Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 1(057)-69/2024 13.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi Üzrə İdarəsinin rayon (şəhər) Məhkəmələrində Dövlət İttihamının X6 prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Salyan rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Hacıqabul rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Nəvahi kənd tam orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində işləmiş, Hacıqabul rayonu İ-Udullu kəndində qeydiyyatda olmaqla Şirvan şəhəri L.İbrahimov küçəsi ev 26, mənzil 44-də kirayədə yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin may ayının əvvəllərində İsmayıllı rayonu Kürdmaşı kənd sakini Zərərçəkmiş şəxs2 4000 manat müqabilində İİ Qarabağ müharibə iştirakçısı kimi əlillik dərəcəsi almaqda köməklik edəcəyi barədə yalan vəd verməklə aldadıb inandırdıqdan sonra Zərərçəkmiş şəxs2 2022-ci il mayın 17-də İsmayıllı şəhərində yerləşən keçmiş “Bərəkət market” adlı ticarət mərkəzinin yanındakı “Milliön” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank kartı hesabına 1000 manat, daha sonra həmin il mayın 20-də qeyd olunan “Milliön” ödəniş terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank kart hesabına daha 3000 manat köçürmüş və bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus cəmi 4000 manat pul vəsaitini ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 3000 manat müqabilində Şirvan şəhərində yerləşən Telemexanika və Sənaye Zavodunda işə qəbul etdirəcəyi barədə əvvəlcədən yalan vəd verməklə aldadıb inandırdıqdan sonra 2023-cü il aprelin 7-də saat 11 radələrində istifadəsində olan mobil telefon vasitəsilə Zərərçəkmiş şəxs1 ilə telefon əlaqəsi saxlayıb guya onun işə qəbul edilməsi ilə bağlı lazımi adamlarla görüşmək üçün Bakı şəhərində olduğunu bildirib öz adına olan “Leobank”a məxsus **********754592 bank kartının 14 rəqəmli nömrəsini sms vasitəsilə ona göndərib 2000 manatın həmin bank kartına göndərilməsini istəmiş, həmin tarixdə saat 16:41 dəqiqədə Zərərçəkmiş şəxs1 atası Şahid1 oğlunun tapşırığı ilə Salyan rayonu Xalac kəndi ərazisindəki “Toğrul market” adlı ticarət obyektinə gəlib burada quraşdırılmış “Emanat” ödəmə terminalı vasitəsilə oğlu Zərərçəkmiş şəxs1 məxsus 2000 manatı Təqsirləndirilən şəxs bank hesabına köçürmüş və bununla da Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus həmin məbləğdə pul vəsaitini ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs öldüyü üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsilə birlikdə Şirvan şəhəri L.İbrahimov küçəsi ev 18, mənzil 55-də yaşayır, səhhəti ilə bağlı hazırda heç yerdə işləmir, məhkum olunmamışdır. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə 2023-cü ilin aprel ayının əvəllərində tanış olmuşlar. Belə ki, Kənan onun Şirvan şəhərində yaşayan qardaşı ilə bir binada, lakin qonşu bloklarda yaşayırmış. O, öz qardaşı ilə binanın qarşısında dayanıb iş yeri axtarmaq barədə söhbət edərkən Kənan binadan çıxıb onlara yaxınlaşıb görüşmüş və həmin vaxt söhbətdən ona məlum olmuşdur ki, o hazırda işsizdir və özünə iş yeri axtarır. Həmin vaxt Kənan ona demişdir ki, Şirvan şəhərində yerləşən “Priborzavod” kimi tanınan Telemexanika və Sənaye zavodunda tanışları vardır və onu həmin zavodda fəhlə kimi işə qəbul elətdirə bilər. Kənan əlavə etmişdir ki, həmin zavoda onun işə düzəlməyi üçün ondan 3000 manat alacaqdır, çünki işə qəbul olduqdan sonra əvvəlcə 450 manat, daha sonra 600 manat əmək haqqı alacaqdır. O, Kənana demişdir ki, onu işə götürən şəxslə özü də görüşmək istəyir ki, iş barədə daha ətraflı məlumat ala bilsin. Kənan isə cavabında demişdir ki, onun işə qəbul məsələsini həmin zavodun Bakı şəhərində yerləşən mərkəzi idarəsində həll edəcəkdir. Kənanın inandırıcı danışması ona qarşı inam hissi yaratmışdır və o, Kənanın təklifini qəbul edib demişdir ki, pulu işə düzələndən sonra verəcəkdir. Kənan etiraz etməmiş və bildirmişdir ki, onun işi ilə bağlı özü lazımi adamlarla görüşüb danışıqlar aparacaq və buna görə 2-3 gün gözləməyini istəmişdir. Onlar ayrılarkən Kənan onun ***- ***-**-** mobil telefon nömrəsini götürüb özünün ***-***-**-** mobil telefon nömrəsini ona vermişdir. 2023-cü il aprelin 07-də saat 11 radələrində Kənan ona zəng edərək onun işi ilə əlaqədar Bakı şəhərində olduğunu, lazımi adamlarla görüşüb onun işə qəbulu ilə bağlı razılıq aldığını, pulun bir hissəsini lazım olan adama çatdırmaq üçün təcili olaraq 2000 manatı onun kartına göndərməyini istəyib qalan 1000 manatı isə işə qəbul edildikdən sonra alacağını bildirmişdir. Bundan sonra Kənan öz telefonundan onun telefonuna sms vasitəsilə öz adına olan Leobank kartının 14 rəqəmli şifrəsini göndərmişdir. O, Kənanın verdiyi bu xəbərdən sevinmiş və dərhal Salyan rayonu Piratman-Gəncəli kəndində yaşayan atası Şahid1 zəng edib işə qəbulu ilə bağlı ona məxsus 2000 manatı Təqsirləndirilən şəxs adına olan bank kartına göndərməyi istəmişdir. Atası Ziyafət də, həmin gün saat 16 radələrində evdən çıxıb Salyan rayonu Xalac kəndi ərazisindəki “Toğrul market” adlı mağazaya gedib “eManat” ödəmə terminlaı vasitəsilə Təqsirləndirilən şəxs adına olan Leobanka məxsus 4098 5844 6775 4592 bank kartına ona məxsus 2000 manatı köçürtmüşdür. Atası bu barədə ona xəbər verdikdə, o da öz növbəsində Kənana zəng edib pulun kart hesabına keçib-keçmədiyini soruşmuş, Kənan pulun kart hesabına keçdiyini təsdiq edib demişdir ki, narahat olmasın, yaxın günlərdə işə qəbul ediləcəkdir. Bundan sonrakı aylar ərzində dəfələrlə Şirvan şəhərində Kənan ilə rastlaşdıqda, dəfələrlə telefon əlaqəsi saxlayıb işə nə vaxt başlayacağını soruşduqda Kənan hər dəfə yaxın günlərdə işə başlayacağını demişdir. Lakin iyul ayının sonlarında artıq Kənan onun telefon zənglərinə cavab vermədikdə ona aydın olmuşdur ki, Kənan onun etibarından sui-istifadə edib onu aldadaraq pulunu ələ keçirmişdir. Artıq Kənan ilə heç cür əlaqə saxlayıb pulunu geri ala bilmədiyini görüb atası Davud Qocayevin ***-***-**-** telefon nömrəsini əldə edib telefon əlaqəsi saxlayıb oğlu Kənanın onu aldadıb 2000 manat pulunu ələ keçirdiyini dedikdə Davud oğlu Kənanın dələduz olduğunu deyərək pulu Kənana nahaq yerə verdiyini demişdir. Bundan sonra, o, məcbur qalıb DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermiş, daha sonra rayon poilis şöbəsinə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Şirvan şəhərində kirayədə qaldığı ünvanı dəyişib başqa ünvana köçmüşdür. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsilə birlikdə İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, məhkum olunmamış, səhhəti ilə bağlı heç yerdə işləmirmiş. 2020-ci ildəki İİ Qarabağ müharibə iştirakçısıdır, Füzulinin, Qubadlının və Şuşanın azad olunmasına görə, Cəsur döyüşçü və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur, həmin döyüşlərdə yaralanmışdır, bədənində güllə və qəlpə varmış, kontuziya və travmalar almış, lakin məlum olmayan səbəddən əllilik dərəcəsi və təqaüd ala bilməmişdir. 2022-ci ilin may ayının əvvəllərində Şirvan şəhər sakini və döyüş yoldaşı olmuş Şahid2 ilə aralarında olmuş telefon danışığı zamanı əlillik dərəcəsi ala bilmədiyini dedikdə Hüseyn ona demişdir ki, Hacıqabul rayonu Udullu kənd sakini kimi tanıdığı Təqsirləndirilən şəxs verdiyi 5000 manat müqabilində Kənan ona İİİ qrup əlillik və təqaüd almaqda köməklik etmişdir və ona da əlillik qrupu almaqda Kənanın kömək edə biləcəyini bildirmişdir. Bu səbəbdən, o, Hüseynin vasitəsi ilə Kənan ilə görüşüb ona nə kimi kömək edə biləcəyini dəqiqləşdirmək üçün yaxın günlərdə Şirvan şəhərinə gələcəyini Hüseynə bildirmişdir. O, mayın 16-da Şirvan şəhərinə gəlmiş, əvvəlcə Hüseyn ilə, daha sonra birlikdə Kənan ilə Şirvan şəhərindəki kafelərin birində görüşmüşlər. Söhbət zamanı Kənan ona bildirmişdir ki, əlillərin bərpası mərkəzində komissiyadan keçdikdən və Bakı şəhəri Maştağa qəsəbəsindəki 1 saylı psixiatrik xəstəxanasında 21 gün yatdıqdan sonra bütün sənədləri tam hazır olduqda ona İİİ qrup əlillik almaqda kömək edə biləcəkdir və bunun üçün 5000 manat lazımdır, əvvəlcə 4000 manatı beh kimi, əlillik qrupu aldıqdan sonra isə qalan 1000 manatı verməlidir. Kənanın dedikləri ona inandırıcı gəldiyindən təklifini qəbul edib razılıq vermiş və Kənan özünün bank kartının nömrəsini ona verdikdən sonra, o Kənan və Hüseyndən ayrılıb yaşadığı İsmayıllı rayonuna qayıtmışdır. Ertəsi gün, mayın 17-də yaşadığı kənddən çıxıb İsmayıllı şəhərinə gəlmiş və keçmiş “Bərəkət market” adlı ticarət mərkəzinin yanındakı “Milliön” ödəmə terminalı vasitəsilə Kənanın bank kartının hesabına özünə məxsus 1000 manatı göndərmişdir. Qalan 3000 manatı topladıqdan sonra isə mayın 20-də yenidən keçmiş “Bərəkət market” adlı ticarət mərkəzinin yanındakı “Milliön” ödəmə terminalı vasitəsilə Kənanın bank kartına həmin pulu göndərmişdir. Kənan onunla telefon əlaqəsi saxlayıb pulun onun kart hesabına keçdiyini və ən geci 3 ay müddətində onun İİİ qrup əlillik alacağına bir daha söz vermişdir. Sonradan Kənan ona zəng edib Bakı şəhərinə gəlib əlillərin bərpa mərkəzində komissiyadan keçməli olduğunu bildirmişdir. Ona görə 2022-ci ilin sentyabr ayında Bakı şəhərinə gedib əlillərin bərpası mərkəzində tibbi komissiyadan keçmişdir, lakin ona əlillik qrupu verilməmişdir. O bu barədə Kənana zəng edib dedikdə, Kənan demişdir ki, güya komissiyada olan tanış həkimi qəsdən birinci dəfə əlilllik qrupu verilməsindən imtina etmişdir ki, şübhələnən olmasın, ikinci dəfə komissiyadan keçəndə hər şey qaydasında olacaqdır və ona əlillik qrupu veriləcəkdir. O bu dəfə də Kənana inanıb 2023-cü ilin yanvar ayında yenidən Bakı şəhərinə gedib əlillərin bərpası mərkəzində təkrar tibbi komissiyadan keçmişdir, lakin bu dəfə də ona əlillik qrupu verilməsindən imtina edilmişdir. Bu səbəbdən Kənana zəng edib artıq ona inanmadığını deyib verdiyi 4000 manatı geri istəmişdir, lakin Kənan narahat olmamağını deyib yaxın günlərdə öz əlaqələrindən istifadə edib ona əlillik qrupu veriləcəyinə bir daha söz versə də, o təkidlə pulunun qaytarılmasını istəmişdir. Onun təkidlə pulunu geri istədiyini görən Kənan yaxın günlərdə pulunu qaytaracağına söz vermiş və həqiqətən həmin ilin fevral ayında Kənan onun bank kartına əvvəlcə 2000 manat, daha sonra aprel ayında daha 800 manat pul göndərmişdir. Kənan onunla telefon əlaqəsi saxlayıb qalan 1200 manatı bir neçə gündən sonra göndərəcəyini desə də, sonradan bunu etməmişdir. O, hər növbəti ayda Kənana zəng edib pulun qalan hissəsinin göndərməsini istəsə də, Kənan hər dəfə narahat olmamağını, yaxın günlərdə pulun hamısını ona göndərəcəyini demişdir, lakin bunu etməmişdir. Oktyabr və noyabr aylarında artıq Kənanın mobil telefon nömrəsinə zəng çatmadığından, o məcbur qalıb Kənanın barəsində İsmayıllı rayon polis şöbəsinə şikayət ərizəsi yazmışdır. O, Kənana göndərdiyi puların qəbzlərini saxlamamışdır və bu səbəbdən həmin qəbzləri təqdim edə bilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, oğlu Təqsirləndirilən şəxs törətdiyi əməllərdən məlumatsız olmuşdur. Zərərçəkmiş şəxslərlə onun hər hansı münasibəti olmamış, oğlu Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tarixdə vəfat etmiş, hazırda iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ailəsilə birlikdə Salyan rayonu Pratman-Gənəcli kəndində yaşayırmış, Şirvan OİL NQÇİ-də operator vəzifəsində işləyirmiş. Şirvan şəhər sakini Zərərçəkmiş şəxs1 onun oğludur, bir neçə aydır işsiz olduğundan özünə iş yeri axtarırmış. 2023-cü il aprelin 7-də təxminən saat 11 radələrində evdə olduğu zaman oğlu Yusif onun mobil telefonuna zəng edib demişdir ki, bir neçə gün əvvəl Şirvan şəhərində tanış olduğu Kənan adlı şəxs onu Şirvan şəhərindəki Telemexanika və Sənaye zavodunda fəhlə kimi işə qəbul edilməsinə söz vermişdir və həmin işin həlli üçün Kənanın bank kartına 2000 manat göndərməyini xahiş etmişdir. Yusif telefon danışığı zamanı Kənan adlı şəxsin bank kartının 14 rəqəmli şifrəsini ona söylədikdən sonra, o Yusifin dediyi kimi edib evdə saxlanılan Yusifə məxsus 2000 manatı götürüb Salyan rayon Xalac kəndinə gəlib burada yerləşən “Toğrul market” mağazasındakı “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs adına olan 4098 5844 6775 4592 nömrəli “Leobank” bank kartın hesabına 2000 manatı köçürüb qəbzi özündə saxlayıb Yusifə zəng edib pulun köçürüldüyünü bidlirmişdir. Bir müddət sonra Yusifin ona söyləməsindən məlum olmuşdur ki, Kənan adlı şəxs oğlu Yusifi aldadaraq 2000 manatı ələ keçirəndən sonra aradan çıxmışdır. Məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, valideynləri ilə birlikdə Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 150, mənzil 4-də yaşayır, məhkum olunmamışdır. Bakı şəhərindəki 1 saylı X8 mühafizə xidmətinin növbə rəisi vəzifəsində işləyirmiş. 2020-ci ildəki İİ Qarabağ müharibə iştirakçısıdır, Füzulinin, Qubadlının və Şuşanın azad olunmasına görə, İgidliyə görə, Cəsur döyüşçü və Vətən Müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur, həmin döyüşlərdə yaralanmışdır, bədənimdə qəlpələr vardır, İİİ qrup əlilliyi olub, lakin sağaldığı üçün əlillik dərəcəsindən könüllü imtina etmişdir və hazırda hərbi xidmətə qəbula hazırlaşırmış. İsmayıllı rayon sakini Zərərçəkmiş şəxs2 onun müharibə və döyüş yoldaşıdır, müharibənin ilk günündən birlikdə vuruşmuşlar və bir gündə yaralanmışlar. Təqsirləndirilən şəxs isə Şirvan şəhər sakini kimi tanıyırmış, aralarında yaxın münasibətlər, həmçinin ədavət və ziddiyyət olmamışdır. 2022-ci ilin may ayının əvvəllərində Asif ilə aralarında olmuş telefon danışığı zamanı Asif əlillik dərəcəsi ala bilmədiyindən şikayətlənmişdir, daha sonra bu işdə ona kömək etməyi xahiş etmişdir. O, həmin vaxt Asifə demişdir ki, bildiyinə görə əslən Hacıqabul rayonundan olan və Şirvan şəhərində yaşayan Təqsirləndirilən şəxs müharibə iştirakçılarına əlillik dərəcəsi almaqda köməklik etmişdir, istəsə Şirvan şəhərinə gəlsin və onu Kənan ilə görüşdürsün. Asif razılıq verib yaxın günlərdə Kənan ilə görüşmək üçün Şirvan şəhərinə gələcəyini demiş və mayın 16-da Şirvan şəhərinə gəldikdə onlar görüşmüşlər. Daha sonra, o soraqlaşıb Kənanı tapmış və üçü birlikdə Şirvan şəhərindəki kafelərin birində əyləşib çay içmişlər. Söhbət zamanı Asif özünün tibbi sənədlərini Kənana göstərib əlillik dərəcəsi almaqda nə kimi köməklik edə biləcəyini soruşmuşdur. Kənan isə sənədlərə baxıb Asifə bildirmişdir ki, əvəlcə əlillərin bərpası mərkəzində komissiyadan keçməlidir, daha sonra Bakı şəhəri Maştağa qəsəbəsindəki 1 saylı psixiatrik xəstəxanasında yatmalıdır və bundan sonra ona İİİ qrup əlillik almaqda köməklik edə biləcəkdir. Kənan ilə Asif biri-birinə telefon nömrələrini verib qalan məsələləri sonradan öz aralarında danışacaqlarlını demişlər. Bundan sonra Kənan vidalaşıb oradan getmişdir. Asif isə bir gecə onlarda qaldıqdan sonra yaşadığı İsmayıllı rayonuna qayıtmışdır. 2023-cü ilin yay aylarında Asif ona zəng edib hələm də əlillik dərəcəsi ala bilmədiyini, Kənanın isə bu işdə ona kömək etmədiyini demişdir. Nə həmin vaxt, nə də sonrakı vaxtlarda Asifin Kənana nə qədər pul verdiyini bilməmişdir və bunu Asifdən soruşmamışdır. Hətta həmin vaxtdan sonra bir neçə dəfə Kənan ilə Şirvan şəhərində təsadüfən rastlaşdıqda belə Asifin işlərinin nə yerdə olduğu ilə maraqlanmamışdlr. Yalnız Salyan rayon polis şöbəsinə şahid qismində ifadə vermək üçün dəvət edildikdə ona məlum olmuşdur ki, Kənan əlillik dərəcəsi almaq üçün köməklik göstərəcəyi müqabilində Asifdən 4000 manat pul almışdır, lakin bunu etməmiş və pulu geri qaytarmadığına görə Asif şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 istintaqa həqiqətə uyğun olmayan məlumat vermişdir ki, güya onun da İİİ qrup əlilik dərəcəsi almağında Kənan köməklik etmişdir, əsl həqiqətdə Kənan ona heç bir köməklik etməmişdir, bu məsələ ilə bağlı o Kənana müraciət etməmiş və Kənana heç bir məbləğdə pul verməmişdir. Lakin Kənanın 5000 manat müqabilində kimlərəsə əlilllik dərəcəsi almaqda köməklik etdiyini eşitmişdir və Asif ilə aralarında olmuş telefon danışığı zamanı məhz bu barədə Asifə məlumat vermişdir. Ola bilsin Asif onu düzgün anlamayıb və bu səbəbdən hesab etmişdir ki, güya onun əlillik dərəcəsi almağında Kənanın köməyi olmuşdur. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2023-cü il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında” qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan ibtidai istintaq orqanının xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs 2024-cü il martın 14-də AR CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və ona elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, təqsirləndirilən şəxs barəsində AR CM-nin 32.4, 312-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində AR CM-nin 29, 312-ci maddəsi ilə cinayətr təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin törətdiyi əməli səməmi etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən təqsirləndirilən şəxs barəsində məlumatlar qrafasından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Şirvan Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-13-359 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş pestisidlərin toksik təsiri səbəbindən vəfat etmişdir. Bu fakt sonuncu barəsində olan ölüm haqqında akt qeydinin surətindən görünür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş şahidlərin və zərər çəkmiş şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, eləcə də işdə olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən - şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə xitam verilməlidir (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.1-ci maddəsinə əsasən - ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinə əsasən - cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106-1.4-cü maddəsinə əsasən - ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən təqsirləndirilən şəxs barəsində qohumluq məlumatları qrafasından görünür ki, X1 Kənan Davud oğlunun atasıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə tərəfindən təqsirləndirilşən şəxs Təqsirləndirilən şəxs atası X3 rəsmi qaydada xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, habelə həmin bildirişlə təqsirləndirilən şəxsin hüquqi varisi qismində çıxış etmələri üçün Salyan Rayon Məhkəməsinə müraciət edilməsi təklif olunmuş, məhkəməyə müraciət edilmədiyi halda isə qeyd olunan məsələnin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 106- 1.4-cü maddəsinə əsasən həll olunacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs atası X5 xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsin hüquqi varisi qismində tanınmasını və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Salyan Rayon Məhkəməsinin qərarı ilə X5 Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmışdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə öldüyündən, təqsirləndirilən şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmədiyindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Məhkəmə CPM-in 175.5-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Belə ki, həmin maddənin tələblərinə uyğun olaraq müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmənin gəldiyini nəticə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyun 2010-cu il tarixli qərarına da uyğundur. Belə ki, sözügedən qərarda göstərilmişdir ki, CPM-nin 39.1.5-ci maddəsinin məzmunundan görünür ki, ilk növbədə, ölmüş şəxs barəsində cinayət təqibi (və ya cinayət işi) başlanıla bilməz. Cinayət təqibi (və ya cinayət işi) fakt üzrə başlanılıbsa və ya şəxs onun barəsində cinayət təqibi başlandıqdan sonra ölübsə, başlanılmış cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməlidir. Hər bir halda, şəxsin ölümü ilə əlaqədar cinayət təqibinə (və ya cinayət işinə) xitam verilməsi onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş hesab olunması ilə şərtləndirilir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, CPM-in 39-ci maddəsi cinayət təqibini istisna edən halları müəyyən edir. Həmin Məcəllənin 39.1.5-ci maddəsi cinayət təqibinə xitam verilməsinin (və ya cinayət təqibinin başlanılmasının rədd olunmasının) əsaslarından biri kimi şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyü halı müəyyən edir. Həmin maddəyə görə şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) cinayət təqibinə başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. Bundan başqa, CPM-nin 43.3-1-ci maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir Beləliklə, məhkəmə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs iş üzrə yekun qərar qəbul edilənədək öldüyünü, cinayət-prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nın 39.1.5, 43.3-1, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədən düşmüş hesab edilsin. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, Təqsirləndirilən şəxs atası X3 göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №1(057)-69/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №1(057)-69/2024
13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver