Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-63/2024 23.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş (müllki iddiaçı) Zərərçəkmiş şəxs, Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1970-ci ildə Tovuz rayonu Ağdam kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Tovuz rayonu Ağdam kəndində qeydiyyatda olmaqla müvəqqəti olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, dələduzluq yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə edib aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Salyan şəhər sakini Zərərçəkmiş şəxs 2020-ci ilin yanvar ayından etibarən dayandırılmış 2-ci qrup əlillik müavinətini bərpa etdirəcəyi barədə qabaqcadan yalan vəd verib aldadaraq etibarından sui-istifadə etməklə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulunu ələ keçirmək məqsədilə 2022-ci ilin mart ayının 15-də Bakı şəhəri ərazisində yerləşən X2 yaxınlığında onunla görüşərək razılaşmış, sənədlərin düzəlməsinə görə 2022-ci ilin mart ayının 18-də istifadəsində olan, “Uni Bank”-a aid 5243 7544 1058 2280 nömrəli “Albalı” debit kart hesabı vasitəsilə Zərərçəkmiş şəxs Salyan şəhəri Y.Qasımov küçəsində yerləşən “Uni Bank”-ın Salyan rayon filialından terminal vasitəsilə göndərdiyi ilkin olaraq 500 (beş yüz) manat pulu, daha sonra adının siyahıda təsdiqlənəcəyi və bununla bağlı mobil telefonuna mesaj gələcəyinə görə əlavə 1000 (min) manat pul lazım olması barədə onunla razılaşıb 2022-ci il iyun ayının 09-da istifadəsində olan həmin kart hesabı vasitəsilə Zərərçəkmiş şəxs qeyd olunan ünvanda yerləşən “Uni Bank”-ın Salyan rayon filialından terminal vasitəsilə göndərdiyi əlavə olaraq 1000 (min) manat pulu, daha sonra əlilliklə bağlı dərəcələr müəyyən edildiyi üçün yeni sistemə keçildiyinə görə əlavə 220 (iki yüz iyirmi) manat pul lazım olması barədə onunla razılaşıb 2022-ci il iyul ayının 08-də istifadəsində olan həmin kart hesabı vasitəsilə Zərərçəkmiş şəxs qeyd olunan ünvanda yerləşən “Uni Bank”-ın Salyan rayon filialından terminal vasitəsilə göndərdiyi əlavə olaraq 220 (iki yüz iyirmi) manat pulu əldə etməklə, vahid niyyətlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1720 (min yeddi yüz iyirmi) manat pulunu ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər təsdiq olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin mart ayının 15-də Bakı şəhəri ərazisində olarkən istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmişdir. Telefonu açdıqda əvvəllər tanımadığı, həmin vaxt özünü Zərərçəkmiş şəxs kimi təqdim edən qadın əlilliyinin bərpa olunması üçün onunla görüşmək istədiyini bildirmişdir.Həmin gün Bakı şəhərində X3 getmiş və saat 17 radələrində Nabatxanımla görüşmüşdür. Nabatxanım sənədləri təqdim edərək əliliyin bərpa olunmasını xahiş etmişdir. Sənədləri yoxlatdırıb ona məlumat verəcəyini demişdir. 17 mart 2022-ci il tarixdə Nabatxanıma zəng vuraraq işi düzəldə biləcəyini demişdir.Ondan əvvəlcə 500 manat, iş düzəldikdən sonra isə 1500 manat verəcəyini demişdir.Nabatxanım səhər bacısı oğlu Eminin kartına 500 manat pulu göndərmişdir. 18 mart 2022-ci il tarixdə Nabatxanım ona göndərdiyi həmin kart hesabına ilkin olaraq 500 manat pul göndərmişdir. 2022-ci ilin iyun ayının 2-də Nabatxanım ona zəng vurub tibbi komissiyadan yenə də ona imtina cavabı gəldiyini bildirmişdir. 08 iyun 2022-ci il tarixdə Nabatxanıma zəng vurub orada işləyən qızın iş yerini dəyişdirdiyini, əlavə 1000 manat göndərəcəyi halda adının siyahıda təsdiqlənəcəyini və bununla bağlı telefonuna mesaj gələcəyini bildirmişdir. Nabatxanımda ona inanıb 09 iyun 2022-ci il tarixdə onun kartına 1000 manat pulu göndərmişdir. 2022-ci ilin iyul ayının 07-də yenə də Nabatxanıma zəng vurub yalandan hazırda əlilliklə bağlı dərəcələrin müəyyən edilməsinə görə yeni sistemin yaradıldığını və bundan ötrü əlavə 220 mant pul lazım olduğunu bildirmşdir. Nabatxanım ona yenə 220 manat pul göndərmişdir. Nabatxanım dəfələrlə onunla əlaqə saxlayıb işin nə yerdə olduğunu soruşduqda,ona müxtəlif bəhanələr gətirərək əlilliyinin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. Bir müddət sonra 2023-cü ilin noyabr ayında Nabatxanım ondan şikayət vermişdir. Nabatxanımdan ümumilikdə 1720 manat pul almış, 700 manatını geri qaytarmışdır.Elədiyi əmələ görə peşimandır, bir daha belə hərəkətlərə yol verməyəcəyini qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs göstərmişdir ki, 2020-ci ilin yanvar ayından 2-ci qrup əlilliyi ləğv olunmuşdur. 2022-ci ilin mart ayının 15-də Bakı şəhərində yerləşən X3 getmiş, orada növbədə gözləyib tanımadığı bir nəfərlə söhbət edərkən həmin şəxs onun Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, əlillik müavinətini düzəltməkdə ona kömək edə biləcəyini demişdir. Natiqlə əlaqə saxlayıb məsələni ona izah etdikdən sonra görüşmüşlər. Natiq işi düzltmək üçün ondan müxtəlif bəhanələrlə 1720 manat pul almış, lakin işi düzəltmədiyi üçün şikayət etmişdir. Hazırda Natiq aldığı puldan 700 manatı qaytarmış, qalan pulları isə qaytarmaqdan imtina etmişdir. Odur ki, pulunun alınıb ona verilməsini xahiş etmişdir.Əks təqdirdə şikayətçi olduğunu qeyd etdi. Məhkəmədə elan olunmuş Zərərçəkmiş şəxs 08 mart 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı törədilmiş dələduzluq əməli nəticəsində dəymiş olan 1720 (min yeddi yüz iyirmi) manat maddi ziyanın 500 (beş yüz) manatı Təqsirləndirilən şəxs tərəfindən ona ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 66.5-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin qərarı ilə CMnin 178.3.2-ci maddəsi CM-nin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilmiş və CM-nin 66.5-ci maddəsinə əsasən barəsində 07 il azadlıqdan məhrum etmə cəzası saxlanılmış, xx.xx.2016-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 06 ilə endirilmiş, xx.xx.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2018-ci il tarixli məhkəmənin tövsif qərarı dəyişdirilərək barəsində 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qərarı ilə 03 ay 11 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad olunmuşdur. Cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinməli və sanksiyada nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2. Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.1-ci maddəsində də deyilir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. 41.2. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, təqsirləndirilən şəxsə Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nın 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə yaşayış yerini saat 23:00dan ertəsi gün saat 06:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxsin həbsdə olduğu iki gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla həmin müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onlara təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasının əvvəli onlarn cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə verilmiş mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 1020 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 31,75 manat alınıb Zərərçəkmiş şəxs verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə iki il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu iki gün müddətin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla üzərində bir il on bir ay iyirmi altı gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CİM-nin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat ertəsi gün 06:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan ertəsi gün saat 06:00dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia qismən təmin edilərək Təqsirləndirilən şəxs 1020 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 31,75 manat alınıb Zərərçəkmiş şəxs verilsin. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmə prosesi zamanı təqsirləndirilən şəxsə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ******************** hesablarınaHökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-63/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-63/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver