Məhkəmə qərarları › İş №1(057)-65/2024

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-65/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-65/2024 17.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Şahin oğlu,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan Rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Salyan Rayon Məhkəməsinin 19 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və Salyan Rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2, mənzil 21da qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 17 aprel 2024-cü ildə Salyan rayonunda açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1.629 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 fevral 2024-cü il tarixdə saat 11:30-da Salyan şəhəri, Ə.Quliyev küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda şübhəli bilinərək saxlanılıb saat 11:45-də ünvan 1 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinin inzibati binasna gətirilmiş, üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd polietilen bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 13 fevral 2024-cü ildə səhər vaxtı Salyan şəhəri, avtovağzal deyilən yerə tərəf gedərkən yolda içərisində tiryək olan bir bükum görmüş və həmin maddədən istifad etmək məqsədi ilə götürüb özündə saxlamışdır.Həmin günü saat təqribən saat 11:30 radələrində Ə.Quliyev küçəsində dayandığı vaxt polis əməkdaşları onu tutub polisə aparmışlar.Polisdə üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində həmin maddə aşkar olunub götürülmüşdür.Qeyd olunan maddə çəkilmiş və çəkisi 1,62 qram olmuşdur.Polis əməkdaşlarına da həmin maddəni tapdığını demişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi. Şahid qismində məhkəmədə ifadə verən Salyan Rayon Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik maddələr saxlaması barədə şöbəyə məlumat daxil olmuş və həmin məlumatın yoxlanılması məqsədi ilə qrup yaradılmış, 13 fevral 2024-cü ildə saat təqribən 11:30 radələrində onu Salyan şəhəri, Ə.Quliyev küçəsində gördükləri üçün tutub saxlamışlar və daha sonra sənədləşmə aparılması üçün polis şöbəsinə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilmiş və tiryəkə oxşar kütlə aşkar olunub götürülmüşdür.Çəkildikdə həmin maddənin kütləsi 1,72 qram olmuşdur.Maddə qablaşdırılmış və götürülərək protokollaşdırılmışdır. Şahid qismində məhkəmədə ifadə verən Salyan RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Şahid1 dediklərini bir daha təsdiq etmişlər. Məhkəmədə elan olunmuş 13 fevral 2024-cü il tarixdə tərtib edilmiş “Şəxsi axtarış aparılması və götürmə barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2024-cü il tarixli, 3-16-16/2-18/166 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi- 1.629 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir Məhkəmə-narkoloji ekspertizasını xx.xx.2024-cü il tarixli, 156 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Salyan RMX-nın xx.xx.2024-cü il tarixli, 18-1-68/2-529/2024 saylı arayışından görünür ki, həkim-narkoloq Saraxanım Zərgərlinin məlumatına əsasən Salyan şəhəri, Ə.Quliyev küçəsi, ev 52, mənzil 21-də pasport qeydiyyatında olan və yaşayan, xx.xx.1972ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2024-cü il tarixdən “opiatlara qarşı psixi və fiziki asılılıq” sindromu ilə qeydiyyatdadır. Həkim-psixiatr Xatirə Ağayevanın məlumatına əsasən psixonevroloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Salyan rayonu İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 391 nömrəli arayışında göstərilir ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Ə.Quliyev küçəsi ev 2, mənzil 21-də yaşayır və onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı-1973-cü il təvəllüdlü X4; oğlu-1996-cı il təvəllüdlü X5 və qızı-1998-ci il təvəllüdlü X3r. Həmin MMCnin xx.xx.2024-cü il tarixli, 392 nömrəli xasiyyətnaməsində göstərilir ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində MİTTİB MMC-yə heç bir şikayət və ərizə daxil olmamışdır. Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin 19 aprel 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin Məhkəmənin 19 dekabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və həmin Məhkəmənin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Salyan rayon Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay, 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 1.529 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkin cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və məhkumluğu ödənilmədən yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu 17 aprel 2024-cü ildən hesablanmalıdır. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarxədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilməli,məhkəmə iclasında həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 1,529 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş xx.xx.2024-cü il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilib, barəsində həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclasında həbsə alınsın, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 17 aprel 2024-ci ildən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narokoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 1,529 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ**********62149822321, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar