Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-66/2025 22.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində X5 Üzrə Şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonu, Seyidsadıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olan və Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxıb, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 2025-ci il martın 23-də saat 09 radələrində idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, sürücü hərəkətin təhlükəsizliyini təmin etmək üçün qarşıda hərəkətdə olub, sola dönmə işıq siqnalını yandırıb sola manevrə başlayan VAZ 2103 markalı avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sola istiqamətləndirməməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyib qarşı istiqamətdən gələn Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 60/12, ev 44-də yaşayan Qanuni nümayəndə idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobildə olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili vardır. Onun yük avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə yük daşıyır. 2025-ci il martın 23-də saat 09 radələrində o, idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsi ilə Salyan şəhərinin mərkəzinə doğru hərəkət etmişdir. O, Kamaz 55111 markalı, **- BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini təxminən 40-45 km/saat sürətlə idarə etmişdir. O bildirmişdir ki, Bayraq meydanı adlanan ərazini keçərək Akkuşa çayı istiqamətində hərəkət etmişdir. Həmin vaxtı ondan qarşıda Priora və Vaz 2103 markalı avtomobillər hərəkətdə olmuşdur. O, Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilini yolun sağına nəzərən idarə etmişdir. Belə ki, qarşıda hərəkətdə olan Vaz 2103 markalı avtomobilin sürücüsü idarə etdiyi həmin avtomobilini sola doğru çəkmiş, ondan axra tərəfdə hərəkətdə olan Priora markalı avtomobil isə Vaz 2103 markalı avtomobili sağ tərəfdən ötüb keçmişdir. O, idarə etdiyi Kamaz 55111 markalı, **- BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili yüklü olduğu üçün Vaz 2103 markalı avtomobili soldan keçə bilməyəcəyimi gördüm, buna görə də həmin avtomobili soldan ötüb keçməyə qərar vermişdir. Həmin anda o, qarşıdan Nissan Note markalı avtomobilin gəldiyini, lakin həmin avtomobilin sürücüsünün onu gözləyəcəyini düşünərək idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili qarşı hərəkət zolağına doğru sürmüşdür. Bu zaman idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobilin qabaq hissəsi qarşıda dayanmış VAZ 2103 markalı **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol arxa hissəsinə dəyərək qarşıdan gələn Nissan Note markalı **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. O bildirmişdir ki, həmin an tormozdan istifadə etmişdir. O, idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobildən yerə düşmüş, Nissan Note markalı **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində olan şəxslərdə avtomobildən yerə düşmüşlər. Dərhal hadisə yerinə polis əməkdaşları və X15 işçiləri gəlmişlər. Həmin vaxtı o, həyəcanlı olduğu üçün nə edəcəyini bilməmişdir. X15 işçiləri Nissan Note markalı **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə xəsarət alanları Salyan Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Baş vermiş yol-nəqliyyat hadisəsi məhz onun təqsiri nəticəsində baş vermişdir. İdarə etdiyi yük avtomobil saz vəziyyətdə olmuş və hər hansı texniki nasazlığı olmamışdır. O, yol-nəqliyyat hadisəsini törətməkdə, nəticədə az yaşlı Zərərçəkmiş şəxs az ağır dərəcəli xəsarət almasında özünü təqsirli hesab etmiş və məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, yolnəqliyyat hadisəsi yerinə baxış protokolu, məhkəmə-tibbi və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər istintaq materialları ilə tam olaraq sübuta yetirilmişdir. Cinayət işi üzrə qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 236 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdidir. 2025-ci il martın 21- də o, valideynləri ilə birlikdə Novruz bayramı ilə əlaqədar Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan nənəsigilin evinə qonaq getmişlər. X9 Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. 2025-ci il martın 23-də səhər saatlarında Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan nənəsigilin evindən çıxaraq Bakı şəhərində yaşadığı evə getmək üçün yola düşmüşlər. Anası Zərnişan özünə məxsus olan Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmiş, atası Qadir qabaq sağda, o, isə arxa sol tərəfdə əyləşmişdir. Bildirmişdir ki, Salyan şəhərindən keçən magistral yol ilə hərəkət edən zaman Akkuşa çayın keçdikdən sonra qarşıdan gələn Kamaz markalı yük avtomobili qarşılarına çıxaraq anasının idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə o və anası xəsarət almışlar. Hadisə yerinə gələn X11 işçiləri onları xəstəxanaya aparmışlar. O, həmçinin bildirmişdir ki, qəzadan sonra düzəlməsi zaman almış, hadisədən bərk sarsılmış, dərslərindən zəifləmiş və idman yarışlarından uzaq qalmışdır. Cinayət işi üzrə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Qanuni nümayəndə istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Nissan Note markalı, **-UZ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. Onun avtomobil idarə etmək üçün B1, B kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2025-ci il martın 21-də o, ailəsi ilə birlikdə Novruz bayramı ilə əlaqədar Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan anasının evinə qonaq getmişdir. 2025-ci il martın 23-də səhər saatlarında Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan anamgilin evindən çıxaraq Bakı şəhərində yaşadıqları evə getmək üçün yola düşmüşlər. O, özünə məxsus olan Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmiş, əri Qadir qabaq sağda, az yaşlı qızı Zərərçəkmiş şəxs isə arxa sol tərəfdə əyləşmişdir. O, idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsi ilə Bayraq meydanına doğru hərəkət etmişdir. O, Nissan Note markalı, 77-UZ- 924 dövlət qeydiyyat nömrə nişanlı avtomobili təxminən 45-50 km/saat sürətlə idarə etmişdir. O bildirmişdir ki, idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Akkuşa çayını keçdikdən sonra qarşı istiqamətdən gələn Kamaz markalı yük avtomobili anidən onun hərəkət zolağına çıxmışdır. O, idarə etdiyi Nissan Note markalı, 77- UZ-924 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçırtmaq üçün sürətini artırsada mümkün olmamış, Kamaz markalı yük avtomobilinin ön hissəsi ilə idarə etdiyi Nissan Note markalı avtomobilin ön hissəsi toqquşmuşdur. Nəticədə o və az yaşlı qızı Zərərçəkmiş şəxs xəsarət almışlar. Dərhal hadisə yerinə polis əməkdaşları və X15 işçiləri gəlmişlər. X15 işçiləri onu və az yaşlı qızı Leylanı Salyan Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Salyan Rayon Mərkəzi xəstəxanasında tibbi yardım göstərilmiş, hazırda onun və az yaşlı qızı Leylanın səhhəti yaxşıdır. Buna baxmayaraq təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmiş, səhhəti ilə bağlı heç vaxt maraqlanmamış, barışıq üçün cəhd göstərməmişdir. Həmçinin qızı voleybolçudur, onun xaricdə keçiriləcək turnirə getməsi ilə bağlı çəkdiyi xərclər qızı zədələndiyi üçün batmışdır. Belə hallara görə, hələ də təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Onun barəsində ağır cəza seçilməsini xahiş etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, arvadı Qanuni nümayəndə Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili vardır. 2025-ci il martın 21-də o, arvadı Zərnişan və az yaşlı qızı Leyla ilə birlikdə Novruz bayramı ilə əlaqədar Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan qaynanasının evinə qonaq getmişlər. 2025-ci il martın 23-də səhər saatlarında Salyan rayonu, Kürqaraqaşlı kəndində yaşayan qaynanasıgilin evindən çıxaraq Bakı şəhərində yaşadığı evə getmək üçün yola düşmüşlər. X12 markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmiş, o, qabaq sağda, az yaşlı qızı Leyla isə arxa sol tərəfdə əyləşmişdir. Bildirmişdir ki, Salyan şəhərindən keçən magistral yol ilə hərəkət edən zaman Akkuşa çayın keçdikdən sonra qarşıdan gələn Kamaz markalı yük avtomobili qarşılarına çıxaraq Zərnişanın idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Nəticədə Zərnişan və az yaşlı qızı Leyla xəsarət almışlar. Dərhal hadisə yerinə polis əməkdaşları və X15 işçiləri gəlmişlər. X15 işçiləri Zərnişan və az yaşlı qızı Leylanı Salyan Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Vaz 2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil oğluna məxsusdur. O, həmin avtomobili etibarnamə əsasında idarə edir və taksi fəaliyyəti ilə məşğuldur. Onun avtomobil idarə etmək üçün B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi vardır. 2025-ci il martın 23-də idarə etdiyi Vaz 2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Köhnə Ələt- Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsi ilə Salyan şəhəri istiqamətində hərəkətdə olmuşdur. O, avtomobili təxminən 40 km/saat sürətlə idarə etmişdir. O bildirmişdir ki, idarə etdiyi Vaz 2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili Akkuşa çayına çatmamış yolun sol tərəfində olan tikinti materialları mağazasına getmək üçün saxlayaraq sola dönmə işıq siqnalını yandırmışdır. O, qarşıdan gələn Nissan Note markalı avtomobilin gəldiyini görmüş və dönmək üçün onun keçməsini gözləmişdir. Bu zaman arxadan gələn Kamaz markalı yük avtomobili onun avtomobilinin sol arxa tərəfinə dəyərək qarşı hərəkət zolağına çıxmış və qarşıdan gələn Nissan Note markalı avtomobil ilə toqquşmuşdur. X13 markalı avtomobildə olan şəxslərin xəsarət aldıqlarını öyrənmişdir. Dərhal hadisə yerinə polis əməkdaşları və X15 işçiləri gəlmişlər. Hadisə yerinə gələn X15 işçiləri xəsarət alan şəxsləri Salyan RMX-ya aparmışlar. Qeyd etmişdir ki, hadisə baş verən zaman o, avtomobildə tək olmuşdur. Belə ki, Kamaz markalı yük avtomobili idarə etdiyi Vaz 2103 markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsinə dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; İlkin araşdırma zamanı hadisə yerinə baxış keçirilərkən baş vermiş yol-nəqliyyat hadisəsinin Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də olması müəyyən edilmiş, bununla bağlı protokol və fotocədvəl tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Salyan RPŞ-nin DYPB-nin 23 mart 2025-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsindən görünür ki, müayinə zamanı Qanuni nümayəndə, Şahid2 və Təqsirləndirilən şəxs ayıq olmuşlar və onlarda alkoqol qəbulu əlamətləri olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “B1, B” kateqoriyalı BD 084060 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Qanuni nümayəndə 2034-cü il iyulun 06-dək nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “B1, B, C1, C” kateqoriyalı BD 512731 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid2 2025-ci il martın 29-dək nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş “B1, B, C1, C” kateqoriyalı BC 906219 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 2035-ci il martın 10-dək nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Cinayət işinin istintaq materiallarında olan DVD diskə baxış keçirilməsi protokolundan görünür ki, diskin içində 01 ədəd videoya baxış keçirən zaman xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi Kamaz 55111 markalı, 90-BZ- 676 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də qarşı istiqamətdən gələn Qanuni nümayəndə idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşması müəyyən olunmuşdur. İstintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 135 nömrəli rəyindən görünür ki, 2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aiddir. İstintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 136 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Qanuni nümayəndə məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sağ saidin əzilməsi, sağ baldırın qançırı və şişkinliyi küt əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İstintaq materiallarında olan məhkəmə-tibbi ekspertizasının 04 aprel 2025-ci il tarixli, 137 nömrəli rəyindən görünür ki, 1977-ci il təvəllüdlü Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DlN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinsə də, cinayət işi üzrə icraata xitam verilib. Cinayət işinin istintaq materiallarında olan Salyan Rayon Məhkəməsinin 02 mart 2021- ci il tarixli, 1(057)-40/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Salyan rayon İHB-nin Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2025-ci il tarixli, 5-71-15/2-12/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin istintaq materiallarında olan “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin 11 aprel 2025-ci il tarixli, 18-1-68/2-652/2025 nömrəli arayışından görünür ki, Salyan rayonu, Seyidsadıqlı kəndində yaşayan, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən “İpoxondrik nevroz, astenik” diaqnozu ilə psixonevroloji qeydiyyatdadır. Cinayət işinin istintaq materiallarında olan 11 iyun 2025-ci il tarixli, 124 nömrəli “İnam- 93” istehsal-kommersiya kiçik müəssisəsindən alınmış ziyan aktından görünür ki, yol- nəqliyyat hadisəsi nəticəsində Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sıradan çıxmış ehtiyat hissələrinin dəyəri və təmir xərcləri ümumilikdə 8756 manat təşkil etmişdir. Cinayət işinin istintaq materiallarında olan Salyan rayon İHB-nin Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 iyun 2025-ci il tarixli, 5- 71 - 13/2-32/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin istintaq materiallarında olan Salyan rayon İHB-nin Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 11 aprel 2025-ci il tarixli, 5-71-15/2- 12/2025 nömrəli məktubdan görünür ki, Qanuni nümayəndə ailəsi ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində bir azyaşlı uşağı vardır. Cinayət işinin istintaq materiallarında olan Salyan RPŞ-nin DYPB-nin cavab raportundan görünür ki, Köhnə Astara-Ələt avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən 57-ci kilometrliyi yaşayış məntəqəsindən kənarda yerləşdiyindən sürət həddi 60 km/saat müəyyən edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazidən geridə 3.20 “ötmə qadağandır” yol nişanı yerləşir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 20 may 2025-ci il tarixli, 8/909 nömrəli rəyindən görünür ki, la. 2a. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51 -ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1 -ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. lb. 2b. Təhqiqat tərəfindən göstərilən şəraitdə Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Qanuni nümayəndə hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. lc. 2c. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən tədqiq olunan şəraitdə VAZ-2103 markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Şahid2 hərəkətlərinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ziddiyyət təşkil etməməsi də nəzərə alınmaqla, onun hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. xx.xx.2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Salyan şəhəri Ələt-Astara magistralının 57-ci km-nə gəlmiş Salyan Rayon Polis X14 Polisi Bölməsinin inspektoru polis baş serjantı İxtiyar Əhmədov və Bahadur Qafarov hadisə yerinə baxış keçirmiş, yolun quru havanın isə aydın olmasını tədqiq etmişdir. Həmçinin, əlavə edilmiş fotoşəkillərdən və sxemdən görünür ki, hadisəsinin baş vermə trayektoriyası və avtomobilin son vəziyyəti YPX-nin əməkdaşı tərəfindən tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli “alkotesterin sərxoşluq vəziyyəti barədə” qəbzlərindən görünür ki, hadisə iştirakçıları hadisə zamanı sərxoş olmamışdırlar. xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün Salyan RPŞ İB-nin müstəntiqi Şəhriyar İbrahimov tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:06-da tutulmuşdur. xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxsin qanuni nümayəndəösinin təyin edilməsi haqqında” qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində təyin edilmişdir. xx.xx.2025-ci il tarixli “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmadan azad olunmuşdur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuş, iş üzrə məhkəmə tibbi və məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs, 2025-ci il martın 23-də saat 09 radələrində idarə etdiyi Kamaz 55111 markalı, **-BZ-*** dövlət qeydiyyat nömrə nişanlı yük avtomobil ilə Köhnə Ələt-Astara avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsinin 57-ci km-də hərəkətdə olduğu vaxt “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, sürücü hərəkətin təhlükəsizliyini təmin etmək üçün qarşıda hərəkətdə olub, sola dönmə işıq siqnalını yandırıb sola manevrə başlayan VAZ 2103 markalı avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sağdan ötməli, sola dönən nəqliyyat vasitəsini soldan keçmək üçün avtomobili sola istiqamətləndirməməli, əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli, hərəkət üçün təhlükə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyib qarşı istiqamətdən gələn Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi 60/12, ev 44-də yaşayan Qanuni nümayəndə idarə etdiyi Nissan Note markalı, **-UZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, nəticədə həmin avtomobildə olan yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü Zərərçəkmiş şəxs sağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sol baldırın ön səthinin sıyrığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmişin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 263.1-ci maddəsinə əsasən, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini və himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, əməlində cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmə haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə 150 manat (yüz əlli) manat məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 01 (bir) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının CM-nın 56.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən, cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq X6 Xəzinədarlığı Agentliyinin 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya nəzarətini həyata keçirən orqana həvalə edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №1(057)-66/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-66/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver