Məhkəmə qərarları › İş №1(057)-65/2025

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-65/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-65/2025 22.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Yaqub oğlunun sədrliyi, X9 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi: Nümayəndə, Müdafiəçi: fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1957-ci ildə Salyan rayonu Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan SOCAR tərəfindən Salyan OİL LTD Şirkətinə müvafiq istifadə üçün ayrılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin registr bazasında sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olmaqla Salyan rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0,2766 ha torpaq sahəsini 1992-ci ildən özbaşına hasarlayıb tutmaqla həmin ərazidə hər il bostan-tərəvəz bitkiləri, meyvə ağacları əkib becərərək üzüm bağı salmış və 2024-cü ilin noyabr ayının ortalarından etibarən isə həmin sahədə vahid niyyətlə özbaşına tikinti, quraşdırma işləri aparıb orada 11m x12m ölçüdə fərdi yaşayış evinin beton bünövrəsini tökdürüb mişar daşından fərdi yaşayış evi inşa etdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, əmək veteranıdır, uzun illər, yəni 49 il “Salyan OYL” şirkətində çalışmışdır, ona tikilinin aparıldığı torpaq sahəsi 1994-cü ildən ərizə əsasında verilmişdir, sahəsi təxminən 15 sotdur, lakin torpaq sahəsi sənədləşdirilməmişdir, tikintini aparmağa icazə almamışdır. Ətrafdakı torpaq və tikililərin də icazə və sənədi yoxdur. Tikinti apardığı sahə uzun illər onun istifadəsində olmuş, orada meyvə ağacları, bostan bitkiləri əkib-becərmişdir. Bir oğlu, dörd nəvəsi var. Oğlu İntiqam onun yeganə oğul övladı olduğu üçün onlar bir evdə yaşamışlar, lakin ev darısqal olduğu üçün birlikdə yaşaya bilmirlər, buna görə də oğlu üçün ayrı ev tikmək istəmişdir. Onun ətrafında hər kəs ev tikmişdir. Həmin torpaq sahəsində 4-5 daş hündürlükdə, 12 x 11 metr ölçüdə kürsülü ev tikdirməyə başlamışdır. Evin fundamenti tökülüb təxminən 4 daş hündürlüyündə hörgü işləri aparıldıqdan sonra həmin yerə “Salyan OİL” şirkətinin əməkdaşları gələrək oranın “Salyan Oil” şirkətinə məxsus olduğunu, orada tikinti işlərinin aparılmasının qadağan olduğunu bildirmişlər. Lakin o, həmin evi bankdan götürdüyü kredit hesabına tikdirmiş, ev tikməyə başqa sahə tapa bilmədiyni bildirmişdir. Şirkətdən ondan tikintini dərhal dayandırmasını, ərazini təmizləməyi tələb etmişlər. Bir müddət sonra şirkətin işçiləri bir daha yenidən xəbərdarlıq etmiş, xəbərdarlıqedici məktub da gəlmişdir ki, tikinti işlərini dayandırsın və ərazini də təmizləyib boşaltsın. Buna görə də tikintini dayandırmışdır. Lakin torpaq sahəsini şirkətə vermək istəmir. Səbəb həmin torpaqda tikdiyi evi bankdan götürdüyü kredit hesabına tikməsidir. Əməlindən peşmandır, ahıl yaşda olmaqla təqaüdçüdür, ürək xəstəsidir. Odur ki, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı onun səmimi etirafı ilə yanaşı məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin, məhkəmə istintaqı zamanı elan olunraq tədqiq olunmuş şahidlərin ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. O, 2024-cü ilin oktyabr ayından "Salyan OİL Limited” şirkətində rəis vəzifəsində işləyir. 2024-cü ilin noyabr ayının 20-də Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşən və Salyan OİL LİMİTED şirkətinə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etdirməsi barədə məlumat əldə edilmiş, həmin əraziyə baxış keçirilmiş, baxış zamanı artıq inşa ediləcək binanın fundamentinin qazılaraq beton töküldüyünü və betonun üzərindən 5 mişar daşı hündürlüyündə inşaat işləri aparıldığı müəyyən edilmişdir. Aparılan tikinti işlərinin qanunsuz olması, tikinti işlərini dayandırmaları barədə xəbərdarlıq etmişlər. Həmin torpaq sahəsinin sənədi yoxdur. 2024-cü ilin dekabr ayının 19-da Təqsirləndirilən şəxs aparılmış tikinti işləri dayandırılması və həmin ərazinin təmizlənməsi barədə məktub göndərilmişdir. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxsla oğlu İntiqam qanunsuz zəbt etdikləri şirkətə aid sahədə tikinti işlərini davam etdirmişlər. Bu barədə Salyan rayon İcra Hakimiyyətinə və Salyan RPŞ-nə müracət etmişlər. Hazırda sözügedən torpaq sahəsi qaytarılmamışdır.Həmin əraziyə ən yaxın neft qurğusu 500 metr aralıdadır. Həmin torpaq sahəsi dövlət tərəfindən onların icarəsinə verilmişdir.Ətrafda evlər mövcuddur, çoxdan tikildikləri üçün onlara münasibətdə tədbir görülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. İltimas onun əri olmaqla xəstədir. Bir oğlu, dörd nəvəsi var, birlikdə yaşayırlar, evləri darısqaldır. Salyan rayonu Təzəkənd kəndi ərazisində oğlu üçün yeni ev tikmişlər, evin sənədi yoxdur. Həmin ərazidə -onların əhatəsində çoxlu sənədi olmayan evlər var. Tikinti aparılan torpaq sahəsini onlara 1992-ci ildə vermişlər. Həmin ərazidə 2024-cü ilin noyabr ayınadək ev tikmişlər, ev 5 daş üstündədir, evi nəvələrinə görə tikmişlər. Hazırda tikinti işləri dayandırılmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq dindirilmiş Şahid7 İtimas oğlunun ibtidai istintaq zamanı verdiyi ifadəsindənn görünür ki, o, ailəsi ilə birlikdə valideynlərinə məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən evlərinə yaşayır və Təqsirləndirilən şəxs onun doğma atasıdır. Ailəsində onun 4 oğlu vardır ki, onlardan da biri hazırda hərbi xidmətdə olmaqla ikinci oğlu da bu il hərbi xidmətə getməyə hazırlaşır. Oğlanları artıq böyüdüyündən və kənddəki atasına məxsus evləri köhnə, darısqal olduğundan atasının təklifi ilə onun ailəsi üçün yeni ev tikmək qərarına gəlmiş, bu məqsədlə də atası 2024-cü ilin noyabr ayının ortalarından etibarən evlərinin yaxınlığında olan boş sahədə kürsülü bir ev tikdirməyə başlamış, özü sürücü olduğuna görə hər gün səhər tezdən işə gedib bir də gecədən bir xeyli keçmiş evə qayıtdığından baş verən proseslərdə onun heç bir iştirakı olmamış, yalnız bir dəfə evlərində olarkən Salyan OYL əməkdaşları gəlib ondan həmin yerdə tikinti işlərini dayandırmağı tələb edəndə onlara həmin tikinti işlərini özünün gördürmədiyini, həmin işləri atasının gördürdüyünü, atası evə gələndə onların gəlişi və tələbləri barədə ona bildirəcəyini demiş və ondan sonra onlar çıxıb getmişlər. Şirkət əməkdaşları gedəndən bir xeyli sonra atası evə gələndə ona bu barədə məlumat vermiş, atası da ona "mən özüm 40 il Salyan OYL-da işləmişəm, indi mənə 5-10 sotka torpaq da düşmür, bu işin sənə heç bir aidiyyəti yoxdur, sən öz işinlə məşğul ol, tikintini apartdıran mənəm, mən özümdə bu məsələni həll edərəm" deyə cavab vermişdir. Ona görə də həmin məsələ ilə bağlı daha atasının işlərinə qarışmamış, ona bir söz deməmiş, mübahisəli sahədə aparılan tikinti işlərində onun heç bir rolu və iştirakı da olmamışdır. Bunu orada işləmiş usta və ətrafda yaşayan şəxslər də təsdiq edə bilər. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 2023-cü ilin sentyabr ayından "Salyan OİL" Limited əməliyyat şirkətində növbə rəəisi vəzifəsində çalışır. 2024-cü ilin noyabr ayının 20də işlədiyi əməliyyat şirkətinin mühafizə bölməsinin rəisi Nümayəndə və mühafizə patrulu olan Şahid3la birlikdə Salyan rayonu Qarabağlı kəndində olarkən həmin kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında yerləşən və Salyan OİL LİMİTED şirkətinə məxsus 0,10 ha torpaq sahəsində oğlu İntiqam üçün fərdi yaşayış evi inşa etdirməsi barədə məlumat əldə etmiş, ona görə də həmin ünvana getdikdən sonra orada həqiqətəndə təxminən 12x11 metr ölçülərdə olan sahədə mişar daşından fərdi yaşayış evinin tikintisinə başlanıldığını, artıq inşa ediləcək binanın fundamentinin qazılaraq beton töküldüyünü və betonun üzərindən də 5 mişar daşı hündürlüyündə inşaat işləri 391 muəyyən etmişlər. Həmin vaxt orada nə İltiması, nə də onun oğlu İntiqamı görməmiş, evdə yalnız İltimasın adını bilmədiyi arvadı olduğundan ona tikinti işlərinin sahənin işlədikləri şirkətə məxsus olduğunu bildirib aparılan tikinti işlərinin qanunsuz olması barədə İltimasın arvadına xəbərdarlıq etmişlər ki, o da bu barədə ərinə və oğluna onlar evə gələndə məlumat versin ki, həmin şəxslər qanunsuz gördürdükləri tikinti işlərini dayandırsınlar. Sonradan İltimas özü onların işlədiyi şirkətə gəlmiş və bu barədə onunla söhbət aparılmış, bir daha qeyd edilən yerdə apardığı tikintinin qanunsuz olması ona izah edilmişdir. Bundan təxminən 1 ay sonra, yəni 2024-cü ilin dekabr ayının 9-da işlədiyi əməliyyat şirkətinin mühafizə bölməsinin rəisi Nümayəndə onu və növbə rəisi Şahid1 həmin ünvana göndərmiş, onlar da aparıb Təqsirləndirilən şəxs şirkətin rəhbəri tərəfindən imzalanmış məktub təqdim etmişlər. Həmin məktubda da aparılmış tikinti işlərinin dayandırılması və oranın dərhal tikinti aparmış şəxs və ya əxslər tərəfindən təmizlənməsi göstərilmişdir. Lakin tərəflərindən qeyd edilən məkub İltimasa təqdim edilsə də o, həmin vaxt heç bir əsaslı səbəb göstərmədən məktubu almaqdan imtina etmiş, ona görə də həmin məktubu poçt vasitəsi ilə onun yaşadığı ünvana göndərmişlər. Bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxsla oğlu İntiqam qanunsuz zəbt etdikləri onların şirkətinə aid sahədə tikinti işlərini yenə də davam etdirmişlər. Bu barədə 04 yanvar 2025-ci il tarixdə növbəti akt tərtib edildikdən sonra şirkətin rəhbərliyi tərəfindən Salyan rayon İcra Hakimiyyətinə də bu barədə məktub göndərilmiş, Təqsirləndirilən şəxsla oğlu Şahid7 deyilənlərə əhəmiyyət verməyərək öz qanunsuz hərəkətlərini davam etdirdiklərini görüb şirkət rəhbərliyi sonda məktubla Salyan RPŞ-nə müraciət etmişdir. İşlədiyi "Salyan OİL LİMİTED" şirkətinə məxsus Salyan rayonu, Qarabağlı kəndində yerləşən sahədə qanunsuz inşa edilən fərdi yaşayış evinin konkret olaraq Təqsirləndirilən şəxs və ya onun oğlu Şahid7 hansının tərəfindən inşa edilməsini dəqiq bilməmiş, bildiyi yalnız o olmuşdur ki, İltimas həmin evi oğlu İntiqam üçün inşa etdirir. Onlara məlumat da belə çatmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid3, Şahid1 və Şahid2 ibtidai istintaq zamanı verdikləri ifadələri Şahid5 ifadəsinə oxşar məzmunlu olmuşdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Özü bənnalıq etməklə ailəsini dolandırır. Təxminən 2024-cü ilin noyabr ayında həmkəndlisi İltimas onlar üçün yaşadıqları Qarabağlı kəndində ev tikməyi ondan xahiş etmişdir. Onunla qiymət barədə razılaşandan sonra 2024-cü ilin noyabr ayının ortalarından sonra o, İltimasın ona təqdim edib göstərdiyi yerdə onun üçün 12x11 metr ölçüdə kürsülü ev tikməyə başlamış, fəhlə kimi də İltimasın öz nəvələri həmin vaxt ona kömək etmişlər. Tikinti işləri apardığı yerə dair ondan sənəd istəyib həmin sənədə baxmamış, həmin sahənin İltimasa məxsus olub-olmamasını bilməmişdir.Hhəmkəndli olduqlarından uzun illər ərzində İltimasın həmin yerdən istifadə etdiyini, orada meyvə ağacları əkib, üzümlük saldığını, bostan məhsulları əkib yetişdirdiyini görüb şahidi olmuşdur. Lakin sonradan məlum olmuşdur ki, həmin yer Salyan OİL əməliyyat şirkətinə məxsusdur. Ona görə də İltimas həmin yerdə hörgü işlərinin aparılmasını dayandırmış və o da daha orada heç bir başqa iş görməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixli Salyan RİH -nə və Salyan RPŞ-nə ünvanladığı xx.xx.2025-ci il tarixli 05-009/2025 saylı məktubların məzmunundan görünür ki, “Salyan Oil Limited” əməliyyat şirkətinin Kürsəngi və Qarabağlı neft yataqları üzrə X14 Sazişinə uyğun olaraq neft və qaz əməliyyatlarının aparılması məqsədilə, SOCAR (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müvafiq istifadə üçün ayrılmış dövlət mülkiyyətində olan sənayə təyinatlı torpaq sahələrinin bir hissəsi olmaqla, tərəfindən Salyan rayonu Qarabağlı kəndi ərazisində (39°45'51.2”N 48°58'29.8"E koordinatlarda) kənd sakini Şahid7 tərəfindən zəbt edilərək, orada özbaşına tikinti işlərinin aparılması faktı aşkar edilmişdir.Tikinti işlərinin dayandırılması ilə bağlı Şahid7 dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, edilən xəbərdarlığa heç bir məhəl qoymamış və qanunsuz əməllərini davam etdirmişdir. Həmçinin Şahid7 tikintiyə aid hüquqverici sənədlər istənilsə də, o, heç bir sənəd təqdim etməmişdir. Həmin şəxs hazırda da öz qanunsuz əməllərini davam etdirir, ərazidə əlavə tikinti işləri aparmağa cəhdlər göstərir. Məlum olduğu kimi, hər hansı bir tikinti-quraşdırma işlərinin həyata keçirilməsi üçün vacib olan təsdiqlənmiş hüquqi tikinti sənədləri əldə edilməlidir ki, burada da hər hansı bir icazə verən təsdiqedici sənədlər “Salyan Oil Limited” əməliyyat şirkətinə təqdim edilməmişdir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2000-ci il tarixli 387 nömrəli Fərmanının 3-cü bəndinə əsasən sözügedən Sənaye təyinatlı torpaq sahəsini qanunsuz olaraq Azərbaycan Respublikasının CM-nin 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 222-1.1 və 222-2.1 maddələrinin (özbaşına tikinti işləri aparma, müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya Quraşdırma işləri aparma) və “Azərbaycan Respublikasının inzibati xətalar məcəlləsinin” 395.1-ci maddəsinin (özbaşına tikinti işlərinin aparılması) tələblərini kobud şəkildə pozmaqla, orada qanunsuz olaraq tikinti işləri aparan Şahid7 qanunsuz əməllərinə hüquqi qiymət verərək barəsində müvafiq tədbirlər görülməsini və qanunsuz tikililərin vətəndaşın özü tərəfindən sökülməsində və ərazinin boşaldılmasında onlara köməklik göstərilməsini xahiş etmişlər. İş materiallarında olan Zərərçəkmiş şəxs-nin xx.xx.2024-cü il tarixli “təhlükəsizlik xidməti əməkdaşının iştirakı ilə aşkarlanmış nöqsan barədə” aktından və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan rayonu Qarabağlı kənd sakini Şahid7 qanunsuz olaraq tikdiyi ev tərəflərindən aşkar edilmiş və şifahi xəbərdarlıq edilərək, tikinti işlərinin dayandırılmasını tələb etmişlər.Tikili 5 daş hörgü ilə hörülmüşdür. Tikinti aparılan ərazinin fotoçəkilişi tərəflərindən çəkilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs-nin xx.xx.2024-cü il tarixli “təhlükəsizlik xidməti əməkdaşının iştirakı ilə aşkarlanmış nöqsan barədə” aktından və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan rayonu Qarabağlı kənd sakini Şahid7 şirkətin icraçı direktoru tərəfindən imzalanmış yazılı xəbərdarlıq məktubu onun yaşadığı ünvana aparılmışdır.Şahid7 evdə olmadığından məktub atası Təqsirləndirilən şəxs təqdim olunmuşdur. İltimas Cavabdov məktubu qəbul etməmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs-nin xx.xx.2025-ci il tarixli “təhlükəsizlik xidməti əməkdaşının iştirakı ilə aşkarlanmış nöqsan barədə” aktından və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Salyan rayonu Qarabağlı kəndi ikinci sahədə kənd sakini Təqsirləndirilən şəxs əvvəllər zəbt etdiyi ərazidə evin tikintisi edilmiş xəbərdarlığa baxmayaraq davam etdirmişdir. Əlavə olaraq tikintinin üzərinə yeddi daş hörgü qeydə alınmışdır. Foto çəkilmişdir.Təqsirləndirilən şəxs tikintinin dayandırılması üçün bir daha xəbərdarlıq edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi polis polkovnik-leytenantı Arzu Hacıyevin 29 yanvar 2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu Qarabağlı kəndində dövlət mülkiyyətində olan 25mx75m ölçüdə torpaq sahəsini özbaşına hasarlayıb tutmaqla həmin sahədə meyvə ağacları, bostan-tərəvəz məhsulları əkib becərməsi, üzümlük salması və tikinti, quraşdırma işləri aparıb 11mx12m ölçüdə fərdi yaşayış evi inşa etdirməsi faktı öz təsdiqini tapmışdır. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi Arzu Hacıyevin 09 aprel 2025-ci il tarixli “cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi polis polkovnik-leytenantı Arzu Hacıyevin xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarıdan görünür ki, "Salyan OYL LTD" əməliyyat şirkəti zərərçəkmiş şəxs qismində tanınmış, şirkətdə işləyən Nümayəndə zərərçəkmiş şəxsin nümayəndəsi kimi tanınmış, ona bu barədə məlumat verilmiş və qərar elan edilərək zərərçəkmiş şəxsin nümayəndəsinə Azərbaycan Respublikası CPM-nin 102-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri ona izah olunmuşdur. İş materiallarında olan Qarabağlı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-71-17/2-318/2025 saylı arayışdan görünür ki, Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı xx.xx.1960-cı il təvəllüdlü Şahid6 (təqaüdçü), oğlu xx.xx.1983-cü il təvəllüdlü Şahid7 (sürücü), gəlini xx.xx.1985-ci il təvəllüdlü X6 (işsiz), nəvəsi xx.xx.2004-cü il təvəllüdlü X2 (işsiz), nəvəsi xx.xx.2005-ci il təvəllüdlü X3 (hərbi xidmətdə), nəvəsi xx.xx.2008-ci il təvəllüdlü X4 (işsiz) və nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X5 ibarətdir. İş materiallarında olan Qarabağlı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Salyan rayonu Qarabağlı kəndində yaşayan Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-13-104/2- 10792/2025 saylı məktubdan, ona əlavə olunmuş mütəxəssis rəyindən və Yerquruluşu Planından görünür ki, Salyan rayonu Təzəkənd kəndi ərazisində Şahid7 tərəfindən tikilən yarımçıq (11m x12m ölçüdə) fərdi yaşayış evinin yerləşdiyi və ümumi istifadə olunan 0.2766 ha torpaq sahəsi, elektron kadastr uçotu informasiya sistemində olan məlumatlara əsasən kateqoriyası, “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyətində olan torpaq sahəsidir. İş materiallarında olan istintaq orqanının “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilməsi; Təqsirləndirilən şəxs etirafedici ifadəsi, tərtib edilmiş fotocədvəllər, İqtisadiyyat Nazirliyi yanında X8 Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi idarəsindən 17 iyun 2025-ci il tarixli 3-21-3-38/2-2015/2025 nömrəli məktubla göndərilmiş mütəxəsis rəyi cinayət işi üzrə sübut növü kimi tanınması; iş üzrə əməlində cinayət tərkibi olmadığından Şahid7 barəsində Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. İş materiallarında olan baş müstəntiq Arzu Hacıyevin xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid7 Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham ona elan edilmişdir. İş materiallarında olan baş müstəntiq Arzu Hacıyevin xx.xx.2025-ci il tarixli “qətimkan tədbiri seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs həqiqətən də, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan SOCAR tərəfindən Salyan OİL LTD Şirkətinə müvafiq istifadə üçün ayrılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin registr bazasında sənaye, rabitə, müdafiə, nəqliyyat və digər təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olmaqla Salyan rayonu Təzəkənd kəndi ərazisində yerləşən 0,2766 ha torpaq sahəsini 1992-ci ildən özbaşına hasarlayıb tutmaqla həmin: ərazidə hər il bostan-tərəvəz bitkiləri, meyvə ağacları əkib becərərək üzüm bağı salmış və 2024-cü ilin noyabr ayının ortalarından etibarən isə həmin sahədə vahid niyyətlə özbaşına tikinti, quraşdırma işləri aparıb orada 11mx12m ölçüdə fərdi yaşayış evinin beton bünövrəsini tökdürüb mişar daşından fərdi yaşayış evi inşa etdirməklə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququnu pozması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2, 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15-1.1-ci maddəsinə əsasən probasiya nəzarəti – azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş, şərti məhkum edilmiş, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş və ya cəza çəkməsi təxirə salınmış məhkumların, habelə bu Məcəllənin 15-1.2.3-cü maddəsində nəzərdə tutulmuş digər şəxslərin üzərinə qanunla və məhkəmə qərarı ilə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarət edilməsinə, məhkumların islah edilməsi, sosial adaptasiya və reabilitasiyasına yönəlmiş kompleks sosial-hüquqi xarakterli tədbirlər sistemindən ibarətdir. Həmin Məcəllənin 15-1.2, 15-1.2.1-ci maddələrinə əsasən probasiya nəzarəti aşağıdakı şəxslərə tətbiq edilir: cərimə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması növündə cəzalara məhkum edilmiş şəxslər; Həmin Məcəllənin 15-1.3-cü maddəsinə əsasən probasiya nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikasının Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13, 13.3, 13.4-cü bəndlərinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, həmin halları müəyyən etməmiş, onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini, ahıl yaşda olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən halları, törətdiyi əməlin ictimaitəhlükəlilik dərəcəsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; CM-nin 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının, CM-nin 188.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan digər daha ağır cəzanın-yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, Təqsirləndirilən şəxs ahıl yaşdadır, xəstədir, əməlindən peşmandır, ilk dəfəfir ki, məhkəmə məsuliyyətinə cəlb edilir, buna görə də təyin olunmuş cəza ədalətli olmamaqla işin hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaz, cəzanın məqsədləri təmin edilə bilməz. Qanunun mənasına görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin hallar isə məhkəmə istintaqı zamanı müəyyən olunmadı. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərcləri, maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək; CM-nin 188.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 188.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşadığı Salyan rayonu Qarabağlı kəndində yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Salyan rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən icra məmurlarına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar