Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-66/2024 18.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X5 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1972-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 229.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 26-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, daşıma və saxlama, həmçinin, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 1,401 qram xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəki əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2024-cü il yanvarın 25-də saat 12:40-da Salyan şəhəri, Ə.Zeynalov küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqda və daşımaqda, həmçinin yaşadığı evdə odlu silah saxlamaqda şübhəli bilinərək saxlanılıb ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı olan Kalaşnikov konstruksiyalı, AKM modelli, 7,62 mm kalibrli, yivli odlu avtomat silahı, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş, 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 06 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində və 04 ədədi zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, ümumilikdə 10 ədəd 5,45x39 mm kalibrli, döyüş sursatı və atəşə yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların patronlarını əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində saxlamış, 2024-cü il yanvarın 25-də saat 14:00 radələrində Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı həmin evə baxış keçirilərkən evin zal otağında yerləşən divanın alt hissəsindən həmin silah, silaha məxsus daraq və patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayır. Sonuncu dəfə 2021-ci ilin iyun ayında Salyan rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 229.1, 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 2023-cü ilin may ayında cəzasının sonu ilə azad olunmuşdur. Qeyd etmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etdiyi üçün azadlığa çıxdıqdan sonra da mütəmadi olaraq narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Təxminən 3-4 gün bundan əvvəl yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi ərazisində yolda gedərkən yerdə siqaret qutusunu görüb içərisinə baxdıqda orada 1 ədəd bükümdə qara rəngli maddə olduğunu görmüşdür. Həmin bükümü açıb içərisinə baxaraq iylədikdə, narkotik vasitə tiryək olduğunu bilmiş və narkotik maddə istifadəçisi olduğu üçün həmin maddəni qəbul etmək üçün cibinə qoymuşdur. Bu müddət ərzində narkotik vasitə tiryəkdən bir qədər istifadə etmiş, qalanını da daha sonra istifadə etmək üçün cibində saxlamışdır. Qeyd etmişdir ki, təxminən 3-4 ay bundan əvvəl yolda gedərkən sellofan torbada 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, ona aid 1 ədəd daraq və 10 ədəd patronlarını tapıb yaşadığı evə gətirərək saxlamışdır. Lakin, o həmin odlu silah və onun patronlarından heç vaxt istifadə etməmiş və satmaq məqsədilə saxlamamışdır. 25 yanvar 2024-cü il tarixdə saat 12:30 radələrində Salyan şəhəri Ə.Zeynalov küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini təqdim etdikdən sonra birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və şöbədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə şübhəli şəxs qismində tutulmağı ona elan olunmuşdur. Təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Ona təklif olunmuşdur ki, üzərində qadağan olunmuş əşya vardırsa təqdim etsin və o bildirmişdir ki, üzərində narkotik vasitə tiryək vardır. Bundan sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən sellofan bükümü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda oradan narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə tiryəkdir, özünə məxsusdur, həmin maddəni özü istifadə etmək üçün üzərində saxlamışdır. Həmçinin bildirmişdir ki, yaşadığı evdə özünə məxsus olan “Kalaşnikov” markalı avtomat silahı vardır və həmin silahı evdə divanın altında saxlamışdır. Bildirmişdir ki, əgər onunla yaşadığı evə gedilərsə, həmin silahı təqdim edə bilər. Bununla bağlı yaşadığı evə baxış keçirilərək həmin odlu silahın götürülməsinə heç bir etirazı yoxdur və buna dair ərizə verə bilər. Üzərindən aşkar edilmiş sellofan bükümdə olan narkotik vasitə tiryək ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən qablaşdırıldı, möhürlü kağızla ağzı möhürləndi, üzəri o, müdafiəçisi və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə müdafiəçinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. O yaşadığı evə baxış keçirilməsi ilə bağlı ərizə ilə müraciət etdikdən sonra onun, müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsində yerləşən 51 nömrəli fərdi yaşayış evinə videoçəkiliş vasitəsilə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl ona odlu silahın baxış keçiriləcək evin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, o, həmin odlu silahı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra, baxışda iştirak edən şəxslərlə birlikdə onun yaşadığı evə daxil olunmuşdur. Baxış zamanı o, evin zal otağını təqdim edib özünə məxsus olan odlu silahın orada olduğunu bildirmişdir. Daha sonra, baxışda olan şəxslərin iştirakı ilə zal otağına daxil olunmuşdur. O otaqda olan divanı təqdim edib avtomat silahı və sursatlarının divanın alt hissəsində olduğunu bildirmişdir. Bundan sonra həmin yerə baxış zamanı oradan ona məxsus olan 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, ona aid 1 ədəd daraq və içərisindən 10 ədəd patronlar aşkar olunmuşdur. Şifahi sorğu zamanı bildirmişdir ki, həmin odlu silah və sursatları özünə məxsusdur. Təxminən 3-4 ay bundan əvvəl yoldan tapıb əldə etmiş və aparıb yaşadığı evdə saxlamışdır. Baxış zamanı yaşadığı evdən aşkar edilmiş, özünə məxsus olan 1 ədəd “Kalaşnikov” markalı odlu silah, həmin silaha aid 1 ədəd daraq və 10 ədəd patron ekspertizaya təqdim edilməsindən ötrü müstəntiq tərəfindən sintetik torbada qablaşdırıldı, üzəri o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə müdafiəçisinin iştirakı ilə tərtib olunmuş protokol ona ucadan oxunduqdan sonra doğru bilib protokolu imzası ilə təsdiq etmişdir. Onun üzərindən aşkar olunmuş narkotik vasitə tiryəkdən başqa şəxsə satmamışdır və ya satmaq niyyəti olmamışdır. Ona məxsus olan odlu silah, silaha aid daraq və 10 ədəd patronlarını təxminən 3-4 ay əvvəl Füzuli rayonundan qayıdarkən yoldan tapıb əldə edərək yaşadığı evdə saxlamışdır. Lakin həmin odlu silah və sursatlarını saxlamaqda hər hansı məqsədi olmamışdır və ümumiyyətlə, onlardan istifadə etməmişdir. Sonda barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, həmçinin, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etmə, daşıma və saxlama cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 yanvar 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən raportla məruzə edilərək Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması, həmçinin yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlamasında şübhəli olması bildirilmiş, alınmış məlumatın yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş, bu məqsədlə o, Şahid2 və RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupunun təşkil edilməsi barədə protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Salyan rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerlər onlar tərəfindən əməliyyat nəzarətinə götürülmüşdür. Həmin gün saat 12:40 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri Ə.Zeynalov küçəsi ərazisində yaşadığı evin yaxınlığında olduğunu müşahidə edib ona yaxınlaşmış və özlərini təqdim edərək birlikdə Salyan rayon polis şöbəsinə getməyi təklif etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində, həmçinin yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlamasında şübhəli olduğuna görə müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində nə olması barədə soruşulduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, orada narkotik vasitə tiryək vardır. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda orada qara rəngli, spesifik qoxuya mallik, ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlənin olduğu müəyyən olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryək özünə məxsusdur, həmin maddəni 3-4 gün əvvəl yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi ərazisində yolda gedərkən siqaret qutusunun içərisində yerdən taparaq götürmüş, tapdığı narkotik maddədən bir qədər özü qəbul etmiş, qalanını da daha sonra qəbul etmək üçün üzərində saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, yaşadığı evdə özünə məxsus olan “Kalaşnikov” markalı avtomat silahı vardır və həmin silahı təxminən 3-4 ay bundan əvvəl yoldan taparaq aparıb yaşadığı evdə divanın altında saxlamışdır. Bildirmişdir ki, əgər onunla yaşadığı evə gedilərsə, həmin silahı təqdim edə bilər. Bununla bağlı yaşadığı evə baxış keçirilərək avtomat silahın götürülməsinə etirazı yoxdur və buna dair ərizə verə bilər. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, ona məxsus 1 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəməkimyəvi ekspertizasına təqdim edilməsindən ötrü qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və o protokolu imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi 51 nömrəli fərdi yaşayış evinə baxış keçirilməsinə başlanılmışdır. Baxış keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs avtomat silahın baxış keçiriləcək yaşadığı Salyan şəhəri Ə.Zeynalov küçəsi 51 nömrəli fərdi yaşayış evinin hansı hissəsində olması və təqdim edə biləcəyi barədə soruşulduqda, Təqsirləndirilən şəxs həmin odlu silahı təqdim edə biləcəyini bildirmişdır. Bundan sonra baxışda iştirak edən şəxslərlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə, daha sonra isə evə daxil olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs evin zal otağını təqdim edib özünə məxsus olan həmin odlu silahın orada olduğunu bildirmişdir. Daha sonra baxışda olan şəxslərin iştirakı ilə zal otağına daxil olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin otaqda olan divanı təqdim edib odlu silahın onun alt hissəsində olduğunu bildirmişdir. Baxış zamanı divanın alt hissəsindən 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 1 ədəd daraq və içərisindən 10 ədəd patron aşkar olunmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin odlu silah, daraq və içərisində olan 10 ədəd patron özünə məxsusdur. Həmin silahı və sursatlarını təxminən 3-4 ay bundan əvvəl yoldan tapıb əldə etmiş və aparıb yaşadığı evdə saxlamışdır. Yaşadığı evdən aşkar olunmuş həmin odlu silahdan və sursatlarından istifadə etməmiş və başqa şəxsə satmaq niyyəti olmamışdır. Baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş, ona məxsus 1 ədəd avtomat silahı, 1 ədəd avtomat darağı və darağın içərisində olan 10 ədəd patron iş üzrə sübut əhəmiyyəti kəsb etdiyi üçün məhkəmə-ballistik ekspertizasına təqdim edilməsindən ötrü qablaşdırılmış, üzəri iştirakçılar tərəfindən imzalanmış və müstəntiq tərəfindən götürülmüşdür. Baxış və götürmə aparılmasının nəticəsinə dair tərtib edilmiş protokol ucadan oxunmuş və o protokolu imzalamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Şahid2 məhkəmə istintaqı zamanı digər Şahid1 ifadəsinə uyğun izahat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:15-də Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X3 Yerinə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və bir ədəd diskdəki videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində narkotik vasitə, psixotrop maddə yaxud digər cinayət xarakterli əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin anda əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilərkən içində qara rəngli, spesifik qoxulu narkotik vasitə tiryəkə oxşar kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin kütlə narkotik vasitə tiryəkdir və özünə məxsusdur. Həmin kütləni 3-4 gün əvvəl yaşadığı Salyan şəhəri, Ə.Zeynalov küçəsi ərazisində yolda gedərkən siqaret qutusunun içərisində yerdən tapmış, istifadə etmək məqsədilə götürüb üzərində saxlamışdır. Həmin kütləni üzərində saxlayarkən satış məqsədi olmamış, heç kimə pay verməmiş yaxud satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içində narkotik vasitə tiryəkə oxşar kütlə olan 1 ədəd sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 1,52 qram olduğu müəyyən edilmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, yaşadığı evdə təxminən 3-4 ay bundan əvvəl tapdığı “Kalaşnikov” markalı avtomat silahı vardır. Yaşadığı evə baxış keçirilərsə həmin silahı təqdim edə bilər, bununla bağlı yaşadığı evə baxış keçirilməsinə etiraz etmir. xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi və götürmə” protokolundan və bir ədəd diskdəki videogörüntüdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı yaşadığı evdə silah saxlaması ilə bağlı bildirdikləri soruşulduqda həmin sözlərini təsdiq edərək həmin silahı təqdim edə biləcəyini və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin silahı təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətinə, daha sonra isə evə daxil olmuşdur. Təqsirləndirilən şəxs evin zal otağını təqdim edib özünə məxsus olan həmin odlu silahın orada olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin otaqda olan divanı təqdim edib odlu silahın onun alt hissəsində olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən divanın alt hissəsindən 01 ədəd “ Kalaşnikov” markalı avtomat silahı, 01 ədəd daraq və içərisindən 10 ədəd patron aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı və sursatlarını təxminən 3-4 ay bundan əvvəl yoldan tapıb əldə etmiş və yaşadığı evdə saxlamışdır. Həmin odlu silahdan və sursatlarından istifadə etməmiş və başqa şəxsə satmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş Məhkəmə- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/109 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi - 1,401 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə-tiryəkdir. Tiryək 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, tiryəkin təmiz çəkisi– 1,401 qram, tədqiqata sərf olundu – 0,1 qram, qalıq – 1,301 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 18/109 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat təşkil edir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 26 yanvar 2024-cü il tarixli, 24/188 nömrəli rəyindən görünür ki;
1. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah 7,62 mm kalibrili olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş Kalaşnikov konstruksiyalı AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 2. Tədqiqata təqdim edimiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 5,45x39 mm kalibrili Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir- darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır.
3. Tədqiqata təqdim edilmiş 10 ədəd patronlardan 06 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 04 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, kəmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-13-11/2-3137/2024 nömrəli məktubundan görünür ki, 01 ədəd 5,45 mm kalibrli, №-si silinmiş Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış ballistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmış, müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məhkəmə-narkoloji ekspertizasının 227 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddələrinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddələrinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddələrinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin məhkəmə ballistik ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. “Salyan rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin 12 fevral 2024-cü il tarixli, 18-1-68/2-280/2024 nömrəli məktubundan görünür ki, Salyan şəhəri Ə.Zeynalov küçəsi ev 51-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2001-ci ildən “Həşiş” narkomaniyası diaqnozu ilə qeydiyyatda olsa da, psixonevroloji qeydiyyatda yoxdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Salyan Rayon Məhkəməsinin 4(057)-4/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə CM-nin 229.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 1,301 qram narkotik vasitə tiryək, habelə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, yivli odlu avtomat silahı, 01 ədəd 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və ekspert tədqiqatları nəticəsində istintaqa qaytarılmış 7 ədəd 5,45x39 mm kalibrli patronlar işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-71-6/2-535/2024 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Salyan Rayon Məhkəməsinin 1(057)-104/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 229.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində təyin olunmuş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş həmin cəza ilə qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İbtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddələri ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-ballistik, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 1,301 qram narkotik vasitə tiryək, habelə yaşadığı evdən götürülmüş 01 dədə “Kalaşnikov” markalı avtomat silah, 01 ədəd daraq və içərisində olan 07 ədəd patron cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etməsi, saxlaması və daşıması, həmçinin, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməsi, daşıması və saxlaması, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddələrinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddələrinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddələrinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardan biridir. 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 93.1.2-ci maddələrinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddələrinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddələrinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddələrinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 228.1-ci maddələrinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə — iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddələrinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hal kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən, törətmiş olduğu əməlin cinayətlərin residivini yaratması cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 229.1, 66.5-ci maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. Həmin vaxtdan 02 il müddət keçmədən, yəni məhkumluğu ödənilmədən hazırkı cinayət əməllərini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1,301 qram narkotik vasitə tiryək məhv edilməli, habelə 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, yivli odlu avtomat silah, 01 ədəd 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 07 ədəd 5,45x39 mm kalibrli patronlar dövlət nəfinə müsadirə olunmalı, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, həmçinin, hesab edir ki, Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 228.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə üzərində 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 1,301 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs yaşadığı yerdən aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Kalaşnikov” konstruksiyalı, “AKMS” modelli, 7,62 mm kalibrli, yivli odlu avtomat silah, 01 ədəd 30 ədəd 5,45x39 mm kalibrli patronlar yerləşdirilməsi üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı olan, həmin kalibrli “Kalaşnikov” konstruksiyalı avtomatların komplekt hissəsi olan daraq və 07 ədəd 5,45x39 mm kalibrli patronlar dövlət nəfinə müsadirə edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılsın. İş üzrə ekspertiza xərci 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X2, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Salyan Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir.
Sədrlik edən: Vəsilə Əliyeva