. İfadənin yerində yoxlanılması protokolu ucadan oxunmuş, əlavə düzəliş və vəsatət daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Zərərçəkmiş şəxs Salyan RPŞ-yə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs3 ilə barışdığını, cinayət hadisəsi nəticəsində ona vurulmuş maddi ziyanın tam olaraq ödənildiyini, qarşı tərəfə tələb və şikayəti olmadığını bildirmişdir. xx.xx.2025-ci il tarixli müstəntiq İlqar İsmayılov tərəfindən tərtib edilmiş “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 2025-ci il martın 08-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələriilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın və ona yenidən elan edilmiş ittihamın məzmununda əlavə və düzəlişlər edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən ona elan olunmuş; Təqsirləndirilən şəxs2 2025-ci il martın 07-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın və ona elan edilmiş ittihamın məzmununda əlavə və düzəlişlər edilərək həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən ona elan olunmuş; Təqsirləndirilən şəxs3 2025-ci il aprelin 15-də Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; Şahid2 barəsində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsilə cinayət təqibinin başlanılması rədd edilmiş;cinayət işinin istintaq zamanı Şahid1 İldir oğlunun, Şahid3 və X1 əməllərində hər hansı cinayəti tərkibi müəyyən edilmədiyindən barələrində cinayət təqibinin başlanılması rədd edilmiş; Zərərçəkmiş şəxs həyətindəki tövlədən oğurlanmış və məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmış 2 baş dişi qoyun cinayət işi üzrə maddi sübut kimi, ifadələr, hadisə yerinə baxış protokolu, ifadələrin yerndə yoxlanılması protokolu və bunu əks etdirən 03 ədəd DVD disk, üzlşmə protokolları, Salyan rayon Baytarlıq İdarəsinin 3-22-1-2-47/2-10/2025 nömrəli xx.xx.2025-ci il tarixli məktubu, digər istintaq hərəkətlərinin protokol və sənədləri sübut kimi qiymətləndirilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs3 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəldikdə oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəlib avtomobilin arxa yük yerini açdıqdan sonra yol kənarında gözləyən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq qərarına gəlib bu məqsədlə həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Salyan rayonu Qarabağlı kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövlədə saxlanılan xırdabuynuzlu heyvanları oğurlayıb heyvan satışı bazarında sataraq əldə olunan pulu aralarında bölmək haqqında öz aralarında əldə olunmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq 2025-ci il fevralın 10-da gecə saat 02 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə qamış çəpərdən aşıb keçmək yolu ilə qanunsuz olaraq daxil olub həyətdəki mişar daşından inşa edilmiş tövlənin arxa qapısını açaraq tövləyə daxil olub hər biri 300 manat qiymətində, hər biri təxminən 18-19 kq çəkidə, 2 yaşlı, qara-qırmızı rəngdə 2 baş xırdabuynuzlu dişi heyvanı (qoyunu) gizli olaraq talayıb heyvanları Zərərçəkmiş şəxs həyətindən çıxardıb təxminən 150-200 metr uzaqlaşaraq əvvəlcədən aralarında olmuş razılığa və cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla “gitara çalan Alxan”ın yaşadığı evin yanına gəldikdə oğurladıqları 2 baş qoyunu avtomobilə yükləyib hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, onların Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikasının CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş və onlar həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.1, 59.1.4, 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, yüngülləşdirən hallar kimi onun himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxlsə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını qəbul edir, ağırlaşdıran halları isə müəyyən etməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, cəza çəkdiyi dövrdə cinayət törətməsini isə mənfi səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini; CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-31/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 21 (iyirmi bir) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla alınan 06 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini; CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha yüngül cəzaların təyin olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən hazırki cinayət əməllərini törətmişdir. Bu da, onun şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hal kimi nəzərə alınması üçün məhkəməyə əsas verir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxsin barəsində təyin olunacaq azadlıqdan məhrum etmə cəzası daha ədalətli olmaqla cəzanın məqsədlərinin və cinayətlə cəza arasında balansın təmin olunması üçün daha effektli olar, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin mülkiyyətin qorunması sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görəilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikasının CM-nin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs2 yüngülləşdirən hallar kimi onun himayəsində 3 azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını qəbul edir, ağırlaşdıran halları isə müəyyən etməmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Salyan rayonu, Qarabağlı kəndin yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 yüngülləşdirən hallar kimi onun zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılmasını qəbul edir, ağırlaşdıran halları isə müəyyən etməmişdir, əvvəllər məhkəmə məsuliyyətinə cəlb olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs3 cəza təyin edilməsi məsələsini müzakirə edərkən işdə cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, CM-nin 69.3-cü maddəsinə əsasən onun hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu cəmi 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 üzərinə yaşadığı Salyan rayonu, Qarabağlı kəndin yerləşən evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3n təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyinəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda onlar və ailələri məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Belə ki, Təqsirləndirilən şəxs2 himayəsində 3 azyaşlı uşağı vardır, ailədə yeganə qazanc gətirın şəxsdir. Təqsirləndirilən şəxslər vurulmuş ziyan tamamilə ödənilmişdir, zərərçəkmiş şəxslə barışıq əldə olunmuşdur, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur, halhazırda əməlindən səmimi peşman olmuş, yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. Bundan başqa, qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 2 baş dişi qoyunun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş materiallarına əlavə olunmuş 07 ədəd CD disk işdə saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(057)-31/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 21 (iyirmi bir) gün hissəsinin iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla alınan 06 (altı) ay 10 (on) gün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin olunmuş cəzaya qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 02 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 hazırkı iş üzrə tutulduğu 02 gün müddət hazırkı hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Salyan rayonu Qarabağlı kəndində yerləşən yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzanın əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 2 baş dişi qoyunun saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş materiallarına əlavə olunmuş 07 ədəd CD disk işdə saxlanılsın. Hökmdən elan olunduğu andan, həbsdə olan Təqsirləndirilən şəxs1 təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar