Məhkəmə qərarları › İş №1(057)-7/2023

Salyan Rayon Məhkəməsi Hökm — İş №1(057)-7/2023

05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Salyan rayon İş № 1(057)-7/2023 05.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, məhkəmə iclas katibi AsifXanoğlanoğlu Zamanovun, Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X7, Təqsirləndirilən şəxs və Salyan Rayon Vəkil Bürosunun vəkili müdafiəçi X5 iştirakları ilə xx.xx.1973-cü ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Dost MMC-də” fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.4-cü və 234.2-ci maddələri ilə məhkəməyə verilmişdir ona görə ki, o, qanunsuz olaraq soyuq silahı əldə etmə və qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etmə, saxlama, daşıma və satma cinayət əməllərini törətmişdir. Belə ki, o, məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədi ilə ümumi təmiz çəkisi 1.436 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib yerini dəyişməklə üzərində saxlayaraq daşımış, 2022-ci il sentyabrın 16-da saat 20 radələrində yaşadığı ünvan 2 ünvanının qarşısında qonşusu Salyan şəhəri, A.Həsənov küçəsi ev 5 ünvanında yaşayan Şahid1 10 manat pul müqabilində təmiz çəkisi 0,369 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satmış, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2022-ci il sentyabrın 19-da saat 17:00 dəqiqədə Salyan şəhəri, A.Həsənov küçəsində yaşadığı evin yaxınlığında qanunsuz olaraq satış məqsədi ilə psixotrop maddə əldə etməkdə, saxlamaqda, daşımaqda və satmaqda şübhəli bilinərək saxlanılıb saat 17:20 dəqiqədə ünvan 4 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilən zaman həmin yardımçı tikilidə olan stolun üstündən Şahid1 üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eyni tərkibli olan 3 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 0.687 qram, 0.170 qram və 0.210 qram, ümumi çəkisi 1,067 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd elektron əl tərəzisi aşkar edilərək götürülmüşdür. Bundan başqa o, məlum olmayan mənbədən və tarixdə zavod üsulu ilə istehsal edilmiş döyüş(hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, soyuq silah hesab edilən, 1 ədəd süngü bıçağı qanunsuz olaraq əldə etmiş, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 2022-ci il sentyabrın 19-da saat 17:00 dəqiqədə Salyan şəhəri, A.Həsənov küçəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb saat 17:20 dəqiqədə ünvan 4 ünvanında yerləşən Salyan rayon Polis Şöbəsinə gətirilmiş, yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsində yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı baxış keçirilən zaman həmin yardımçı tikilidə olan stolun üstündən həmin süngü bıçaq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı aradırılmış aşağıdakı sübutlarla kifayət qədər öz təsdiqi tapmışdır. Belə ki, təqsirləndirilən şəxs qismində məhkəmədə ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 228.4 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2022-ci ilin avqust ayının ortalarında Salyan şəhər mərkəzində yerləşən Salyan bazarının ətrafında təmizlik işləri aparan zaman yerdə 1 ədəd kibrit qutusu, 3 ədəd sellofan büküm və 1 ədəd elektron tərəzi olduğunu görüb onları götürmüş və diqqətlə baxmış, kibrit qutusunda onun istifadə etdiyi “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuna, 3 ədəd ayrı-ayrı sellofan bükümdə isə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu görmüş, daha sonra onları cibinə qoymuş, o, həmin narkotik vasitə və psixotrop maddəni uzun illər istifadəçi olduğu üçün həmin kütlələrə baxan kimi dərhal tanımış, tapdığı narkotik vasitə və psixotrop maddəni özü istifadə etmək üçün öz üzərində saxlamış və həmin günü axşam tapdığı həmin maddələri yaşadığı ünvan 2-nın həyətində yerləşən yardımçı tikilidə stolun üstünə qoymuş, həmin tapdığı maddələrdən “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixunadan təqribən iki dəfə istifadə etmiş, sonuncu dəfə dünən həmin narkotik vasitədən istifadə etmiş, 2022-ci ilin avqust ayının sonlarında Salyan şəhəri ərazisində yerləşən mərkəzi küçələrdən birində təmzilik işləri aparan zaman yerdə 1 ədəd süngüyə bənzər kəsici-deşici alət olduğunu görüb onu əlinə götürmüş, həmin süngüyə bənzər alətə diqqətlə baxmış, iş vaxtı başa çatdıqdan sonra həmin aləti özü ilə birlikdə yaşadığı evə gətirmiş, həmin aləti yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə qoymuş, həmin aləti götürməkdə və evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxlamaqda məqsədi şəxsi maraq olmuş, o, şəxsi marağı üçün həmin süngüyə bənzər kəsici-deşici aləti götürüb evinin həyətində olan tikilidə saxlamış, 2022-ci ilin sentyabr ayının ortalarında o, yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə saxladığı “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən 0.3 qramını 10 manat pul müqabilində öz qonşusu Şahid1 satmış, Aydın narkotik vasitə və psixotrop maddə istifadəçisi imiş, 19 sentyabr 2022-ci il tarixdə saat 17:00 radələrində Salyan şəhəri, A.Həsənov küçəsində yaşadığı evin yanında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş, polis əməkdaşları ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edib hüquq və vəzifələri barədə ona məlumat vermiş, eyni zamanda polis əməkdaşları ona birlikdə polis şöbəsinə getməyi təklif etmiş, o da razılıq verdikdən sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulduğu elan olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra ona müdafiəçi qismində vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmaqla bununla bağlı yazılı bildiriş təqdim edilmiş, eyni zamanda təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmiş, şəxsi axtarış zamanı müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet və ya narkotik vasitə, psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmiş, onun üzərində həmin anda heç bir qanunsuz əşya, predmet və ya maddə olmadığı üçün o, heç bir şey təqdim etməmiş və bu barədə müstəntiqə bildirmiş, bundan sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən heç bir qanunsuz əşya, maddə və ya predmet əşya aşkar edilməmiş, şəxsi axtarış zamanı o, yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə 1 ədəd kibrit qutusunda “nəşə” kimi tanıdığım qurudulmuş marixuana və 3 ədəd ayrı-ayrı sellofan bükümdə “patı” kimi tanıdığım psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq olduğunu bildirmiş, bununla əlaqədar olaraq onun yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilməsi ilə bağlı etirazının olub-olmaması soruşulmuş, o da yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilməsinə heç bir etirazının olmadığını və bununla bağlı müvafiq ərizə yaza biləcəyini bildirmiş, şəxsi axtarış istintaq hərəkəti başa çatdıqdan sonra müstəntiq tərəfindən yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi ev 16 ünvanına baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidəki stolun üstündən 1 ədəd kibrit qutusunda “nəşə” kimi tanıdığı qurudulmuş marixuana, 3 ədəd ayrı-ayrı sellofan bükümdə “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, eləcə də 1 ədəd elektron tərəzi və 2022-ci ilin avqust ayının sonlarında Salyan şəhəri ərazisində olan küçələrdən birində təmizlik işləri aparan zaman yerdən tapdığı 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüş, müstəntiq ondan aşkar edilmiş maddə və əşyalarla bağlı soruşduqda o, həmin 1 ədəd kibrit qutusunda olan narkotik vasitə “nəşə” kimi tanıdığı qurudulmuş marixuana və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamini 2022-ci ilin avqust ayının ortalarında Salyan şəhəri ərazisində Salyan bazarının yaxınlığında təmzilik işləri aparan zaman yerdən tapdığını və üzərində saxladığını, həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini istifadə etdiyini, psixotrop maddə metamfetaminin isə 0.3 qramını 10 manat pul müqabilində qonşusu Şahid1 satdığını bildirmiş, aşkar edilmiş 1 ədəd süngü bıçağı isə öz şəxsi marağı üçün yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə saxladığını bildirmişdir. Baxışın sonunda onun yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd ayrı-ayrı sellofan bükümdə olan “patı” kimi tanıdığı psixotrop maddə metamfetaminə oxşar kütlə, 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçaq müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bütün bunlar barədə protokol tərtib olunmuş və protokola imza etmişdir. Törətdiyi əmələ görə peşiman olduğunu, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və müharibə veteranı olmasını nəzərə alaraq ona köməklik olunmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Salyan rayon X4 Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının 19-da Salyan şəhəri, A.Həsənov küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olması ilə bağlı əməliyyat məlumatı almış, rəhbərlik tərəfindən əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair müvafiq qərar qəbul edilmiş və müvafiq əməliyyat qrupu təşkil edilmiş, həmin gün şöbənin X3 əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Salyan şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüş, həmin gün saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs Salyan şəhəri, A.Həsənov küçəsi ərazisində, yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində və satışında şübhəli olduğunu izah edərək birlikdə Salyan rayon Polis Şöbəsinə gəlməyi təklif etmiş, Təqsirləndirilən şəxs də razılıq verərək onlarla birlikdə Salyan rayon Polis şöbəsinə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq Rza Məmmədov tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsi ev 16 ünvanında yerləşən evinin həyətyanı sahəsində olan yardımçı tikilidə 1 ədəd kibrit qutusunda “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin, 1 ədəd tərəzi və 1 ədəd süngü bıçaq olduğunu bildirmiş, Şahin özünün də narkotik vasitə istifadəçisi olduğunu, həmin narkotik vasitədən özünün də istifadə etdiyini, həmçinin həmin psixotrop maddə metamfetamindən 0.3 qramını qonşusu Şahid1 10 manat pul müqabilində satdığını, narkotik vasitə və psixotrop maddələri özünün şəxsi istifadəsi, eyni zamanda süngü bıçağı isə şəxsi marağı üçün saxladığını bildirmiş, Təqsirləndirilən şəxs istintaq hərəkəti zamanı yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilməsi üçün heç bir etirazının olmadığını və bununla bağlı istintaq orqanına könüllü olaraq müvafiq ərizə verə biləcəyini bildirmişdir. Elə həmin günü o, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə Şahinin yaşadığı Salyan şəhəri, A.Həsənov küçəsindəki ev 16-nın qarşısına getmiş, Şahin yaşadığı evin qarşısında dayandığı vaxt yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin, eyni zamanda 1 ədəd tərəzi və 1 ədəd süngü bıçaq olmasını və həmin maddə və əşyaları təqdim edə biləcəyini bildirmiş, daha sonra müstəntiq tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş Salyan şəhəri A.Həsənov küçəsi ev 16-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikiliyə baxış keçirilməsinə başlanılmış, müstəntiq Şahindən həmin narkotik vasitə, psixotrop maddə və əşyaları təqdim etməsini xahiş etdikdə Şahin içəriyə daxil olmuş və yaşadığı evin həyətyanı sahəsinə doğru irəliləmiş, həyətyanı sahədə olan yardımçı tikiliyə doğru hərəkət edib içəri daxil olmuş, həmin tikilidə stolun üstündə olan 1 ədəd kibrit qutusunda və 3 ədəd ayrı-ayrı sellofan bükümlərdə olan kütlələri, eyni zamanda 1 ədəd tərəzi və 1 ədəd süngü bıçağı təqdim etmiş, Şahin 1 ədəd kibrit qutusunda olan kütlənin “nəşə” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd sellofan bükümdə olan kütlələrin “patı” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu, həmi kütlələri tərəzi ilə birlikdə 2022-ci ilin avqust ayında Salyan şəhər mərkəzində yerləşən Salyan bazarı ətrafında təmzilik işləri apararkən yerdən tapdığını, həmin kütlələrin narkotik vasitə və psixotrop maddə olmasını tanıdığı üçün üzərində və həmin tikilidə saxladığını, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlədən bir qədərini istifadə etdiyini, psixotrop maddə metamfetamindən 0.3 qramını bir neçə gün öncə 10 manat pul müqabilində qonşusu Şahid1 satdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs baxış keçirilən zaman 1 ədəd süngü bıçağı təqdim edərək həmin bıçağı 2022-ci ilin avqust ayında təmzilik işləri aparan zaman Salyan şəhərində yerləşən küçələrdən birində yerdən tapdığını və şəxsi marağı üçün həmin tikilidə saxladığını bildirmiş, polis əməkdaşları Şahinin həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar olunmuş 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixunaya və 3 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlələri və 1 ədəd elektron tərəzi və 1 ədəd süngü bıçağı kağız paketdə və bağlamada qablaşdırdıqdan sonra həmin paket və bağlamanın üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola özü də imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Salyan RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərilən xüsusatları öz ifadəsində təsdiq etmişdir. 19 sentyabr 2022-ci il tarixdə Salyan rayon X10 Bölməsinin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində xx.xx.2022ci il tarixdə şəxsi axtarış keçirilərkən qanunla qadağan olunan əşya, premet və ya maddə aşkar edilməmişdir. 19 sentyabr 2022-ci il tarixdə Salyan rayon X10 Bölməsinin müstəntiqi, polis kapitanı Rza Məmmədov tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı Salyan şəhəri, A.Həsənov 16 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində olan yardımçı tikiliyə xx.xx.2022-ci il tarixdə baxış keçirilərkən həmin tikilidən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana, 3 ədəd ayrı-ayrı sellofan bükümlərdə psixotrop maddə metamfetaminə bənzər kütlələr, 1 ədəd elektron əl tərəzisi və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq olunmuş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 20 sentyabr 2022-ci il tarixli, 18/1043-1044 nömrəli rəyinin nəticə hissəsində göstərilmişdir ki, 1)Tədqiqata təqdim edilmiş üzərində: “... Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan yardımçı tikilidən...” sözləri yazılmış kağız paketdə 03 ədəd gümüşü rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0.687 qram, 0.170 qram, 0.210 qram, ümumi çəkisi 1.067 qram olan maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir. 01 ədəd kibrit qutusunda təmiz çəkisi-2.38 qram olan kütlə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs həyətyanı sahəsində olan yardımçı tikilidən aşkar olunan 03 ədəd bükümdə olan psixotrop maddə metamfetaminlər ilə Şahid1 üzərindən aşkar olunan 01 ədəd bükümdə olan psixotrop maddə metamfetamin eyni tərkiblidir. 01 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən(elektron tərəzinin ölçmə həddindən xaric-mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını müəyyən etmək mümkün deyildir. Metamfetamin-2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin” siyahısına (Siyahı İ) daxildir. Məhkəmədə tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının 21 sentyabr 2022-ci il tarixli, 982 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-ballistik ekspertizasının 29 sentyabr 2022-ci il tarixli, 3/1301 nömrəli rəyinin nəticə hissəsində göstərilir ki, Tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş döyüş (hərbi) təyinatlı “Kalaşnikov” konstruksiyalı avtomat silahın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan süngü bıçağıdır. Soyuq silah hesab edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Salyan rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qərarı ilə cəza müddətinin çəkilməmiş 05 ay 21 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Salyan rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmünün surətindən görünür ki, Əliyev X9 rayon Məhkəməsinin 11 iyun 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 01 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “Salyan rayon Mərkəzi Xəstəxanası” X15 29 sentyabr 2022-ci il tarixli, 2524 nömrəli məktubundan görünür ki, Cəlilabad şəhərində anadan olan, Salyan şəhəri, A.Həsənov küçəsi ev 16-da yaşayan, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs qeydiyyatda yoxdur. Salyan rayon İcra Hakimiyyəti Başçısının Salyan şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı- 1965-ci il təvəllüdlü Həbibə Əliyeva və qızı-1999-cu il təvəllüdlü Gülnar Əliyeva Həmin Nümayəndənin verdiyi xasiyyətnamədə göstərilir ki, ünvan 2-da qeydiyyatda olan və yaşayan xx.xx.1973-cü il təvəllüdlü, evli, 1 uşaq atası Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyə onun barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli, 155/04 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2.38 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 2.36 qramının, ümumi təmiz çəkisi 1.067 qram olan psixotrop maddə metamfetaminin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 0,917 qramının, 1 ədəd elektron əl tərəzisi və 1 ədəd soyuq silah hesab edilən süngü bıçaq cinayət işi üzrə maddi sübut kimi qiymətləndirilib saxlanılmasından ötrü Salyan RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxsin yaşaış yeri üzrə müsbət xarakterizə olunması, təqsirini səmimi etiraf edərək peşimançılıq hissi keçirməsi və müharibə veteranı olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalı, cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs 19.09. 2022-ci ildə şübhəli şəxs qismində tutulmuş və 21.09. 2022-ci ildə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iş üzrə mövcud sübutlara obyektiv qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4 və 234.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmiş və o, qeyd edilən maddələrlə təqsirli bilinərək, həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası ilə cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.2. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alıb, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmüyü qaydasında ona təyin olunmuş cəzaları qismən birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Məhkəmə, qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.4 və 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, narkoloji kabinetdə profilatiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 19 sentyabr 2022-ci ildən hesablanmalıdır. Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2.36 qram marixuana , 0,917 qram psixiotrop maddə metamfetamin, 1 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 1 ədəd soyuq silah hesab edilən süngü bıçabı Azərbaycan Respublikası Daxili X11 Təminat Baş İdarəsinin anbarına təhvil verilməlidir. Şəxsi axtarış və götürmənin əks olunduğu üç ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri manat 127,90 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına köçürülməlidir. Salyan rayon Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülməlidir. Hökmün surəti müdafiəçi tərəfindən göstərilən hüquqi yardımın ödənilməsinə dair hissədə icra olunması üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına göndərilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinib, ona həmin maddə ilə altı ay, CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib üç il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq üç il iki ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 19 sentyabr 2022-ci ildən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Salyan RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 2.36 qram marixuana , 0,917 qram psixiotrop maddə metamfetamin, 1 ədəd elektron əl tərəzisi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 1 ədəd soyuq silah hesab edilən süngü bıçağı isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi Təminat Baş İdarəsinin anbarına təhvil verilsin. Şəxsi axtarış və götürmənin əks olunduğu üç ədəd DVD-nin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri manat 127,90 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 43 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Salyan rayon Vəkil Bürosunun vəkili X8 Təqsirləndirilən şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 10 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 60 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code:805885 ŞWİFT code:İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr.Account:AZ03NABZ013501**********2944 hesabına köçürülsün. Müdafiəçiyə hüquqi yardıma görə vəsaitin ödənilməsi üçün hökmün surəti Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan şəxsə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm müşavirə otağında komputerdə hazırlanmışdır. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar