Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-67/2025 02.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X7 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayon Məhkəməsinin1 (057)-57/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə istintaq orqanı tərəfindən ona görə təqsirli bilinir ki, o, qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə metamfetamin əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il mayın 24-də saat 08:35 dəqiqədə Salyan şəhəri T.Davudzadə küçəsində Salyan RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki boz rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, peşman olduğunu bildirmiş və ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır, günəmuzd fəhlə işləyir, narkotik aludəçisidir, “patı” kimi tanıdığı psoxtrop maddə metamfetamini yandırıb tüstüsünü udmaqla qəbul edir. 2023-cü ildə Salyan rayon məhkəməsi tərəfindən CM-nin 234.1- ci maddəsilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdir və 2024-cü ildə cəzanın sonu ilə azadlığa çıxmışdır. 2025-ci il mayın 22-də gündüz saatlarında Kür çayının sahilində olarkən yerdəki ağ rəngli selofan büküm diqqətini cəlb etmişdir. Həmin bükümü qaldırıb açıb içərisinə baxdıqda orada ağımtıl rəngdə kristalik kütlə olduğunu görüb dadma baxdıqda “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bilmişdir. Tapdığı həmin metamfetamini özü qəbul etmək üçün götürüb cibinə qoyub üzərində saxlamış və sonrakı günlərdə həmin metamfetamindən qəbul etmişdir. Mayın 24-də səhər saatlarında evdən çıxıb iş tapmaq üçün Salyan şəhəri T.Davudzadə küçəsi ilə gedərkən saat 08:35 dəqiqədə mülki geyimdə olmuş 3 nəfər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı üzərində baxış keçiriləcəyini bildirib təklif etmişlər ki, üzərində narkotik vasitə və qadağan olunmuş digər əşya varsa təqdim etsin. O, üzərində “patı” olduğunu bildirmiş və şalvarının sağ yan cibindən 2 gün əvvəl tapdığı bir ədəd selofan bükümdə olan metamfetamini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı bildirmişdir ki, üzərindən aşkar edilmiş selofan bükümdəki kütlə “patı” kimi tanıdığı metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 2 gün əvvəl Salyan şəhərində Kür çayının sahilində yerdən tapmışdır, metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, həmin “patı”dan yalnız özü qəbul etmişdir, heç kimə verməmişdir və satmamışdır. Bundan sonraondan aşkar edilmiş həmin bir ədəd bükümdə olan metamfetamin polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və bükümün çəkisi 0,42 qram təşkil etmişdir. Daha sonra həmin mütamfetamin bükümü polis əməkdaşları tərəfindən kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş və o, zərfin üzərini imzalamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə Salyan rayon polis şöbəsinə gəlmişdir, üzərindən psixotrop maddə metamfetaminin aşkar ediilməsi barədə tərtib edilmiş protokol ona ucadan oxunduqdan sonra yazılanları doğru bilib protokolu imzalamışdır. O, narkotiklərin və psixotrop maddələrin satışı ilə məşğul olmurmuş, ondan aşkar edilmiş metamfetamini isə öz istifadəsi üçün üzərində saxlamışdır. Yaşadığı evdə narkotik vasitə yoxmuş. O, ümumiyyətlə mobil telefon istifadə etmirmiş və istifadəsində heç bir mobil telefon nömrəsi yoxmuş. Məhkəmədən sonda özünün ağır xəstəlikdən əziyyət çəkməsini nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın seçilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadələri, şahidlərin dindirmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizaları üzrə rəylər, cinayət işi üzrə götürülmüş maddi sübut, şəxsi axtarış və götürmə və digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş məlumatlar, cinayət işinin istintaq materiallarında olan digər sənədlərlə, həmçinin işin faktiki halları ilə tam olaraq sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Salyan Rayon Polis X3 Qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Salyan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu və üzərində narkotik vasitə saxlayıb gəzdirdiyi barədə alınmış əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərin həyata keçirilməsinə dair müvafiq qərar qəbul olunmuş və yaradılmış əməliyyat qrupunun tərkibində 2025-ci il aprelin 24-də səhər saatlarından başlayaraq Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin tarixdə saat 08:35 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri T.Davudzadə küçəsində piyada hərəkət etdiyini müşahidə edib yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrinə dair məlumat vermişlər. Daha sonra videoçəkiliş aparılmaqla üzərində narkotik vasitə və digər qadağan olunmuş əşyaların olub-olmadığını, əgər vardırsa təqdim edilməsini təklif edildikdə Təqsirləndirilən şəxs üzərində “patı” olduğunu bildirib əynindəki şalvarının sağ yan cibindən bir ədəd selofan bükümü çıxardıb təqdim etmişdir. Həmin bükümə baxıldıqda şəffav selofan bükümdə ağımtıl rəngli kristalik kütlə olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi həmin selofan bükümdəki kütlə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindir, özünə məxsusdur, həmin metamfetamini 2 gün əvvəl Salyan şəhərində Kür çayının sahilində yerdən tapmışdır, metamfetamin olduğunu bilib özü qəbul etmək üçün götürüb üzərində saxlamışdır, bir qədər özü qəbul etmişdir, lakin heç kimə verməmişdir və satmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir əşya və pul aşkar edilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin bir ədəd bükümdə olan metamfetaminə oxşar kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,42 qram olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs aşkar edilmiş həmin metamfetamin bükümü kağız zərfə qoyulub qablaşdırılmış, möhürlü kağızla möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Salyan rayon polis şöbəsinə gəlmişlər, psixotrop maddə metamfetaminin aşkar ediilməsi barədə tərtib edilmiş protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən protokol imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılmasını, üzərində baxış keçirilərək maddi sübutun götürülməsini əks etdirən videogörüntü, bu barədə tərtib edilmiş protokol və maddi sübut videoçəkiliş aprılmaqla istintaqa təqdim edilmişdir. Bu barədə tərtib edilmiş protokol oxunduqdan sonra onun tərəfindən imzalanmışdır. Şahid qismində dindirilmiş Salyan RPŞ-nin əməkdaşı Şahid1 da Şahid3 ilə oxşar məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı dindirilmiş Şahid2 Füzuli oğlu Şahid3 ifadəsinə uyğun analoji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli “şübhəli şəxs qismində tutma haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08:35-də Salyan RPŞ-nin İBdə şübhəli şəxs qismində tutularaq Salyan Rayon Polis X4 Yerinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan və 01 ədəd diskdən görünür ki, həmin gün Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal kütlə aşkar edilmiş, həmin kütlələr kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və sübut əhəmiyyəti kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/408 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən” yazıları qeyd edilmiş kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi – 0,279 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetmaindir. Metamfetamin – 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Həmin rəyin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, metamfetaminin təmiz çəkisi – 0,279 qram, tədqiqata sərf edildi cəmi – 0,05 qram, qalıq cəmi – 0,229 qram. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/408 saylı rəyə əlavə edilmiş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2025-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Salyan RPŞ MSY-dan azad olunmuşdur. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatları nəticəsində qalıq qalmış 0,229 qram psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran şəhər Narkoloji xəstəxanası tərəfindən verilmiş 27 may 2025-ci il tarixli məhkəmə-narkoloji ekspertizasının 292 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində 2023-cü ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyata durur. Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən, qiymət verilməlidir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin Şirvan Regional bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyini və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər Narkoloji Xəstəxanasının məhkəmə-narkoloji ekspertizasının rəyini müzakirə edərək həmin rəyləri işin faktiki hallarını müəyyən edən əsas sübutlardan biri kimi qəbul edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və xx.xx.2024-cü ildə cəzanın sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-57/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2025-ci il tarixdə əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Salyan şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini nə vaxt və haradan əldə etməsi müəyyən olunmasa da, Təqsirləndirilən şəxs sakinlər arasında narkotik vasitə istifadəçisi kimi tanınması müəyyən edilmişdir. Salyan rayon İcra Hakimiyyəti başçısının Salyan şəhər inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5-71-6/2-907/2025 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayır, yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. “Salyan Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18- 1-68/2-961/2025 nömrəli məktubundan görünür ki, Salyan şəhəri, Ə.Hüseynov küçəsi ev 49-də qeydiyyatda olmaqla yaşayan, xx.xx.1980-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji qeydiyyatda yoxdur. İbtidai istintaq orqanının xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şəxsi axtarış və götürmə protokolu, şahid ifadələri, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət işi üzrə sübut növü kimi tanınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalmış 0,229 qram metamfetamin cinayət işi üzrə maddi sübut hesab edilərək saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin görüntüləri olan CD diski sübut növü kimi tanınıb cinayət işinin materiallarına əlavə edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,279 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib yerini dəyişməklə üzərində saxlamaqla daşımış, 2025-ci il mayın 24-də saat 08:35 dəqiqədə Salyan şəhəri T.Davudzadə küçəsində Salyan RPŞ- nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb hüquqları izah olunduqdan sonra üzəri yoxlanılmış və əynindəki boz rəngli şalvarının sağ yan cibindən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi, bununla da, onun Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı yuxarıda sadalanan mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 93-1.1-ci maddəsinə əsasən, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya narkotik vasitəsi şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, əməlindən səmimi peşmançılıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cinayətin residivi isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, şəxsiyyətini səciyyələndirən halları, işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün «ağ ölüm» kimi bir bəlaya çevrilmiş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətmiş, bununla da, narkotiklərlə mübarizə sahəsində yaranan ictimai münasibətləri ciddi şəkildə pozmuşdur. Bundan başqa o, daha əvvəllər də Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(057)-57/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin əməlindən nəticə çıxarmayaraq yenidən eyni qəbildən olan cinayət əməlini törətmişdir. Həmçinin, stimulyatorların və opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunmuş, məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan, eləcə də mütəmadi olaraq narkotik vasitələri aldığı şəxslərdən uzaqlaşmadan islah olunması mümkün hesab edilmir. Beləliklə, məhkəmənin qənaətinə görə Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir, əks təqdirdə onun və digər şəxslərin tərəfindən bu qəbildən olan yeni cinayətlərin törədilməsinə, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində və ictimai təhlükəsizlik sahəsində yaranan ictimai münasibətlərin pozulması hallarının daha da artmasına səbəb ola bilər. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalı və barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Salyan RPŞ-də saxlanılan, keçirilmiş müvafiq ekspertizadan sonra qalıq qalmış 0,229 qram psixotrop maddə metamfetamin məhv edilməli, cinayət işinin materiallarına əlavə olunmuş 02 ədəd DVD disk işdə saxlanılmalıdır. İş üzrə 31,95 (otuz bir manat doxsan beş qəpik) məbləğində məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməldir. Məhkəmə, həmçinin, hesab edir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı iş üzrə tutulduğu 02 (iki) gün müddət hazırki hökmlə ona təyin olunmuş cəza müddətindən çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyata olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Salyan RPŞ-də saxlanılan qalıq çəkisi 0,229 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq qaydada məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 2 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci 31.95 (otuz bir manat doxsan beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq aşağıdakı hesaba köçürülsün: Büdcə təşkilatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, ekspertiza xərci SAP (XİİS) hesabı, X2, kod 210005, VOEN **********, müxbir hesab: AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************. Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəmə prosesi zamanı Təqsirləndirilən şəxs hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 11 manat miqdarında olmaqla, 110 manat məbləğində pul onun “Kapital Bank”ın Masallı filialında olan (hesablaşma hesabıŞ.W.İ.F.T. BİK AİİBAZ2Z, AZ44AİİB********************, VÖEN **********, Kod:200435, M/H AZ NAB Z013501**********1944 VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №1(057)-67/2025
Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-67/2025
02.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver