Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-66/2023 23.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X26 Yaqub oğlunun sədrliyi, X19 oğlunun katibliyi ilə Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X13, Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxsin müdafiəçisi Salyan rayon Vəkil Bürosunun vəkili X14 iştirakları ilə, xx.xx.1997-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Salyan rayonu Şəkərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, 18 dekabr 2022-ci ildə, saat 15-30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq etibarnaməsi olmadan atasına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi yolu ilə Ələt istiqamətində 70- 75 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Salyan rayonu, Qardili kəndi ərazisindən keçən 42,5-ci kilometrliyində göstərilən Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə yolu keçən azyaşlı velosipedçi Zərərçəkmiş şəxs2 və onun yanında olan azyaşlı piyada Zərərçəkmiş şəxs1 vurmuşdur. Nəticədə azyaşlı velosipedçi Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, başın təpə nahiyyəsinin dərialtı hematoması, döş qəfəsi sağ və bel nahiyyələrinin sıyrıq və qançırları, sağ bud sümüyünün sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə həmin gün Salyan rayon mərkəzi xəstəxanasında ölmüş, azyaşlı piyada Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, sol bud sümüyünün orta 1\3-nin yerini dəyişən sınığı, üz nahiyyəsində çoxsaylı yaralar, koma İ ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadə verərək göstərmişdir ki, atasına məxsus «VAZ-2103» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə 18 dekabr 2022-ci il tarixdə yaşadığı kəndə gedərkən Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu Qardili kəndi ərazisindən keçən hissəsi ilə təxminən saat 70-80 km/saat sürətlə hərəkət etmişdir. Həmin vaxt ondan qarşıda yavaş sürətlə hərəkət edən avtomobili ötmə əməliyyatı edib öz hərəkət zolağına qayıdan zaman biri velosipedlə, digəri isə piyada olmaqla iki uşağın yolu keçdiyini görmüşdür. Həmin vaxt onun avtomobili ilə uşaqlar arasında məsafə təxminən 15-20 metr olmuşdur. O, uşaqları vurmamaq üçün tormozdan istifadə etsə də, hadisədən yayına bilməmiş və həmin uşaqları vurmuşdur. Onun avtomobili, velosipedlə birlikdə yolun kənarındakı çökəkliyə düşmüşdür. Hadisə nəticəsində özü xəsarət almamış, uşaqların hər ikisi bədən xəsarətləri almışlar. Hadisədən sonra maşından düşərək uşaqlara tərəf getmiş, hər ikisinin xəsarətlər aldığını və ölmədiklərini görüb təcili tibbi yardım xidmətinə zəng edib məlumat vermişdir. Təcili tibbi yardım avtomobilinin gecikdiyini görüb onların gəlməsini gözləmədən həmin uşaqları əmisi və əmisinin oğlunun maşınlarına qoyub Salyan rayon MX-na çatdırmışlar. Həmin avtomobili idarə etmə üçün etibarnaməsi olmamışdır. Zərərçəkmişlərə xəstəxanada mütəmadi baş çəkmişdir. Sonradan xəstəxanada müalicə olunan velosipedçi Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən ölmüş, onun müalicəsi və yas mərasimi üçün cəmi 4800 manat pul xərcləmişlər. Digər zərərçəkmiş Muradın xəstəxana xərclərini də çəkmiş, sağalana kimi də həmin xərcləri çəkəcəkdir. Əməlindən peşmandır. Odur ki, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməkdə təqsirli olması, onun məhkəmə istintaqı zamanı səmimi etirafı ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının rəyləri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, həmin ifadə düzdür. 18 dekabr 2022-ci il tarixdə xx.xx.2009-cu il təvəllüdlü oğlu Zərərçəkmiş şəxs2 qardaşı oğlu Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları evin həyətində oynayan zaman onları qonşuya kəsici alət olan laqunda gətirmək üçün göndərmişdir. Təxminən 20-30 dəqiqə keçmiş, uşaqlar gəlmədikləri üçün oğlu Əfqanın mobil telefonuna zəng etmiş, telefona sonradan adını bildiyi Cəbrayıl cavab vermiş və uşaqları Ələt-Astara- İran sərhəddi yolunda avtomobillə vurduğunu bildirmişdir. O tez hadisə yerinə getmiş, bu zaman Cəbrayıl hadisə yerində olmuşdur. Orada yolun kənarında çökəklikdə VAZ-2103 markalı avtomobilin və oğluna məxsus velospedi əzilmiş vəziyyətdə görmüşdür. Orada ona uşaqların Salyan RMX-na aparıldığını demişlər, o tez xəstəxanaya getmiş, oğlu Əfqan həmin gün xəstəxanada vəfat etmişdir. Onun meyiti tibbi ekspertizadan keçdikdən sonra aparıb Salyan rayonu Qardili kənd qəbrstanlığında dəfn etmişlər. Oğlu Əfqanı və qardaşı oğlu Muradı həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur.Cəbrayıl uşaqları vuran vaxt yüksək sürətlə təxminən 130-km/saat sürətlə hərəkətdə olmuş, həmçinin sərxoş olmuşdur. Cəbrayıl mütəmadi olaraq içki içir. Oğlu Əfqanın yası üçün 7-nə kimi 2470 manat pul xərclənib, “qırx” mərasimində isə 750 manat pul xərcləmişdir. Cəbrayılgil ona cəmi 4800 manat pul vermişlər. Lakin, sonradan ona xəbər göndərərək həmin pulu geri verməsini tələb etmişlər. Hətta kənd üzrə inzibati ərazi nümayəndəsi Amidin yanına gedərək bildirmişlər ki, pulu qaytarmasa, mərhum oğlu Əfqanın baş daşını sökəcəklər. Odur ki, Cəbrayıla ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş zərər çəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə yaşadığı Salyan rayonu Qardili kəndində mağazada alış-veriş edən zaman saat 15-16 radələrində hadisədən xəbəri olmuşdur. Belə ki, anası Zülfiyyə ona uşaqları maşın vurduğunu demiş, bundan sonra o, da hadisə yerinə getmişdir. Hadisə yerində oğlu Muradı və qardaşının oğlu Əfqanı Təqsirləndirilən şəxs məxsus avtomobilin vurduğunu, onların hər ikisinin xəsarət aldığını, uşaqların Salyan RMX-yə aparılmasını bilmiş, xəstəxanaya getmiş, orada baş həkim oğlunu Bakı şəhərində yerləşən “Semaşka” kimi tanıdığı xəstəxanaya göndərmiş, oğlu orada müalicə almış, əməliyyat olunmuş, 7 gün xəstəxanada qalmışdır. Oradakı müalicə və əməliyyat xərclərini Cəbrayılın qardaşı Cavad çəkmişdir. Belə ki, oğlunun müalicəsi və əməliyyatı üçün 1000 manat, ayrı-ayrı vaxtlarda ona 135 manat, 30 manat, 20 manat olmaqla cəmi 185 manat pul vermişdir. Sonra uşağı evə gətirmiş, Cəbrayılın qardaşı oğlu Muradı Salyan rayonuna və Şirvan şəhərinə həkimə aparmışdır. Daha sonra qardaşı Yamin Cəbrayıldan şikayətçi olduğu üçün Cəbrayıl və ailəsi Muradın müalicəsinə kömək etməmişlər. Hazırda oğlu Muradın müalicəsini davam etdirə bilmir. Cəbrayıldan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, 18 dekabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində əmisi oğlu Zərərçəkmiş şəxs2la birlikdə yaşadıqları Salyan rayonu, Qardili kəndində yerləşən evin həyətində oynayan zaman onları əmisi Yamin həmkəndliləri Osmangilə kəsici alət olan laqunda gətirmək üçün göndərmişdir. Evlərinə qayıdarkən əmisi oğlu Əfqan özünə məxsus velosipedlə, o isə onun yanında piyada olmuş, Ələt-Astara-İran sərhəddi yolunda onları avtomobil vurmuşdur. Onlar xəsarət aldıqları üçün xəstəxanaya aparılmışlar. Əmisi oğlu xəstəxanada ölmüşdür. O isə başından xəsarət aldığına görə hadisənin dəqiq hansı şəraitdə baş verməsi onun yadında qalmamışdır. Sonradan ona məlum olmuşdur ki, əmisi oğlu Əfqanı və onu həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə vurmuşdur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X6 xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, o, baş vermiş avtoqəza nəticəsində ağır xəsarət almışdır. Yeriyə bilmir. Təqsirləndirilən şəxs onu sağalana kimi müalicə etdirməsini tələb edir. Belə olarsa, ondan şikayətçi olmaz. Məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini, ərizəsinin nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Yamin Abbasovun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ümumilikdə ona 4800 manat maddi yardım göstərilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxs Yamin Abasova ümumilikdə 4800 manat maddi yardım göstərmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 18 dekabr 2022-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan, ona əlavə olunmuş yol nəqliyyat hadisəsinin sxemindən və fotocədvəldən görünür ki, DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru X18 həmin tarixdə BDYPİ YPXA-nın 10-cu tağımının YPX inspektoru X1 məlumat alıb Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonu ərazisindən keçən 42,5-ci kilometrliyinə getmiş, sonuncunun və hal şahidləri X9 və X5 iştirakları ilə yol-nəqliyyat hadisəsi yerinə baxış keçirmişdir. Baxış həmin tarixdə saat 16:05-də başlamış, saat 16:50-də bitmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Ələt-Astara-İran sərhəddi yolunun Salyan rayonu ərazisindən keçən 42,5-ci kilometrliyidir. Yolun hərəkət hissəsi üfüqi, düzdür. Örtüyün növü asfalt-beton, vəziyyəti quru, eni 11 metr, işlək hissəsinin eni 8 metr, ehtiyat hissəsinin eni 1,5 metrdir. Müəyyən olunmuşdur ki, “Vaz-2103” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun Ələt qəsəbəsi istiqamətində yol kənarında əzilmiş, dağılmış vəziyyətdə, qarşısı Astara istiqamətinə çəpəki vəziyyətdədir. Velosipedçinin və piyadanın vurulduğu yer yolun Ələt istiqamətinə yol kənarından 1 metr mərkəzə doğru məsafədədir. Velosiped çökəklik ərazidə əzilmiş vəziyyətdədir.Hadisə yerində Ələt istiqamətinə sağ zolaqdan yolun sol kənarına doğru Vaz 2103 markalı avtomobilin təkərlərindən qalma 30 metr qoşa şin izi vardır.Tormozlama izləri aşkar olunmamışdır. Avtomobilin yoldan çıxaraq çökəklik əraziyə düşdüyü yerdə şüşə plastmas konstruksiyalar tökülüb qalmışdır. Baxış barədə tərtib olunmuş protokol bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi, polis mayoru Elşad Əmirovun xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, 18 dekabr 2022-ci il tarixdə saat 15:30 radələrində Ələt-Astara-İran sərhəddi avtomobil yolunun Salyan rayonu Qardili kəndi ərazisindən keçən 42,5-ci kilometrliyində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2103” minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt istiqamətinə hərəkətdə olarkən yolu keçən velosipedçi Salyan rayonu Şəkərli kəndində yaşayan xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 Yamil oğlu və xx.xx.2010-cu il təvəllüdlü X15 vurmuş, nəticədə velosipeddə olan hər ikisi xəsarət alaraq Salyan rayon MX-na daxil olmuş, Zərərçəkmiş şəxs2 aldığı xəsarətlərdən xəstəxanada ölmüşdür. İş materiallarında olan Salyan RMX-nın Publik Hüquqi şəxsin xx.xx.2022-ci il tarixli 227 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, saat 17:30 radələrində müayinə olunmuş, müayinə zamanı müəyyən olunmuşdur ki, o, ayıqdır, onda alkoqol qəbulu əlamətləri yoxdur. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «Məhkəmə-Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 4755\K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində etil spirti aşkar edilməmişdir. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş «Məhkəmə-Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin məhkəmə-tibbi (canlı şəxsin) ekspertizasının 667 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinəsi zamanı qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, sol bud sümüyünün orta 1\3-nin yerini dəyişən sınığı, üz nahiyyəsində çoxsaylı yaralar, koma İ küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş avtoqəza nəticəsində yarana bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Məhkəmə istintaqı zamanı elan olunaraq Məhkəmə-Tibbi Ekspertiza və X12» publik hüquqi şəxsinin tədqiq olunmuş məhkəmə-tibbi (meyitin) ekspertizasının 55 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 meyitinin müayinəsi zamanı qapalı kəllə beyin travması, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, başın təpə nahiyyəsinin dərialtı hematoması, döş qəfəsi sağ və bel nahiyyələrinin sıyrıq və qançırları, sağ bud sümüyünün sınığı müəyyən edilmişdir. Həmin xəsarətlər küt əşya təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlər xx.xx.2022-ci il tarixdə minik avtomobilinin velosipedçini vurması nəticəsində yarana bilərdi. Dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs2 ölümünə səbəb qapalı kəllə beyin travması nəticəsində baş vermiş beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar olmuşdur. Zərərçəkmiş şəxs2 məhkəmə-kimya tədqiqatı nəticəsində qanında etil sprti aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8\483 saylı rəyindən görünür ki, «VAZ-2103» minik markalı, **-BX-*** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8\483 saylı məktubundan görünür ki, həmin tarixli və həmin saylı ekspert rəyi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 140.0, 140.0.1, 140.0.2-ci maddələrinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri - tibb sahəsində ekspertin rəyi ilə; şübhəli və ya təqsirləndirilən şəxsin ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması - psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilə bilər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə iş üzrə təyin edilmiş və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş məhkəmə-tibbi və məhkəmə-yol nəqliyyat hadisələri ekspertizalarının müvafiq rəylərini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübut kimi qəbul edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin və bir ədəd velosiped cinayət işi üzrə sübut əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılması nəzərə alınmışdır. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2023-cü il tarixli “qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının 01 mart 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmiş; “VAZ-2103” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin və velospedin zədələnməsi Təqsirləndirilən şəxs elan ediləcək ittihamda göstərilməmiş; Zərərçəkmiş şəxs1 sağlamlığına ağır zərər dəyməsi Təqsirləndirilən şəxs elan ediləcək ittihamda göstərilmiş, ona Azərbaycan Respublikasının CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan edilməmiş; “VAZ-2103” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X10 məxsus olduğundan həmin avtomobil onun əmlakı kimi qiymətləndirilmiş; YNH-i nəticəsində əzilmiş velosiped X13 əmlakı kimi qiymətləndirilmiş; cinayət işində mərhum zərərçəkmiş Əfqanın soyadı Abasov, atasının adı Yamin, təvəllüdü isə xx.xx.2009-cu il kimi; zərərçəkmiş Murad Samir oğlunun soyadı Abaszadə, təvəllüdü isə xx.xx.2010-cu il kimi; onların yaşadıqları ünvan isə ünvan 1i oxunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixdə verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyası üzrə sürücülük hüququ vardır. İş materiallarında olan AC 261937 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Vaz 2103 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 məxsusdur. İş materiallarında olan nəqliyyat vasitələrindən itifadə edilməsi haqqında etibarnamədən görünür ki, X2 2103 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti üzrə xx.xx.2030-cu il tarixədək X8 idarəçiliyinə vermişdir. İş materiallarında olan BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli, 016-165935-1222 saylı məktubdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan) AE seriyalı, 055285 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İHB-nin Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 293 saylı xasiyyətnamədən görünür ki, həmin kənd sakini Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs 18 dekabr 2022-ci ildə, saat 15-30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq etibarnaməsi olmadan atasına məxsus, texniki cəhətdən saz vəziyyətdə olan VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili Ələt-Astara-İran sərhəddi yolu ilə Ələt istiqamətində 70- 75 km\saat sürətlə hərəkət etdirərkən həmin yolun Salyan rayonu, Qardili kəndi ərazisindən keçən 42,5-ci kilometrliyində göstərilən Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və ehtiyatsızlıqdan avtomobilin qabaq sağ hissəsi ilə yolu keçən azyaşlı velosipedçi Zərərçəkmiş şəxs2 və onun yanında olan azyaşlı piyada Zərərçəkmiş şəxs1 vurmuşdur. Nəticədə azyaşlı velosipedçi Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, beyinin qişaları altına, toxumasına və mədəciklərə qansızmalar, başın təpə nahiyyəsinin dərialtı hematoması, döş qəfəsi sağ və bel nahiyyələrinin sıyrıq və qançırları, sağ bud sümüyünün sınığı ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə həmin gün Salyan rayon mərkəzi xəstəxanasında ölmüş, azyaşlı piyada Zərərçəkmiş şəxs1 qapalı kəllə beyin travması, baş beyinin əzilməsi, sol bud sümüyünün orta 1\3-nin yerini dəyişən sınığı, üz nahiyyəsində çoxsaylı yaralar, koma İ ilə müşaiyət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutları məcmu halda qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 59.1, 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikasının CPM-nin 346.1, 346.1.20-ci maddələrinə əsasən. məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 21-ci bəndində göstərilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədibtörətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, onun zərərçəkmiş şəxsin hüquqi varisi Yamin Abasova və Zərərçəkmiş şəxs1 və onun ailə üzvlərinə dəymiş ziyanı qismən aradan qaldırmasını cəzanı yüngülləşdirən hal kimi qəbul edir, onun əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən, onun zərər çəkmiş tərəflərlə barışmadığını, həmin şəxslərin ondan şikayətçi olmalarını şəxsiyyətini mənfi cəhətdən səciyyələndirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun şəxsiyyətini müsbət və mənfi cəhətdən səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən halı, törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini nəzərə alaraq ona əsas cəza növü olaraq təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının, əlavə cəza növü olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsini isə ona görə məqsədəmüvafiq hesab etmir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab etmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs indiyədək zərər çəkmiş şəxsin hüquqi varisi Yamin Abasovla və zərər çəkmiş Zərərçəkmiş şəxs1 və onun valideynləri ilə barışmağa nail olmamış, onlara dəymiş ziyanın aradan qaldırılması istiqamətində müəyyən hərəkətlər etsə də və həmin şəxslər ondan şikayətçi olmaqla barəsində ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs azadlıqdan məhrum etmə cəzasını məhz real olaraq çəkməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərcləri 85 (səksən beş) manat təşkil edir və Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri dəyişdirilərək barəsində «həbs» qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2103 minik markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin və velosipedin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə 85 (səksən beş) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №1(057)-66/2023
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-66/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver