Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-67/2024 01.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı,Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5-ci maddəsi nəzərə alınmaqla 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasını çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib yerini dəyişməklə üzərində daşıyaraq saxlamış, daxil olmuş məlumat əsasında Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2024-cü il tarixdə saat 19:40 radələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi ünvan 1 ünvanında yerləşən Salyan Rayon Polis Şöbəsinə gətirildikdən sonra şöbənin inzibati binasında üzərinə şəxsi axtarışı keçirilərkən əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən bir bükümdə ona məxsus ümumi təmiz çəkisi 0,889 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı araşdırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqini tapmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib göstərmişdir ki,17 yanvar 2024-cü il tarixdə günorta saatlarında yaşadığı Ərəbqardaşbəyli kəndində yolla gedərkən yerdə içərisində metamfetamin olan bir bükum görmüşdür. Götürüb özündə saxlamışdır.Sonradan həmin maddədən bir qədərindən istifadə etmişdir. 18 yanvar 2024-cü il tarixdə saat 19:40 radələrində Salyan şəhəri, Nizami küçəsində polis əməkdaşları onu tutub polisə aparmışlar.Polisdə həmin maddə üzərindən aşkar olunmuşdur. Üzərindən aşkar edilib götürülmüş maddə elektron tərəzidə çəklmiş və onun çəkisinin 0,99 qram olması müəyyən edilmişdir.Törətdiyi əmələ görə peşiman olduğunu qeyd edərək ona köməklik olunmasını xahiş etdi Şahid kimi dindirilmiş Salyan RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 Fizuli oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə əldə olunmuş əməliyyat məlumatının yoxlanılması məqsədi ilə 18 yanvar 2024-cü il tarixdə saat 19:40 radələrində Təqsirləndirilən şəxs Salyan şəhəri, Nizami küçəsində tutub polisə aparmışlar.Polis şöbəsində üzərinə baxış keçirilərkən ondan metamfetaminə oxşar kütlə aşkar olunub götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunmuş maddə çəkildikdə 0,99 qram olması müəyyən edilmişdir.Həmin maddə qablaşdırılmış və götürülmüş, bu barədə protokol tərtib olunmuş, özü də həmin protokola imza etmişdir. İş üzrə şahid kimi dindirilmiş Şahid3 Şahid1 dediklərini bir daha təsdiq etmişdir. Məhkəmədə elan olunmuş 18 yanvar 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi və götürmə barədə protokoldan və videogörüntüdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirilərkən onun üzərindən bir bükümdə psixotrop maddə olan metamfetaminə oxşar maddə aşkar olunaraq götürülmüşdür Məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2024-cü il tarixli, 18/81 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən " sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-0,889 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 98 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək həmin məcəllənin 66.5-ci maddəsi də nəzərə alınmaqla 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 26 gün vaxtından əvvəl cəzadan şərti azad olunmuş və xx.xx.2023-cü il tarixdə cəzasını tam çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. "Salyan rayon mərkəzi xəstəxanası" X5 08 fevral 2024-cü il tarixli, 18-1-68/2- 261/2024-cü il tarixli məktubundan görünür ki, Salyan rayonu, Ərəbqardaşbəyli kənd sakini Təqsirləndirilən şəxs xəstəxanada psixonevroloji və narkoloji qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatından sonra qalıq qalmış 0,839 qram psixotrop maddə olan metamfetamin 19 yanvar 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Salyan rayon İcra Hakimiyyəti Başçısının Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 11 noyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədə Təqsirləndirilən şəxs Salyan rayonu, Ərəbqardaşbəyli kəndində anası ilə birlikdə yaşadığı və barəsində nümayəndəliyə heç bir şikayətin daxil olmadığı göstərilmişdir. Təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma zamanı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinib, ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Onun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. O, narkotik vasitələrlə bağlı cinayətlərə görə məhkum olunmuş, əməlində cinayətlərin residivi var,ona təyin olunmuş cəzalarla islah olunmamış və qısa müddət keçməmiş yenidən oxşar cinayət əməlini törətmişdir. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü ildən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2024-cü ildən 20 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablanmalıdır. Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə bağlı cinayəti törətməyə görə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır.Ona görə də onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli,Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 93.1.2-ci madəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və nakrokoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatı nəticəsində qalıq qalmış təmiz çəkisi 0,839 qram psixitrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-nin işə əlavə olunması nəzərə alınmalıdır. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub saxlanıldığı iki gün müddət ona təyin olunmuş cəza müddətinə hesablansın, üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmə müddətinin əvvəli 01 may 2024-cü ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və Salyan Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3 və 234.4-1-ci maddələri ilə bağlı cinayəti törətməyə görə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış 0,839 qram psixitrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 49,74 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X2 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD-nin işə əlavə olunması nəzərə alınsın. Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul onun “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: AĞARZA SƏMƏDOV
Məhkəmə qərarları › İş №1(057)-67/2024
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-67/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver