Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-64/2025 11.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamış, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İstintaq orqanının gəldiyi nəticəyə görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 2(002)-2699/2023 nömrəli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(057)-66/2024 nömrəli qərarı ilə on iki gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün verilən xx.xx.2025-ci il tarixli təqdimata əsasən cəmi 3660,00 (üç min altı yüz altmış) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2020-ci ildə faktiki ailə qurmuş, nikahlarının rəsmiləşdirilməsi sonradan, yəni xx.xx.2020-ci il tarixdə olmuşdur. Münasibətlərindən xx.xx.2021-ci il təvəllüdlü X7 adında bir övladları dünyaya gəlmişdir. Bir müddət münasibətləri yaxşı olsa da sonradan münasibətləri pozulduğundan Zərərçəkmiş şəxs ilə ayrılmış, Zərərçəkmiş şəxs uşağı da götürüb bibisinin yanına getmişdir. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqla maraqlanılmadığını və heç bir maddi köməklik göstərilmədiyini əsas gətirərək boşanmaq və aliment tələbi ilə məhkəməyə müraciət etmiş, ilk əvvəl müvəqqəti aliment kəsilmişdir, daha sonra yekun qətnamə qəbul edilmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220,00 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi üzrə verilmiş icra vərəqəsi Salyan rayon icra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlama haqqında qərar qəbul edilərək tələbin dərhal icrası barədə bildirişlə birlikdə onun ünvanıma göndərilmişdir. Bildirişləri qəbul etsə də aliment pulunu maddi imkanı kifayət qədər olmadığından ödəyə bilməmişdi. İcra məmurunun qanuni tələbini icra etmədiyindən Azərbaycan Respublikası İXM-in 528.1ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə on iki gün müddətində inzibati qaydada həbs edilmişdir. Daha sonra ona icra üçün yeni müddətlər təyin edilərək, icra sənədini könüllü icra etməyi tələb olunmuşdur. Həmçinin cinayət işi başlanılması üçün təqdimat veriləcəyi haqqında rəsmi xəbərdarlıq edilmişdir. Salyan Rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli təqdimatına əsasən cəmi 3960,00 manat aliment borcu yaranmışdır. İttiham aktı tərtib olunduqdan sonra 1000 manat məbləğində aliment borcundan ödəniş etmişdir. Hazırda Zərərçəkmiş şəxs Fəxrəddin qızına ittiham aktında müəyyən olunan məbləğdən 2660 manat miqdarında borcu qalmışdır. İş üzrə özünü təqsirli bilir, övladına baxmalı olduğunu dərk edir. Sadəcə maddi imkanı kifayət qədər olmadığından və qazancı ancaq şəxsi tələbatlarına çatdığından alimenti ödəyə bilməmişdir. Daha sonra bildirmişdir ki, aliment borcunu tam ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, onun barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq göstərmişdir ki, keçmiş həyat yoldaşı olan Təqsirləndirilən şəxs ona olan xx.xx.2025-ci il tarixinə, yəni ittiham aktı tərtib olunan müddətə qədər olan 3660 manat borc tam ödənilmişdir. İttiham aktında göstərilən həmin borc məbləği iki dəfə olmaqla, birinci dəfəsində 1000 manat, ikinci dəfə isə məhkəmə istintaqı zamanı 2660 manat olmaqla ona tam olaraq ödənilmişdir. Bununla bağlı heç bir şikayət və tələbi yoxdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Şahid3 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına və qərar üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 220 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2023-cü il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra sənədində göstərilən tələbin könüllü qaydada icrasının təmin etmək məqsədi ilə borclu Təqsirləndirilən şəxs bildiriş göndərilmiş lakin o, icra sənədində göstərilən tələbi könüllü qaydada icra etməmiş və icra məmurunun cağırışına gəlməmişdir. Tərəfimizdən məcburi icra tədbirlərinə başlanılmışdır. ”Elektron İcra İnformasiya” sistemindən alınmış çıxarışa əsasən borclu Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak və gəlir müəyyən olunmamışdır. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvanda yaşamaması və tələbin yönəldilə bilinəcəyi əmlakın olmaması barədə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin 16(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi və qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay 220,00 manat sabit pul məbləğində aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi icra olunması üçün xx.xx.2024-cü il tarixdə Salyan rayon icra və probasiya şöbəsinə daxil olmuş və iş üzrə icraata başlanılmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və tələbi icra etmədiynə görə borclu Təqsirləndirilən şəxs barəsində protokol tərtib edilmiş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs öhdəsində olan aliment borcunun ödənilməsi üçün xx.xx.2024-cü il tarixə kimi ona vaxt verilməsini məhkəmədən xahiş etmiş və məkəmə baxışı xx.xx.2024-cü il tarixə təxirə salınmışdır. Lakin borclu Təqsirləndirilən şəxs 15.02.204-cü il tarixdə məhkəməyə gəlmədiyindən borclunun Salyan rayon məhkəməsinə məcburi gətirilməsi barədə Salyan rayon məhkəməsi xx.xx.2024-cü il tarixli, 3(057)-66/2024 saylı qərar qəbul etmiş və qərarın icrası Salyan rayon Polis şöbəsinə həvalə olunmuşdur. Borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilmiş və Salyan rayon məhkəməsinin 8(057)-246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Məlumat vərəqəsi xx.xx.2024-cü il tarixdə İcra Xidmətinə göndərilmişdir. İcra məmuru tərəfindən borclunun qeydiyyatda olduğu ünvana yenidən baxış keşirmiş və borclunun həmin ünvanda yaşamaması müəyyən edilərək akt tərtib edilmişdir. Borclu Təqsirləndirilən şəxs icra sənədində göstərilən ünvanda yaşamadığından onun Salyan rayon Polis şöbəsinin əmkdaşları tərəfindən məcburi gətirilməsi mümkün olmamışdır. Borclunun barəsində xx.xx.2024-cü il tarixdə axtarış qərarı qəbul edilərək icra edilməsi üçün Salyan rayon Polis şöbəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə 720797 saylı axtarış işi açılmışdır. Axtarış tədbirləri nəticəsində borclu Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmişdir. Tərəfimizdən borclu Təqsirləndirilən şəxs barəsində olan inzibati xəta haqqında protokola baxılması üçün Salyan rayon məhkəməsinə təhvil verilmişdir. Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(057)66/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətində inzibati qaydada həbs edilmişdir. Həbsdən azad edildikdən sonra borclu Təqsirləndirilən şəxs icra məmurunun çağırışına gəlməmiş və aliment ödəməmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra ona xəbərdarlıq edilərək tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş alimenti və aliment borcunu ödəməməklə icra sənədinin icrasını təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd edilən qətnamə və qətnamə üzrə verilmiş icra vərəqəsi üzrə aliment ödəməmiş və nəticədə cəmi 3960 (üç min doqquz yüz altmış) manat məbləğində aliment borcu yaranmışdır. Borclu Təqsirləndirilən şəxs tələbi təmin etmədiyi üçün yenidən xəbərdarlıq göndərilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyəti izah edilmişdir. Tələbkar Zərərçəkmiş şəxs dəfələrlə Salyan rayon icra və probasiya şöbəsinə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti və yaranmış aliment borcundan ümumiyyətlə ödəməmiş, borcun ödənilməsi üçün heç bir cəhd göstərməmiş və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qətnaməsinin icrasından yayınmışdır. Həmçinin yekun qətnamə qəbul edildiyindən müvəqqəti aliment barədə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardad əsasında göndərilmiş icra sənədi üzrə icraat xitam verilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində icra zamanı ona 300,00 manat pul ödənildiyini bildirsə də, bu barədə icra şöbəsinə məlumat verməmişdir, həmçinin borclu Təqsirləndirilən şəxs ödənişin qəbzini icra şöbəsinə təqdim etmədiyindən aliment borcu 3960 (üç min doqquz yüz altmış) manat hesablanmışdır. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Abdinli X6 Coşqun Əhəd oğlu ilə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Həmin avtomobili ilk alınan gündən işlətməsi üçün dostu Şahid2 vermişdir. Təqsirləndirilən şəxs şəxsən tanımır. Şoferi, yəni Təqsirləndirilən şəxs dostu Şahid2 tapıb, oda Təqsirləndirilən şəxs etibarnamə vermişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində bildirmişdir ki, **-QJ-*** dövlət qeydiyyat nişanlı avtomobil dostu Şahid1 adınadır. Həmin avtomobil ilk alınan gündən gündəlik 40,00 manat ödəmək şərti ilə Təqsirləndirilən şəxs verilib. X18 adına olsada həmin maşını o, işlədir. Yəni fiziki şəxs kimi qeydiyyatdan keçmiş, boltun nümayəndəliyi kimi işləyir. Bir neçə maşını var, onları idarə edir. Təqsirləndirilən şəxs iki aydır tanıyır. Düzdür gündəlik ödənişləri arada gecikdirsə də ödənişləri edir. Təxmini deyə bilər ki, gün ərzində 100,00-110,00 manat qazanmaq mümkündür, hətda işləsən daha çoxda qazana bilrəsən. Gün ərzində 100,00 manat qazansa 40,00 manat maşının pulu, 15,00-20,00 manat yanacağın pulu qalan pul isə şoferin qazancıdır. Təqsirləndirilən şəxs Bolt şirkəti tərəfindən bloklanıb, ona görədə Tahir Xəlilovun adına işləyir. Maşınlarında idarə etmə və izləmə sistemi var, orda gün ərzində şoferin hansı masəfəni qət etməsi, ödənişləri, harda olması və sair kimi məlumatları əldə edə bilirlər. Ona görədə şoferlərin qazanclarını da görə bilirlər. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-2-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin müstəntiqi Elşən Tağıyevin 14 mart 2025-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqqında” qərarından görünür ki, Salyan rayon İcra və Probasiya şöbəsində toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilərək istintaq aparılmışdır. Cinayət işinin 13-14-cü vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin surətindən görünür ki, 07 avqust 2023-cü il tarixdən başlayaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)-2699/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər, 05 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində müvəqqəti aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Cinayət işinin 15-18-ci vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, müvəqqəti alimentin tutulması barədə ərizənin qismən təmin edilməsi, 07 avqust 2023-cü il tarixdən başlayaraq Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan 2(002)- 2699/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənə qədər, iddia təmin edildikdə isə məhkəmə aktının icrasına qədər, 05 may 2021-ci il təvəllüdlü X1 üçün hər ay 220 manat məbləğində müvəqqəti aliment cavabdeh Təqsirləndirilən şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Cinayət işinin 19-cu vərəqində olan Salyan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Cinayət işinin 20-ci vərəqində olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli bildirişinin surətindən görünür ki Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-68/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Cinayət işinin 28-ci vərəqində olan 25 sentyabr 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, borclu Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qərardadın icrası tələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Cinayət işinin 29-cu vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid3 tərəfindən X13 və X5 iştirakları ilə tərtib olunmuş xx.xx.2023cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədində göstərilən Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında yaşamır. Cinayət işinin 31-32-ci vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1967 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçı Zərərçəkmiş şəxs ilə qalması, xx.xx.2021ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. Cinayət işinin 33-36-cı vərəqlərində olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1967 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçı Zərərçəkmiş şəxs ilə qalması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cinayət işinin 37-ci vərəqində olan Salyan Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli, icraata başlamaq haqqında qərarından görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Borclu həmin qərarı imza çəkməklə qəbul etmişdir. Cinayət işinin 38-ci vərəqində olan Salyan Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası tələb olunmuş, əks halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi göstərilmişdir. Borclu bildirişi imza çəkməklə qəbul etmişdir. Cinayət işinin 49-51-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 3(057)- 66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1998-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında qeydiyyatda olan və yaşayan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Cinayət işinin 55-56-cı vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 8(057)- 246/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli saylı icra sənədi üzrə xx.xx.1998-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin 60-cı vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid3 tərəfindən icra məmurları X10 və X8 iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs icra sənədində göstərilən Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 2 ünvanında yaşamır. Qonşuların deməsinə görə Təqsirləndirilən şəxs uzun müddətdirki həmin ünvanda yaşamır və harada yaşaması barədə məlumatları yoxdur. Cinayət işinin 62-63-cü vərəqlərində olan Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid3 tərəfindən qəbul edilmiş 04 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, borclu, xx.xx.1998-ci ildə ünvan 4 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Cinayət işinin 71-75-ci vərəqlərində olan Salyan Rayon Məhkəməsinin 3(057)- 66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək onun barəsində 12 (on iki) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cinayət işinin 80-ci vərəqində olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 27 yanvar 2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X12 şəhəri, A.Hüseynov küçəsi, ev-2 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq həmin ünvanda yaşamır. Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Nümayəndəlikdə vətəndaşın mülkiyyətində fərdi yaşayış evi, ticarət obyekti və mal-qaranın olub-olmaması, pensiya alıb-almaması barədə məlumat yoxdur. Cinayət işinin 81-ci vərəqində olan Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsinin 27 yanvar 2025-ci il tarixli görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin 84-cü vərəqində olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş cədvəldən görünür ki, borclu Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs olan aliment borcu 3960 manat təşkil edir. Cinayət işinin 87-ci vərəqində olan X4 ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X7 doğulmuşdur. Cinayət işinin 88-ci vərəqində olan X9 Şəhadətnamənin ksero surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı nikah Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cinayət işinin 112-ci vərəqində olan Green Taxi MMC tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci ildə Green Taxi MMC-də sürücü vəzifəsində çalışan Təqsirləndirilən şəxs idarəetməsi üçün 90YB437 nömrəli avtomobil həvalə edilmişdir və 400 manat əmək haqqı barədə razılıq əldə olunmuşdur. xx.xx.2025-ci ildə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Cinayət işinin 114-cü vərəqində olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun 18 mart 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs sosial ödəniş almasına dair Nazirliyin elektron informasiya ehtiyatlarında (pensiya, sosial müavinət, təqaüd) məlumat mövcud deyildir. Cinayət işinin 122-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 313-12/2- 142652/2025 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin 123-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli, 313-12/2- 142652/2025 nömrəli məktubundan və həmin məktuba əlavə edilmiş tələbnamədən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Cinayət işinin 147-ci vərəqində olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Əliyev X12 şəhəri, A.Hüseynov küçəsi, ev-2 saylı ünvanda qeydiyyatda olmasına baxmayaraq hal-hazırda həmin ünvanda yaşamır. Cinayət işinin 156-157-ci vərəqlərində olan 01 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin 159-cu vərəqində olan 01 may 2025-ci il tarixli “təqsirləndirilən şəxsin axtarışa verilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunması, ittiham elan etmək üçün tutularaq Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin MSY-nə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 162-ci vərəqində olan 01 may 2025-ci il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutularaq istintaq orqanına təhvil verilənədək dayandırılmışdır. Cinayət işinin 166-cı vərəqində olan 21 may 2025-ci il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, CM-nin 306.1-ci maddəsinə əsasən başlanmış ********* nömrəli cinayət işi üzrə dayandırılmış istintaq icraatı təzələnməsi və icraata qəbul edilərək ibtidai istintaqının davam etdirilməsi qərara alınmışdır. Cinayət işinin 190-191-ci vərəqlərində olan 21 may 2025-ci il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 198-ci vərəqində olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs plastik kart hesabına 1000 manat ödəniş edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq göstərmişdir ki, keçmiş həyat yoldaşının ona olan xx.xx.2025-ci il tarixinə qədər 2660 manat borc tam ödənilmişdir. İttiham aktında göstərilən xx.xx.2025-ci il tarixə olan 2660 manat tam şəkildə ödənilmişdir. Bununla bağlı heç bir şikayəti yoxdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddianın qismən təmin edilməsi, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2020-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 1967 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X3 iddiaçı Zərərçəkmiş şəxs ilə qalması, xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Salyan Rayon Məhkəməsinin 3(057)-66/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 12 (on iki) gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə təqdimat verilən xx.xx.2025-ci il tarixinədək cəmi 2660 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi və bununla da, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasənqanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, məhkəmə iclasında dindirilmiş, elan edilmiş, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs, şahid ifadələri və iş materiallarında olan digər sənədlərlə tamamilə sübuta yetirildi. X11 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmin maddənin qeyd hissəsinə əsasən Bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi təqsirləndirilən şəxs http://e-qanun.az/framework/46947 qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini tam icra etmiş və həmin səbəbdən o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət Məcəlləsinin həmin Maddəsinin Qeyd hissəsinə əsasən bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-nin 321.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı məhkəmə tərəfindən həll edilən bütün məsələlər üzrə qərar çıxarır. Cinayət Prosessual Məcəlləsinin 321.2 və 321.2.1-ci maddələrinə əsasən müşavirə otağında ayrıca sənədlər şəklində tərtib edilən və məhkəmənin bütün tərkibi tərəfindən (cinayət işinə təkbaşına baxıldığı halda hakim tərəfindən) imzalanan aşağıdakı qərarlar çıxarılır: cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması barədə. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2699/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini hazırkı iş üzrə hökm çıxarılanadək tam icra edərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə razılıq əldə etmiş, həmin şəxsin ona qarşı heç bir şikayəti, tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir və bu barədə məhkəməyə müvafiq teleqrama ünvanlamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin Qeyd hissəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və onun barəsində başlanılmış cinayət təqibinə xitam verilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə CPM-in 156.4-cü maddəsinə əsasən xitam verilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 08 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 88 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülməlidir. Azərbaycan Respublikasının CPM-nin 40, 321.2.1, 344-347, 356, 384, 385-ci maddələrini, həmçinin CM-nin 306.1-ci maddəsinin Qeyd hissəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə həmin maddənin Qeyd hissəsinə əsasən iş üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbirinə CPM-in 156.4-cü maddəsinə əsasən xitam verilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 08 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 88 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesabına köçürülsün. Qərarın surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Qərar elan edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №1(057)-64/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-64/2025
11.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver